Məhkəmə qərarları › İş №1(009)-180/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-180/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-180/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2023-cü il tarixdə saat 12.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib özündə saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda soyuq silah hesab edilən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 noyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində olan zaman üzərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, yaxud sübut əhəmiyyətə malik ola biləcək digər sənədlərin olması ehtimalı ilə saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gətirilib xidməti otaqda şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli qərar əsasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy cins şalvarın sağ yanında kəmərə bərkidilmiş plastik qabında saxlanılan həmin soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində yolun kənarında olarkən üç nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin istifadəsində şübhəli bildiklərini bildirərək Səbail Rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Səbail Rayon Polis idarəsinə gəlmişdir. İdarədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. O, əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirilmiş bir ədəd qara rəngli plastik qablıqda olan bıçağı və əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd “İphone 12” markalı mobil telefonunu çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur.Həmin bıçağı ona ad günündə xatırlamadığı dostlarından biri hədiyyə vermişdir. Bu zaman üzərindən aşkar edilmiş bıçaq bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində heç bir narkotik maddə aşkar edilməmişdir. Əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin inspektor kriminalisti Şahid2 ifadəsində göstərmişdir ki, 19 noyabr 2023-cü ildə, təxminən saat 16 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində şəxsiyyəti sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və sair qanunla qadağan olunmuş əşyalardan daşımasından şübhələnərək Səbail Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində şalvarın kəmərinə keçirilmiş 01 ədəd qara rəngli plastik qabda olan bıçağı çıxardaraq masanın üzərinə qoymuşdur. Vidoçəkiliş onun tərəfindən aparılmışdır. Həmin bıçağa baxış zamanı onun İspaniya istehsalı olması, üzərində “Müela” sözü yazılmış və təxminən 25 sm uzunluğunda olan, tiyəsinin üzunluğu 15 sm, tutacaqının isə 10 sm olması müəyyən edilmişdir. Sorğu zamanı Fərid həmin bıçağın ona dostunun hədiyyə etdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş bir ədəd bıçaq kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində narkotik vasitələrinin qəbulu və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil omuş əməliyyat məlumat əsasında 19 noyabr 2023-cü ildə təxminən saat 16 radələrində Səbail rayonu Bayıl qəsəbəsi Q.Abbasov küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və sair qanunla qadağan olunmuş əşyalardan daşımasından şübhələnərək Səbail Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində şalvarın kəmərinə keçirilmiş 01 ədəd qara rəngli plastik qabda olan bıçağı çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Fərid həmin bıçağın ona dostunun hədiyyə etdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bıçaq kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 19 noyabr 2023-cü ildə, təxminən saat 16 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və sair qanunla qadağan olunmuş əşyalardan daşımasından şübhələnərək Səbail rayon polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirilmiş 01 ədəd qara rəngli plastik qabda olan bıçağı və əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd “İphone 12” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bıçağa baxış zamanı onun İspaniya istehsalı olması, üzərində “Müela” sözü yazılmış və təxminən 25 sm uzunluğunda olan, tiyəsinin üzunluğu 15 sm, tutacaqının isə 10 sm olması müəyyən edilmişdir. Sorğu zamanı Fərid həmin bıçağın ona dostunun hədiyyə etdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş 01 ədəd bıçaq kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti əks etdirən DVD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan tərəfində kəmərinə keçirilmiş 01 ədəd qara plastik qabda olan bıçağı və əynindəki gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “İphone 12” markalı mobil telefonun çıxarıb masanın üzərinə qoyur. Həmin bıçağı ad günü münasibəti ilə dostunun ona hədiyyə etdiyini və həvəskar olaraq üzərində gəzdirdiyini bildirmişdir. Götürülmüş 01 ədəd bıçaq subut əhəmiyyətə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik 30 noyabr 2022-ci il tarixli, 3/1639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 16:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. 24 dekabr 2022ci il tarixdə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 20 mart 2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə saxlanılaraq Binəqədi rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 20 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zavod üsulu ilə islehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var – xx.xx.2018-ci il təvəllüdlü X3. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il, 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək həbsdə olduğu 03 gün islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Səbail Rayon Polis İdarəsində saxlanılan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə islehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 19 noyabr 2022-ci il, 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) gün islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd zavod üsulu ilə islehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar