Məhkəmə qərarları › İş №1(009)-182/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-182/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-182/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-zəki qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-ci ildə Kürdəmir rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, Kürdəmir rayonu Mehdili Ərazi Dairəsi Qoçulu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maqddəsi təqsirləndirilməsinə dair cinayət işinə 08 avqust 2024-cü il tarixində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 22 yanvar 2024-cü il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Röyal” adlı kafenin yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,270 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Səbail RPİ-nin 8-ci Polis bölməsinin və Səbail RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 23 yanvar 2024-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 15:25-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,270 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadələri, şahid ifadələri, mənzilə baxış və götürmə, şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin narkotik vasitəni adlarını bilmədiyi müxtəlif şəxslərdən, o cümlədən sosial şəbəkədə adını bilmədiyi İran İslam Respublikası vətəndaşının göndərdiyi “zaklatka” yolu ilə almışdır. 22 yanvar 2024-cü il tarixdə saat 22 radələrində İran İslam Respublikası vətəndaşının göndərdiyi zaklatka yolu ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Röyal” kafesinin yaxınlığına qoyulmuş narkotik vasitə olan heroini (kokos) götürmüşdür. O, həmin narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 23 yanvar 2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi 26 V ünvanının yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb, özlərini Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin və 8-ci Polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu saxlayıb, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını deyib Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə gətirmişlər. Bölmədə o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində bir bükümdə heroin olmasını bildirmiş və şəffaf sellofana bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı bükümü açmış, içərisində tünd qəhvəyi rəngdə olan heroini aşkar etmişlər. O, bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir. Bir gün öncə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi İran İslam Respublikası vətəndaşının göndərdiyi ünvan əsasında 30 manata almışdır. Bundan sonra həmin 01 ədəd şəffaf sellofana bükülmüş büküm müvafiq qaydada zərfə qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. O, müdafiəçisi və polis əməkdaşları zərfi imzalamışlar. Daha sonra üzərində şəxsi axtarış aparılmış və başqa heç nə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, o, vəkili və polis əməkdaşları protokola imza etmişlər. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə heroin qəbul etmişdir. O, narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımışdır ki, xəlvəti yerdə qəbul etsin. Başqa məqsədi olmamışdır. O, daha sonra göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmamışdır. Həmçinin, göstərmişdir ki, 8-ci Polis bölməsində şəxsi axtarış və götürmə zamanı və ya başqa vaxt heç kim ona psixi və ya fiziki zor tətbiq etməmişdir. O, heroini çox vaxt sosial şəbəkədə İran vətəndaşının konumu əsasında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Həmin şəxslərlə başqa münasibəti, əlaqəsi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, valideynlərinə baxdığını və ona ehtiyaclarının olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 23 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 23 yanvar 2024-cü il tarixdə saat təxminən 13 radələrində Səbail RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ- nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Pərviz Cəfərov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Röyal” adlı kafenin yaxınlığında “işarələnmə” üsulu ilə tanımadığı İran İslam Respublikası vətəndaşı vasitəsilə 30 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 23 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 23 yanvar 2024-cü il tarixdə saat təxminən 13 radələrində Səbail RPİnin 8-ci Polis bölməsinin baş müvəkkilli Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Pərviz Cəfərov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Röyal” adlı kafenin yaxınlığında “işarələnmə” üsulu ilə tanımadığı İran İslam Respublikası vətəndaşı vasitəsilə 30 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffad rəngli polietilen bükümün içərisindəki kütlənin heroin olmasını və 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Röyal” adlı kafenin yaxınlığında “işarələnmə” üsulu ilə tanımadığı İran İslam Respublikası vətəndaşı vasitəsilə 30 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməkimyəvi ekspertizasının 3-16-16/2-6/483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata 0, 050 qram sərf olunduqdan sonra 0, 220 qram qalıq qamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 567 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut kimi tanınma haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, 0,270 qram çəkidə narkotik vasitə heroin isə 05 fevral 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq narkotik vasitə heroinin tədqiqat keçirildikdən sonra qalan 0,220 qram hissəsi Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 19 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 127.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 mart 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 03 iyun 2024-cü ildə saxlanılaraq Səbail MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs seçilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində və 03 iyun 2024-cü il 13 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 567 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səkkiz bir) manat təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış və tədqiqat keçirildikdən sonra qalan 0,220 qram çəkidə olan hissəsi olan saxlanc yerinə verilmiş heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək, şübhəli şəxs qismində tutulduğu, 03 iyun 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanda olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,220 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar