Məhkəmə qərarları › İş №1(009)-181/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-181/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-181/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı şəhərində 28 oktyabr 2021-ci il tarixdə saat 16:15-də xx xxxxxx 1954-cü ildə Goranboy rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmayan, ali təhsilli, evli (üç uşaq anası), təqaüdçü, Bakı şəhəri, Zərgərpalan küçəsi, dalan 3, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan, orta təhsilli, evli (iki uşaq anası), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2təqsirli bilinmişlər ondan ötrü ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, X30 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Rəcəb qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək xidməti iş yeri olan Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 11 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalan vəd verib aldatmaqla 07.03.2018-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən “Dobromed HospitaP’-ın qarşısında 3.000 (üç min) manat, 2018-ci ilin noyabr ayının son on günlüyündə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Baku Elektronics” mağazasının qarşısında 2.000 (iki min) manat pulunu ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Rəcəb qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs6 və sonuncunun həyat yoldaşı X6 əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verib aldatmaqla 03.05.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs6 3.500 (üç min beş yüz) pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Rəcəb qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək valideynlərini əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verib aldatmaqla 03.05.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin qarşısında 3.500 (üç min beş yüz), 2018-ci ilin avqust ayının ikinci on günlüyündə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında 5.000 (beş min) manat, 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında 4.000 (dörd min) manat pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs5 12.500 (on iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs4 birinci qrup əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verib aldatmaqla 2018-ci ilin may ayının son on günlüyündə saat 11 radələrində ünvan 6 ünvanında yerləşən “Niel” şadlıq sarayanın yanında Zərərçəkmiş şəxs4 5.000 (beş min) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək guya lombartda girov qalmış özünə məxsus qızılları girovdan çıxarmaq üçün borc adı ilə aldadaraq 2018-ci ilin sentyabr ayının son on günlüyündə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Zərərçəkmiş şəxs5 17.000 (on yeddi min) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs1 xidməti iş yeri olan Zəngilan Rayon Polis X64 Xidməti Tağımından əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verib aldatmaqla 2018-ci ilin oktyabr ayının ilk ön günlüyündə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsinə yerləşən ofisdə Zərərçəkmiş şəxs1 10.500 (on min beş yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs3 xidmət iş yeri olan Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Abşeron rayon X35 hissəsinin 32 nömrəli Yanğından mühafizə bölməsindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verib aldadaraq 10.11.2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi ev 50-nin qarşısında cinayət əməlində iştirakı olmayan taksi sürücü Şahid6 vasitəsi ilə Zərərçəkmiş şəxs3 6.500 (altı min beş yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X30 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs5 qohumu X12 cəzaçəkmə müəssisəsindən azadlığa çıxmasına kömək edəcəyi barədə yalandan vəd verib aldatmaqla 2018-ci ilin dekabr ayının birinci on günlüyündə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə 10000 (on min) manat, 2018-ci ilin dekabr ayının ikinci on günlüyündə həmin ofisdə 2.500 (iki min beş yüz)manat, 2019-cu yanvar ayının ilk on günlüyündə ünvan 7 ünvanında yerləşən “Hollywood” şadlıq sarayının yanında 2.500 (iki min beş yüz) manat pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs5 15.000 (on beş min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X30, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Rəcəb qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibardan sui-istifadə edib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş oğlu X7 cinayət məsuliyyətindən azad etdirəcəyi barədə yalandan vəd verərək aldatmaqla 18.01.2019-cu il tarixdə saat 15 radələrinə ünvan 18anında 5.000 (beş min), 19.01.2019-cu il tarixdə saat 18 radələrində həmin ünvanda 15.000 (on beş min), 20.01.2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 ünvanında yerləşən “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin qarşısında 5.000 (beş min) manat pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs7 25.000 (iyirmi beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Təqsirləndirilən şəxs1, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən özünü hüquqşünas kimi təqdim edən X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibardan sui- istifadə edib sonuncuya xidməti iş yeri olan Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 11 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalan vəd verərək aldatmaqla 07.03.2018-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən “Dobromed Hospital”-ın qarşısında 3.000 (üç min) manat, 2018-ci ilin noyabr ayının son on günlüyündə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Baku Elektronics” mağazasının qarşısında 2.000 (iki min) manat pulunu ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs2 5.000 (beş min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən özünü hüquqşünas kimi təqdim edən X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs6 və sonuncunun həyat yoldaşı X6 əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verərək aldatmaqla 03.05.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs6 3.500 (üç min beş yüz) pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən özünü hüquqşünas kimi təqdim edən X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib sonuncunun valideynlərini əlillik dərəcəsi əsasında təqaüdə çıxaracağı barədə yalandan vəd verərək aldatmaqla 03.05.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin qarşısında 3.500 (iiç min beş yüz), 2018-ci ilin avqust ayının ikinci on günlüyündə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında 5.000 (beş min) manat, 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında 4.000 (dörd min) manat pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs5 12.500 (on iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən özünü hüquqşünas kimi təqdim edən X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibardan sui-istifadə edib Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş oğlu X7 cinayət məsuliyyətindən azad etdirəcəyi barədə yalandan vəd verərək aldatmaqla 18.01.2019-cu il tarixdə saat 15 radələrinə ünvan 18anında 5.000 (beş min), 19.01.2019-cu il tarixdə saat 18 radələrində həmin ünvanda 15.000 (on beş min), 20.01.2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 ünvanında yerləşən “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin qarşısında 5.000 (beş min) manat pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs7 25.000 (iyirmi beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X16 bir neçə il olar ki, tanıyır. Təxminən 2017-ci ilin avqust ayında Türkanın rəfiqəsi Könülün övladı məktəbdə onun nəvəsi ilə dalaşdığından xatırlamadığı hansısa polis bölməsinə şikayət etmişdir. Həmin polis bölməsinin qarşısında Türkan rəfiqəsi Könülü və onu barışdıraraq aralarında mehribançılıq yaratmış və beləliklə Türkanla münasibətləri yaranmışdır. Yaşadığı ünvanla Türkanın yaşadığı ünvan arasında təxminən bir kilometr, piyada olaraq on dəqiqəlik məsafə olduğundan Türkan əvvəllər demək olar ki, hər gün onun evinə gedib-gəlirmiş. Türkanla arasında heç bir qərəzçilik və ədavət olmamış, həmişə normal, səmimi, mehriban rəfiqə münasibətləri olmuş və halhazırda da mehribandılar. Əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 №-li tam orta internat məktəbində baş tibbi bacısı vəzifəsində işləmiş, lakin 01.12.2000-ci il tarixdə ştat ixtisar edildiyi üçün həmin vəzifəsindən azad edilmiş, ikinci qrup əlillik dərəcəsi var. Türkan 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almamış, ali təhsilli hüquqşünas vəkil deyil, hüquqşünas nümayəndə qismində heç bir məhkəmə proseslərində iştirak etməmiş və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir. Şahid6 taksi sürücüsüdür, Türkan təxminən 2018-2019-cu illərdə bir neçə dəfə taksi kimi Nizaminin xidmətlərindən istifadə etmişdir. O, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X17 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. Onlarla sonradan Türkanla birlikdə iş düzəltmə, təqaüd düzəltmə, sövdələşmə proseslərində tanış olmuşdur. Zərərçəkmiş şəxs7 və Şahid4 onun qohumlarıdır. Belə ki, Nuriyə onun mərhum əri Şahbalanın birinci həyat yoldaşı, Sevinc isə Şahbalanın qızıdır. Nuriyə və Nuriyənin övladları ilə hər zaman mehriban münasibəti olmuş, qərəzçilik və ədavəti olmamışdır. Təxminən 2018-ci ilin əvvəllərində o, Türkanla bir dəfə təklikdə söhbətləşərkən Türkana deyib ki, bir neçə il tibbi sahəsində xidmət etmişdir, hal-hazırda isə əlil olduğundan təqaüddədir, çoxlu şəxsi problemlər, ehtiyacları var, onunla birlikdəhər hansı bir iş görmək istəyir. Türkan da çoxlu şəxsi ehtiyaclar, problemlər, maddi sıxıntılarının olmasını bildirərək ona təklif edib ki, müxtəlif adamları taparaq onu həmin adamlara hüquqşünas-vəkil kimi təqdim etsin, müəyyən miqdarda pul alaraq həmin adamların problemlərini həll edəcəklərinə yalandan söz verərək onları aldatsınlar, əldə edilmiş pulları isə öz aralarında bölsünlər. Bu qaydada pul qazanaraq öz şəxsi ehtiyaclarına sərf etsinlər, bir müddət sonra xeyli miqdarda pul topladıqda isə icarəyə ofis götürərək orada hər hansı biznes faəliyyəti ilə məşğul olsunlar.O, tamahlanaraq Türkanın dedikləri ilə razılaşmışdır. Beləliklə Türkanla razılaşmışlar və bir müddət sonra 01.10.2018-ci il tarixdə öz adma Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cii mərtəbəsində yerləşən ofisi icarəyə götürmüşlər. Bəzən Türkan həmin ofisdə ayrı-ayrı şəxsləri qəbul edərək onlara özünü yalandan hüquqşünas-vəkil kimi təqdim etməklə onları aldatmış, onların problemini həll edəcəyinə inandırmışdır. Həmin şəxsləri ofisdə qəbul etməkdə məqsədi özü barədə onlarda işgüzar xanım təsəvvürü yaratmaq olmuşdur. Lakin təxminən 2019-cu ilin yay aylarında həmin ofisin icarə haqqını ödəmədiklərindən icarə müqaviləsinin şərtləri pozulmuş və müqavilə ləğv olunmuşdur. Təxminən 2018-ci ilin fevral ayının sonlarında Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 11 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində xidmət edən, daxili xidmət çavuşu əvvəllər tanımadığı, sonradan X31 olmasını bildiyi şəxs xidməti formada Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin qarşısında olarkən təsadüfən onunla tanış olmuşdur. Tanışlıq zamanı özünü yalandan Turala nüfuzlu, hörməti olan, sözü keçən xanım kimi təqdim etmiş, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlıq və əlaqələrinin olmasını demişdir. Aralarında olan söhbət əsnasında Tural səhhətindəki problemlərə görə artıq xidmət edə bilmədiyindən şikayətlənmiş, əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxmaq istədiyini ona demişdir. O, Turalı dinlədikdən sonra əminliklə və özünə arxayınlıqla Turala yalandan deyib ki, uzun illər tibb sahəsində çalışmış, hal-hazırda tibb sahəsində nüfuzlu tanışları var, təxminən 6.000-6.500 (altı minaltı min beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi alaraq onun əsasında Turalı xidməti iş yerindən təqaüdə çıxara bilər. Tural pulun yarısını, yəni 3.000 (üç min) manatını ilkin olaraq verəcək, pulun digər hissəsini isə bir müddət sonra tibb-ekspert komisiyasına girməzdən əvvəl verəcək. Tural bunu eşitdikdə çox sevinmiş və ondan xahiş edib ki, təqaüdə çıxmasına köməklik etsin. O, Turala yalandan deyib ki, bu işi X30 adlı rəfiqəsi ilə birlikdə görür, Türkanla birlikdə köməkli olaraq Turalı təqaüdə çıxaracaq. Tural Türkanın kim olmasını soruşduqda Turala yalandan deyib ki, Türkan onun rəfiqəsidir, savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, o, Türkanla birlikdə əlillik dərəcəsi alaraq müxtəlif vətəndaşlara təqaüdə çıxmasına kömək etmişdir, əgər həqiqətən də təqaüdə çıxmaq istəyirsə bu işlə bağlı olaraq onu Türkanla tanış edə bilər, birlikdə söhbələşərək qəti qərara gələrlər, təqaüdə düzəldəcəklərinə görə Turaldan alınacaq pulları isə Türkanla öz aralarında zəhmət haqqı olaraq böləcəklər. Tural onun dedikləri ilə tam qaydada razılaşmış, pulu olmadığı üçün təqaüdə düzəltmək işinə görə onun qeyd etdiyi məbləğləri deyil, cəmi 5.0(beş min) manat pul verə biləcəyini demişdir. O, Turalla razılaşmış və Turala deyib ki, Türkanla birlikdə Turaldan həmin 5.000 (beş min) manat pulu zəhmət haqqı olaraq hissə-hissə alacaq, həmin pulun müqabilində Turalı xidməti iş yerindən təqaüdə çıxaracaq. Turalla sağollaşaraq ayrılmışlar və Tural ondan mobil nömrəsini almışdır. Təxminən 2018-ci ilin fevral ayının sonlarında yaşadığı evdə təklikdə bu barədə Türkana danışmış və razılaşmışlar ki, qabaqcadan əlbir olaraq bu yalan əsasında, yəni güya əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxaracaqları barədə vəd verib Turalı aldatsınlar və Turalın pulunu ələ keçirsinlər. Turalla danışılmış 5.000 (beş min) manat pulun 3.000 (üç min) manatını o alacaq, 2.000 (iki min) manatını isə Türkan alacaq. Bu qaydada Türkanla razılaşmışlar. 07.03.2018-ci il tarixdə təxminən saat 10 radələrində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq Turalla görüş təyin etmiş və dərhal Türkanla da əlaqə saxlayaraq bildirib ki, Turalla görüşərək pulun bir qismini Turaldan alacaq, sonra isə Turalı da onunla tanış edəcək, Türkan ünvan 9 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısında onların gəlişini gözləsin. Türkan dərhal dediyi qaydada həmin Tibb Mərkəzinin qarşısına gedərək tək gözləmişdir. Bir qədər sonra Tural dostu Şahid3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Dobromed Hospital”-ın qarşısında onunla görüşərək ona otuz ədəd yüzlük əsginas halında 3.000 (üç min) manat pulu Azərin şahidliyi vermişdir. Həmin pulu Turaldan götürərək yalandan bildirib ki, bu pul təqaüdə düzəltmə prosesi ilə bağlı aralarında danışılmış ümumi məbləğ olan 5.000 (beş min) manat pulun bir hissəsidir, Türkanla birlikdə təxminən 6 (altı) ay ərzində əlillik dərəcəsi alaraq onun əsasında onu təqaüdə çıxaracaq, indi isə onu Türkanla tanış etmək istəyir. Bir neçə dəqiqədən sonra birlikdə xatırlamadığı taksi avtomobili ilə ünvan 9 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısına gəlmişlər. Türkan orada tək dayanaraq gözləmişdir. Orada o, Türkanı Tural və Azərlə tanış etmiş, yalandan onlara Türkanın çox savadlı, nüfuzlu, işgüzar, sözü keçən, vətəndaşları əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxara bilən, peşəkar hüquqşünas-vəkil kimi təqdim etmişdir. Türkan isə tanışlıq zamanı onun dediklərinin hamısını təsdiq edərək yalandan deyib ki, o, savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, ümumlikdə 5.000 (beş min) manat pulun müqabilində onunla birlikdə Turalı təxminən altı ay ərzində xidməti iş yerindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaq, zəhmət haqqı olaraq həmin pulun 3.000 (üç min) manatı ona, 2.0 (iki min) manatı isə Türkana çatacaq. Tural onun və Türkanın dedikləri ilə razılaşmış və bir qədər əvvəl bu işlə əlaqədar olaraq ona 3.000 (üç min) manat pul verməsini demiş, o da bu işlə əlaqədar bir qədər əvvəl Turaldan 3.000 (üç min) manat pul almasını təsdiq etmişdir. Türkan həmin pulun onda qalacağını, bir müddət sonra Turaldan pulun qalan hissəsi olan 2.000 (iki min) manatı alacağını demişdir. Tural Tiirkana minnətdarlıq edərək ondan mobil nömrəsini götürmüşdür. Həmin danışıq zamanı o, Azər, Tural və Türkandan başqa ətrafda heç kim olmamışdır. Onlar söhbətini tamamlayıb ayrılmışlar. Bundan sonra Tural bir neçə dəfə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkan və onunla yazışaraq əlaqə saxlamış, onlar hər ikisi Turalın bir neçə aydan sonra təqaüdə çıxacağını yalandan deyərək Turalı arxayın etmişlər, hər ikisi Turala yalandan bildiriblər ki, təqaüdə çıxmaqdan ötrü Tural əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə gedib müayinədən keçməli və bundan sonra həmin mərkəzdən veriləcək göndəriş əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” Publik Hüquqi şəxsinə gedərək müalicə almalıdır. Tural onlarla birlikdə həmin mərkəzə getmək istəyini bildirdikdə Turala yalandan deyiblər ki, işləri çox olduğu üçün onunla həmin mərkəzə birlikdə gedə bilməyəcəklər, məhz ona görə də Tural həmin mərkəzə tək gedəcəkdir. 15.05.2018-ci il tarixdə Tural dispanser qeydiyyatına götürülməsi barədə ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə müraciət etdi. Mərkəzdə müayinədən keçərkən səhhətində olan psixo-nevroloji problemlər barədə həkimlərə bildirmiş, müayinə zamanı ona “üzvi mənşəli şəxsiyyət pozuntusu“ diaqnozu qoyulmuşdur. Tural mərkəzdən xahiş edib ki, müalicə olunmasından ötrü ona “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə göndəriş verilsin və həmin tarixdə ona stasionara göndəriş verilmişdir. Tural “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi o və Türkana yazaraq həmin mərkəzdən stasionar müalicə üçün göndəriş aldığını demiş, onlar Turala bildiriblər ki, bir-iki günə Turalla birlikdə həmin xəstəxanaya gedəcəklər. 17.05.2018-ci il tarixdə Türkan və o Turalla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, hal-hazırki Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə getmişlər. Həmin xəstəxanada çoxlu sayda pasientlər və tibb işçiləri olmuşdur. Turala deyiblər ki, xəstəxananın dəhlizində gözləsin, o isə Türkanla birlikdə dəhlizin sonunda dəqiq olaraq xatırlamadığı hansısa otağa daxil olub orada gözlmişdir, bunu etməkdə məqsədləri Turalı aldadaraq onun təqaüdə çıxmasına kömək edəcəkləri barədə yalandan görüntü yaradaraq onu inandırmaq olmuşdur. O və Türkan təxminən 30 dəqiqədən sonra Turala yaxınlaşaraq deyiblər ki, stasionar müalicə üçün əlindəki tibbi göndəriş sənədləri ilə birlikdə xəstəxananın qeydiyyat yerinə yaxınlaşsın. Lakin o və Türkan Turalın təqaüdə çıxma məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışdıqları barədə Turala heçnə deməmişlər, o və Türkan həmin xəstəxanada Turalın təqaüdə çıxma məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışmamışlar, bu barədə, yəni onların Turalı aldatmaqlarıbarədə niyətlərindən həmin xəstəxanada olan heç kimin, heç bir tibb işçisinin məlumatı yox idi. O və Türkan bunu dedikdən sonra Turalla sağollaşaraq xəstəxanadan getmişlər. Sonradan Tural onlara bildirib ki, onlar xəstəxanadan getdikdən sonra Tural həmin xəstəxananın qeydiyyat yerinə yaxınlaşaraq göndəriş sənədələrini təqdim etmiş, müraciət edərək həmin xəstəxanaya müalicəyə qəbul edilməsini xahiş etmiş, onu həmin xəstəxanada bir neçə həkim müayinəsindən keçirmişlər. Müayinə zamanı Turala “X43 üzvi xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, nəzərə çarpan psixopatabənzər davranışı və tez-tez dekompensasiyalarla” kliniki diaqnozu qoyulmuş, onu müalicə etmək üçün həmin xəstəxananın gündüz stasionarına qəbul etməklə müalicə kursu keçmişlər. Tural “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin gündüz stasionarında 17.05.2018-ci il tarixdən 18.08.2018-ci il tarixədək müalicə almış, həmin xəstəxanadan ona yüksək səviyyədə tibbi yardım göstərilmiş, tibbi yardım nəticəsində onun səhhəti xeyli yaxşılaşmışdır. Lakin o və Türkan Turalla birlikdə həmin xəstəxanaya sonradan getməmişlər. Tural müalicəsini tamamladıqdan sonra bütün bunlar barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi o və Türkana yazaraq məlumat vermiş, o və Türkan isə Turala səbirli olaraq hələ bir müddət də gözləməyini yalandan deyərək onu aldatmışlar, bu qaydada müddət udaraq Turalı yubatmışlar. Təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində Türkan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi yazaraq Turala yalandan bildirib ki, onun təqaüd məsələsinin həll olunması üçün həkim-ekspert komisiyası başlayır, əlilliyinin təsdiqi üçün yekun olaraq həmin komisiyadan keçməlidir, müalicə aldığı həmin xəstəxanadan verilmiş barəsində olan epikriz ondadır, Tural ona 2.000 (iki min) manat pul verməlidir ki, həmin epikrizi tibbi komisiyaya aparsın. Turaldan alacağı həmin 2.000 (iki min) manat pulun bir hissəsi onun zəhmət haqqıdır, həmin pulun digər hissəsini isə həkim-ekspert komisiyasına verəcək ki, komisiya üzvləri onun əlilliyini təsdiq etsin. Lakin bunların hamısı yalan idi. Türkan 2.000 (iki min) manat pulu ələ keçirmək üçün bunları Turala yalandan demişdir, əslində isə həmin pulların hamısı Türkana çatacaqdı, Türkan həmin pulları heç kimə, heç bir həkim-ekspert komisiyasına verməyəcəkdi və Türkanda heç bir tibbi sənəd, o cümlədən epikriz yox idi. Türkan Turala heç bir tibbi sənəd, o cümlədən epikriz təqdim etməmişdir. Tural Türkana inanaraq razılaşmışdır. Təxminən 2018-ci ilin noyabr ayının son on günlüyündə təxminən səhər saat 11 radələrində əvvəlcədən təyin etdiklər görüş yerində, yəni ünvan 3 ünvanında yerləşən “Baku Elektroniks” ticarət mərkəzinin qarşısında Tural təklikdə Türkanla görüşərək ona iyirmi ədəd yüzlük əsginas halında 2.000 (iki min) manat pul vermişdir. Türkan pulları alaraq Turala yalandan deyib ki, artıq bir aydan sonra onun əlillik dərəcəsi alaraq təqaüdə çıxmaq məsələsi tam həllini tapacaq. Tural sevinərək Türkandan ayrılmışdır. Türkan bunlar barədə ona sonradan deyib. Təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində Tural o və Türkanla əlaqə saxlayaraq maraqlandıqda onlar hər ikisi müxtəlif bəhanələr gətirərək Turala dəqiq cavab verməmişlər, Turalla görüşməkdən boyun qaçırmışlar. Təxminən 2019-cu ilin may ayında “Green Plaza” biznes mərkəzinin qarşısında Tural təklikdə Türkan və onunla görüşmüş, Tural onlardan nə üçün işinin bu qədər uzanmasını soruşmuş, onlar özlərini itirərək Turala konkret cavab verməmişlər. Tural onlardan sərt şəkildə bunu izah etmələrini tələb etdikdə onlar Turala bildiriblər ki, onlar əslində onu aldatmışlar, Türkan hüquqşünasvəkil deyil, o isə nüfuzlu, sözü keçən xanım deyil, onlar yalan danışaraq onu inandırmışlar, qabaqcadan əlbir olmaqla əlillik dərəcəsi əsasında onu təqaüdə çıxaracaqları adı ilə aldadaraq onun 5.000 (beş min) manat pulunu ələ keçirmişlər, həmin puldan 3.000 (üç min) manatı onda, 2.000 (iki min) manatı isə Türkandadır, həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmişlər. Tural bunu eşitdikdə çox əsəsbiləşmiş, onlardan pullarını geri qaytarmalarını tələb etmiş, əks təqdirdə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Hər ikisi yalvararaq Turaldan bir neçə saat vaxt istəmişlər. Həmin gün təxminən axşam saatlarında üçü yenidən həmin biznes mərkəzinin qarşısında görüşmüşlər. O, evdən gətirdiyi 3.000 (üç min) manatı, Türkan isə öz evindən gətirdiyi 550 (beş yüz əlli) manat pulu Turala qaytarmışdır.Türkan Turaldan xahiş edib ki, ona bir qədər müddət versin, qalıq qalmış 1450 (min dörd yüz əlli) manat pulu da Turala qaytaracaq. Tural Türkana bir ay vaxt vermişdir. Lakin sonradan Türkan həmin pulu tapa bilmədiyindən Turala qaytarmamışdır. O və Türkan tamah niyəti ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxaracaqları barədə yalandan vəd verərək Zərərçəkmiş şəxs2 ümumlikdə 5.000 (beş min) manat pulunu ələ keçirmişlər, həmin pulun 3.000 (üç min) manatını o, 2.000 (iki min) manatını isə Türkan götürmüşdür, həmin pulları öz şəxsi ehtiyaclarına, müxtəlif restoranlarda yeyib-içmək məclislərinə, paltar almağa və istirahətə sərf etmişdir. O və Türkan həmin cinayəti yalnız ikisi qabaqcadan əlbir olaraq törətmişlər, onlardan başqa heç kim, heç bir tibb işçisi həmin cinayət barədə məlumatlı olmayıb və həmin cinayətdə iştirak etməyib. O və Türkan Turaldan aldıqları puldan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş həkimi X23, “Respublikası Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin həkimləri olan X48 və X32ma heçnə verməmişlər, həmin şəxslərin onunla Türkanın Turalı bu qaydada aldadaraq pulunu ələ keçirmələri barədə əməlindən ümumiyyətlə məlumatları olmamışdır. Bundan sonra o, təxminən 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu ərazisində tanışı X2 vasitəsi ilə Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Aralarında olan söhbət zamanı Səxavətə Türkan barədə yalandan danışaraq bildirib ki, güya Türkan hüquqşünas-vəkildir, Türkanın geniş əlaqələri var və Türkan onunla birlikdə zəhmət haqqı qismində aldıqları müəyyən məbləğdə pulun müqabilində bir çox problemlərin həllinə köməklik edə bilir. Səxavət deyib ki, valideynləri: atası X24 və anası X18 yaşlı və xəstə olmaları ilə bağlı, həmçinin qohumları: X17 və Gülsarənin həyat yoldaşı Zərərçəkmiş şəxs6 əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxma məsələlərini həll etmək istəyir. Bunu eşitdikdə Səxavətə yalandan qəti şəkildə söz verib ki, Türkanla birlikdə bu məsələni həll edə bilər, Türkanla birlikdə Səxavətin valideynləri, Gülsarə və Elşən üçün hər birinə 4000 (dörd min) manat olmaq şərti ilə, ümumlikdə isə 16000 (on altı min) manat pulun müqabilində onlara əlillik dərəcəsi təyin edilməsinə nail olacaq və həmin əlillik dərəcəsi əsasında onların təqaüdə çıxmasına nail olacaq, həmin dörd nəfər üçün ümumilikdə verilməli olan 16000 (on altı min) manat pulun bir hissəsini əvvəlcə vermək lazımdır ki, o, Türkanla birlikdə onları həkimlərin müayinəsindən keçirə bilsin və beləliklə təqaüdə düzəltmə prosesinə başlasın. Səxavət ona inanmış və onunla razılaşaraq mobil nömrəsini götürməklə ayrılmışdır. Həmin an ətrafda heç kim olmadığından onunla Səxavət arasında olan bu söhbəti heç kim eşitməmişdir. Səhəri gün Səxavət onunla zəngləşərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində təklikdə görüşmüş, Gülsarə və Elşənin cəmi 3.500, özünün də cəmi 3.500 manat pulunun olmasını, təqaüdə düzəltmə prosesinin ilkin mərhələsi üçün dörd nəfər üçün ümumilikdə ona yalnız 7.000 (yeddi min) manat pul verəcəklərini, pulun qalan hissəsini isə bir müddət sonra ona verə biləcəklərini demişdir. O, Səxavətlə razılaşmışdır. Həmin gün axşam evdə Türkanla görüşərək bu barədə ona danışmış və bildirib ki, birlikdə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə düzəltmək adı ilə aldadaraq Səxavət və onun qohumlarının ümumlikdə 16.000 (on altı min) min manat pulunu ələ keçirəcəklər, həmin pulun 7.000 (yeddi min) manatını ilkin olaraq Səxavətdən alarkən Türkana həmin puldan 1.100 (min yüz) manat zəhmət haqqı verəcək, danışılmış ümumi pulun qalıq qalan hissəsi olan 9.000 (doqquz min) manatı isə tam olaraq Türkan Səxavətdən götürəcək və həmin puldan Türkan ona heçnə verməyəcək. Türkan bunu eştidikdə sevinmiş və onunla birlikdə tamah niyəti ilə qabaqcadan əlbir olmaqla əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaqları bəhanəsi ilə aldadaraq Səxavət və onun qohumlarının pulunu ələ keçirmək barədə razılaşmışdır. 03.05.2018-ci ilin tarixdə təxminən səhər saat 11 radələrində əvvəlcədən razılaşdıqları qaydada ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin inzibati binasının qarşısında o, Türkan, Zərərçəkmiş şəxs5, sonradan Zərərçəkmiş şəxs6 və X8 olmasını bildiyi şəxslərlə görüşmüşlər. Səxavət Gülsarə və Elşəni o və Türkanla tanış etmişdir. Elşən və Gülsarə ər-arvad olduqlarını, bir neçə il əvvəl başlarından travma aldıqlarından psixo-nevroloji problemlərdən əziyyət çəkdiklərini bildirmişlər. Aralarında olan bir neçə dəqiqəlik tanışlıq və söhbət zamanı onlara yalandan deyib ki, Türkanla birlikdə Elşənlə Gülsarənin və Səxavətin valideynlərinin əlillik dərəcəsi almaları, həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmalarına köməklik edəcələr, görəcəkləri bu işlərin dəyəri isə ümumlikdə 16.000 (on altı min) manat təşkil edir, həmin pulun bir qismini, yəni 7.000 (yeddi min) manatını onlardan işə başlamaq üçün indi götürəcək, pulun qalan hissəsini isə bir müddət sonra hissə-hissə olaraq onlardan alacaqlar, təqaüdə düzəltmə prosesi təxminən altı ay müddəti əhatə edəcək, Türkan hüquqşünasdır, onun yaxın rəfiqəsidir, Türkanın müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlığı, ünsiyyəti, geniş əlaqələri var, Türkan onunla birlikdə köməkli olaraq bu işi, yəni təqaüdə düzəltmə məsələsini mütləq qaydada, problemsiz olaraq həll edəcək. Həmin an Türkan da onun yalandan dediklərini tamlıqla təsdiq etmiş və həmin pulun müqabilində onunla birlikdə Gülsarə, Elşən və Səxavətin valideynləri üçün əlillik dərəcəsi təyin edəcəyini, həmin əlillik dərəcəsi əsasında isə onların təqaüdə çıxmasına köməklik edəcəyini yalandan deyərək onları əmin etmişdir. Həmin an aralarında Səxavətin valideynləri, həmçinin Gülsarə və Elşən üçün neçənci qrup əlillik dərəcəsi təyin ediləcəyi və onların alacağı təqaüdün məbləğinin nə qədər olacağı barədə heç bir söhbət olmamış, sadəcə razılaşmışlar ki, o, Türkanla birlikdə əlillik dərəcəsi təyin edərək onun əsasında onların təqaüdə çıxmalarına kömək edəcəklər. Səxavət, Gülsarə və Elşən Türkanla onun həqiqətən də nüfuzlu, savadlı, işgüzar, problem həll edən insanlar olmalarına inanmışlar, həqiqətən də bu işi görəcəklərinə əmin olmuşlar. Buna görə də Səxavət Elşənin ona verdiyi 3.500 (üç min beş yüz) manat pulun üzərinə özünə məxsus 3.500 (üç min beş yüz) manat pulu da əlavə etmiş, ümumlikdə yetmiş ədəd yüzlük əsginasdan ibarət 7.000 (yeddi min) manat pulu konvertə qoyaraq ona vermişdir. O, Gülsarə, Elşən və Türkanın şahidliyi ilə həmin pulları Səxavətdən götürərək pulları saymaqla yenidən konvertə qoyub razılıq etmiş və dərhal prosesə başlamışdır. Pulları onlardan aldıqdan sonra Səxavət həmin mərkəzin qarşısında dayanmış, Türkan və o bir neçə saat ərzində X44 Sağlamlıq Mərkəzinə aparmışlar, həmin sağlamlıq mərkəzində Gülsarə və Elşəni güya həkim müayinələrindən keçirməyə başlamışlar. O, Türkanla birlikdə həmin mərkəzdə olan xatırlamadığı hansısa boş otaqlara girərək bir müddət sonra oradan çıxmış, dəhlizdə əyləşərək bir-biri ilə söhbətləşmişlər, Elşənlə Gülsarəyə istiqamət verərək demişlər ki, müayinədən keçmək lazımdır bu hərəkətlər ilə onları təqaüd düzəltməyə kömək edəcəklərinə tam inandırmışlar. Razılaşmışlar ki, Səxavətin valideynləri yaşlı və xəstə olduqları üçün Səxavət onları bir müddət sonra həmin mərkəzə gətirəcək. Psixi Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra o, Elşən, Gülsarə və Səxavətə yalandan deyib ki, bir neçə gündən sonra şəxsi işləri ilə bağlı Rusiya Federasiyasına gedəcək, təqaüdə düzəltmə prosesi ilə bağlı növbəti işləri onun adından Türkan davam etdirəcək, buna görə də onlar təqaüdə düzəltmə prosesi ilə bağlı sövdələşdikləri qaydada ona verəcəkləri qalıq qalmış 9.000 (doqquz min) manat pulu Türkana verəcəklər, güya Türkan da həmin pulları Moskvadan qayıtdıqdan sonra ona çatdıracaq. Onlar etiraz etməyərək razılaşmışlar və sağollaşaraq ayrılmışlar. Həmin gün axşam saatlarında o, qabaqcadan əlbir olaraq aldatmaqla Səxavət və Elşəndən ələ keçirdikləri həmin 7.000 (yeddi min) manat puldan 1.100 (min yüz) manatını Türkana həmin cinayətdə iştirakçılıq haqqı qismində vermişlər, 5.900 (beş min doqquz yüz) manat isə onda qalmışdır. Təxminən 2018-ci ilin may ayının son günlüyündə təxminən saat 11 radələrində ünvan 10 ünvanında yerləşən “Niel” şadlıq sarayanın yanında Türkan Səxavət və Səxavətin qohumu Zərərçəkmiş şəxs4 ilə görüşmüşdür. Türkan Əlövsətə yalandan vəd vermişdir ki, 5.000 (beş min) manat pulun müqabilində onu birinci qrup əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaqdır. Əlövsət Türkana tam inanmış və razılaşaraq cibindən çıxardığı 5.000 (beş min) manat pulu Səxavətə vermiş, Səxavət də sayaraq əlli ədəd yüzlük əzginas halında olan həmin 5.000 (beş min) manat pulu Türkana vermişdir. Onun bu barədə məlumatı olmamış, o, Türkanla birlikdə Əlövsətə qarşı həmin cinayətin törədilməsində qabaqcadan əlbir olaraq iştirak etməmişdir. Türkan həmin cinayəti tək törətmiş və bunu ona sonradan demişdir. Bundan sonra Səxavət bir neçə dəfə xatırlamadığı tarixlərdə öz istifadəsində olan mobil nömrədəki “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkanın mobil nömrəsi ilə əlaqə saxlamış, aralarında olan yazışma zamanı Türkan Səxavətin valideynləri, Elşən və Giilsarənin təqaüdə düzəltmə prosesini başa çatdırmaq üçün ümumi danışılmış pulun bir hissəsi olan 9.0 (doqquz min) manat pulu alacağı barədə görüş vaxtını və yerini təyin etmişdir. Təxminən 2018-ci ilin avqust ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Səxavət təqaüdə düzəltmə məsələsi ilə bağlı təklikdə Türkanla görüşərək həmin pulun bir hissəsini, əlli ədəd yüzlük əskinaz halında 5.000 (beş min) manat pulu Türkana vermişdir. Təxminən 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında Səxavət təqaüdə düzəltmə məsələsi ilə bağlı qalıq qalmış pulun sonuncu hissəsini qırx ədəd yüzlük əsginas halında 4.000 (dörd min) manat pulu Türkana vermişdir. Türkan həmin 9.000 (doqquz min) manatı Səxavətdən aldıqdan sonra bu barədə ona demişdir, lakin ona həmin puldan heçnə verməmişdir və o da istəməmişdir, çünki aralarındakı razılığa əsasən həmin pullar cinayətdə iştirakçılıq haqqı qismində tam olaraq Türkana çatmalı idi. Beləliklə təqaüdə düzəltmə prosesi ilə əlaqədar olaraq Səxavət vəElşəndən Türkanla birlikdə 7.000 (yeddi min), Türkan tək özü Səxavətdən 9.000 (doqquz min), ümumlikdə isə 16.000 (on altı min) manat pul almışlar. Türkan Səxavətin pullu olmasını düşünərək tamahlanmış, Səxavətdən müxtəlif bəhanələrlə aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirməyə qərara almışdır. Aralarında olan danışıqlar zamanı Türkan bu barədə ona bir neçə dəfə demiş və bildirib ki, özü müxtəlif bəhanələr fıkiləşib Səxavəti aldadacaq və Səxavətin müxtəlif məbləğlərdə pulunu ələ keçirəcək. Təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə Türkan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Səxavətə dəfələrlə yazaraq yalandan xahiş etmişdir ki, güya Türkanın hansısa lombartda girov qalmış xeyli miqdarda qızıl-zinyət əşyaları batır. Belə ki, Türkan bir müddət əvvəl ehtiyacı olduğundan xeyli miqdarda özünə məxsus qızıl-zinyət əşyalarını girov qismində lombarda qoymaqla pul götürmüş, lakin lombardın aylıq faizini ödəyə bilmədiyindən lombard həmin qızılları öz nəfmə keçirmişdir, buna görə ona qısa müddətli 17.000 (on yeddi min) manat borc pul lazımdır, həmin pulu lombarda ödəyərək qızılları lombardın girovundan çıxaran kimi onları satacaq, əldə edimiş pulla Səxavətin borcunu qaytaracaq. Səxavət Türkanın bu yalanına inanmış və ona yazığı gəlmişdir. Buna görə də təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Səxavət Türkana 17.000 (on yeddi min) manat borc pul vermişdir. O, Türkanla birlikdə həmin pulun Səxavətdən alınması epizodunda qabaqcadan əlbir olaraq iştirak etməmiş, Türkan ona həmin puldan heçnə verməmiş və o da Türkandan heçnə istəməmişdir. Türkan həmin cinayəti Səxavətə qarşı tək törətmişdir. Bir neçə gün sonra Səxavət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkana yazaraq bildirib ki, uzaq qohumu X25 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səxavət İlqarın cəzadan şərti azad edilməsinə nail olmaq istəyir, əgər mümkün olarsa bu işdə ona köməklik etsin. Türkan yalandan qəti şəkildə Səxavəti əmin edərək bildirib ki, bu məsələni də rahatlıqla həll edə bilər, müəyyən yüksək vəzifəli şəxslərlə olan tanışlıq və münasibətinin sayəsində, eləcə də 15.000 (on beş min) manat pulun müqabilində İlqarın cəzadan azad edilərək azadlığa buraxılmasına nail ola bilər, həmin pul zəhmət haqqı olaraq ona çatacaq. Təxminən 2018-ci ilin dekabr ayının birinci on günlüyündə təxminən saat 11 radələrində Səxavət yüz ədəd yüzlük əsginas halında 10000 (on min) manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə təklikdə görüşərək Türkana vermişdir. Qalıq qalmış 5.000 (beş min) manat pulu isə iki dəfəyə Türkana vermişdir. Belə ki, Səxavət iyirmi beş ədəd yüzlük əsginas halında qalan 2.500 (iki min beş yüz) manat pulu təxminən 2018-ci ilin dekabr ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə təklikdə Türkana vermiş, növbəti 2.500 (iki min beş yüz) manatı isə iyirmi beş ədəd yüzlük əsginas halında 2019-cu yanvar ayının ilk on günlüyündə ünvan 7 ünvanında yerləşən “Hollywood” şadlıq sarayının yanında Türkana təklikdə vermişdir. O, Türkanla birlikdə həmin pulun Səxavətdən alınması epizodunda qabaqcadan əlbir olaraq iştirak etməmiş, Türkan ona həmin puldan heçnə verməmiş və o da Türkandan heçnə istəməmişdir. Türkan həmin cinayəti Səxavətə qarşı tək törətmişdir. Beləliklə, o Türkanla birlikdə ümumilikdə 53000 (əlli üç min) manat pul almışlar. Həmin puldan 7.000 (yeddi min) manatını Səxavət ona vermiş, həmin 7.000 manat puldan 3.500 (üç min beş yüz) manatı Səxavətə məxsus olmuş, digər 3.500 (üç min beş yüz) manatı Elşənə məxsus olaraq Elşən tərəfindən Səxavətə verilmişdir. 5000 (beş min) manatı pulu isə Əlövsət Səxavətə vermiş, yəni Əlövsətin özünə məxsus olmuş və Səxavət də Türkana vermişdir. Ümumilikdə 44.500 (qırx dörd min beş yüz) manat pul isə sırf Səxavətin özü tərəfindən hissə-hissə olaraq Türkana və ona verilmişdir. Yəni 53.000 manat pulun 44.500 manatı Səxavətə məxsus olmuş, 5.000 (beş min) manatı Əlövsətə, 3.500 (üç min beş yüz) manatı isə Elşənə məxsus olmuşdur. Amma mən yalnız 7.000 (yeddi min) manat pulu Türkanla birlikdə qabaqcadan əlbir olaraq aldatmaqla Səxavət və Elşəndən almışdır. Türkanın Səxavətdən aldığı 17.000, 15.000 manat pulların alınmasında, eləcə də Əlövsətdən aldığı 5.000 manat pulun alınmasından ibarət cinayət epizodlarından iştirak etməmişdir, sadəcə bu barədə Türkan ona sonradan danışarkən məlumatı olmuşdur. Bir müddət sonra Səxavət o və Türkanla şəxsən görüşərək nə üçün təqaüdə düzəltmə işini başa çatdırmadıqlarını soruşduqda onlar Səxavəti aldatdıqlarını səmimi olaraq etiraf etmişlər, bunu qabaqcadan əlbir olaraq tamah niyəti ilə onların pullarını ələ keçirmək məqsədi ilə etdiklərini demişlər. Səxavətə və Gülsarəyə bildiriblər ki, Səxavətdən aldıqları 7.000 (yeddi min) manat puldan 1.100 (min yüz) manatını o, qabaqcadan əlbir olaraq bu cinayətdə iştirak etməyinə görə Türkana zəhmət haqqı olaraq vermiş, Türkan isə sonradan Səxavətdən aldığı 9.000 (doqquz min), 17.000 (on yeddi min) manat və 15.000 (on beş min) manat, Əlövsətən aldığı 5.000 (beş min) manat puldan ona heçnə verməmiş, lakin onun bütün bunlardan xəbəri olmuşdur. Türkan Əlövsətə qarşı dələduzluq edərkən tək olmuş, yəni o, Türkanla qabaqcadan əlbir olaraq Əlövsəti aldadıb onun pulunu ələ keçirməmişdir. Türkan Səxavətdən qızıllarını girovdan çıxarmaq adı ilə 17.000 (on yeddi min), Səxavətin qohumu İlqarın cəzadan azad edilməsinə nail olacağı adı ilə 15.000 (on beş min) manat pul alarkən həmin cinayətləri Səxavətə qarşı tək törətmiş, o, Türkanla qabaqcadan əlbir olaraq Səxavətə qarşı həmin cinayət epizodlarının törədilməsində iştirak etməmişdir. Səxavət və Gülsarə pullarını onlardan geri tələb etdikdə onlar hər ikisi bir qədər vaxt istəmişlər və söz veriblər ki, pulları onlara qəpiyinə kimi qaytaracaqlar. Lakin bü günədək həmin pulları onlara qaytarmamışlar. Səxavət isə qohumları ondan narazı qalmasın deyə Elşənin 3.500 manat, Əlövsətin 5000 manat pulunu öz şəxsi vəsaiti hesabına qaytarmışdır. Buna görə də o və Türkan Səxavətə ümumlikdə 53.000 (əlli üç min) manat pul qaytarmalıdırlar. O, Türkanla birlikdə qeyd etdiyi həmin cinayəti, yəni Elşən və Səxavətdən 7.000 (yeddi min) manat pul alarkən yalnız ikisi qabaqcadan əlbir olaraq törətmişlər, onlardan başqa heç kim, heç bir tibb işçisi həmin cinayət epizodlarının törədilməsi barədə məlumatlı olmayıb və həmin cinayətlərdə iştirak etməyib. O və Türkan Səxavət, Elşən və Əlövsətdən aldıqları pullardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş həkimi X23, “Respublikası Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin həkimləri olan X48 və X13 heçnə verməmişlər, həmin şəxslərin onunla Türkanın Səxavət, Elşən və Əlövsəti bu qaydada aldadaraq pulularım ələ keçirmələri barədə əməllərindən ümumiyyətlə məlumatları olmamışdır. Bundan başqa o, Türkanla birlikdə qabaqcadan əlbir olaraq aldatmaqla Zərərçəkmiş şəxs7 25.000 (iyirmi beş min) manat pulunu ələ keçirmişdir. Belə ki, mərhum əri Şahbalanın birinci həyat yoldaşı Zərərçəkmiş şəxs7 olmuşdur. O həmişə özünü Nuriyəyə və onun övladlarına yalandan savadlı, nüfuzlu, işgüzar, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən xanım kimi təqdim etmiş, müəyyən məbləğdə pulu zəhmət haqqı qismində götürərək həmin pulun müqabilində istənilən problemi həll edə biləcəyini demişdir. 16.01.2019-cu il tarixdə Nuriyənin oğlu, eyni zamanda onun oğulluğu-X19 üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş, növbəti günlər isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 17.01.2019-cu il tarixdə Bahadur təzə tutularkən Nuriyə qızı Sevincin mobil telefonu vasitəsi ilə ona zəng edərək bu barədə demiş, Bahaduru cinayət məsuliyyətindən azad etdirmək üçün kömək etməsini xahiş etmişdir. Həmin an Türkan onlarda olmuş, Nuriyə ilə onun telefon danışığını eşitmişdir. O, telefon danışığını bitirdikdən sonra Türkana təklif edib ki, Nuriyəgilə gedərək onun oğlu Bahadurun cinayət məsuliyyətindən azad etdirəcəkləri barədə yalan danışaraq Nuriyəni aldatmaqla pulunu ələ keçirsinlər. Türkan mobil telefonu vasitəsi ilə internet portalına girərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalar barədə ona məlumat vermiş və onun bu təklifi ilə razılaşmışdır. Onlar birlikdə Nuriyəni aldadaraq onun pulunu ələ keçirmək barədə razılığa gəlmişlər, lakin konkret olaraq hansı məbləğdə pulunu ələ keçirəcəklərini Nuriyə ilə görüşdən sonra dəqiqləşdirəcəklərini planlaşdırmışlar. Bir neçə saatdan sonra o və Türkan bu məqsədlə taksi ilə Bakı şəhəri, ünvan 11 ünvana getmişlər. X29 məsələsi barədə ətraflı danışdıqda o Türkanı Nuriyəyə təqdim edərək yalandan deyib ki, Türkan savadlı, işgüzar, nüfuzlu, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən hüquqşünas-vəkildir, Türkanla birlikdə müəyyən yüksək vəzifələrdə çalışan tanışlarının köməkliyi ilə Bahaduru cinayət məsuliyyətindən azad etdirəcək, lakin bunun üçün müəyyən məbləğdə pul lazım olacaq, həmin pulun bir qismi onunla Türkanın zəhmət haqqı olacaq, digər qismini isə həmin vəzifəli şəxslərə verəcəklər. Türkan da onun yalandan dediklərini tamlıqla təsdiq etmişdir. Nuriyə onların hər ikisinə tam inanmışdır. Həmin söhbət zamanı evdə Nuriyənin qızları Sevinc və Lalə də olduqlarından onlar hər ikisi həmin söhbətin şahidi olmuşlar. Türkan və o yalandan demişlər ki, həmin vəzifəli şəxslərlə görüşərək Bahadurun cinayət məsuliyyətindən azad edilməsi üçün istənilən məbləği soruşacaqlar və sonra həmin məbləği gəlib onlara deyəcəklər. Lakin onlar orada heç bir vəzifəli şəxsin adını çəkməmişlər və Nuriyə də onlardan bu barədə soruşmamışdır. Nuriyə onlara inanaraq onlarla razılaşmışdır. Həmin gün gecə saatlarında o evində Türkanla bu barədə söhbətləşdikdə belə qərara gəlmişlər ki, bu işə görə, yəni güya Bahadurun cinayət məsuliyyətindən azad etdirəcəklərinə görə Nuriyədən 25.0 (iyirmi beş min) manat pul istəsinlər, həmin puldan 5.000 (beş min) manatını o götürsün, 20.0 (iyirmi min) manatını isə Türkan götürsün. 18.01.2019-cu il tarixdə təxminən saat 15 radələrində o, bu məqsədlə tək Nuriyəgilə gedib ona yalandan deyib ki, o, Türkanla birlikdə adlarını çəkmədiyi tanışları olan vəzifəli şəxslərlə danışaraq Bahaduru cinayət məsuliyyətindən azad olunmasına nail olacaq, bunun üçün 25.000 (iyirmi beş min) manat pul lazımdır, həmin pulun bir qismi Türkanla ona zəhmət haqqı olaraq çatacaq, digər qismini isə həmin vəzifəli şəxslərə verəcəklər. Lakin həmin puldan Türkanla birlikdə konkret olaraq hansı məbləği zəhmət haqqı qismində götürəcəkləri barədə Nuriyəyə deməmişlər. Nuriyə cəmi 5.000 (beş min) manat pulunun olmasını ona demiş, o isə Nuriyəyə deyib ki, problem yoxdur, həmin pulu indi mənə ver, təcili olaraq pulun qalan hissəsini də növbəti günlər ərzində düzəlt. Həmin pul Sevincdə olduğundan Nuriyə Sevincə deyib ki, pulu ver Susannaya. Sevinc Nuriyə və Lalənin şahidliyi ilə əlli ədəd yüzlük əsginas halında həmin 5.000 (beş min) manat pulu ona vermişdir. O, pulları alaraq saymış və sağollaşaraq getmişdir. Evə gələrək Türkanla görüşmüş, bütün bunlar barədə Türkana ətraflı danışmışdır. Razılaşmışlar ki, həmin 5.000 (beş min) manat onda qalsın, pulun digər hissələrini növbəti dəfə birlikdə gedərək götürsünlər, daha doğrusu o götürərək Nuriyəgildən xəbərsiz Türkana versin. 19.01.2019-cu il tarixdə təxminən axşam saat 18 radələrində o, Türkanla birlikdə Nuriyənin evinə gəlmiş, Nuriyə torpaq sataraq 15.000 (on beş min) manat pul hazırladığını bildirmiş və Sevincə deyib ki, həmin pulları ona versin. Sevinc Türkanın və Lalənin şahidliyi ilə yüz əlli ədəd yüzlük əsginas halında 15.000 (on beş min) manat pulu ona vermişdir. O, qalıq qalmış 5.000 (beş min) manatı Nuriyədən istədikdə Nuriyə bildirib ki, daha pulu yoxdur, lakin qızıl-zinyət əşyaları var. Türkan bunu eşitdikdə tələsik olaraq yalandan Nuriyəyə təklif edib ki, güya onun hansısa lombard işlədən tanışı var, əgər istəsə həmin qızılları həmin lombarda aşağı faizlə girov qoyaraq pul əldə edə bilərlər. Nuriyə Türkanla razılaşmışdır. Onlar növbəti gün birlikdə gedərək qızılları həmin lombarda girov qoyacaqları barədə razılaşmaqla ayrılmışlar. Yolda o, Nuriyədən aldığı həmin 15.0 (on beş min) manat pulu Türkana vermişdir. Növbəti gün, yəni 20.01.2019-cu il tarixdə təxminən saat 17 radələrində o, Sevinc, Nuriyə və Türkan taksi sürücüsü Nizaminin avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsinə gəlmişlər, orada yerini xatırlamadığı hansısa lombarda girmişlər, Türkan həmin lombardı Nuriyəgilə yalandan göstərərək tanış lombard olmasını demişdir. Lombartda Nuriyə özünə məxsus olan ümumlikdə 196 (yüz doxsan altı) qram qızıl-zinyət əşyalarını həmin lombarda girov qoyaraq xatırlamadığı faizlə ümumlikdə 5.500 (beş min beş yüz) manat pul götürmüş və onlar lombartdan çıxmışlar. Nuriyə 500 (beş yüz) manat pulu özündə saxlamış, 5.000 (beş min) manat pulu isə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 üvamnda yerləşən “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin qarşısında Sevinc və Türkanın şahidliyi ilə ona vermişdir. O və Türkan qəti və əmin şəkildə Nuriyəyə yalandan söz veriblər ki, Bahaduru cinayət məsuliyyətindən azad etdirəcəklər. Onlar sağollaşaraq ayrılmışlar. Yolda o, həmin 5.000 (beş min) manat pulu Türkana vermişdir. Bır neçə gün keçdikdən sonra onlara məlum olub ki, Bahadurun barəsində həbs qətimkan tədbiri seçildiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Nuriyə Sevinclə birlikdə bir neçə dəfə onunla mobil telefon vasitəsi ilə əlaqa saxlayaraq və görüşərək nə üçün Bahadurun həbs olunaraq təcridxanaya keçirilməsinin səbəbini soruşmuşlar, o, yalan danışaraq onlara bildirib ki, güya həmin pulların bir qismini Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi İlahi Qurbanov adlı şəxsə və prokurora vermiş, qısa zamanı ərzində Bahaduru cinayət məsuliyyətindən azad etdirərək Bakı İstintaq Təcridxanasından azadlığa çıxmasına nail olacaq. 03.02.2019-cu il tarixdə o, Nuriyə və Sevinclə görüşərək onlara yalandan deyib ki, güya iş müstəntiq İlahidən alınaraq prokurora verilib və iş qısa müddətə yekunlaşır. 08.02.2019-cu il tarixdə isə o, Nuriyə və Sevinclə görüşərək onlara yalandan deyib ki, Bahaduru həbsdən azadlığa buraxmaq üçün Bakı Apellyasiya Məhkəməsinə gətirəcəklər. Lakin Bahaduru həmin tarixdə həmin məhkəməyə gətirməmişlər. Bütün bunlardan sonra Nuriyə onunla Türkanın onu aldadaraq pulunu ələ keçirmələrinə əmin olmuşdur. Bir neçə dəfə bu bəhanələrlə Nuriyəyə səbirli olmasını demiş, bir müddət sonra isə ümumiyyətlə Nuriyə ilə əlaqəni kəsmişdir. Təxminən 2019-cu ilin fevral ayında Nuriyə ilə görüşdükdə səmimi olaraq etiraf edib ki, o, Türkanla birlikdə qabaqcadan əlbir olaraq aldatmaqla onun pulunu ələ keçirmişdir, həmin pulları heç bir müstəntiqə və prokurora verməmişdir, pulun 5.000 (beş min) manatı ondadır, 20.000 (iyirmi min) manatı isə həmin cinayətdə iştirakçılıq haqqı qismində Türkana vermişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün sərf etmişlər. Təxminən 2019-cu ilin aprel ayında dəqiq olaraq xatırlamadığı tarixdə Türkan tək Nuriyəgilin evinə gələrək onun dediklərini tamlıqla təsdiq etmiş və həmin cinayətdə iştirak etməyinə görə tərəfindən ona verilmiş 20.000 (iyirmi min) manat puldan 12.000 (on iki min) manat pulu Nuriyəyə qaytararaq ondan üzr istəmiş, yalvararaq söz verib ki, bir müddət sonra pulun digər hissəsi olan 8.000 (səkkiz min) manatı da ona qaytaracaq. Nuriyə Türkanla razılaşdı. Lakin sonradan Türkan həmin 8.000 (səkkiz min) manatı, o isə 5.000 (beş min manat) pulu Nuriyəyə qaytarmamışlar. Hal-hazırda onun Türkanlar birlikdə Nuriyəyə ümumilikdə 13.000 (on üç min) manat ödəyəcəkləri pul qalmışdır. O, Türkanla birlikdə qabaqcadan əlbir olaraq Nuriyəyə qarşı dələduzuq edərək onun ümumilikdə 25.0 (iyirmi beş min) manat pulunu ələ keçirmişlər. Həmin puldan 5.000 (beş min) manatı ona çatmış, 20.000 (iyirmi min) manatı isə iştirakçılıq haqqı qismində tərəfindən Türkana verilmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əvvəllər məhkum olunmadığının, yaşlı olmasının, səhhətində problemlərin olmasının və qismən ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X30 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəzasını tam olaraq çəkmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda cəzamı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında çəkir. 2004-2008- ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almamış, ali təhsilli hüquqşünas vəkil deyil, hüquqşünas nümayəndə qismində heç bir məhkəmə proseslərinə iştirak etməmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil. Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, tanımışdır. Təxminən 2017-ci ilin avqust ayında rəfiqəsi Könülün övladı məktəbdə Susannanın nəvəsi ilə dalaşdığından Susanna xatırlamadığı hansısa polis bölməsinə şikayət etmiş, həmin polis bölməsinin qarşısında rəfiqəsi Könülü və Susannanı barışdıraraq onların arasında mehribançılıq yaratmış və beləliklə Susanna ilə münasibəti yaranmışdır. Yaşadığı ünvanla Susannanın yaşadığı ünvan arasında təxminən bir kilometr, piyada olaraq on dəqiqəlik məsafə olduğundan əvvəllər demək olar ki, hər gün Susannanın evinə gedib-gəlmiş, Susanna ilə arasında heç bir qərəzçilik və ədavət olmamış, həmişə normal, səmimi, mehriban rəfiqə münasibətləri olmuş və hal-hazırda da mehribandılar. Şahid6 taksi sürücüsüdür, təxminən 2018- 2019-cu illərdə bir neçə dəfə taksi kimi Nizaminin xidmətlərindən istifadə etmişdir. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Şahid4 əvvəllər tanımamış, onlarla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. Onlarla sonradan Susanna ilə birlikdə iş düzəltmə, təqaüd düzəltmə, sövdələşmə proseslərində tanış olmuşdur. Belə ki, Susanna ilə bir dəfə təklikdə söhbətləşərkən Susanna ona bildirib ki, bir neçə il tibbi sahəsində xidmət edib, hal-hazırda isə əlil olduğundan təqaüddədir, çoxlu şəxsi problemləri, ehtiyacları var, onunla hər hansı bir iş görmək istəyir. O da çoxlu şəxsi ehtyiacları, problemləri, maddi sıxıntılarının olmasını bildirərək Susannaya təklif edib ki, müxtəlif adamları taparaq onu həmin adamlara hüquqşünas-vəkil kimi təqdim etsinlər, müəyyən miqdarda pul alaraq həmin adamların problemlərini həll edəcəklərinə yalandan söz verərək onları aldatsınlar, əldə edilmiş pulları isə Susanna ilə öz aralarında bölsünlər. Bu qaydada pul qazanaraq öz şəxsi ehtiyaclarına sərf etsinlər, bir müddət sonra xeyli miqdarda pul topladıqda isə icarəyə ofis götürərək orda hər hansı biznes faəliyyəti ilə məşğul olsunlar. Beləliklə O, Susanna ilə razılaşmış və bir müddət sonra 01.10.2018-ci il tarixdə Susannanın adma Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisi icarəyə götürmüşlər. Bəzən o özü həmin ofisdə ayrı-ayrı şəxsləri qəbul edərək onlara özünü yalandan hüquqşünas-vəkil kimi təqdim etməklə onları aldatmış, onların problemini həll edəcəyinə inandırırmış. Həmin şəxsləri ofisdə qəbul etməkdə məqsədi özü barəsində onlarda işgüzar xanım təsəvvürü yaratmaq olmuşdur. Lakin təxminən 2019-cu ilin yay aylarında həmin ofisin icarə haqqını ödəmədiklərindən icarə müqaviləsinin şərtləri pozulmuş və müqavilə ləğv olunmuşdur.Təxminən 2018-ci ilin fevral ayının sonlarında Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 11 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində xidmət edən, daxili xidmət çavuşu əvvəllər tanımadığı, sonradan X31 olmasını bildiyi şəxs xidməti formada Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin qarşısında olarkən təsadüfən Susanna ilə tanış olmuş, tanışlıq zamanı Susanna özünü yalandan Turala nüfuzlu, hörməti olan, sözü keçən xanım kimi təqdim etmiş, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlıq və əlaqələrinin olmasını demişdir. Aralarında olan söhbət əsnasında Tural səhhətindəki problemlərə görə artıq xidmət edə bilmədiyindən şikayətlənmiş, əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxmaq istədiyini Susannaya demişdir. Susanna Turalı dinlədikdən sonra əminliklə və özünə arxayınlıqla Turala yalandan deyib ki, o, uzun illər tibb sahəsində çalışıb, hal-hazırda tibb sahəsində nüfuzlu tanışları var, təxminən 6.000-6.500 (altı minaltı min beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi alaraq onun əsasında Turalı xidməti iş yerindən təqaüdə çıxara bilər, Tural pulun yarısını, yəni 3.000 (üç min) manatını ilkin olaraq ona verəcək, pulun digər hissəsini isə bir müddət sonra tibb-ekspert komisiyasına girməzdən əvvəl ona verəcək. Tural bunu eşitdikdə çox sevinmiş və Susannadan xahiş edib ki, onun təqaüdə çıxmasına kömək etsin. Susanna Turala yalandan deyib ki, o, bu işi onunla, yəni X30 adlı rəfiqəsi ilə birlikdə görür, onunla birlikdə köməkli olaraq Turalı təqaüdə çıxaracaq. Tural Susannadan onun kim olmasını soruşduqda Susanna yalandan deyib ki, onun rəfiqəsidir, savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, onunla birlikdə əlillik dərəcəsi alaraq müxtəlif vətəndaşlara təqaüdə çıxmasına kömək etmişdir, əgər Tural həqiqətən də təqaüdə çıxmaq istəyirsə bu işlə bağlı olaraq Turalı onunla tanış edə bilər, birlikdə söhbələşərək qəti qərara gələ bilərlər, təqaüdə düzəldəcəklərinə görə Turaldan alınacaq pulları isə onunla Susanna öz arasında zəhmət haqqı olaraq böləcəklər. Tural Susannanın dedikləri ilə tam qaydada razılaşmış, pulu olmadığı üçün təqaüdə düzəltmək işinə görə Susannanın qeyd etdiyi məbləğləri deyil, cəmi 5.000 (beş min) manat pul verə biləcəyini demişdir. Susanna Turalla razılaşmış və Turala deyib ki, onunla birlikdə Turaldan həmin 5.000 (beş min) manat pulu zəhmət haqqı olaraq hissə-hissə alacaq və həmin pulun müqabilində Turalı xidməti iş yerindən təqaüdə çıxaracaq. Susanna təxminən 2018-ci ilin fevral ayının sonlarında yaşadığı evdə təklikdə bu barədə ona danışmış və onlar hər ikisi razılaşmışlar ki, qabaqcadan əlbir olaraq bu yalan əsasında, yəni güya əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerində təqaüdə çıxaracaqları barədə Turalı aldatsınlar və Turalın pulunu ələ keçirsinlər. Turalla danışılmış 5.000 (beş min) manat pulun 3.000 (üç min) manatını Susanna alacaq, 2.000 (iki min) manatını isə o alacaq. Bu qaydada Susanna ilə razılaşmışlar. 07.03.2018-ci il tarixdə təxminən saat 10 radələrində Susanna onunla “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq deyib ki, o, Turalla görüşərək pulun bir qismini ondan alcaq, sonra isə Turalı onunla tanış edəcək, o, ünvan 9 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısında onların gəlişini gözləsin. O, dərhal Susannanın dediyi qaydada həmin Tibb Mərkəzinin qarşısına gedərək tək gözləmişdir. Bir qədər sonra Tural dostu Şahid3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Dobromed Hospital”-ın qarşısında Susanna ilə görüşmüş, Tural otuz ədəd yüzlük əsginas halında 3.000 (üç min) manat pulu Azərin şahidliyi Susannaya vermiş, Susanna həmin pulu Turaldan götürərək bildirib ki, bu pul təqaüdə düzəltmə prosesi ilə bağlı aralarında danışılmış ümumi məbləğ olan 5.000 (beş min) manat pulun bir hissəsidir, o Susanna il birlikdə təxminən 6 (altı) ay ərzində əlillik dərəcəsi alaraq onun əsasında Turalı təqaüdə çıxaracaq, indi isə Turalı onunla tanış etmək istəyir. Onlar birlikdə xatırlamadığı taksi avtomobili ilə ünvan 9 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısına gəlmişlər. X71 və Azəri onunla tanış etmiş, yalandan onlara onu çox savadlı, nüfuzlu, işgüzar, sözü keçən, vətəndaşları əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxara bilən, peşəkar hüquqşünas-vəkil kimi təqdim etmişdir. O isə tanışlıq zamanı Susannanın dediklərinin hamısını təsdiq edərək yalandan deyib ki, savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, ümumlikdə 5.000 (beş min) manat pulun müqabilində rəfiqəsi Susanna ilə birlikdə Turalı təxminən altı ay ərzində xidməti iş yerindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaq, zəhmət haqqı olaraq həmin pulun 3.000 (üç min) manatı Susannaya, 2.000 (iki min) manatı isə ona çatacaq. Tural onunla Susannanın dedikləri ilə razılaşmış və bir qədər əvvəl bu işlə əlaqədar olaraq Susannaya 3.000 (üç min) manat pul verməsini demiş, Susanna da bu işlə əlaqədar bir qədər əvvəl Turaldan 3.000 (üç min) manat pul almasını təsdiq etmişdir. O, həmin pulun Susannada qalacağını, bir müddət sonra Turaldan pulun qalan hissəsi olan 2.000 (iki min) manatı alacağını demişdir. Tural ona minnətdarlıq edərək ondan mobil nömrəsini götürmüşdür. Həmin danışıq zamanı o, Azər, Tural və Susannadan başqa ətrafda heç kim yox olmamışdır. Onlar söhbətlərini tamamlayıb ayrılmışlar. Bundan sonra Tural bir neçə dəfə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susanna və onunla yazışaraq əlaqə saxlamış, onlar hər ikisi Turalın bir neçə aydan sonra təqaüdə çıxacağını yalandan deyərək Turalı arxayın etmişlər, hər ikisi Turala yalandan bildiriblər ki, təqaüdə çıxmaqdan ötrü Tural əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə gedib müayinədən keçməli və bundan sonra həmin mərkəzdən veriləcək göndəriş əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” Publik Hüquqi şəxsinə gedərək müalicə almalıdır. Tural onlarla birlikdə həmin mərkəzə getmək istəyini bildirdikdə Susanna və o Turala yalandan deyiblər ki, işləri çox olduğu üçün Turalla həmin mərkəzə birlikdə gedə bilməyəcəklər, məhz ona görə də Tural həmin mərkəzə tək getsin. 15.05.2018-ci il tarixdə Tural dispanser qeydiyyatına götürülməsi barədə ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə mürciət etmiş, mərkəzdə müayinədən keçərkən səhhətində olan psixo-nevroloji problemlər barədə həkimlərə bildirmiş, müayinə zamanı Turala “üzvi mənşəli şəxsiyyət pozuntusu“ diaqnozu qoyulmuşdur. Tural mərkəzdən xahiş edib ki, müalicə olunmasından ötrü ona “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə göndəriş verilsin və həmin tarixdə ona stasionara göndəriş verilmişdir. Tural “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susannaya və ona yazaraq həmin mərkəzdən stasionar müalicə üçün göndəriş aldığını demiş, onlar hər ikisi Turala bildiriblər ki, bir-iki günə Turalla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedəcəklər. 17.05.2018-ci il tarixdə Susanna və o Turalla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, hal-hazırki Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə getmişlər. Həmin xəstəxanada çoxlu sayda pasientlər və tibb işçiləri olmuşdur. Onlar Turala deyiblər ki, xəstəxananın dəhlizində gözləsin, onunla Susanna isə dəhlizin sonunda dəqiq olaraq xatırlamadığı hansısa otağa daxil olub orada gözləmişlər, bunu etməkdə məqsədləri Turalı aldadaraq onun təqaüdə çıxmasına kömək edəcəkləri barədə yalandan görüntü yaradaraq onu inandırmaq olmuşdur. O və Susanna təxminən 30 dəqiqədən sonra Turala yaxınlaşaraq deyiblər ki, stasionar müalicə üçün əlindəki tibbi göndəriş sənədləri ilə birlikdə xəstəxananın qeydiyyat yerinə yaxınlaşsın. Lakin o və Susanna Turalın təqaüdə çıxma məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışdıqları barədə Turala heçnə deməmişlər, həmin xəstəxanada Turalın təqaüdə çıxma məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışmamışlar, bu barədə, yəni Turalı aldatmaqları barədə niyətlərindən həmin xəstəxanada olan heç kimin, heç bir tibb işçisinin məlumatı olmamışdır. O və Susanna bunu dedikdən sonra Turalla sağollaşaraq xəstəxanadan getmişlər. Sonradan Tural onlara bildirib ki, onlar xəstəxanadan getdikdən sonra o, həmin xəstəxananın qeydiyyat yerinə yaxınlaşaraq göndəriş sənədələrini təqdim etmiş, müraciət edərək həmin xəstəxanaya müalicəyə qəbul edilməsini xahiş etmiş, onu həmin xəstəxanada bir neçə həkim müayinəsindən keçirmişlər. Müayinə zamanı Turala “X43 üzvi xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, nəzərə çarpan psixopatabənzər davranışı və tez-tez dekompensasiyalarla” kliniki diaqnozu qoyulmuş, onu müalicə etmək üçün həmin xəstəxananın gündüz stasionarına qəbul etməklə müalicə kursu keçmişlər. Tural “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin gündüz stasionarında 17.05.2018-ci il tarixdən 18.08.2018-ci il tarixədək müalicə almış, həmin xəstəxanadan ona yüksək səviyyədə tibbi yardım göstərilmiş, tibbi yardım nəticəsində onun səhhəti xeyli yaxşılaşmışdır. Lakin o və Susanna Turalla birlikdə həmin xəstəxanaya sonradan getməmişlər. Tural müalicəsini tamamladıqdan sonra bütün bunlar barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi onunla Susannaya yazaraq məlumat vermiş, o və Susanna isə Turala səbirli olaraq hələ bir müddət də gözləməsini yalandan deyərək onu aldatmağa davam etmişlər, bu qaydada müddət udaraq Turalı yubatmışlar. Təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində o, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi yazaraq Turala yalandan bildirib ki, onun təqaüd məsələsinin həll olunması üçün həkim-ekspert komisiyası başlayır, əlilliyinin təsdiqi üçün yekun olaraq həmin komisiyadan keçməlidir, müalicə aldığı həmin xəstəxanadan verilmiş barəsində olan epikriz ondadır, Tural ona 2.000 (iki min) manat pul verməlidir ki, həmin epikrizi tibbi komisiyaya aparsın. Turaldan alacağı həmin 2.000 (iki min) manat pulun bir hissəsi onun zəhmət haqqıdır, həmin pulun digər hissəsini isə həkim-ekspert komisiyasına verəcək ki, komisiya üzvləri Turalın əlilliyini təsdiq etsin. Lakin bunların hamısı yalan olmuş, o, 2.000 (iki min) manat pulu ələ keçirmək üçün bunları Turala yalandan demiş, əslində isə həmin pulların hamısı ona çatacaqdı, o, həmin pulları heç kimə, heç bir həkim-ekspert komisiyasına verməyəcəkdi və onda heç bir tibbi sənəd, o cümlədən epikriz olmamış, Turala heç bir tibbi sənəd, o cümlədən epikriz təqdim etməmişdir. Tural ona inanaraq onunla razılaşmışdır. Təxminən 2018-ci ilin noyabr ayının son on günlüyündə təxminən səhər saat 11 radələrində əvvəlcədən təyin etdikləri görüş yerində, yəni ünvan 3 ünvanında yerləşən “Baku Elektroniks” ticarət mərkəzinin qarşısında Tural təklikdə onunla görüşərək ona iyirmi ədəd yüzlük əsginas halında 2.000 (iki min) manat pul vermiş, pulları alaraq Turala yalandan deyib ki, artıq bir aydan sonra onun əlillik dərəcəsi alaraq təqaüdə çıxmaq məsələsi tam həllini tapacaq. Tural sevinərək ondan ayrılmışdır. Təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində Tural o və Susanna ilə əlaqə saxlayaraq maraqlandıqda onlar hər ikisi müxtəlif bəhanələr gətirərək Turala dəqiq cavab verməmişlər, Turalla görüşməkdən boyun qaçırırmışlar. Təxminən 2019-cu ilin may ayında “Green Plaza” biznes mərkəzinin qarşısında Tural təklikdə Susanna və onunla görüşmüş, Tural onlardan nə üçün işinin bu qədər uzanmasını soruşmuş, onlar özlərini itirərək Turala konkret cavab verməmişlər. Tural onlardan sərt şəkildə bunu izah etmələrini tələb etdikdə Susanna və o hər ikisi Turala bildiriblər ki, onlar əslində Turalı aldatmışlar, o hüquqşünas-vəkil deyil, Susanna isə nüfuzlu, sözü keçən xanım deyil, onlar yalan danışaraq Turalı inandırmışlar, qabaqcadan əlbir olmaqla əlillik dərəcəsi əsasında onu təqaüdə çıxaracaqları adı ilə aldadaraq Turalın 5.000 (beş min) manat pulunu ələ keçirmişlər, həmin puldan 3.000 (üç min) manatı Susannadadır, 2.000 (iki min) manatı isə ondadır, Turaldan aldıqları həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmişlər. Tural bunu eşitdikdə çox əsəbiləşmiş, onlardan pullarını geri qaytarmalarını tələb etmiş, əks təqdirdə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Onlar hər ikisi yalvararaq Turaldan bir neçə saat vaxt istəmişlər. Həmin gün təxminən axşam saatlarında üçü birlikdə yenidən həmin biznes mərkəzinin qarşısında görüşmüşlər. Susanna evdən gətirdiyi 3.000 (üç min) manatı, o isə öz evindən gətirdiyim 550 (beş yüz əlli) manat pulu Turala qaytarmışlar. O, Turaldan xahiş edib ki, ona bir qədər müddət versin, qalıq qalmış 1450 (min dörd yüz əlli) manat pulu da ona qaytaracaq. Tural ona bir ay vaxt vermiş və onlardan ayrılmışdı. Lakin sonradan həmin pulu tapa bilmədiyindən Turala qaytara bilməmişdir. O və Susanna tamah niyəti ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxaracaqları barədə yalandan vəd verərək Zərərçəkmiş şəxs2 ümumlikdə 5.000 (beş min) manat pulunu ələ keçirmişlər, həmin pulun 3.000 (üç min) manatını Susanna, 2.000 (iki min) manatını isə o götürmüş, həmin pulları öz şəxsi ehtiyaclarına, müxtəlif restoranlarda yeyib-içmək məclislərinə, paltar almağa və istirahətə sərf etmişdir. X53 3.000 (üç min) manat pulu qaytarmış, o isə Turala 550 (beş yüz əlli) manat pul qaytarmış, hal-hazırda Turala 1450 (min dörd yüz əlli) manat pul qaytarmalıdır. Bir müddət sonra Turala həmin pulu qaytaracağına söz verir. O və Susanna həmin cinayəti yalnız ikisi qabaqcadan əlbir olaraq törətmişlər, onlardan başqa heç kim, heç bir tibb işçisi həmin cinayət barədə məlumatlı olmayıb və həmin cinayətdə iştirak etməyib. O və Susanna Turaldan aldıqlar puldan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş həkimi X23, “Respublikası Psixiatriya Xəstəxanası” publik Hüquqi şəxsinin həkimləri olan X48 və X13 heçnə verməmişlər, həmin şəxslərin onunla Susannanın Turalı bu qaydada aldadaraq pulunu ələ keçirmələri barədə əməlindən ümumiyyətlə məlumatları olmamışdır. Bundan başqa təxminən 2018-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu ərazisində Susanna Zərərçəkmiş şəxs5 ilə tanış oldu. Aralarında olan söhbət zamanı Susanna Səxavətə onun barəsində yalandan danışaraq bildirib ki, güya o hüquqşünasvəkildir, onun geniş əlaqələri var və Susanna onunla birlikdə zəhmət haqqı qismində aldıqları müəyyən məbləğdə pulun müqabilində bir çox problemlərin həllinə köməklik edə bilir. Səxavət Susannaya deyib ki, valideynləri olan: atası X24 və anası X18 yaşlı və xəstə olmaları ilə bağlı, həmçinin qohumları: X17 və Gülsarənin həyat yoldaşı Zərərçəkmiş şəxs6 əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxma məsələlərini həll etmək istəyir. Susanna bunları eşitdikdə Səxavətə yalandan qəti şəkildə söz verib ki, onunla birlikdə bu məsələni həll edə bilər, onunla birlikdə Səxavətin valideynləri, Gülsarə və Elşən üçün hər birinə 4000 (dörd min) manat olmaq şərti ilə, ümumlikdə isə 16000 (on altı min) manat pulun müqabilində onlara əlillik dərəcəsi təyin edilməsinə nail olacaq və həmin əlillik dərəcəsi əsasında həmin şəxslərin təqaüdə çıxmasına nail olacaq, həmin dörd nəfər üçün ümumilikdə verilməli olan 16000 (on altı min) manat pulun bir hissəsini əvvəlcə vermək lazımdır ki, onunla birlikdə həmin şəxsləri həkimlərin müayinəsindən keçirdə bilsin və beləliklə təqaüdə düzəltmə prosesinə başlasın. Səxavət Susannaya inanmış və Susanna ilə razılaşaraq ayrılmışdır. Həmin an ətrafda heç kim olmadığından Səxavətlə Susanna arasında olan bu söhbəti heç kim eşitməmişdir. Səhəri gün Səxavət Susanna ilə zəngləşərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində təklikdə görüşmüş, Gülsarə və Elşənin cəmi 3.500, özünün də cəmi 3.500 manat pulunun olmasını, təqaüd düzəltmə prosesinin ilkin mərhələsi üçün Susannaya dörd nəfər üçün ümumilikdə yalnız 7.000 (yeddi min) manat pul verəcəklərini, pulun qalan hissəsini isə bir müddət sonra ona verə biləcəklərini demişdir. Susana Səxavətlə razılaşmışdır. Həmin gün axşam Susanna evlərində onunla görüşərək bu barədə ona danışmış və bildirib ki, birlikdə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə düzəltmək adı ilə aldadaraq Səxavət, Gülsarə və Elşənin ümumlikdə 16.000 (on altı min) min manat pulunu ələ keçirəcəklər, həmin pulun 7.000 (yeddi min) manatını ilkin olaraq Səxavətdən alarkən ona həmin puldan 1.100 (min yüz) manat zəhmət haqqı verəcək, danışılmış ümumi pulun qalıq qalan hissəsi olan 9.000 (doqquz min) manatını isə tam olaraq o özü Səxavətdən götürəcək və həmin puldan Susannaya heçnə verməyəcək. O, Susannadan bunu eştidikdə sevinmiş və Susanna ilə birlikdə tamah niyəti ilə qabaqcadan əlbir olmaqla əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaqları bəhanəsi ilə aldadaraq Səxavət, Gülsarə və Elşənin pulunu ələ keçirmək barədə qabaqcadan razılaşmışlar. 03.05.2018-ci ilin tarixdə təxminən səhər saat 11 radələrində əvvəlcədən razılaşdıqları qaydada ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin inzibati binasının qarşısında o və Susanna sonradan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və X14 olmasını bildiyi şəxslərlə görüşmüşlər. Səxavət Gülsarə və Elşəni Susanna və onunla tanış etmişdir. Elşən və Gülsarə ər-arvad olduqlarını, bir neçə il əvvəl başlarından travma aldıqlarından psixonevroloji problemlərdən əziyyət çəkdiklərini bildirmişlər. Aralarında olan bir neçə dəqiqəlik tanışlıq və söhbət zamanı Susanna onlara yalandan deyib ki, onunla birlikdə Elşənlə Gülsarənin və Səxavətin valideynlərinin əlillik dərəcəsi alması, həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmasına köməklik edəcək, görəcəkləri bu işlərin dəyəri isə ümumlikdə 16.000 (on altı min) manat təşkil edir, həmin pulun bir qismini, yəni 7.000 (yeddi min) manatını onlardan işə başlamaq üçün indi götürəcək, pulun qalan hissəsini isə bir müddət sonra hissə-hissə olaraq onlardan alacaq, təqaüdə düzəltmə prosesi təxminən altı ay müddəti əhatə edəcək. Susanna onu həmin şəxslərə təqdim edərək bildirib ki, o, hüquqşünasdır, onun yaxın rəfiqəsidir, onun müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlığı, ünsiyyəti, geniş əlaqələri var, onunla birlikdə köməkli olaraq bu işi, yəni təqaüdə düzəltmə məsələsini mütləq qaydada, problemsiz olaraq həll edəcək. Həmin an o da Susannanın yalandan dediklərini tamlıqla təsdiq etmiş və həmin pulun müqabilində Susanna ilə birlikdə Gülsarə, Elşən və Səxavətin valideynləri üçün əlillik dərəcəsi təyin edəcəkləri, həmin əlillik dərəcəsi əsasında isə onların təqaüdə çıxmasına köməklik edəcəklərini yalandan deyərək onları əmin etmişdir. Həmin an onların arasında Səxavətin valideynləri, həmçinin Gülsarə və Elşən üçün neçənci qrup əlillik dərəcəsi təyin ediləcəyi və alacaqları təqaüdün məbləğinin nə qədər olacağı barədə heç bir söhbət olmamış, sadəcə razılaşıblar ki, onunla Susanna əlillik dərəcəsi təyin edərək onun əsasında həmin şəxslərin təqaüdə çıxmasına kömək edəcəklər. Səxavət, Gülsarə və Elşən Susanna ilə onun həqiqətən də nüfuzlu, savadlı, işgüzar, problem həll edən insanlar olmalarına inanmışlar, onların həqiqətən də bu işi görəcəklərinə əmin olmuşlar. Buna görə də Səxavət Elşənin ona verdiyi 3.500 (üç min beş yüz) manat pulun üzərinə özünə məxsus 3.500 (üç min beş yüz) manat pulu da əlavə etmiş, ümumlikdə yetmiş ədəd yüzlük əsginasdan ibarət 7.000 (yeddi min) manat pulu konvertə qoyaraq Susannaya vermişdir. Susanna Gülsarə, Elşən və onun şahidliyi ilə həmin pulları Səxavətdən götürərək pulları saymaqla yenidən konvertə qoyub razılıq etmiş və dərhal prosesə başlamışdır. Onlar pulları Susanaya verdikdən sonra Səxavət həmin mərkəzin qarşısında dayanmış, Susanna və o bir neçə saat ərzində X54 Sağlamlıq Mərkəzinə aparmışlar, həmin sağlamlıq mərkəzində Gülsarə və Elşəni güya həkim müayinələrindən keçirməyə başlamışlar. O Susanna ilə birlikdə həmin mərkəzdə olan xatırlamadığı hansısa boş otaqlara girərək bir müddət sonra oradan çıxmışlar, dəhlizdə əyləşərək bir-biri ilə söhbətləşmişlər, Elşənlə Gülsarəyə istiqamət verərək demişlər ki, müayinədən keçmək lazımdır bu hərəkətləri ilə onları təqaüd düzəltməyə kömək edəcəklərinə tam inandırmışlar. Onlar razılaşmışlar ki, Səxavətin valideynləri yaşlı və xəstə olduqları üçün Səxavət onları bir müddət sonra həmin mərkəzə gətirəcək. Psixi Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra Susanana Elşən, Gülsarə və Səxavətə yalandan deyib ki, bir neçə gündən sonra şəxsi işləri ilə bağlı Rusiya Federasiyasına gedəcək, təqaüdə düzəltmə prosesi ilə bağlı növbəti işləri onun adından o davam etdirəcək, buna görə də həmin şəxslər təqaüdə düzəltmə prosesi ilə bağlı sövdələşdikləri qaydada Susannaya verəcəkləri 9.000 (doqquz min) manat pulu ona verəcəklər, güya o da həmin pulları Susanna Moskvadan qayıtdıqdan sonra Susannaya çatdıracaq. Onlar etiraz etməyərək Susanna ilə razılaşmışlar və sağollaşaraq ayrılmışlar. Həmin gün axşam saatlarında Susanna qabaqcadan əlbir olaraq aldatmaqla Səxavət və Elşəndən ələ keçirdikləri həmin 7.000 (yeddi min) manat puldan 1.110 (min yüz) manatını həmin cinayətdə iştirakçılıq haqqı qismində ona vermiş, 5.900 (beş min doqquz yüz) manat isə Susannada qalmışdır. Bir müddət sonra təxminən 2018-ci ilin may ayının ortalarında Səxavət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona yazaraq bildirib ki, Gülsarənin qardaşı, eyni zamanda onun qohumu olan Zərərçəkmiş şəxs4 sol əlinin dörd barmağını itirməsi səbəbindən əllilik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istəyir, ona təqaüdə çıxmasına kömək edə biləcəyi barədə soruşub. Yazışma zamanı yalandan Səxavətə bildirib ki, 5.000 (beş min) manat pulun müqabilində Əlövsətə 1-ci qrup əlillik dərəcəsi təyin edə bilər və həmin əlillik dərəcəsi əsasında Əlövsətin təqaüdə çıxmasına köməklik edə bilər. Səxavət ona cavab yazıb ki, onun fikrini Əlövsətə demiş və Əlövsət razılaşmışdır. Onlar bu məqsədlə görüş təyin etmişlər. Təxminən 2018-ci ilin may ayının son günlüyündə təxminən saat 11 radələrində ünvan 10 ünvanında yerləşən “Niel” şadlıq sarayanın yanında o, Səxavət və sonradan Zərərçəkmiş şəxs4 olmasını bildiyi şəxslə görüşmüşdür. Tanışlıq zamanı özünü yalandan Əlövsətə nüfuzlu hüquqşünas-vəkil kimi təqdim edərək müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqələrinin olması, istənilən problemi həll etmək iqtidarında olmasını bildirmiş, Əlövsət ona tam olaraq inanmış, aralarındakı danışıq zamanı Əlövsət ehtiyatsızlığından xəsarət alması nəticəsində sol əlinin dörd barmağını itirməsinə görə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istəyini bildirmişdir. O, yalandan qəti şəkildə Əlövsətə söz verib ki, 5.000 (beş min) manat pulun müqabilində Əlövsətə birinci qrup əlillik dərəcəsi təyin edə bilər və həmin əlillik dərəcəsinə uyğun olaraq Əlövsətin təqaüdə çıxmasına köməklik edə bilər. Həmin an aralarında Əlövsətin hansı məbləğdə təqaüd alacağı barədə heç bir söhbət olmamışdır. Əlövsət onun özünə əmin danışıqlarına tam inanmış və razılaşaraq cibindən çıxardığı 5.000 (beş min) manat pulu Səxavətə vermiş, Səxavət də sayaraq əlli ədəd yüzlük əzginas halında olan həmin 5.000 (beş min) manat pulu ona vermişdir. Pulları Səxavətdən aldıqdan sonra sayaraq çantasına qoymuş və Əlövsətə yalandan söz verib ki, bir ay müddətinə onun 1-ci qrup əlillik dərəcəsi əsaasmda təqaüd çıxma məsələsi həllini tapacaq. Sağollaşaraq ayrılmışlar. Həmin an onlardan başqa ətrafda heç kim olmadığından pulun ona verilməsini digər şəxslər görməmişlər. Bundan sonra Səxavət bir neçə dəfə xatırlamadığı tarixlərdə öz istifadəsində olan mobil nömrədəki “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onun mobil nömrəsi ilə əlaqə saxlamış, aralarında olan yazışma zamanı Səxavətin valideynlərinin, Elşənin və Gülsarənin təqaüdə düzəltmə prosesini başa çatdırmaq üçün ümumi danışılmış pulun bir hissəsi olan 9.000 (doqquz min) manat pulu alacağı barədə görüş vaxtını və yerini təyin etmişlər. Təxminən 2018-ci ilin avqust ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Səxavət təqaüd düzəltmə məsələsi ilə bağlı təklikdə onunla görüşərək həmin pulun bir hissəsini, əlli ədəd yüzlük əskinaz halında 5.000 (beş min) manat pulu ona vermişdir. Həmin an ətrafda heç kim olmadığından bunu görən olmamışdır. Səxavət ona deyib ki, bir müddət sonra qalıq qalmış məbləği də ona çatdıracaq. Onlar razılaşaraq ayrılmışlar. Təxminən 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasmın qarşısında Səxavət təqaüdə düzəltmə məsələsi ilə bağlı qalıq qalmış pulun sonuncu hissəsini qırx ədəd yüzlük əsginas halında 4.000 (dörd min) manat pulu ona vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. ** HX *** dövlət qeydiyyat nişanlı, Mersedes-Benz modelli taksi avtomobilin sürücüsü Şahid6 onu həmin yerə gətirmiş və Nizami kənarda dayanaraq gözləmişdir, Nizaminin onun Səxavətdən pul almasını görüb-görməməsini dəqiq bilmir. Beləliklə təqaüdə düzəltmə prosesi ilə əlaqədar olaraq Səxavət Susannaya 7.000 (yeddi min), ona 9.000 (doqquz min), ümumlikdə isə 16.000 (on altı min) manat pul vermişdir. O, bütün bunlardan sonra Səxavətin pullu olmasını düşünərək tamahlanmış, ondan müxtəlif bəhanələrlə aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirməyə qərara almışdır. Təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Səxavətə dəfələrlə yazaraq yalandan xahiş edib ki, güya onun hansısa lombartda girov qalmış xeyli miqdarda qızıl-zinyət əşyaları batır, bir müddət əvvəl ehtiyacı olduğundan xeyli miqdarda özünə məxsus qızıl-zinyət əşyalarını girov qismində lombarda qoymaqla pul götürmüş, lakin lombardın aylıq faizini ödəyə bilmədiyindən lombard həmin qızılları öz nəfmə keçirir, buna görə ona qısa müddətli 17.000 (on yeddi min) manat borc pul lazımdır, həmin pulu lombarda ödəyərək qızılları lombardın girovundan çıxaran kimi onları satacaq, əldə edimiş pulla Səxavətin borcunu qaytaracaq. Səxavət ona inanmış və ona yazığı gəlmişdir. Buna görə də təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Səxavət ona 17.0 (on yeddi min) manat borc pul vermişdir, həmin an ətrafda olan taksi sürücüsü Nizaminin onun Səxavətdən həmin pulları almasını görüb-görməməsini bilmir. Bir neçə gün sonra Səxavət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona yazaraq bildirib ki, uzaq qohumu X25 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səxavət İlqarın cəzadan şərti azad edilməsinə nail olmaq istəyir, əgər mümkün olarsa bu işdə ona köməklik etsin. O, yalandan qəti şəkildə Səxavəti əmin edərək bildirib ki, bu məsələni də rahatlıqla həll edə bilər, müəyyən yüksək vəzifəli şəxslərlə olan tanışlıq və münasibəti sayəsində, eləcə də 15.000 (on beş min) manat pulun müqabilində İlqarın cəzadan azad edilərək azadlığa buraxılmasına nail ola bilər, həmin pul zəhmət haqqı olaraq ona çatacaq. Həmin pulu hansısa vəzifəli şəxslərə verəcəyi barədə Səxavətə heçnə deməmişdir. Səxavət onunlə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Səxavət həmin pulu ona hissə-hissə olaraq verəcəkdi. Təxminən 2018-ci ilin dekabr ayının birinci on günlüyündə təxminən saat 11 radələrində Səxavət yüz ədəd yüzlük əsginas halında 10000 (on min) manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə təklikdə görüşərək ona vermiş, qalıq qalmış 5.000 (beş min) manat pulu isə iki dəfəyə ona vermişdir. Belə ki, Səxavət iyirmi beş ədəd yüzlük əsginas halında qalan 2.500 (iki min beş yüz) manat pulu təxminən 2018-ci ilin dekabr ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında olan “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə təklikdə ona vermiş, növbəti 2.500 (iki min beş yüz) manatı isə iyirmi beş ədəd yüzlük əsginas halında 2019-cu yanvar ayının ilk on günlüyündə ünvan 7 ünvanında yerləşən “Hollywood” şadlıq sarayının yanında təklikdə vermişdir. Beləliklə, Səxavət, Elşən və Əlövsətdən ümumilikdə 53000 (əlli üç min) manat pul alınmışdır. Həmin puldan 7.000 (yeddi min) manatını Səxavət Susannaya vermiş, həmin 7.000 manat puldan 3.500 (üç min beş yüz) manatı Səxavətə məxsus olmuş, digər 3.500 (üç min beş yüz) manatı Elşənə məxsus olaraq Elşən tərəfindən Səxavətə verilmişdir. 5000 (beş min) manatı pulu isə Əlövsət Səxavətə vermiş, yəni Əlövsətin özünə məxsus olmuş və Səxavət də ona vermişdir. Ümumilikdə 44.500 (qırx dörd min beş yüz) manat pul isə sırf Səxavətin özü tərəfindən hissə-hissə olaraq Susanna və ona verilmişdir. Yəni 53.000 manat pulun 44.500 manatı Səxavətə məxsus olmuş, 5.000 (beş min) manatı Əlövsətə, 3.500 (üç min beş yüz) manatı isə Elşənə məxsus olmuşdur. Bir müddət sonra Səxavət o və Susanna ilə şəxsən görüşərək nə üçün təqaüdə düzəltmə işini başa çatdırmadıqlarını soruşduqda onlar Səxavəti aldatdıqlarını səmimi olaraq etiraf etmişlər, bunu qabaqcadan əlbir olaraq tamah niyəti ilə onların pullarını ələ keçirmək məqsədi ilə etdiklərini demişlər. Səxavətə və Gülsarəyə bildiriblər ki, Susanna Səxavətdən aldığı 7.000 (yeddi min) manat puldan 1.100 (min yüz) manatını qabaqcadan əlbir olaraq bu cinayətdə iştirak etməyinə görə ona zəhmət haqqı olaraq vermiş, o isə sonradan Səxavətdən aldığı 9.000 (doqquz min), 17.000 (on yeddi min) manat və 15.000 (on beş min) manat və Əlövsətdən aldığı 5.000 (beş min) manat, puldan Susannaya heçnə verməmişlər, lakin Susannanın bütün bunlardan xəbəri olmuşdur. Belə ki, o Səxavətin valideynləri, Elşən və Gülsarəyə əlillik dərəcəsi təyin edilərək onun əsasında təqaüdə düzəltmək bəhanəsi ilə aldatmaqla aldığı 9.000 (doqquz min) manat pulu Səxavətdən alması barədə Susannaya demiş, Susannanın bu barədə məlumatı olmuşdur, lakin Susanna ilə aralarında olan qabaqcadan razılaşmaya əsasən həmin puldan Susannaya heçnə verməyəkdi və buna görə də həmin puldan Susannaya heçnə verməmişdir. Əlövsətə qarşı dələduzluq edərkən tək olmuşdur, yəni Susanna onunla qabaqcadan əlbir olaraq Əlövsəti aldadıb onun pulunu ələ keçirməmişdir. Səxavətdən qızıllarını girovdan çıxarmaq adı ilə 17.000 (on yeddi min), Səxavətin qohumu İlqarın cəzadan azad edilməsinə nail olacağı adı ilə 15.000 (on beş min) manat pul alarkən həmin cinayətləri Səxavətə qarşı tək törətmiş, Susanna onunla qabaqcadan əlbir olaraq Səxavətə qarşı həmin cinayətlərin törədilməsində iştirak etməmişdir. Səxavət və Gülsarə pullarını onlardan geri tələb etdikdə hər ikisi onlardan bir qədər vaxt istəmişlər və söz veriblər ki, pulları onlara qəpiyinə kimi qaytaracaqlar. Lakin bü günədək həmin pulları onlara qaytara bilməmişlər, söz verirlər ki, müəyyən müddətdən sonra özlərini toplayaraq həmin pulları həmin şəxslərə qaytaracaqlar. Səxavət isə qohumları ondan narazı qalmasın deyə Elşənin 3.500 manat, Əlövsətin 5000 manat pulunu öz şəxsi vəsaiti hesabına qaytarmışdır. Buna görə də o və Susanna Səxavətə ümumlikdə 53.000 (əlli üç min) manat pul qaytarmalıdır. O və Susanna qeyd etdiyi həmin cinayəti, yəni Elşən və Səxavətdən 7.000 (yeddi min) manat pul alarkən yalnız ikisi qabaqcadan əlbir olaraq törətmişlər, onlardan başqa heç kim, heç bir tibb işçisi həmin cinayət epizodlarının törədilməsi barədə məlumatlı olmayıb və həmin cinayətlərdə iştirak etməyib. O və Susanna Səxavət, Elşən və Əlövsətdən aldıqları pullardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş həkimi X23, “Respublikası Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin həkimləri olan X48 və X32ma heçnə verməmişlər, həmin şəxslərin onunla Susannanın Səxavət, Elşən və Əlövsəti bu qaydada aldadaraq pullarını ələ keçirməkləri barədə əməllərindən ümumiyyətlə məlumatları olmamışdır. Bundan başqa o, Şahid1 və Şahid2 bir müddətdir ki, tanıyır, onlarla səmimi münasibəti olmuş, onlara yalandan özünü işgüzar, iş görən, hüquqşünas- vəkil kimi təqdim edərək zəhmət haqqı qismində aldığı müəyyən məbləğdə pulun müqabilində bir çox problemləri həll etmək iqtidarında olmasını demişdir. Təxminən 2018-ci ilin oktyabr ayının ilk ön günlüyündə Savalan öz mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona yazaraq bildirib ki, onun Zəngilan Rayon Polis X64 Xidməti Tağımının polis nəfəri işləyən, polis serjanı Zərərçəkmiş şəxs1 adlı dostu var, Həsənqara səhhətində olan problemlə əlaqədar olaraq əlillik dərəcəsi almaqla onun əsasında xidməti iş yerindən təqaüdə çıxmaq istəyir. Bu işdə Həsənqaraya kömək edə biləcəyini soruşduqda Savalana yalandan yazaraq bildirdib ki, bu işdə Həsənqaraya kömək edə bilər, amma gərək Həsənqaranın özü ilə tanış olaraq söhbətləşsin. Biz bu məqsədlə görüş təyin etmişlər. Növbəti gün təxminən səhər saat 11 radələrində o, Həsənqara, İqbal və Savalanla Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında Susanna tərəfindən icarəyə götürülmüş “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə görüşmüş, həmin an ofisdə o, Savalan, İqbal və sonradan X15 olmasını bildiyi şəxs olmuş, onlardan başqa digər şəxs olmamışdır. Tanışlıq zamanı Həsənqara bildirib ki, əsəb gərginliyindən əziyyət çəkir, buna görə də əlillik dərəcəsi alaraq onun əsasında xidmət apardığı Zəngilan Rayon Polis Şöbəsindən təqaüdə çıxmaq istəyir. O, Həsənqaranı dinləyərək özünə əmin halda ona yalandan deyib ki, nüfuzlu vəkildir, geniş əlaqələri və tanışları var, 10.500 (on min beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi alaraq onun əsasında Həsənqaranı xidməti iş yerindən təqaüdə çıxara bilər. Lakin Həsənqaradan alacağı həmin pulu, kimə, hara, hansı məqsədlə verəcəyi barədə və konkret olaraq harada işləməyi barədə Həsənqaraya heçnə deməmişdir. Həsənqara ona inanmış və həmin məbləği ona verəcəyi barədə razılaşmışdır, bundan sonra sağollaşaraq ayrılmışlar. Təxminən bir neçə gün sonra təxminən saat 11 radələrində Həsənqara, İqbal və Savalan birlikdə gələrək həmin ofisdə onunla görüşmüşlər. Həmin an ofisdə o, Savalan, İqbal və Həsənqara olmuş, onlardan başqa heç kim olmamışdır. Həsənqara bu məsələ ilə əlaqədar olaraq Savalan və İqbalın şahidliyi ilə ona yüz beş ədəd yüzlük əskinaz halında 10.500 (on min beş yüz) manat pul vermiş, o, pulları Həsənqaradan götürərək saymış və yalandan əminlikə Həsənqaraya deyib ki, bu məsələni problemsiz həll edəcək, təxminən 4 ay sonra əlillik dərəcəsi alaraq həmin əlillik dərəcəsi əsasında onu təqaüdə çıxaracaq, lakin neçənci qrup əlillik dərəcəsi alacağı və hansı məbləğdə təqaüd alacağı barədə Həsənqaraya heçnə deməmişdir, bu barədə heçnə danışmamışlar. Həsənqara razılıq etmiş,onun bu işi görəcəyinə inanmış, 10.500 (on min beş yüz) manat pulu ona vermiş, tələsdiyi üçün təcili gedəcəyini demiş və onlarla sağollaşaraq ofisdən çıxmışdır. Savalan və İqbal isə ofisdə qalmış, o həmin puldan İqballa Savalana 1.500 (min beş yüz) manat pul verərək bildirib ki, bu pul sizin şirinlik haqqınızdır, götürün, öz aranızda bölüşün. İqbal və Savalan onun pul verəcəyini gözləmədiklərindən neçə saniyə tərəddüd etdikdən sonra həmin pulu ondan götürmüşlər və onunla sağollaşaraq ofisdən çıxmışlar. Sonradan eşitdiyinə görə yolda Savalan həmin puldan İqbala 500 (beş yüz) manat şirinlik haqqı vermiş, 1000 (min) manatı isə özünə götürmüşdür. Lakin onun İqaballa Savalana 1.500 (min beş yüz) manat pul verməyindən Həsənqaranm məlumatı olmamışdır. Bundan sonra bir neçə dəfə Həsənqara istifadəsində olan mobil nömrədən onun istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazaraq bu məsələ barədə maraqlanmış, o, hər dəfə Həsənqaraya yalan danışaraq səbirli olmağını, bu işin bir qədər yubansa da alınacağını demiş, bu qaydada Həsənqaranı aldatmağa davam etmişdir. Təxminən 2019cu ilin may ayının əvvəllərində Həsənqara ona yazaraq yenə də bir neçə dəfə bu iş barəsində maraqlandıqda Həsənqaraya konkret olaraq cavab verməmiş, daha sonra isə Həsənqaradan xahiş edib ki, ona bir qədər də müddət versin, onun pulunu toplayaraq qaytaracaq, onun barəsində heç yerə şikayət etməsin. Bir qədər sonra Savalan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazaraq nə üçün Həsənqaranı aldatmasını soruşmuş və Həsənqaradan aldığı pulları geri qaytarmasını ondan tələb etmişdir. O, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Savalan və Həsənqara ilə yazışarkən yalvararaq xahiş edib ki, Həsənqaradan həmin pulları həqiqətən də aldadaraq ələ keçirmiş, həmin pulları öz şəxsi ehtiyacları üçün sərf etmiş, bir qədər möhlət versinlər, pulları tapıb Həsənqaraya qaytaracaq. Bir neçə gün sonra Həsənqara onunla görüşərək İqballa Savalanın ona 1.500 (min beş yüz) manat pul vermələrini bildirmiş, həmin pulun onun tərəfindən İqballa Savalana şirinlik haqqı qismində verilibverilməməsini soruşmuşdur. O, bir daha üzr istəməklə Həsənqaraya səmimi olaraq etiraf edib ki, əlillik dərəcəsi əsasında təqaüdə çıxarmaq adı ilə aldadaraq onun pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etmiş, İqballa Savalanın bu işdə heç bir günahı yoxdur, İqbal və Savalan onun bu niyətindən əvvəlcədən məlumatsız olmuşlar. Bundan başqa o, X40 ilə təxminən 2018-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəsində təsadüfən tanış olmuş, aralarındakı tanışlıq zamanı özünü Günelə yalandan nüfuzlu, işgüzar, savadlı, sözü keçən hüquqşünas-vəkil kimi təqdim etmiş, əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq işlərinin hüquqi tənzimlənmə məsələsini mükəmməl bildiyini və vətəndaşları əlillik dərəcəsi əsasında təqaüdə çıxaraq bildiyini demiş, xahiş etmişdir ki, əgər əlillik dərəcəsi əsasında təqaüdə çıxarmaq istəyən olsa həmin şəxləri onunla əlaqələndirsin, onun rəfiqəsi Təqsirləndirilən şəxs1 da ona həmin təqaüd düzəltmə işlərində kömək edir. Bunları Günelə deməkdə məqsədi Güneli aldatmaq olmuş, istəyib ki, Günelin vasitəsi ilə digər şəxslər də tanış olub həmin şəxsləri də aldadaraq pullarını ələ keçirsin. Aralarında olan tanışlıq zamanı Günel ona bildirib ki, o, Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Abşeron rayon X35 hissəsinin kadrlar üzrə kiçik inspektoru vəzifəsində, baş çavuş rütbəsində xidmət edir, səhhətində olan problemlərlə əlaqədar olaraq xidməti iş yerindən təqaüdə çıxmaq istəyir. O, Günelə təqaüdə çıxmaqla bağlı yalandan bəzi hüquqi məsləhətlər vermiş, tanışlıq zamanı Günel ondan mobil nömrəsini götürmüşdür. Sonradan müxtəlif tarixlərdə Günel bir neçə dəfə onunla həmin biznes mərkəsində rastlaşaraq hal-əhval tutmuş, bir dəfə onun yanında Suzanna da olmuş və o, Susannanı təqaüd düzəltməkdə kömək edəcək rəfiqəsi kimi Günelə təqdim etmişdir. Həmin an Günel Susannanın sadəcə yaxından görmüş, lakin Susanna ilə danışmamış, aralarında heç bir tanışlıq olmamışdır. Təxminən 2018-ci ilin noyabr ayının əvvələrində bir nəfər tanımadığı şəxs onun istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edərək bildirib ki, o, Zərərçəkmiş şəxs3dur, Günelin iş yoldaşıdır, onun mobil nömrəsini Günel ona vermişdir, o, əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yerindən təqaüdə çıxmaq istəyir, bu işdə ona kömək edəcək adam axtarır. Telefon danışığı zamanı Arifi dinləyərək yalandan ona bildirib ki, hüquqşünas-vəkildir, sırf əlillik dərəcəsi əsasında təqaüdə düzəltmə işi ilə məşğuldur, bu məsələdə ona kömək edə bilər. Arif ona inanmışdır. Bu məqsədlə görüş təyin etmişlər. Həmin gün təxminən günorta saat 14 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində dəqiq olaraq xatırlamadığı yerdə təklikdə Ariflə görüşmüş, Arif səhhətində olan problemlər barədə ona ətraflı danışmış, tanışlıq zamanı özünü yalandan Arifə çox nüfuzlu, işgüzar, müəyyən vəzifəli şəxslər və yüksək dairələrlə əlaqəsi olan, iş görən, sözü keçən, müəyyən məbləğdə pulun müqabilində istənilən problemi həll etmək iqtidarında olan hüquqşünas-vəkil kimi təqdim etmiş və bildirib ki, 6.500 (altı min beş yüz) manat pulun müqabilində onurğasında olan problem və əsəb gərginliyi ilə əlaqədar olaraq ona əlillik dərəcəsi ala bilər, həmin əlillik dərəcəsi əsasında onu xidmət iş yeri olan Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Abşeron rayon X35 hissəsinin 32 nömrəli Yanğından mühafizə bölməsindən təqaüdə çıxara bilər, ondan alacağı həmin pul onun zəhmət haqqıdır. Arif onunla razılaşaraq həmin pulu qısa zaman ərzində ona çatdıracağı barədə deyərək ayrılmışdır. 10.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində Arif istifadəsində olan mobil nömrədən ona zəng edərək bildirib ki, təqaüdə düzəltmə işi ilə əlaqədar olaraq 6.500 (altı min beş yüz) manat pulu hazırlamış, görüş təyin etsinlər və həmin pulu Arifə versin. O, çox sevinərək Arifə deyib ki, nə yaxşı ki, pulu tez bir zamanda hazır eləmisən, ona görə də sənin işin tez alınacaq, amma şəxsi işlərimlə bağlı kənar yerdə olduğumdan səninlə görüşə bilməyəcəm, sənin mobil nömrəni taksi sürücüsü Şahid6 verəcəm, Nizami səninlə zəngləşərək gəlib görüşəcək və pulları səndən alaraq gətirib mənə verəcək, lakin Nizami mənim həmin pulların müqabilində sənə təqaüd düzəldəcəyimdən məlumatsızdır, sən də ona bu barədə heçnə demə, Nizami sadəcə mənə taksi sürücüsü kimi xidmət edir, Nizami yalnız mənim xahişimlə səndən həmin pulları götürüb Bakı şəhəri ərazisində mənə çatdıracaq, mən isə Nizamiyə sürücülük haqqı verəcəm. Arif onunla razılaşmışdır. O, dərhal istifadəsində olan mobil nömrə ilə Nizamiyə zəng etmiş, şəhərdə məşğul olduğuna görə onun adından Ariflə zəngləşərək görüşüb 6.500 (altı min beş yüz) manat pul alması və həmin pulu gətirib ona verməsini xahiş etmiş, sürücüiük haqqı olaraq Nizamiyə 20 (iyirmi) manat pul verəcəyini demiş və Arifin mobil nömrəsini Nizamiyə diqtə etmişdir. Nizami bildirib ki, o, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mərasim evindədir, iştirak etdiyi yas mərasimindən çıxaraq Ariflə görüşəcək və Arifin verəcəyi pulları ona çatdıracaq. Sonradan Arif telefon danışığı zamanı, Nizami isə pulları verərkən ona bildiriblər ki, X66 rayonu, Saray qəsəbəsində, Bakı - Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşmüş, onlar hərə öz avtomobili ilə ard-ardınca olmaq şərti ilə Arifin yaşadığı ünvana, yəni ünvan 12izami evin qarşısında avtomobildə gözləmiş, Arif bir neçə dəqiqə ərzində evdən 6.500 (altı min beş yüz) manat pulu götürərək qayıtmış, Arif Nizaminin avtomobilin qabaq sağ tərəfində əyləşərək həmin pulları Nizamiyə vermişdir. Pulları Nizamiyə verərkən istifadəsində olan “İphone 4 S” modelli mobil telefonla Nizaminin hiss etmədiyi tərzdə qısa müddətli video çəkiliş aparmışdır. Həmin an Arif və Nizamidən başqa ətrafda heç kim olmamış, yalnız ikisi olmuşlar. Həmin ərəfədə yaşadığı evdə azyaşlı uşaqlarının qayğısı ilə məşğul olduğundan Ariflə görüşə bilməmiş və Arifdən pulları özü şəxsən ala bilməmişdir. Nizami isə qısa zaman ərzində Arifin verdiyi 6.500 (altı min beş yüz) manat pulu tam olaraq Bakı şəhəri ərazisində ona çatdırmışdır. O, Nizamiyə həmin pulları çatdırdığına görə 20 (iyirmi) manat sürücülük haqqı vermişdir. Ariflə aralarında olan telefon danışığı zamanı ona yalandan bildirib ki, təxminən 10 gündən sonra onu hansısa xəstanaya apararaq orada qeydiyyatdan keçirməklə xəstəxanada müalicə olunması işlərinə başlayacaq. Arif ona inanmaqla razılıq edərək səbirsizliklə onun zəngini gözləyəcəyini demiş və onlar sağollaşmışlar. Təxminən on gün sonra Arif ona zəng edərək maraqlandıqda yalandan Arifə narahat olmamasını və bir qədər də səbr etməsini demiş, lakin konkret olaraq müddət deməmişdir. Təxminən 2018-ci ilin dekabr ayının sonlarınadək Arif ona bir neçə dəfə zəng edərək maraqlandıqda, bəzən qəsdən Arifin zənglərinə cavab verməmiş, bəzən isə müxtəlif bəhanələr gətirərək yalandan Arifə bir qədər də səbirli olmasını demişdir. Arif bir müddət sonra “Green Plaza” biznes mərkəzinin qarşısında onunla təklikdə görüşərkən səmimi olaraq Arifə etiraf edib ki, o, hüquqşünas-vəkil deyil, əlillik dərəcəsi alaraq onun əsasında heç kimə təqaüd düzəldə bilmir, ümumiyətlə kiməsə əlillik dərəcəsi alaraq onun əsasında təqaüd düzəltməyə dair heç bir səlahiyyəti yoxdur, bütün bunları Günelə və ona yalandan deyərək onları aldatmış, həmin yalanla onun 6.500 (altı min beş yüz) manat pulunu ələ keçirmiş, ondan aldığı pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, digər şəxslərlə də pulla bağlı problemləri var, onun pulunu qısa müddətə toplayaraq qaytaracaq. Bir neçə dəfə yalvararaq Arifdən xahiş edib ki, ona möhlət versin, Arif ona yazığı gəldiyi üçün razılaşmışdır. Günel də dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışaraq tələb edib ki, ya Arifin pulunu qaytarsın, ya da Arifin işini həll etsin, Arifi incitməsin. Lakin o, Arifin pulunu qaytara bilməmiş, söz verib ki, bir müddət sonra Arifin pulunu qaytaracaq. Tamah niyəti ilə Arifə qarşı həmin cinayəti tək olaraq törətmiş, Susanna və ya digər şəxslər onunla qabaqcadan əlbir olaraq Arifə qarşı həmin cinayəti törətməmişlər, həmin cinayətin törədilməsində iştirak etməməmişlər. Nizami sadəcə taksi sürücüsü kimi onun xahişi əsasında Arifdən həmin pulları alaraq ona çatdırmış və o Nizamiyə 20 manat sürücülük haqqı vermiş. Nizami onun Arifi aldadaraq pullarını ələ keçirməyi və nə məqsədlə həmin pulları Arifdən almağı barədə məlumatsız olmuşdur. Günel də həmçinin onun Arifin pullarını aldatmaq yolu ilə ələ keçirmək niyətindən xəbərsiz olmuş, Günel sadəcə onun işgüzar hüquqşünas- vəkil olmağına inanaraq onunla Arifi tanış etmişdir. Bundan başqa o Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 25.000 (iyirmi beş min) manat pulunu ələ keçirmişlər. Belə ki, Susannanın mərhum əri Şahbalanın birinci həyat yoldaşı Zərərçəkmiş şəxs7 olmuşdur. Susanna həmişə özünü Nuriyəyə və onun övladlarına yalandan savadlı, nüfuzlu, işgüzar, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən xanım kimi təqdim etmiş, müəyyən məbləğdə pulu zəhmət haqqı qismində götürərək həmin pulun müqabilində istənilən problemi həll edə biləcəyini demişdir. 16.01.2019-cu il tarixdə Nuriyənin oğlu, eyni zamanda Susannanın oğulluğu-X19 üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş, növbəti günlər isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 17.01.2019-cu il tarixdə Bahadur təzə tutularkən Nuriyə qızı Sevincin mobil telefonu vasitəsi ilə Susannaya zəng edərək bu barədə demiş, Bahaduru cinayət məsuliyyətindən azad etdirmək üçün kömək etməsini xahiş etmişdir. Həmin an Susannanın evində olduğundan Susanna ilə Nuriyənin telefon danışığını eşitmişdir. Susanna telefon danışığım bitirdikdən sonra ona təklif edib ki, Nuriyəgilə gedərək onun oğlu Bahaudurun cinayət məsuliyyətindən azad etdirəcəkləri barədə yalan danışaraq Nuriyəni aldatmaqla pulunu ələ keçirsinlər. O, mobil telefonu vasitəsi ilə internet portalına girərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalar barədə Susannaya məlumat vermiş və Susannanın bu təklifi ilə razılaşmışdır. O, Susanna ilə birlikdə Nuriyəni aldadaraq onun pulunu ələ keçirmək barədə razılığa gəlmişdir, lakin konkret olaraq hansı məbləğdə pulunu ələ keçirəcəklərini Nuriyə ilə görüşdən sonra dəqiqləşdirəcəklərini planlaşdırımışlar. Bir neçə saatdan sonra o Susanna ilə birlikdə bu məqsədlə taksi avtomobili ilə Bakı şəhəri, ünvan 11 ünvana getmişdir. X29 məsələsi barədə ətraflı danışdıqda Susanna onu Nuriyəyə təqdim edərək yalandan deyib ki, o savadlı, işgüzar, nüfuzlu, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən hüquqşünas-vəkildir, onunla birlikdə müəyyən yüksək vəzifələrdə çalışan tanışlarının köməkliyi ilə Bahaduru cinayət məsuliyyətindən azad etdirəcəyik, lakin bunun üçün müəyyən məbləğdə pul lazım olacaq, həmin pulun bir qismi onunla Susannanın zəhmət haqqı olacaq, digər qismini isə həmin vəzifəli şəxslərə verəcəklər. O da Susannanın yalandan dediklərini tamlıqla təsdiq etmişdir. Nuriyə onların hər ikisinə tam inanmışdır. Həmin söhbət zamanı evdə Nuriyənin qızları Sevinc və Lalə də olmuş, onlar hər ikisi həmin söhbətin şahidi olmuşlar. Susanna və o yalandan demişlər ki, həmin vəzifəli şəxslərlə görüşərək Bahadurun cinayət məsuliyyətindən azad edilməsi üçün istənilən məbləği soruşacaqlar və sonra həmin məbləği gəlib Nuriyəyə deyəcəklər. Lakin orada heç bir vəzifəli şəxsin adını çəkməmişlər və Nuriyə də bu barədə soruşmamışdır. Nuriyə onlara inanaraq razılaşmışdır. Onlar sağollaşaraq ayrılmışlar. Həmin gün gecə saatlarında Susannagilin evində Susanna ilə bu barədə söhbətləşdikdə belə qərara gəliblər ki, bu işə görə, yəni giiya Bahadurun cinayət məsuliyyətindən azad etdirəcəklərinə görə Nuriyədən 25.000 (iyirmi beş min) manat pul istəsinlər, həmin puldan 5.0 (beş min) manatı Susanna götürsün, 20.000 (iyirmi min) manatını isə o götürsün. 18.01.2019- cu il tarixdə təxminən saat 15 radələrində Susanna bu məqsədlə tək Nuriyəgilə gedib ona yalandan deyib ki, onunla birlikdə adlarını çəkmədiyi tanışları olan vəzifəli şəxslərlə danışaraq Bahaduru cinayət məsuliyyətindən azad olunmasına nail olacaq, bunun üçün 25.000 (iyirmi beş min) manat pul lazımdır, həmin pulun bir qismi Susanna ilə ona zəhmət haqqı olaraq çatacaq, digər qismini isə həmin vəzifələri şəxslərə verəcəklər. Lakin Susanna həmin puldan onunla birlikdə konkret olaraq hansı məbləği zəhmət haqqı qismində götürəcəyi barədə Nuriyəyə deməmişlər. Nuriyə cəmi 5.000 (beş min) manat pulunun olmasını Susannaya demiş, Susanna deyib ki, problem yoxdur, həmin pulu indi mənə ver, təcili olaraq pulun qalan hissəsini də növbəti günlər ərzində düzəlt. Həmin pul Sevincdə olduğundan Nuriyə Sevincə deyib ki, pulu ver Susannaya. Sevinc Nuriyə və Lalənin şahidliyi ilə əlli ədəd yüzlük əsginas halında həmin 5.000 (beş min) manat pulu Susannaya vermişdir. Susanna pulları alaraq saymış və sağollaşaraq getmişdir. Susanna evlərinə gələrək onunla görüşmüş, bütün bunlar barədə ona ətraflı danışmışdır. Onlar razılaşıblar ki, həmin 5.000 (beş min) manat Susannada qalsın, pulun digər hissələrini növbəti dəfə Susanna ilə birlikdə gedərək götürsünlər, daha doğrusu Susanna götürərək Nuriyəgildən xəbərsiz ona verəcək. 19.01.2019-cu il tarixdə təxminən axşam saat 18 radələrində o, Susanna ilə birlikdə Nuriyənin evə gəlmiş, Nuriyə torpaq sataraq 15.000 (on beş min) manat pul hazırladığını bildirmiş və Sevincə deyib ki, həmin pulları Susannaya ver. Sevinc o və Lalənin şahidliyi ilə yüz əlli ədəd yüzlük əsginas halında 15.000 (on beş min) manat pulu Susannaya vermişdir. Susanna qalıq qalmış 5.000 (beş min) manatı Nuriyədən istədikdə Nuriyə bildirib ki, daha pulu yoxdur, lakin qızılzinyət əşyaları var. O, bunu eşitdikdə tələsik olaraq yalandan Nuriyəyə təklif edib ki, güya onun hansısa lombard işlədən tanışı var, əgər Nuriyə istəsə həmin qızılları həmin lombarda aşağı faizlə girov qoyaraq pul əldə edə bilər. Nuriyə onunla razılaşmışdır. Onlar növbəti gün birlikdə gedərək qızılları həmin lombarda girov qoyacaqları barədə razılaşmışlar və sağollaşaraq ayrılmışlar. Yolda Susanna həmin 15.000 (on beş min) manat pulu ona vermişdir. Növbəti gün, yəni 20.01.2019-cu il tarixdə təxminən saat 17 radələrində o, Sevinc, Nuriyə və Susanna taksi sürücüsü Nizaminin avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsinə gəlmişlər, orada yerini xatırlamadığı hansısa lombarda girmişlər, o həmin lombardı Nuriyəgilə yalandan göstərərək tanış lombard olmasını demişdir. Lombartda Nuriyə özünə məxsus olan ümumlikdə 196 (yüz doxsan altı) qram qızıl-zinyət əşyalarını həmin lombarda girov qoyaraq xatırlamadığı faizlə ümumlikdə 5.500 (beş min beş yüz) manat pul götürmüş və onlar lombartdan çıxmışlar. Nuriyə 500 (beş yüz) manat pulu özündə saxlamış, 5.000 (beş min) manat pulu isə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 üvanında yerləşən “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin qarşısında Sevinc və onun şahidliyi ilə Susannaya vermişdir. Susanna və o qəti və əmin şəkildə Nuriyəyə yalandan söz veriblər ki, Bahaduru cinayət məsuliyyətindən azad etdirəcəklər və onlarla sağollaşaraq ayrılmışlar. Yolda Susanna həmin 5.000 (beş min) manat pulu ona vermişdir. Bir neçə gün keçdikdən sonra məlum olub ki, Bahadurun barəsində həbs qətimkan tədbiri seçildiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Nuriyə Sevinclə birlikdə bir neçə dəfə Susanna ilə mobil telefon vasitəsi ilə əlaqa saxlayaraq və görüşərək nə üçün Bahadurun həbs olunaraq təcridxanaya keçirilməsinin səbəbini soruşmuşlar, Susanna yalan danışaraq onlara bildirib ki, güya həmin pulların bir qismini Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi İlahi Qurbanov adlı şəxsə və prokurora vermişdir, qısa zamanı ərzində Bahaduru cinayət məsuliyyətindən azad etdirərək Bakı İstintaq Təcridxanasından azadlığa çıxmasına nail olacaq. 03.02.2019-cu il tarixdə Susanna Nuriyə və Sevinclə görüşərək yalandan deyib ki, güya iş müstəntiq İlahidən alınaraq prokurora verilib və iş qısa müddətə yekunlaşır. 08.02.2019-cu il tarixdə isə Susanna Nuriyə və Sevinclə görüşərək bildirib ki, Bahaduru həbsdən azadlığa buraxmaq üçün Bakı Apellyasiya Məhkəməsinə gətirəcəklər. Lakin Bahaduru həmin tarixdə həmin məhkəməyə gətirməmişlər. Bütün bunlardan sonra Nuriyə onunla Susannanın onu aldadaraq pulunu ələ keçirmələrinə əmin olmuşdur. Susanna bir neçə dəfə bu bəhanələrlə Nuriyəyə səbirli olmasını demiş, bir müddət sonra isə ümumiyyətlə Nuriyə ilə əlaqəni kəsmişdir. Təxminən 2019-cu ilin fevral ayında Nuriyə Susanna ilə görüşdükdə Susanna səmimi olaraq etiraf edib ki, onlar birlikdə qabaqcadan əlbir olaraq aldatmaqla onun pulunu ələ keçirmişlər, həmin pulları heç bir müstəntiqə və prokurora verməmişlər, pulun 5.000 (beş min) manatı Susannadadır, 20.000 (iyirmi min) manatı isə həmin cinayətdə iştirakçılıq haqqı qismində ona verilmişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün sərf etmişlər. O, təxminən 2019-cu ilin aprel ayında dəqiq olaraq xatırlamadığı tarixdə tək Nuriyəgilin evinə gələrək Susannanın dediklərini tamlıqla təsdiq etmiş və həmin cinayətdə iştirak etməsinə görə Susanna tərəfindən ona verilmiş 20.000 (iyirmi min) manat puldan 12.000 (on iki min) manat pulu Nuriyəyə qaytararaq ondan üzr istəmiş, yalvararaq söz verib ki, bir müddət sonra pulun digər hissəsi olan 8.000 (səkkiz min) manatı da ona qaytaracaq. Nuriyə onunla razılaşmışdır. Lakin sonradan o həmin 8.000 (səkkiz min) manatı, Susanna isə 5.000 (beş min manat) pulu Nuriyəyə qaytarmamışlar. Hal-hazırda o və Susannanın Nuriyəyə ümumilikdə 13.000 (on üç min) manat ödəyəcəkləri pul qalmışdır. Susanna ilə birlikdə qabaqcadan əlbir olaraq Nuriyəyə qarşı dələduzuq edərək onun ümumilikdə 25.000 (iyirmi beş min) manat pulunu ələ keçirmişlər. Həmin puldan 5.000 (beş min) manatı Susannaya çatmış, 20.000 (iyirmi min) manatı isə iştirakçılıq haqqı qismində Susanna tərəfindən ona verilmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olmasının, himayəsində iki azyaşlı övladlarının olmasının, ziyanın qismən ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, X30 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. Təxminən 2018-ci ilin aprel ayının əvvəllərində tanışı X9 təsadüfən onu Bakı şəhəri Binəqədi rayonu ərazisində Susanna ilə tanış etmiş, aralarında olan söhbət zamanı Susanna bildirib ki, onun X30 adlı hüquqşünas-vəkil rəfiqəsi var, Türkanın geniş əlaqələri var və o, Türkanla birlikdə zəhmət haqqı qismində aldıqları müəyyən məbləğdə pulun müqabilində bir çox problemlərin həllinə köməklik edə bilir. O, Susannaya valideynləri: atası X24 və anası X18 yaşlı və xəstə olmaları ilə bağlı, həmçinin qohumları: X17 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs6 əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxma məsələlərini həll etmək istədiyini demişdir. Belə ki, Gülsarə və Elşən bir müddət əvvəl əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istədikləri barədə ona deyərək bu işdə onlara köməklik etməsini xahiş etmişlər. Susanna bunları eşitdikdə qəti şəkildə ona söz verib ki, Türkanla birlikdə bu məsələni həll edə bilər, Türkanla birlikdə onun valideynləri, Gülsarə və Elşən üçün hər birinə 4000 (dörd min) manat olmaq şərti ilə, ümumlikdə isə 16000 (on altı min) manat pulun müqabilində onlar üçün əlillik dərəcəsi təyin edilməsinə nail olacaqlar və həmin əlillik dərəcəsi əsasında onları təqaüdə çıxaracaqlar, həmin dörd nəfər üçün ümumilikdə verilməli olan 16000 (on altı min) manat pulun bir hissəsini əvvəlcə vermək lazımdır ki, o Türkanla birlikdə onları həkimlərin müayinəsindən keçirdə bilsin və beləliklə təqaüdə düzəltmə prosesinə başlasın. O, Susannaya inanmış və Susanna ilə razılaşaraq ayrılmışdır. Həmin an ətrafda heç kim olmadığından onunla Susanna arasında olan bu söhbəti heç kim eşitməmişdir. Evə gəldikdə qohumları Gülsarə və Elşənlə görüşərək bu barədə onlara danışmış, Gülsarə və Elşən pulları az olduğundan adambaşına 4.000 (dörd min) manat deyil, ikisinə cəmi 3.500 (üç min beş yüz) manat pul verə biləcəklərini bildirmişlər. Həmin ərəfədə onun da yalnız 3500 (üç min beş yüz) manat pulu olmuşdur. Səhəri gün Susanna ilə zəngləşərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində təklikdə görüşmüş, Gülsarə və Elşənin cəmi 3.500, özünün də cəmi 3.500 manat pulunun olması, təqaüd düzəltmə prosesinin ilkin mərhələsi üçün ona dörd nəfər üçün ümumilikdə yalnız 7.000 (yeddi min) manat pul verəcəkləri, pulun qalan hissəsini isə bir müddət sonra verə biləcəklərini Susannaya demiş və Susanna razılaşmışdır. O, Elşən və Gülsarəyə də bu barədə dedikdə onlar da razılaşmışlar. 03.05.2018-ci ilin tarixdə təxminən səhər saat 11 radələrində əvvəlcədən razılaşdıqları qaydada ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin binasının qarşısında o, Gülsarə və Elşənlə birlikdə Susanna ilə görüşmüş, Gülsarə və Elşəni Susanna ilə tanış etmiş, təqaüdə düzəltmə məsələni həll edəcək şəxsin Susanna olmasını demişdir. X1 ilə birlikdə gəlmiş, Susanna da onları Türkanla tanış etmiş, aralarında olan bir neçə dəqiqəlik söhbət zamanı Susanna Türkanla birlikdə Elşənlə Gülsarə və onun valideynlərinin əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmalarına köməklik edəcəyinə söz vermişdir, görəcəyi bu işlərin dəyəri isə ümumlikdə 16.000 (on altı min) manat təşkil edir, həmin pulun bir qismini, yəni 7.000 (yeddi min) manatını onlardan işə başlamaq üçün indi götürəcək, pulun qalan hissəsini isə bir müddət sonra hissə-hissə olaraq onlardan alacaq, təqaüdə düzəltmə prosesi təxminən altı ay müddəti əhatə edəcək, Türkan isə hüquqşünasdır, onun yaxın rəfiqəsidir, Türkanın müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlığı, ünsiyyəti, geniş əlaqələri var, o, Türkanla birlikdə köməkli olaraq bu işi, yəni təqaüdə düzəltmə məsələsini mütləq qaydada, problemsiz olaraq həll edəcək. Həmin an Türkan da Susannanın dediklərini tamlıqla təsdiq etmiş və həmin pulun müqabilində Susanna ilə birlikdə Gülsarə, Elşən və onun valideynləri üçün əlillik dərəcəsi təyin etməklə onun əsasında təqaüdə çıxmalarına kömək edəcəklərini deyərək onları əmin etmişdir. Həmin an aralarında onun valideynləri, həmçinin Gülsarə və Elşən üçün neçənci qrup əlillik dərəcəsi təyin ediləcəyi və təqaüdün məbləğinin nə qədər olacağı barədə heç bir söhbət olmamış, sadəcə razılaşmışlar ki, Susanna və Türkan həmin şəxslərə əlillik dərəcəsi təyin edərək onun əsasında təqaüdə çıxmağa kömək edəcək. O, Gülsarə və Elşən Susanna ilə Türkanın həqiqətən də nüfuzlu, savadlı, işgüzar, problem həll edən insanlar olmasına inanmışlar, onların həqiqətən də bu işi görəcəklərinə əmin olmuşlar. Buna görə də Elşənin ona görüşməzdən əvvəl verdiyi 3.500 (üç min beş yüz) manat pulun üzərinə özünə məxsus 3.500 (üç min beş yüz) manat pulu da əlavə etmiş, ümumlikdə yetmiş ədəd yüzlük əsginasdan ibarət 7.0000 (yeddi min) manat pulu konvertə qoyaraq Susannaya vermişdir. Susanna Gülsarə, Elşən, Türkanın şahidliyi ilə həmin pulları ondan götürərək pulları saymaqla yenidən konvertə qoyub razılıq etmiş və dərhal prosesə başlamışlar. Pulları Susanaya verdikdən sonra o, həmin mərkəzin qarşısında dayanmış, Susanna və Türkan bir neçə saat ərzində Gülsarə və Elşəni həmin sağlamlıq mərkəzində həkim müayinələrindən keçirməyə başlamışlar, bu hərəkətləri ilə onları təqaüd düzəltməyə kömək edəcəklərinə tam inandırmışlar. Onlar razılaşmışlar ki, onun valideynləri yaşlı və xəstə olduqları üçün onları bir müddət sonra həmin mərkəzə gətirəcək. Psixi Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra Susana demişdir ki, bir neçə gündən sonra şəxsi işləri ilə bağlı Rusiya Federasiyasına gedəcək, təqaüd düzəltmə prosesi ilə bağlı növbəti işləri onun adından rəfiqəsi Türkan davam etdirəcək, buna görə də təqaüdə düzəltmə prosesi ilə bağlı sövdələşdikləri qaydada ona verəcəkləri qalıq 9.000 (doqquz min) manat pulu Türkana verəcəklər, Türkan da həmin pulları o, Moskvadan qayıtdıqdan sonra ona çatdıracaq. Onlar etiraz etməyərək Susanna ilə razılaşmışlar və sağollaşaraq ayrılmışlar. Bir müddət sonra təxminən 2018-ci ilin may ayının ortalarında Gülsarənin qardaşı Zərərçəkmiş şəxs4 onunla görüşərək bildirib ki, təxminən üç il əvvəl özünə məxsus avtomobilin təkərini dəyişərkən öz ehtiyatsızlığına görə sol əlinin dörd barmağı eyni anda kəsilmiş, bir müddət müalicə almasına baxmayaraq sol əlinin barmaqlarının faəliyyətini tam olaraq bərpa etmək mümkün olmamışdır. Buna görə də sol əlinin dörd barmağının olmamasına görə əlillik dərəcəsi alaraq onun əsasında təqaüd almaq istəyir, təqaüd düzəldən tanışlarının olmasını eşitmiş, əgər mümkünsə həmin şəxslərin vasitəsi ilə ona da təqaüd düzəltməyə kömək etsin. O, Əlövsətə deyib ki, həmin təqaüd düzəldən şəxs X20r. O, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkanla yazışaraq Əlövsət adlı qohumunun sol əlinin barmaqlarının vəziyyəti və əllilik dərəcəsi əsasında təqaüdə çıxmaq istəməsi barədə bildirmiş, Türkan isə 5.000 (beş min) manat pulun müqabilində Əlövsətə 1-ci əlillik dərəcəsi təyin etməklə həmin əlillik dərəcəsi əsasında Əlövsətin təqaüdə çıxmasına köməklik edəcəyini demişdir. Bu barədə Əlövsətə bildirdikdə Əlövsət razılaşmışdır. O, Əlövsətin razılaşmasını Türkana yazmış və bu məqsədlə görüş təyin etmişlər. Təxminən 2018-ci ilin may ayının son günlüyündə təxminən saat 11 radələrində ünvan 10 ünvanında yerləşən “Niel” şadlıq sarayanın yanında Əlövsətlə birlikdə Türkanla görüşmüşlər. Türkan özünü Əlövsətə nüfuzlu hüquqşünas-vəkil kimi təqdim edərək müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqələrinin olmasını, istənilən problemi həll etmək iqtidarında olmasını bildirmiş, Əlövsət ona tam olaraq inanmışdır. Aralarındakı danışıq zamanı Əlövsət xəsarət alması nəticəsində sol əlinin 4 barmağının olmamasına görə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istəyini bildirmiş, Türkan isə qəti şəkildə Əlövsətə söz verib ki, 5.000 (beş min) manat pulun müqabilində Əlövsətə birinci əlillik dərəcəsi təyin edə bilər və həmin əlillik dərəcəsinə uyğun olaraq onun təqaüdə çıxmasına köməklik edə bilər. Həmin an onların arasında Əlövsətin hansı məbləğdə təqaüd alacağı barədə heç bir söhbət olmamış, Əlövsət Türkanın özünə əmin danışıqlarına tam inanmış və razılaşaraq cibindən çıxardığı 5.000 (beş min) manat pulu ona vermiş, o da sayaraq əlli ədəd yüzlük əzginas halında olan həmin 5.000 (beş min) manat pulu Türkana vermişdir. Türkan pulları ondan aldıqdan sonra sayaraq çantasına qoymuş və Əlövsətə söz verib ki, bir ay müddətinə onun 1-ci qrup əlillik dərəcəsi əsaasında təqaüd çıxma məsələsi həllini tapacaq. Onlar sağollaşaraq ayrılmışlar. Həmin an onlardan başqa ətrafda heç kim olmadığından pulun Türkana verilməsini digər şəxslər görməmişdir. Bundan sonra bir neçə dəfə xatırlamadığı tarixlərdə öz istifadəsində olan mobil nömrədəki “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkanın xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlamış, aralarında olan yazışma zamanı Türkan təqaüdə düzəltmə prosesini başa çatdırmaq üçün ümumi danışılmış pulun bir hissəsi olan 9.000 (doqquz min) manat pulu alacağı barədə görüş vaxtını və yerini təyin etmişdir. Təxminən 2018-ci ilin avqust ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında o, təqaüd düzəltmə məsələsi ilə bağlı təklikdə Türkanla görüşərək ona həmin pulun bir hissəsi olan əlli ədəd yüzlük əskinaz halında 5.000 (beş min) manat pulu Türkana vermişdir. Həmin an ətrafda heç kim olmadığından bunu görən olmamışdır. Türkana deyib ki, bir müddət sonra qalıq qalmış məbləği də ona çatdıracaq. Onlar razılaşaraq ayrılmışlar. Təxminən 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında o, təqaüdə düzəltmə məsələsi ilə bağlı qalıq qalmış pulun sonuncu hissəsini qırx ədəd yüzlük əskinaz halında 4.000 (dörd min) manat pulu Türkana vermiş, həmin vaxt onun yanında heç kim olmamış, Türkanla isə sonradan Şahid6 olmasını bildiyi, ** HX *** dövlət qeydiyyat nişanlı, Mersedes-Benz modelli taksi avtomobilinin sürücüsü gəlmiş, sürücü qismində Türkanı gətirmişdir. Nizami kənarda dayanaraq gözləmiş, Nizaminin onun Türkana pul verməsini görüb-görməməyini dəqiq bilmir. Həmin an Nizami ilə söhbət etməmişdir. Türkana pul verməsini digər şəxslər görməmişdir. Beləliklə təqaüdə düzəltmə prosesi ilə əlaqədar olaraq Susannaya 7.000 (yeddi min), Türkana 9.000 (doqquz min), ümumlikdə isə onlara 16.000 (on altı min) manat pul verilmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə Türkan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə dəfələrlə ona yazaraq xahiş edib ki, onun hansısa lombartda girov qalmış xeyli miqdarda qızıl-zinyət əşyaları batır. Bir müddət əvvəl ehtiyacı olduğundan xeyli miqdarda özünə məxsus qızılzinyət əşyalarını girov qismində lombarda qoymaqla pul götürmüş, lakin lombardın aylıq faizini ödəyə bilmədiyindən lombard həmin qızılları öz nəfmə keçirir, buna görə ona qısa müddətlik 17.000 (on yeddi min) manat borc pul lazımdır, həmin pulu lombarda ödəyərək qızılları lombardın girovundan çıxaran kimi onları satacaq və onun borcunu qaytaracaq. Türkana yazığı gəlmiş, buna görə də təxminən 2018-ci ilin sentyabr ayının son on günlüyündə təxminən saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Şimşək” avtomobil təmiri sexinin qarşısında Türkana 17.000 (on yeddi min) manat borc pul vermiş, həmin an ətrafda olan taksi sürücüsü Nizaminin onun Türkana həmin pulları verməsini görübgörməməyini dəqiq bilmir. Beləliklə, təqaüdə düzəltmə ilə əlaqədar o, Elşən və Əlövsət tərəfindən Türkana ümumilikdə 21000 (iyirmi bir min) manat, guya borc qismində 17000 (on yeddi min) manat olmaqla cəmi 38000 (otuz səkkiz min) manat pul verilmişdir. Həmin ərəfədə uzaq qohumu X25 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə aralarında olan yazışma zamanı bu barədə Türkana danışmış və İlqarı cəzadan azad edərək azadlığa çıxmasına nail olmaq istəyini bildirmişdir. Türkan qəti şəkildə onu əmin edərək bildirib ki, bu məsələni də rahatlıqla həll edə bilər, müəyyən yüksək vəzifəli şəxslərlə olan tanışlığı və münasibəti sayəsində, eləcə də 15.000 (on beş min) manat pulun müqabilində İlqarın cəzadan azad edilərək azadlığa buraxılmasına nail ola bilər. Türkanla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən həmin pulu Türkana hissə-hissə olaraq verəcəkdi. Təxminən 2018-ci ilin dekabr ayının birinci on günlüyündə təxminən saat 11 radələrində yüz ədəd yüzlük əskinaz halında 10000 (on min) manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə təklikdə Türkanla görüşərək vermiş, qalıq qalmış 5.000 (beş min) manat pulu isə Türkana iki dəfəyə vermişdir. Belə ki, iyirmi beş ədəd yüzlük əskinas halında 2.500 (iki min beş yüz) manat pulu təxminən 2018-ci ilin dekabr ayının ikinci on günlüyündə təxminən saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin 4- cü mərtəbəsində yerləşən ofisdə təklikdə Türkana vermiş, növbəti 2.500 (iki min beş yüz) manatı isə iyirmi beş ədəd yüzlük əskinas halında təxminən 2019-cu yanvar ayının ilk on günlüyündə ünvan 7 ünvanında yerləşən “Hollywood” şadlıq sarayının yanında Türkana təklikdə vermişdir. Beləliklə, Türkan və Susanna o, Elşən və Əlövsətdən ümumilikdə 53000 (əlli üç min) manat pul almışlar. Həmin puldan 7.000 (yeddi min) manatını o, Susannaya vermiş, həmin 7.000 manat puldan 3.500 (üç min beş yüz) manatı ona məxsus olmuş, digər 3.500 (üç min beş yüz) manat isə Elşən tərəfindən ona verilmiş, yəni Elşənə məxsus olmuş, o da Susannaya vermişdir. 5000 (beş min) manatı pulu isə Əlövsət ona vermiş, yəni Əlövsətin özünə məxsus olmuş və o da Türkana vermişdir. Ümumilikdə 44.500 (qırx dörd min beş yüz) manat pulu isə sırf özü tərəfindən hissə-hissə olaraq Susanna və Türkana verilmişdir. Yəni 53.0 manat pulun 44.500 manatı ona məxsus olmuş, 8.500 manatı isə Əlövsətlə Elşənə məxsus olmuşdur. Bir müddət sonra Türkan və Susanna ilə şəxsən görüşərək nə üçün təqaüd düzəltmə işini başa çatdırmadıqlarını soruşduqda ona məlum olub ki, Türkan və Susanna heç bir iş görmür, yalnız dələduzluqla məşğuldur, onlar yalandan özlərini nüfuzlu, geniş əlaqələri olan işgüzar insanlar kimi təqdim edir, bu formada etibar qazanırlar və müxtəlif bəhanələrlə, işə düzəltmə və ya təqaüd düzəltmə adı ilə aldadaraq digər şəxslərin pullarını ələ keçirirlər. Susanna və Türkan onları aldatdıqlarını səmimi etiraf etmişlər, bunu qabaqcadan əlbir olaraq tamah məqsədi ilə onları aldadaraq pullarını ələ keçirdiklərini demişlər, Susanna ona verdiyi 7.000 (yeddi min) manat puldan 1.100 (min yüz) manatını qabaqcadan əlbir olaraq bu cinayətdə iştirak etməsinə görə Türkana zəhmət haqqı olaraq vermiş, Türkan isə sonradan ondan aldığı pullardan Susannaya heçnə verməmiş, lakin Susannanın bütün bunlardan xəbəri olmuşdur. Türkan Əlövsəti aldadarkən tək olmuş, yəni Susanna ilə qabaqcadan əlbir olaraq Əlövsəti aldadıb onun pulunu ələ keçirməmişdir. O, pulunu geri tələb etdikdə Susanna və Türkan hər ikisi ondan bir qədər zaman istəmişlər və söz vermişlər ki, pulları qəpiyinə kimi qaytaracaqlar. Lakin bü günədək onlar həmin pulları qaytarmamışlar. O isə qohumları narazı qalmasın deyə Elşənin 3.500 manat, Əlövsətin 5000 manat pulunu öz şəxsi vəsaiti hesabına qaytarmışdır, çünki onları Susanna və Əlövsətlə o tanış etmişdir. Özü şəxsən Türkan və Susannaya 44.500 (qırx dörd min beş yüz) manat pul vermiş, onların törətdikləri cinayət nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Lakin sonradan Elşənin 3.500 manat, Əlövsətin 5000 manat pulunu öz təşəbbüsü ilə qaytardığına görə Susanna və Türkanın ona qaytaracaqları pulun ümumi məbləği 53.000 (əlli üç min) manatdır. Dəfələrlə Türkan və Susanadan pulunu geri tələb etmiş, həmçinin Türkanın əri Mətləblə də görüşərək Türkanın pulu qaytarmasını tələb etmiş, lakin, bütün bunların hamısı nəticəsiz olmuşdur. Ona görə də, məcbur olub 07.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin “Qaynar xətt” əlaqə mərkəzinə şikayət etmişdir. Hal-hazırda Türkan və Susannanın qabaqcadan əlbir olaraq bir qrup şəxs halında onun xeyli miqdarda, yəni 44.500 (qırx dörd min beş yüz) manat pulunu ələ keçirmələrinə görə şikayətçidir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmamasını, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini, təqsirləndirilən şəxs X10 qarşı şikayətçi olduğunu, dəymiş ziyanın Susanna tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Fövqəladə Hallar Nazirliyinin X35 İdarəsində işləmiş, 02.02.2019-cu ildə öz xahişi ilə xidmətdən xaric olunmuş, təxminən 2019-cu ilin yay aylarında yenidən həmin xidmətə bərpa olunmuşdur. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin 11 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir, daxili xidmət çavuşudur. Uzun illər şərq əlbəyaxa idman növü olan taekvando ilə məşğul olmuş, həmin idman növündə ayaq zərbələrindən daha çox istifadə edilir. 2005-ci ildə idman zalında məşq zamanı başından ilk dəfə möhkəm və ciddi zədə almış, daha sonra həmin ildə təxminən yay aylarında Şəmkir rayonuna istirahətə gedərkən yol-nəqliyyat hadisəsi keçirərək başından qapalı kəllə-beyin travması almışdır. 2009-cu ildə idman zalında məşq zamanı başından ikinci dəfə kifayət qədər ciddi zədə almış, həmin zədələrlə əlaqədar olaraq bir neçə dəfə ev şəraitində həkim məsləhəti olmadan kortəbii qaydada dərman qəbul edərək müalicə almış, lakin həmin müalicələrin ona heç bir faydası olmamışdır. Başından aldığı həmin zədələrdən sonra səhhətində əsəbilik, əsəbi olanda kiməsə əl qaldırmaq istəyi, əsəbi olanda əlini divara vurmaq, baş ağırılan, başında sıxılma hissi, yuxusuzluq, əhvalın dəyişməsi, diqqət pozğunluğu, yaddaş zəifliyi, həyəcan hissi, xırda şeylərdən tez hirslənmə kimi psixo-nevroloji problemlər yaranmış və uzun illər həmin problemlərdən əziyyət çəkmişdir. Əziyyət çəkdiyi bu psixo-nevroloji problemlərə görə ətrafa da qıcıq yaratdığı üçün evdə ailə üzvləri, işdə isə iş yoldaşları ilə aralarında mübahisə və münaqişələr olmuşdur. Xidməti iş yerində iş rejimi ağır olmuşdur. Təxminən 2018-ci ilin yanvar ayında səhhətində olan həmin problemlər daha da kəskinləşərək ona əziyyət vermiş, buna görə də səhhətində olan bu problemlərə görə əlillik dərəcəsi almaqla həmin əlillik dərəcəsi əsasında xidməti iş yerindən təqaüdə çıxmaq istəmiş, lakin təaqüdə çıxmaq üçün hansı tibbi proseduradan keçməli olduğunu bilməmişdir. Təxminən 2018-ci ilin fevral ayının sonlarında xidməti formada Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin qarşısında olarkən əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs1 olmasını bildiyi qadınla tanış olmuş, tanışlıq zamanı Susanna özünü ona nüfuzu, hörməti olan, sözü keçən xanım kimi təqdim etmiş, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlıq və əlaqələrinin olmasını demişdir. Aralarında olan söhbət əsnasında o, səhhətində olan problemlərə görə artıq xidmət edə bilmədiyindən şikayətlənmiş, əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istədiyini demişdir. Susanna onu dinlədikdən sonra əminliklə və özünə arxayınlıqla bildirib ki, o, uzun illər tibb sahəsində çalışıb, hal- hazırda tibb sahəsində nüfuzlu tanışları var, təxminən 6.000-6.500 (altı min-altı min beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi alaraq onun əsasında onu xidməti iş yerindən təqaüdə çıxaraq bilər, pulun yarısını, yəni 3.000 (üç min) manatını ilkin olaraq ona verəcək, pulun digər hissəsini isə bir müddət sonra tibb-ekspert komisiyasına girməzdən əvvəl verəcək. O, Susannadan bunu eşitdikdə çox sevinmiş və Susannadan xahiş etmişdir ki, onun təqaüdə çıxmasına kömək etsin. Susanna bildirib ki, bu işi X30 adlı rəfiqəsi ilə birlikdə görür, Türkanla birlikdə onu təqaüdə çıxaracaq. Susannadan Türkanın kim olmasını soruşduqda Susanna bildirib ki, Türkan onun rəfiqəsidir, Türkan savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, o, Türkanla birlikdə əlillik dərəcəsi alaraq müxtəlif vətəndaşlara təqaüdə çıxmasına kömək etmişdir. Lakin Susanna hansı şəxslərə təqaüdə çıxmasına kömək etməsini deməmiş, həmin şəxslərin adlarını sadalamamış və o da bu barədə Susannadan soruşmamışdır. Susanna bildirib ki, əgər həqiqətən də təqaüdə çıxmaq istəsə bu işlə bağlı olaraq onu Türkanla tanış edə bilər, birlikdə söhbələşərək qəti qərara gələ bilərlər, təqaüdə düzəldəcəklərinə görə ondan alınacaq pulları isə Türkanla öz aralarında zəhmət haqqı olaraq böləcəklər. O, Susannanın dedikləri ilə tam qaydada razılaşmış, pulu olmadığı üçün təqaüdə düzəltmək işinə görə Susannanın qeyd etdiyi məbləğləri deyil, cəmi 5.000 (beş min) manat pul verə biləcəyini demişdir. Susanna onunla razılaşmış və bildirib ki, rəfiqəsi Türkanla birlikdə ondan həmin 5.000 (beş min) manat pulu zəhmət haqqı olaraq hissə-hissə alacaq və həmin pulun müqabilində onu təqaüdə çıxaracaq. O, Susannaya minnətdarlıq edərək ondan mobil nömrəsini götürmüş və sağollaşaraq ayrılmışlar. Təxminən 2018-ci iln mart ayının əvvəllərində mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Susanna ilə əlaqə saxlayaraq yazışmış, Susannaya təqaüdə düzəlmə işi ilə bağlı pulun bir hissəsini, yəni 3.000 (üç min) manat pulu hazır etdiyini bildirmişdir. Susanna ona 07.03.2018-ci il tarixdə görüşəcəklərini demişdir. O, dostu Azərə bu barədə deyərək onunla birlikdə Susanna ilə görüşə getməsini xahiş etmişdir. 07.03.2018-ci il tarixdə təxminən səhər saat 10 radələrində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Susanna ilə əlaqə saxladıqda Susanna ona görüş yerini demişdir. Bir qədər sonra o dostu Şahid3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Dobromed Hospital”-ın qarşısında Susanna ilə görüşmüşdür. O, Azər və Susannadan başqa ətraflarında heç kim olmamışdır. O, otuz ədəd yüzlük əsginas halında 3.0 (üç min) manat pulu Azərin şahidliyi ilə Susannaya vermiş, Susanna həmin pulu ondan götürərək saymış və bildirib ki, bu pul təqaüdə düzəltmə prosesi ilə bağlı aralarında danışılmış ümumi məbləğ olan 5.000 (beş min) manat pulun bir hissəsidir, o rəfiqəsi Türkanla birlikdə təxminən 6 (altı) ay ərzində əlillik dərəcəsi alaraq onun əsasında onu xidməti iş yerindən təqaüdə çıxaracaq, indi isə onu rəfiqəsi Türkanla tanış etmək istəyir. Onlar birlikdə xatırlamadığı taksi avtomobili ilə ünvan 9 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısına getmişlər. Orada Susanna onları X30 ilə tanış etmiş, Türkanı çox savadlı, nüfuzlu, işgüzar, sözü keçən, vətəndaşları əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxara bilən, peşəkar hüquqşünas-vəkil kimi təqdim etmişdir. Türkan onlarla tanış olaraq Susannanın dediklərinin hamısını təsdiq edməklə bildirib ki, o, savadlı, nüfuzlu, işgüzar, iş görən, sözü keçən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan hüquqşünas-vəkildir, ümumlikdə 5.000 (beş min) manat pulun müqabilində rəfiqəsi Susanna ilə birlikdə onu təxminən altı ay ərzində xidməti iş yerindən əlillik dərəcəsi əsasında təqaüdə çıxaraq biləcək, zəhmət haqqı olaraq həmin pulun 3.000 (üç min) manatı Susannaya, 2.000 (iki min) manatı isə ona çatacaq. O, Türkanın dedikləri ilə razılaşmış və bir qədər əvvəl bu işlə əlaqədar olaraq Susannaya 3.000 (üç min) manat pul verməsini demişdir, Susanna da bunu təsdiq etmişdir. Türkan həmin pulun Susannada qalacağını, bir müddət sonra isə ondan pulun qalan hissəsi olan 2.000 (iki min) manatı alacağını demişdir. O, Tükana minnətdarlıq edərək Türkandan mobil nömrəsini götürmüş, həmin danışıq zamanı o, Azər, Susanna və Türkandan başqa ətrafda heç kim olmamışdır. Onlar söhbətlərini tamamlayıb ayrılmışlar. Bundan sonra bir neçə dəfə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susanna və Türkanla yazışaraq əlaqə saxlamış, Susanna və Türkan hər ikisi onun bir neçə aydan sonra təqaüdə çıxacağını deyərək onu arxayın etməklə demişlər ki, təqaüdə çıxmaqdan ötrü o, əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə gedib müayinədən keçməli və bundan sonra həmin mərkəzdən veriləcək göndəriş əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya X39 şəxsinə gedərək müalicə almalıdır. 15.05.2018-ci il tarixdə o, dispanser qeydiyyatına götürülməyi barədə ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə müraciət etmiş, mərkəzdə müayinədən keçərkən səhhətində olan psixo-nevroloji problemlər barədə həkimlərə bildirmiş, müayinə zamanı ona “üzvi mənşəli şəxsiyyət pozuntusu44 diaqnozu qoyulmuşdur. O, mərkəzdən xahiş etmişdir ki, müalicə olunmasından ötrü ona “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə göndəriş verilsin və həmin tarixdə mərkəzdən ona stasionara göndəriş verilmişdir. Susanna və Türkan işləri çox olduğu üçün həmin mərkəzə onunla birlikdə gedə bilməyəcəklərini bildirdiklərindən o, həmin mərkəzə tək getmişdir. O, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Susanna və Türkana yazaraq həmin mərkəzdən stasionar müalicə üçün göndəriş aldığını bildirmiş, Susanna və Türkan hər ikisi oan demişlər ki, bir-iki günə onunla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedəcəklər. 17.05.2018-ci il tarixdə o, Susanna və Türkanla birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına, hal-hazırki Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə getmiş, həmin xəstəxanada çoxlu sayda pasientlər və tibb işçiləri olmuşdur. O, tək xəstəxananın dəhlizində gözləmiş, Türkanla Susanna isə dəhlizin sonunda dəqiq olaraq bilmədiyi hansısa otağa daxil olub təxminən 30 dəqiqədən sonra ona yaxınlaşaraq demişlər ki, stasionar müalicə üçün əlindəki tibbi göndəriş sənədləri ilə birlikdə xəstəxananın qeydiyyat yerinə yaxınlaşsın. Lakin Susanna və Türkan onun təqaüdə çıxma məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışdıqları barədə ona heçnə deməmişlər. Susanna və Türkan bunu dedikdən sonra onunla sağollaşaraq xəstəxanadan getmişlər. O, qeydiyyat yerinə yaxınlaşaraq göndəriş sənədlərini təqdim etmiş, müraciət edərək həmin xəstəxanaya müalicəyə qəbul edilməsini xahiş etmişdir. Həmin xəstəxanada adlarını bilmədiyi və tanımadığı bir neçə həkim müayinəsindən keçmiş, müayinə zamanı ona “X43 üzvi xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, nəzərə çarpan psixopatabənzər davranışı və tez-tez dekompensasiyalarla” kliniki diaqnozu qoyulmuş, onu müalicə etmək üçün gündüz stasionarına qəbul etmişlər və ona müalicə kursu keçmişlər. Həftədə bir neçə dəfə xəstəxaya gələrək səhhəti barədə məlumat vermiş, hər dəfə xəstəxanaya gələndə xəstələrin davamiyyət jurnalına gəlməsi barədə imza etmişdir. Müalicə müddətində həmin xəstəxanaya tək gəlib-getmiş, Türkan və Susanna onunla birlikdə xəstəxanaya gəlməmişlər. Psixi Sağlamlıq Mərkəzində və “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsində onun adma tərtib olunmuş bütün tibbi sənədlər, xəstəlik tarixi, habelə davamiyyət jurnalında adının qarşısında olan imzalar ona məxsusdur, özü şəxsən həmin tibbi sənədlərin məzmunu ilə tanış olaraq imza etmişdir. Həqiqətən də xəstə olduğundan “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin gündüz stasionarında 17.05.2018-ci il tarixdən 18.08.2018-ci il tarixədək müalicə almış, gündüz stasionarında müalicə alan xəstələr həmin xəstəxanada gecələmədiyindən orada gecələməmişdir. Həmin xəstəxanada ona yüksək səviyyədə tibbi yardım göstərilmiş, oranın tibbi personalından çox razıdır. Həmin tibbi yardım nəticəsində səhhəti xeyli yaxşılaşmışdır. 18.08.2018-ci il tarixdə ailə-məişət qayğıları, şəxsi işlərinin çox olması və səhhətinin yaxşılaşmasına görə həmin xəstəxanaya ərizə ilə müraciət edərək evə yazılmasını, könüllü olaraq imtina edərək müalicəsini dayandırmasını xahiş etmişdir. Həmin tarixdə onun müraciəti nəzərə alınaraq müalicəsi dayandırılmışdır. Bütün bunlar barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susanna və Türkanla yazışaraq məlumat vermiş, onlar isə ona səbirli olaraq hələ bir müddət də gözləməyini demişlər. Təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində Türkan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ona yazaraq bildirib ki, onun təqaüd məsələsinin həll olunması üçün həkim-ekspert komisiyası başlayır, o, əlilliyin təsdiqi üçün yekun olaraq həmin komisiyadan keçməlidir, müalicə aldığı həmin xəstəxanadan verilmiş barəsində olan epikriz ondadır, Türkana 2.000 (iki min) manat pul verməlidir ki, həmin epikrizi tibbi komisiyaya aparsın. Ondan alacağı həmin 2.000 (iki min) manat pulun bir hissəsi onun zəhmət haqqıdır, həmin pulun bir hissəsini isə həkim-ekspert komisiyasına verəcək ki, komisiya üzvləri onun əlilliyini təsdiq etsin. Lakin Türkan ona heç bir tibbi sənəd, o cümlədən epikriz təqdim etməmiş və o da, Türkandan həmin epikrizi göstərməsini tələb etməmişdir. O, Türkanla razılaşmış, təxminən 2018-ci ilin noyabr ayının son on günlüyündə təxminən səhər saat 11 radələrində Türkanla əvvəlcədən təyin etdikləri görüş yerində, yəni ünvan 3 ünvanında yerləşən “Baku Elektroniks” ticarət mərkəzinin qarşısında təklikdə Türkanla görüşərək ona iyirmi ədəd yüzlük əsginas halında 2.000 (iki min) manat pul vermişdir. Türkan pulu ondan alaraq bildirib ki, artıq bir aydan sonra əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq məsələsi tam həllini tapacaq. O, sevinərək Türkandan ayrılmış, Susanna və Türkan onu həqiqətən də xidməti iş yerindən təqaüdə çıxaracaqlarına inandırdıqlarından 02.02.2019-cu il tarixdə öz xahişi ilə xidməti iş yerindən azad olunmuşdur. Sonradan eşidib ki, Susanna və Türkan dələduzdur, onlar heç bir iş görmür, özlərini yalandan iş görən nüfuzlu şəxs kimi təqdim edərək aldatmaqla müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pulları ələ keçirmişlər. Bundan sonra narahat olmuş və təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində Türkan və Susanna ilə əlaqə saxlayaraq maraqlandıqda onlar hər ikisi müxtəlif bəhanələr gətirərək dəqiq cavab verməmiş, onunla görüşməkdən boyun qaçırmışlar. Təxminən 2019-cu ilin may ayında “Green Plaza” biznes mərkəzinin qarşısında təklikdə Susanna və Türkanla görüşmüş, onlardan nə üçün işinin bu qədər uzanmasını soruşmuş, onlar hər ikisi ona konkret olaraq cavab verməmişlər. Onlardan sərt şəkildə bunu izah etmələrini tələb etdikdə Susanna və Türkan hər ikisi ona bildirmişlər ki, əslində onu aldatmışlar, Türkan hüquqşünas-vəkil deyil, Susanna isə nüfuzlu, sözü keçən xanım deyil, yalan danışaraq onu inandırmışlar, əlillik dərəcəsi əsasında təqaüdə çıxaracaqları ilə aldadaraq qabaqcadan əlbir olmaqla onun 5.000 (beş min) manat pulunu ələ keçirmişlər, həmin puldan 3.000 (üç min) manatı Susannadadır, 2.000 (iki min) manatı isə Türkandadır, ondan aldıqları həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmişlər. Onların hər ikisindən pulunu geri qaytarmalarını tələb etmiş, əks təqdirdə onlardan aidiyyəti üzrə hüquq- mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Onlar hər ikisi yalvararaq bir neçə saat vaxt istəmişlər. Həmin gün təxminən axşam saatlarında yenidən həmin biznes mərkəzinin qarşısında görüşdükdə Susanna ona 3.000 (üç min) manat, Türkan isə 550 (beş yüz əlli) manat pul qaytarmışlar. Türkan ondan xahiş etmişdir ki, ona bir qədər müddət versin, qalıq qalmış 1450 (min dörd yüz əlli) manat pulu da qaytaracaq. O, Türkana bir ay vaxt vermişdir. Təxminən bir aydan sonra bir neçə dəfə cəhd etsə də, Türkanla əlaqə saxlaya və görüşə bilməmiş, Türkanla Susannanın onu aldatmasından təngə gələrək 05.07.2019-cu ildə Nərimanov Rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmamasını, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, X16 əvvəllər tanımamış, Türkanla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs5 onun uzaq qohumu, X26 bacısı, Zərərçəkmiş şəxs6 isə Gülsarənin həyat yoldaşı olaraq yeznəsidir. Səxavət, Gülsarə və Elşənlə mehriban qohumluq münasibəti var, qərəzçilik və ədavəti yoxdur. Bir neçə il əvvəl özünə məxsus avtomobilin təkərini dəyişərkən öz ehtiyatsızlığından sol əlinin dörd barmağı eyni anda kəsilmiş, bir müddət müalicə almasına və həkimlərin ciddi səylərinə baxmayaraq sol əlinin barmaqlarının faəliyyətini bərpa etmək mümkün olmamışdır. Buna görə də sol əlinin dörd barmağının olmamasına görə əlillik dərəcəsi alaraq həmin əlillik dərəcəsi əsasında təqaüd çıxmaq istəmişdir. Təxminən 2018-ci ilin may ayının ortalarında Səxavətgilə qonaq gedərkən eşidib ki, Səxavətin Türkan adlı tanışı Səxavətin valideynləri, Gülsarə və Elşən üçün müəyyən məbləğdə pulun müqabilində əlillik dərəcəsi alaraq onun əsasında təqaüd düzəldir. Buna görə də Səxavətdən xahiş edib ki, əgər mümkünsə onu da Türkanla tanış etsin və Türkanın vasitəsi ilə ona da təqaüd düzəltməyə kömək etsin. Səxavət onun xahişini nəzarə alaraq bildirib ki, həmin təqaüd düzəldən şəxs X20r. Səxavət onun yanında “WhatsApp” ani mesaj laşma mübadilə sistemi vasitəsi ilə Türkanla yazışaraq onun barəsində məlumat vermiş, sol əlinin barmaqlarının vəziyyəti və əlilik dərəcəsi əsasında təqaüdə çıxmaq istəyini bildirmişdir. Türkan isə cavab olaraq Səxavətə yazıb ki, 5.000 (beş min) manat pulun müqabilində ona 1-ci əlillik dərəcəsi ala bilər və həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmasına köməklik edəcək. O, Səxavətə deyib ki, bir qədər fikrini dəqiqləşdirdikdən sonra Səxavətlə bir daha əlaqə saxlayacaq və Səxavətlə sağollaşaraq ayrılmışdır. Təxminən iki gün sonra yenidən Səxavətgilə gələrək onunla görüşmüş, fikrinin qəti olmasını, həmin pulu taparaq Türkana verə biləcəyini bildirmiş və Səxavətdən bir daha xahiş edib ki, onu Türkanla görüşdürərək tanış etsin. Səxavət bir daha Türkana yazaraq onun barəsində bildirmiş və bu məqsədlə görüş təyin etmişlər. Təxminən 2018-ci ilin may ayının son on günlüyündə təxminən saat 11 radələrində ünvan 10 ünvanında yerləşən “Niel” şadlıq sarayanın qarşısında Səxavətlə birlikdə gələrək əvvəllər tanımadığı, sonradan X30 olmasını bildiyi xanımla görüşmüşlər. Səxavət Türkanı təqdim edərək bildirib ki, onun valideynləri, Gülsarə və Elşənə əlillik dərəcəsi əsasında təqaüdə düzəldən xanım odur. Tanışlıq zamanı Türkan özünü savadlı, işgüzar, iş görən, sözü keçən, hörmətli, nüfuzlu hüquqşünas-vəkil kimi təqdim edərək bildirib ki, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlığı, əlaqələri var, həmin tanışlıq və əlaqələrdən istifadə edərək müəyyən məbləğdə pulun müqabilində istənilən problemi həll edə bilir, buna görə problemini həll etdiyi şəxslərdən aldığı pullar isə onun zəhmət haqqıdır. Aralarındakı danışıq zamanı Türkana bldirib ki, sol əlinin dörd barmağının olmamasına görə əlillik dərəcəsi alaraq həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmaq istəyir. Türkan onu dinlədikdən sonra özünə əmin və qəti şəkildə söz verib ki, o, bir çox tanışlarının da əlillik dərəcəsi əsasında təqaüdə çıxmasına nail olub, ona görə də bu onun birinci işi deyil, narahat olmasın, 5.000 (beş min) manat pulun müqabilində təxminən bir ay müddətində sol əlinin dörd barmağının olmaması ilə bağlı ona birinci qrup əlillik dərəcəsi ala bilər və həmin əlillik dərəcəsinə uyğun olaraq onun təqaüdə çıxmasına köməklik edə bilər. Həmin an aralarında hansı məbləğdə təqaüd alacağı barədə heç bir söhbət olmamışdır. O, Türkanın özünə əmin danışıqlarına görə onun həqiqətən də təqaüdə çıxarma işindən anlayışı olan, sözü keçən bu işi görə bilən nüfuzlu, geniş əlaqəli hüquqşünas-vəkil olmasına tam olaraq inanmış, bundan sonra Türkanla razılaşaraq cibindən çıxardığı əlli ədəd yüzlük əsginas halında 5.000 (beş min) manat pulu Səxavətə vermiş, Səxavət həmin pulları sayaraq onların hamısını Türkana vermişdir. Türkan da həmin həmin pulları sayaraq 5.000 (beş min) manat olmasını dəqiqləşdirərək öz çantasına qoymuş və ona söz verib ki, bir ay müddətinə onun birinci qrup əlillik dərəcəsi alaraq təqaüdə çıxma məsələsini həll edəcək. Bundan sonra sağollaşaraq ayrılmışlar. Təxminən bir aydan sonra Səxavətlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşmuş, Səxavət deyib ki, o, Türkanla əlaqə saxlayıb, onun valideynləri, Gülsarə və Elşənin də təqaüd məsələsi yubanır, bir qədər səbirli olsunlar. Təxminən bir neçə aydan sonra Səxavətlə dəfələrlə əlaqə saxlamış və Səxavətə bildirib ki, deyəsən Türkan yalançıdır, Türkana de ki, mənim pulumu qaytarsın. Səxavət cavab verib ki, onun yanında xəcalətlidir, ondan çox utanır. Bundan sonra narahat olaraq Səxavətgilə getmişdir. Səxavət məyus halda ona bildirib ki, Türkan yalançıdır, hüquqşünas-vəkil deyil, sadəcə özünü yalandan işgörən xanım kimi təqdim edib aldadaraq Elşənin və onların pullarını ələ keçirmiş, lakin heç bir iş görməmiş, ələ keçirdiyi pulları isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Səxavət ondan dəfələrlə üzr istəyərək bildirib ki, o özü də aldanaraq Türkana inanmış, əgər Türkanın dələduz olmasını bilsəydi, onu Türkanla tanış etməzdi və Türkana pul verməyinə imkan verməzdi. O, səmimi olaraq Səxavəti başa düşmüş, çünki Səxavət səmimi, düzgün, sözü bütöv, ədalətli oğlandır. Səxavət öz şəxsi pulundan 5.0 (beş min) manat pulu ona verərək bildirib ki, o, Elşənin də pulunu öz cibindən qaytarmış, Türkanın bu əməlinə görə aralarındakı qohumluq münasibətinin pozulmasını, inçikliyin, narazılığın olmasını istəmir, o, özü bir müddət sonra özü Türkandan həmin pulu geri götürəcək. O, razılıq edərək Səxavətdən həmin pulları almış və sağollaşaraq Səxavətdən ayrılmışdır. Sonradan eşidib ki, Səxavət Türkandan şikayət etmişdir. Səxavət bu barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanına şikayət etdiyi üçün o özü əlavə olaraq Türkandan şikayət etməmişdir. Lakin Türkanın ona qarşı dələduzluq etməsinə görə Türkandan şikayətçidir, əsas şikayət və tələbi budur ki, Türkan ona qarşı dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilsin, Səxavətin ona ödədiyi həmin 5.000 (beş min) manat pulu Səxavətə qaytarsın. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmamasını və ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfində tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olumuş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X17 onun həyat yoldaşıdır, Giilsarənin əvvəlki soyadı Şirinovadır, onu ailədə və qohumlar arasında hamı “Vüsalə” olaraq çağırır, lakin əsl adı Gülsarədir. O, 1986-cı ildə Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi keçirmiş, həmin vaxtı avtomobil körpüdən düşdüyü üçün başından qapalı kəllə-beyin travması alaraq huşunu itirmiş, bununla bağlı bir neçə dəfə müxtəlif xəstəxanalarda ambulator və stasionar qaydada müalicə olunmuşdur. Müalicə aldıqdan sonra qəza nəticəsində səhhətində yaranmış psixo-nevroloji problemlər aradan qalxmamış, səhhəti tam olaraq normallaşmamışdır. Əsəbilik, yuxusuzluq, baş ağrıları, qıcıqlanma, tez özündən çıxma, yaddaşsızlıq kimi psixo-nevroloji problemlərdən, əsəbiləşərkən qıcolmalardan, habelə həmin psixo-nevroloji problemlərə görə qazandığı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı Gülsarə 1982-ci ildə Fizuli rayonunda yaşayan zaman həmin rayon ərazisində keçirdiyi yol nəqliyyat hadisəsi zamanı başından kəllə-beyin travması almışdır. Həmin travma ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən hansısa xəstəxanada təxminən 15 gün müddətində stasionar müalicə almışdır. Keçirdiyi yol nəqliyyat hadisəsindən hazırki vaxtadək qeyd etdiyi problemlərdən əziyyət çəkmişdir. Belə ki, daim başında ağrılar olur, yuxusuzluq, habelə həyəcanlanan kimi əllərində keyimə olur. Səhhətində olan həmin problemlərlə bağlı heç bir xəstəxanaya müraciət etməmiş, yalnız ev şəraitində kortəbii qaydada müalicə olunmuşdur. 2018-ci ildə isə həmin problemlər daha da dərinləşərək onu narahat etmişdir. Zərərçəkmiş şəxs5 qohumudur, Səxavətlə həmişə mehriban qohumluq münasibəti olmuş, hal-hazırda da mehribandır, heç bir qərəzçilik və ədavətləri yoxdur. O və Gülsarə səhhətlərində olan problemlərlə əlaqədar olaraq xeyli müddət idi iki, əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istəmişlər və bu barədə Səxavətə deyərək ondan xahiş etmişlər ki, əgər tanışı varsa bu işdə ona köməklik etsin. Təxminən 2018-ci ilin aprel ayının sonlarında Səxavətgilə qonaq gedərkən eşidib ki, Səxavət yaşlı valideynlərini təqaüdə çıxarmaq istəyir, təqaüdə çıxarmaq işini görəcək tanış adamı var. Söhbət zamanı Səxavət onlara ətraflı danışıb ki, təxminən 2018-ci ilin aprel ayının əvvəllərində tanışı X9 onu təsadüfən Bakı şəhəri Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış etmiş, Susanna Səxavətə bildirib ki, onun X30 adlı hüquqşünas-vəkil rəfiqəsi var, Türkanın geniş əlaqələri var və Susanna Türkanla birlikdə müəyyən məbləğdə pulun müqabilində bir çox problemlərin həllinə köməklik edə bilir, adambaşı 4.000 (dörd min) manat, ümumlikdə isə 16.000 (on altı min) manat pulun müqabilində Səxavətin valideynləri: X24 və X41, onu və Gülsarəni əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxara bilər, həmin 16000 (on altı min) manat pul Susanna və Türkanın zəhmət haqqıdır, həmin pulun bir hissəsini əvvəlcədən Susanna və Türkana vermək lazımdır ki, Susanna Türkanla birlikdə onları həkimlərin müayinəsindən keçirə bilsin və beləliklə təqaüdə düzəltmə prosesinə başlasın. O və Gülsarə Səxavətdən bunu eşitdikdə çox sevinmişlər, onları da Susanna və Türkanla görüşdürərək tanış etməsini xahiş etmişlər, adambaşı 4.000 (dörd min) olmaq şərti ilə ümumlikdə 8.000 (səkkiz min) manat pullarının olmamasını, ikisinə cəmi 3.500 (üç min beş yüz) manat pullarının olmasını Səxavətə bildirmişlər. Səxavət deyib ki, onun da cəmi 3.500 (üç min beş yüz) manat pulu var, ona görə səhəri gün birlikdə gedib Susanna ilə görüşsünlər, Susanna ilə bu barədə söhbətləşsinlər. Onlar Səxavətlə razılaşmışlar. Bir neçə gün sonra Səxavət Susanna ilə zəngləşərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində təklikdə görüşmüş, onların cəmi 3.500, özünün də cəmi 3.500 manat pulunun olması, təqaüdə düzəltmə prosesinin ilkin mərhələsi üçün Susannaya dörd nəfər üçün ümumilikdə yalnız 7.000 (yeddi min) manat pul verəcəklərini, pulun qalan hissəsini isə bir müddət sonra verə biləcəklərini Susannaya demişdir. Susanna Səxavətlə razılaşmışdır. Həmin gün təxminən axşam saatlarında Səxavət onların evinə gələrək bu barədə demiş və onlar da Səxavətlə razılaşmışlar, bu işlə bağlı Susanna ilə görüşərək pulu Susannaya verəcəklərini demişlər. Səxavət növbəti gün Susanna ilə görüşəcəklərini demişdir. 03.05.2018-ci il tarixdə təxminən səhər saat 11 radələrində əvvəlcədən razılaşdıqları qaydada ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin inzibati binasının qarşısında o, Gülsarə və Səxavət birlikdə gələrək Susanna ilə görüşmüşlər. Görüşməzdən əvvəl o, özünə məxsus olan 3.500 (üç min beş yüz) manat pulu Səxavətə vermişdir. Səxavət, onu və Gülsarəni Susanna ilə tanış etmiş, təqaüdə düzəltmə məsələsini həll edəcək şəxsin Susanna olmasını demişdir. Susanna isə sonradan X30 olmasını bildiyi bir nəfər şəxslə gəlmişdir. Susanna onlarla tanış olaraq Türkanı da onlara rəfiqəsi kimi təqdim etmişdir Susanna özünü onlara savadlı, nüfuzlu, işgüzar, sözü keçən şəxs kimi təqdim etmiş, rəfiqəsi Türkanı isə savadlı, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqələri olan, işgüzar, hüquqşünas-vəkil olaraq təqdim etmiş və bildirib ki, o, Türkanla birlikdə zəhmət haqqı qismində aldıqları müəyyən məbləğdə pulun müqabilində bir çox problemləri həll edə bilir, eləcə də vətəndaşları əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxaraq bilir. Səxavət deyib ki, o valideynlərinin yaşlı və xəstə olmasına görə əlillik dərəcəsi alaraq onun əsasında onları təqaüdə çıxarmaq istəyir. O və Gülsarə isə səhhətlərində olan psixo-nevroloji problemlərlə görə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istəyirlər, ümumlikdə isə cəmi 7.000 (yeddi min) manat pulları var. Susanna və Türkan onları dinlədikdən sonra bildiriblər ki, onlar o, Gülsarə və Səxavətin valideynlərinə əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaqlarına köməklik edəcəklər, bu işin dəyəri isə ümumlikdə 16.000 (on altı min) manat təşkil edir, həmin pulun bir qismini, yəni 7.000 (yeddi min) manatını onlardan işə başlamaq üçün indi götürəcəklər, pulun qalan hissəsi olan 9.000 (doqquz min) manatı isə bir müddət sonra hissə-hissə olaraq onlardan alacaqlar, təqaüdə düzəltmə prosesi təxminən altı ay müddəti əhatə edəcək, onlardan alacaqları həmin pul onların zəhmət haqqıdır. Susanna və Türkan hər ikisi birlikdə onları qəti şəkildə əmin etmişlər ki, onlar təqaüdə düzəltmə məsələsini mütləq qaydada, problemsiz olaraq həll edəcəklər və əlillik dərəcəsi alaraq onun əsasında onları təqaüdə çıxaracaqlar. Həmin an onların arasında neçənci qrup əlillik dərəcəsi təyin ediləcəyi və təqaüdün məbləğinin nə qədər olacağı barədə heç bir danışıq olmamış, sadəcə razılaşmışlar ki, Susanna və Türkan 16.000 (on altı min) manat pulun müqabilində o, Gülsarəyə və Səxavətin valideynlərinə əlillik dərəcəsi təyin edilərək həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmalarına kömək edəcəklər. O, Gülsarə və Səxavət Susanna ilə Türkanın həqiqətən də nüfuzlu, savadlı, işgüzar, sözü keçən, təqaüdə çıxarma prosedurunu bilərək problem həll edən şəxslər olmasına inanmışlar, onların həqiqətən də bu işi görəcəklərinə əmin olmuşlar və buna görə də Səxavət, o və Gülsarə Türkan və Susanna ilə razılaşmışlar. Çünki onlar özünə əmin danışıqları ilə onları tam inandırmışlar. Buna görə də Səxavət ona verdiyi 3.500 (üç min beş yüz) manat pulun üzərinə özünə məxsus olan 3.500 (üç min beş yüz) manat pulu da əlavə etmiş, ümumlikdə yetmiş ədəd yüzlük əsginasdan ibarət 7.000 (yeddi min) manat pulu konvertə qoyaraq bu məqsədlə Susannaya vermişdir. Susanna o, Gülsarə, Səxavət və Türkanın şahidliyi ilə həmin konverti Səxavətdən götürərək konvertdə olan pulları saymaqla yenidən konvertə qoyub razılıq etmiş və dərhal prosesə başladı. Pulları Susanaya verdikdən sonra bir neçə saat ərzində o və Gülsarəni Psixi Sağlamlıq Mərkəzinə aparmış, Susanna Türkanla birlikdə hansısa otaqlara girərək bir müddət sonra oradan çıxmış, dəhlizdə əyləşərək birbiri ilə söhbətləşmişlər və onlara istiqamət verərək demişlər ki, müayinədən keçmək lazımdır. Susanna və Türkan bu hərəkətləri ilə onları təqaüd düzəltməyə kömək edəcəklərinə tam inandırmışlar və onlar da Susanna və Türkana inanmışlar. O və Gülsarə orada müxtəlif tibbi müayinələrindən keçmişlər, səhhətlərində olan psixo-nevroloji problemləri demişlər. Mərkəzdə ona “X43 üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuş, onlar həmin tarixdə həmin mərkəzə dispanser qeydiyyatına götürülmələrini və müalicə olunmalarından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə göndəriş verilməsi barədə ərizə ilə müraciət etmişlər. Həmin mərkəzdə onların müraciəti nəzərə alınaraq onlara “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə göndəriş verilmişdir. Psixi Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra Susana onlara deyib ki, bir neçə gündən sonra şəxsi işləri ilə bağlı Rusiya Federasiyasına gedəcək, təqaüdə düzəlmə prosesi ilə bağlı növbəti işləri onun adından rəfiqəsi Türkan davam etdirəcək, buna görə də onlar və Səxavət təqaüdə düzəltmə prosesi ilə bağlı sövdələşdikləri qaydada ona verməli olduqları qalıq 9.000 (doqquz min) manat pulu Türkana verəcəklər, Türkan isə həmin pulları o, Moskvadan qayıtdıqdan sonra ona çatdıracaq. Onlar etiraz etməyərək Susanna ilə razılaşmışlar, Susanna və Türkanla sağollaşaraq ayrılmışlar. 05.05.2018-ci il tarixdə təxminən səhər saatlarında həmin göndəriş əsasında Səxavət öz avtomobili ilə o və Gülsarəni yaşadıqları mənzildən, Susannanı isə Bakı şəhəri, Nizami metrostansiyanın yaxınlığından götürmüş, birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinə getmişlər. Həmin xəstəxanada çoxlu sayda pasientlər və tibb işçiləri olmuşdur. Səxavət onları xəstəxanadan bayırda gözləmiş, o və Gülsarə xəstəxananın dəhlizində gözləmişlər. Susanna isə onlardan həmin tibbi göndərişi alaraq dəhlizin sonunda dəqiq olaraq bilmədiyi hansısa otağa daxil olub təxminən 10 dəqiqədən sonra onlara yaxınlaşaraq göndərişləri onlara qaytarmış və demişlər ki, stasionar müalicə üçün həmin tibbi göndəriş sənədləri ilə birlikdə xəstəxananın qeydiyyat yerinə yaxınlaşsınlar. Lakin Susanna təqaüd məsələsi ilə əlaqədar olaraq hansısa həkimlə görüşərək danışdığı barədə heçnə deməmişdir. Susanna bunu dedikdən sonra onlarla sağollaşaraq xəstəxanadan getmişdir. O və Gülsarə qeydiyyat yerinə yaxınlaşaraq göndəriş sənədələrini təqdim etmiş, müraciət edərək həmin xəstəxanaya müalicəyə qəbul edilmələrini xahiş etmişlər. Həmin xəstəxanada adlarını bilmədikləri və tanımadıqları bir neçə həkim müayinəsindən keçmişlər. Müayinə zamanı ona “X43 üzvi xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, nəzərə çarpan psixopatabənzər davranışı və tez-tez dekompensasiyalarla” kliniki diaqnozu qoyulmuş, onu müalicə etmək üçün gündüz stasionarına qəbul etmişlər və ona müalicə kursu keçmişlər. O və Gülsarə həftədə bir neçə dəfə xəstəxanaya gələrək səhhətləri barədə məlumat vermişlər, hər dəfə xəstəxanaya gələndə xəstələrin davamiyyət jurnalına gəlmələri barədə imza etmişlər. Müalicə müddətində həmin xəstəxanaya Gülsarə ilə birlikdə gəlib-getmiş, Türkan və Susanna onunla birlikdə xəstəxanaya gəlməmişlər. Psixi Sağlamlıq Mərkəzində və “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsində onun adma tərtib olunmuş bütün tibbi sənədlər, xəstəlik tarixi, habelə davamiyyət jurnalında adının qarşısında olan imzalar onun özünə məxsusdur, özü şəxsən həmin tibbi sənədlərin məzmunu ilə tanış olaraq imza etmişdir. Özü həqiqətən də xəstə olduğundan “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin gündüz stasionarında 17.05.2018-ci il tarixdən 27.06.2018-ci il tarixədək müalicə almış, gündüz stasionarında müalicə alan xəstələr həmin xəstəxanada gecələmədiyindən orada gecələməmişdir. Həmin xəstəxanada ona yüksək səviyyədə tibbi yardım göstərilmiş, oranın tibbi personalından çox razıdır. Həmin tibbi yardım nəticəsində səhhəti xeyli yaxşılaşmışdır. 27.06.2018- ci il tarixdə ailə-məişət qayğıları, şəxsi işlərinin çox olması və səhhətinin yaxşılaşmasına görə həmin xəstəxanaya ərizə ilə müraciət edərək evə yazılmasını, könüllü olaraq imtina edərək müalicəsini dayandırmasmı xahiş etmişdir. Həmin tarixdə onun və Gülsarənin müraciətini nəzərə alaraq müalicələrini dayandırmışlar. Gülsarə bütün bunlar barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susanna və Türkanla yazışaraq məlumat vermiş, Susanna və Türkan isə onlara səbirli olaraq hələ bir müddət də gözləmələrini demişlər. Təxminən 2019-cu ilin fevral ayınadək Gülsarə bir neçə dəfə istifadəsində olan mobil nömrədəki “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Türkan və Susanna ilə yazışaraq və zəngləşərək əlaqə saxlamış, hər dəfə Susanna və Türkan yenədə səbrli olmalarını, müəyyən müddətdən sonra təqaüdə düzəlmə prosesini başa çatdıracaqlarına söz verirdilər. Lakin onlar bütün bu bəhanələrdən təngə gəlmişlər və Səxavətlə onlara məlum olub ki, Türkan vəkil deyil, o, Susanna ilə birlikdə yalan danışaraq onlara vəd vermiş, onları aldatmışlar, Susanna və Türkan onları əlillik dərəcəsi əsasında təqaüdə çıxara bilmir. Türkan Susanna ilə birlikdə bir neçə nəfər tanımadığı şəxsləri, o cümlədən Gülsarənin qardaşı Əlövsəti, eləcə də onları aldadaraq pullarını ələ keçirmişlər. Türkan sonradan müxtəlif bəhanələrlə aldadaraq Səxavətdən əlavə olaraq müxtəlif məbləğlərdə pulları ələ keçirmişdir. O və Gülsarə bir neçə dəfə Susanna ilə əlaqə saxlamaq istəsələr də alınmamış, Gülsarə cəmi bir dəfə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi Susanna ilə yazışaraq pulu qaytarmasını tələb etdikdə Susanna Türkanla birlikdə qabaqcadan əlbir olaraq aldatmaqla pullarını ələ keçirmələrini, Səxavətlə birlikdə ona verdikləri ümumilikdə 7.000 (yeddi min) manat puldan iştirakçılıq haqqı qismində Türkana 1.100 (min yüz) manat pul verməsini, 5.900 (beş min doqquz yüz) manat pulu isə özünə saxlamasını, həmin pulları Türkanla birlikdə öz şəxsi ehtiyacları üçün sərf etmələrini bildirmiş, həmin pulları xərclədiklərindən onlara bir qədər vaxt vermələrini xahiş etmiş, həmin pulları toplayaraq qaytaracaqlarına söz vermişdir. Onlar Susannaya bir qədər vaxt verməyə razı olmuşlar. Təxminən 2019-cu ilin aprel ayında Səxavət onlara gələrək üzr istəmiş, utanaraq bildirib ki, o, Susanna ilə Türkanın dələduz olmasını bilməmiş, əgər onların yalançı olmalarını əvvəldən bilsəydi, onları Susanna və Türkanla tanış etməzdi və onlarla birlikdə Susanna və Türkana pul verməzdi. Onlar Səxavəti səmimi olaraq anlamış və Səxavətdən incikliklərinin olmamasını bildirmişlər. Səxavət 3.500 (üç min beş yüz) manat pulu onlara verərək deyib ki, onlara maddi ziyan dəyməsinə görə xəcalət çəkir, onları Türkan və Susanna ilə tanış etdiyinə görə də onların pulunu özü şəxsən ödəyəcək, bu qohum kimi mənəvi borcudur. Onlar həmin 3.500 (üç min beş yüz) mant pulu Səxavətdən alaraq razılıq etmişlər. Susannaya verilmiş həmin 3.500 (üç min beş yüz) manat pul onun özünə məxsus olmuş, Susanna ilə Türkanın qabaqcadan əlbir olaraq ona qarşı törətdikləri dələduzluq cinayəti nəticəsində ona dəymiş 3.500 (üç min beş yüz) manat maddi ziyan tam olaraq qohumu Səxavət tərəfindən ona ödənilmişdir. Şikayət və tələbi budur ki, Türkan və Susanna qabaqcadan əlbir olaraq ona qarşı dələduzluq cinayəti törətdikləri üçün cinayət məsuliyyətinə cəlb edilsinlər və Səxavət tərəfindən onlara ödənilmiş həmin 3.500 (üç min beş yüz) manat pulu Səxavətə qaytarsınlar. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 10 ilə yaxındır ki, tanıyır, Savalanla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Məcburi Köçkün şəhərciyində yaşayır. Onun və ailə üzvlərinin Savalan və Savalanın ailə üzvləri ilə normal münasibəti var, heç vaxt qərəzçlik və ədavəti yoxdur. Şahid2 təxminən 3 ilə yaxındır ki, tanıyır, onu İqballa Savalan tanış etmiş və həmin zamandan İqballa normal tanışlıq münasibəti yaranmışdır. Mütəmadi olaraq Savalan və İqballa görüşərək münasibət saxlayır və hal-hazırda da onlarla yaxşı münasibətləri var. Təqsirləndirilən şəxs1 tanımır, Susannanın yalnız adını bir neçə dəfə eşitmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, Türkanla təxminən 2018-ci ilin payız aylarında tanış olmuşdur. Belə ki, təxminən 2018-ci ilin oktyabr ayının birinci on günlüyündə Savalanla söhbətləşərkən ona deyib ki, əsəb gərginliyindən əziyyət çəkir, onun əsəb xəstəliyinə əlillik dərəcəsi düşərsə, həmin əlillik dərəcəsini alaraq onun əsasında xidməti iş yeri olan Zəngilan Rayon Polis Şöbəsindən təqaüdə çıxmaq istəyir, əgər onun belə bir tanışı varsa bu məsələdə ona kömək etsin. Lakin neçənci qrup əlillik dərəcəsi almaq istəyi barədə Savalana heçnə deməmiş, çünki əsəb gərginliyinin konkret olaraq neçənci qrup əlillik dərəcəsinə aid olmasını bilməmişdir. Savalan onu dinlədikdən sonra bildirib ki, bəlkə Türkan adlı tanışı bu məsələdə ona kömək edə bilər. O, Türkanın kim olmasını soruşaraq maraqlandıqda Savalan bildirib ki, o, X27 bir neçə il olar ki, tanıyır, Türkanı onunla bir neçə il əvvəl Təqsirləndirilən şəxs1 tanış etmişdir. Susanna özünü həmişə Savalana Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsdə işləyən həkim kimi təqdim etmiş, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlıq, əlaqələrinin olmasını demiş, Türkanı isə ona savadlı, nüfuzlu, işgüzar vəkil kimi təqdim etmiş və Türkanla birlikdə əlillik dərəcəsi alaraq müxtəlif vətəndaşlara təqaüdə çıxmasına kömək etməsini demişdir. Türkan özü də Savalanla danışarkən bunları təsdiq etmişdir. Buna görə də Savalan Türkanı iş görən, sözü keçən xanım kimi tanımışdır. Türkanı hətta İqbal da tanıyır, İqbal Savalanın vasitəsi ilə Türkanla tanış olmuşdur. Savalan bütün bunları ona danışdıqdan sonra o, Türkanı əlillik dərəcəsi almaq və həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxarmaq prosesində kömək edə biləcək şəxs kimi təsəvvür etmiş, sevincək halda Savalandan xahiş etmişdir ki, onu Türkanla görüşdürüb tanış etsin. Savalan bir qədər fikirləşmiş, lakin onun xətrini çox istədiyindən və həqiqətən də ona kömək etmək istədiyindən razılaşmış, fikirli halda ona deyib ki, Həsənqara mən istəyirəm ki, sənin işin alınsın, lakin mən Türkanın bu işi tam olaraq görəcəyinə söz vermirəm və onun hərəkətlərinə zamin durmuram, sadəcə Türkanın bu məsələdə sənə kömək edə biləcəyinə inanıram, buna görə də sənin xətrinə bu barədə Türkanla maraqlanaram. Bunları dedikdən sonra Savalan öz mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkana yazaraq bu barədə soruşmüş, Türkan cavab yazaraq bildirib ki, o, bu məsələni həll edə bilər, ona görə də Savalan onu Türkanla tanış etsin, tanışlıq zamanı onunla konkret olaraq söhbət edəcək. O, Türkanla görüşərək tanış olmaq və bu iş barədə söhbətləşmək üçün razılaşmışdır. Bir neçə saat sonra Savalan bu barədə İqbala mobil telefon vasitəsi ilə bildirmiş və ona kömək etmək istəməsini demişdir. O da İqballa mobil telefon vasitəsi ilə danışarkən İqbal deyib ki, Türkanla görüşərək söhbətləşərkən tələsməsin, ehtiyatlı olsun, Türkanın düzgünlüyünə, fırıldaqçı olmamasına əmin olsun. O və Savalan İqbalın da onlarla birlikdə gələrək həmin görüşdə iştirak etməsini xahiş etmişlər və İqbal razılaşmışdır. Beləliklə görüş təyin etmişlər. Növbəti gün təxminən səhər saat 11 radələrində o, İqbal və Savalan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə Türkanla görüşmüşlər. Həmin an ofisdə o, Savalan, İqbal və Türkan olmuş, onlarda başqa digər şəxs olmamışdır. Tanışlıq zamanı əsəb gərginliyindən əziyyət çəkməsi, əlillik dərəcəsi alaraq onun əsasında xidməti iş yeri olan Zəngilan Rayon Polis Şöbəsindən təqaüdə çıxmaq istəyi barədə Türkana demiş, Türkan onu dinləyərək özünə əmin halda bildirib ki, o nüfuzlu vəkildir, geniş əlaqələri və tanışları var, 10.500 (on min beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi alaraq xidməti iş yerindən onun təqaüdə çıxmasına köməklik edə bilər, lakin ondan alacaq həmin pulu, kimə, hara, hansı məqsədlə verəcəyi barədə və konkret olaraq harada işləməsi barədə heçnə deməmişdir. O, Türkana inanmış və həmin məbləği ona verəcəyi barədə razılaşmış, sağollaşaraq ayrılmışlar. Təxminən bir neçə gün sonra təxminən saat 11 radələrində o, İqbal və Savalan birlikdə gələrək həmin ofisdə Türkanla görüşmüşlər. Həmin an ofisdə o, Savalan, İqbal və Türkandan başqa digər şəxs olmamışdır. Bu məsələ ilə əlaqədar olaraq Savalan və İqbalın şahidliyi ilə Türkana yüz beş ədəd yüzlük əskinaz halında 10.500 (on min beş yüz) manat pul vermiş, Türkan pulları ondan götürərək əminlikə deyib ki, bu məsələni problemsiz həll edəcək, təxminən 4 ay sonra əlillik dərəcəsi alaraq həmin əlillik dərəcəsi əsasında onu xidməti iş yerindən təqaüdə çıxaracaq, lakin neçənci qrup əlillik dərəcəsi alacağı və hansı məbləğdə təqaüd alacağı barədə ona heçnə deməmişdir. O Türkana razılıq etmiş, Türkanın bu işi görəcəyinə inanmış, tələsdiyindən təcili gedəcəyini demiş və onlarla sağollaşaraq ofisdən çıxmışdır. Savalan və İqbal isə ofisdə qalmışdır. Bundan sonra bir neçə dəfə istifadəsində olan mobil nömrədən Türkanın istifadəsinə olan (050) ***-**-** mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazaraq bu məsələ barədə maraqlanmış, Türkan hər dəfə ona səbirli olmağı, bu işin bir qədər yubansa da alınacağını demişdir. Sonradan eşidib ki, Türkan tanımadığı müxtəlif şəxsləri də müxtəlif üsullarla aldadaraq onların da müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. O, Türkanın dələduz olmasından şübhələnmiş, təxminən 2019- cu ilin may ayının əvvəllərində Türkana yazaraq bir neçə dəfə bu iş barəsində maraqlandıqda Türkan ona konkret olaraq cavab verməmiş, daha sonra isə ondan xahiş edib ki, ona bir qədər də müddət versin, onun barəsində heç yerə şikayət etməsin. Bundan sonra ona məlum olub ki, Türkan həqiqətən də dələduzdur, Türkan onu da aldadaraq pulunu ələ keçirmiş, hər dəfə səbirli olmasını deyərək müddət qazanmış, onu aldadaraq yubatmış, onun dediklərinin hamısı yalandır. Belə ki, Türkan ona əlillik dərəcəsi almaq və həmin əlillik dərəcəsi əsasında təqaüd düzəltmək adı ilə aldadaraq onun 10.500 manat pulunu ələ keçirmişdir. Türkanın ona dediklərinin hamısı yalandır, Türkan nüfuzlu, işgüzar, hüquqşünas xanım deyil, o, vətəndaşa əlillik dərəcəsi təyin etmək və həmin əlillik dərəcəsi əsasında vətəndaşı təqaüdə çıxarmaq səlahiyyətinə malik deyil, sadəcə bu işi görəcəyi barədə ona yalandan vəd verərək aldatmaqla pulunu ələ keçirmişdir. O, Savalanla görüşərək Türkanın onu aldatması barədə demiş, Savalan dərhal “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Türkana yazaraq nə üçün onu aldatmasını soruşmuş və ondan aldığı pulları geri qaytarmasını Türkandan tələb etmişdir. Türkan “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Savalanla və onunla yazışarkən yalvararaq xahiş edib ki, ondan həmin pulları həqiqətən də aldadaraq ələ keçirmiş, həmin pulları öz şəxsi istifadəsi üçün sərf etmiş, ona bir qədər möhlət versinlər, pulları qaytaracaq. Bir neçə saat sonra Savalan və İqbal yaşadığı qəsəbə ərazisində onunla görüşmüşlər, ona on beş ədəd yüzlük əskinaz halında 1.500 (min beş yüz) manat pul təqdim etmişlər. O, həmin pulun nə ilə bağlı olmasını soruşduqda İqbal və Savalan deyib ki, o ofisdə Türkana 10.500 manat pul verərərək sağollaşıb onlardan ayrıldıqda sonra Türkan gözləmədikləri halda ofisdə onlara ondan aldığı həmin puldan 1.500 (min beş yüz) manat verərək deyib ki, bu pul işə görə sizin şirinlik haqqınızdır, götürün, öz aranızda bölüşün. Savalan və İqbal həmin pulu Türkandan götürüb sağollaşaraq ayrılmışlar, 1000 (min) manatı Savalan, 500 (beş yüz) manatı isə İqbal götürmüş, bu qaydada pulu öz aralarında bölüşmüşlər. İqbal və Savalan ona izah etmişlər ki, onlar Türkanla bu barədə qabacadan razılaşmamışlar, Türkanın onu aldatmaq niyətinin olmasını əvvəlcədən bilməmişlər, Türkanla birlikdə onu aldadaraq pulumu ələ keçirmək niyətində olmamışlar, sadəcə gözləmədikləri halda həmin pulu Türkan ofisdə aldığı puldan ayıraraq onlara şirinlik haqqı kimi vermiş, onlar isə həmin pulu götürərək öz aralarında bölmüşlər. Savalan və İqbal Türkanın onu aldatmasına görə təəssüf hissi keçirərək üzr istəmişlər. O, dərhal Türkanla görüşərək bu barədə maraqlanmış, Türkan onu aldadaraq pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməsini bir daha səmimi olaraq etiraf etmiş, ondan üzr istəmiş, İqballa Savalanın bu işdə heç bir günahının olmaması, İqbal və Savalanın onun bu niyətindən əvvəlcədən məlumatsız olmalarını və onunla birlikdə əlbir olaraq ona qarşı dələduzluq etməmələrini, sadəcə həmin 1.500 manat pulu İqballa Savalana şirinlik kimi verməsini demişdir. O, İqbal və Savalanın həmin pulu şirinlik haqqı qismində Türkandan götürmələri, daha sonra utandıqlarından həmin pulu ona qaytarmalarını səmimi olaraq başa düşmüş və həmin 1.500 manat pulu Savalan və İqbaldan götürərək onların düzgünlüyünə görə razılıq etmiş, onlara deyib ki, bu məsələdə onların heç bir günahı yoxdur və onlardan inciklik, qərəzi yoxdur. Türkan onun pulunu qaytarmadığı üçün 14.05.2019-cu il tarixdə saat 17:43-də istifadəsində olan (070) ***-**-** mobil nömrəsi ilə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmiş, daha sonra isə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X5 qarşı şikayətçi olmamasını, Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olduğunu, dəymiş ziyanın Türkan tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X16 əvvəllər tanımamış, Türkanla münasibət, qərəzçilik və ədavəti olmamışdır. Bir neçə il Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Abşeron Rayon X35 hissəsinin 32 nömrəli Yanğından mühafizə bölməsində sürücü vəzifəsində xidmət etmiş, həmin bölmə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşir. X28 bir neçə il olar k, tanıyır, Günellə həmişə normal işgüzar münasibəti olmuş, qərəzçilik və ədavəti olmamışdır. X62 Nazirliyinin X35 Xidmətinin Abşeron Rayon X35 hissəsinin kadrlar üzrə kiçik inspektoru vəzifəsində xidmət etmişdir. Bir neçə dəfə aralarında olan söhbət zamanı Günel ona bildirib ki, o, əsəb gərginliyindən əziyyət çəkdiyi üçün əlillik dərəcəsi almaq və həmin əlillik dərəcəsi əsasında təqaüdə çıxmaq istəyir. Hətta bir neçə dəfə Günel səhhətindəki problemlərlə əlaqədar olaraq işə çıxmadığından o, Günellə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur Onurğa nahiyəsində yırtıq olduğundan iki dəfə cərrahi əməliyyat olunmuş, həm də son illlər əsəb gərginliyindən əziyyət çəkmişdir. Buna görə də təxminən 2018-ci ilin noyabr ayının əvvəllərində öz istifadəsində olan mobil nömrə ilə Günelin istifadəsində olan mobil nömrəyə zəng etmiş, səhhətində olan problemlərlə əlaqədar əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istədiyini demiş, əgər bu məsələdə məlumatlı, işgüzar tanışı varsa onu həmin tanışı ilə əlaqələndirməsini, ona kömək etməsini xahiş etmişdir. Günel telefon danışığı zamanı onu dinləyərək bildirib ki, sənin onurğanda problem var və sinir xəstəliyin var, niyə həmin xəstəliklər əsasında təqaüdə çıxmırsan? O cavab verib ki, həmin xəstəlikləri ciddi xəstəlik hesab etmir, ona görə güman edir ki, həmin xəstəliklər əsasında təqaüdə çıxa bilməz, həm də təqaüdə çıxma proseduru barədə məlumatsızdır, bu işdən məlumatı olan tanış adam lazımdır. Günel ona bildirib ki, onun X30 adlı tanışı var. Belə ki, o, Türkanla təxminən 2018-ci ilin ortalarında tanış olmuş, Türkan özünü Günelə savadlı, nüfuzlu, işgüzar hüquqşünas-vəkil kimi təqdim edərək müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsinin olması, əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxma məsələlərini həll etməsini bildirmiş, təqaüdə çıxma prosesi ilə əlaqədar Günelə təmənnasız müəyyən hüquqi məsləhətlər vermişdir. Əgər istəsə Türkanın mobil nömrəsini verə bilər, özü Türkanla əlaqə saxlayıb görüşərək danışsın. O, Günelin dediklərindən çox sevinmiş və Güneldən xahiş edib ki, Türkanın mobil nömrəsini ona versin, Türkanla əlaqə saxlayıb özü görüşərək söhbətləşsin. Günel Türkanın (050) ***-**-** mobil nömrəsini ona verərək bildirib ki, bu Türkanın mobil nömrəsidir, Türkanla özün əlaqə saxla, Türkanla söhbətləşərkən hər bir halda ehtiyatlı, diqqətli ol, tələsmə və aldanma. O, minnətdarlıq edərək Günellə sağollaşmışdır. Təxminən 2018-ci ilin noyabr ayının ilk on günlüyündə dəqiq olaraq xatırlamadığı tarixdə, təxminən gündüz saatlarında istifadəsində olan mobil nömrədən (050) ***-**-** mobil nömrəsinə zəng edərək özünü təqdim edib Günelin iş yoldaşı olmasını demiş, əlillik dərəcəsi alaraq onun əsasında təqaüdə çıxmaq istədiyini və bu işdə ona kömək edəcək adam axtardığını bildirmişdir. Türkan onu dinləyərək bildirib ki, o hüquqşünas-vəkildir, sırf əlillik dərəcəsi əsasında təqaüdə düzəltmə işi ilə məşğuldur, bu məsələdə ona kömək edə bilər. Danışıq zamanı razılaşaraq görüş təyin etmişlər. Həmin gün təxminən günorta saat 14 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində dəqiq olaraq xatırlamadığı yerdə o, təklikdə Türkanla görüşmüş, Türkan özünü ona çox nüfuzlu, işgüzar, müəyyən vəzifəli şəxslər və yüksək dairələrlə əlaqəsi olan, iş görən, sözü keçən, müəyyən məbləğdə pulun müqabilində istənilən problemi həll etmək iqtidarında olan hüquqşünas-vəkil kimi təqdim etmiş və bildirmişdir ki, o, 6.500 (altı min beş yüz) manat pulun müqabilində onurğasında olan problem və əsəb gərginliyi ilə əlaqədar olaraq ona əlillik dərəcəsi ala bilər, həmin əlillik dərəcəsi əsasında onu xidməti iş yeri olan Fövqəladə Hallar Nazirliyinin X35 Xidmətinin Abşeron rayon X35 hissəsinin 32 nömrəli Yanğından mühafizə bölməsindən təqaüdə çıxaraq bilər, ondan alacağı həmin pul onun zəhmət haqqıdır. Həmin pulu qısa zaman ərzində ona çatdıracağı barədə razılaşaraq ondan ayrılmışdır. 10.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində o öz mobil nömrəsindən Türkana zəng edərək bildirib ki, onun dediyi 6.500 (altı min beş yüz) manat pulu hazırlamışdır, görüş təyin etsinlər və həmin pulu ona versin. Türkan bunu eşitdikdə çox sevinərək deyib ki, nə yaxşı ki, pulu tez bir zamanda hazır eləmisən, ona görə də sənin işin tez alınacaq, amma mən şəxsi işlərimlə bağlı kənar yerdəyəm, səninlə görüşə bilməyəcəm, indi sənin mobil nömrəni taksi sürücüsü Şahid6 verəcəm, Nizami səninlə zəngləşərək gəlib görüşəcək və pulları səndən alaraq gətirib mənə verəcək, lakin Nizami mənim həmin pulların müqabilində sənə təqaüd düzəldəcəyimdən məlumatsızdır, sən də ona bu barədə heçnə demə, Nizami sadəcə mənə taksi sürücüsü kimi xidmət edir, o yalnız mənim xahişimlə səndən həmin pulları götürüb Bakı şəhəri ərazisində mənə çatdıracaq, mən isə ona sürücülük haqqı verəcəm. O Türkanla razılaşmışdır. Təxminən bir neçə dəqiqədən sonra xatırlamadığı mobil nömrədən onun mobil nömrəsinə zəng edən şəxs bildirib ki, o, Türkanın göndərdiyi taksi sürücüsü Şahid6dur, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisindədir. O, Nizamiyə deyib ki, onunla Abşeron rayonu, Saray qəsəbəsində, Bakı - Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşə bilər. Nizami təxminən 20 dəqiqəyə həmin postun qarşısına gələrək onunla görüşmüş, Nizamiyə demişdir ki, pul evdədir, gedək pulu sənə verim. Hərə öz avtomobili ilə ard-ardınca olmaq şərti ilə onun yaşadığı ünvana, yəni ünvan 12izami evin qarşısında avtomobilində gözləmişdir. O, bir neçə dəqiqə ərzində evdən 6.500 (altı min beş yüz) manat pulu götürərək qayıtmış, Nizaminin avtomobilinin qabaq sağ tərəfində əyləşərək həmin pulları Nizamiyə vermişdir. Pulları Nizamiyə verərkən istifadəsində olan “İphone 4 S” modelli mobil telefonla Nizaminin hiss etmədiyi tərzdə qısa müddətli video çəkiliş aparmışdır. Həmin an o və Nizamidən başqa ətrafda heç kim olmamış, yalnız ikisi olmuşlar. Nizami pulları sayaraq bildirib ki, həmin pulları qısa zaman ərzində Türkana çatdıraracaq və onunla sağollaşaraq ayrılmışdır. O, təxminən 2 saat sonra Türkana zəng edərək bildirib ki, pulları Nizamiyə vermişdir. Türkan deyib ki, Nizami həmin 6.500 (altı min beş yüz) manat pulu tam olaraq ona çatdırmış, o, isə Nizamiyə həmin pulları çatdırdığına görə 20 (iyirmi) manat sürücülük haqqı vermiş, təxminən 10 gündən sonra onu hansısa xəstanaya apararaq orada qeydiyyatdan keçirmək və xəstəxanada müalicə olunması işlərinə başlayacaq. O, Türkana razılıq edərək səbirsizliklə onun zəngini gözləyəcəyini demiş və sağollaşmışlar. Təxminən on gün sonra Türkana zəng edərək maraqlandıqda Türkan narahat olmamasını və bir qədər də səbr etməsini bildirmiş, lakin konkret olaraq müddət deməmişdir. Təxminən 2018-ci ilin dekabr ayının sonlarınadək Türkana bir neçə dəfə zəng edərək maraqlanmış, bəzən Türkan zənglərə cavab verməmiş, bəzən isə Türkan müxtəlif bəhanələr gətirərək ona bir qədər də səbirli olmasını demişdir. Bütün bu bəhanələrdən və yubanmalardan təngə gələrək ünvan 13 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin qarşısında təklikdə Türkanla görüşdükdə Türkan səmimi olaraq etiraf edib ki, o, hüquqşünas-vəkil deyil, əlillik dərəcəsi alaraq onun əsasında heç kimə təqaüd düzəldə bilmir, onun ümumiyyətlə kiməsə əlillik dərəcəsi alaraq onun əsasında təqaüd düzəltməyə dair heç bir səlahiyyəti yoxdur, o, bütün bunları Günelə və ona yalandan deyərək onları aldatmış, həmin yalanla onun 6.500 (altı min beş yüz) manat pulunu ələ keçirmiş, ondan aldığı pulları öz şəxsi ehtiyacları üçün sərf etmiş, onun digər şəxslərlə də pulla bağlı problemi var, onun pulunu qısa müddətə toplayaraq qaytaracaq. Türkan bir neçə dəfə yalvararaq xahiş edib ki, ona möhlət versin və onun Türkana yazığı gəldiyi üçün razılaşmışdır. Bu barədə Günelə danışmış, Günel də dəfələrlə Türkanla mobil telefon vasitəsi ilə danışaraq ondan tələb edib ki, ya onun pulunu qaytarsın, ya da işini həll etsin, onu incitməsin. O, bir neçə ay gözləsə də Türkan onun pulunu qaytarmamış və zənglərinə cavab verməmişdir. Sonradan eşidib ki, Türkan bir neçə şəxsə də qarşı da dələduzluq edərək onların müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Buna görə də 22.05.2019-cu il tarixdə Türkanın ona qarşı dələduzluq etməsindən Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs X5 qarşı şikayətçi olmamasını, Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olduğunu, dəymiş ziyanın Türkan tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olumuş Zərərçəkmiş şəxs7 Fərəməz qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun mərhum əri Şahbalanın ikinci həyat yoldaşıdır, onun və ailə üzvlərinin hər zamanı Susanna ilə normal münasibəti olmuş, qərəzçilik və ədavəti olmamışdır. X16 isə əvvəllər tanımamış, Türkanla heç bir münasibət, qərəzçilik və ədavəti olmamışdır. Susanna həmişə özünü onlara savadlı, nüfuzlu, işgüzar, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən xanım kimi təqdim etmiş, həmişə demişdir ki, müəyyən məbləğdə pulu zəhmət haqqı qismində götürərək istənilən problemi həll edə bilər. 16.01.2019-cu il tarixdə oğlu X19 üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş, növbəti günlər isə ona ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 16.01.2019-cu il tarixdə Bahadur təzə tutularkən qızı Sevincin mobil telefonu vasitəsi ilə Susannaya zəng edərək bu barədə demiş, Bahaduru cinayət məsuliyyətindən azad etdirmək üçün kömək etməsini xahiş etmişdir. Susanna bir neçə saatdan sonra xatırlamadığı taksi avotmobili ilə bir nəfər orta yaşlı xanımla onların evinə gəlmişdir. O, Bahadurun məsələsi barədə ətraflı danışdıqda Susanna deyib ki, yanında olan şəxs X20r, Türkan savadlı, işgüzar, nüfuzlu, iş görən, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə əlaqəsi olan, sözü keçən hüquqşünas- vəkildir, o, Türkanla birlikdə müəyyən yüksək vəzifələrdə çalışan tanışlarının köməkliyi ilə Bahaduru cinayət məsuliyyətindən azad etdirəcək, lakin bunun üçün müəyyən məbləğdə pul lazım olacaq, həmin pulun bir qismi onunla Türkanın zəhmət haqqı olacaq, digər qismini isə həmin vəzifəli şəxslərə verəcəklər. Həmçinin Türkanın şəxsi taksi sürücüsü olduğundan o çox vaxtı Türkanla birlikdə müəyyən yerlərə iş dalınca gedərək hərəkət edir. Türkan da Susannanın dediklərini tamlıqla təsdiq etmişdir. O, Susanna və Türkanın hər ikisinə tam inanmışdır. Həmin söhbət zamanı evdə qızları: Sevinc və Lalə də olduğundan onların hər ikisi həmin söhbətin şahidi olmuşlar. Susanna və Türkan demişlər ki, həmin vəzifəli şəxslərlə görüşərək Bahadurun cinayət məsuliyyətindən azad edilməsi üçün istənilən məbləği soruşacaqlar və sonra həmin məbləği gəlib onlara deyəcəklər. Lakin Türkan və Susanna həmin vəzifəli şəxsin adını çəkməmişlər və o da soruşmamışdır. O Türkan və Susanna ilə razılaşmış, onlar sağollaşaraq getmişlər. O, pulu olmadığından qızı Sevinclə birlikdə 17.01.2019-cu il tarixdə oğlu Bahadura məxsus olan dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili rəsmiləşdirmə aparılmadan tələsikqaydada avtomobil alqı-satqısı ilə məşğul olan dəllala satmış, sövdələşmə zamanı avtomobili alan şəxs onlara 5.000 (beş min) manat nağd pul verərək bildirib ki, qalıq qalmış 3.000 (üç min) manat pulu isə avtomobil onun adına tam olaraq rəsmiləşdikdən sonra verəcək. Onlar razılaşaraq həmin 5.000 (beş min) manat pulu almışlar. 18.01.2019-cu il tarixdə təxminən saat 15 radələrində Susanna onlara tək gələrək deyib ki, o Türkanla birlikdə adlarını çəkmədiyi tanışları olan vəzifəli şəxslərlə danışaraq Bahadurun cinayət məsuliyyətindən azad olunmasına nail olacaq, bunun üçün 25.000 (iyirmi beş min) manat pul lazımdır, həmin pulun bir qismi onunla Türkana zəhmət haqqı olaraq çatacaq, digər qismini isə həmin vəzifələri şəxslərlə verəcəklər. Lakin həmin puldan Türkanla birlikdə konkret olaraq hansı məbləği zəhmət haqqı qismində götürəcəklərini deməmişdir. O, cəmi 5.000 (beş min) manat pulunun olmasını Susannaya demiş, Susanna deyib ki, problem yoxdur, həmin pulu indi mənə ver, təcili olaraq pulun qalan hissəsini də növbəti günlər ərzində düzəldin. Həmin pul Sevincdə olduğundan o, Sevincə deyib ki, pulu ver Susannaya. Sevinc onun və Lalənin şahidliyi ilə əlli ədəd yüzlük əsginas halında həmin 5.000 (beş min) manat pulu Susannaya vermiş, Susanna pulları alaraq saymış və onlarla sağollaşaraq getmişdir. Bundan sonra o, həmin gün təcili olaraq pulun qalan hissəsini düzəltmək üçün Maştağa qəsəbəsi ərazisində yerləşən Bahadurun adma olan 0.24 ha torpaq sahəsini 15.000 (on beş min) manata xatırlamadığı şəxsə satmışdır. 19.01.2019-cu il tarixdə təxminən axşam saat 18 radələrində Susanna Türkanla birlikdə onların evinə gəlmiş, pulun qalan hissəsi barədə soruşduqda o, torpaq sataraq 15.000 (on beş min) manat pul hazırladığını bildirmiş və Sevincə deyib ki, həmin pulları Susannaya versin. Sevinc o, Lalə və Türkanın şahidliyi ilə yüz əlli ədəd yüzlük əsginas halında 15.000 (on beş min) manat pulu Susannaya vermişdir. Susanna qalıq qalmış 5.000 (beş min) manatı ondan istədikdə ona bildirib ki, daha pulu yoxdur, lakin qızıl-zinyət əşyaları var. Türkan bunu eşitdikdə tələsik olaraq təklif edib ki, onun hansısa lombard işlədən tanışı var, əgər istəsə həmin qızılları həmin lombarda aşağı faizlə girov qoyaraq pul əldə edə bilər. O, Türkanın təklifi ilə razılaşmışdır. Növbəti gün birlikdə gedərək qızılları həmin lombarda girov qoyacaqları barədə razılaşmışlar. Növbəti gün, yəni 20.01.2019-cu il tarixdə təxminən saat 17 radələrində o, Sevinc, Türkan və Susanna xatırlamadığı taksi avotmobili ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsinə gəlmişlər, orada yerini xatırlamadığı hansısa lombarda girmişlər, o, özünə məxsus olan ümumlikdə 196 (yüz doxsan altı) qram qızıl-zinyət əşyalarını həmin lombarda girov qoyaraq xatırlamadığı faizlə ümumlikdə 5.500 (beş min beş yüz) manat pul götürmüş və birlikdə lombartdan çıxmışlar. 500 (beş yüz) manat pulu özündə saxlamış, 5.000 (beş min) manat pulu isə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 üvanında yerləşən “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin qarşısında Sevinclə Türkanın şahidliyi ilə Susannaya vermişdir. Türkan və Susanna qəti və əmin şəkildə ona söz vermişlər ki, Bahaduru cinayət məsuliyyətindən azad etdirəcəklər. Onlar sağollaşaraq ayrılmışlar. Bir neçə gün keçdikdən sonra ona məlum olub ki, Bahadurun barəsində həbs qətimkan tədbiri seçildiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına keçirilmişdir. O, Sevinclə birlikdə bir neçə dəfə Susanna ilə mobil telefon vasitəsi ilə əlaqa saxlayaraq və görüşərək nə üçün Bahadurun həbs olunaraq təcridxanaya keçirilməsinin səbəbini soruşmuş, Susanna özünü itirmiş halda cavab verib ki, həmin pulların bir qismini Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin müstəntiqi İlahi Qurbanov adlı şəxsə və prokurora vermişdir, qısa zaman ərzində Bahaduru cinayət məsuliyyətindən azad etdirərək Bakı İstintaq Təcridxanasından azadlığa çıxmasına nail olacaq. 03.02.2019-cu il tarixdə Susanna onlarla görüşərək deyib ki, güya iş müstəntiq İlahidən alınaraq prokurora verilib və iş qısa müddətə yekunlaşır. 08.02.2019-cu il tarixdə isə Susanna onlarla görüşərək bildirib ki, Bahaduru həbsdən azadlığa buraxmaq üçün Bakı Apellyasiya Məhkəməsinə gətirəcəklər. Onlar Susannaya inanaraq səbirsizliklə həmin gün Bahadurun həmin məhkəməyə gəlişini gözləmişlər. Lakin Bahaduru həmin tarixdə həmin məhkəməyə gətirməmişlər. Sonradan Bahadurla aralarında olan telefon danışığı zamanı Bahadur bildirib ki, onu həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinə aparmayıblar, ümumiyyətlə onun işində həmin məhkəmə ilə əlaqədar heç bir proses yoxdur, o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onu heç kim cinayət məsuyyətindən azad etməyəcək və saxlanıldığı təcridxadan azadlığa buraxmayacaq. Susanna bir neçə dəfə bu bəhanələrlə ona səbirli olmasım demiş, bir müddət sonra isə ümumiyyətlə onlarla əlaqəni kəsmişdir. Sonradan eşidib ki, Susanna hansısa səbəbdən Rusiya Federasiya gedir. Tam olaraq əmin olub ki, Susanna və Türkan onu aldadaraq pullarını ələ keçirmişlər. Təxminən 2019-cu ilin fevral ayında Susanna ilə görüşdükdə Susanna səmimi olaraq etiraf edib ki, Türkanla birlikdə qabaqcadan əlbir olaraq onu aldatmaqla pulunu ələ keçirmişlər, həmin pulları heç bir müstəntiqə və prokurora verməmişlər, pulun 5.000 (beş min) manatı ondadır, 20.000 (iyirmi min) manatı isə həmin cinayətdə iştirakçılıq haqqı qismində Türkana vermişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün sərf etmişlər. Təxminən 2019-cu ilin aprel ayında dəqiq olaraq xatırlamadığı tarixdə Türkan tək onların yaşadığı evə gələrək Susannanın dediklərini tamlıqla təsdiq etmiş və ona 12.000 (on iki min) manat pulu qaytararaq üzr istəmiş, yalvararaq söz verib ki, bir müddət sonra Susanna tərəfindən ona verilmiş pulun digər hissəsi olan 8.000 (səkkiz min) manatı da ona qaytaracaq. Yazığı gəldiyi üçün Türkanla razılaşmışdır. Lakin Türkan sonradan həmin 8.000 (səkkiz min) manat, Susanna isə 5.000 (beş min manat) pulu ona qaytarmamışdır. Hal-hazırda Türkan və Susannanın ona ümumilikdə 13.000 (on üç min) manat ödəyəcəkləri pul qalmışdır. Susanna və Türkana ümumlikdə verdiyi 25.000 (iyirmi beş min) manat pul ona məxsusdur, cinayət nəticəsində ona 25.000 (iyirmi beş min) manat maddi ziyan dəymişdir. Buna görə də qızı Sevinclə birlikdə 08.02.2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Şikayətçi olaraq Türkanla Susannanın qabaqcadan əlbir olaraq onun pulunu ələ keçirərək dələduzluq etmələrinə görə onların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir və ona dəymiş maddi ziyanın qalan hissəsini ona qaytarmalarını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X16 əvəllər tanımamış, onlarla münasibət, qərəzçilik və ədavəti olmamışdır. “Mersedes E 220” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobillə fərdi qaydada taksi kimi fəaliyyət göstərərək dolanır. Bir neçə il olar ki, X16 tanımış, Türkan müştəri olarkən təsadüfən tanış olmuşlar, Türkan onun mobil nömrəsini götürərək demişdir ki, ona taksi lazım olduqda zəng edəcək və o Türkana taksi sürücüsü kimi xidmət edəcək. O, Türkanla razılaşmış və belə də olmuşdur. Dəfələrlə Türkan sifariş verərək Bakı şəhəri ərazisində müxtəlif ünvanlara onun avtomobilində müştəri qismində getmiş və onun pulunu vermişdir. Türkanı apardığı ünvanları tamlıqla dəqiq olaraq xatırlamır, həmin ünvanlardan bəzilərini xatırlayır. Türkanı çox zaman Bakı şəhəri, Səbail rayonu, İçərişəhər adlanan ərazidə yaşadığı ünvandan götürürmüş. Türkan hər dəfə 20 (iyirmi) və 30 (otuz) manat olmaqla sürücülük haqqı vermişdir. Təqsirləndirilən şəxs1 Türkanın vasitəsi ilə müştəri olaraq tanımışdır. Belə ki, Türkan və Susanna ona demişlər ki, rəfiqədirlər, hər ikisi nüfuzlu, hörməti olan, sözü keçən xanımlardır, müəyyən yüksək dairələr və vəzifəli şəxslərlə tanışlıq və əlaqələri var, bir çox problemləri həll edir, iş düzüb-qoşurlar. Türkan deyib ki, o fərdi qaydada fəaliyyət göstərən işgüzar, savadlı hüquqşünas-vəkildir. Lakin Türkan və Susanna dəqiq olaraq iş yerləri barədə ona heçnə deməmişlər. Susanna Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 49 ünvanında yerləşən “Green Plaza” biznes mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisi icarəyə götürmüş və o, bir neçə dəfə Türkanla Susannanı həmin ofisə aparmışdır. Lakin Susannanın həmin ofisi hansı məqsədlə icarəyə götürməsi, Susannanın Türkanla birlikdə orada hansı işləri görməsi və kimlərlə görüşməsindən məlumatsızdır. Təxminən 2018-ci ilin avqust ayının üçüncü on günlüyündə təxminən günorta saatlarında Türkan ona zəng edərək sifariş vermiş və o Türkanı yaşadığı ünvandan götürərək Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gətirmişdir. Türkan avtomobildən düşərək bir neçə metr kənarda xarici əlamətlər və nömrəsini xatırlamadığım “BMW” markalı avtomobillə gəlmiş, sonradan Zərərçəkmiş şəxs5 olmasını bildiyi tanışı ilə görüşərək söhbətləşmiş, Səxavət Türkana yüzlük əsginaslar halında xeyli sayda Azərbaycan manatını vermişdir. Türkan Səxavətlə sağollaşaraq yenidən onun avtomobilinə əyləşmiş və o, Türkanı yaşadığı ünvana gətirmişdir. Türkanı aparıb-gətirərkən avtomobildə ikisindən başqa heç kim olmamışdır. Türkan ona 20 (iyirmi) manat sürücülük haqqı vermişdir. Türkanla Səxavətin arasında hansı məzmunda söhbətin olmasını eşitməmiş və Səxavətin dəqiq olaraq Türkana hansı məbləğdə pul verməsini bilməmiş, sadəcə Səxavətin Türkana pul verməsini görmüşdür. Yolda isə Türkanla onun arasında bu barədə heç bir söhbət olmamış, Türkan Səxavətlə aralarında hansı danışıq, sövdələşməsinin olması, Səxavətdən hansı məqsədlə pul alması barədə ona heçnə deməmişdir. 10.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində Türkan istifadəsində olan mobil nömrədən onun mobil nömrəsinə zəng edərək xahiş edib ki, hal-hazırda şəhərdə məşğul olduğuna görə Arif adlı tanışı ilə görüşə bilmir, Arif ona 6.500 (altı min beş yüz) manat pul göndərəcək, ona görə də onun adından Ariflə zəngləşərək görüşüb Arifdən 6.500 (altı min beş yüz) manat pul alsın və həmin pulu gətirib ona versin, sürücülük haqqı olaraq ona 20 (iyirmi) manat pul verəcək. X76 nə kimi münasibətinin olması, aralarında hansı sövdələşmənin olması və Arifin ona nə məqsədlə həmin pulu göndərməsi barədə ona heçnə deməmişdir. Türkanın sifarişini qəbul etmiş və Türkan Arifin xatırlamadığı mobil nömrəsini ona diqtə etmişdir. O, Türkana bildirib ki, halhazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Səda” mərasim evində yas məclisindədir, həmin yas məclisindən çıxaraq Ariflə görüşəcək və Arifin verəcəyi pulları ona çatdıracaq. Təxminən bir neçə dəqiqədən sonra öz mobil nömrəsindən Arifin xatırlamadığı mobil nömrəsinə zəng edərək bildirib ki, mən, Türkanm göndərdiyi taksi sürücüsü Şahid6yam, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəyəm. Arif ona deyib ki, onunla Abşeron rayonu, Saray qəsəbəsində, Bakı - Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşə bilər. O, tək təxminən 20 dəqiqədən sonra həmin postun qarşısına gələrək Ariflə görüşmüş, Arif ona deyib ki, pul evdədir, gedək pulu sənə verim. Onlar hərə öz avtomobili ilə ard- ardınca olmaq şərti ilə Arifin yaşadığı ünvana, yəni ünvan 17ir neçə dəqiqə ərzində həmin evin qarşısında avtomobilində gözləmişdir. Arif həmin ünvana gedərək yenidən qayıtmış, təklikdə onun avtomobilinin qabaq sağ tərəfində əyləşərək ona bir qismi ABŞ dolları, bir qismi isə Azərbaycan manatı olmaqla ümumlikdə 6.500 (altı min beş yüz) manat pulu vermiş və xahiş etmişdir ki, həmin pulu Türkana çatdırsın. Arifdən pulları götürərək saymış və sağollaşaraq ayrılmışdır. Qısa müddət ərzində Türkanm yaşadığı ünvanın qarşısına həmin pulları Türkanm özünə çatdırmış, Türkan isə ona 20 (iyirmi) manat sürücülük haqqı verib. Arif həmin pulları ona verərkən Türkanla aralarında hansı məzmunda sövdələşmə olması və həmin pulları Türkana hansı məqsədlə verməsi barədə heçnə deməmişdir. Sonradan bilib ki, Arif pulları ona verərkən istifadəsində olan “İphone 4 S” modelli mobil telefonla onun hiss etmədiyi tərzdə qısa müddətli video çəkiliş aparmışdır. Avtomobildə o və Arifdən başqa heç kim olmamış, yalnız ikisi olmuşlar. 17.01.2019-cu il tarixdə təxminən axşam saatlarında Türkan ona zəng edərək sifariş vermiş, o, Susanna və Türkanı müştəri qismində öz avtomobili ilə Susannamn yaşadığı Bakı şəhəri, Zərgərpalan küçəsi, dalan 3, ev 4 ünvanından götürərək ünvan 18anı aparmış, Türkan və Susanna ona deyiblər ki, onları bir qədər gözləsin. Susanna və Türkan avtomobildən düşdükdən sonra onları təxminən 30 dəqiqə avtomobildə tək gözləmiş, Susanna və Türkan həmin ünvandan çıxdıqdan sonra onları Susannamn evinə gətirmiş və Türkan ona 30 (otuz) manat sürücülük haqqı vermişdir. 18.01.2019-cu il tarixdə təxminən saat 15 radələrində Türkan ona sifariş verərək bildirib ki, Susannanı onun yaşadığı ünvandan tək Maştağa qəsəbəsində yerləşən həmin ünvana aparsın. O, Susannanı yaşadığı ünvandan götürərək həmin qeyd olunan ünvana aparmış, Susanna avtomobildən düşərək həmin ünvana girmiş və bir neçə dəqiqədən sonra qayıtmışdır. Susanna həmin ünvana nə üçün, hansı məqsədlə getməsi barədə ona heçnə deməmiş, bu barədə ümumiyyətlə heçnə danışmamışlar. 19.01.2019-cu il tarixdə təxminən axşam saat 18 radələrində Türkan ona zəng edərək sifariş vermiş, o, öz avtomobili ilə Susanna və Türkanı müştəri qismində yaşadıqları ünvandan götürərək Maştağa qəsəbəsindəki həmin ünvana aparmış, orada tək onları bir qədər gözləmişdir. Türkan və Susanna bir neçə dəqiqədən sonra çıxaraq avtomobilə əyləşmişlər. Onları yaşadıqları ünvana gətirərkən Susanna yolda əlində saxladığı pul bağlamasını Türkana vermiş və Türkan həmin pulu saymadan əl çantasına qoymuşdur. Həmin an avtomobildə Susanna və Türkan heçnə danışmamış, həmin pulun nə olması, hansı məqsədlə, kimdən alınması və hansı məbləğdə olması barədə heçnə danışmadılar. Türkan ona 30 (otuz) manat sürücülük haqqı vermişdir. 20.01.2019- cu il tarixdə təxminən saat 17 radələrində Türkan ona zəng edərək sifariş vermiş, Susanna və Türkanı müştəri qismində öz avtomobili ilə onları yaşadıqları ünvandan götürərək Maştağa qəsəbəsindəki həmin ünvana aparmış, həmin ünvanda əvvəllər tanımadığı, sonradan Sevinc və Nuriyə olmasını bildiyi iki nəfər qadın çıxaraq onun avtomobilinə əyləşmiş və onları, yəni Türkan, Susanna, Nuriyə və Sevinci Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 7 ünvanında yerləşən “Mərkəzi Univermaq” ticarət mərkəzinin qarşısına gətirmişdir. Onlar avtomobildən düşdükdən Türkan ona deyib ki, burda gözlə gəlirəm. Onlar harasa getmişlər və bir neçə dəqiqədən sonra Türkan yaxınlaşaraq ona 40 (qırx) manat sürücülük haqqı verərək deyib ki, Susannanı evinə apar. Türkan, Sevinc və Nuriyə ayrı-ayrılıq xarici əlamətlərini xatırlamadığı taksi avtomobilinə əyləşərək oradan uzaqlaşmışlar. O isə Susannanı yaşadığı ünvana aparmışdır. Yolda Susanna ona qısa olaraq danışıb ki, Nuriyə onun mərhum əri Şahbalanın birinci həyat yoldaşı, Sevinc isə Nuriyənin qızıdır. Nuriyənin oğlu Bahaduru cinayət məsuliyyətinə cəlb etmişlər, o, Türkanla birlikdə Bahaduru cinayət məsuliyyətindən azad etmək istəyir, buna görə də Türkanla birlikdə bir neçə dəfə Nuriyənin yaşadığı Maştağa qəsəbəsindəki həmin ünvana gedərək Nuriyə ilə danışıqlar aparmışlar və Nuriyədən pul almışlar. Lakin Susanna bu barədə, yəni Nuriyə ilə aralarında hansı məzmunda danışıqların olması, Nuriyədən nə qədər və hansı məqsədlə pul almaları barədə ona ətraflı danışmamışdır. Sonradan bilib ki, Susanna və Türkan qabaqcadan əlbir olaraq özlərini yalandan işgüzar, iş həll edən şəxslər kimi kimi təqdim edib aldatmaqla bir neçə şəxsin, o cümlədən Səxavət, Arif və Nuriyənin pullarını ələ keçirmişlər. Lakin o, Susanna və Türkanm həmin şəxsləri necə, nə cür, hansı qaydada aldatmaları, onlardan dəqiq və konkret olaraq hansı məbləğdə pul almaları, digər şəxslərlə qabaqcadan əlbir olaraq həmin cinayətləri törədib-törətməmələri barədə məlumatsızdır. Həmin ərəfədə istifadəsində olan xatırlamadığı mobil nömrə ilə Türkan və Arifin xatırlamadığı mobil nömrələri ilə zəngləşərək əlaqə saxlamış, Türkan və Ariflə bir-birlərinə sms yazmamışlar və “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlamamışlar. Şahid6 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, istintaqa verdiyi əvvəlki izahatında və ifadəsində Ariflə Masazır və Xırdalan körpüsünün altında görüşməsini səhvən qeyd etmiş, əslində isə Ariflə Abşeron rayonu, Saray qəsəbəsində, Bakı-Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ifadəsinə eynilə ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə eynilə ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 oğlunun ifadəsinə eynilə ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs7 ifadəsinə eynilə ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş X42 Zərərçəkmiş şəxs7 ifadəsinə eynilə ifadə vermişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanması protokolu və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 X30 ilə qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs2, Səxavət Orucov, Elşən Mehtiyev və Zərərçəkmiş şəxs7 qarşı həmin cinayət epizodlarını törətməsini öz konkret hərəkətləri ilə göstərməklə bir daha səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs5 ilə X30 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, X57 İslamzadə ilə birlikdə qabaqcadan əlbir olaraq Səxavət və Elşənə qarşı dələduzluq etməsini səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Türkan Şəfıyeva ilə birlikdə qabaqcadan əlbir olaraq Səxavət qarşı dələduzluq etməsini səmimi olaraq etiraf etmişdir. X30 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar hər ikisi qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs2, Səxavət Orucov və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq etmələrini səmimi olaraq etiraf etmişlər. "xxxx" MMC-nin 20.04.20201-ci il tarixli 8100 nömrəli müşayət məktubu ilə istintaqa təqdim edilmiş bir ədəd CD diskin məzmununda olan telekommunikasiya məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki **********34 mobil nömrəsi Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Həmin mobil nömrənin 17.01.2019-cu il tarixdə saat 16:09:39-da, 18.01.2019-cu il tarixdə saat 14:48:12-də, 19.01.2019-cu il tarixdə saat 15:30:30, 17:02:20, 17:08:08, 18:14:27, 18:25:05-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anten əhatə dairəsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin mobil nömrə ona məxsusdur, həmin tarixlərdə qeyd olunan müddət aralığında sövdələşəmə və pul almaq prosesi ilə əlaqdər olaraq iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 19 ünvanın gedərkən həmin mobil nömrəni istifadə etdiyi mobil telefon üzərində olmuşdur. Buna görə də, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə məzmunda həmin telekommunikasiya məlumatlarının əks edildiyi bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli BKC/LGL- 7689/21 nömrəli müşayət məktubu ilə istintaqa təqdim edilmiş bir ədəd CD diskin məzmununda olan telekommunikasiya məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki ********* mobil nömrəsi Təqsirləndirilən şəxs1 adma rəsmiləşdirilmişdir. Həmin mobil nömrənin 03.05.2018-ci il tarixdə saat 11:58:41, 12:17:07-də Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində, 05.05.2018-ci il tarixdə saat 13:33:05, 13:34:39, 13:41:31, 13:49:09-da Bakı şəhəri, Sabunçu rayonu Maşatağa qəsəbəsində, 15.05.2018-ci il tarixdə saat 11:20:16, 12:17:00, 12:17:37, 12:18:47, 12:20:34- də Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində, 17.05.2018-ci il tarixdə saat 10:32:29, 17:03:32, 17:04:36, 17:08:49, 17:15:28, 17:35:30, 17:37:10-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində, 17.01.2019-cu il tarixdə saat 15:26:51, 15:45:37, 16:00:53, 15:51:22-də, 19.01.2019-cu il tarixdə saat 15:49:07, 15:59:47, 16:12:45, 16:25:12, 16:30:45 32, 17:13:08, 17:18:58, 17:29:32, 18:13:17-da və 20.01.2019-cu il tarixdə saat 17:55:13-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anten əhatə dairəsi müəyyən olunmuşdur. Buna görə də, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə məzmunda həmin telekommunikasiya məlumatlarının əks edildiyi bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Götürmə və baxış keçirilməsi haqqında qərar və protokoldan görünür ki, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs3 bir ədəd diski istintaqa təqdim etdiyindən götürülməklə ona baxış keçirilmişdir. Diskə baxış zamanı diskin daxilində olan 00:00:51 saniyədən ibarət birinci video görüntü faylını açarkən məlum olur ki, bir nəfər şəxs təxminən günorta saatlarında günəşli, ayın havada fərdi yaşayış evlərindən ibarət məhəllə ilə təxminən 20 metr yol gedərək metallik rəngli “Mersedes-Benz E-Class” modelə bənzər avtomobilin qabaq sağ qapısını yaxınlaşaraq qapını açmaqla qabaq sağ oturacaqda əyləşir, sükanın arxasında orta boylu, qara buğdayı, təxminən 40 yaşlarında olan tünd göy cins şalvar və tünd göy uzunqol sviter geymiş bir nəfər kişi cinsindən olan şəxs əyləşmişdir. Sürücü avtomobili işə salır. Əynində hərbi mundir geyərək qabaq sağ tərəfdə əyləşmiş şəxs “gələ istəyirsən say bunu, 600 (altı yüz) dollar şeydi” deyir, sürücü hər iki əli ilə ABŞ dolları əsginaslarından bir neçəsini sayaraq “600 (altı yüz) dollardı ” deyir, sürücünün sağ ayağının bud hissəsinin sağ tərəfində oturacaqda bükülü olaraq bir neçə ədəd yüzlük əsginas halında Azərbaycan Respublikasının manatı var. Video görüntü sona çatır. 00:00:23 saniyədən ibarət ikinci video görüntünü açarkən məlum olur ki. həmin avtomobilin salonunda sürücü hər iki ayağının bud hissəsinin üzərinə Azərbaycan Respublikası manatından ibarət pulları 10 (onluq) və digər əsginaslar halında qoymuş, hər iki əli isə digər əsginasları sayır. Həmin an qabaq sağ tərəfdə əyləşmiş digər şəxs deyir ki, “1.400 (min dörd yüz)-də manatdı”. Sürücü pulları sayıb bitirdikdən sonra qabaq sağ tərəfdə əyləşmiş şəxs soruşur: “düz oldu?” Sürücü cavab verir: “düz qardaş, düz”. Video görüntü sona çatır. Baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs3 bildirmişdir ki, video görüntülərdə avtomobilin sükan arxasında əyləşən şəxs Şahid6dur, avtomobilin qabaq sağ tərəfində əyləşmiş şəxs isə o özüdür. Təxminən 2018-ci ilin noyabr ayında X30 ona vəd vermişdir ki, 6.500 (altı mi beş yüz) manat pulun müqabilində əlillik dərəcəsi əsasında onu xidməti iş yerindən təqaüdə çıxaracaq. 10.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində Türkanla əlaqə saxladıqda Türkan bildirmişdir ki, şəxsi işləri ilə bağlı kənar yerdə olduğundan onunla görüşə bilmir, taksi sürücüsü Şahid6 onun adından gələrək görüşəcək və pulları ondan alaraq Türkanın özünə çatdıracaq. Təxminən bir neçə dəqiqədən sonra taksi sürücüsü Şahid6 onunla zəngləşərək Abşeron rayonu, Saray qəsəbəsində Bakı - Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşmüş, o, Nizami ilə yaşadığı ünvan olan ünvan 21ami evin qarşısında avtomobilində gözləmiş, o, isə evdən 6.500 (altı min beş yüz) manat pulu götürərək qayıtmış, Nizaminin avtomobilin qabaq sağ tərəfində əyləşərək həmin pulları Nizamiyə vermişdir. Pulları Nizamiyə verərkən istifadəsində olan “İphone 4 S” modelli mobil telefonu ilə pulların Nizamiyə verilmə anını iki ədəd qısa video görüntüyə çəkmişdir. Video görüntülərdə Nizamiyə 600 (altı yüz) ABŞ dolları və qalan hissəsi isə Azərbaycan Respublikası manatı olmaq şərti ilə ümumlikdə 6.500 (altı min beş yüz) manat pul vermişdir. Pulları Azərbaycan Respublikasının manatının 10-luq, 20-lik, 50-lik və 100-lük əsginası halında verdiyindən həmin əsginaslar halında olan pulları Nizami ayrı-ayrılıqda sayaraq cəm etmişdir. İkinci video görüntü də ‘T.400 (min dörd yüz) manat” dedikdə yüzlük əsginas halında olan Azərbaycan Respublikası manatının sayılaraq cəmləşdirilməsini nəzərdə tutmuşdur. Baxış zamanı Şahid6 bildirmişdir ki, video görüntüdəki metalik rəngli, “Mercedes- Benz” markalı **-HX-*** dövlət nömrə nişanlı avtomobi ona məxsusdur, həmin avtomobilin qabaq sol tərəfində-sükan arxasında əyləşəyən şəxs odur, qabaq sağ tərəfdə isə əyləşən şəxs Zərərçəkmiş şəxs3dur. O, Arifi əvvəllər tanımamış, Ariflə heç bir münasibəti, qərəzçiliyi və ədavəti yoxdur. X16 müştəri olaraq bir müddət olar ki, tanıyır. Türkan onunla bir neçə dəfə müştəri qismində Bakı şəhəri ərazisində müxtəlif ünvanlara getmişdir. 10.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Səda” mərasim evində yas mərasimində olarkən Türkan öz mobil nömrəsindən ona zəng edərək bildirmişdir ki, hal-hazırda Bakı şəhəri ərazisində məşğul olduğundan Abşeron rayonu, Saray qəsəbəsində Arif adlı bir nəfər tanışının ona göndərəcəyi 6.500 (altı min beş yüz) manat pulu ala bilmir, buna görə də əgər sifarişi yoxdursa Ariflə zəngləşərək görüşsün, Arifdən həmin pulları alıb gətirərək Bakı şəhəri ərazisində Türkana çatdırsın, sürücü qismində həmin pulu ona çatdırmağının müqabilində Türkan ona 20 (iyirmi) manat zəhmət haqqı verəcək. O, sifarişinin olmamasını bildirmiş, Türkan ona Arifin mobil nömrəsini vermiş və o, Ariflə zəngləşərək Abşeron rayonu, Saray qəsəbəsində Bakı - Quba yolunun 22,5-ci km-də yerləşən stasionar postun qarşısında görüşmüş və Ariflə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi ev 50nin qarşısına gəlmişdir. O, evin qarşısında avtomobilində gözləmiş, Arif isə evdən 6.500 (altı min beş yüz) manat pulu götürərək qayıtmış, onun avtomobilin qabaq sağ tərəfində əyləşərək həmin pulları ona vermişdir. Pulları ona verərkən Arifin mobil telefonla pulların verilmə anını video görüntüyə çəkməsindən məlumatsız olmuşdur. Arif ona 600 (altı yüz) ABŞ dolları və qalanı isə Azərbaycan Respublikası manatı olmaq şərti ilə ümumlikdə 6.500 (altı min beş yüz) manat pul vermişdir. Arif pulları Azərbaycan Respublikası manatının 10-luq, 20-lik, 50-lik və 100-lük əsginası halında verdiyindən həmin əskinazlar halında olan pulları o, ayrə-ayrılıqda sayaraq cəm etmişdir. İkinci video görüntüdə “1.400 (min dörd yüz) manat” dedikdə 100 (yüzlük) halında olan Azərbaycan Respublikası manatının sayılaraq cəmləşdirilməsini nəzərdə tutmuşdur. O, pulları gətirib Bakı şəhəri ərazisində Türkana vermiş, Türkan isə ona 20 (iyirmi) manat sürücülük haqqı vermişdir. O, Türkanın həmin pulları Arifdən nə niyətlə, hansı məqsədlə alması barədə məlumatsız olmuş, Türkan və Arif bu barədə ona heçnə deməmişlər və o da Türkan və Arifdən bu barədə heçnə soruşmamışdır. Odur ki, həmin video görüntülər bir ədəd diskdə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 22.02.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. 23.02.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, X3 şəhər Kəpəz rayon məhkəməsinin 02.11.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 22.06.2012-ci il tarixli 2303 nömrəli “Əfv” fərmanına əsasın cəzadan azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi isə 06.03.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci li tarixli l(006)-34/2020 nömrəli hökmündən görünür ki, X30 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 17.8.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31.05.2021-ci li tarixli 1(009)-10/2021 nömrəli hökmündən görünür ki, X30 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi X11 əməlində residiv müəyyən olunmur. Elektron Portal çıxarışından görünür ki, X11 himayəsində 28.08.2009-cu il təvəllüdlü X33 və 30.07.2012-ci il təvəllüdlü X34 adlı azyaşlı uşaqları var. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X11 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 Fərəməz qızının, Zərərçəkmiş şəxs6 şikayətçi olmalarını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladlarının olmasının, qismən ziyanın ödənilməsinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş cəzanın əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)- 34/2020 saylı hökmünə əsasən 02 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində“həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, yaşlı olmasını, ziyanın qismən ödənilməsinin, səhhətində problemlərin olmasının nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu və 346.1.21-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan özündə video görüntüləri əks etdirən bir ədəd, Azercell Telekom və Bakccel MMC-yə məxsus telekommuikasiya məlumatlarını əks etdirən iki ədəd, ümumilikdə isə üç ədəd disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X21 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzacəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmünə əsasən 02 avqust 2019-cu il tarixdən hesablansın X30 barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və ünvan 23 ünvanında yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan özündə video görüntüləri əks etdirən bir ədəd, Azercell Telekom və Bakccel MMC-yə məxsus telekommuikasiya məlumatlarını əks etdirən iki ədəd, ümumilikdə isə üç ədəd disk iş materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar