Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-187/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə 1055-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Bağlar ərazisində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 31 mart 2021-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanında yerləşən avtobus dayanacağının qarşısında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq ətrafda yığışan çoxsaylı insanların gözü qarşısında əli ilə öz cinsiyyət orqanını göstərərək Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib Zərərçəkmiş şəxs həmin ünvanda taksi fəaliyyəti ilə məşğul olmasını bəhanə kimi gətirməklə onunla mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurmaqla onda sol gözün bayır bucağının və alt dodağın qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclsında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 ildir ki taksi fəaliyyəti ilə məşğul olur. 31 mart 2021-ci il tarixdə saat 23:40 radələrində o Bakı şəhəri, Səbail rayonu, Azərbaycan Prospekti 1 ünvanında yolun kənarında idarə etdiyi “London” markalı **-TH-*** dövlət nişanlı taksinin yanında olan zaman sonradan adının X2 bildiyi şəxs ona yaxınlaşıb orada durmamağı özünün müştəri yığdığını bildirmiş, o isə Zərərçəkmiş şəxs axırıncı müştərini götürüb oradan evinə getmək istədiyini demişdir. Həmin vaxt ora gələn sarı rəngli taksinin sürücüsünə həmin yerdə dayanmamağı deməmiş, əksinə sürücü onun tanışı olduğundan onunla salamlaşıb hal-əhval tutmuşdur. Bu zaman aralarında söz mübahisəsi yaranmış və Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, o isə Zərərçəkmiş şəxs ondan uzaqlaşmağı demişdir. Lakin Zərərçəkmiş şəxs onun üzərinə gəlməyə davam etmiş və bu zaman o, Zərərçəkmiş şəxs itələmişdir. Zərərçəkmiş şəxs onu söymüş, onu telefona çəkirmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar arasında hadisənin yaranmasına səbəb onun dayanacağın yanında avtomobilini saxlayıb müştəri yığmaq istəməyi və bu zaman Zərərçəkmiş şəxs ona həmin yerdə dayanmamağı özünün müştəri yığdığını bildirməsi, onun isə həmin yerdə getməyəcəyini bildirməsi olmuşdur. O, əsəbi olduğu üçün Zərərçəkmiş şəxs ünvanına “qulağını kəsərəm” deyə ifadə işlətmişdir. O. Özünü Zərərçəkmiş şəxs vurduğu üçün qismən təqsirli bilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, bir müddətdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanında yolun kənarında taksi fəaliyyəti ilə məşğul olur. Həmin ünvanda olan digər taksi sürücüləri səbəbsiz yerə onun orada dayanmağını istəmir və onunla mübahisə edirlər. Bununla əlaqədar olaraq o, hadisədən bir həftə əvvəl də DİN-in 102 xidmətinə müraciət etmiş və hədələnməyi barədə məlumat vermişdir. 31 mart 2021-ci ildə tarixdə saat təxminən 23:40 radələrində orada dayanan “London taksi” **-TH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona orada dayanmamağı və getməyini demişdir. Həmin vaxt ora sarı rəngli taksi də gəlmiş, Rövşən taksi sürücüsünü ordan qovmuşdur. O isə cavabında qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu ona bildirən zaman Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu əlləri ilə itələyib öldürməklə hədələmiş, daha sonra əlini cinsi orqanına ataraq onun və ailə üzvlərini ünvanına söyüş söymüşdür. O da Təqsirləndirilən şəxs ünvanına söyüşlə qarşılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs sürətli şəkildə yeriyərək ona tərəf gəlmiş yumruqla onun göz və çənə nahiyəsinə vurmaqla xəsarətlər yetirmişdir. Bu zaman ətrafdakı insanlar onları aralaşdırıb avtomobilə əyləşdirmişdir. Biraz keçdikdən sonra o, avtomobilində olan sərnişiniləri “20 Yanvar” deyilən əraziyə düşürtdükdən sonra evinə getmiş, daha sonra ürək bulanması olduğu üçün təcili tibbi yardıma müraciət etmiş, təcili yardım onu travmotologiya şöbəsinə aparmış, lakin orada onu qəbul eləmədiklərindən onu cərrahiyə şöbəsinə göndərmişlər. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Daha sonra o, hadisə ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmiş və hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Nizami küçəsində yerləşən “Araz” marketdə fəhlə işləyir. 31 mart 2021-ci il tarixdə təxminən 23:30 radələrində o Sabir bağından 20 Yanvara getmək üçün dayanacaqda taksi gözləyirdi. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşdikdən bir müddət sonra əyləşdiyi avtomobilin sürücüsü və “London” taksisinin sürücüsü arasında mübahisə baş vermişdir. O mübahisə baş verən vaxt maşında arxa hissədə solda əyləşmişdir. Mübahisə edən şəxslərdən Rövşənin söyüş söydüyünü eşitmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlbəyaxa olduğunu görmüşdür. Əyləşdiyi maşının qapısı bağlı olduğundan konkret olaraq nə danışdıqlarını eşitməmiş, sadecə qarışıq səslər eşitmişdir. O mübahisəyə qarışmaq istəmədiyi üçün mübahisə vaxtı maşından düşməmiş, sonrada avtomobildən düşərək yenidən minmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Sonradan Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu görərək ona kömək etmişdir. Sonra Zərərçəkmiş şəxs idarə etdiyi taksi avtomobili ilə gedərək “20 Yanvar” ərazisində düşmüşdür. Həmçinin məhkəmə iclasında suallara cavab olaraq Şahid1 məhkəmə iclasında verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs gəldikdən bir müddət sonra maşına əyləşmiş və Zərərçəkmiş şəxs idarə etdiyi maşına əyləşərkən maşında başqa sərnişin olmamışdır. Mübahisədən sonra hərbi geyimli şəxs Ələkbərə irad bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibitidai istintaqa verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və əsasən dayandığı yer Bakı şəhəri, Səbail rayonu, Sabir bağının ətrafıdır. 31 mart 2021-ci il tarixdə saat 23:30 radələrində o Bakı şəhəri, Yasamal rayonu ərazisindəki evində olmuşdur. O, 31 mart 2021 -ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanında olmadığı üçün Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mübahisəni görməmişdir. Zərərçəkmiş şəxsla münasibəti olmamışdır. Təqsirləndirilən şəxs hazıradək hər hansı bir şəxslə mübahisəsinin olduğunu eşitməmişdir. Həmçinin əvvəllər də Zərərçəkmiş şəxs polisə şər-böhtan xarakterli şikayətlər edərək onun Ələkbəri hədələməyini bildirmişdir. Lakin nə o, nə dəki həmin ərazidə olan digər taksi sürücüləri Ələkbəri hədələməmişdir. Polis bölməsində bununla bağlı araşdırma aparılmış, dörd dəfə Səbail Rayon Polis İdarəsinin 9-cu Bölməyə, 2-3 dəfə də Səbail RPİ-yə çağrılmış, lakin və bu hal öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs onun və digər taksi sürücülərin barəsində həqiqətə uyğun olmayan məlumatlar verir və digər sürücülərə taksi fəaliyyətini həyata keçirməyə maneçilik törədir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki 22 ildən çoxdur ki, taksi fəaliyyəti ilə məşğul olur. 31 mart 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanına gələn zaman səs-küy olduğunu eşitmişdir. Hadisə zamanı o maşının içində olmuş və onların maşının qırağında mübahisə etdiklərini görmüşdür. Bu zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə digər taksi sürücüsü Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu görmüşdür. Onların bir birlərinə qarşı nalayiq söyüşlər söydüyünün şahidi olmuşdur. Daha sonra orada olan insanlar Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralaşdırıb onları sakitləşdirmişdirlər. Həmçinin o, avtomobilini mübahisə baş verən ərazidən bir qədər aralı saxladığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağını görməmişdir. Lakin onların bir birlərinin ünvanına nəılayiq sözlər sərf etdiyini görmüşdür. Mübahisə başa çatdqıdan sonra o öz özünə məxsus olan “Ravon Nexia” markalı 90- PJ-938 dövlət nömrə nişanlı avtomobilinə əyləşmişdir. Orada digər taksi sürücüsü “Daewo Nexia” markalı **-LN-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Şahid3 da olmuşdur. Ətrafdakılar Zərərçəkmiş şəxs qınadığından və Şahid3 da onları təsdiqlədiyindən Zərərçəkmiş şəxs Şahid3 üzərinə gedərək “səninlə bölmədə görüşərik” sözlərini demişdir. Hədisə baş verən gün Şahinlə Ələkbər arasında heç bir mübahisə baş verməmişdir. O Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməklə və ya Ələkbərin avtomobilinə narkotik maddə atıb tutdurmaqla hədələdiyi barədə heçnə eşitməmişdir. İşlədiyi müddət ərzində heç kim onlardan şikayət etməmiş, xoşagəlməz hadisələr Zərərçəkmiş şəxs gəldikdən sonra yaranmağa başlamışdır. Məhkəmə iclasında baş vermiş hadisəni əks etdirən videogörüntüyə (DVD disk TŞ-186.2 00.56.37 dəqiqədən ibarət) baxış keçirilərkən müəyyən olunmuşdur ki, videogörüntünün 00:03:25 saniyəsində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanında yerləşən avtobus dayanacağın qarşısına avtobus yaxınlaşır və Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın avtobusun sağ tərəfinə keçərək dayanaçaqla avtobusun arasında dayanır. Videogörüntünün 00:04:25 saniyəsində avtobus dayanacağı tərk edərkən Zərərçəkmiş şəxs maşınını avtobusun qarşısına sürərək dayanmışdır. Avtobus uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs maşınnı arxası dayanacağının yanındakı köşkə tərəf saxlamış və 10 dəqiqə ərzində maşından düşməyərək içində əyləşmişdir. Videogörüntünün 00:14:50 saniyəsində Təqsirləndirilən şəxs bənövşəyi rəngli “London Taksı” avtomobili ilə gələrək dayanacağın yanındakı “Milli Ön” terminalının qabağında saxlamışdır. Videogörüntünün 00:15:15 saniyəsində ağ şalvar, qırmızı və qara rəngdə olan köynək geyinmiş Zərərçəkmiş şəxs maşından düşür, 00:15:25 saniyəsində ağ-qara köynək geyinmiş Təqsirləndirilən şəxs maşından düşür və köşkə gedir. Təqsirləndirilən şəxs 00:16:04 saniyəsində maşınına tərəf qayıdır, Zərərçəkmiş şəxs isə köşkə tərəf gedir. Daha sonra hər iki sürücü öz maşınlarının yanında gəzişirlər, videogörüntünün 00:16:20 saniyəsində bənövşən rəngli “ London Taksi” avtomobili yoldan keçir, Təqsirləndirilən şəxs sağ əli ilə maşının sürücüsü ilə salamlaşır. Daha sonra isə 00:17:20 saniyəsində sarı rəngli taksi dayanacağa yaxınlaşır və Təqsirləndirilən şəxs həmin maşına tərəf gedir, maşının qapısını açaraq əlini uzadaraq sürücü ilə salamlaşır. Bundan sonra sarı rəngli taksi gedir. Videogörüntünün 00:17:48 saniyəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əli ilə işarə edir, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs cavab olaraq əli ilə işarə edir. Bundan sonra mübahisələri başlayır. Zərərçəkmiş şəxs öz mobil telefonu ilə zəng edir, dah sonra Təqsirləndirilən şəxs mobiı telefonu ilə çəkir. Təqsirləndirilən şəxs Ələkbər Qaımova yaxınlaşaraq və əlini mobil telefona uzadaraq çəkilişi dayandırmağı tələb edir. Zərərçəkmiş şəxs buna məhəl qoymayaraq çəkilişi açıq şəkildə 00:21:55-dək davam edir. 00:21:45 saniyədə Təqsirləndirilən şəxs əlini cinsiyyət orqanına aparır. 00:22:07 saniyəsində Təqsirləndirilən şəxs avtomobilə minərkən Zərərçəkmiş şəxs təhrikedici hərəkəti ilə anidən maşından enərək Zərərçəkmiş şəxs üzərinə yeriyir, Ələkbər onu yenə telefona çəkir və Ələkbəri vurarkən Ələkbər onu sinəsndən iki dəfə vurur. Bundan sonra Təqsirləndirilən şəxs özü maşınına tərəf qayidır və maşınına minir. Zərərçəkmiş şəxs isə təkrarən Təqsirləndirilən şəxs maşına yaxınlaşır və nəsə deyir. Daha sonra hərbi geyimli şəxs Ələkbərə yaxınlaşır və irad bildirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz mobil telefonu ilə qeydə alınmış 3 videogörüntünü təqdim edərək həmin videogörüntü iş üzrə sübut kimi tanınması barədə vəsatət vermişdir. 09 saniyədən ibarət videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünün idarə etdiyi maşının yanında arxası Zərərçəkmiş şəxs dayanarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz mobil telefonu ilə çəkərək “Səhərdən məni burda ölümlə hədələyir, söyüşün biri də bir qəpik. 20 Yanvar, “Şamaxinka” 1 manatdan.” ifadəsi səsləndirmişdir. Təqsirləndirilən şəxs isə əlini cinsiyyət orqanına aparmışdır. 06 saniyədən ibarət videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünün idarə etdiyi maşının yanında gəzişərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz mobil telefonu ilə çəkərək “Mənə əl qol atır, ölümlə hədələyir. Bax bu insan, bu maşın. Baxın, görürsüz də”. Təqsirləndirilən şəxs isə əl ilə dayanacq tərəfi göstərərək Zərərçəkmiş şəxs “Qadın var ee burda” ifadəsini işlətmişdir. 16 saniyədən ibarət videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünün idarə etdiyi maşının ətrafında siqaret çəkərək arxası Zərərçəkmiş şəxs tərəf gəzişərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz mobil telefonu ilə çəkərək “Sən mənim qulağımı kəsə bilərsən? Sənin qulağını dövlət kəsər. Yaxşı.Sən mənin qulağımı kəsə bilərsən. Hə, vur görüm. Qulağımı kəsə bilərsən. Aaaəəəə mənə niyə əl-qol atırsan? Vur da, vur da. Qoy görüm qoya bilərsən, qoya bilərsən, qoya bilərsən?” ifadəsini işlətmişdir. Məhkəmə-tibbi ekspertizasının 06.04.2021-ci il tarixli, 162 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gözün bayır bucağının və alt dodağın qançırları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31.03.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına eləcə də, müayinə olunanın verdiyi amnestik məlumatlarına əsaslanıb, xəsarətlərin özüyıxılma zamanı və ya özü tərəfindən yetirilmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələrin təsirindən törənə bilməsi barədə fikir söyləmək mümkündür. Məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021 -ci il tarixli T 108/2021 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol gözün bayır bucağının və alt dodağın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş,kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər,yetirilmə müddəti qərarda göstərilən tarixə,yəni 31.03.2021 -ci ilə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs alt çənəsinə qoyulan süni protezin qopması diş və diş alveollarını zədələmədiyindən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı. 16 aprel 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə və 9-cu Polis Bölməsinə müraciəti əsasında fakt üzrə Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 21 aprel 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 31 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 31 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 07 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2018-ci il tarixi, 1(006)-196/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 01.11.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, hal hazıradək verilmiş cəzaa məhkum tərəfindən çəkilməmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habeləözgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək qərəzli xuliqanlıq etməsi ittihamı verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı yönəlmiş hərəkətləri heç də səbəbsiz yaranmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, 31.03.2021-ci il tarixdə baş vermiş hadisəyə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olan mübahisədən qaynaqlanmış, onlar arasında mübahisənin yaranmasına səbəb isə dayanacaqda duraraq müştəri gözləmələri olmuşdur. Qeyd olunanlar tərəflərin ifadələri həmçinin iş materiallarında olan videogörüntülərlə təsdiq olunur. İş materiallarında olan videogörüntülərdən göründüyü kimi həmin mübahisə məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə, onun təhrikedici hərəkətləri və ifadəsi ilə baş vermişdir. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu vurmuş və nalayiq ifadələr səsləndirmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ictimai yer olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 1 ünvanında yerləşən avtobus dayanacağının qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi xəsarətin onun tərəfindən törədilməsi hissədə heç bir mübahisə görünmür, bu hal nə ittiham nə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Lakin hadisənin təqsirləndirilən şəxsin əməli xuliqanlıq cinayətini törətməsi ilə bağlı müdafiə tərəfindən mübahisələndirilmiş, əməlin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində yaranması mübahisələndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, hüquq nəzəriyyəsinə görə, xuliqanlıq –öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsə təhrikedici ifadələr və hərəkətlərin işlədilməsindən sonra təqsirləndirilən şəxsdə yaranmış intiqam hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Hadisənin əks etdirən videogörüntü ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə yerinə gələrkən sərbəst şəkildə maşından enərək orada dayanmışdır. Hadisə isə təxminən 3-4 dəqiqə çəkmişdir. Şahidlərin ifadələri, hadisəni əks etdirən videogörüntülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ələkbərin onu telefonla çəkməsi, həmçinin öz hərəkətləri ilə zərərçəkəni vurmağa sövq etmişdir. Təqsirləndirilən şəxs ictimai qaydanı pozmaq niyyəti olmaməş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi videogörüntülərdə də Təqsirləndirilən şəxs Ələkbərə dayanacaqda qadının olduğunu bildirməsi və hərəkətlərinə son qoyulması tələb edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi videorüntülərdə o da öz əksini tapmışdır ki, Ələkbər “ gəl vur, vura bilərsən” kimi ifadələr işlətməklə Rövşən Sultanovu onu vurmağa təhrik etmişdir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs öz maşına əyləşib getmək istəyərkən Zərərçəkmiş şəxs öz hərəkətlərindən əl çəkməyərək Təqsirləndirilən şəxs hövsələdən çıxararaq onun üzərinə gəlməsinə və vurulmasına səbəb omuşdur. Ətrafda olan insanlar isə onları ayırmamış, Rövşən özü ayrılaraq öz maşınına gedib əyləşmişdir. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində başlamış çərçivədən çıxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1- ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına mübahisənin yaranmasına səbəb olan təhrikedici ifadələr işlətməsinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir və onun əməlindəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-187/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-187/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver