Məhkəmə qərarları › İş №1(009)-183/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-183/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-183/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-zəki qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 12 may 2023-cü il tarixdə saat 03 radələrində Banqladeş Xalq Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus, ünvan 2 ünvanın həyətində saxlanılan 1000 manat dəyərində işlənmiş vəziyyətdə olan 01 ədəd “Nama 48” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 12 may 2023-cü il tarixdə, saat 05 radələrində Pakistan İslam Respublikası vətəndaşı Khan Muhammd Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən “Gentrum” otelin həyətində saxlanılan 1100 manat dəyərində işlənmiş vəziyyətdə olan 01 ədəd “Kuba” markalı motosikleti gizli olaraq talayıb zərərçəkmiş Khan Muhammd Zərərçəkmiş şəxs2 1100 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, oğurluq hadisəsini törətməmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumamış, sadəcə sonra imza atmışdır. X6 ona demişdir ki, o, əskər yoldaşından mopet almışdır. Ondan kömək etməsini istəmişdir. O, da X1 etmiş və mopeti kəndə aparmışlar. Başqa heç nədən xəbəri olmamışdır. Məhkəməyədək icraat mərhələsində ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci göstərmişdir ki, Şahidla həmkəndli olduqları üçün bir-birlərini tanımışlar və aralarında əvvəldən heç bir ədavətləri, düşmənçilikləri olmamışdır. O, Oqtayın əvvəllər məhkum olunmasını bilirmiş. Sonuncu dəfə də Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitə qəbul etməyi ilə bağlı saxlanılıbmış. O, Muhammad Zərərçəkmiş şəxs2 yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin ərizədə yazılan oğurluq hadisəsini o Oqtayla birlikdə törətmişdir. Belə ki, 12 may 2023-cü ildə tanışı Oktayla yaşadıqları Xocahəsən qəsəbəsindən Bakı şəhərinə gəlmişlər və şəhərdə olan zaman moped oğurluğu etmək qərarına gəlmişlər. Fikirləşmişlər ki, oğurlayacaqları mopedi aparıb yaşadıqları qəsəbədə özləri üçün bir müddət istifadə edib sonra satarlar. Ona görə də həmin gün, yəni 12 may 2023-cü il tarixdə Oqtayla o birlikdə gedən zaman ünvan 4 ünvanında olan zaman arkalı yerdə mopedin olduğunu görmüşlər. Həmin zaman Oqtay, gördükləri mopedi oğurlamaq üçün içəri daxil olmuşdur. Həmin moped qara rəngli olub və işlənmiş vəziyyətdə imiş. Bu zaman ətrafa baxdıqda heç kimin olmadığını görüb Oqtay oradan mopedi oğurlayaraq əlində itələyib sürməklə aparıb. İkisi də oradan çıxıb Malakan bağının içərisindən keçərək uzaqlaşmışlar. Oqtay nə qədər etsədə oğurladığı mopedi işə sala bilməyib. Məcbur olub əli ilə itələməklə mopedi oradan uzaqlaşdırıb. Onlar, yəni Oqtayla o birlikdə oradan uzaqlaşıb Sahil metrosu tərəfə gəldikdə yolun kənarında ağ rəngli işlənmiş vəziyyətdə olan başqa moped olduğunu görmüşlər. Həmin zaman o gördüyü həmin mopedi oğurlamaq üçün yaxınlaşaraq oradan əli ilə itələyib oğurlayaraq uzaqlaşmışlar. Oqtayla o oğurladıqları mopedləri işə salmaq istəsələr də lakin alınmamışdır. Ona görə də oğurladıqları mopedləri əlləri ilə itələyərək oradan sürərək yaşadıqları Xocahəsən kəndində gətirmişlər. Onların hər ikisi də oğurladıqları mopedləri hərəsi öz evlərinə aparmışlar, Həmin mapedləri oğurlamaqda məqsədləri bir müddət sürdükdən sonra satmaq olmuşdur. Beləliklə də, Oqtayla o, etdikləri həmin oğurluq hadisısindən təxminən 5 gün sonra polislər həmin mopedlərin onlarda olduğunu bildikləri üçün gəlib onları götürmüşlər. O, fiziki və psixi cəhətdən tam olaraq sağlamdır və əvvəllər psixi cəhətdən müalicə olunmamışdır. O, oğurladığı mopedlərin sahiblərini əvvəldən tanımamışdır və həmin mopedlərin yerini də əvvəldən bilmirmiş, mopedləri gördükdə oğurlamışlar və oğurladıqları mopedləri də bir az sürdükdən sonra satmaq fikirləri olmamışdır. Həmin oğurluq hadisədən sonra Oqtay tutulmuşdur, ona görə də bundan əlavə heç bir məlumatı yoxdur və tanışı Oqtayla birlikdə Bakı şəhərindən oğurladıqları mopedlərin yerlərini də əyani olaraq göstərə bilər. O, bundan başqa haradansa oğurluq və ya sair cinayət törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə verilmiş və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisənin videogörüntüsü ilə, ifadənin yerində yoxlanması protokolu və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ali təhsil almaq üçün 2018-ci ildə Bakı şəhərinə gəlmişdir, Avrasiya Universitetinin bakalavr pilləsi üzrə İİİ kurs tələbəsidir. Oxuduğu Universitetə gedib-gəlmək üçün 03 noyabr 2021-ci ildə 1 100 manata tanımadığı bir şəxsdən işlənmiş “Nama 48” markalı maoped almışdır. Həmin mapedin mühərriki 48 at gücündə olmuşdur, mühərrikin kubu 50-dən aşağı olduğu üçün onu idarə etməkdən ötrü sürücülük vəsiqəsinə ehtiyac yoxdur, buna görə də o, sürücülük vəsiqəsi almamışdır. Həmin “Nama” markalı mapedlə dərsə gedib gələndə qaldığı evin girişində saxlayırmış. 12 may 2023cü il tarixdə, axşam saat 23 radələrində evə gələn zaman həmişə olduğu kimi həmin “Nama 48” markalı mapedi evin girişində saxlayıb mənzilə girmişdir. Oxuduğu Universitetdə şənbə günü dərs olmadığı üçün o əksər vaxt həmin gün evdə olur. 13 may 2023-cü il tarixdə, saat 19 radəlrində evdən çıxdıqda baxmış ki, mapedi yerində yoxdur, həmin zaman istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir, bundan sonra 39-cu Polis Bölməsinə gedib fakt üzrə ərizə və izahat vermişdir. Həmin oğurluq hadisəsinin kim tərəfindən törədilməsi ilə bağlı şübhələndiyi şəxs yoxdur. O, həmin mapedi 2021-ci ildə 1 100 manata alsa da oğurlanan zaman qiyməti 950 manat olmuşdur. Həmin mapedi görərsə fərdi əlamətlərinə görə tanıyar. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı Pakistan İslam Respublikasında iş tapa bilmədiyinə görə maddi cəhətdən vəziyyəti pis olduğu üçün 14 mart 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. ünvan 5 ünvanında yerləşən “Centrum” otelində qalmışdır və “Bolt” şirkətində kuryer kimi işə başlamışdır. Həmin şirkətdə kuryer kimi işə başlayanda verilmiş sifarişləri müştərilərə vaxtında çatdırılması üçün öz şəxsi vəsaiti ilə 1 200 manata “Kuba” markalı motosikl almışdır. Həmin motosikllə işlədiyi şirkətdə verilmiş sifarişləri müştərilərə vaxtında çatdırmaq üçün səhərdən axşama qədər işləyir və axşamlar gəlib həmin oteldə qalır və özünə məxsus həmin motosikli otelin həyətində saxlayırmış. Həmişə olduğu kimi 12 may 2023-cü il tarixdə, səhər tezdən işə gedib işləmiş və axşamı, yəni 13 may 2023-cü il tarixdə, saat 01 radələrində qaldığı otelə gəlmişdir, motosiklini qaldığı otelin həyətində saxlamışdır. Səhərisi gün, səhər saatlarında yuxudan oyanıb işə getmək üçün aşağı düşüb baxdıqda həmin “Kuba” markalı motosiklinin yerində olmadığını görmüş və bu barədə 39-cu Polis bölməsinə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Bundan sonra 39-cu Polis bölməsindən gəlib bununla bağlı sənədləşmə işlərini aparmışlar, ondan da faktla bağlı izahat almışlar. Həmin oğurlanmış motosiklini görərsə fərdi əlamətlərinə görə tanıyar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1010/2024 saylı, 11 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilnib cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdir. Həmin cinayət işi üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, əvvəllər talama cinayət ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 5 il azadlıqdan məhrum etmə cəsasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. 12 may 2023-cü ildə tanışı Rəşadla yaşadığı Xocasən qəsəbəsindən Bakı şəhərinə gəlmişlər. Şəhərdə olan zaman moped oğurluğu etmək qərarına gəlmişdir. İbtidai istintaq zamanı Rəşadla bu oğurluğa görə ona əlbirlik verilmiş, ancaq həmin oğurluqda Rəşadın heç bir günahı olmamış, hər bir şeyi özü planlaşdırmışdır. Həmin gün 12 may 2023-cü ildə ünvan 6 ünvanında olan zaman arkalı yerdə mopedin olduğunu görmüşlər. Həmin zaman gördüyü mopedi oğurlamaq üçün içəri daxil olduqda mopedin qara rəngli olmasını və işlənmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman ətrafa baxdıqda heç kimin olmadığını görüb mopedi oradan oğurlayaraq əli ilə itələyib sürməklə oradan aparmışdır. Onlar birlikdə oradan çıxıb Malakan bağının içərisindən keçərək uzaqlaşmışlar. O, nə qədər etsə də oğurladığı mopedi işə sala bilməmişdir. Məcbur olub əli ilə itələməklə mopedi oradan uzaqlaşdırmışdır. Rəşadla birlikdə oradan uzaqlaşıb Sahil metrosu tərəfə gəldikdə yolun kənarında ağ rəngli işlənmiş bir moped olduğunu görmüşlər. Həmin zaman Rəşadla gördükləri həmin mopedi oğurlamaq üçün yaxınlaşaraq oradan əli ilə itələyib oğurlayaraq oradan uzaqlaşmışlar. Həmin mopedləri Xocasən qəsəbəsinə gətirmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1(101)-1010/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1838/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarı ilə hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 23 iyun 2023-cü il tarixli, 9/4688 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Nama 48” markalı maped istifadədə olunması və üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, cızıqlar) nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1 100,00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 23 iyun 2023-cü il tarixli, 9/4744 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Kuba” markalı mapedin istifadədə olunması və üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, cızıqlar) nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1 000,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Şahid ünvan 7 ünvanının həyətini göstərib “Nama 48” markalı mapedi həmin ünvandan oğurlayıb əli ilə itələyərək apardıqlarını, ünvan 8rləşən “Gentrum” otelini göstərərək “Kuba” markalı mapedi də oradan oğurlayıb əllə itələyərək yaşadıqları Xocasən qəsəbəsinə apardıqlarını bildirdi. Həmin ünvanlarda fotoşəkillər çəkilib bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 13 iyul 2023-cü il tarixli, 47-3/2-7266 nömrəli məktubundan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Banqladeş Xalq Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus mapedi oğurlayan X4 olduğu yer müəyyən edilmiş və həmin ünvanda, yəni Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, nömrəsiz fərdi evə baxış keçirilərkən X6 ünvandan qaçdığı üçün tutulması mümkün olmamış, lakin oğurladığı “Nama 48” markalı motosiklet həmin ünvanda müəyyən edilərək götürülmüş və istintaqa təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 19 iyun 2023-cü il tarixli, 47- 3/2-6390 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Khan Muhammad Zərərçəkmiş şəxs2 məxsus “Kuba” markalı mapedi oğurlayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədilə apardıqları əməliyyat tədbrliri nəticəsində onun oğurladığı maped tapılaraq götürülmüşdür. Məhkəmə iclasında iş materiallarında olan Səbail rayonu Xaqani küçəsi 3 ünvanında quraşdırılmış videomüşahidə kamerasından götürülmüş video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 13 may 2023-cü il tarixdə gecə vaxtı Şahid tərəfindən ünvan 10 ünvanından tanışı Təqsirləndirilən şəxs ilə birlikdə mopedlərin oğurlamaları faktı görüntülənir. Belə ki, diskdə olan birinci faylı açıb baxdıqda 5 saniyyəlik görüntüdə Şahid və Təqsirləndirilən şəxs birlikdə əllərində paket piyada olaraq Ü.Hacıbəyov küçəsi ilə getmələri görüntülənir; ikinci faylı açıb baxdıqda 8 saniyyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Şahid və Təqsirləndirilən şəxs birlikdə əlləri ilə mapedləri itələyərək piyada hadisə yerindən uzaqlaşmaqla mərkəzə doğru hərəkətdə olmaları görüntülənir; üçüncü faylı açıb baxdıqda 9 saniyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Şahid və Təqsirləndirilən şəxs birlikdə əllərində mopedləri itələyərək iti addımlarla Ü.Hacıbəyov küçəsində səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır; diskin dördüncü faylma aşıb baxdıqda 11 saniyyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Şahidla Təqsirləndirilən şəxsin birlikdə Ü.Hacıbəyiv küçəsində olan mopedi oğurlamaları və əllərində oğurladıqları mopedləri əlləri ilə itələyrək iti addımlarla Ü.Hacıbəyov küçəsində səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır; diskin beşinci faylma açıb baxdıqda 13 saniyyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Şahidla Təqsirləndirilən şəxsin birlikdə Ü.Hacıbəyiv küçəsində oğurladıqları mopedi əlləri ilə itələyərək piyada iti addımlarla Ü.Hacıbəyov küçəsi ilə səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır. 13 may 2023-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus mapedin oğurlandığı zamanı hadisə yerinin ünvan 11 ünvanının həyəti olması, həyətin giriş hissəsində Bakı Abadlıq tərəfindən təmir işləri görülməsi, yaşayış binasının qədim tikili olması, beş mərtəbəli olması müəyyən edilmişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Eyni zamanda zərərçəkmiş X8 Ahmed Gülzara məxsus motosiklin oğurlanması hadisəsi yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisə yeri ünvan 13 ünvanında yerləşən “Centrum” otelinin həyətidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1274 saylı, 17 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata baxılması haqqında 17 fevral 2024-cü il tarixli qərarından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 21 fevral 2024-cü il tarixli məktubundan görünür ki, həbsdə saxlanılma müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətinə inzibati həbs olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin qərar ona 22 fevral 2024-cü il tarixində, saat 14:45-də elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 09 mart 2024-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs könüllü istintaq şöbəsinə gələrək zəruri istintaq hərəkətlərinin aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli ,1(009)-183/2024 saylı qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazilyinin Penitnsiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 14 iyun 2024-cü il tarixli məktubundan və tutma protokolundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs başqa iş üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən başqa cinayət işi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazilyinin Penitnsiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(009)-183/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya cinayət işi üzrə hüquqi prezumpsiyaların və faktların prezumpsiyalarının istifadə edilməsini qadağan etmir, lakin dövlətlərdən təqsirləndirilən şəxs üçün işin nəticəsinin vacibliyinin nəzərə alınmasını və onun müdafiə hüququnun təmin edilməsi məqsədi ilə belə istifadənin ağlabatan hədlərlə məhdudlaşdırılmasını tələb edir (Salabiaku Fransaya qarşı iş üzrə 1988-ci il 7 oktyabr tarixli Qərar, § 28; Radio France və digərləri Fransaya qarşı iş üzrə 2004-cü il 30 mart tarixli Qərar, § 24). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin alınmış məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs: Binəqədi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və 23 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur, hazırkı halda Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini 12 may 2023-cü il tarixdə törətmişdir, ilkin cinayətinə görə məhkumluğunun ödənilməsinə 41 gün qalmış yenidən oğurluq cinayəti törətmişdir, ona görə də o hazırkı cinayəti törədərkən məhkum olunmuş şəxs hesab edilməli və Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində nəzərdə tutulan “qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi -cinayətin residivi” hesab olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Binəqədi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edildiyini, hazırki cinayət hadisəsini isə 12 may 2023-cü il tarixində baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.3-ci maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Eyni zamanda elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 iyul 2009-cü il təvəllüdlü və 07 fevral 2012-ci il təvəllüdlü övladları vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 13 iyul 2009-cü il təvəllüdlü və 07 fevral 2012-ci il təvəllüdlü övladlarının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhum olunmasını, məhkumluğunun ödənilməməsini və hal-hazırda residivinin müəyyən olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasının əvvəlinin hökmün elan oldunuğu vaxtdan hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 100 (yüz) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış iki ədəd mapedin zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınmasını, 01 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün elan edildiyi tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış iki ədəd mapedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın, 01 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 360 (üç yüz almış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar