Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-182/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 2006-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, natamam orta təhsilli, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, 26 oktyabr 2024-cü il tarixdə, axşam saat 23 radələrində, ünvan 1 ünvanında yeləşən “Mc.Donalds” restoranın qarşısında quraşdırılmış oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs məxsus danışıq kartı olmayan 250 manat dəyərində bir ədəd “Samsung A-10” markalı mobil telefon aparatını sonuncunun əlindən açıq şəkildə alıb ələ keçirməklə qaçıb oradan uzaqlaşaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olsa da Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Vahid küçəsində yaşamışdır, rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin təxminən oktyabr ayının axırlarında dəqiq tarixini xatırlamadığı günü saat 20 radələrində, o, tanışı Svetlana (Aysel kimi tanıdığı) ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr Meydanı”na gəzməyə gəlmiş, həmin vaxt hava qaranlıq olsa da meydanda olan fənərlərlə ətraf tam aydın işıqlanmışdır. O, Svetlana ilə gəzərək “Malakan” adlanan bağa gəldikdə, orada əvvəllər Ruslan adlı tanışının vasitəsi ilə tanıdığı Elay adı ilə çağırılan, lakin əsl adı Elnarəni, sevgilisi olmasını bildiyi Fedya ilə, Nurlan adlı şəxsi isə sevgilisi kimi tanıdığı Gəncəli İzabella dayanmalarını görmüşdür. Həmin şəxslərlə salamlaşdıqdan sonra bir neçə dəqiqə bir yerdə dayanmış, sonra birlikdə bir az gəzişmişlər, Fedya ona və tanışı Svetlanaya birlikdə “karaoke” kluba gedib əylənməyi təklif etmiş, o, həmyaşıdlarına kluba gedib əylənmək üçün pulu olmamasını demiş, bu zaman Fedya Elnarənin bank kartında 100 manat pulu olmasını, həmin pulu kartdan çıxarıb birlikdə əyləməyi təklif etmiş, Elnarə də pulu çıxarmaq üçün mobil telefonun enerjisi bitdiyindən sönməsini,telefonu enerji yığması üçün adaptor tapmaq lazım olmasını bildirmişdir. Sonra o, həmyaşıdları ilə telefona adaptor tapıb enerji yığdırmış, mobil telefonun bank tədbiqindən həmin 100 manatı başqa karta köçürməklə çıxarmaq üçün Elnarə ilə Fedya nə qədər cəhd etsələr də pulu başqa karta ata bilməmişlər. Elnarə anasından küsülü olduğundan 4-5 gün evə getmədiyindən, anası kartdan pulu çıxarılmaması üçün kartı blok etdiyi bildirmişdir. O, oraya mobil telefonu satmaq niyyəti ilə getməmişdir. Elnarə Svetlana ilə öz aralarında danışmışlar. Elnarənin əlindən telefonu alıb qaçmamışdır. Öz mobil telefonunu daha sonra satmışdır. Hadisə kameraların önündə baş vermişdir, lakin görüntülər ona göstərilməmişdir. Elnarə ilə Svetlananın telefonu lombarda qoymaq fikri olmuşdur. Elnarə telefonu Svetlanaya vermişdir. Təqsirləndirilən şəxs son sözündə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır, rəsmi heç bir yerdə işləmir, fərdi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində, X6 yaxınlığında yerləşən ətriyat mağazasında satıcı işləyir. O, Qoca adlı həmyaşıd oğlanı qiyabi olaraq təxminən 2-3 ay əvvəl tanımış,anket məlumatlarını, yaşadığı ünvanı və istifadə etdiyi mobil telefon nömrəsini bilməmişdir. O, Qocanı mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu,“Fəvvarələr Meydanı”adlanan ərazidə həmyaşıdları ilə birlikdə gəzib əylənməsini görmüş, həmin həmyaşıd oğlanı o, “Qoca” ləqəbi ilə tanımış, aralarında heç bir yaxın dostluq münasibəti və ya ünsiyyətləri olmamışdır. “Qoca” ləqəbli şəxs daimi özləri ilə həmyaşıd olan, sevgilisi kimi qələmə verdiyi Svetlana adlı qızla gəzmişdir. 26 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində, o, işdən çıxıb gəzmək üçün Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr Meydanı”na gəlmiş, həmin vaxt hava qaranlıq olsa da ətraf mehdanda quraşdırılmış fənərlərin işıqları ilə tam aydın işıqlanmışdır. O, həmin meydanda yerləşən “McDonalds” restoranın qarşı hissəsində həmyaşıd rəfiqəsi Nurayla orada olan oturacaqda əyləşib söhbət edərək istirahət etmiş, bu zaman onlara üzdən tanıdığı “Qoca” ləqəbli oğlan yanında sevgilisi olan Svetlana adlı qızla yaxınlaşmışdır. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirnişdir ki, Aysel ondan bir miqdar pul istədi, o isə cavabında o qədər pulu olmadığını dedi. Ayselə ondan telefonunu lombarda qoymağını təklif etdi. O isə bunu rədd etdi. Bir qədər sonra Ayselin telefonunu əlindən alıb qaçdı. Onların dalınca qaçsa da tapa bilmədi. Yaxındakı polis əməkdaşlarına yaxınlaşdı və məsələni bildirdi. Onlar isə ona polis idarəsinə gedib ərizə yazmağını söylədilər. Polis idarəsinə yaxınlaşdı və ondan izahat aldılar. Daha sonra evə getdi. Sonrakı məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsini bir daha dəyişərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qoca onunla salamlaşaraq, ondan müəyyən məbləğdə pul verməklə yardım etməsini istəmiş, lakin Qaca hansı məbləğdə pul istəməsini deməmişdir. O, Qocaya pulu olmadığından verə bilməyəcəyini dedikdə, sonuncu ona əlində saxladığı bir ədəd üzərində nömrəsi olmayan “Samsung A-10” markalı mobil telefonu lombarda girova qoyub pul götürərək verməsini istəmişdir. O, isə Qocaya mobil telefonunu neyə görə lombarda qoyub pul götürərək özünə verməli olduğunu bildirərək, təklifini rədd edərək, yanında əyləşmiş Nurayla söhbət etməyə davam etmişdir. Bu zaman Qoca Svetlana ilə yanında dayanıb ətrafa baxmış,bir neçə saniyədən Qoca onun başı rəfiqəsilə söhbətə qarışmasından istifadə edib, əlində saxladığı mobil telefonu iti hərəkətlə əlindən alıb qaçmağa başlamışdır. Bunu görən orada dayanmış Svetlana də Qocanın arxasınca qaçaraq getmişdır. O, öncə heç nə başa düşməmiş, Qocanın mobil telefonunu götürüb qaçmasını anladıqda arxasınca qaçıb qışqıraraq telefonumu qaytarmasını tələb etmiş, Qoca isə onun qışqırmasına heç bir əhəmiyyət vermədən Svetlana ilə birlidə binaların arasında gözdən itmişlər. Sonra o, Qocanı tapa bilmədikdə yaxınlıqda yerləşən 9-cu Polis bölməsinə gedib, Qoca adlı şəxsin mobil telefonunu əlindən alıb qaçması barədə şikayət vermiş, orda Qoca ləqəbli şəxsin əsl adı Hafiz olmasını bilmişdir. Bir neçə gündən sonra mobil telefonunu aparan şəxsdən bir xəbər olmadığını gördükdə, o, DİN-nin “102” xidmətinə zəng edib mobil telefonunu açıq yolla əlindən alıb qaçmış Hafiz barədə şikayət etmişdir. O, özünə məxsus bir ədəd işlənmiş “Samsung A-10” markalı mobil telefonun qiyməti 250 manat təşkil etməsini, mobil telefon təzə işlək vəziyyətdə olmasını, həmin mobil telefonun üstündə danışıq simkartı olmamasını, həmin mobil telefon aparatının İMEİ kodu olan hər hansı bir sənədi qalmamasını, həmin hadisən sonra o, bir daha Hafiz adlı, Qoca ləqəbi və Svetlana adı ilə tanıdığı şəxsləri görməməsini, sonuncunların harada yaşamalarını və digər anket məlumatlarını bilməməsini göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 (X2) göstərmişdir ki, o, valideyinlərilə birlikdə rəsmi qeydiyyatında Balakən rayonu, Hənifə kəndində olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, Balkakən rayonunda yaşasa da vaxt aşırı Bakı şəhərinə gəzməyə gəlib bir neçə gün qalıb rayona qayıdır, o, Bakı şəhərində olduğu zaman müxtəlif qohumların və ya rəfiqələrinin evlərində müvəqqəti yaşayır. O, həmyaşıdı əsl adı Təqsirləndirilən şəxs olan, lakin həmyaşıdları tərəfindən “Qoca” ləqəbi ilə çağırılan şəxsi təxminəm bir il olar ki, tanıyır, sonuncu ilə təsadüfən “Tik-tok” sosial şəbəkəsində tanış olmuş və sonralar vaxt aşırıb görüşüb şəhərin mərkəzi hissəsində gəzərək vaxt keçirmişlər. Belə ki, 2024-cü ilin oktyabr ayının axırlarında, o, Bakı şəhərinə qonaq gəlmiş, yenə qohumlarının evində qalıb şəhərdə həmyaşıdları ilə vaxt keçirmişdir. 26 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində o, tanışı “Qoca” ləqəbli əsl adı Hafiz olan şəxslə Bakı şəhəri, Səbail rayonu, “Malakan” adlanan bağında gəzişərkən, təsadüfən orada elə həmin ərazidə əvvələr tanış olduğu həmyaşıdları Elnara, Fedya və adlarını bilmədidiyi bir neçə oğlanla görüşmüş, söhbət zamanı Fedya birlikdə “karaoke” klubuna gedib əylənməyi təklif etmişdir. Bu zaman onunla olan Hafiz pulları olmamasını bildirmiş, Fedya isə Elnarənin kart hesabında 50 manat pul olmasını, həmin pulu çıxarmaq üçün mobil telefonun enerjisi bitməsini, Elnarənin telefonu zaratkaya qoymaq lazım olmasını, sonra isə pulu kartdan çıxarmasını bildirmişdir. Birlikdə Elnarənin “Samsunq A-10” markalı mobil telefonu yer tapıb zaryatkaya qoyulmuş, telefon enerji yığdıqdan sonra Elnarə gil nə qədər cəhd etsələr də hesabda olan pulu çıxarda bilməmişlər. Sonra həmin mobil telefonu lombarda qoyub pul götürməyə və ya satmaq ətrafında aralarında müzakilər getmişdir. Birlikdə topa şəklində gəzişərək söhbət edərkən, Elnarənin işlənmiş vəziyyətdə olan “Samsunq A-10” markalı mobil telefonu aparatını Hafiz əlində olmuş oynatmış, həmin telefonda hansı nömrə istifadə edildiyini o, bilməmişdir. Elnarə, Fedya və digər həmyaşıd oğlanlarla birlikdə “Fəwarələr Meydanın”da “MC.Donalds” restoranın qarşısı ilə “Malakan” bağı istiqamətdə qarşıda bir neçə metr irəlidə adi adımlarla söhbət edərək getmişlər, o, tanışı Hafizlə birlikdə arxalarınca gedərkən, Elnarə gilin başı söhbətə qarışdığından arxada gedən onlara fikir verməmişlər. Bu zaman Hafiz ona dayanmasını demiş, nəyə görə bunu etdiyini o, başa düşməmiş, sonra ətrafa baxdıqda Elnarə gil hərəkətlərini davam etdirdikləri üçün meydanda gəzişərək istirahət edən şəxslərin arasında gözdən itmişlər. Sonra o, Hafizlə birlikdə çıxıb getmiş, gecəni o, Hafizin tanışı gildə qalmışdır. Səhəri günü o, Hafizlə birlikdə sonuncunun təklifi ilə Bakı şəhəri, “20 yanvar” metrosunun yanına gelmiş, orada Hafiz Elnarəyə məxsus “Samsunq A-10” markalı mobil telefonu tanımadığı şəxsə özünə məxsus olmasını bildirərək 65 manata satmış, sonra da həmin pulu xərcləmişdir. O, Hafizin əlində olan mobil telefonun Elnarə məxsus olmasını, axşam üstü Elnarə gildən geridə qalıb evə gecələmək üçün gedərkən Hafizdə qalmasını görmüş, Hafiz də həmin telefonun Elnarə aid olmasını təsdiq edərərək satacağını bildirmiş, o, da Hafizə nəyə görə Elnarənin telefonu özündə saxlamasını və sonra da satmaq istədiyini soruşduqda, Hafiz Elnarə ilə özü arasında olan məsələ olmasını və Elnarəyə özü cavab verəcəyini deməsini, Elnarə ilə görüşdüyü zaman sonuncunun yanında tanışı Nuray adında qızın olmamasını, həmin vaxt tanışı Hafiz Elnarədən pul istəməməsini, mobil telefonu lombarda girova qoyub pul götürərək özünə verməsini deməməsini, həmçinin Elnarənin əlində mobil telefonu götürüb qaçmamasını göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs bir başa H.E.İbadza- dənin üzünə qarşı, xx.xx.2024-cü il tarixdə, axşam saat 23 radələrində Səbail rayonu, Nizami küçəsi 340 saylı ünvanda, “Fəvvarələr Meydanf-nda yerləşən “Mc.Donalds” restoranın qarşı hissəsində yerləşən skamyada əyləşdiyi zaman, sonuncu ondan xərcləmək üçün pul istəməsini, o, pulu olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs əlində saxladığı mobil telefonu lombarda girov qoyub pul götürərək özünə verməsini tələb etməsini, o, imtina etdikdə, Təqsirləndirilən şəxs onun əlində saxladığı bir ədəd işlənmiş “Samsung A-10” markalı mobil telefonu iti hərəkətlə əlindən alıb qaçmasını demiş, Təqsirləndirilən şəxs isə bunu imkar edərək, Zərərçəkmiş şəxs məxsus mobil telefonu əlindən açıq şəkildə götürüb qaçmamasını, mobil telefonu götürməməsini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs ilə Şahid2 (X2) qızını üzləşdirmədə dindirilərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs bir başa Şahid2 (X2)nın üzünə qarşı, xx.xx.2024-ci il tarixdə, axşam saat 23 radələrində, Səbail rayonu, Nizami küçəsi 340 ünvanda, “Fəvvarələr Meydam”-nda yerləşən “Mc.Donalds” restoranın qarşı hissəsində yerləşən skamyada əyləşdiyi zaman, sonuncu tanışı Təqsirləndirilən şəxs ilə onun yanına gələrək xərcləmək üçün pul istəməsini, o, pulu olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs əlində saxladığı mobil telefonu lombarda girov qoyub pul götürərək özünə verməsini tələb etməsini, o, imtina etdikdə, Təqsirləndirilən şəxs onun əlində saxladığı bir ədəd işlənmiş “Samsung A-10” markalı mobil telefonu iti hərəkətlə əlindən alıb qaçmasını, Şahid1 sonuncu ilə birlikdə qaçıb oradan getməsini demiş, Şahid2 (X2) isə bunu imkar edərək Zərərçəkmiş şəxs mobil telefonu Təqsirləndirilən şəxs əlindən açıq şəkildə götürüb qaçmamasını, həmin telefon əvəlcədən sonuncuda qalmasını və Təqsirləndirilən şəxs həmin mobil telefonu aparıb Yasamal rayonu, “20 Yanvar” metrosu yaxılığındakı mağazaların qarşısında tanımadığı şəxsə 65 manata satıb əldə etdiyi pulu xərcləməsini bildirmişdir. İlkin təhqiqat zamanı 26 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokoldan görünür ki, Zərərçəkmiş şəxs 24 oktyabr 2024-cü il tarixdə, axşam saat 23 radələrində, ünvan 4 ünvanında yerləşən “Mc.Donalds” restoranın qarşısında yerləşən taxta oturacağı əyani göstərərək, həmin oturacağın üzərində oturduğu zamanı “Qoca” ləqəbi ilə tanığı şəxs əlində saxladığı bir ədəd “Samsung A-10” markalı mobil telefonu iti hərəkətlə əlindən alıb qaçaraq oradan uzaqlaşmasını göstərmişdir. Cinayət işi üzrə 20 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və tapılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə N saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs məhkəmə iclasına gətirilməsi təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Elsəvər oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuş və bu hissədə qərarın icrası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahidin ifadələri eləcə də cinayət işi üzrə toplanılmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir və əməl istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə iclasında və ibtidai iastintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus və əlində saxladığı bir ədəd “Samsung A-10” markalı mobil telefonu, sonuncunun əlindən iti hərəkətlə alıb qaçmamasına dair gətirdiyi dəlil toplanmış sübutların məcmusu ilə tam təkzib edildiyindən, özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs əriə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirimişdir. Məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hazırki cinayət əməli az ağır cinayətdir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdədir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə N saylı hərbi hissəsində xidmət edir və məhkəmənin qərarı ilə barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilibdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olmalı olduğunu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etməli olduğunu, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunmalı olduğunu, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncunun şikayət və tələbinin olmamasını, vurulmuş ziyanının məbləğinin az olmamasını, gənc olmasını, vətəni müdafiə borcunu yerinə yetirərək hazırda həqiqi hərbi xidmət keçdiyini, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirinin seçilməsini, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara təyin oluna bilmədiyini, cəzasını ağırlaşdıran halların məhkəmə araşdırması zamanı müəyyən olunmaması onun cəzasını yüngülləşdirən müstəsna halların məcmusu olması qənaətinə gələrək, Təqsirləndirilən şəxsa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən 20 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın yüngülləşdirilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə təqdim olunmuş hesabatlara uyğun olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olduğu və təqsirləndirilən şəxslə görüşdüyü 53 (əlli üç) saat və məhkəmə iclasında iştirak etdiyi 80 (səksən) saat, cəmi 133 (yüz otuz üç) saatın hesablanaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən 20 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ona təyin olunmuş 5000 (beş min) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə təqdim olunmuş hesabatlara uyğun olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olduğu və məhkəmə iclaslarında iştirak etdiyi cəmi 133 (yüz otuz üç) saat üçün 671 (altı yüz yetmiş bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-182/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-182/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver