Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-186/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 21 sentyabr 2021-ci il tarixdə saat 10:40-da xx xxxxxxx 1976-cı ildə Xaçmaz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Çuxuroba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində 29 may 2021- ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam’’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, 20 mart 2021-ci il tarixdə səhhətinin yaxşı olmaması səbəbindən təcili yardım çağırmaqla yaşadığı evdə analiz götürülmüş 22 mart 2021-ci il tarixdə analizin nəticəsi pozitiv çıxmışdır. O, yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 22 mart 2021-ci il tarixdən 04 aprel 2021-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 31 mart 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzili tərk edərək, Bakı şəhəri, Səbail rayonu. Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinika istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasmı bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını, heç bir psixi dispanserdə qeydiyyatda olmadığını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə yaşadığı evdə olan zaman səhhətinin yaxşı olmaması səbəbindən X5 müraciət etmiş, 20 mart 2021-ci il tarixdə təcili yardım onun yaşadığı ünvana gələrək ondan və ailə üzvlərindən “Covid 19” testi götürmüşlər. 22 mart 2021-ci il tarixdə ona sms bildirişdə “Covid 19” virusuna yoluxması barədə məlumat verilmiş, bundan başqa onun ailə üzvlərinində test nəticələri pozitiv çıxmışdır. Daha sonra o, 31 mart 2021ci il tarixdə dərman almaq məqsədi ilə 33 saylı poliklinika ilə əlaqə saxlamış poliklinikadan ona dərmanları Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinikanın şöbəsindən götürməyini bildirmişlər. O da yaşadığı evi tərk edərək taksi ilə həmin ünvana getmiş, daha sonra poliklinikadan dərmanları götürüb, piyada evə qayıdarkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. 22 mart 2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvanını tərk edərkən “Covid 19” virusuna yoluxduğunu bilirmiş. O, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir. Həmin nömrə öz adınadır. “Covid 19” virusuna yoluxduğu zamanlarda, eləcə də, 31 mart 2021-ci il tarixdə 33 saylı poliklinikaya gedərkən həmin mobil nömrə üzərində olmuşdur. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməməsini, dərman almaq üçün çıxdığının, çölə çıxanda 13 gün keçdiyini ona görədə qaydaları pozmadığının, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, ali təhsilli olmasının nəzərə alaraq bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində əməliyyat müvəkkili kimi xidmət etdiyi ərazidə “Covid 19” virusuna yoluxmuş şəxslərin siyahısı onda olmuş və həmin şəxslərlə bağlı tərəfindən nəzarət gücləndirilmiş, onların karantin rejimini pozmaması ilə bağlı tərəfindən profilaktik tədbirlər keçirilmişdir. Lakin buna baxmayaraq virusa yoluxmuş bəzi xəstələrin karantin qaydalarını pozmaqla yaşadığı evlərini tərk etmələri müəyyən edilmiş və onlar barədə tədbir görülməsi üçün tərəfindən raportla məruzə edilmişdir. Belə xəstələrdən biri də Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi ,ev ö/t-9-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan xx xxxxxxx 1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. 29 mart 2021-ci il tarixdə koronovirus infeksiyasına yoluxmuş vətəndaş Təqsirləndirilən şəxsun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi, ev ö/t-9 ünvanına gedib, tibbi qaydalara riayət edərək Təqsirləndirilən şəxs ilə söhbət aparmışdır. Belə ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə “Covid 19” virusu ilə bağlı yaxma testi verməsi, həmin analizin nəticəsinin pozitiv olması, yaşadığı yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi ilə bağlı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 22 mart 2021-ci il tarixdə sms göndərilməsi, Abbaov Eminin 31 mart 2021-ci il tarixdə özünü təcrid müddəti bitmədən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi,ev ö/t-9 ünvanını təkr edərək Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinikaya getməsi müəyyən edilmişdir. 31 mart 2021-ci ildə saat 16:09-da Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsində yerləşən ”Bazarstore'“ yaxınlığında koronovirus infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs piyada gəzərkən aşkarlamış, Təqsirləndirilən şəxs videogörüntüyə alınaraq daha sonra yaşadığı evinə göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsini təsdiqləyən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sonuncu 31 mart 2021-ci il tarixdə saat 15:00 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında piyada hərəkət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyi” X6 30 aprel 2021-ci il tarixli 465/KJEŞ nömrəli rəyindən görünür ki,
1. 22 mart 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir.
2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.
3. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən daxil olmuş 22 mart 2021-ci il tarixli sms-də qeyd olunmuşdur ki,”Hörmətli Təqsirləndirilən şəxs.Sizin 20.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR”. Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsinə əsaslandıran ə/m-i Şahid təqdim etdiyi “01” ədəd CD diskə olan video görüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə saat 15:00 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında piyada hərəkət etməsi müəyyən edilmişdir. 06 may 2021-ci il tarixdə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrənin anten əhatə dairəsinin əks olunduğu diskin içində 01 ədəd fayl aşkar olunmuşdur. CD diskdə olan fayl açılaraq baxılan zaman həmin faylda yerləşən cədvəldə Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 16:09 radələrində Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində olduğu müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə yaşadığı ünvanı tərk edərək Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bazar store” yaxınlığında 33 saylı poliklinika istiqamətində olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 iyul 2011-ci il təvəllüdlü X2 və 29 mart 2006-cı il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, ilk dəfə olaraq az ağır cinayətin törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2700 (iki min yeddi yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM AZƏR TAĞİYEV