Məhkəmə qərarları › İş №1(009)-184/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-184/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-184/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Bəxticamal oğlunun iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Saatlı rayonu, Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Vətən müharibəsinin iştirakçısı olmuş, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bəxticamal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 21 avqust 2022-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən “Premium PUB”-ın qarşısında saxlanılarkən üzərində gəzdirdiyi həmin bıçaq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 tərəfindən aşkar edildiyi üçün dərhal ondan götürülmüş, daha sonra ünvan 2 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət edilmiş, üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağının aşkar edilməsi rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadəsi, şahid ifadələri, tanınmaya təqdim etmə protokolu, məhkəmə-ballistik, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bəxticamal oğlu, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş, həmin gündən də Səbail rayonu ərazisində yerləşən “Premium Pub” adlı barda qəlyançı kimi işləmişdir. 21 avqust 2022-ci il tarixdə axşam saatlarında işlədiyi yerdə barmen işləyən Sədaqət adlı qızın ağladığını görmüş, bunun səbəbini soruşanda sonuncu işə gələn zaman taksi sürücüsü ilə mübahisə etdiyini bildirmişdir. O, Sədaqətdən taksi sürcüsünün nömrəsinin istəyərək almış və taksi sürcüsü ilə danışaraq nə səbəbdən bir qadına qarşı kobudluq etdiyini soruşmuş, aralarında söz mübahisəsi yaranmış, əsəbləşib həmin adamı söymüşdür. Bir neçə dəqiqədən sonra taksi sürücüsü özü ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, Sədaqət xanımın da gəlməsini istəmiş və demişdir ki, güya Sədaqət bu şəxsin qızıl boyunbağısını oğurlayıb. O, Sədaqətlə birlikdə oğlanın dediyi yerdə, yəni Səbail rayonu Ə.Əlizadə küçəsində “Premium PUB”-un qarşısına çıxmış, burada taksi sürücüsü söhbət etmək istədiyini bildirərək onu maşınına tərəf çağırmışdır. Bu zaman o, taksi sürücüsünün ona tərəf istiqamətə baxdığını hiss edirmiş. Bundan sonra mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş, həmin vaxt cibində saxladığı bıçağı təqdim etməsini ondan tələb etmiş, o da açılan zaman iri ölçülü olan, tünd qəhvəyi rəngdə saplağı olan, açılıb-bağlanan həmin bıçağı polisə təqdim etmişdir. Bundan sonra onu 39-cu polis bölməsinə aparmışlar. Polis bölməsində ondan bıçağın götürülməsi rəsmiləşdirilmiş, həmin bıçaqla hansısa cinayət törədib-tərətmədiyini soruşmuşlar. O, 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olduğunu, qazi olduğunu və bıçağı həmin vaxtdan üzərində gəzdirsə də heç bir cinayət törətmədiyini bildirmişdir. Bununla əlaqədar izahatı alınmışdır. Bıçağı üzərində hobbisi olaraq gəzdirmiş, başqa məqsədi olmamışdır. Taksi sürcüsü Şahid1lə telefonda danışan zaman, yaxud görüşən zaman bıçaqla hədələməmişdir. Bıçaqla da heç bir cinayət hadisəsi törətməmişdir. 2-ci Qarabağ müharibəsi qazisidir, psixoloji narahatlığı var, bu səbbədən istintaqın çağırışlarına vaxtında gələ bilmirmiş. Təqsirləndirilən şəxs Bəxticamal oğlu, son sözündə törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, İkinci Qarabağ müharibəsi qazisi olduğunu, belə ki, işğaldan azad olunmuş torpaqların alınması uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi üçün dövlət başçısı tərəfindən medallarla təltif olunduğunu, İİİ qrup Qarabağ əlili olmasını və gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 həftədir ki, Səbail rayonu, “Fransa” səfirliyi yaxınlığında yerləşən “Premium pub”- da barmen işləyir. Gündəlik olaraq “Bolt” tətbiqi vasitəsilə işə işə gedir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etmiş, “Toyota Prius” markalı Az 77- BR- 145 dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, evdən düşüb taksiyə əyləşib yola düşmüşdür. Taksidə qulağına qulaqcıq taxıb kitab oxuyurmuş, bu vaxtı sürücünün avtomobili idarə edərkən telefonla danışmasını eşitmişdir. Sürücüyə iradını bildirib ehtiyatlı maşın sürməsini tələb edəndə sürücü ona qarşı sərt cavab vermişdir. Aralarında mübahisə yaranmağa başlamış, ünvana çatan zaman ödənişi etmədən düşüb getmək istəyərkən, sürücünün qapıları bağladığını görmüşdür. Daha sonra səs-küy salıb qapıları açmağını, pulu maşının üstünə qoyacağını bildirmişdir. Qapıları açdıqdan sonra dərhal maşından düşüb oranı tərk etmək istəyəndə, sürücü onun arxasınca gəlib pul tələb edərək, nalayiq ifadə işlədən zaman, sürücünün üstünə gedib yaxasından tutaraq itələyən zaman, sürücünün əynində olan köynəyinin düymələri qırılmışdır. O, yaxınlıqda olan iş yerinə getmiş, biraz stresdə olduğu üçün özünü narahat aparmış və barın “Nargilə” adlanan otağına keçmişdir. Orada ağlayan zaman barda təxminən bir neçə gündür qəlyançı işləyən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nə olduğunu soruşanda o, taksi sürücsü ilə aralarında yaranmış münaqişəni Kamala demişdir. KamalAbdullayevi o, iş yerindən tanımışdır, aralarında heç bir dostluq münasibəti də yoxdur, sadəcə iş yoldaşıdırlar. Kamal ona demişdir ki, “sürücünün nömrəsini ver onunla danışım görüm nə üçün bir qıza qarşı bu cür kobud hərəkət edib”. O, taksi sürücüsününü nömrəsini Kamala vermişdir. Kamal telefonda həmin şəxslə danışmış, bir neçə dəqiqədən sonra həmin taksi sürciisü Kamala zəng vuraraq bildirmişdir ki, onunla arasında olan münaqişə zamanı itirdiyi qızıl boyunbağını tapıb və bununla bağlı barışıq mənasında görüşüb danışmaq istədiyini bildirərərk Kamalı görüşməyə çağırmışdır. Kamal bardan çıxmış, o da Kamalın ardınca çıxmış, “Xaqani” bağının yaxınlığında taksi sürcüsü əli ilə işarə verərək Kamalı çağırmış, Kamal yaxınlaşan zaman mülki geyimdə polis əməkdaşları Kamalı saxlayaraq bölməyə aparmışlar. O, bundan sonra bölməyə getmiş və izahat yazmışdır. Ona Kamalın üzərindən bıçaq aşkar edildiyini bildirmişlər və saplağı tünd qühvəyi rəngdə olan açılıbbağlanan bıçağın şəklini ona gödstərmişlər. O, həmin bıçağı Kamalda görmüşdür. Kamal qəlyançı işlədiyi üçün həmin bıça qəlyanda istifadə olunan predmətləri kəsmək üçün istifadə edirmiş. Taksi sürücüsünün şikayət ərizəsi əsasında araşdırma aparılmış, onu inzibati qaydada cərimə etmişlər və o, həmin cəriməni ödəmişdir.Yol boyu təhlükəli sürdüyü, saymamazlıq etdiyi üçün göstərdiyi xidmətdən razı qalmayaraq taksi sürücüsünə yol haqqını ödəməmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. O, taksü sürücüsünə fiziki güc tətbiq etməmiş, sadəcə olaraq yaxasından tutub itələyən zaman sürücünün köynəyinin düymələri qırılmışdır. O, taksi sürücüsününü paltarından tutub itələyən zaman boynunda hər hansı bir əşyanın olduğunu görməmişdir.Təqsirləndirilən şəxs taksi sürcüsü Şahid1lə telefonda danışan zaman sonuncuya qarşı hədə -qorxu ifadəsi işlətməmiş, taksi sürcüsününü etdiyi hərəkətin yanlış olduğunu bildirmişdir. Taksi sürcüsünə birinci Kamal zəng vurmuş, ikinci dəfə taksi sürcüsü Kamala zəng vuraraq görüşə dəvət etmiş və qızıl boyunbağısını tapdığını bildirərək barışıq məqsədi ilə görüşmək isdtədiyini bildirmişdir. Kamal taksi sürücüsünə yaxınlaşan zaman polis əməkdşaları Kamalı saxlamışlar, Kamalla taksi sürücüsünün biri-biri ilə söhbət etməyə imkanı olmamışdır. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zaçanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində isə göstərmişdir ki, təxminən 2-3 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Gündəlik olaraq “Bolt” tətbiqinə qoşulub etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifarişləri icra edir. 21 avqust 2022-ci il tarixdə saat 20-21 radələrində “Bolt” tətbiqi vasitəsi ilə ***-***-**-** mobil nömrəsindən sifariş daxil olmuş, həmin sifariş Binəqədi rayonu ərazisində yerləşən “Qızıltac” restoranının yaxınlığında olan evlərdən ünvan 4 ünvanına qədər göstərilmiş və 3 manat 69 qəpik məbləğində ödəniş qeyd edilmişdir. Həmin sifarişi qəbul etmiş və icra etmək üçün ünvana getmişdir. Həmin ünvandan bir nəfər xanım gəlib avtomaşınına əyləşmişdir. “Təzə Bazar”ın yaxınlığında hərəkətdə olduqları zaman həmin müştəri qadın onun telefonla danışdığını deyib ona irad bildirəndə, o, qadına izah etmişdir ki, telefonla danışmır. Müştəri onunla mübahisə etməyə başlamış, o, telefonla danışmadığını izah etməyə çalışsa da, müştəri onun sözünə qulaq asmamışdır. O, yoluna davam etmiş və sifariş olunan Səbail rayonu ərazisində yerləşən “Malakan” adlanana “Xəqani bağının yanma çatdıqları zaman müştəri avtomaşından düşmək istəmiş, bu zaman o, qapını kilidləyib müştəridən yol ödəniş haqqını tələb etmişdir. Lakin müştəri ödənişi avtomaşının üstünə atacağım demişdir. Bundan sonra o, müştəri ilə birlikdə avtomaşından düşmüş və müştəri oradan uzaqlaşmağa başlamışdır. O, müştərinin arxasınca gedib ödənişi tələb etmişdir. Bu zaman müştəri onun üzərinə hücum çəkərək, onun ünvanına nalayiq ifadə işlətmiş və onun yaxasına əl ataraq paltarının düymələrini cırmışdır. Bundan sonra o, bu qadın müştəri ilə mübahisəni uzatmayıb, dərhal avtomaşına əyləşmiş və üst geyimini düzəltmək istədiyi zaman boynunda olan qızıl zəncirin yerində olmadığını görmüşdür. Bundan sonra o, zəncirin həmin zaman düşməsini düşünmüş və gedib ətrafa baxmış, lakin zənciri orada tapa bilməmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, ona yaxınlıqda olan 39-cu polis bölməsinə getməyi bildirilmişdir. O, bölməyə gedən zaman mobil telefonuna ***-***-**-** mobil nömrəsi ilə zəng gəlmiş, telefonda danışan oğlan ona qarşı təhqiramiz ifadələr işlədərək onun müştərisi olan qızın zəng edən şəxsin tanışı olduğunu bildirmiş və onu “Xəqani” bağının yaxınlığına görüşə çağırmışdır. O, bölmənin yaxınlığında olduğum üçün bu barədə polis əməkdaşlarına məlumat vermiş, polislər onunla birlikdə görüşə çağırıldığı yerə getmişlər. Polislər kənarda dayanarkən ona 24-25 yaşlarında olan bir oğlan yaxınlaşarkən, polis əməkdaşları həmin şəxsi saxlamışlar. Bu şəxsin üstündən, daha doğrusu əynindəki şalvarının cibindən aşkar şəkildə müşahidə olunduğu üçün tünd qəhvəyi rəngli saplağı olan iri bir bıçağı oğlandan götürdülər. Müştəri xanımla mübahisələrinə səbəb müştəri tərəfindən onun bütün yol boyu telefon ilə danışmağı iddia edilərək, yol ödəniş haqqını verməkdən yayınması olmuşdur. O, həmin müştəriyə əl atmamış və təhqir etməmişdir.Özünün də heç bir xəsarəti olmayıb. Qızıl boyunbağını həmin gün geyinmədiyi, unutduğu üçün evdə qalmasını evə qayıtdıqdan sonra bilmişdir. Qızıl boyunbağısı həmişə evə gəldikdən sonra çıxarıb qoyduğu yerdə olmuşdur. 3 manat 69 qəpik ödənişi isə qadın müştəri Şahid2 39-cu polis bölməsində ona ödəmişdir. Təqsirləndirilən şəxs telefonla danışan zaman da, görüşən zaman da onu bıçaqla vuracağı ilə hədələməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Səbail RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin 39-cu PB-də növbədə olduğu zaman bölməyə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən Şahid1 taksi kimi idarə etdiyi avtomobildən Səbail rayonu “Fransa Səfirliyi” yanında düşən müştərinin onu döyməsi, təhqir etməsi, gediş haqqını verməməsi, qızıl boyunbağını itirməsi barədə daxil olmuş müraciət ilə bağlı hadisə yerinə getmişlər. Daha sonra Şahid1 taksinin sərnişininin iş yoldaşı zəng edib görüşə çağırdığı üçün ünvan 5 ünvanda yerləşən “Premium PUB»un qarşısına gəlmişlər. Burada «Premium PUB» dan çıxan bir nəfər şəxsin şalvarının sağ tərəfdən cibində bıçağın olması açıq-aşkar müşahidə olunurmuş. Həmin bıçağın nisbətən böyük ölçüdə ov bıçağı olması müşahidə olunurmuş. Bu şəxs Şahid1 yaxınlaşarkən, o, həmin şəxsi saxlamış, özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmiş və üzərində olan bıçağı bu şəxsdən tələb etmişdir. Silah soyuq silah olsa belə, təhlükə mənbəyi olduğundan, dərhal götürülməsi zərurətini nəzərə alaraq götürmüşdür. Daha sonra bu şəxsi Şahid1lə birlikdə 39-cu PB-yə dəvət etmişdir. Bölmədə məlum olmuşdur ki, üzərində bıçaq aşkarlanmış şəxs Təqsirləndirilən şəxsdur. Ola bilər ki, raportun məzmununda səhvə yol vermişdir, Təqsirləndirilən şəxs olduğu bilinən şəxs Şahid1 yaxılnlaşan zaman tərəfindən saxlanılmış, həmin vaxt Kamal bıçağı əlində tutmayıbmış. Bıçaq Təqsirləndirilən şəxs şalvarının sağ cibində olmuş və açıq-aşkar müşahidə olunurmuş. Səbail RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 tərəfindən 21 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktın məzmunundan görünür ki, barəsində şikayət olunan xanımla Şahid2 ilə işlədikləri ”Premium PUB”-ın qarşısına, ünvan 5 ünvana çıxan Təqsirləndirilən şəxs şalvarının cibində aşkar surətdə bıçağın olunması nümayiş olunduğundan, dərhal yaxınlaşaraq özünü təqdim etdikdən sonra, həmin bıçağı Təqsirləndirilən şəxs təqdim etməsini tələb etmiş və Təqsirləndirilən şəxs heç bir etiraz və narazılıq bildirmədən həmin bıçağı cibindən çıxararaq ə təqdim etmişdir. Təqdim edilmiş üzərində “Stainless Steel U.S.A.” yazısı olan, tiyəsi boz rəngli metaldan hazırlanmış, tiyənin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş bıçağın soyuq silah olub-olmamasmm, həmçinin üzərində gəzdirilməsi səbəbinin araşdırılması üçün Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilmiş və ondan götürülmüş bıçaq qaytarılmamışdır. Bıçağın Təqsirləndirilən şəxs götürülməsi aktla Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasında rəsmiləşdirilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, hadisə yerində Səbail RPİ-nin 39-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd - üzərində ”Stainless Steel U.S.A.” yazısı olan, tiyəsi boz rəngli metaldan hazırlanmış, tiyənin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş bıçağı, Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 İbadovun iştirakı ilə tanınması üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyanı nəzərdən keçirib göstərmişdir ki, həmin əşya - 1 (bir) ədəd üzərində «Stainless Steel U.S.A.» yazısı olan, tiyəsi boz rəngli metaldan hazırlanmış, tiyənin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş bıça ona məxsusdur, bu bıçağı xeyli müddət əvvəl hazırda xatırlamadığı şəxsdən alıb üzərində gəzdirir, bu gün, təxminən bir saat əvvəl işlədiyi ünvan 5 ünvanda yerləşən «Premium PUB»un qarşısında polis əməkdaşı Şahid3 tələbi ilə həmin bıçağı təqdim etmişdir. Bıçağı üzərində gəzdirməkdə heç bir məqsədi və ya niyyəti olmamışdır, bıçaq gəzdirmək onun xobbisidir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə keçirilmiş “məhkəmə-ballistik ekspertizasının” 02 sentyabr 2022-ci il tarixli 3/1179 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə keçirilmiş kompleks ambulator “məhkəmə psixiatrik və psixoloji ekspertizasının” 25 fevral 2023-cü il tarixli 535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən olunan qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bui ş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətdə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hövsələsizdir, hirslilik, emosional reaksiyalara meyillilik, kobudluq, eqosentrizm, inadkarlıq, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik, emosional oyanıqlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokola əsasən, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 15:00-da tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və 25 fevral 2023-cü il tarixdə onun barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bəxticamal oğlu axtarış elan olunmuş və tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bəxticamal oğlu 18 avqust 2023-cü il tarixdə Saatlı rayonu ərazisində saxlanılaraq Səbail rayon məhkəməsinə gətirilmiş və ona növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan İ-6440, İ-2137, İ-15599, İ-11618 və İ-17115 saylı vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlu “Cəsur döyüşçü”, “ ətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikası “Gənc Qazilər” Birliyi tərəfindən verilmiş 0116 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlu İİİ qrup Qarabağ əlilidir. 15 iyun 2021-ci il tarixli 14479 nömrəli X1 görünür ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlunda Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: - qanın ümumi kliniki analizi (xx.xx.2021): Hb-162 q/l, Leyk-4,96 x103/ul, RBC- 5,09 x106/ul, EÇS- mm/saat. Sidiyin ümumi analizi (xx.xx.2021): xüsusi çəkisi-1017, rəngisarı, reaksiyası-turş, züle yoxdur, şəkər-yoxdur. EKQ (xx.xx.2021): sinus ritmi, ÜEO şaquli vəziyyətdədir. ExoKQ (xx.xx.2021 müayinə taxikardiya fonunda aparılıb. Aorta, ürək konturları normal. Qapaqlar intakt X4 USM (xx.xx.2021): qaraciyər, mədəaltı vəzi, dalaq, öd kisəsi, böyrəklər patologiyasızdı DQOF (xx.xx.2021): ürək, ağciyərlər norma daxilindədir. Sağ haymor cibində kiçik ölçülü zs intensivlikdə yad cisim izlənir. Kranial KT müayinəsi (xx.xx.2021)-intrakranial ocaqlı və həcmli patoic dəyişikliklər aşkar edilmir. L1- S1 inervertebral <disklərin KT müayinəsi (xx.xx.2021)-L„-L5 intervertebr. məsafə normal olub, bu aralığa aid diskdə annular qabarma mövcuddur.Buna bağlı olaraq anter/c epidural yağ məsafəsi parsial daralmışdır. U-S-, intervertebraİ məsafə normal olub, bu aralığa aı diskdə posterosentral millimetrlik protruziya mövcuddur. Buna bağlı olaraq anterior epidural ya məsafəsi parsial daralmışdır. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Mülayim dərəcə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, ifadə emosional-affektiv pozulmalar ilə. Hər iki baldırın yumşaq toxumaların kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimi dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sağ haymor cibinin yad cismi (metal qəlpə). Hərbi həkim komissiyasının qərarı: “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Həmçinin 260 nömrəli xx.xx.2021-ci il tarixli “travma haqqında arayışdan” görünür ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlu, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan ağır artilleriya atəşi nəticəsində xəsarət (yaralanma, travma, kontuziya) almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bəxticamal oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bəxticamal oğlunun cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs Bəxticamal oğlunun törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, əməli etiraf etməsini, əvvəllər məhkum olunmamasını, vətən müharibəsi iştirakçısı olduğunu, dövlət başçısı tərəfindən medallarla təltif olunduğunu, İİİ qrup Qarabağ əlili olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan ağır artilleriya atəşi nəticəsində səhhətində bəzi problemlərinin olduğunu və gənc olmasını nəzərə alınaraq belə nəticəyə gəlir ki, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Bəxticamal oğlunun cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Bəxticamal oğlunun yaşayış yeri üzrə müvafiq probasiya qurumuna tapşırılmalıdır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəxticamal oğlunun cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs Bəxticamal oğlunun 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il, 18 avqust 2023-cü il tarixlərində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə maddi sübut Səbail RPİ-nin Maddi sübutların saxlanma yerinə saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bəxticamal oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Bəxticamal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəxticamal oğlunun 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il, 18 avqust 2023-cü il tarixlərində tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun iş yeri üzrə qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Bəxticamal oğlunun yaşayış yeri üzrə müvafiq probasiya qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs Bəxticamal oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail RPİ-nin Maddi sübutların saxlanma yerinə saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilsin. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Bəxticamal oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 186 (yüz səksən altı) manat pul tutularaq Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar