Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-186/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 11 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-64/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 21 oktyabr 2024-cü il tarixdə saat 10.00da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Socar” şirkətinə sürücü vəzifəsinə işə qəbul edilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq, 2020-ci ilin oktyabr ayının əvvəllərində, saat 12 radələrində ünvan 4 ünvanında "Space TV” telekanalın qarşısında Zərərçəkmiş şəxs4 5000 (beş min) manatını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Socar” şirkətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2020-ci ilin oktyabr ayının sonunda saat 14 radələrində ünvan 4 ünvanında "Space TV” telekanalın qarşısında, 3000 (üç min) manatını, eyni niyyətlə 2020-ci ilin noyabr ayının əvvəllərində saat 14 radələrində ünvan 5 ünvanın qarşısındakı fantanın yanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə 3000 (üç min) manatını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 6000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Prezident Administrasiyasının qarajına sürücü vəzifəsinə işə qəbul edilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq 2021-ci ilin sentyabr ayının ortalarında saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 22-24 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 3000 (üç min) manatını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 Müfiq oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanın mərtəbəsində yerləşən və mənzilin divarına bitişik 12 kv/metr sahəsi olan sanitar qovşağının sonuncunun adına rəsmi olaraq özəlləşdirilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq, 03 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 8 ünvanında, Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə 5000 (beş min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Socar” şirkətinə sürücü vəzifəsinə işə qəbul edilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq, 2020-ci lin oktyabr ayının əvvəllərində, saat 12 radələrində, ünvan 4 ünvanında, "Space TV" telekanalın qarşısında, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 vasitəsi ilə 5000 (beş min) manatını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla,zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını etibardan sui- istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Socar” şirkətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2020-ci ilin oktyabr ayının sonunda saat 14 radələrində, ünvan 4 ünvanında, "Space TV" telekanalın qarşısında, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 3000 (üç min) manatını, eyni niyyətlə 2020-ci ilin noyabr ayının əvvəllərində saat 14 radələrində ünvan 5 ünvanın qarşısındakı fantanın yanında 3000 (üç min) manatını alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 6000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Nazirlər Kabinetinin qarajında sürücü vəzifəsində işləmiş, qara rəngli "BMW" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı dövlət avtomobilini idarə edərək, Nazirlər Kabinetinin müxtəlif vəzifəli şəxsləri gəzdirmişdir. 2023-cü ilin yanvar ayında müxtəlif şəxslərdən işə qəbul etdirəcəyi vədi ilə vasitəçilik edib pul aldığından və həmin şəxslərin şikayətlərindən işlədiyi qarajın müdiriyyəti xəbər tutmuş və işdən azad etmişlər. 2019-cu ilin təxminən avqust ayından Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, Hamlet yüksək vəzifəli tanışları olan şəxs kimi özünü təqdim etmiş, eyni zamanda Hamlet Nazirlər Kabinetinin qarajında sürücü işləməsini bilmişdir. Hamlet söhbət zamanı bir çox idarələrdə vəzifə tutan tanışları olmasını, müəyyən pul müqabilində istənilən şəxsi işə düzəldə biləcəyini bildirmişdir. Həmin ərəfədə onun qonşuluğunda yaşayan Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 müraciət edərək, “Socar” şirkətinə sürücü kimi işə düzəlməsinə köməklik etməsini xahiş etmiş,o da Hamlet vasitəsi ilə köməklik edə biləcəyini, sonuncu ilə əlaqə saxlayıb tanışının sürücü kimi işə düzəlmək istəməsini demiş, Hamlet də “Socar” şirkətinə 5000 manat müqabilində Maliki sürücü kimi işə düzəldə biləcəyini demiş, həmin məbləğ barədə Malikə bildirdikdə sonuncu razılaşmışdır. 2020-ci ilin oktyabr ayının təxminən ortalarında saat 12 radələrində tanışı Qurbanəli ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində, “Space TV” telekanalın qarşısında Maliklə görüşmüşdür. Malik görüşə bir nəfər tanışı ilə gəlmiş və idarə etdiyi avtomobildə iş üçün 5000 manatı vermiş, həmin pul məbləğini Malikdən almasına dair heç bir qəbz verməmiş, Malikə həmin ilin dekabr ayına kimi işi həll olunacağını bildirib çııxıb getmişdir. Sonra həmin günü Malikin işinə görə aldığı pulu aparıb Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağı yaxınlığında Hamletlə görüşərək vermiş, həmin vaxt Hamlet iş həll olunduqda həmin puldan hörmət edəcəyinə söz vermişdir. Bundan bir neçə gün keçdikdən sonra 2020-ci ilin təxminən oktyabr ayının sonlarında, Malik ona təkrar zəng edərək, öz işi üçün pul verməyə gələrkən yanında avtomobilində olmuş qardaşı oğlu Samir də “Socar” şirkətinə işə düzəlmək istədiyi, hətta Samir ali təhsilli olmasını bildirərək, kabinet işinə düzəldməsini xahiş etmişdir. Samirin işini tanışı Hamletə demiş, sonuncu ali təhsilli olan Samiri 10000 (on min) manat müqabilində “Socar” şirkətinə mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Həmin qiyməti Malikə demiş, sonuncu məbləğin böyük olduğundan birlikdə görüşüb söhbət etmələrini təklif etmiş, bir neçə gündən o, Malik, Samir və Samirin atası Tahir Bakı şəhəri, Yasamal rayonu, “Space TV” telekanalının qarşısındakı parkda görüşmüş, Samir təklif olunan “Socar” şirkətinə mütəxəssis vəzfəsinə işə düzəlmək istədiyini, lakin istənilən 10000 manatı verməyə maddi imkanı olmamasını bildirdikdə, elə orada öz telefonu ilə Samir və atası Tahiri bu işi düzəldən Hamletlə əlaqələndirmiş, Samirgil Hamletlə telefon vasitəsi ilə danışıb, iki dəfəyə vermək şərti ilə cəmi 6000 manata işə düzəlmə məsələsini razılaşmışlar. Bir neçə gündən sonra, yəni 2020-ci ilin oktyabr ayının sonlarında saat 14 radələrində əvvəl görüşdükləri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində, “Space TV” telekanalın qarşısında Samir və Maliklə görüşmüş, Samir ona 3000 manat verib çıxıb getmiş, Samirə pul almasına dair heç bir qəbz verməmişdir. Sonra həmin pul məbləğini Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağı yaxınlığında Hamletlə görüşüb vermiş, Hamlet də Samirin verdiyi ikinci pul məbləğini aldıqda hörmət edəcəyinə söz vermişdir. Yenə müəyyən vaxt keçdikdən sonra Hamlət Samirgillə əlaqə saxlayıb verəcəkləri ikinci 3000 manatı özünə çatdırmalarını bildirmişdir. Hamletin mobil nömrəsini Malikə zəng edib verərək əlaqə saxlayıb pulun qalan hissəsini vermələrini demiş, 2020-ci ilin noyabr ayının əvvəllərində X9 rayonu, “Azneft” yol darəsi yaxınlığındakı “Funikulyorun” qarşısında görüşüb qalan 3000 manatı vermələrini bildirərək, Hamlet ilin sonuna kimi işləri həll olunacağını söz verməsini demişlər. Eyni zaman Malik və Samir işə düzəlmələri ilə bağlı sənədləri, yəni şəxsiyyət vəsiqələrinin sürətlərini və “CV”-ni Hamletə mobil telefonun “whatsapp” proqramı vasitəsi göndərmişdilər. Hamlet Samir və Malikin işə düzəlmə pullarından hörmət edəcəyini bildirsə də, sonralar verməmişdir. Hamlet Malikə və Samirə işlə bağlı söz verdiyi müddət bitdikdə əlaqə saxlayaraq işin həlli ilə maraqlanarkən, hər dəfə Hamletdən soruşub yaxın vaxtlarda işləri həll olunacağını özlərinə demişdir. Sonralar Malik və Samir iş düzəlmədiyi görüb pullarını geri tələb etdikdə, ilk öncə həmin işin düzəlməsinə söz verdiyi üçün Malikdən aldığı puldan özü hissə-hissə cəmi 1800 manat, Samirin pulundan hissə-hissə 1500 manat ödəmişdir. Bundan başqa 2021-ci ilin sentyabr ayının əvvəllərində tanışı Qurban Məmmədov vasitəsi ilə “Mərkəzi Klinika” xəstəxanasında sürücü işləyən Zərərçəkmiş şəxs2la tanış olmuş, sonuncu onun Nazirlər Kabinetinin qarajında sürücü işləməsini bildiyindən özünü Nazirlər Kabineti və ya Prezident Administrasiyasının qarajlarına sürücü kimi işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. X1rajına 10000 manatın müqabilində işə düzəldə biləcəyini dedikdə, Xəyyam dediyi məbləğlə razılaşaraq, yalnız həmin məbləği hissə-hissə ödəyə biləcəyini demişdir. Sonra Xəyyama hörmət edib işini 8000 manata düzəldəcəyinə, ilkin olaraq 3000 manat verməli olmasını, 5000 manat pulu isə düzəldikdən sonra verməli olmasını bildirmişdir. Xəyyam razılaşdıqda 2 gündən sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında saat 14 radələrində Xəyyamla “Elmlər Akademiyası” metrosu yaxınlığında Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən beş mərtəbəli yaşayış binasının qarşısında təklikdə görüşmüşdür. Xəyyam cəmi 3000 manat vermiş, Xəyyama həmin məbləğini almasına dair qəbz verməmişdir. Xəyyamdan pulu alarkən 2021-ci ilin dekat ayına kimi Prezident Administrasiyasının qarajına sürücü kimi işə düzələcəyinə söz vermişdir. Bundan sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, fikirləşmişdir ki, həmin qarajla maraqlanaraq vakansiya olduqda Xəyyamın sənədlərini təqdim edib qaraja işə qəbul olunmasına köməklik edər, lakin həmin qarajda vakansiya yaranmadığından Xəyyamın işini həll edə bilməmiş, aldığı pulu da xərclədiyindən qaytara bilməmiş, məcbur olub Xəyyama müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmişdir. Sonra Xəyyam barəsində polisə şikayət etdikdə aldığı puldan 500 manat qaytarmış, pulun qalan hissəsini gələcəkdə ödəyəcəyinə söz vermişdir. Bundan başqa 2022-ci ilin sonlarında tanışı Şahid1 vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1la tanış olmuş, sonuncu Bakı şəhəri, “Zabitlər” parkında yerləşən kafedə ona və Elnura qonaqlıq verərək yaşadığı mənzilin yerləşdiyi mərtəbədə olan sanitar qovşağının özəlləşdirərək mənzilinə birləşdirmək istədiyini, bunun üçün özünə köməklik etməyini xahiş etmişdir. Söhbət zamanı Hikmət təklif emişdir ki, o, öz adından sanitar qovşağının özəlləşdirilməsi üçün müraciət edib özəlləşdirsin, sonra həmin yeri Hikmətin adına keçirər. Təkliflə razılaşmış, həmin vaxt qonaqlığın 230 (iki yüz otuz) manat hesabını Hikmət ödəmiş, eyni zaman söhbət əsnasında uşaqlarına pal-paltar alması üçün 150 manat vermişdir. Sonra razılığa əsasən öz adından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müraciət etmiş, həmin sanitar qovşağına gedilib baxılmış və həmin sanitar qovşağının qonşularlın ümumi istifadə yeri olduğundan, həmin mərtəbədə yaşayan sakinlər tərəfindən həmin sahənin özəlləşdirməyə razılıq verməmişlər. Hikmətə sanitar qovşağının mübahisəli yer olmasını və özəlləşdirilməsinə qonşular tərəfindən icazə verilmədiyini bildirmişdir. Bu səbəbdən həmin yerin özəlləşdirilməsi alınmadığından, həmin yerin özəlləşdirilməsi üçün müəyyən xərcləri ödəmək məqsədi ilə Elnur Hikmətdən aldığı cəmi 5000 manat pulu öz ehtiyacları üçün xərclədiyindən, həmin pulu Hikmətə qaytara bilmədiyindən, ondan müəyyən müddət Hikmətə iş alınacağına dair söz verib vaxt uzatmasını xahiş etmiş, həmin vaxt ərzində Elnur pulu toplamalı idi ki, alınmış məbləğ Hikmətə qaytara bilsinlər. İstintaq zamanı Hikmətə dəymiş 5000 manat ziyanı tam şəkildə ödəmişdir. Hazırda işsizdir, lakin işlədiyi təqdirdə dəymiş maddi ziyanların qalan hissəsini ödəməyə hazırdır. Əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin təxminən yay aylarından tanıyır. Nazirlər Kabinetində vəzifəli şəxsin sürücüsü olmasını, qara rəngli **-AA-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili idarə etməsini bilmiş, bir neçə dəfə oturub çay içib söhbət edərkən, Rəhimə Azərbaycan Dövlət Neft Şirkətinin “Socar” şirkətində vəzifədə işləyən tanışları olmasını, istəyən olsa, həmin şirkətə müəyyən ödəniş müqabilində işə adam qəbul etdirə biləcəyini demişdir. Həmin vaxt Rəhim bir çox adamın işə düzəlmələri ilə əlaqədar özünə müraciət etmələrini, həmin şəxsləri müəyyən ödəniş müqabilində öz maraqlarını nəzərə almaqla işə qəbul etdirməklə pul qazanmalaını təklif etmişdir. 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində, Rəhim ona zəng edərək bir nəfər tanışının “Socar” şirkətinə sürücü kimi işə düzəlmək istədiyini demiş, həmin işi həll edə biləcəyini və qiyməti ilə maraqlanmışdır. Həmin dövrdə pula ehtiyacı olduğundan Rəhimə həmin işi 5000 manat müqabilində həll edə biləcəyini demiş, bir neçə gün sonra Rəhim Bakı şəhəri, Nəsimi rayonu,S.Vurğun bağı yaxınlığında görüşüb 5000 manatı vermiş, sonralar isə istifadə etdiyi mobil telefonun “whatsapp” proqramı vasitəsi ilə mobil telefonuna işə düzəlmək üçün pul vermiş şəxsin, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 adına olan şəxsiyyət vəsiqəsinin və işə qəbul üçün “CV” anket məlumatının şəkillərini göndərmişdir. Rəhimə həmin iş təxminən iki ay ərzində həll olunacağını, yəni 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 “Socar” şirkətinə işə çağırılacağını bildirmişdir. Müəyyən vaxt sonra, yəni 2020-ci ilin oktyabr ayının axırlarında, yenə Rəhim zəng edərək, “Socar” şirkətinə sürücü kimi işə düzəlmək üçün pul vermiş Zərərçəkmiş şəxs4 qohumu, Azərbaycan Dövlət Neft Akademiyasını bitirməsini və ali təhsilli olmasını, həmin şəxs də “Socar” şirkərinə hər hansı bir kabinet işinə işə düzəlmək istədiyini, həmin şəxsin işini həll edə bilməsini və bunun qiyməti ilə maraqlanmış, Rəhimə 10000 manatın müqabilində həmin şəxsin “Socar” şirkətinə mütəxəssis kimi işə qəbul etdirəcəyini, iş düzəldikdən sonra həmin puldan Rəhimə də hörmət edəcəyinə söz vermişdir. Bir neçə gündən sonra Rəhim zəng edərək, “Socar” şirkətinə mütəxəssis kimi işə düzəltməsinə söz verdiyi şəxsin, tələb olunan 10000 manatı verməyə maddi imkanı olmamasını, pulun məbləğində müəyyən güzəştlər edilməsini istəmiş, həmin şəxslə və atası ilə telefon vasitəsi ilə əlaqələndirərək, qiyməti öz aralarında razılaşmalarını demiş, həmin şəxslə danışarkən, həmin işə düzəlmək istəyən şəxs bu iş üçün təxminən 5000-6000 manat düzəldə biləcəyini və hissəhissə verə biləcəyini dedikdə, həmin şəxsin maddi imkanını nəzərə alaraq işin həlli üçün cəmi 6000 manatı iki dəfəyə vermək şərti ilə razılaşmış, həmin məbləğin 3000 manatını yanlarında olan tanışı Rəhimə verməsini bildirmişdir. Həmin şəxs üstündə istədiyi məbləğ olmadığından, bir-iki günə həmin pulu düzəldib Rəhimə çatdıracaqlarına söz vermiş, razılaşdıqda bir neçə gündən sonra, yəni 2020-ci ilin oktyabr ayının axırlarında günün günorta saatlarında Rəhim zəng edərək, “Socar” şirkətinə mütəxəssis vəzifəsinə düzəlmək istəyən şəxsdən 3000 (üç min) manatı almasını demiş, sonra elə həmin günü 3000 (üç min) manatı Rəhim Bakı şəhəri, Nəsimi rayonu, “S.Vurğun” bağı yaxınlığında görüşüb vermişdir.O,Rəhimdən pulun qalan hissəsini aldıqda hörmət edəcəyinə söz vermişdir. Sonrakı günləri Rəhim istifadə etdiyi mobil telefonun “whatsapp” proqramı vasitəsi ilə mobil telefonuna işə düzəlmək üçün pul vermiş şəxsin əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 adına olan şəxsiyyət vəsiqəsinin və işə qəbul üçün “CV” anket məlumatının şəkillərini göndərmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində pul lazım olduğundan Rəhimə zəng edərək Zərərçəkmiş şəxs3 işə düzəlməsi üçün razılaşdırılmış və qalıq qalmış 3000 manatı təcili olaraq əlaqə saxlayıb çatdırmasını demiş, həmin günü Zərərçəkmiş şəxs3 zəng edərək bir-iki günə pulu hazır edib əlaqə saxlayacağını demiş, bir neçə gündən Samir pul hazır olmasını deyərək görüşməyi təklif etmiş, Samirə növbəti günü saat 14 radələrində Bakı şəhəri, ünvan 9 ünvanın qarşısındakı fantanın yanında görüşməyi təklif etmişdir. Növbəti günü, yəni 2020-ci ilin noyabr ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı günü qeyd etdiyi fantanın yanında əvvəllər tanımadığı, özlərini Samirin atası Tahir və əmisi Malik kimi təqdim etmiş şəxslərlə görüşmüş, Tahir ona 3000 (üç min) manat vermiş, təxminən bir ay ərzində hər ikisini yəni, Samiri və Maliki “Socar” şirkətindən işə çağrılacaqlarını deyib çıxıb getmiş, həmin vaxt Tahirdən 3000 (üç min) manatı alarkən pulun almasına dair hər hansı bir qəbz yazmamışdır. Bundan sonra Malik və Zərərçəkmiş şəxs3lara vəd etdiyi müddət çatdıqda sonuncular mütəmadi olaraq zəng edib işlə maraqlanmağa başladıqda, həmin dövrdə “Socar” şirkətinə Maliki və Samiri işə düzəltmək üçün hər hansı bir şəxs tapa bilmədiyindən əvvəlcə sonunculara yaxın vaxtlarda işləri həll olunacağına yalandan vədlər verib vaxtı uzatmış, sonra söz verdiyi müddət keçdikdə vəd etdiyi işi həll edə bilmədiyindən və iş üçün aldığı pulu qaytarmağa maddi imkanı olmadığından, Malik və Samirin zənglərinə cavab verməmiş, sonralar isə istifadə etdiyi mobil nömrəni ümumiyyətcə bağlı saxlamışdır. Malik və Zərərçəkmiş şəxs3ları işə düzəltmək adı ilə Rəhim vasitəsi və özü aldığı pulları borcları olduğundan xərcləmiş, həmin puldan Rəhimə də verməyə söz versə də, pulu xərclədiyindən Rəhimə də verə bilməmişdir. Rəhimlə Malik və Samiri “Socar” şirkətinə işə düzəltmələri üçün heç bir iş görməmiş, “Socar” şirkətində hər hansı bir tanışı olmamışdır. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayında Qurbanəli zəng vuraraq “Socar” şirkətinə sürücü kimi işə düzəlmək istəyib-istəmədiyini soruşmuş, istədiyini deyərək həmin gün Qurbanəli ilə görüşmüş, tanışı vasitəsi ilə 5000 (beş min) manatın müqabilində “Socar” şirkətinə sürücü kimi işə düzəldə biləcəyini demiş, razılaşaraq həmin gün Bakı şəhəri, Yasamal rayonu, “Space TV” telekanalının inzibati binasının qarşısında Qurbanəli vasitəsi ilə yanında gəlmiş onu işə düzəldəcək Rəhim adlı şəxslə tanış olmuşdur. Həmin görüşə qardaşı oğlu Samirlə getmiş, Qurbanəli Rəhimi göstərərək işə düzəldən şəxs olmasını, Nazirlər Kabinetində vəzifəli şəxsin sürücüsü olmasını demiş, həmin vaxt Rəhim görüşə qara rəngli “BMW”markalı **-AA-*** qeydiyyat nömrəli dövlət avtomobillə gəldiyindən buna inanmış və həmin vaxt 5000 (beş min) manat pulu Qurbanəlinin vasitəsi ilə Rəhimə vermişdir. Rəhim də pulu işə düzəltmək üçün Hamletə vermişdir. Samir ilə işə düzəlmə məsələləri uzandığından maraqlanmaq üçün Rəhim və Qurbanəli ilə dəfələrlə əlaqə saxlayıb Hamletin görüşməsini tələb etmişlər, o isə hər dəfə iş həll ediləcəyini və qısa müddət ərzində işə çağılacaqlarına söz vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Samirlə o “Socar” şirkətinə işə çağırılmamışlar, həmin ərəfədə Hamlet səsini dəyişərək taksafondan zəng edərək guya “Socar” şirkətinin insan resuslarından olmasını, yaxın vaxtlarda işə çağrılacaqlarını bildirmiş, o isə zəng edənin Hamlet olmasını başa düşmüş, bu barədə Samirə demiş, Hamletin onu və Samiri aldatmasını anlayıb, birlikdə Hamletə zəng edərək pullarını geri tələb etməyə başladıqda Hamlet işlətdiyi xatırlamadığı mobil nömrəsini söndürmüşdür. Sonra Samirlə birlikdə bu işlə bağlı Rəhim və Qurbanəlidən pullarını tələb etməyə başlamışlar. Rəhim və Qurbanəli pulların Hamlet tərəfindən ödəniləcəyinə söz vermiş, durmadan Rəhimi narahat edib pullarını tələb etdikdə Rəhim işə görə alınmış puldan 1800 (bir min səkkiz yüz) manat qaytarmışdır. Həmin pul hissələr: 1000 (bir min), 300 (üç yüz) və 500 (beş yüz) manat şəklində qaytarılmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs4 eyniməzmunlu ifadə verərək məhkəminin xx.xx.2024-cü il tarixli iclasında verdiyi ifadəsini təsdiqləmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən "Mərkəzi Klinika”-da sürücü kimi işləyir. 2021-ci ilin sentyabr ayının əvvəllərində həmin klinikada sürücü işləmiş, lakin təqaüddə olan və mütəmadi olaraq klinikaya gəlib-gedən Qurban Məmmədovla tanış olmuş, aralarında yaxın münasibət yaranmış, həmin ərəfədə Qurban Nazirlər Kabinetində sürücü işləyən Təqsirləndirilən şəxs1 adlı tanışı olmasını, Nazirlər Kabinetinə və ya Prezident Aparatının qarajına sürücü kimi işə düzəldə biləcəyini demişdir. Sonra Parlament prospektində Rəhimlə görüşmüş, o, Prezident Adminstrasiyasında tanışı olmasını, həmin şəxsin vasitəsilə həmin yerə sürücü kimi işə düzəldə biləcəyini demişdir. İşin hansı məbləğə həll olunacağını soruşduqda Rəhim ilkin olaraq 3000 (üç min) manat, işə başladıqdan sonra isə əlavə 7000 manat verməli olmasını bildirmişdir. Rəhimə inanıb razılaşmış, 2021-ci ilin sentyabr ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 22-24 ünvanında yerləşən binanın qarşısında Rəhimlə tək görüşüb, əlbəəl 3000 manatı vermiş, Rəhim pulu almasına dair heç bir qəbz verməmişdir. Lakin dekabr ayına kimi işini həll edəcəyinə söz vermişdir. Bundan sonra Rəhimlə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlamış, o, hər dəfə işinin ləngiməsini söyləyərək vaxtı uzadaraq aldatmışdır. Sonra Rəhimdən verdiyi pulu geri tələb etməyə başlamış, lakin Rəhim hər dəfə yalandan pulu kiməsə verməsini bildirərək aldatdıqda polisə şikayətlə müraciət etmişdir. Yasamal Rayon Polis İdarəsində Rəhim 500 manatı qaytarmış, 2500 manat geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs1 şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, həm Rəhimi, həm Hamleti tanıyır. İlk olaraq qardaşı Malik Qurbanəli vasitəsilə “X14” işə düzəlmək üçün 5000 manat vermişdir. Üstündən bir müddət keçdikdən sonra Qurbanəli zəng edərək bir tanışı olduğunu və “Socar” şirkətinə işə düzəldə biləcəyini demiş, qardaşı bunun üçün Rəhimə təzədən pul vermişdir. Rəhimə nazirin sürücüsü olduğu üçün inanmışlar və aldadacağını düşünməmişdirlər. Hamleti bir dəfə görmüş, bu zaman ondan 3000 manat almış, lakin dəymiş ziyan ödənilməmişdir. Rəhim oğlu Samirə 1500 manat, qardaşı Malikə isə 1800 (bir min səkkiz yüz) manat geri qaytarmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun illərdir tanıyır, ailəvi dostluq münasibəti olmuş, Hikmətin yaşadığı ünvan 11 ünvanı binanın 5-ci mərtəbəsində yerləşir, həmin mərtəbədə Zərərçəkmiş şəxs1 mənzilin divarına bitişik ümumi istifadə üçün nəzərdə tutulmuş 12 kv/metr sahəsi olan sanitar qovşağı vardır. Hikmət həmin sanitar qovşağını özəlləşdirmək istədiyindən, köməklik etməsi üçün xahiş etmiş, həmin sanitar qovşağı ümumi istifadədə olduğundan, Hikmətə həmin mərtəbədə yaşayan sakinlərin razılığının lazım olmasını bildirmişdir. Sonra Nazirlər Kabinetində rəhbər vəzifəli şəxsin sürücüsü işləyən tanışı Təqsirləndirilən şəxs1 bu barədə demiş, sonuncu 5000 manat qarşılığında bu işi görə biləcəyini söz vermiş, həmin məbləği Hikmətə bildirdikdə, sonuncu razılaşmış, 03 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Hikmətdən tələb olunan cəmi 5000 manatı almış və həmin pulu Təqsirləndirilən şəxs1 verəcəyinə dair dəsti xətti ilə qəbz yazmışdır. Sonra həmin məbləği Təqsirləndirilən şəxs1 vermiş, pulu Rəhim qəbul etməsi barədə Hikmətə telefon vasitəsi ilə təsdiq etmişdir. Bundan sonra qeyd olunan sanitar qovşağının Hikmətin xeyrinə özəlləşdirilməsi üçün işə başlanılmış, həmin vaxt bundan xəbər tutan Hikmətin yaşadığı mərtəbənin sakinləri ciddi etiraz etmişlər. İşin alınmadığını görən Hikmət verdiyi pulu tələb etmiş, o, bu barədə Təqsirləndirilən şəxs1 bildirmiş, sonralar Rəhim aldığı 5000 manatı istintaq zamanı Hikmətə geri qaytarmışdır. Bununla bağlı qəbzlər də vardır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Rəhim və Hamleti Qurbanəli vasitəsilə tanımış, işə düzəlmək məqsədilə onlara müraciət etmişdir. Rəhimə Bakı şəhəri, Yasamal rayonu, “Space TV” telekanalının yanındakı parkda 3000 manat, Hamletə “Azneft” dairəsinin yaxınlığında yerləşən funikulyorun yanında 3000 manat vermiş, ümumilikdə 6000 manat pul vermişdir. Rəhim həmin puldan 1500 manatı geri qaytarmış, lakin qalan məbləğ qaytarılmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Rəhim qonşusudur. “Baku Bus”da işləyən zaman Malikgili tanımışdır. İş axtardıqlarını demişlər, bu səbəbdən Rəhimlə danışmış, o da problem olmadığını, düzəldə biləcəyini demişdir. Həmin vaxt Rəhim Nazirlər Kabinetində işləyirdi. Malik və Tahir razılaşmış və işə düzəlmək üçün Rəhimə təxminən 4000-5000 manat pul vermişdir. Həmin puldan 1500 və 1800 manat geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, dəymiş ziyanının ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 11 ünvanında yaşayır, həmin mənzil binanın 5-ci mərtəbəsində yerləşir, həmçinin mənzilin divarına bitişik sahəsi 12 kvadrat metr və ümumi qonşuların istifadəsində olan sanitar qovşağı yerləşir. 2022-ci ilin təxminən sentyabr ayında həmin sanitar qovşağını özəlləşdirmək qərarına gəlmiş, bu barədə təxminən bir ilə yaxın tanıdığı Şahid1 Müşviq oğluna bildirmiş, sonuncu bu işi bir nəfər tanışının vasitəsi ilə edə biləcəyini demişdir. 2022-ci ilin sentyabr ayının ortalarında, Elnur onu bir nəfər Təqsirləndirilən şəxs1 ilə tanış edərək, sonuncunun Nazirlər Kabinetində Tikinti Şəhərsalma və Arxitektura İdarəsində yüksək vəzifədə işləyən Feyruz Mustafayevin sürücüsü olmasını demiş, Rəhim onunla görüşə idarə etdiyi qara rəng markalı, **-AA-*** nömrəli dövlət avtomobili ilə gəldiyini görüb inanmış, Şahid1 işin Feyruz Mustafayevə 5000 (beş min) manat pul vermək lazım olmasını, həmin məbləğin işin həll müxtəlif vəzifəli şəxslərə veriləcəyini bildirmişdir. Tam inandıqdan sonra, 03 oktyabr 2022-ci il tarixdə, qeyd olunan işin həlli üçün Şahid1 ünvan 12 ünvanda yerləşən market mağazasının qarşısında görüşüb 5000 manatı vermiş, həmin məbləğin 2500 manatını marketin işçisi, yaxın münasibəti olan Ərəstun Babayevdən borc kimi alıb Şahid1 təklikdə əlbəəl vermiş, sonuncu həmin məbləği alıb işi həll edən Təqsirləndirilən şəxs1 verəcəyinə dair dəsti xətti ilə qəbz yazmışdır. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq iş həll olunmamış, xx.xx.2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı departamentindən onun müraciəti əsasında ünvanına daxil olmuş məktubda, yaşadığı 5-ci mərtəbədə yerləşən sanitar qovşağı sakinlərin ümumi istifadəsində olduğundan özəlləşdirilməsi mümkün olmaması göstərilmişdir. Sonra o, bununla bağlı Şahid1 və Təqsirləndirilən şəxs1la dəfələrlə telefon əlaqəsi saxlayaraq verdiyi pul məbləğini geri tələb etmiş, Rəhim 5000 manatın almasını etiraf etsə də, hər dəfə pulu qaytaracağına vədlər verərək vaxtı uzatdıqda, 02 may 2023-cü il tarixdə Şahid1 tərəfindən aldadılaraq pulun ələ keçirilməsi barədə şikayət vermiş, onun şikayəti əsasında aparılan araşdırma dövrdə Şahid1 aldığı 5000 manat pulu tam şəkildə ona ödədiyindən, onun Elnur və Təqsirləndirilən şəxs1lara qarşı, heç bir şikayəti və tələbi olmamasına dair ərizə vermişdir. Yaşadığı mənzilin divarına bitişik olan otağın özəlləşdirməsinə köməklik edəcəyinə dair ona vədi ilkin olaraq Şahid1, sonralar isə sonuncun tanışı Təqsirləndirilən şəxs1 onun tərəfindən verilmiş qonaqlıq məclisləri zamanı Elnurun dediklərini təsdiq edərək vəd vermiş, bu məqsədlə o, Elnura və Rəhimə qonaqlıqdan başqa,o, Rəhimə hissə-hissə 300 manat məbləğində cib xərclik verməsini, həmçinin ondan alınmış 5000 manat pulun konkret kimlərə verməsini bilməməsini, işin həlli ilə bağlı onu hər hansı bir məmurun qəbuluna aparmamasını bildirərək, Şahid1 ondan 5000 manatı hansı məqsədlə almasına dair dəsti xətti ilə yazdığı qəbzin sürətini, həmçinin həmin məbləği Təqsirləndirilən şəxs1 tərəfindən götürülməsi barədə diskə köçürülmüş səs yazılarını istintaqa təqdim etmişdir. 26 sentyabr 2022-ci il tarixli qərarla Bakı şəhəri Yasamal rayon prokurorluğunda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 26 sentyabr 2022-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. 09 oktyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 noyabr 2022-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. 05 noyabr 2022-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. 05 noyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 02 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 02 dekabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 02 dekabr 2022-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 30 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 05 yanvar 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 yanvar 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 fevral 2023-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. 01 fevral 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 18 avqust 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 05 iyun 2023-cü il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrədə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. 07 iyun 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. 01 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. 09 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış icraat təzələnmişdir. 11 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 11 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 16 avqust 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 18 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 23 avqust 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə icraata qəbul edilmiş ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmişdir. 24 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. 24 avqust 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs1 istintaqdan gizləndiyindən dayandırılmışdır. 25 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. 27 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 30 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:30-da könüllü olaraq istintaqa gəlib özünü təqdim edərək istintaqa çağırılması barədə məlumatının olmadığını, çağırış haqda məlumat alan kimi istintaqa gəlmişdir. 21 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1, Şahid1 Müşviq oğlu və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4 maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. 22 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittihamlar elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1: - Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixdə AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. - Səbail Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixdə AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. - Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixdə AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. - Səbail Rayon Polis İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. - Xətai Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. - Səbail Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kərimov X8 rayonu ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 1 azyaşlı uşağı var: xx.xx.2014-cü il təvəllüdlü X5. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 2 azyaşlı uşağı var: xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X7. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 11 mart 2023cü il tarixdən saat 03.50-dən 12 mart 2023-cü il tarixədək saat 16.09-dək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki- 1(009)- 165/2023 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə isə tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onların özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə dələduzluq cinayətini törətmələri tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəməsini və barışmalarını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın bir hissəsini ödəməsini, cinayət törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 24 iyul 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayət törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 dələduzluq cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-165/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki- 1(009)-165/2023 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə isə tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2020-ci ilin oktyabr ayında törədilmişdir. Belə olan halda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 18 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən saat 03:50-dən xx.xx.2023-cü il tarixədək saat 16:09-dək tutulduğu 02 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 01 (ay) 02 ( iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 ( dörd yüz iyirmi) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 ( dörd yüz iyirmi) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-186/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-186/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver