Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-18/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 yanvar 2024-cü il tarixdə saat 14.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edərək sonuncunun övladı Şahid2 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Xüsusi Rabitə İdarəsinə işə qəbul etdirəcəyinə yalan vəd verib aldadaraq 04 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Malakan bağı” parkının yaxınlığında Zərərçəkmiş şəxs 3500 manat pulu alıb, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. 2021-ci ilin sentyabr ayının sonlarında Niyaməddin ona müraciət edərək oğlu Şahid2 Mərkəzi Xüsusi Rabitə İdarəsinə işə düzəltməkdə kömək etməyini xahiş etmişdir. O da maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, əvvəllər tanıdığı Şahid3 zəng edərək bir nəfər tanışının işə qəbul olunmaq istədiyini bildirmişdir. Niyaməddin oğlu Xəyalın şəxsiyyət vəsiqəsinin foto şəklini ona “Vhatsapp” mesajlaşma tətbiqi vasitəsilə göndərmişdir. O da həmin vəsiqənin şəklini Abasa göndərmişdir. Bundan sonra o, Niyaməddin, oğlu Xəyal və Niyaməddinin adını bilmədiyi xalası oğlu ilə birlikdə Mərkəzi Xüsusi Rabitə İdarəsinin yaxınlığında kafelərin birində Abas ilə görüşmüşdür. Söhbət əsnasında Abas müəllim Xəyalın xarici görünüşünə baxmış və bildirmişdir ki, “baxarıq”. O, Niyaməddinin oğlu Xəyalın işə qəbul olunması üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Niyaməddin də onunla razılaşmış və pulu verəcəyini bildirmişdir. 04 oktyabr 2021-ci il tarixdə o, Niyaməddin ilə Bakı şəhəri, Nizami küçəsində yerləşən “MC Donalds” restoranının yaxınlığında görüşmüş və orada Niyaməddin ona ikilikdə 3000 manat pul vermişdir. Lakin bundan sonra o, Abas ilə görüşməmiş və fikirləşmişdir ki, birdən Niyaməddinin oğlu Xəyal işə qəbul olunmasa, pulu qaytara bilsin. Bir müddət keçdikdən sonra Xəyal işə qəbul olunmadığı üçün Niyaməddin ondan pulu istəmişdir. O da 16 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Nizami” kinoteatrının yaxınlığında yerləşən ödəmə terminalı vasitəsilə Niyaməddinin ona göndərmiş olduğu hesaba 1500 manat pul göndərmişdir. Bundan başqa 21 mart 2022-ci il tarixdə o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Tarqovıy” deyilən ərazidə Niyaməddin ilə görüşüb orada Niyaməddinə əlbəəl 500 manat pul vermişdir. Bundan sonra onun Niyaməddinə 1000 manat verəcəyi qalmışdır. Lakin həmin ərəfədə o, xəstələnmiş və Niyaməddinə həmin pulu qaytara bilməmişdir. Lakin Niyaməddin israrla həmin pulu ondan istədiyi üçün o, Niyaməddinə həmin pulu ona bağışlamasını bildirmişdir. Niyaməddin isə həmin pulu bağışlamayacağını bildirmişdir. Bu səbəbdən o, Niyaməddinə qardaşı Elməddinin ona 2.000 ABŞ dollar borcunun olduğunu, lakin polisə şikayət etmədiyini bildirmiş və 1000 manat pulu qardaşının ona borclu olduğu üçün həmin borcdan çıxdığını demişdir. Lakin Niyaməddin onunla razı olmamış və pulunu qaytarmağını bildirmişdir. Bundan sonra o, pulu Niyaməddinə qaytaracağını demişdir. Lakin xəstə olduğu və maddi imkanı olmadığı üçün Niyaməddinin pulunu qaytara bilməmişdir. O, 2001 -ci il tarixə kimi Xüsusi Rabitə İdarəsində işləmişdir. O, Niyaməddinin oğlu Xəyal və Niyaməddinin adını bilmədiyi xalası oğlu ilə birlikdə XRİ-nin yaxınlığında kafelərin birində görüşmüşdür. Lakin Abbas müəllimin xidməti iş otağında heç vaxt görüşləri olmamışdır. Niyaməddin pulu verdikdən üç ay sonra oğlunu işə qəbul etdirməkdən imtina edərək verdiyi pulu geri tələb etmişdir. O, Niyaməddindən aldığı puldan Şahid3 hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid1 onun övladlarıdır. Oğlu Xəyal işsiz olduğu üçün o, Xəyalı işə qəbul etdirmək istəmişdir. Bununla bağlı o, 27 sentyabr 2021 -ci il tarixdə təxminən 10 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri ərazisində görüşərək Fuada oğlu Xəyalın işsiz olduğunu və Xəyalı özünün işlədiyi mühafizə xidmətinə işə qəbul etdirməsini xahiş etmişdir. Fuad isə ona Xəyalı Xüsusi Rabitə İdarəsinə işə qəbul etdirməyi təklif etmişdir. O, Fuad ilə razılaşmış və bu barədə oğlu Xəyala məlumat vermişdir. Xəyal da həmin İdarəyə işə qəbul olunmağına heç bir etiraz etməmişdir. 01 oktyabr 2021 -ci il tarixdə o, Xəyal, Tural və Fuad ilə birlikdə Xəyalın qeyd olunan İdarəyə işə qəbul olunmağı ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Çay” fabrikinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Xüsusi Rabitə İdarəsinə getmişlər və həmin İdarənin xüsusi göndərişlərin qəbulu və çatdırılması şöbəsinin rəisi vəzifəsində işləyən, istintaq zamanı adını bildiyi Şahid3 xidməti iş otağına getmişlər. Fuad onların gələcəyi barədə əvvəldən Şahid3 xəbərdar etmişdir. Şahid3 xidməti iş otağında Fuad oğlu Xəyalın işə qəbul olunmağını Şahid3 xahiş etmiş və Xəyala aid sənədləri ona təqdim etmişdir. Şahid3 oğlu Xəyala aid sənədlərə və Xəyalın xarici görünüşünə baxış keçirdikdən sonra Xəyalın işə yararlı olduğunu bildirmişdir. Bundan sonra onlar Şahid3 otağından çıxmışlar. Bundan sonra o, Fuaddan hansı sənədlərin və nə qədər məbləğdə pulun tələb olunduğunu soruşmuşdur. Fuad başqa şəxslərdən işə qəbulla bağlı 5000-6000 manat arası pul tələb olduğunu demiş və ona bildirmişdir ki, “mən Abas müəllimdən xahiş etmişəm, sən 3500 manat ödəyərsən”. O, Fuada maddi durumun çox pis olmasını bildirmiş və pulu tapıb verməsi üçün Fuaddan iki gün vaxt istəmişdir. Fuad da razılaşmışdr. O, iki gün ərzində bankdan kreditə pul götürmüşdür. 04 oktyabr 2021-ci il tarixdə o, övladları Xəyal və Tural ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı” parkında Fuadla görüşmüşdür. Orada o, oğlu Xəyalın işə qəbul olunmağı üçün övladlarının yanında 3500 manat pulu əlbəəl Fuada vermişdir. Fuad həmin pulu alıb sayaraq cibinə qoymuş və üç ay ərzində Xəyalın qeyd olunan İdarəyə işə qəbul olunacağına dair ona vəd vermişdir. Üç ay bitdikdən sonra o, Fuada zəng edib Xəyalın işə qəbul olunmağı ilə bağlı maraqlandıqda Fuad növbəti üç ay gözləmək lazım olduğunu bildirmişdir. Növbəti üç ay keçdikdən sonra Fuadın istifadəsində olan nömrələrə zəng etsə də, telefonları bağlı olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən o, işlə maraqlanmaq üçün övladları ilə birlikdə Abasın iş otağına gedərək Abasla görüşmüşdür. O, Abasdan oğlunun işə qəbul olunması barədə maraqlanmışdır. Abas isə cavab olaraq Fuadın oğlu Xəyalın sənədlərini və pulu vermədiyini bildirmişdir. O, həmin vaxtı şikayət edəcəyini Abasa bildirmişdir. Abas isə cavab olaraq bildirmişdir ki, “hara istəyirsən get şikayət et”. Həmin vaxt Fuad Xəyalı işə qəbul etdirməmiş və onun pulunu qaytarmamışdır. Buna görə də o, məcbur olub Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. O, Fuadla birlikdə Abasa oğlu Xəyala aid şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsinin surətini vermişdir. O, Fuada əlbəəl 3500 manat pul vermiş, Fuad oğlunu işə qəbul etdirməmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Şahid2 isə qardaşıdır. 27 sentyabr 2021 -ci il tarixdə atası əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri ərazisində görüşərək Fuada qardaşı Xəyalın işsiz olduğu və Xəyalı özünün işlədiyi mühafizə xidmətinə işə qəbul etdirməsini xahiş etmişdir. Fuad isə atasına Xəyalı Xüsusi Rabitə İdarəsinə işə qəbul etdirməyi təklif etmişdir. Atası da Fuad ilə razlaşmışdır. 01 oktyabr 2021-ci il tarixdə o, atası Niyaməddin, qardaşı Xəyal və Fuad ilə birlikdə Xəyalın qeyd olunan İdarəyə işə qəbul olunmağı ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Çay” fabrikinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Xüsusi Rabitə İdarəsinə getmişlər və həmin İdarənin xüsusi göndərişlərin qəbulu və çatdırılması şöbəsinin rəisi vəzifəsində işləyən, istintaq zamanı adını bildiyi Şahid3 xidməti iş otağına getmişlər. Fuad onların gələcəyi barədə əvvəldən Şahid3 xəbərdar etmişdir. Şahid3 xidməti iş otağında Fuad Xəyalın işə qəbul olunmağını Şahid3 xahiş etmiş və Xəyala aid sənədləri ona təqdim etmişdir. Şahid3 Xəyala aid sənədlərə və Xəyalın xarici görünüşünə baxış keçirdikdən sonra Xəyalın işə yararlı olduğunu bildirmişdir. Bundan sonra onlar Şahid3 otağından çıxmışlar. X2 hansı sənədlərin və nə qədər məbləğdə pulun tələb olunduğunu soruşmuşdur. Fuad başqa şəxslərdən işə qəbulla bağlı 5000-6000 manat arası pul tələb olduğunu demiş və atasına bildirmişdir ki, “mən Abas müəllimdən xahiş etmişəm, sən 3500 manat ödəyərsən”. Atası isə Fuada ailələrində maddi durumun çox pis olmasını bildirmiş və pulu tapıb verməsi üçün Fuaddan iki gün vaxt istəmişdir. Fuad da atası ilə razılaşmışdır. Atası iki gün ərzində bankdan kreditə pul götürmüşdür. 04 oktyabr 2021-ci il tarixdə o, atası Niyaməddin və qardaşı Xəyal ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı” parkında Fuadla görüşmüşlər. Orada o, qardaşı Xəyal ilə avtomobildə əyləşmişdir. Atası avtomobildən düşüb avtomobilin yanında 3500 manat pulu əlbəəl Fuada vermişdir. Fuad həmin pulu alıb sayaraq cibinə qoymuş və üç ay ərzində Xəyalın qeyd olunan İdarəyə işə qəbul olunacağına dair atasına vəd vermişdir. Üç ay bitdikdən sonra atası Fuada zəng edib Xəyalın işə qəbul olunmağı ilə bağlı maraqlandıqda Fuad növbəti üç ay gözləmək lazım olduğunu bildirmişdir. Növbəti üç ay keçdikdən sonra atası Fuadın istifadəsində olan nömrələrə zəng etsə də, telefonları bağlı olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən Xəyalın işini maraqlanmaq üçün o, atası və qardaşı ilə birlikdə Abasın iş otağına gedərək Abasla görüşmüşlər. X3 işə qəbul olunmağı barədə maraqlanmışdır. Abas isə cavab olaraq Fuadın Xəyala aid sənədləri və pulu vermədiyini bildirmişdir. Atası həmin vaxtı şikayət edəcəyini Abasa bildirmişdir. Abas isə cavab olaraq bildirmişdir ki, “hara istəyirsən get şikayət et”. Fuad Xəyalı heç bir yerə işə qəbul etdirməmiş və atasından aldığı pulu qaytarmamışdır. Buna görə də atası məcbur olub Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 27 aprel 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 may 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi icraat dayandırılmışdır. 22 may 2023-cü il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15.10-da Səbail rayonu ərazisində saxlanılmışdır. 22 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi icraat təzələnmişdir. 22 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 22 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 30 may 2023-cü il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın ödənilməsi üçün 1000 (bir min) manat pulu Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalarına aid vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-114/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalarına aid vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli isə onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(106)-694/2021 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-114/2021 saylı hökmündən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-114/2021 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs durğunluq ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışmış və dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 3500 manat məbləğində maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, onunnla barşdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-18/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-18/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver