Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-186/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun iştirakları ilə, xx xxxxxx 2002-ci il ildə Rusiya Federasiyasının, Voloqodskaya vilayətinin, Voloqda şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu. Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Y/M-si, ev 390C-də yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs Camaləddinöviç özünə məxsus, qeydiyyat nişanı nəzərdə tutulmayan və mexaniki nəqliyyat vasitəsi hesab edilməyən mühhərrik həcmi 49 sm3 olan “Tufan-M50” markalı mopedi 50 km\saat sürətlə idarə etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağan edildiyi halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirərək, 23 oktyabr 2024-cii il tarixdə saat 12:36da Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hərkət zolağında Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral epikondilusunun, sol incik sümüyünün proksimal ucunun, burun sümüyünün qapalı sınıqları, alın nahiyyəsinin sağ yarsının, burunun, üst dodağın bayır səthinin, sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları, hər iki gözaltı nahiyənin qançırları dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnməklə sağlamlığa AZ AGİR zərərvurmaya aid olan bədən xəsarətləri yetirilməsinə səbəb olan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə “Tufan-M50” markalı dövlət qeydiyyat nömrə nişanı nəzərdə tutulmayan moped alaraq fərdi qaydada kuryer kimi işləyib, həmin mopedi idarə etmişdir. 23 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində öz işlərini həll etmək məqsədi ilə idarə etdiyi “Tufan-M50” markalı mopedlə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi ilə üzü Bül-Bül prospekti istiqamətində saatda təxminən 50 km/saat surətlə dörd zolaqlı yolun üçüncü hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Qarşıda işıqforun yaşıl işığının yanmasını görüb hərəkətini düzünə davam etdirən zaman markası və dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan avtomaşının onun sol hissəsindən keçməsini görüb həmin avtomaşınla toqquşmamaq məqsədi ilə hərəkət zolağını dördüncü hərəkət zolağına dəyişdirib hərəkətini davam etdirən zaman ani anda yolun sağ hissəsində səkininin üzərindən yolun üçüncü hərəkət zolağında dayanmış avtomaşına minmək üçün yolu keçən piyadanı görüb hadisənin qarşısını almaq məqsədi ilə dərhal əyləcdən istifadə etsə də mopedin ön hissəsi ilə həmin piyadanın yan hissəsində vurmuşdur. Zərbənin təsirindən həmin piyada ilə birlikdə özü də idarə etməni itirərək asfalt örtüyün üzərinə yıxılmışdırlar. Hadisədən sonra orada olanlar TTYS-na məlumat verilmiş və az bir müddət keçmişdir ki, oraya Səbail RPİnin əməkdaşı gələrək müvafiq sənədləşdirmə aparmağa başlamış və TTYS-dan həkim briqadası gələrək piyadanı, həmçinin özünü xəstəxanaya aparmışdırlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Bundan sonra o, Səbail RPİ-nə dəvət olunmuş və idarəyə gələrək hadisə barədə məlumat vermişdir. Həmiçinin o bildirmişdir ki, o mopedi təxminən 50 km\saat sürətlə idarə etmiş, hadisə baş verən zaman idarə etdiyi mopeddə özündən başqa heç kim olmamışdır, mopedi idarə edən zaman ayıq olmuşdur.. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsindən piyada olaraq yolun əks tərəfinə keçmək istəmişdir. Belə ki, o, şəxsi işlərini həll etmək məqsədi ilə yaşadığı ünvanın qarşısına taksi sifariş vermişdir. Onun sifarişindən sonra hazırda markasını və dövlət qeydiyyat nömrə nişanını görmədiyi avtomobil, onun qeyd etmiş olduğu ünvanın qarşısına, yəni Z.Əliyeva küçəsinə gəlmişdir. Lakin, həmin küçədə yolun sağ hissəsindəki son hərəkət zolağı avtobusların hərəkəti üçün nəzərdə tutulduğundan, sifarişə gəlmiş taksinin yolun üçüncü hərəkət zolağında dayandığını görmüş və o taksini gözləmək üçün dayanmış olduğu səkinin üzərindən, yəni yolun sağ hissəsindən həmin taksiyə əyləşmək məqsədi ilə yolun avtobusların hərəkəti üçün nəzərədə tutulmuş zolağına daxil olduğu anda qəflətən həmin avtobus zolağı ilə hərəkətdə olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, idarə etdiyi “Tufan-M50” markalı dövlət qeydiyyat nömrə nişanı nəzərdə tutulmayan mopedin ön hissəsi ilə onun sol tərəfindən vurmuş və zərbəninin təsirindən o, asfalt örtüyün üzərinə yıxılmışdır. Dərhal ətrafdakılar tərəfindən TTYS-na məlumat verilmiş və bir az sonra hadisə yerinə Səbail RPİ-nin əməkdaşı gələrək müvafiq sənədləşdirmə aparmağa başlamışdırlar. Az sonra isə TTYS-dan həkim briqadası hadisə yerinə gələrək onu xəstəxanaya aparmışdırlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu ilə barışıq əldə etmiş, ona dəymiş ziyan tam olaraq ödənilmiş və həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş 30 oktyabr 2024-cü il tarixli 553 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2002-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlirəm: l.Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral epikondilusunun, sol incik sümüyünün proksimal ucunun, burun sümüyünün qapalı sınıqları, alın nahiyyəsinin sağ yarsının, burunun, üst dodağın bayır səthinin, sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları, hər iki gözaltı nahiyənin qançırları bərk kütə əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 23 oktyabr 2024-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş 27 fevral 2025-ci il tarixli “8-/3471" saylı məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Tufan-M50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” barədə protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyev küçəsində yerləşən asfalt yoldur. Məhkəmə iclasında və ibtidai istintaq zamanı baxış keçirilmiş vidiogürüntüdən görünür ki, 23 oktyabr 2024-cü il tarixdə saat 12:36-da əlində qara rəngli çanta olan qadın cinsində mənsub şəxs səki ilə qaçaraq asfalt yola, ümumi istifadədə olan nəqliyyat vasitələrin hərəkəti üçün nəzərdə tutulmuş zolağa daxil olur, bu anda sol tərəfdən sürətlə gələn moped piyadnı vurur və piyada zərbənin təsirindən asfaltın üzərinə yıxılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında görünür ki, 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, video görüntünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmasını, habelə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluna xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manatın təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs Cəmaləddin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkli Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 275 (iki yüz yetmiş beş) manat tutulub, Bakı şəhəri 03 saylı Vəkli Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-186/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-186/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver