Məhkəmə qərarları › İş №1(009)-183/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-183/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-183/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, H.Əliyev prospekti, ev 20-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 01 may 2021-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında Zərərçəkmiş şəxs yaxınlaşaraq 2 manat pul istəmiş və sonuncu cibində olan 50 manatlıq pul əskinazını çıxardıb Təqsirləndirilən şəxs göstərərək xırda pulunun olmamasını bildirdikdə Təqsirləndirilən şəxs onun əlində olan 50 manat pulu dartaraq alıb qaçmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə o, Fəvarrələr Meydanına gəzməyə çıxmış və bir qədər gəzdikdən sonra evə getmək istəmiş, lakin üstündə pul olmadığı üçün qərara gəlmişdir ki, kimdənsə 1-2 manat pul istəyib həmin pul ilə evə getsin. Bu məqsədlə artıq 01 may 2021-ci il tarixdə saat 00:10 radələrində o, iki nəfər məktəbli oğlanların gəlməsini görüb onlara yaxınlaşmış və onlardan 1-2 manat pul istəmişdir. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi oğlan cibindən bir ədəd 50 manatlıq pul əskinazını çıxardıb ona göstərmişdir ki, 1 manatı yoxdur, ancaq 50 manatdır. O, Hüseynə 50 manatı ona verib yaxınlıqda bir yerdə xırdalamağı desə də, lakin Hüseyn imtina etmişdir. Bu vaxt o, Hüseynin əlində olan 50 manat pulu dartıb götürmüş və arxasına tərəf çevrilmişdir ki, pulu xırdalamaq üçün bir yerə getsin. Bu vaxt Hüseyn qışqırmağa başlamış və o, Hüseynin əlindən aldığı 50 manat pulu əzib zibil yeşiyinə ataraq iti adımlarla oradan uzaqlaşmışdır. Lakin Hüseyn adlı şəxs belə bilmişdir ki, onun ondan götürdüyü pul ondadır və buna görə də Hüseyn onun arxasınca qaçmağa başlamışdır. Bir qədər geldikdən sonra isə onlar ona çataraq onu tutub saxlamışlar və onlara pulun onda olmadığını və zibil yeşiyində olduğunu demişdir. Bu vaxt baş verən səs-küyə polis əməkdaşları onlara yaxınlaşmışlar və o, onlarla birlikdə gedərək zibil yeşiyində olan pulu götürüb Hüseyinə vermişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2005-ci ildə Baki şəhərində anadan olmuşdur və hazırda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 nömrəli məktəbdə təhsil alır. 30 aprel 2021-ci il tarixdə axşam saatlarında o, anası və dostu Şahid1lə birlikdə anasının avtomobili ilə Fəvvarələr meydanına getmişdir. Fəvvarələr Meydanında bir qədər gəzdikdən sonra anası “Malakan” bağı kimi tanınan yerdə avtomobilni qarajdan götürmək üçün getmiş, o, isə dostu Alı ilə birlikdə kofe almağa getmişlər, sonra isə anası ilə görüşüb evə getməli idilər. Onda 51 manat olmuş və pul onun özünə məxsus olmuşdur. 01 may 2021-ci il saat təxminən 00:10 radələrində o, Alı ilə Fəvvarələr Meydanı ilə gedərkən adını polisdə bildiyi Muxtar ona yaxınlaşıb ondan 2 manat pul istədikdə o, Muxtara 2 manat yox, 1 manat verə biləcəyini desə də, Muxtar ona 2 manat lazım olduğunu deyəndə o, cibindən 50 manat pulu çıxarıb Muxtara göstərib 2 manat olmadığını deyəndə Muxtar onun əlindən 50 manatı götürmüş və beş dəqiqəyə yaxın o, Muxtarın arxasınca getmişdir, bu zaman Muxtar yavaş-yavaş qaçmağa başlayanda onlar da Muxtarın axrasınca qaçmağa başlamışlar və 20 metr sonra onlar Muxtarı tutmuşlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və o, hər şeyi olduğu kimi polisə danışmışdır. Muxtar 50 manat pulu əzib zibil qutusuna atdığını polislərə dedikdən sonra polis əməkdaşlarından biri 50 manat pulu zibil qutusundan götürüb ona vermişdir. Anası bu zaman istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub ondan harada olduqlarını soruşanda o, anasına demişdir ki, tanımadığı bir nəfər şəxs onun əlindən 50 manat pulunu alıb qaçıb və hazırda həmin şəxsi axtarırlar. Anası ona inanmayıb dostu Alının istifadəsində olan mobil telefon nörməsinə zəng etmiş və Alı da hər şeyi olduğu kimi onun anasına dedikdən sonra anası onların harada olduqlarını-öyrəndikdən sonra “Lukoil” şirkətinin binasının yerləşdiyi küçəyə gəlmişdir. Polislər onların hər üçünü 9-cu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində o, anasının, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə 50 manat pulu təhqiqatçıya vermişdir. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Muxtar ona hədə qorxu gəlməyib, zor tətbiq etməyib və ona hər hansı bir bədən xəsarəti yetirərək 50 manat pulu almamışdır. Muxtar 50 manat pulu onun əlindən götürüb qaçmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2008-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. Hazırda Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 145 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. 30 aprel 2021-ci il tarixdə axşam saatlarında o, dostu Hüseyn və Hüseynin anası Nigar xanımın avtomobili ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Fəvvarələr Meydanında getmişlər. Fəvvarələr Meydanında bir qədər gəzdikdən sonra Nigar xanım “Malakan Bağı” kimi tanınan yerdə avtomobilini dayanacaqdan götürmək üçün getmiş, o, və Hüseyn isə birlikdə kofe almağa getmişlər. 01 may 2021-ci il tarixdə saat 00:10 radələrində o, Hüseyn ilə Fəvvarələr Meydanı ilə gedərkən adını polisdə bildiyi Muxtar Hüseynə yaxınlaşıb ondan ondan 2 manat pul istədikdə Hüseyn Muxtara 2 manat yox, 1 manat verə biləcəyini desə də, Muxtar Hüseynə 2 manat lazım olduğunu deyəndə Hüseyn cibindən 50 manat pulu çıxarıb Muxtara göstərib cibində 2 manat olmadığını deyəndə Muxtar Hüseynin əlindən 50 manatı götürüb qaçmışdır. Buna görə o və Hüseyn Muxtarın arxasınca qaçıb Muxtarı tutmuşlar, bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onlar baş verənləri onlara danışmışlar. Muxtar 50 manat pulu əzib zibil qutusuna atdığını polislərə dedikdən sonra polis əməkdaşlarından biri 50 manat pulu zibil qutusundan götürüb Hüseynə vermişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 01 may 2021-ci il tarixdə saat 00:20 radələrində Səbail RPİ-nin PPXB-nın polis nəfəri Şahid2lə 9-cu Polis Bölməsinin inzibati ərazisində, Bakı şəhəri, Səbail rayonu, Tağıyev küçəsində 6664 çağırış nömrəsi olan avtopatrulla xidmətdə olarkən Tağıyev küçəsi ilə iki şəxsin, yəni şəxsiyyətləri həmin gün onlara məlum olan Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs arxasınca qaçdığını görüb avtomobillə dərhal həmin şəxslərin arxasınca getmişlər və onları saxladıqdan sonra Zərərçəkmiş şəxs və Şahid1 demişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 50 manat pulunu Hüseynin əlindən götürüb qaçmışdır. Daha sonra Zərərçəkmiş şəxs da Muxtarov Şirinovun ona məxsus 50 manat pulu götürüb qaçdığını bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs bildirimişdir ki, 50 manat pulu yaxınlıqdakı zibil qutusuna atıb və həmin qutunu göstərə bilər. Təqsirləndirilən şəxs zibil qutusunu onlara göstərdikdən həqiqətən zibil qutusunda əzilmiş vəziyyətdə 50 manatlıq pul əskinazının olduğunu görüb həmin 50 manatı götürüb Zərərçəkmiş şəxs təhvil vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-nə gətirmişlər, bu barədə raport tərtib edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs anası ərizə yazmışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs zibil qutusundan onun götürüb ona təhvil verdiyi B19567406 seriyası olan, əzilmiş vəziyyətdə olan 50 manatlıq pul əskinazını təhqiqatçıya təhvil vermişdir.Təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə həmin 50 manat pul vəsaiti Zərərçəkmiş şəxs götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək şahid Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. 01 may 2021-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 may 2021-ci il tarixli götürmə haqqında protokola əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi 50 manat pul götürülmüşdür. 01 may 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saat 19:00 da şübhəli şəxs qismində tutulmuşdur. 03 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 03 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 03 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-183/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tedbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 oktyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq 18 oktyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. 25 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürərək ələ keçirdiyi 50 manat pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan qəbzə əsasən Nümayəndə1 31 may 2021-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs məxsus 50 manat pulu Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Müslüm Quliyevdən təhvil almışdır. İş materiallarında olan 25.10.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 20 may 2021-ci il tarixli tələbnamədən görünür ki, 11 noyabr 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni 50 manat pulu xırdalamaq üçün Hüseyndən götürdüyünü və xırdalamaq üçün yer axtardığını, bu vaxt Hüseynin qışqırdığına görə pulu zibil yeşiyinə atıb oradan iti addımlarla uzaqlaşmasını göstərməsi zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək, həmçinin 15 oktyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək, 01 (bir) ay 11 (on bir) gün gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürüb ələ keçirdiyi 50 manat pul vəsaitinin saxlanılması üçün zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək, həmçinin 15 oktyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək, yəni 01 (bir) ay 11 (on bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürüb ələ keçirdiyi 50 manat pul vəsaitinin saxlanılması üçün zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar