Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-186/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2lidə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 (otuz) manat pulun qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla yaşadığı ünvan 2li evədək daşımış, həmin narkotik vasitə heroini bir dəfə istifadə etdikdən sonra yerdə qalan hissəsini 04 (dörd) ədəd ayrıayrı şəffaf sellofan bükümlərdə qablaşdıraraq, üzərində saxlayaraq daşımış, Səbail RPİnin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 26 ünvanda yerləşən “Stimul” hospitalının yaxınlığında saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş qara rəngli gödəkçənin sol iç cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış, 04 ədəd şəffaf sellofan bükümdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,011 qram, 0,032 qram, 0,193 qram və 0,191 qram, ümumi təmiz çəkisi 0,427 qram olan narkotik vasitə herion aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, O, 2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş və 2017-ci ilin dekabr ayında azadlığa çıxarılmışdır, hal-hazırda heç bir yerdə işləmir. Təxminən 02 ay olar, “kokos” kimi tanıdığı narkotik vasitə qəbul edir, narkotik vasitəni adətən tanımadığı və heç bir məlumatlarını bilmədiyi şəxslərdən alıb iyləmək yolu ilə qəbul etmiş, son dəfə 16 fevral 2023-ci il tarixdə narkotik vasitə qəbul etmişdir. 26 yanvar 2023cü il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsi sakini olan tanışı X5 məxsus “Xiaomi” markalı “RedMi 8” modelli mobil telefon aparatını sataraq, pulunu sahibinə vermək üçün “Tap.az” elektron ticarət səhifəsində elan yerləşdirmiş, həmin telefonu 70 manata satsa da, pulunu Denisə qaytarmamış və Denisin onun barəsində şikayət etdiyini bilmişdir. 17 fevral 2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını və heç bir məlumatlarını bilmədiyi şəxsə 30 (otuz) manat məbləğdə pul ödəyərək, 01 ədəd sellofan bükümdə 0,5 qram çəkisi olan narkotik vasitə “kokos” kimi tanıdığı heroin alaraq əldə etmişdir. Sonra həmin narkotik vasitə heroini yaşadığı evə aparmış və birdəfəlik qəbulunu qəbul etmişdir. Sonra yerdə qalan narkotik vasitə heroini qəbul edərkən, öz istifadəsi zamanı dozasını keçməmək üçün özü həmin bükümdə olan narkotik vasitə heroini 04 (dörd) ədəd hissələrə bölmüş, hamısını qara rəngli gödəkçəsinin sol iç cibinə yığmışdır. O, 17 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “Stimul” hospitalının yaxınlığında gəzişdiyi vaxt mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını, X5 məxsus mobil telefonu satıb pulunu ələ keçirməkdə şübhəli olduğunu bildirmişlər və Səbail RPİ-nin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, razılaşdıqdan sonra polis əməkaşlarıma narkotik vasitə qəbul etdiyini və üzərində narkotik vasitə daşıdığını bildirmişdir. Sonra 41-ci Polis bölməsinin inzibati binasının otaqlarının birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirtmişlər. O, üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 04 (dörd) ədəd sellofan bükümə bükülmüş vəziyyətdə “kokos” kimi tanıdığı maddəni, yəni narkotik vasitə heroini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Sonra təqdim etdiyi maddə ilə bağlı polis əməkdaşları tərəfindən sorğu-sual edildikdə, həmin narkotik vasitə heroini 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binə qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını, lakin telefon nömrəsini və ya heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını, təxminən 02 aydır, heç kimin xəbəri olmadan narktik vasitə “kakos” qəbul etdiyini və təqdim etdiyi narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini etiraf edərək, səmimi bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin boş zərfə qoyularaq qablaşdırılmış və bu barədə videoçəkiliş həyata keçirilmişdir. O, təxminən 02 aydır ki, mütəmadi olmaqla “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini qəbul etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində adını və ya anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 30 (otuz) manat pul ödəyib özünün şəxsi istifadəsi üçün almışdır. Onun narkotik vasitəni əldə etdiyi şəxsi camaat “Baba” kimi çağırır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya hər hansı digər formada qanunsuz dövriyyəsi ilə məşğul olmamış, narkotik vasitə heroini yalnız özü şəxsi istifadəsi üçün əldə etmişdir. Onun narkotik vasitə istifadə etməsi barədə heç kimin xəbəri olmamış, narkotik vasitələrin qəbul edilməsinin qadağan olunması və məsuliyyətini dərk etmiş və əməlindən peşman olmuşdur. O, 17 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri Bakıxanov qəsəbəsi “Stimul” hospitalın yaxınlığında saxlanıldığı və 41-ci Polis Bölməsində üzərinə şəxsi axtarış aparılan vaxtı ona qarşı heç kim zor tətbiq etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman könüllü olaraq içərisində narkotik maddə olan heroin olan 04 (dörd) ədəd bükümü masanın üzərinə qoyub polis əməkdaşlarına təhvil vermiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. O, narkotik vasitə heroindən istifadədən başqa, heç bir başqa cinayət əməli törətməmişdir, lakin 26 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsi sakini olan tanışı X5 məxsus “Xiaomi” markalı “RedMi 8” modelli mobil telefon aparatını sataraq, pulunu vermək üçün “Tap.az” elektron ticarət səhifəsində elan yerləşdirmiş, həmin telefonu 70 manata satsa da, pulunu Denisə qaytarmamış və Denisin onun barəsində polisə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, az yaşlı uşağının olmasının, qardaşının vətən müharibəsi iştirakçısı olmasının, qardaşının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmasını, atasının xəstə olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Səbail RPİ-nin 41-ci Polis X1 müraciəti daxil olmuş, 26 yanvar 2023-cü il tarixdə “Tap.az” adlanan internet saytında “Xiaomi RedMi 8” markalı mobil telefonu satmaq adı ilə Səbail rayonu Badamdar qəsəbə sakini X4 70 manat pulunun mənimsənilməsi barədə müraciət əsasında icraatına daxil olmuş müvafiq tapşırıq əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətmiş şəxs ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və 17 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Stimul” adlanan hospitalın yaxınlığında saxlanılaraq, 41-ci Polis Bölməsinə aparılmışdır. 41-ci X6 Elnur Elşən oğlu narkotik vasitələrin istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmiş, göstərilən faktın dəqiqləşdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs təhqiqatçının xidməti otağına keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olub-olmaması sorğu-sual edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun bütün geyim əşyaları bir- bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs masanın üzərində qoyduğu bükümlər bir-bir açılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlər barədə sorğu- sual edildikdə, sonuncu bükümlərin özünə məxsus olduğunu, sellofan bükümlərin içərisində olan qəhvəyi rəngli, spesifik qoxuya malik toz şəkilli maddənin “kakos”, yəni heroin olduğunu, həmin maddəni 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binə qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını, lakin telefon nömrəsini və ya heç bir anket məlumatlarını bilmədiyi, camaatın “Baba” kimi çağırdığı şəxsdən 30 manata aldığını, təxminən 02 aydır, heç kimin xəbəri olmadan narktik vasitə “kakos” qəbul etdiyini və təqdim etdiyi narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini etiraf etmişdir. Sonra həmin bükümlər X8 tərəfindən boz zərfdə qablaşdırılmış, o, bütün iştirakçılar kimi zərfin üzərində imza etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokola bütün iştirakçılar kimi imza etmişdir. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə, Səbail RPİ-nin X7 göndərilmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri ilə yanaşı, özünün etirafedici ifadəsi, iş materiallarında olan videogörüntü, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şəxsi axtrış və götülmənin aparılmasını əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı, sonuncu Səbail RPİ-nin 41-ci Polis Bölməsinin otağında 41-ci Polis Bölməsinin təhqiqatçısının təklifi ilə əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 04 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. X8 tərəfindən həmin bükümlər açılır, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olduğu müəyyən olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2023-cü il tarixli 6/1002 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,011 qr., 0,032 qr., 0,193 qr., 0,191 qr., ümumi təmiz çəkisi 0,427 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi - 0,427 qram, tədqiqata sərf edildi -0,100 qram, qalıq - 0,327 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, 16 may 2022-ci tarixli protokolla iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,427 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 0,327 qram heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 19 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 177.2.1, 177.2.3, 29, 177.2.5, 29, 177.2.3, 170.1, 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 16 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 17 fevral 2023-cü il tarixdə, saat 19:00-da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və qərar ona 18 fevral 2023-cü il tarixdə, saat 19:20-də elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail RPİ-nin CAB-nin əməkdaşları tərəfindən 20 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasının, az yaşlı uşağının olmasının, qardaşının vətən müharibəsi iştirakçısı olmasının, qardaşının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmasını, atasının xəstə olmsının nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən (saat 19:00) 18 fevral 2023-cü il tarixədək (saat 19:20) şübhəli şəxs qismində tutulduğu, 20 oktyabr 2023cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 14 mart 2023-cü il tarixli, 1516 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,327 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 20 oktyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,327 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-186/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-186/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver