Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-180/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən “My Hostel”-də müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 avqust 2025-ci il tarixdə saat 12.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri və xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nm təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həbi əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 06:24 radələrində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 9-cu Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 08:10-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həb aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Yalnız öz şəxsi istifadəsi üçün istifadə etmişdir. 23 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala küçəsində Azad adlı şəxsdən almışdır və alan kimi arxadan polis əməkdaşları yaxınlaşıb tutmuşlar. Üzərində çıxan təxminən 5- 6 qram marixuananı 50 manata Azad adlı şəxsdən almışdır. Qalan həbləri isə 3-4 gün əvvəl getdiyi Şahdağdan 20 manata almışdır. 5 ədəd almış, birini istifadə etmiş və dördü üzərindən çıxmışdır. Əlavə qeyd metamfetamin üzərində olmamışdır, sonuncu dəfə metamfetamindən 4-5 il əvvəl istifadə etmişdir. Həmçinin satışla məşğul olmamışdır Tutulan kimi satışla məşğul olmadığını sübut etmək üçün şəxsi istifadəsinə məxsus mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Həbləri heç kimə nə satmaq, nə də vermək məqsədi olmamışdır. Qeyd olunanların nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar rəhbərliyi və Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və “Elçin” adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 06:24 radələrində qrup üzvü ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, 10-cu dalanda zahiri əlamətləri Elçin adlı şəxslə oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Həmin şəxsə onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və birlikdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına dəvət etmiş və həmin şəxs etiraz etmədən birlikdə həmin polis bölməsinə getmişdir. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynindəki gödəkçənin cibindən dərman həbləri, metamfetamin və marixuananı çıxarıb masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həblərin “viaqra” kimi tanıdığı cinsi gücü artıran dərman olduğunu, digər həblərin “ekstazi” kimi tanıdığı dərman olduğunu, marixuana metamfetamin olduğunu bildirdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman əməliyyat rəhbəri tərəfindən ünvan 3 ünvana baxış və götürmə keçirilməsi ilə bağlı göstəriş verilib. Həmin göstərişə əsasən qeyd olunan ünvana onun, Səbail RPİ-nin Cinayət Axtarışı Şöbəsinin kiçik inspektoru Şahid4, cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 və müstəntiqin iştirakı ilə qeyd olunan ünvana getmişlər. Həmin ünvanda baxış və götürmə həyata keçirilməyə başlanılıb və bu zaman təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yeri göstərməsi təklif olunub. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 33 saylı binanın həyətinə daxil olmağı təklif etdi. Arkaya daxil olub binanın həyəti istiqamətinə hərəkət edərkən arkanın sağ divarına söykədilmiş yaşıl rəngli zibil qutusu qapaqlarının altını əli ilə göstərərək ifadəsində bildirdiyi narkotik vasitə və psixotrop maddəni həmin yerdə gizlətdiyini bildirdi. Qeyd olunan qapaqlar götürülən zaman həmin qapaqların arxasına gizlədilmiş halda divarın küncündə üzəri yapışqanlı lentlə örtülmüş böyük ölçülü qara rəngli sellofan bağlama aşkar edilib. Həmin bağlama götürülüb baxılan zaman həmin bağlamanın içərisində 02 ədəd üzəri yapşqanlı lentlə örtülmüş başqa bağlama və 06 ədəd xırda bükümlər olması müəyyən edilib. 02 ədəd orta ölçülü bağlamalar açılıb baxılan zaman içərisində yaşıl rəngli qurudulmuş halda ota bənzər kütlələr olması aşkar edilib. 06 ədəd xırda bükümlər açılıb baxılan zaman içərilərində toz halında şəffaf rəngli kristalşəkilli maddə olması müəyyən edildi. Aşkar edilmiş maddələri hardan əldə etməsi və həmin maddələri hansı tərkibli olmasına dair edilmiş sorğuya cavab olaraq Elçin lbrahimov bildirdi ki, həmin maddələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən “Whatsapp” vasitəsilə əvvəldən qoyulduğu yerdən götürüb əldə etdiyini və aşkar edilən maddələrin marixuana və metamfetamin olduğunu bildirdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan çöl cibindən içərisində 12 ədəd göy rəngli dərman həbi olan 01 ədəd şəffaf paketi, içərisində 04 ədəd göy rəngli dərman həbi olan 01 ədəd şəffaf paketi, içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd şəffaf plastik qabı, içərisində yaşıl rəngli otşəkilli qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd şəffaf paketi və 02 ədəd falqa bükümü təqdim etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərində olan maddələrin şəxsi istifadəsi üçün etdiyini bildirir. Daha sonra qeyd edilənlər zərfə qoyularaq qablaşdırılır. Cinayət işində olan baxış və götürülmə apaılması haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 33 saylı binanın həyətindəki yaşıl rəngli zibil qutusunun qapağının altından böyük ölçülü qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamanın içərisində 02 ədəd üzəri yapışqanlı lentlə örtülmüş başqa bağlama və 06 ədəd xırda bükümlər olması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2025-ci tarixli, 3-16-16/2-7/157 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen torbacığda təmiz çəkisi-5,33 qram və 02 (iki) ədəd gümüşü rəngli folqa kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 0,33 qram; 1,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-7,32 qramdır. Marixuananın ümumi çəkisi-7,32 qram (1-3№li obyekt), cəmi tədqiqata istifadə olundu-0,15 qram, (hər obyektdən 0,05 qram götürüldü), qalıq- 7,17 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən marixuana «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 24 yanvar 2025ci tarixli, 6/346 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbayca Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əskləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd şəffaf plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 0,323 olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 4 ədəd bənövşəyimtil-göy rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olduğu müəyyən edildi. Təqdim edilmiş 14 ədəd yaşıl rəngli həbin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Metamfetaminin təmiz çəkisi-0,323 qr, tədqiqata sırf edildi-0,050 qr, qalıq-0,273 qr. MDMA həblərinin ümumi sayı-4 ədəd həb, tədqiqata sərf edildi-1 ədəd həb, qalıq-3 ədəd həb. Yaşıl rəngli həblərin ümumi sayı-12 ədəd, tədqiqata sərf edildi-2 ədəd həb, qalıq-10 ədəd həb. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən MDMA «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 05 fevral 2025-ci tarixli, 3-16-16/2-7/188 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı qara rəngli polietilen bağlamanın içərisində 02 (iki) ədəd polietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri: 395 qram; 445 qram olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-840 qramdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd polietilen torbacığda və 02 (iki) ədəd gümüşü rəngli folqa kağız bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (İki) ədəd polietilen bağlamalarda olan marixuanalar öz aralarında və üzərindən götürülmüş 01 (bir) ədəd polietilen torbacığda və 02 (iki) ədəd gümüşü rəngli folqa kağız bükümlərdə olan marixuanadan fərqlənirlər. Marixuananın ümumi çəkisi-840 qram (1-2№li ob), tədqiqata sərf olundu-0,2 qram, (hər obyektdən 0,1 qram götürüldü), qalıq- 839,8 qram. Marixuanın ümumi çəkisi-7,17 qram (3-5№li obyekt), cəmi tədqiqata istifadə olundu- 0,15 qram (hər obyektdən 0,1 qram götürüldü), qalıq-7,02. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 06 fevral 2025-ci tarixli, 6/397 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 65№” dairəvi möhür əksləri olan bir ədəd zərf və üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №51” dairəvi möhür əski olan bir ədəd kağız paketdə olan:- üzərində “Təqsirləndirilən şəxs...” sözləri qeyd edilmiş kağız paketdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,973 qram, 1,128 qram, 1,510 qram, 0,966 qram, 1,229 qram, 0,994 qram ümumi çəkisi 6,80 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetaminin ümumi çəkisi -0,273 qram, tədqiqata sərf edildi 0, 03 qram, qalıq çəkisi 0, 243 qram, metamfetaminin təmiz çəkisi 6,8 qram, tədqiqata sərf edildi 0,18 qram, qalıq 6,62 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 1837 №-li saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 23 yanvar 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 23 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 yanvar 2025-ci il tarixdə saat 06:24 dəqiqədən tutulmuş hesab edilmişdir. 24 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli, 4(009)-18/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmışdır. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həb, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 840 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 6,80 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 aprel 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-99/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. 03 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra təqdim etdiyi ünvandan aşkar edilərək götürülmüş narkotik maddə və psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilmiş və qeyd olunan maddələr ittihamın məzmununa daxil edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən “şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarına və şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələri əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasına dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir və bu şəxsi axtarış götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüdən də məlum olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həbi əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi ilk olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılsa da, daha sonra əsassız şəkildə həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Bununla bağlı əsaslı və mötəbər sübutlar olmadığından məhkəmə cinayət işinin Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (İki) ədəd polietilen bağlamalarda olan marixuanalar öz aralarında və üzərindən götürülmüş 01 (bir) ədəd polietilen torbacığda və 02 (iki) ədəd gümüşü rəngli folqa kağız bükümlərdə olan marixuanadan fərqlənirlər. Həmin şəxsin əməli yalnız xeyli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nm təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həbi üzərində saxlayaraq və 23 yanvar 2025-ci il tarixdə saat 06:24 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən istifadə etmək üçün alıb cibində saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həblərin aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,33 qram, 0,33 qram və 1,66 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda tərkibindəki psixotrop maddə hesab edilən MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan 04 ədəd həblərini satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məsəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni, üzərində təxminən 5-6 qram narkotik vasitə qurudulmuş marixuana və 5 ədəd həbin olması və psixotrop maddə metamfetaminin olmamasını deməsi iş materiallarında olan sənədlər, şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, üzərində iki növdə narkotik vasitəmarixuana, metamfetamin, həmçinin psixotrop maddə MDMA olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 23 yanvar 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1837 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi mülicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,02 qram (ilkin təmiz çəkisi 7,32) narkotik vasitə qurudulmuş marixuana, 0,243 qram ( ilkin təmiz çəkisi 0,323 qram) psixotrop maddə metamfetamin və tərkibindəki MDMA-nın təsir maddəsinin 03 həb, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvandan aşkar edilərək götürülmüş 839,8 qram (ilkin təmiz çəkisi 840 qram) narkotik vasitə qurudulmuş marixuana və 6,62 qram (ilkin təmiz çəkisi 6,8 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2025-ci tarixli, 3-16-16/2-7/157 saylı, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 24 yanvar 2025-ci tarixli, 6/346 saylı, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 05 fevral 2025-ci tarixli, 3-16-16/2-7/188 saylı, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6 fevral 2025-ci tarixli, 6/397 saylı ekspert rəyləri hazırki iş üzrə Təqsirləndirilən şəxs münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 286 (iki yüz səksən altı) manat təşkil edir. Beləliklə, iş üzrə aparılmış ekspert rəylərinin xərci ümumilikdə 286 (iki yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi mülicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,02 qram (ilkin təmiz çəkisi 7,32) narkotik vasitə qurudulmuş marixuana, 0,243 qram ( ilkin təmiz çəkisi 0,323 qram) psixotrop maddə metamfetamin və tərkibindəki MDMA-nın təsir maddəsinin 03 həb, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvandan aşkar edilərək götürülmüş 839,8 qram (ilkin təmiz çəkisi 840 qram) narkotik vasitə qurudulmuş marixuana və 6,62 qram (ilkin təmiz çəkisi 6,8 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 286 (iki yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 253 (iki yüz əlli üç) manat tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-180/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-180/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver