Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-184/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» kimi tanınan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi çəkisi 0,168 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyaraq saxlamış, 01 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanından vətəndaş X5 məxsus 1 ədəd “Huavvei P Smart” və 1 ədəd “Samsung Note 3” markalı mobil telefonları oğurlamış şəxsin müəyyən olunması istiqamətində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilindiyinə görə 29 aprel 2021-ci il tarixdə saat 20:00 radalərində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 9-cu Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 20:40-da üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0.168 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ünvan 2nda ailəsi ilə birlikdə yaşayır. 29 aprel 2021-ci il tarixdə saat təxminən saat 20 radələrində yaşadığı Mərdanov qardaşları küçəsi 51 saylı ünvanın yaxınqlığında dayanmışdır. Həmin vaxtı ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb, özlərini Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək, onlarla polis bölməsinə getməyi təklif etmişlər. Etiraz etmədən onlarla birlikdə 9-cu PB-nə gəlmişdir. Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə hüqüqların izah olunaraq üzərinə şəxsi axtarış aparılması barədə qərarla tanış edib video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə ona bildirilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərində narkotik vasitə olan “şüşə” - “metamfetamin” var. Bundan sonra onun üzərinə baxış keçirən zaman əynindəki qara rəngli qış gödəkçənin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd qızılı kağız büküm aşkar olunaraq götürülmüşdü. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 5 manat verib almışdır. Üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmiş və ondan psixotrop maddə aşkar olunması barədə protokol tərtib edilmişdir. Həmçinin göstərmişdir ki, o, psixotrop maddənin alüdəçisidir, 10 il olar ki, psixotrop maddə qəbul edir. Həmin psixotrop maddə olan metafetamini şəxsi istifadəsi ücün 29 aprel 2021-ci il tarixdə «Kubinka» adlanan yerdə almışdır. Üzərində gəzdirdiyi psixotrop maddə olan metamfetamini özünün istifadəsi ücün alıb saxlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşimançılıq çəkməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə 01 noyabr 2020-ci il tarixdə ünvan 7 ünvanından X5 məxsus 1 ədəd “Huavvei P Smart” və 1 ədəd “Samsung Note 3” markalı mobil telefonları oğurlayan şəxsin (şəxslərin) və oğurlanmış telefonların müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin oğurluqda Araz adlı şəxsin şübhəli olması müəyyən edilmişdir. Bununla əlaqədar 29 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində Səbail RPİ-nin CAŞ-nın Şahid1, əməliyyat müvəkkili Şahid2, həmin idarənin 9-cu Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş və Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəs 51 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq 9-cu PB-nə gətirilmiş və orada o, şəxsi axtarış və götürmənin aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə olan metafetamin – bənzər kütlə olan 01 ədəd qızılı kağız büküm aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd qızılı kağız bükümdə olan ağ rəngli maddə zərfə qoyularaq ağzı bağlanmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 166 saylı» möhürü ilə möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək şahid Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 29.04.2021-ci il tarixdə saat 20:00 radələrində Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin şöbənin əməliyyat müvəkkili polis kapitanı Şahid2, həmin idarənin 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən 01.11.2020-ci il tarixdə ünvan 3 ünvanından vətəndaş X5 məxsus 1 ədəd “Huavvei P Smart” və 1 ədəd “Samsunq Note 3” markalı mobil telefonları oğurlamış şəxsin müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi. ev 51 ünıvanın yaxınlığında saxlanılaraq 9-cu PB-nə gətirilmiş və orada bölmənin baş təhqiqatçısı, polis baş leytenantı Şükür Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub-olmaması sual verilərək o, üzərində psixotrop maddə olan “şüşə” - “metamfetamin” olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd qızılı kağız büküm aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 5 manata aldığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 aprel 2021ci il tarixli 6/1733 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Vət.Təqsirləndirilən şəxs…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi -0,168 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı 1) daxildir. Tədqiqata sərf edildi 0, 05 qram, qalıq çəkisi 0, 118 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 81.82 (səksən bir manat səksən iki qəpik) manat müəyyən edilmişdir. 24 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,118 qram olan psixotrop maddəmetamfetamin saxlanılması ücün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 05 may 2021-ci il tarixli 1379 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 01 may 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X3 həbsdən azad olunmuşdur. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.05.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 05.04.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 4 ay 23 gün çəkmədən vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası MM-nin 07.05.2013-cü il tarixli «Amnistiya» Qərarın 3 bəndi tətbiq edilməklə Qaradağ rayon məhkəməsinin 12.07.2013-cü il tarixli qərarı ilə 08.05.2013-cü il tarixli çəkilməmiş 07 ay 26 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, 15.07.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilnib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cü il tarixli «Amnistiya» Qərarın 4-cü bəndinə əsasən Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılıb, 06.09.2016-cü ildə cəzasının sonu ilə azad olunub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.02.2015-ci il tarixli, 1(004)-167/2015 saylı hökmüv ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 21.07.2016-cı il tarixdə Milli Məclisin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılıb. 06.09.2016-cı il tarixdə cəzanın sonu ilə azad olunub. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,118 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 29 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,118 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-184/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-184/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver