Məhkəmə qərarları › İş №1(009)-185/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-185/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-185/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Saprano Karaoke restoranında inzibatçı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 21 may 2021 -ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanmda yerləşən “Saprano Karaoke” restoranının qarşısında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sifətinə yumruq zərbələri vuraraq ona sol gicgah nahiyyəsinin, alın nahiyyəsinin sol yarısının qançırları, sol gözdə zəif miopiya (yaxındangörmə) əlamətləri ilə müşahidə olunan sol gözətrafı yumşaq toxumaların cüzi şişkinlik fonunda qançırı və bu fonda gözün ağlı qişasının bayır yarısına total qansızma, sol yanağın şişkinliyi və ödemi halında əziyi, alt dodağın selikli qişasının mərkəzinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanda ailəsilə birlikdə yaşayır. 4 ilə yaxındır ünvan 2 ünvanmda yerləşən “Saprano Karaoke” restoranının inzibatçısı vəzifəsində çalışır. 21 may 2021 -ci il tarixində saat 21 radələrində obyektdə olan zaman ofısant ona yaxınlaşaraq 7-ci masada əyləşən Kamran adlı şəxsin Elvin ilə dava-dalaş etdiyini bildirmişdir. O, bundan sonra Elvinə yaxmlaşaraq mübahisənin səbəbini soruşmuşdur. Elvin kobud şəkildə onunla danışmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. O, bundan sonra ofisant işləyən X2 hesabını bağlatdırıb obyektdən kənara çıxarmağını istəmişdir. Elvini obyekti tərk etdikdən sonra təkrar obyektin qarşısına gəlmiş və onu kənara çağırmışdır. O, restoranın qarşısına çıxanda Elvinin orada dayandığını görmüşdür. O, yaxınlaşarkən Elvin əlini belinə aparmış, o, Elvinin belindən bıçaq çıxarıb onu vura biləcəyini düşünərək, bunun qarşısını almaqdan və Elvini vaxtında zərərsizləşdirməkdən ötrü dərhal Elvinin sifətindən yumruq zərbələri ilə vurmuşdur. Elvin də onu yumruq zərbələri ilə vurmuşdur. Orada olan şəxslər onları ayırmışlar. Bundan sonra o, Elvinlə normal danışmaq imkanı əldə etmiş və Elvinin onu bıçaqla vura biləcəyini düşündüyünü demişdir. Elvin isə etiraz edərək, həmin vaxtı ona şalvarını düzəltdiyini, üzərində bıçaq olmadığnı bildirmişdir. Daha sonra bir-birlərilə sağollaşıb hadisə yerindən uzaqlaşmışlar. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur. 21 may 2021-ci il tarixində saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Soprano Karaoke club” adlı restorana gəlmişdir. Orada bəzi tanışlarını görərək bu şəxslərlə söhbət etməyə başlamışdır. Bir müddət keçəndən sonra əvvəllər tanımadığı bir nəfər müştəri aqresiv şəkildə ona yaxınlaşaraq, yer verməyini istəmişdir. O, həmin şəxsin yanında xanımların olduğunu görüb kənara çəkilmişdir. Daha sonra həmin şəxs təkrarən onun tərəfə yaxınlaşmış və onunla kobud danışmağı davam etdirmişdir. O, bu şəxsdən aqressiv olmağının səbəbini soruşduqda, həmin şəxs spirtli içki qəbul etmək istəməyi səbəbindən onu oturduğu yerdən uzalaşdırmağını bildirmişdir. Bu söhbətdən sonra həmin şəxs obyektin müdiri olan Bayrama yaxınlaşaraq onun barəsində nəsə fikirlər söylədiyini görmüşdür. Bayram onun üzərinə qışqıraraq ətrafdakı insanların yanında onunla kobud rəftar etməyə başlamışdır. O, mübahisənin yaranma səbəbinin Bayramın müştərisinin olmasını bildirəndə, Bayram həmin müştərini müdafiə edərək onun üzərinə gəlmişdir. O, Bayrama “çıxaq gedək?” ifadəsini işlədəndən sonra, Bayram təhqiredici ifadə ilə obyekti tərk etməyini istəmişdir. Restoranın işçiləri ona hesabı təqdim etmişlər və klubdan getməyini istəmişlər. O, hesabı ödəyib klubdan çıxdıqdan sonra Bayramla danışmaq istəmiş və mobil nömrəsinə zəng edib çölə çağırmışdır. Klubun qarşısında Bayram onun üzərinə hücum çəkərək üz, baş, dodaq nahiyələrinə yumruqla vurmağa başlamışdır. O, özünü müdafiə etmək üçün Bayrama qarşılıq vermiş və daha sonra oradan uzaqlaşmışdır. Həmin gün özünü narahat hiss etdiyinə görə aidiyyəti qurumlara məlumat verməmiş və Bayramın ondan üzr istəməyini gözləmişdir. Bayramın etdiyi hərəkətdən peşiman olmadığını görüb, 22may 2021 -ci il tarixində Bayram tərəfindən döyülməyi ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid1 ifadəsində göstərilmişdir ki, ünvan 5 ünvanmda yerləşən “Saprano Karaoke club” adlı restoranda 2 aya yaxındır ki, səs operatoru vəzifəsində çalışır. 22 may 2021 -ci il tarixində saat 21 radələrində restoranda olan zaman obyektin daimi müştərisi olan Elvin adlı şəxsin obyektin içərisində digər müştəri olan Kamran ilə mübahisə etməsini görmüşdür. Bundan sonra obyektdə barmen kimi çalışan Viktoriya xanım obyektin inzibatçısı Bayrama bu barədə məlumat vermişdir. Bayram müştərilərə yaxınlaşıb onları sakitləşdirmək istəyən zaman Elvin sakitləşmək istəməmişdir. O və restoranın aşbazı olan Təbriz mübahisənin böyüməməsi üçün Elvini obyektin kənarına çıxarmışlar. Elvin çölə çıxdıqdan sonra Bayramın istifadəsində olan mobil nömrəyə zəng edərək Bayramı kənara, söhbət etməyə çağırmışdır. Bayram yekunda Elvin ilə söhbət etmək üçün obyekti tərk etmişdir. Bu söhbətdən təxminən 10-15 dəqiqə keçdikdən sorna Bayram sağ qol nahiyəsinin əzilməsini bildirərək barmendən buz istəmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2 oğlu ifadəsində Şahid1 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid3 ifadəsində göstərilmişdir ki, 22 may 2021-ci il tarixində saat 20 radələrində Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən “Soprano Karaoke klub” adlı restorana gəlmişdir. Təxminən 2 saat keçəndən sonra restoranda olan müştərilərindən biri, əvvəllər tanıdığı Elvin adlı şəxsə yaxınlaşaraq onun yanındakı xanıma yer verməyini xahiş etmişdir. Elvin oradan uzaqlaşmaq istəyən zaman Elvinlə həmin müştərinin arasında 2-3 dəqiləlik söz mübahisəsi yaranmışdır. Restoranın inzibatçısı Bayram bu söz-söhbətdən sonra Elvinə yaxınlaşaraq mübahisənin səbəbini soruşmuşdur. Elvin Bayramın bu söhbtətə reaksiyasından sonra Bayrama “neyiniyek, çıxaq gedək?” formasında cavab vermişdir. Bayram isə təkid ilə Elvindən mübahisənin səbəbini soruşurmuş. Elvinin Bayrama cavab verməməsindən sonra Bayram Elvindən hesabı bağlayıb obyekti tərk etməyini istəmişdir. Bu sözdən sonra Elvin restoran barədə ifadələr işlətməyə başlamışdır. Bayram restoranın səs operatoru və ofısantma Elvini çölə çıxarmaqlarını söyləmişdir. Elvin çölə çıxandan sonra Bayrama bir neçə dəfə zəng etmişdir. Bayram çölə çıxan zaman onlar Bayramla Elvinin dava-dalaş edəcəklərini başa düşmüşlər. O, dostu Abbasov Abbas ilə birlikdə çölə çıxmışlar. Eləmin vaxt Elvinin əlini kürək hissəsinə atmasını görmüş və Bayram Elvinin üzünün sol hissəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Onlar dərhal yaxınlaşaraq Bayramla Elvini sakitləşdirmişlər. Dostu Abbas mübahisənin böyüməməsi üçün Bayramı oradan uzaqlaşdırmışdır. O, Elvinin üzərində heç bir əşya görməmişdir. Elvin sadəcə şalvarının düşməsini bildirərək əlini şalvarının bel hissəsinə atmasını bildirmişdir. Bayram Elvinin üz nahiyəsinə yumruqla zərbələr vurmuşdur. O və dostu Abbas bunun şahidi olmuşlar. Bayramı və Elvini 2016-cı ildən tanıyır. Belə ki, Bayram həmin vaxtlar “Malakan” bağında yerləşən “Arena” adlı restoranı işlədirmiş və Elvin həmin restoranda ofısant kimi çalışırmış. Eləmin şəxsləri xarakterinə görə bir-birinə tamamilə zədd insanlardır. Bayram daima işlətdiyi restoranlarda nizam-intizama fikir verir, daima müştərilərin rahatçılığına çalışır. Elvin isə Bayramın əksinə biraz mübahisəyə meyilli insandır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli 291 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, l.Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gicgah nahiyyəsinin, alın nahiyyəsinin sol yarısının qançırları, sol gözdə zəif miopiya (yaxındangörmə) əlamətləri ilə müşahidə olunan sol gözətrafı yumşaq toxumaların cüzi şişkinlik fonunda qançırı və bu fonda gözün ağlı qişasının bayır yarısına total qansızma, sol yanağın şişkinliyi və ödemi halında əziyi, alt dodağın selikli qişasının mərkəzinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 21.05.2021 -ci il tarixdə qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyalarma, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zəbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Elektron Məhkəmə Portalından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 avqust 2012-ci il təvəllüdlü X3 və 14 dekabr 2013-cü il təvəllüdlü X4 adlı övladları vardır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar