Məhkəmə qərarları › İş №1(009)-184/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-184/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-184/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları əks etdirən video və foto çəkiliş materiallarını qanunsuz toplayaraq həmin materialları yayacağını bildirməklə zərərçəkmiş şəxsi özündən asılı vəziyyətə salıb onu cinsi əlaqəyə girməyə və nikaha daxil olmağa məcbur etmiş, sonuncu məcburiyyət qarşısında onunla cinsi əlaqəyə girsə də, nikaha daxil olmaqdan imtina etdiyi üçün qeyd olunan materialları yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, o, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs özünü Adəm Zindani kimi təqdim edib onunla tanış olub münasibətlərini davam etdirərək 2021-ci ilin dekabr ayında sonuncunun maddi ehtiyaclarının olmasını bilib bundan istifadə edərək 50 manat müqabilində onunla seksual xarakterli hərəkətlər etməsini tələb etmiş, Zərərçəkmiş şəxs razılaşdığından işlədiyi və yaşadığı ünvan 3 ünvanında yerləşən özünə məxsus heykəltəraşlıq emalatxanasında onunla seksual xarakterli hərəkətlər edərkən istifadəsində olan android tipli “Samsung A12” markalı mobil telefonunu yaşadığı evin divarında olan saxlanc yerinə yerləşdirib Zərərçəkmiş şəxs xəbəri olmadan gizli olaraq həmin hərəkətlərin videoya çəkilməsini qeydə alaraq sonuncunun barəsində şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz olaraq toplamış, bundan sonra hərəkətlərini davam etdirərək 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs onun qızlıq pərdəsinin tamlığının pozulmadığını düşündüyü halda onunla təbii yolla cinsi əlaqədə olmaq barədə təklif etmiş, lakin Zərərçəkmiş şəxs onun bu təklifindən imtina etdiyinə görə özündə ona məxsus şəxsi həyatın sirri olan həmin video çəkiliş materiallarının olduğunu, təbii yolla cinsi əlaqədə olmadığı təqdirdə həmin materialları yayacağını bildirməklə Zərərçəkmiş şəxs həmin görüntüləri “Samsung A12” markalı, (055) ***-**-** nömrəli mobil telefonunun “Whatsapp” proqramı vasitəsilə sonuncunun istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonun “Whatsapp” proqramına göndərib onu məlumatlandırmaqla özündən asılı vəziyyətə salmış, Zərərçəkmiş şəxs məcbur olub video görüntülərin yayılmaması üçün qızlıq pərdəsinin tamlığının daha əvvəllər pozulduğunu etiraf etdiyindən ümumi məqsədlə 2022-ci ilin yanvar ayının ilk yarısının müxtəlif günlərində 2 (iki) dəfə həmin emalatxanada təbii yolla cinsi əlaqədə olmaqla onu cinsi əlaqəyə girməyə məcbur etmiş, bununla kifayətlənməyərək, gələcəkdə də onu özündən asılı vəziyyətdə saxlamaq və seksual xarakterli hərəkətləri üçün əlçatan olmasını təmin etmək məqsədilə 2022-ci ilin fevral ayının əvvəllərində qeyd olunan video görüntüləri yayacağını bildirməklə Zərərçəkmiş şəxs özü və yaxud tanışı Şahid1 ilə evlənməklə nikaha daxil olmağa dəfələrlə israr etməklə məcbur etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdiyi, onun mesajlarına, zənglərinə cavab vermədiyi, görüşmədiyi və ayrılmaq istədiyini bildirdiyi üçün ona etdiyi seksual xarakterli hərəkətlərin gizli olaraq qeydə aldığı video görüntüsündən sonuncuya məxsus paltarlı və cinsiyyət orqanının göründüyü, pornoqrafik xarakterli olmayan “A4” formatlı kağızda çıxarılmış rəngli şəkili Zərərçəkmiş şəxs mütəmadi olaraq müalicə üçün getdiyi ünvan 4 ünvanında yerləşən “Sağlamlıq” tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırıb həmin kağızın üzərində şəxsiyyəti barəsində məlumatlar qeyd edərək Zərərçəkmiş şəxs ünvanına qarşı təhqiramiz ifadələrə yol verməklə və istifadəçi adı “squlptor_adem_zindani” olan, 650 nəfərə yaxın izləyicisinin olduğu özünə məxsus “İnstagram” profilindən Zərərçəkmiş şəxs məzun olduğu Azərbaycan X2 rəsmi “İnstagram” səhifəsi olan “adrakademiya” səhifəsinə Zərərçəkmiş şəxs məxsus həmin foto şəkilləri göndərib şəxsiyyəti barəsində rüsvayedici məzmunlu mesajlar yazmaqla onun şəxsi həyatının toxunulmazlığını pozmuş, yəni şəxsi həyatın sirri olan məlumatları əks etdirən video və foto çəkiliş materiallarını qanunsuz toplayaraq həmin materialları yayacağını bildirməklə zərərçəkmiş şəxsi özündən asılı vəziyyətə salıb onu cinsi əlaqəyə girməyə və nikaha daxil olmağa məcbur etmiş, sonuncu məcburiyyət qarşısında onunla cinsi əlaqəyə girsə də, nikaha daxil olmaqdan imtina etdiyi üçün qeyd olunan materialları yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 151, 156.1 və 176-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları “İçərişəhər” ərazisində sataraq dolanır. Ad və soyadı şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs olsa da, hamı onu ləqəbi ilə Adəm Zindani kimi tanıyır. Zərərçəkmiş şəxs təxminən 2017-ci ildən tanımış, belə ki, Nərmin X3 təhsil alarkən qrup yoldaşı olmuş bir neçə qızla birlikdə onun ünvan 5 ünvanında icarəyə götürərək işlədiyi və yaşadığı emalatxanın yaxınlığında icarəyə götürdükləri digər emalatxanada taxtadan müxtəlif əl işləri hazırlayaraq internet sosial şəbəkələrində açdıqları səhifələr vasitəsilə satışa çıxarıb sataraq gəlir əldə etmişdilər. Qısa müddətdə Nərminlə arasında səmimi ünsiyyət yaranmış, ona özünü Təqsirləndirilən şəxs deyil, Adəm Zindani kimi təqdim etmişdir. 2019-cu ildə Nərmin qrup yoldaşları ilə birlikdə həmin emalatxanadan birdəfəlik çıxsa da, əlaqələri kəsilməmiş, Nərmin ara-sıra emalatxanaya gəlib onunla görüşərək söhbətləşmiş, hətta onun 2021-ci ilin may ayında yeni icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən emalatxanasına da gəlmişdir. 2021-ci ilin dekabr ayında söhbət əsnasında Nərmin işsiz olduğunu, lakin bu barədə ailə üzvlərinə yalan dediyini, onun əsassız yerə bayıra çıxmasına, rəfiqələri ilə görüşməsinə məhdudiyyətlər qoyduqları üçün guya işlədiyini deyərək hər səhər iş adı ilə evdən çıxdığını, lakin ay sonunda iş yerindən aldığı əmək haqqını evə aparmayacağı təqdirdə yalanının üzə çıxacağını bildirmiş, özü onun bu səbəbdən maddi sıxıntılarının olduğunu bilib pul qarşılığında kuni etməyi (cinsiyyət orqanını öpməyi) təklif etmiş, Nərmin də razılıq vermişdir. Çünki Nərmin söhbətlərinin birində ona bakirə olduğunu demiş, bu səbəbdən təbii yolla cinsi əlaqədə olmaq barədə ona hər hansı təklif irəli sürməmişdir. Aralarındakı razılığa əsasən 2021 -ci ilin dekabr ayında Mirzə Mansur küçəsində yerləşən emalatxanasında Nərminə 50 (əlli) manat məbləğində pul verərək onun cinsiyyət orqanını öpməklə seksual hərəkətlər etmişdir. Bundan başqa, 2021 -ci ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda əlavə üç dəfə Nərminlə həmin emalatxanada eyni məqsədlə görüşmüşdür. Bu görüşlərin hər biri Nərminin könüllü razılığı əsasında baş tutmuşdur. İkinci görüşləri zamanı əvvəlcədən emalatxanada özünə məxsus olan “Samsung A12” markalı mobil telefonunun video qeydiyyat funksiyasını aktiv edib onu dekor kimi divara bərkidilmiş dəmir çamadanda olan şüşə qabların arasında görünməyən yerə yerləşdirməklə Nərminlə münasibətlərini gizli olaraq qeydə almış və bu barədə ona hər hansı məlumat verməmişdir. Məqsədi Nərminin gələcəkdə onu zorlaması, ona qarşı zor tətbiq edərək məcburi şəkildə, iradəsinə zidd olaraq seksual xarakterli hərəkətlər etməsinə dair hüquq mühafizə orqanlarına şikayət edəcəyi ehtimalı olduğu təqdirdə həmin görüntünü təqdim edərək Nərminin onunla könüllü münasibətdə olduğunu sübut etməkdən ibarət olmuşdur. 2022-ci ilin yanvar ayının başlanğıcında, bayram günlərində Nərminə mesaj yazaraq artıq təbii yolla cinsi əlaqədə olmaq, onun qızlıq bəkarətini pozmaq istədiyini və qarşılığında pul verəcəyini demiş, Nərmin onun təklifi ilə razılaşmamışdır. Bundan sonra Nərminin mobil telefonunun “Whatsapp” proqramına ona seksual xarakterli hərəkətlər etdiyi 2-ci görüşlərinin gizli olaraq qeydə aldığı video görüntüsündən müəyyən hissələri kəsərək göndərmişdir. Nərmin əvvəlcə onunla təbii yolla cinsi əlaqədə olmağa razılıq verməsə də, sonda qızlıq bəkarətinin əvvəllər pozulduğunu etiraf edərək təbii yolla cinsi əlaqədə olmağa razılıq vermiş, lakin bayram günlərində ailəsindən icazə ala bilmədiyi üçün evdən çıxa bilməyəcəyini, bayram günləri bitdikdən sonra işə getmək adı ilə evdən çıxaraq onunla görüşə biləcəyini demişdir. 2022-ci ilin yanvar ayının təxminən 6-7-də Nərmin emalatxanaya gəlmiş və onunla bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Nərminə 2022-ci ilin mart ayında Şuşa şəhərinə köçərək işini orada davam etdirəcəyi vaxtadək onunla görüşməsini, Şuşaya köçdükdən sonra onu bir daha narahat etməyəcəyini demişdir. Təxminən bir həftə sonra 2022-ci ilin yanvar ayının ortalarında yenidən onu görüşə dəvət etmiş və emalatxanada Nərminlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin yanvar ayının sonlarınadək münasibətləri davam etmiş, yanvar ayının sonlarında Nərminin öz həmyaşıdlarına, yəni cavan yaşlarında olan oğlanlara meylinin olduğunu düşünərək Təbriz adlı cavan yaşlarında olan bir tanışının fotoşəklini onun “Whatsapp” proqramına göndərmiş və Nərminə həmin şəxsin şəxsiyyəti barədə məlumat verib xarici görünüşünü, xasiyyətini tərifləyərək onunla evlənməsini təklif etmişdir. Nərmin bundan imtina etdiyi, zorla heç kimlə evlənməyəcəyini dediyi üçün gizli olaraq qeydə aldığı aralarında olmuş intim münasibətin görüntülərini təkrar onun “Whatsapp” proqramına göndərərək müxtəlif internet platformalarında, tanışları və ailə üzvləri arasında paylaşmaqla onu rüsvay edəcəyini demiş və qərar verməsi üçün ona vaxt vermişdir. Lakin Nərmin onun Təbrizlə və yaxud onunla evlənməyəcəyini dediyi üçün özünə məxsus olan “squlptor_adem_zindani” adlı şəxsi “İnstagram” səhifəsində Nərminin çılpaq olmayan, adi şəkillərini paylaşaraq, həmin şəkillərin altından qızın adının Nərmin olduğunu, X2 məzunu olduğunu, Biləcəri ərazisində yaşadığını, fahişə olduğunu və tanıyanların onunla əlaqə saxlamalarını qeyd etmiş, ardınca Nərminə mesaj yazaraq şəxsi “İnstagram” səhifəsinə girib onun haqqında etdiyi paylaşımlarla tanış ola biləcəyini demişdir. Həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nərminin ailə üzvlərinə məlumat verməkdən ibarət olmuşdur. Çünki Nərmin ailə üzvlərinə yalan danışaraq işə getmək adı ilə evdən çıxıb tüfeyli həyat tərzi sürməyə, müxtəlif şəxslərlə maddi maraq müqabilində qısa müddətli yaxın münasibətlər qurmağa davam etdiyindən onun düz yola çəkilməsini, əxlaqsızlıqdan uzaqlaşmasını, normal ailə həyatı quraraq normal insanlar kimi yaşamasını istəmişdir. Nərmin onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş etmiş və Təbrizlə görüşə razılıq verdiyini, bu barədə emalatxanada görüşəcəkləri zaman üzbəüz söhbət edəcəyini demiş, özü də ya onun, ya Təbrizin olacağını, başqa heç kimin olmayacağını, ona gözəl bir həyat yoldaşı lazım olduğunu deyərək səhəri gün yaşadığı Biləcəri qəsəbəsi ərazisinə gəlib üzbəüz söhbət edəcəyini bildirmişdir. Onun yaşadığı evin yaxınlığına neçə saylı avtobusun getdiyini maraqlandıqda Nərmin ona cavab verməmiş, mesajlarını cavabsız qoyduğu üçün qıcıqlandığından Biləcəri qəsəbəsinə gələrək yaşadığı evi tapıb ailə üzvlərinə onun əxlaqsız olması barədə məlumat verəcəyini demişdir. Sonrakı günlərdə də Nərmin onun mesajlarını cavabsız qoyduğu, yanına gəlmədiyi üçün mobil telefonunda olan Nərminin paltarlı və cinsiyyət orqanının göründüyü, habelə alt paltarında olduğu şəkillərini proqram vasitəsilə yan-yana birləşdirərək A4 kağızında rəngli olaraq çıxarmış və 2022-ci ilin fevral ayının əvvəllərində həmin şəkilləri onun müalicə üçün getdiyini dediyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Sağlamlıq” tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdıraraq həmin kağızın üzərində rəngli qələmlə şəkildəki qızın adının Nərmin olduğunu, həmin tibb müəssisəsinə müalicəyə gəldiyini, fahişə olduğunu bildirmişdir. Daha sonra tibb müəssisəsinin qarşısında olması ilə bağlı mobil telefonla şəkil çəkərək Nərminə göndərmiş və onun çılpaq foto şəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını demişdir. Onu görüşə çağırmaqda niyyəti cinsi əlaqədə olmaq deyil, sadəcə olaraq üzbəüz söhbət edib onu bu əxlaqsız yoldan çəkindirərək düzgün yola dəvət etməkdən ibarət olmuş və bu səbəbdən onunla görüşə gəlməsi üçün bu kimi üsullardan istifadə edib təzyiq göstərmişdir. Əlavə olaraq, aralarındakı intim görüntüləri “Youtube” internet platformasında paylaşaraq onu rüsvay edəcəyini demiş, lakin bununla bağlı heç nə etməmişdir. Bundan başqa, Nərminin əxlaqsızlıqları barədə onun təhsil aldığı X2 rəsmi “İnstagram” səhifəsi olan “adrakademiya” səhifəsinə mesaj yazmış və Nərminin cinsiyyət orqanının da göründüyü şəkilləri həmin səhifəyə göndərmişdir. Lakin Nərmin artıq onun mesajlarına cavab yazmamış və zənglərini götürməmişdir. Sonuncu dəfə Nərminə 11 fevral 2022-ci il tarixdə gecə saatlarında mesaj yazaraq ona cavab yazmadığı, görüşmək üçün yanına gəlmədiyi təqdirdə aralarındakı intim görüntüləri “Youtube” internet platformasında paylaşaraq onu rüsvay edəcəyini demişdir. Həmin gün axşam saat 18 radələrində İçərişəhərdə özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq onunla birlikdə əvvəlcə emalatxanaya gedib Nərminə məxsus “A4” formatlı kağızda çıxarılmış rəngli şəkilləri götürmüş, oradan da polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 təhsil aldığı 2017-ci il tarixdə qrup yoldaşı olmuş bir neçə qızla birlikdə ünvan 5 ünvanında emalatxana icarəyə götürmüş və həmin emalatxanada taxtadan müxtəlif əl işləri hazırlayaraq həmin işləri internet sosial şəbəkələrdə açdıqları səhifələr vasitəsilə satışa çıxararaq gəlir əldə etmişlər. Həmin emalatxana ilə üzbəüz digər emalatxanada isə özünü Adəm Zindani kimi təqdim edən şəxs tək yaşamış və işləmişdir. Tanış olduqları zaman həmin şəxs emalatxanada ağac gövdələri üzərində müxtəlif oyma işləri apararaq fiqular hazırlayıb onları İçərişəhərdə müxtəlif yerlərdə sataraq gəlir əldə etdiyini demişdir. Emalatxanada işlədiyi müddət ərzində Adəm bir neçə dəfə yaxınlaşaraq onunla danışmaq istədiyini, xoşu gəldiyini bildirsə də, aralarında kifayət qədər yaş fərqinin olduğunu, ən əsası da ona qarşı fərqli hislər keçirmədiyini deyib rədd cavabı vermişdir. Adəm özünün kimsəsiz olduğunu, valideynlərinin ondan imtina etdiyini, həyatda ona yaxın birinin olmadığını, hamının ondan nifrət etdiyini bildirdiyi, tək-tənha yaşamaqdan bezdiyini dediyi üçün ona yazığı gəlmiş və dost kimi problemlərini dinləmişdir. 2019-cu il tarixdə emalatxanadan çıxmış və 2021-ci ilin dekabr ayınadək müxtəlif yerlərdə rəssam, dizayner və digər işlərdə işləmişdir. Həmin ərəfələrdə Adəmlə arabir yazışmış və emalatxanasına gedib görüşərək söhbət etmişdir. 2021-ci ilin dekabr ayında işsiz qalmış, lakin bu barədə ailə üzvlərinə bildirməmişdir. Çünki ailə üzvləri bir qədər fərqli və qapalı dünyagörüşünə sahib olduqlarından onun əsassız yerə bayıra çıxmasına, rəfiqələri ilə görüşməsinə məhdudiyyətlər qoymuş, bu səbəbdən onlara işdən çıxmasını deməyib hər səhər işə getmək adı ilə evdən çıxaraq rəfiqələri ilə görüşüb vaxtını keçirmişdir. Hətta bir neçə dəfə Adəmin 2021-ci ilin may ayında yeni icarəyə götürdüyü İçərişəhər, Mirzə Mansur küçəsi, ev 94 ünvanında yerləşən yeni emalatxanasına gedərək onunla görüşüb söhbətləşmişdir. Adəmlə söhbətlərinin birində işdən çıxmasını ailə üzvlərinə bildirmədiyini, hər gün işə getmək adı ilə evdən çıxdığını, ay sonunda maaş aparmayacağı təqdirdə yalanının üzə çıxacağını demiş, sonuncu onun maddi sıxıntılarının olduğunu bilib pul qarşılığında kuni etməyi (cinsiyyət orqanını öpməyi) təklif etmişdir. Özü maddi sıxıntıları olduğu üçün məcburiyyət qarşısında buna razılıq vermiş, 2021-ci ilin dekabr ayında onun Mirzə Mansur küçəsində yerləşən emalatxanasında görüşmüş və Adəm ona 50 (əlli) manat məbləğində pul verərək cinsiyyət orqanını öpməklə seksual xarakterli hərəkətlər etmişdir. Həmin vaxt Adəm bu hərəkətlərini kameraya çəkməklə qeydə almaq istədiyini desə də, ona qəti şəkildə icazə verməmişdir. 2021-ci ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda əlavə üç dəfə Adəm onunla həmin emalatxanada görüşərək hər dəfəsində 50 (əlli) manat məbləğində pul verib onun cinsiyyət orqanını öpməklə seksual xarakterli hərəkətlər etmişdir. Bu görüşlər hər ikisinin könüllü razılığı əsasında baş tutmuş, bu müddət ərzində aralarında digər formada cinsi əlaqə olmamışdır. Belə ki, Adəmi bakirə olduğunu demiş, digər formada cinsi əlaqəyə isə qəti şəkildə razılıq verməmişdir. Aralarındakı görüşlər zamanı Adəm onu çox istədiyini, birlikdə uzaqlara qaça biləcəyini demiş, özü isə ona müvəqqəti olduğunu, maddi ehtiyacları səbəbindən onunla görüşmək məcburiyyətində qaldığını, ona qarşı bir istəyinin olmadığını, ən qısa müddətdə ayrılacağını bildirmişdir. 2022-ci ilin yanvar ayının başlanğıcında, bayram günlərində Adəm mesaj yazaraq təbii yolla cinsi əlaqədə olmaq istədiyini, bu səbəbdən qızlıq bəkarətini pozmaq istədiyini və qarşılığında pul verəcəyini demiş, lakin o razı olmamışdır. Bundan sonra Adəm onun mobil telefonunun “Whatsapp” proqramına 2-ci görüşlərinin gizli olaraq qeydə aldığı video görüntüsünü hissə-hissə kəsib göndərmiş və onunla təbii yolla cinsi əlaqədə olmayacağı təqdirdə həmin görüntüləri müxtəlif sosial şəbəkələrdə, internet portallarında yayaraq, habelə tanıdığı şəxslərə və ailə üzvlərinə göndərərək onu rüsvay edəcəyini demişdir. Həmin görüntüləri gizli olaraq qeydə aldığı və bununla onu şantaj etdiyi üçün polisə şikayət edəcəyini bildirsə də, Adəm əməlinin heç bir məsuliyyətə səbəb olmadığını demişdir. Onun heç nədən qorxmadığını, cinsi əlaqədə olmayacağı təqdirdə onu rüsvay edəcəyini düşünüb məcbur qalaraq qızlıq bəkarətinin əvvəllər pozulduğunu deyib təbii yolla cinsi əlaqədə olmağa razılıq vermişdir. 2022-ci ilin yanvar ayının təxminən 6-7-də həmin emalatxanaya getmiş və intim videolarını yaymaqla bağlı Adəmin hədələrinə görə ondan asılı vəziyyətə düşüb bir dəfə təbii yolla cinsi əlaqəyə girmək məcburiyyətində qalmışdır. Bundan sonra yalvararaq istədiyini əldə etdiyini, özündən asılı vəziyyətə salaraq onunla cinsi əlaqədə olduğunu, artıq əl çəkməsini, həyatından çıxmasını, onu şantaj etməməsini xahiş etmiş, Adəm isə əl çəkməyəcəyini, 2022-ci ilin mart ayında Şuşa şəhərinə köçüb işlərinə orada davam edəcəyini, həmin vaxtadək onunla cinsi əlaqədə olmasını, bundan sonra onu sərbəst buraxacağını bildirmişdir. Heç bir yolu olmadığı üçün onun bu təklifi ilə razılaşmaq məcburiyyətində qalmış, bundan bir həftə sonra 2022-ci ilin yanvar ayının ortalarında yenidən görüşə dəvət etdiyi, gəlməyəcəyi təqdirdə eyni qaydada gizli olaraq çəkdiyi həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq və yaxınlarına göndərərək onu rüsvay edəcəyini bildirdiyi üçün heç bir çıxış yolu qalmadığından görüşməyə razı olmuş və həmin emalatxanada Adəmlə yenidən bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra bir daha yalvararaq onu sərbəst buraxmasını, şantaj yolu ilə cinsi əlaqəyə məcbur etməməsini, əks təqdirdə intihar edəcəyini demiş, sonuncu isə onun sözlərinə məhəl qoymayaraq əl çəkməyəcəyini bildirmişdir. Növbəti günlərdə Adəmin istəkləri artmağa başlamış, belə ki, 2022-ci ilin yanvar ayının sonlarında Təbriz adlı bir tanışının şəklini onun “Whatsapp” proqramına göndərərək həmin şəxsin şəxsiyyəti haqqında məlumat verib, xarici görünüşünü, xasiyyətini tərifləyib ya onunla, ya da ki, özü ilə nikaha girməsini, əks təqdirdə eyni qaydada onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlmiş, özü isə onun bu istəklərindən qəti şəkildə imtina edərək bir daha görüşməyəcəyini, bütün psixoloji vəziyyətini məhv etdiyini, intihar etmək qərarına gəldiyini deyib əl çəkməsini xahiş etmiş, Adəm onun razı olmadığını görüb aralarında olmuş intim münasibətin gizli olaraq qeydə aldığı video görüntüsündən onun çılpaq olduğu görüntüləri fotoşəkil kimi kəsərək həmin şəkilləri “Whatsapp” proqramı vasitəsilə ona göndərib cinsi əlaqədə olmayacağı, onunla yaxud Təbriz adlı tanışı ilə evlənməklə bağlı təklifi ilə razılaşmayacağı təqdirdə həmin fotoşəkilləri və video görüntüləri müxtəlif sosial şəbəkələrdə, internet portallarında yayaraq, habelə tanıdığı şəxslərə və ailə üzvlərinə göndərərək onu rüsvay edəcəyini demiş, görüşməməkdə israrlı olduğunu, şantajlarına baş əyməyəcəyini bildikdən sonra hədələri daha da artmağa başlamış və mesaj yazaraq 650 (altı yüz əlli) nəfərə yaxın izləyicisi olan özünə məxsus “squlptor_adem_zindani” adlı “İnstagram” səhifəsində onun şəkillərini paylaşdığını bildirmişdir. Bu səbəbdən şəxsi “İnstagram” səhifəsindən onun səhifəsinə daxil olub baxdığı zaman Adəmin ona məxsus çılpaq olmayan, adi şəkillərini paylaşaraq həmin şəkillərin altından adının Nərmin olduğunu, X2 məzunu olduğunu, Biləcəri ərazisində yaşadığını, fahişə olduğunu və tanıyanların onunla əlaqə saxlamasını bildirərək onu təhqir və rüsvay etdiyini görmüş, həmin rüsvayedici paylaşımları “İnstagram" səhifəsində ola biləcək ortaq tanışlarının görə biləcəyini, paylaşımlardan ailə üzvlərinin xəbərdar ola biləcəyini düşünüb qorxu və həyəcan içində olmuş, dərhal mesaj yazaraq ondan belə etməməsini, əks təqdirdə intihar edərək özünü öldürəcəyini deyib yalvarmış, o, isə buna məhəl qoymayıb onun çılpaq şəkillərini “A4" formatında rəngli şəkildə çıxarıb yaşadığı Biləcəri qəsəbəsi ərazisində, ginekoloji problemlərilə bağlı müayinə üçün getdiyi Bayıl qəsəbəsində yerləşən “Sağlamlıq” tibb müəssisəsində, təhsil aldığı X2 inzibati binasında divarlara yapışdıraraq onu hər kəsin içində rüsvay edəcəyini, intihar edərək özünü öldürsə belə onunla morqda cinsi əlaqədə olacağını demişdir. Hətta bir neçə dəfə mesajlarında ayrılacağı təqdirdə onu öldürəcəyi ilə də hədələmiş, nə edəcəyini bilmədiyi üçün yaxın dost münasibətində olduğu Murad adlı şəxslə görüşərək ancaq ona bu barədə danışmış, o, Adəmin mobil nömrəsini götürərək əlaqə saxlayıb özünü təqdim etməklə nə səbəbə onu (Nərmini) narahat etdiyini maraqlanmış, Adəm isə cavab vermədən telefon zəngini sonlandırmışdır. Murad vaxtında hüquq mühafizə orqanlarına müraciət etməsini, əks təqdirdə onun şantajlarının bitməyəcəyini demişdir. Növbəti günlərdə Adəm onu bu hərəkətindən daha da qıcıqlandığını bildirərək artıq intim görüntülərini X2 rəsmi internet səhifəsinə göndərib onun barəsində məlumatlar verərək rüsvay etdiyini, habelə çılpaq şəkillərini “A4” formatında çıxarıb yaşadığı Biləcəri ərazisində, tibb müəssisəsinin yerləşdiyi Bayıl qəsəbəsində, X2 inzibati binasında müxtəlif yerlərə yapışdırdığını demişdir. Sonuncu dəfə 11 fevral 2022-ci il tarixdə gecə saatlarında nalayiq sözlər yazaraq onu bir daha şantaj etmiş, Adəmin hədələrinin bitməyəcəyini görüb həmin gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Space TV”nin inzibati binasının yaxınlığında olarkən artıq nə baş verəcəyini düşünmədən yanından keçən tanımadığı şəxslər vasitəsilə ən yaxın polis məntəqəsinin yerləşdiyi ünvanı öyrənib həmin ünvana getmiş və Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə şikayət ərizəsi ünvanlayıb izahat verərək Adəm kimi tanıdığı şəxsin ona hədə-qorxu gəldiyi, şantaj etdiyi mesajlardan çıxarışları, seksual hərəkətlər edərkən gizli olaraq qeydə aldığı və ona göndərdiyi video görüntüləri 01 (bir) ədəd disk şəklində izahatına əlavə etmişdir. Polis bölməsində araşdırma aparıldığı müddət ərzində onun əsl adının Adəm Zindani deyil, Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6-7 il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində səyyar şəkildə təbii meyvə şirələrinin satışı ilə məşğul olarkən Təqsirləndirilən şəxs Adəm Zindani kimi tanımış, sonuncu ona İçərişəhərdə kirayə tutduğu tək otaqlı emalatxanada tək yaşadığını və ağac gövdələri üzərində oyma işləri apararaq müxtəlif fiqurlar hazırlayıb İçərişəhər ərazisində satmaqla dolandığını demişdir. 2019-cu ildə işlə əlaqədar olaraq Rusiya Federasiyasının Moskva şəhərinə gedərək 2 il orada qalıb işləmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. Rusiya Federasiyasında işləri qaydasında getmədiyi üçün 2021-ci ilin noyabr ayında Azərbaycana qayıtmış, 2022-ci ilin yanvar ayında İçərişəhər ərazisində olarkən təsadüfən Təqsirləndirilən şəxs göüb görüşərək bir qədər söhbət etmişdir. Söhbət əsnasında Vüsal onun evlənib-evlənmədiyini maraqlanmış, özü də kimsəsiz olduğu və maddi vəziyyəti aşağı olduğu üçün hələlik evlənə bilmədiyini demişdir. Bir neçə gün sonra Vüsal əlaqə saxlayaraq cavan yaşlarında bir qız olduğunu, həmin qızın özünün ali təhsilli olduğunu, xasiyyətcə yaxşı, görünüşcə gözəl olduğunu və həmin qızla evlənmək istəyib-istəmədiyini maraqlanmış, özü buna dair hər hansı etiraz bildirmədiyi üçün şəxsi anket məlumatları (doğulduğu yer, təvəllüd, çəki, boyu və s.) barədə yazaraq özünə aid bir foto şəkil göndərməsini demişdir. Özü onun qeyd etdiyi kimi şəxsi məlumatlarını yazaraq özünə məxsus foto şəkillə birlikdə ona mesaj göndərmiş, lakin Vüsal həmin qız barədə ona əlavə heç bir məlumat verməmiş və hər hansı foto şəkil göndərməmişdir. Həmin günün axşamı Vüsal əlaqə saxlayaraq, qızın onu bəyənmədiyini və bu işin alınmayacağını demiş, bundan sonra qız barəsində aralarında hər hansı danışıq olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüsal onun şəklini Nərmin adlı qıza göndərərək sonuncunu onunla evlənməyə məcbur etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu ildən tanıyır və onunla yaxın dostluq münasibəti olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində ünvan 7 ünvanında satıcı işlədiyi “Plus Mobile” telefon mağazasında olduğu zaman Zərərçəkmiş şəxs həmin yerə gəlib görüşərək ağlamağa başlamış, ondan nə baş verdiyini soruşduqda tanışı olan bir şəxslə intim münasibətdə olduğunu, həmin şəxsin aralarındakı münasibəti gizli olaraq videoya çəkməklə qeydə alıb onu şantaj edərək yenidən cinsi əlaqədə olmaq üçün yanına çağırdığını, əks təqdirdə həmin görüntüləri, onun çılpaq şəkillərini müxtəlif yerlərdə, tanışları və ailə üzvləri arasında yaymaqla onu rüsvay edəcəyini dediyini bildirmiş və kömək etməsini xahiş etmişdir. O həmin şəxsin mobil nömrəsinə zəng edərək özünü təqdim etmiş, nə səbəbə Nərmini narahat etməsi ilə maraqlanmışdır. Həmin şəxs isə heç bir cavab vermədən telefon zəngini sonlandırmışdır. Bundan sonra Nərminə vaxtında hüquq mühafizə orqanlarına müraciət etməsini, əks təqdirdə həmin şəxsin ona qarşı şantajlarının bitməyəcəyini demişdir. Bundan bir neçə gün sonra Nərmin şikayət ərizəsi ilə polis orqanına müraciət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci il tarixdən Azərbaycan X2 mətbuat katibi vəzifəsində işləyir və Akademiyanın rəsmi “İnstagram” səhifəsi olan “adrakademiya” səhifəsini idarə edir. 01 fevral 2022-ci il tarixdə “squlptor_adem_zindani” adlı “İnstagram” səhifəsindən Akademiyanın “İnstagram” səhifəsinə mesaj daxil olmuş, həmin şəxs əvvəllər tanımadığı bir qızın şəklini göndərərək onun adının Nərmin olduğunu, Akademiyanın qrafik-dizayner ixtisası üzrə təhsil aldığını, onu axtardığını və tapmaqda köməklik göstərmələrini bildirmiş, özü bu sahədə köməklik edə bilməyəcəklərini dedikdə isə həmin qızın onun emalatxanasından 1.400 manat pul oğurladığını, bu səbəbdən axtardığını deyib Akademiyanı guya həmin qız kimi əxlaqsız tələbələr yetişdirdiyinə görə təhqir etməyə başlamışdır. Həmin şəxsə Akademiyanı təhqir etməməsini, oğurluqla bağlı polis orqanlarına müraciət etməsini tövsiyyə etmişdir. Həmin şəxs adının Nərmin olduğunu qeyd etdiyi qızın bir neçə ədəd yarı çılpaq şəkillərini göndərərək onu hamının tanımalı olduğunu, onların də hər yerdə həmin qızı rüsvay etmələrini yazmışdır. İş materiallarında olan 14 mart 2022-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 151və 156.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət nəticəsində birbaşa mənəvi ziyan vurulmuş Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi mobil telefonu götürülmüşdür. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefona istifadəçisi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidinə “5555” rəqəmi daxil edilərək kilid açıldı. Mobil telefonun “Foto”, “Mesajlar”, “Zənglər” bölməsinə daxil olunaraq baxış keçirildi və cinayət təqibi üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilmədi. Mobil telefonun “Whatsapp” bölməsinə daxil olunaraq baxış keçirilərkən həmin bölmədə Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə yazışmalar mövcuddur. Baxış zamanı müəyyən edildi ki, yazışmalar xx.xx.2022-ci il tarixdən başlayır. İstintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunu yenilədiyi üçün həmin tarixdən əvvəlki yazışmaların silindiyini qeyd etdi. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olmuş bütün yazışmalara baxış keçirildi. Baxış zamanı onlar arasında 22.01 2022-cil tarixdən 30.01 2022-ci il tarixədək olmuş yazışmalardan bir-biri ilə normal münasibətdə olduqları görünür. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan yazışmaların və mesajların məzmunundan isə Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında olmuş intim münasibətin gizli olaraq qeydə aldığı video görüntülərini və həmin görüntülərdən kəsdiyi Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə olduğu fotoşəkilləri yayacağını bildirməklə onu özündən asılı vəziyyətə salıb cinsi əlaqəyə girməyə, onunla yaxud tanışı Şahid1la nikaha daxil olmağa məcbur etməsi, Zərərçəkmiş şəxs məcburiyyət qarşısında onunla cinsi əlaqəyə girsə də, nikaha daxil olmaqdan imtina etdiyi üçün qeyd olunan materialları yaymaqla şəxsi həyatın toxunulmazlığını pozması müəyyən olunur. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “Təhqiqat materiallarına əlavə edilmiş fotoşəkillərə, “Whatsapp” yazışmaları, “İnstagram” paylaşımlarından çıxarışlara və DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs izahatına əlavə etdiyi fotoşəkillər 2 (iki) fərqli görüntüdə olan fotoşəkillər olmaqla cəmi 9 (doqquz) ədəddir. Təqsirləndirilən şəxs həmin fotoşəkilləri 11 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ərizəsi üzrə Yasamal RPİ- nin 26-cı Polis bölməsində izahat verərkən könüllü olaraq təqdim etdiyi fotoşəkillər olduğunu bildirdi. Həmin fotoşəkillərin 4 (dörd) ədədi Zərərçəkmiş şəxs məxsus paltarlı və cinsiyyət orqanının göründüyü vəziyyətdə yan-yana birləşdirilmiş, “A4” formatlı kağızda rəngli şəkildə çıxarılmış eyni fotoşəkillərdir. Digər 5 (beş) ədəd fotoşəkil isə Zərərçəkmiş şəxs məxsus boğaz nahiyəsindən yuxarı üz nahiyəsinin göründüyü və qara rəngli alt paltarında olan vəziyyətdə yan-yana birləşdirilmiş, “A4” formatlı kağızda rəngli şəkildə çıxarılmış eyni fotoşəkillərdir. Təqsirləndirilən şəxs həmin fotoşəkillərdən 01 (bir) ədədini Zərərçəkmiş şəxs müalicə üçün getdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Sağlamlıq” tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını və başqa heç bir yerə yapışdırmadığını qeyd etdi. Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi 01 (bir) ədəd DVD disk kompüterin sistem blokunda yerləşən disk yuvasına salındı. Diskdə 4 (dörd) ədəd video qovluq vardır. İkinci fayl “Nermin” adlı qovluqda mövcud olan «2022 02 11_20_40_İMG_0187.MP4» adlı video fayldır. Həmin faylın müddəti 01 dəqiqə 51 saniyədir. Video faylda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vaginal orqanını öpməsi, əli ilə onun vaginal orqanına toxunması görünür və intim münasibət zamanı ehtiras yaradan səslər eşidilir. Üçüncü fayl “Nermin” adlı qovluqda mövcud olan «2022 02 11_20_40_İMG_0185.MP4» adlı video fayldır. Həmin faylın müddəti 01 dəqiqə 41 saniyədir. Video faylda çarpayıda üzü üstə, çılpaq formada uzanmış Zərərçəkmiş şəxs çılpaq formada olan Təqsirləndirilən şəxsla intim münasibətdə olması, daha sonra ayağa qalxaraq Zərərçəkmiş şəxs arxasına əli ilə toxunması və onun arxasını öpməsi görünür. Dördüncü fayl “Nermin” adlı qovluqda mövcud olan «2022_02_11_20_40_İMG_0188.MP4» adlı video fayldır. Həmin faylın müddəti 01 dəqiqə 21 saniyədir. Video faylda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs paltarlarını geyinməsi müşahidə olunmaqla, cinsi aktın həyata keçirilməsi müəyyən olunmur. Zərərçəkmiş şəxs həmin faylların 2021-ci ilin dekabr ayında ünvan 2 ünvanında ikinci görüşləri zamanı Təqsirləndirilən şəxs onun cinsiyyət orqanını öpərkən gizli olaraq qeydə aldığı və 2022-ci ilin yanvar ayının əvvəllərində onun “Whatsapp” proqramına göndərərək onunla təbii yolla cinsi əlaqədə olmayacağı təqdirdə müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, ailə üzvlərinə və yaxınlarına göndərməklə hədələdiyi video görüntülər olduğunu, həmin video görüntüləri Yasamal RPİ-nin 26-cı PB-də izahat verərkən 01 (bir) ədəd DVD diskə köçürüb könüllü olaraq təhqiqata təqdim etdiyini bildirdi. Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi “Whatsapp” yazışmalarından çıxarışlar 27 (iyirmi yeddi) ədəd “A4” formatlı kağızda çıxarılmış yazışmalardır. Zərərçəkmiş şəxs həmin yazışmaların 2022-ci ilin yanvar-fevral aylarında onunla Təqsirləndirilən şəxs arasında olmuş yazışmalar olduğunu və Təqsirləndirilən şəxs ona yazdığı, lakin özünün cavab yazmadığı şantaj xarakterli mesajlar olduğunu, həmin yazışmalardan və mesajlardan çıxarışları Yasamal RPİnin 26-cı PB-də izahat verərkən könüllü olaraq təhqiqata təqdim etdiyini bildirdi. Təqsirləndirilən şəxs həmin mesajları özünün Zərərçəkmiş şəxs yazdığını təsdiqlədi. Həmin yazışmalara və mesajlara baxış keçirildi. Baxış zamanı yazışmaların və mesajların məzmunundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi həyatının toxunulmazlığını pozması, onunla cinsi əlaqəyə girməyə, həmçinin özü yaxud tanışı Şahid1la evlənməyə məcbur etməsi barədə yazılmış mesajlar olduğu görünür. Zərərçəkmiş şəxs izahatına əlavə etdiyi “İnstagram” paylaşımlarından çıxarışlar 06 (altı) ədəd “A4” formatlı kağızda çıxarılmış “İnstagram” paylaşımlarıdır. Zərərçəkmiş şəxs həmin paylaşımları Təqsirləndirilən şəxs məxsus olan, 650 nəfərə yaxın izləyicisinin olduğu istifadəçi adı “squlptor_adem_zindani” “İnstagram” profilindən onun haqqında etdiyi paylaşımlar olduğunu, həmin paylaşımlardan çıxarışları Yasamal RPİ-nin 26-cı PB-də izahat verərkən könüllü olaraq təhqiqata təqdim etdiyini bildirdi. Təqsirləndirilən şəxs həmin profilin sahibi olduğunu, Zərərçəkmiş şəxs haqqında edilmiş həmin paylaşımları özünün etdiyini təsdiqlədi. Həmin paylaşımlara tək-tək baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin istifadəçi adı ilə Zərərçəkmiş şəxs adi geyimdə olan fotoşəkillərini paylaşaraq onun Biləcəri ərazisində yaşayan, Azərbaycan X2 məzunu olan fahişə olması barədə təhqiramiz məzmunlu sözlər yazaraq etdiyi paylaşımlar olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Evə giriş üçün ikitaylı, qəhvəyi rəngli taxta materialdan qapı mövcuddur. Qapının dəstəyi boz rəngli dəmir materialdandır. Qapıdan içəri daxil olduqda dar cığırla 2-3 metr irəlilədikdən sonra sağ tərəfdə tünd-şabalıdı rəngli dəmir materialdan olan başqa bir qapı görünür. İstintaq hərəkətinin iştirakçısı Təqsirləndirilən şəxs həmin yerin onun kirayə yaşadığı və emalatxana kimi işlədiyi yer olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən qapı açıldı və içəri daxil olundu. Qapıdan içəri daxil olduqda 1 ədəd otaq vardır. Həmin otaq səliqəsiz və təmirsizdir. Otağın eni 3 metr 30 sm, uzunluğu 2 metr 35 sm, hündürlüyü 3 metr 20 sm-dir. Otağın divarları ağ rəngdədir, döşəmənin üzərinə qəhvəyi rəngli laminant döşənmişdir. Qapıdan içəri daxil olduqda sol tərəfdə 1 ədəd çarpayı vardır. Çarpayının üzərinə qırmızı rəngli xalı sərilib. Çarpayının qarşısında 1 ədəd tumboçka vardır. Tumboçkanın üzərində 1 ədəd qara rəngli “Lenovo” markalı dizüstü kompüter, kompüterin yanında isə 2 ədəd qara rəngli səsgücləndirici aparat vardır. Çarpayının olduğu divara bir-birinə paralel olan 2 ədəd dəmir asılqan bərkidilmişdir. Qapı ilə üzbəüz divarın üst hissəsi kiçik ölçüdə oyulmuş vəziyyətdə olub rəf kimi istifadə olunur və həmin yerə müxtəlif məişət əşyaları yerləşdirilmişdir. Divarın oyulmuş hissəsinin aşağı tərəfinə isə mələfə asılmışdır. Mələfəni araladıqda həmin hissədə də divarın oyulduğu və oyulmuş hissədə müxtəlif geyim əşyalarının asıldığı göründü. Qapıdan daxil olduqda sağ tərəfdəki divarda isə ikitaylı pəncərə, pəncərənin qarşısında masa, masanın üzərində isə müxtəlif ölçülü ağac budaqları görünür. Masanın qarşısında taburetka, taburetkanın qapıya tərəf yan hissəsində isə dəmir materialdan dəzgah vardır. Təqsirləndirilən şəxs həmin dəzgah vasitəsilə ağac budaqları, habelə oduncaqları üzərində oyma işləri apararaq müxtəlif fiqurlar hazırlayıb həmin fiqurları yaşadığı evin yaxınlığında olan müxtəlif obyektlərin qarşısında satışa çıxardığını bildirdi. Qeyd olunan dəzgahın üst hissəsində dekorativ əşya kimi içərisində müxtəlif rəngli boş butulkaların olduğu kiçik ölçülü çamadan bərkidilmişdir. Təqsirləndirilən şəxs məhz həmin ünvanda 2021-ci ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda 4 dəfə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini, 2022-ci ilin yanvar ayında isə müxtəlif vaxtlarda 2 dəfə onunla təbii yolla cinsi əlaqədə olduğunu dedi, həmçinin 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə aralarındakı ikinci intim münasibət zamanı qapıdan içəri daxil olduqda sağ tərəfdə divarın üst hissəsinə bərkidilmiş çamadanın içərisində olan butulkaların arasında görünməyən yerə yerləşdirdiyi özünə məxsus “Samsung A12” markalı mobil telefonu vasitəsilə sonuncuya etdiyi seksual xarakterli hərəkətləri onun xəbəri olmadan gizli olaraq qeydə aldığını bildirdi. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli “şahidin verdiyi ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsinin yerində yoxlanılması zamanı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları ünvan 8 ünvanında yerləşən “Sağlamlıq” tibb müəssisəsinin qarşısında bir daha təsdiq edərək 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla və tanışı Şahid1la evlənməkdən imtina etdiyi, onun mesajlarına və zənglərinə cavab vermədiyi, görüşmək istəmədiyi və ayrılmaq istədiyi üçün aralarında olmuş intim münasibətin gizli olaraq qeydə aldığı video görüntüsündən fotoşəkil kimi çıxarış etdiyi Nərminə məxsus fotoşəkilləri proqram vasitəsilə yan-yana birləşdirib A4 formatlı kağızda rəngli olaraq çıxardığını, 08 fevral 2022-ci il tarixdə gündüz saatlarında həmin şəkilləri Nərminin müalicə üçün getdiyini dediyi ünvan 8 ünavnında yerləşən “Sağlamlıq” tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını və həmin kağızın üzərini rəngli qələmlə yazaraq şəkildəki qızın adının Nərmin olduğunu, həmin tibb müəssisəsinə müalicəyə gəldiyini, fahişə olduğunu bildirdiyini, daha sonra tibb müəssisəsinin qarşısında olması ilə bağlı mobil telefonu ilə şəkil çəkib Nərminə göndərərək onun çılpaq foto şəkillərini həmin xəstəxananın giriş qapısının yaxınlığına yapışdırdığını demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 11 may 2022-ci il tarixli, 4069 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan 23 may 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları üzləşdirmə zamanı bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 24 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir.

2. Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2015ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 11/214 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd “DVD” diskdə, “Fatime” adlı qovluqda mövcud olan 02 dəqiqə 26 saniyəlik 2022_02_11_20_39_İMG_0186.MP4 adlı faylda əks olunmuş videogörüntü pornoqrafik xarakterlidir. Təqdim edilmiş 01 (bir) ədəd “DVD” diskdə, “Nermin” adlı qovluqda mövcud olan 01 dəqiqə 51 saniyəlik 2022_02_11_20_40_İMG_0187.MP4 adlı faylda əks olunmuş videogörüntü pornoqrafik xarakterlidir. Təqdim edilmiş 01 (bir) ədəd “DVD” diskdə, “Nermin” adlı qovluqda mövcud olan 01 dəqiqə 41 saniyəlik 2022_02_11_20_41 _İMG_0185.MP4 adlı faylda əks olunmuş videogörüntü pornoqrafik xarakterlidir.Təqdim edilmiş 01 (bir) ədəd “DVD” diskdə, “Nermin” adlı qovluqda mövcud olan 01 dəqiqə 21 saniyəlik 2022_02_11_20_41 JMG_0188.MP4 adlı faylda əks olunmuş videogörüntü pornoqrafik xarakterli deyildir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus “A4” formatlı kağızda çıxarılmış rəngli şəkillər pornoqrafik xarakterli deyildir. Tədqiqatın dəyəri 90 (doxsan) manatdır. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “Maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, 02 (iki) ədəd DVD disk, 76 (yetmiş altı) vərəq “Whatsapp” və “İnstagram” yazışmalarından çıxarışlar və 9 (doqquz) vərəq Zərərçəkmiş şəxs məxsus “A4” formatında çıxarılmış rəngli şəkillər maddi sübut qismində tanınmışdır. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilmiş, həmin disklərdə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrələrdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində çıxan və həmin telefon nömrələrinə daxil olan zənglərin, göndərilmiş və qəbul edilmiş qısa mesajların mətnləri, mobil telefonun olduğu əhata dairəsi (dislokasiya yeri), nömrə sahiblərinin adı, soyadı, ünvanı və digər zəruri məlumatlar qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022- ci il tarixdə yazdığı mesajların məzmunu: Saat 10:52 - “Salam nara bilirəm biraz kobudluq etdim esebi oldum sehvem boynuma al i ra m bagiwla tekrar seni birdaha bele incitmerem”. Saat 10:56 - “Kel bariwaq bu savaw bizimdir ve inan ki sene heec kim komek ede bilmeyecek mennen bawqa inan buna ozumuz kusub ozumuzde bariwmaliyiq men adranin resmi iki instaqram seifesinde senin haqda paylawmiwam cilpaq wekillerinide paylawmiwam ve ayri ayriliqda adranin qizlarinada paylawmiwam onlarda seni paylawib ortaya cixaracaqlar ozune yazigin kelsin nara veziyyeti pislewdirme ne qeder kec deyil”. Saat 10:58 - “Dunen kelmedin seni coox kozleyirdim depresiyaya duwmuwdum amma sen faiwe bawqa qucaqlardaydin ewwi neyse neyime lazim ne edirsen senin sozuve quvvet istediyivi verirem fsyoda ket kime verirsen ver qariwan biqeyrətdi senol”. Saat 11:03 - “Senin 2 кип vaxtin var duwun onsuzda dunen heyatinda enn boyuk sef edib o maliwa zenk elətdirdin sen bilmelisen ki qehbenin sohbetine heckim ketmirrr 2 kunnen sonra kelmesen biz bariwmasaq yazili wikayetle pilise erize verecem polis senin etrafinda seni narkotike faiweliye sovq eden hamini bir bir uze cixardacaq ve tebii ki ailende bilecek 28 deki plus tel dukanindakilar kece mene zenk vuran hami cinayet mesuliyyetine celb olunacaqlar". Saat 11:05 - “Eker rahat yawamaq isteyirsense mene birde bele qeflet zerbe vurma ezerem seni depresiyadan hele cixmamiwam keceni deli kimi kezmiwem kuceleri havanmiwdim az qala”. Saat 11:09 - “Quzum aldanma o weytan insanlara seni yalannan emin edirler ki narahat olma amma ozunde kozel bilirsen ki buna yalniz tek men son qoya bilerem aldanma o insanlara onlar ara vurmaqla seni dahada uçuruma aparacaqlar diqqetle bax kor indiyene kimi nese etmiwdim? Amma artiq dunnenen etmiwem ve ediremde yeni o petkalarin senin veziyyetivi dayda poxa salir inan mene kel biri birimizlə bariwaq mehriban olaq mende silim her weyi”. Saat 11:14 - “Tortda saxlamiwam ciceyem )) kel bariwaq ve unudaq her weyi uyma o sene yalannan kuya komek etmek isteyenlere onlar sene komek ede bilmezler hec cure”. Saat 12:42 - “Quzum indiyene kimi can dedib can ewitmiwik biri birimizi tebessumle qarwilayib yola saldiq ele addim at ki sonra ağlar qalmahaaaa o yan yorendekiler polise duwende sen sican kimi qacib kizlenecekleraaa unutma bunu weytani icinnen qov o seni poxa salacaq senol”. Saat 13:12 - “Coplu şokla kotlet ne kederrr) men unutmuwam her weyi sende unut basdir her weyi”. Saat 22:05 - “Az oyna agir ol biraz quzum". Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə yazdığı mesajların məzmunu: Saat 10:50 - “Bu kece sene verdiyim son 2 kün bitir artiq a4 formatinda wekillerlnde hazirdi ki bilecerinin enn lazimi yerlerine yapiwdirilacaq”. Saat 22:57 - “Nara votsap ac sozum var”. Saat 23:46 - “Senin o tarqoviyda emalatxana dediyin yeride tapdim harda qusmuwdun orani haralarda olmusan hamisini tapdim az qalib coox az qalib o atavi kormeyim кипе sabahda klinikada seni rusvat edim inweallah birde elmlerdeki o yeride tapacam bilirsen yubanmagim nededi?? Men sene yalan demiwdim unvanivi bilmirem amma artiq adradan yaxwi xeberler aliram weklivi sifariw vermiwem 40 dene bileceri tarqoviy heryere yapiwdiracam amma senin ucun pis burasidir ki sabah kelmesen yanima atannan qabaq ves azərbaycan bilecek kimliyivi sonda ailen amma men isteyirem tek ailen ve neslin bilsin cix uze yazigin kelsin ozuve ”. (son mesajdır). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə yazdığı mesajın məzmunu: Saat 12:37-‘‘Нее cirix vaxtin bitdi uje wukunude tapdim niwanlanib her weyi daniwdim ona artiq kecirem hucuma hazir ol”. Baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə hər hansı mesaj yazılmadığı müəyyən olundu. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə arasında hər hansı telefon danışığının olmadığı müəyyən edilmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 14:41-də 30 saniyə, xx.xx.2022-ci il tarixdə saat 14:47-də 167 saniyə danışıq olmuş və əlavə danışıq olmamışdır. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 151və 156.1-ci maddələrindən həmin Məcəllənin 151, 156.1 və 176-1.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini bildirsə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü; azadlığın məhdudlaşdırılmasının iki günü; islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü; 68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmadığından Təqsirləndirilən şəxs həmin maddə ilə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəllənin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 176-1.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan maddi sübut kimi tanınmış 04 (dörd) ədəd DVD disk, 76 (yetmiş altı) vərəq “Whatsapp” və “İnstagram” yazışmalarından çıxarışlar və 9 (doqquz) vərəq Zərərçəkmiş şəxs məxsus “A4” formatında çıxarılmış rəngli şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 90 (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 176-1.1ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 01 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə 480(dörd səksən) saat müddətə ictimai işlər cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 480(dörd səksən) saat müddətə ictimai işlər cəzası 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk, 76 (yetmiş altı) vərəq “Whatsapp” və “İnstagram” yazışmalarından çıxarışlar və 9 (doqquz) vərəq Zərərçəkmiş şəxs məxsus “A4” formatında çıxarılmış rəngli şəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 90 (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar