Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-182/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2 Ağa-Zəki qızının, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Muğanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 12 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1995-ci ildə Rusiya Federasiyasının Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Şükürbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 13 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1997-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 13 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi döngə 12 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli talamağa, yəni oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə əlbir olub ünvan 5 ünvanında yerləşən iki ədəd ödəmə terminallarının daxilində olan nağd pulları talamaq barədə sövdələşərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda yerləşən «X12» mağazasının qarşısında quraşdırılmış "xxxx" MMC-yə məxsus, saxlanc yeri hesab olunan 18016 və 18057 saylı ödəmə aparatlarının yanına gəlib, əvvəlcə Təqsirləndirilən şəxs4 18057 saylı ödəmə aparatının daxilində olan 14186 (on dörd min bir yüz səksən altı) manat nağd pulu talamaq məqsədi ilə cinayətin aləti kimi özləri ilə gətirdikləri dəmir alətlə həmin aparatın tamlığını pozmağa çalışmış, buna nail ola bilmədikdə Təqsirləndirilən şəxs3 həmin aləti Təqsirləndirilən şəxs4 əlindən alıb aparatın tamlığını pozmağa cəhd etsə də, sonuncu da istəklərinə nail ola bilmədikdə, hərəkətlərini davam etdirərək həmin aparatın yanındakı 18016 saylı ödəmə aparatının daxilində olan 17891 (on yeddi min səkkiz yüz doxsan bir) manat nağd pulu talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 əlindəki alətlə həmin aparatın tamlığını pozmağa cəhd etsə də, bu dəfə də istəklərinə nail ola bilmədikdə, o, sonuncudan həmin aləti alıb aparatın üzlüyünə müdaxilə etsə də, o da istəyinə çatmadıqda, Təqsirləndirilən şəxs3 yenidən həmin alətlə ödəmə aparatının üzərində quraşdırılmış əskinaz qəbul edicinin üstünü örtən qapağı qopartmaqla sındırmış, bundan sonra Təqsirləndirilən şəxs4 pul kasetin üzərində quraşdırılmış 930 manat dəyərində əskinaz qəbul edicini götürərək, yanlarında olmaqla ətrafı müşahidə edən Təqsirləndirilən şəxs2la birlikdə gizli yolla talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurladıqdan sonra, ətrafda yerləşən iaşə obyektlərindən birinin səs sirenasının çalması nəticəsində öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini, yəni 18016 və 18057 saylı ödəmə aparatlarının daxilində olan ümumilikdə xeyli miqdarda - 32077 manat nağd pulu qabaqcadan əlbir olmuş bir qrup şəxs halında gizli talamasını başa çatdıra bilmədən oğurluq etməyə cəhd elmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29. 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli talamağa, yəni oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə əlbir olub ünvan 5 ünvanında yerləşən iki ədəd ödəmə terminallarının daxilində olan nağd pulları talamaq barədə sövdələşərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda yerləşən «X12» mağazasının qarşısında quraşdırılmış "xxxx" MMC-yə məxsus, saxlanc yeri hesab olunan 18016 və 18057 saylı ödəmə aparatlarının yanına gələrək ətrafı müşahidə etməklə cinayətkar qrupun üzvlərini sığortalamış, əvvəlcə Təqsirləndirilən şəxs4 18057 saylı ödəmə aparatının daxilində olan 14186 (on dörd min bir yüz səksən altı) manat nağd pulu talamaq məqsədi ilə cinayətin aləti kimi özləri ilə gətirdikləri dəmir alətlə həmin aparatın tamlığını pozmağa çalışmış, buna nail ola bilmədikdə Təqsirləndirilən şəxs3 həmin aləti Təqsirləndirilən şəxs4 əlindən alıb aparatın tamlığını pozmağa cəhd elsə də, sonuncu da istəklərinə nail ola bilmədikdə, hərəkətlərini davam etdirərək həmin aparatın yanındakı 18016 saylı ödəmə aparatının daxilində olan 17891 (on yeddi min səkkiz yüz doxsan bir) manat nağd pulu talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 əlindəki alətlə həmin aparatın tamlığını pozmağa cəhd etsə də, bu dəfə də istəklərinə nail ola bilmədikdə, Təqsirləndirilən şəxs1, sonuncudan həmin aləti alıb aparatın üzlüyünə müdaxilə etsə də, istəyinə çatmadıqda, Təqsirləndirilən şəxs3 yenidən həmin alətlə ödəmə aparatının üzərində quraşdırılmış əskinaz qəbul edicinin üstünü örtən qapağı qopartmaqla sındırmış, bundan sonra Təqsirləndirilən şəxs4 pul kasetin üzərində quraşdırılmış 930 manat dəyərində əskinaz qəbul edicini götürərək onunla birlikdə gizli yolla talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurladıqdan sonra, ətrafda yerləşən iaşə obyektlərindən birinin səs sirenasının çalması nəticəsində öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini, yəni 18016 və 18057 saylı ödəmə aparatlarının daxilində olan ümumilikdə xeyli miqdarda - 32077 manat nağd pulu qabaqcadan əlbir olmuş bir qrup şəxs halında gizli talamasını başa çatdıra bilmədən oğurluq etməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli talamağa, yəni oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə əlbir olub ünvan 5 ünvanında yerləşən iki ədəd ödəmə terminallarının daxilində olan nağd pulları talamaq barədə sövdələşərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda yerləşən «X12» mağazasının qarşısında quraşdırılmış "xxxx" MMC-yə məxsus, saxlanc yeri hesab olunan 18016 və 18057 saylı ödəmə aparatlarının yanına gəlib, əvvəlcə Turab Müseyibov 18057 saylı ödəmə aparatının daxilində olan 14186 (on dörd min bir yüz səksən altı) manat nağd pulu talamaq məqsədi ilə cinayətin aləti kimi özləri ilə gətirdikləri dəmir alətlə həmin aparatın tamlığını pozmağa çalışmış, buna nail ola bilmədikdə, o həmin aləti Təqsirləndirilən şəxs4 əlindən alıb aparatın tamlığını pozmağa cəhd elsə də, istəklərinə nail ola bilmədikdə, hərəkətlərini davam etdirərək həmin aparatın yanındakı 18016 saylı ödəmə aparatının daxilində olan 17891 (on yeddi min səkkiz yüz doxsan bir) manat nağd pulu talamaq məqsədi ilə o əlindəki alətlə həmin aparatın tamlığını pozmağa cəhd etsə də, bu dəfə də istəklərinə nail ola bilmədikdə, Təqsirləndirilən şəxs1 sonuncudan həmin aləti alıb aparatın üzlüyünə müdaxilə etsə də, istəyinə çatmadıqda, o yenidən həmin alətlə ödəmə aparatının üzərində quraşdırılmış əskinaz qəbul edicinin üstünü örtən qapağı qopartmaqla sındırmış, bundan sonra Təqsirləndirilən şəxs4 pul kasetinin üzərində quraşdırılmış 930 manat dəyərində əskinaz qəbul edicini götürərək, yanlarında olmaqla ətrafı müşahidə edən Təqsirləndirilən şəxs2la birlikdə gizli yolla talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurladıqdan sonra ətrafda yerləşən iaşə obyektlərindən birinin səs sirenasının çalması nəticəsində öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini, yəni 18016 və 18057 saylı ödəmə aparatlarının daxilində olan ümumilikdə xeyli miqdarda - 32077 manat nağd pulu qabaqcadan əlbir olmuş bir qrup şəxs halında gizli talamasını başa çatdıra bilmədən oğurluq etməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli talamağa, yəni oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əlbir olub ünvan 5 ünvanında yerləşən iki ədəd ödəmə terminallarının daxilində olan nağd pullar talamaq barədə sövdələşərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda yerləşən «X12» mağazasının qarşısında quraşdırılmış "xxxx" MMC-yə məxsus, saxlanc yeri hesab olunan 18016 və 18057 saylı ödəmə aparatlarının yanına gəlib, əvvəlcə o, 18057 saylı ödəmə aparatının daxilində olan 14186 (on dörd min bir yüz səksən altı) manat nağd pulu talamaq məqsədi ilə cinayətin aləti kimi özləri ilə gətirdikləri dəmir alətlə həmin aparatın tamlığını pozmağa çalışmış, bunu nail ola bilmədikdə Təqsirləndirilən şəxs3 həmin aləti onun əlindən alıb aparatın tamlığını pozmağa cəhd etsə də, sonuncu da istəklərinə nail ola bilmədikdə , hərəkətlərini davam etdirərək həmin aparatın yanındakı 18016 saylı ödəmə aparatının daxilində olan 17891 (on yeddi min səkkiz yüz doğsan bir) manat nağd pulu talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 əlindəki alətlə həmin aparatın tamlığını pozmağa cəhd etsə də, bu dəfə də istəklərinə nail ola bilmədikdə, Təqsirləndirilən şəxs1 sonuncudan həmin aləti alıb aparatın üzlüyünə müdaxilə etsə də, istəyinə çatmadıqda, Təqsirləndirilən şəxs3 yenidən həmin alətlə ödəmə aparatının üzərində quraşdırılmış əskinaz qəbul edicinin üstünü örtən qapağı qopartmaqla sındırmış, bundan sonra o pul kasetin üzərində quraşdırılmış 930 manat dəyərində əskinaz qəbul edicini götürərək, yanlarında olmaqla ətrafı müşahidə edən Təqsirləndirilən şəxs2la birlikdə gizli yolla talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurladıqdan sonra ətrafda yerləşən iaşə obyektlərindən birinin səs sirenasının çalması nəticəsində öz iradələrindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini, yəni 18016 və 18057 saylı ödəmə aparatlarının daxilində olan ümumilikdə xeyli miqdarda - 32077 manat nağd pulu qabaqcadan əlbir olmuş bir qrup şəxs halında gizli talamasını başa çatdıra bilmədən oğurluq etməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən, oğurluğa cəhddə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə axşam saat 23 radələrində onunla bir məhəllədə yaşayanlar, anasının dayısı oğlu Təqsirləndirilən şəxs2, tanışları Səid və Turanla məhəllədə görüşmüşlər. Sonra dördü də məhəllədə yerləşən adsız kafeyə gedib orada araq və pivə içdikdən sonra şəhərin mərkəzinə “torqovı" adlanan yerə gedib gəzmək qərarına gəlmişlər. Bu məqsədlə 28 mart 2022-ci il tarixə keçən gecə İbrahim çox sərxoş olduğundan sonuncunun atasına məxsus «Chevrolet Cruze» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə edərək təxminən saat 02 radələrində “Qış рагkı”nın yaxınlığına gəlmişlər və yolda içmək üçün özləri ilə 1 şüşə araq da götürmüşlər. Maşını Qış parkının yanında küçədə saxlayıb, piyada “Malakan" bağına gəlmişlər. Malakan bağına çatanadək onların hamısı həmin butulkadan araq içmiş və daha da sərxoş olmuşlar. “Malakan bağı" və “Torqovı" adlanan ərazidə gəzəndən sonra mərkəzdə olan küçələrin birində yerləşən “Araz" marketin yanında yan-yana 2 ədəd qırmızı “Million” ödəmə aparatını görüb onları qırıb oradan pul götürmək qərarına gəlmişlər. Aparatların içində nə qədər pul olmasını, eləcə də niyə görə bu qərara gəldiklərini heç özləri də bilməmişlər. Alkoqolun təsiri altında bu qənaətə gəlmişlər. Sonra onlar maşın saxladıqları yerə gələrək maşına oturub Biləcəri qəsəbəsinə gəlmişlər. Maşını yenə İbrahim sürmüşdür. Biləcəri qəsəbəsində yaşayış massivində ara məhəllələrdə maşını qoyub orada yolla keçən taksi maşını saxlatdırmışlar və o, İbrahimin maşınında saxladığı özünə məxsus hərbi geyim formasının naxışları ilə olan bel çantasını götürmüşdür. Həmin çantanın içində mismar çıxaran dəmir alət və gödəkçəsi olmuşdur. Taksi maşını ilə onlar yenidən “Malakan” bağının yaxınlığına gəlmiş və taksi sürücüsünə pul verib buraxaraq oradan gəzə-gəzə oğurluq etmək istədikləri aparatların yanına gəlmişlər. Aparatların yanına çatandan sonra İbrahim onları sığortalamaq üçün kənarda pusquda durmuş və o, çantadan dəmir aləti çıxartmışdır. Turan dəmir aləti əlindən alıb sağ tərəfdə dayanan ödəmə aparatının pul salınan yerində olan dəmir korpusunun detalların birləşmə yerinə salıb onları aralamış və qoruyucu qapaq açılandan sonra Turan qapağın arxasında olan pul saxlanılan qutunu çıxırmağa cəhd göstərsə də, bunu edə bilməmişdir. X11 dəmir aləti alıb həmin qutunu içəridən açmağa cəhd etmiş, lakin bunu edə bilməmişdir. Sonra o, Səiddən dəmir aləti almış və həmin yerə dəmir aləti salaraq pul saxlanılan qara qutunu çıxarmağa çalışmış, lakin çıxara bilməmişdir. Eyni üsulla digər ödəmə aparatını da dəmir alət ilə sındırıb aşmaq istəsələrdə buna nail ola bilməmişlər. Sonra səs siqnalı gəldiyindən onlar siqnalizasiyanın işə salınmasını düşünmüş, ona görə də onlar aparatın birindən sındıraraq çıxardıqları pul qəbul edən cihazı götürüb belindəki çantaya qoymuş və oradan uzaqlaşmışlar. Oradan onlar piyada “Qış park”ının yanına gələrkən yolda ağ rəngli “Azsamand” markalı taksi maşınını saxlatdıraraq minib Biləcəri qəsəbəsinə İbrahimin maşınının yanına gəlmişlər. Taksi sürücüsünü yola salandan sonra İbrahimin maşınına minib yaşadıqları məhəlləyə gəlmişlər. Elə oradan da hərə öz evinə getmişdir. Yolda gedərkən o, taladıqları pul qəbul edicisini çantadan çıxarıb yoxlamış və pul olmadığını görüb yaşadığı məhəllənin yaxınlığında dəqiq xatırlamadığı yerdə maşından bayıra atmışdır. Səhərsi gün o, saat 13 radələrində oyanmış və sərxoşluq vəziyyətindən çıxandan sonra məhəllədə Səid, İbrahim və Turanla görüşmüş və birbirlərinə axşam etdikləri əməldən peşiman olduqlarını demişlər. 29 mart 2022-ci tarixdə isə evə gələndən sonra onların ifşa olunduğunu və onu polis axtardığını bilmişdir. Bu səbəbdən də o, gizlənməyinin mənasız olduğunu düşünərək əlaqə nömrəsini evlərinə qoymuş polis işçisinə zəng edərək 9-cu polis bölməsinə gəlmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən, oğurluğa cəhddə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə axşam saatlarında qohumu Ələsgər, məhəllə uşaqları Səid və Turanla yaşadıqları küçədə görüşmüş və məhəllədə yerləşən kafeyə gedib orada araq və pivə içmişlər. Artıq gecə saatlarında şəhərin mərkəzinə gedib maşınla mərkəzi küçələrdə fırlanmaq barədə qərara gəlmişlər. O, çox içdiyindən maşın sürə bilməmiş, maşınını Ələsgər sürmüşdür. Onlar özləri ilə də bir butulka araq götürmüşdülər ki, yolda içsinlər. 28 mart 2022-ci il tasrixə keçən gecə saat 02 radələrində onlar “Qış раrkının yaxınlığında maşınla fırlanmış və küçələrin birindən keçən zaman bir yerdə iki ədəd qırmızı “Million” aparatı görmüşlər. Sərxoş olduqlarından aparatları sındırıb pul götürmək qərarına gəlmişlər. Aparatların içində nə qədər pul olmasını bilməmişlər. Sonra onlar Biləcəri qəsəbəsinə gəlmiş və maşını orada küçələrin birində evlərin arasında saxlamışlar. Bu zaman Ələsgər maşının baqaj hissəsinin qapığını açıb oradan hərbi çantalarına oxşar bel çantasını götürmüşdür. Onlar maşını saxladıqdan sonra yolda taksi maşını tutub yenidən şəhərin mərkəzinə gəlmişlər. Taksidə gedərkən Ələsgərin bel çantasından dəmir aləti çıxartdığını görmüşdür. Həmin dəmir alət ilə onlar aparatları söküb içindən pul götürəcəymişlər. Taksi maşınını aparatların olduğu yerdən təxminən 3- 5 dəqiqəlik piyada yolu qədər aralı məsafədə saxlatdırıb maşından düşərək oğurluq etmək istədikləri aparatların yanına gəlmişlər. Aparatların yanına çatandan sonra o, ətrafı izləyib nəzarətdə saxlamaq üçün kənarda dayanmışdır. Ələsgər çantasından çıxartdığı dəmir aləti Turana vermiş, özü isə onun kimi kənara duraraq ətrafa nəzər salmağa başlamışdır ki, gələn olsa xəbər etsin. Əvvəl Turan, sonra isə Səid təxminən 30 dəqiqə ərzində qırmızı aparatları sökməyə çalışmışlar, lakin bir aparatın pul qəbuledicisini söksələr də pul olan qutunu aparatların içindən çıxarda bilməmişlər. Sonra onlar siqnalizasiya səsini eşidib qorxaraq tez oradan uzaqlaşmağa başlamışlar. Bu zaman Ələsgər sındırdıqları pul qəbuledicini götürüb çantasına qoymuşdur. Onlar piyada “Qış park”ının yanına gələrkən yolda taksi saxlatdırıb Biləcəri qəsəbəsinə maşını qoyduqları yerə gəlmiş və oradan evlərinə getmişlər. Səhəri gün günorta saatlarında yenidən məhəllədə görüşərkən etdikləri əməllərindən peşmançılıq çəkdiklərini bildirmişlər. 29 mart 2022-ci il tarixdə isə işdə olan zaman 9-cu polis bölməsindən zəng vuraraq polis bölməsinə dəvət etdikdə niyə görə çağırıldığını başa düşmüş və polis bölməsinə getmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən, oğurluğa cəhddə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə axşam saat 23 radələrində onunla bir məhəllədə yaşayanlar Təqsirləndirilən şəxs2, sonuncunun qohumu Ələsgər və Turanla görüşmüşlər və məhəllədə yerləşən kafeyə gedib orada araq və pivə içmişlər. Bundan sonra sərxoş olaraq şəhərin mərkəzinə gedib gəzişmək qərarına gəlmişlər və İbrahimin idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobil ilə yaşadıqları məhəllədən şəhərin mərkəzinə gəlmişlər. Maşını Ələsgər sürmüşdür. Onların hamısı sərxoş halda şəhərin mərkəzinə gəlmiş və mərkəzi küçələrdə avtomobil ilə hərəkət etmişlər. 28 mart 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində “Mərkəzi Univermağ”ın arxasında yerləşən küçələrdən biri ilə hərəkət edən zaman “Araz” marketin yanında küçədə 2 ədəd qırmızı rəngli ödəmə aparatının olduğunu, həmin aparatların ətrafında heç kəsin olmadığını və yaxınlıqdakı obyektlərin də bağlı olduğunu görüb, maşını gizlədərək həmin yerə qayıdıb aparatlarda olan pulları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə Ələsgər maşını Biləcəri qəsəbəsinə sürmüş və orada ara küçələrdə saxlamış və İbrahimin maşınının arxadakı yük hissəsindən hərbi forma rəngində olan bel çantasını çıxardıb içində dəmir alətin olduğunu demişdir. Bundan sonra onlar Biləcəri qəsəbəsində taksi maşını saxlatdırıb yenidən Mərkəzi Univermağın arxasında gördükləri ödəmə aparatlarının yanına gəlmişlər. Aparatların yanına çatandan sonra İbrahim ətrafa nəzarət etmək və gələn olsa onlara məlumat vermək üçün kənarda durmuş, Ələsgər çantadan dəmir aləti çıxartmış və bir qədər qabağa keçmişdir ki, oranı da nəzarətdə saxlaya bilsin. Turan Ələsgərdən dəmir aləti götürüb qırmızı aparatlardan birinə yaxınlaşaraq pul əskinazların qəbul olunan yerin üstündəki qapağı dəmir alət ilə qopartmışdır. Sonra dəmir alət Turanın əlindən düşdüyü üçün o, dəmir aləti yerdən götürüb sökülmüş qapağın arxasında olan pul qutusunu içəridən çıxartmağa cəhd etmiş, lakin çıxarda bilməmişdir. Sonra Ələsgər özü dəmir aləti ondan alıb pul qutusunu çıxarmağa çalışmış, lakin çıxarda bilməmişdir. Onlar təxminən yarım saat ərzində hər iki aparatdakı pul qutusunu çıxartmağa cəhd etmələrinə baxmayaraq məqsədlərinə nail ola bilməmişlər. Onlar bir anlıq səs sirenası eşitdikdə Ələsgər sındıırılaraq yerə düşmüş pul qəbuledicini götürüb çantasına qoymuş və qorxub oradan piyada “Qış parkına tərəf gedərkən yolda ağ rəngli taksi maşını saxlatdırıb Biləcəri qəsəbəsinə İbrahimin maşınının yanına gəlmişlər. Sonra İbrahimin maşınına minib yaşadıqları məhəlləyə gəlmişlər. Məhəlləyə çatan kimi o evə getmişdir. Səhəri gün isə onlar həmin tərkibdə məhəllədə görüşmüşlər. 29 mart 2022-ci il tarixdə o, məhəllədə olarkən 9-cu polis bölməsinin əməkdaşları gəlib onu aparmışlar. Bölmədə Turanı da görmüşdür. Onlardan sonra bölməyə İbrahimlə Ələsgər də gəlmişlər. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü qismən, oğurluğa cəhddə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə axşam saat 23 radələrində onunla bir məhəllədə yaşayanlar Təqsirləndirilən şəxs2, sonuncunun qohumu Ələsgər və Səidlə məhəllədə görüşmüşlər və məhəllədə yerləşən kafeyə gedib orada araq və pivə içdikdən sonra şəhərin mərkəzinə “torqovı” adlanan yerə gedib gəzmək qərarına gəlmişlər. Bu məqsədlə İbrahimin idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobil ilə yaşadıqları məhəllədən şəhərin mərkəzinə gəlmişlər. Maşını Ələsgər sürmüşdür. Onların hamısı sərxoş halda olmuş və şəhərə gələndə maşınla şəhərin mərkəzi küçələrində hərəkət edən zaman “Mərkəzi Univermağ”ın arxasında yerləşən küçələrdən birində, “Araz” marketin yanında küçədə, bir qədər tinlik yerdə 2 ədəd qırmızı rəngli ödəmə apparatının olduğunu və həmin aparatların ətrafında yerləşən dükanların isə bağlı olduğunu müşahidə edib oradan pul oğurlamaq qərarına gəlmişlər. İbrahimin maşınının nəzarət kameralarına düşməməsi üçün, maşını Biləcəri qəsəbəsinə sürüb ara küçələrində qoyandan sonra Ələsgər İbrahimin maşınının baqajından hərbi forma rəngində olan bel çantasını çıxartmış, çantada nə olduğunu soruşduqda Ələsgər içində dəmir alətin olduğunu bildirmişdir. Biləcəri qəsəbəsində onlar taksi saxlatdırıb yenidən Mərkəzi Univermağın arxasında gördükləri ödəmə aparatların yanına gəlmişlər. Aparatların yanma çatandan sonra əvvəl İbrahim kənarda durmuşdur ki, ətrafa nəzarət etsin və gələn olsa onlara məlumat versin. Ələsgər çantadan dəmir aləti çıxartmış və o da kənara duraraq nəzarət etməyə başlamışdır. O, Ələsgərdən dəmir aləti götürüb qırmızı aparatlardan birinə yaxınlaşaraq pul qəbul olunan yerin üstündəki dəmirin arasına salmış və güc tətbiq edib üst qapağını açmışdır. Sonra dəmir alət əlindən düşmüş və Səid dəmir aləti yerdən götürüb pul qutusunu içəridən çıxartmağa cəhd etmiş, lakin çıxarda bilməmişdir. Sonra Ələsgər özü dəmir aləti Səiddən alıb pul qutusunu çıxarmağa çalışmış, heç nə edə bilməmişdir. Həmçinin digər aparatını açmağa cəhd etsələrdə aça bilməmişlər. Həmin vaxt aparatdan sökdükləri hissələr yerə tökülmüş və onlar haradansa səs sirenasını eşidib yerə tökülən hissələri götürərək oradan piyada “Qış parkı”na tərəf gedərkən yolda ağ rəngli “Azsamand” markalı taksi saxlatdırıb Biləcəri qəsəbəsinə İbrahimin maşınının yanına getmişlər. Oradan İbrahimin maşınına minib evlərinə getmişdir. Səhəri gün məhəllədə Səid, İbrahim və Ələsgərlə görüşüb dünənki məsələni xatırladıb peşimançılıq çəkmişlər. Lakin, pul götürmədiklərinə görə bu işin ciddi olmadığını düşünmüşlər. Səhəri gün də o, məhəllədə olarkən 9-cu polis bölməsinin əməkdaşları gəlib onu aparmışdılar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif hüquqi və fiziki şəxslərlə bağlanmış çoxsaylı müqavilələr əsasında iaşə və sair ictimai obyektlərdə ödəniş terminalları quraşdırmaqla əhaliyə elektron ödəmələr sahəsində geniş xidmət spektoru göstərir. 28 mart 2022-ci il tarixdə səhər saatlarında şirkətin texniki xidmət sahəsində çalışan əməkdaşların birinə Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən «Araz» marketin müdiri zəng vuraraq gecə saatlarında bir qrup naməlum şəxslər tərəfindən marketin yanında quraşdırılmış iki ədəd “Million" ödəmə terminalına müdaxilə edilərək oradan pul oğurlandığını bildirmişdir. Bu məlumatı yoxlamaq üçün şirkətin əməkdaşı qeyd olunan ünvana göndərilmiş və orada müvafiq yoxlamalar keçiriləndən sonra məlum olmuşdur ki, naməlum şəxslər 18057 və 18016 saylı ödəmə aparatlarının daxilində olan nəğd pulu oğurlamaq üçün aparatların üzərində quraşdırılmış hissələrinə möhkəm alətlə təsir edərək qapılarını açmağa cəhd edərək aparatları zədələmişlər. Həmin şəxslər 18057 saylı ödəmə aparatının üzərində quraşdırılmış dəmir örtüyü sındıraraq 50 manat məbləğində maddi ziyan vurmuşlar. Sonra həmin şəxslər öz əməllərini davam etdirərək 18016 saylı ödəmə aparatının üzərində quraşdırılmış əskinaz qəbul edicinin üstünü örtən qapağı sındıraraq 50 manat məbləğində maddi ziyan vurmuşlar və bundan sonra pul kasetin üzərində quraşdırılmış 930 manat dəyərində əskinaz qəbul edicini oğurlamışlar. Ödəmə aparatlarının zədələnməsi nəticəsində şirkətə 100 manat və əskinaz qəbul edicisinin oğurlanması nəticəsində 930 manat məbləğində maddi ziyan vurulmuşdur. Nəticədə "xxxx" MMC-yə 1030 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda məlum olmuşdur ki, hadisə baş verən zaman 18057 saylı ödəmə aparatının daxilində 14186 manat və 18016 saylı aparatın daxilində 17891 manat nəğd pul olmuşdur. Lakin oğurluğa cəhd edən şəxslər pulu ələ keçirə bilməmişlər. Bununla bağlı şirkətin təhlükəsizlik departamentinin direktoru Səbail rayon polis idarəsinə müraciət məktubu ünvanlamışdır. Hazırda şirkətə dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 7 ünvanında yerləşən «X12» mağazasının ön divarına bitişik quraşdırılmış “Milliön” ödəniş sisteminə məxsus qırmızı rəngli terminallarına baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, «X12» » mağazasının giriş qapısının üst sağ tərəfində müşahidə kamerası vardır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən oğurluq cinayəti törətmiş şəxsləri müəyyən etmək üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2022-ci il tarixdə cinayət hadisəsini törətməsində şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilmiş şəxslərdən biri Təqsirləndirilən şəxs1 bir ədəd dəmir aləti təqdim edərək bildirmişdir ki, həmin alətlə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə bir gün əvvəl Bakı şəhərinin mərkəzi küçələrindən birində yerləşən ödəmə aparatını sındırıb içindən pul talamağa cəhd etmişdilər. Həmin dəmir alət əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 29 mart 2022-ci il tarixdə, saat 18:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2022-ci il tarixdə, saat 19:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 mart 2022-ci il tarixdə, saat 21:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 29 mart 2022-ci il tarixdə, saat 22:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 mart 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 31 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 31 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 31 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 31 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 31 mart 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal həbsdən azad edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 31 mart 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal həbsdən azad edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 31 mart 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal həbsdən azad edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 31 mart 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal həbsdən azad edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 31 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 mart 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən «X12» adlı ticarət obyektində quraşdırılmış videonəzarət sisteminin elektron yaddaş qurğusunda olan görüntülər elektron məlumat daşıyıcısına köçürülərək götürülmüşdür. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli “elektorn məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, «X13» mağazasından götürülərək cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirilərkən diskdə 4 ədəd Ch15_**********0000, Ch15_**********5054, Ch15_**********2035 və Ch15_**********5017 adlı MP4 tipli Video faylların mövcudluğu aşkar edilmişdir. Ch15_**********0000 adlı fayl açıldıqda görünür ki, çəkilişlər 50 dəqiqə 54 saniyə davam edir. Çəkilişlər statik vəziyyətdə olan binanın fasadında quraşdırılmış müşahidə kamerasından aparılır və sutkanın qaranlıq vaxtı ərzindədir. Müşahidə kameradakı tarix və saat ekranın sol yuxarı küncündə qeyd olunub. Çəkilişlər xx.xx.2022-ci il tarix saat 01:00:00-dan 01:50:54-dək davam edir. Müşahidə kamerası iaşə obyektin qarşısındakı küçə işıqları ilə işıqlandırılmış küçənin bir hissəsini əhatə edir. Cinayətin obyekti olan ödəniş terminalları kameranın əhatə etdiyi ərazinin sağ tərəfində əksini tapır. Saat 01:45-də ağ rəngli minik avtomobilinin gəlib dükanın qarşısında dayandığı, sürücünün avtomobildən çıxıb getdiyi, saat 01:24-də bir nəfər kişi cinsli şəxsin mağazadan çıxaraq giriş qapısını qoruyan dəmir jalüzləri aşağı endirib kilidləyərək dükanı bağlayıb çıxıb getdiyi, eləcə də bir çox təsədüfi şəxslərin həmin küçə ilə hərəkət etmələri, bəzilərinin ödəmə terminallarından istifadə etdikləri müşahidə edilir. Ch15_**********5054 adlı fayl açıldıqda görünür ki, çəkilişlər 01 saat 29 dəqiqə 40 saniyə davam edir. Çəkilişlər birinci abzasda qeyd olunan müşahidə kamerasından aparılır və sutkanın qaranlıq vaxtı ərzindədir. Çəkilişlər xx.xx.2022-ci il tarix saat 01:50-dən 03:20-dək davam edir. Saat 02:36-da iki nəfər kişi cinsli şəxsin soldan birinci ödəmə terminalına yaxınlaşması müşahidə edilir. Həmin şəxslərdən birinin əynində qara rəngli qısaqol gödəkçə, açıq rəngli cins şalvar başında çətirli papaq, belində isə idman çantası vardır. İkincisinin əynində qısa tünd rəngli gödəkçə, tünd rəngli şalvar və başında açıq rəngli idman papağı vardır. Həmin vaxtı əlamətləri qeyd olunan şəxslərə bir nəfər başında çətirli papaq, açıq rəngli kapüşonlu gödəkçə və açıq rəngli şalvar olan kişi cinsli şəxsin yaxınlaşması, əlamətləri qeyd olunmuş həmin 3 şəxsin soldan birinci olan terminal aparatın qarşısında toplaşıb fənərlə aparatın alt hissəsinə işıq salmaları müşahidə edilir. Ekrandakı vaxtla saat 02:38-də belində idman çantası olan şəxsin əlində şüşə butulka ilə dükanın giriş qapısına yaxın gəlməsi, sonra isə aparatlara tərəf getməsi, həmin vaxtı isə əynində tünd rəngli qısa gödəkçə, açıq rəngli idman şalvar və başında çətirli papaq olan 4-cü kişi cinsli şəxsin kameranın obyektivinə düşməsi və həmin 3 nəfər şəxslərə qoşularaq soldan ikinci aparatın qarşısında dayanması müşahidə edilir. Belində çanta olan şəxsin çantasında zahirən istintaq orqanına toplanmış materiallarla birlikdə təqdim olunmuş dəmir alətə oxşar alət olması görünür. Saat 02:38də 53-cü saniyəsində əlamətləri qeyd edilmiş 4 nəfər şəxsin ödəmə aparatlarından çəkilib kameranın əhatə etdiyi zonanın sol tərəfinə hərəkət etmələri, müşahidə kameranın olmasını aşkar edib qəfildən üz döndərmələri və kameranın əhatə zonasından çıxmaları müşahidə edilir. Üz cizgilərinə görə belində çanta olan şəxsin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oxşaması görünür. Saat 02:51-də belində çanta olan və əynində qara rəngli qısa gədəkçə ilə açıq rəngli şalvar və başında çətirli papaq olan şəxslərin kameranın müşahidə zonasına qayıdaraq dükanın tininə keçib dayanmaları, bir neçə saniyədən sonra qalan 2 nəfər şəxsin də müşahidə zonasına qayıtmalarını, əlamətləri qeyd olunmuş həmin 4 nəfər şəxsin yenidən soldan ikinci aparatın qarşısında toplaşaraq fənər işığı ilə ödəmə aparatın alt hissəsinə nəzər saldıqları, zahirən Təqsirləndirilən şəxs1 oxşar şəxsin və əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxslərin kənara çəkilib ətrafa nəzər saldıqları, bu zaman açıq rəngli şalvar və qara rəngli gödəkçə olan şəxsin əvvəl Təqsirləndirilən şəxs1 belində olmuş çanta ilə aparatlardan kənara çəkilib kameranın müşahidə zonasından çıxıb, bir neçə saniyədən sonra yenidən qayıtması, əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan və açıq rəngli kapüşonlu gödəkçə geyinmiş şəxslərin birlikdə kameranın müşahidə zonasından çıxmaları, digər iki nəfərin isə aparatların yanında dayanıb söhbət etmələri, saat 02:57-də isə əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan və açıq rəngli kapüşonlu gödəkçə geyinmiş şəxslərin qayıtmaları və əlamətləri qeyd olunan 4 nəfər şəxsin yenidən soldan ikinci olan ödəmə aparatın qarşısında toplamaları müşahidə edilir. Saat 03:12-də 18-ci saniyədə əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxsin əlində saxladığı, çantanın içərisində olmuş dəmir aləti soldan ikinci olan ödəmə aparatın orta hissəsinə salaraq zor tətbiq etməklə apparata təsir göstərməsi, yanında dayanmış əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxsin isə əlindəki fənərlə həmin aparata işıq salınması, digər iki nəfər şəxsin kənara çəkilib ətrafı nəzarətdə saxlaması, saat 03:13-də 44-cü saniyəsində isə əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxsin aparatın içərisindən dördbucaq formalı predmel çıxarması və həmin predmeti dükanın tininə qədər aparması müşahidə edilir. Saat 03:14-də 21-ci saniyəsində əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxs yenidən soldan ikinci olan ödəmə aparatına yaxınlaşaraq həmin dəmir alətlə aparata fiziki təsir göstərir və əynində ağır rəngli kapüşonlu olan şəxs əlinə cibindən çıxartdığı əlcək taxaraq dəmir aləti ələ keçirib aparata fiziki təsir göstərməyi davam edir və əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxslə birlikdə aparatdan nəsə çıxarmağa cəhd edirlər. Saat 03:16-də əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxslə əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxs qəfildən kənara çəkilirlər və küçə ətrafında gəzəndən sonra yenidən saat 03:18-də təsir göstərdikləri aparatın yanına qayıdırlar. Əlamətləri göstərilən son iki nəfər şəxs apparata fiziki təsir göstərmələri davam edir və bununla da çəkilişlər sona çatır. Ch15_**********2035 adlı fayl açıldıqda görünür ki, çəkilişlər 01 saat 29 dəqiqə 42 saniyə davam edir. Çəkilişlər birinci abzasda qeyd olunan müşahidə kamerasından aparılır və sutkanın qaranlıq vaxtı ərzindədir. Çəkilişlər xx.xx.2022-ci il tarix saat 03:20-dən 04:50-dək davam edir. Saat 03:21-dək müddətdə əynində qara rəngli şalvar, qara rəngli gödəkçə və açıq rəngli qış papağı olan şəxslə əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxs dəmir alətlə ödəmə aparatına təsir göstərmələrini davam edirlər. Həmin vaxt ərzində qalan 2 nəfər şəxs küçə boyu hərəkət edirlər. Saat 03:27-də zahirən Təqsirləndirilən şəxs1 oxşar şəxsin dəmir alətə ələ keçirib soldan ikinci ödəmə aparatına fiziki təsir göstərməyi, əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxsin isə fənərlə həmin aparata işıq salması müşahidə edilir. Saat 03:34-dək olan müddətdə zahirən Təqsirləndirilən şəxs1 oxşar şəxsin və əynində açıq rəngli kapüşonlu gödəkçə olan şəxs apparata fiziki təsir göstərmələri davam edirlər və həmin dəqiqənin 16-cı saniyəsində hansısa amilin təsiri nəticəsində qəfildən oradan çəkilib uzaqlaşırlar. Bundan sonra əhəmiyyət kəsb edən hər hansı görüntü aşkar edilmir. Ch15_**********5017 adlı fayl açıldıqda görünür ki, çəkilişlər 10 dəqiqə 44 saniyə davam edir. Çəkilişlər birinci abzasda qeyd olunan müşahidə kamerasından aparılır və sutkanın qaranlıq vaxtı ərzindədir. Çəkilişlər xx.xx.2022-ci il tarix saat 04:50-dən 05:01-dək davam edir. Həmin fayldə əhəmiyyət kəsb edən hər hansı görüntü aşkar edilmir. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki, “X13” mağazasından götürülmüş bir ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin X6 Etmə Xidmətindən təqdim edilmiş, Az **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət cədvəlinə dair DVD-R tipli 1 ədəd diskə baxış keçirilmiş, diskdə bir ədəd «cedvel» adlı X8 fayl, içərisində 5 ədəd «JPEG» tipli fayllər olan və bir ədəd «VVİNRAR» tipli arxivator fayl mövcüddur. 5 ədəd «JPEG» formatlı fayllara baxış keçirildikdə tünd rəngli «Chevrolet Cruze» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27 mart 2022-ci il tarixdə sutka ərzində Bakı şəhərində quraşdırılmış «nömrə tanıma» sistemi kameraları tərəfindən qeydə alındığı yerlər göstərilir. Şəkillər sutkanın qaranlıq vaxtı ərzində çəkildiyindən avtomobilin salonunda olanları müəyyən etmək mümkün olmur. Qovluqda olan «Excel» fayla baxış keçirildikdə, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saat 01:29-da «Nəsimi rayonu Füzuli küçəsi 5 mərtəbə ist 1» adlı və saal 01:34-də «Yasamal rayonu Mətbuat prospeti AzərNəşriyyat-ın qarşısı Qələbə Dairəsi ist» adlı nəzarət kameraları tərəfindən qeydə alındğı müşahidə edilir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli “sübut növü kimi tanıma barədə” qərardan görünür ki, Daxili İşlər Nazirliyinin X6 Etmə Xidmətindən təqdim edilmiş bir ədəd kompakt disk iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 və 2362 nömrəli Sərəncamları ilə «Xocavəndin azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli 6/1754 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd dəmir alətin səthi üzərində ağ və qırmızı rəngli sürtünmə izləri aşkar edilmişdir, həmin sürtünmə hissəcikləri iz şəklində olduğundan hansı predmetə məxsus olubolmamasını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 154,16 (bir yüz əlli dörd manat, on altı qəpik) manat təşkil edir. İş materiallarında olan 10 may 2022-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki bir ədəd dəmir alət iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Səbail RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs4dur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə psixiatrik ekspertiza Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1369 saylı Ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə postravmatik stress pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən “postravmatik stress pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli mədaxil orderlərindən görünür ki, vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 tərəfindən 275 manat, Təqsirləndirilən şəxs1 tərəfindən 200 manat, Təqsirləndirilən şəxs2 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin hazırki adı "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən vurulmuş 1030 (bir min otuz) manat məbləğində maddi ziyanın ödənilmişdir. Ziyanın ödənilməsi ilə əlaqədar həmin şəxslərə qarşı şikayətləri yoxdur. İş materiallarında olan TƏBİB Qubadlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 25 iyul 2022-ci il tarixli arayışından görünür ki, X5 həqiqətən “Qubadlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində xx.xx.2018-ci il tarixdən “Şəkərli diabet, tip 2,ağır forma, insulin tələbli. Keçirilmiş insultdan sonrakı vəziyyət, Hipertoniya xəstəliyi İİ dərəcə, çox yüksək əlavə risk İV” diaqnozu ilə dispanser qeydiyyatdadır. Hər ay şəkərsalıcı dərman preparatları (Həb şəklində, İnsulin ) ilə təmin olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan N saylı hərbi hissənin Mühafizə və təminat bölük komandirinin verdiyi xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və nümunəsi əsgər kimi aparmışdır. İş materiallarında olan travma haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə 'Posttravmatik (barotravma xx.xx.2020) isterik reaksiya, mutizm ilə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon icra hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Qubadlı rayonundan məcburi köçün kimi məskunlaşmış, qəsəbədə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin qismən etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər hallari və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 özlərini qismən təqsirli bilməsinə dair ifadələri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və atasının ağır forma şəkərli diabet xəstəsi olmağını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs3 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı övladın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs4 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı övladın olmasını, Vətən müharibəsində iştirak etməsini və «Xocavəndin azad olunmasına görə» ,«Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Səbail RPİ-nin saxlama otağında saxlanılan bir ədəd dəmir alət məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 154,16 (bir yüz əlli dörd manat, on altı qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 38.54 (otuz səkkiz manat əlli dörd qəpik) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il ,11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –154,16 (bir yüz əlli dörd manat, on altı qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 38.54 (otuz səkkiz manat əlli dörd qəpik) manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail RPİ-nin saxlama otağında saxlanılan bir ədəd dəmir alət məhv edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-182/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-182/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver