Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-188/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 2004-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Xubyarlı kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda barəsində Abşeron rayon məhkəməsinin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasıda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, ibtidai istinaq zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 22:50 radələrində müştəri qismində gəldiyi ünvan 1 ünvanda yerləşən “Central” restoranında masanın üzərində yanaşı olan Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində bir ədəd “Samsung S9” markalı mobil telefonu, Zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində qoruyucu kobura və 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 550 manat dəyərində bir ədəd “Samsung slO” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 300 manat məbləğində və Zərərçəkmiş şəxs2 570 manat məbləğində olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə 870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarına əlavə edilmiş video görüntü və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri olmadığına görə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. 02 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində gəzişirmiş. Gəzişə-gəzişə Səbail rayonu, Xəqani küçəsində yerləşən “Central” restoranına gəlmişdir. Saat təxminən 22:00 olardı içəri girib çay içmək istədiyini bildirib. Bu zaman ona məxsus “İphone 6” markalı mobil telefonun enerjisinin az qaldığını görüb orada işləyən kişi cinsli tanımadığı şəxsə bildirib ki, telefonunu enerjiyə qoymaqda ona köməklik etsin. Həmin şəxs ona bildirib ki, orada öz telefonunu enerjiyə qoşa bilər. O da telefonunu enerjiyə qoymaq üçün masaya yaxınlaşanda masanın üzərində bir ədəd “Samsung S9” və bir ədəd “Samsung SlO” markalı mobil telefonun olduğunu görüb və onları oğurlamaq qərarına gəlib. Bundan sonra telefonunu enerjiyə qoşub masada əyləşib. Təxminən 5 dəqiqə sonra masadan qalxıb öz mobil telefonunu enerjidən çıxarıb və qeyd etdiyi iki ədəd mobil telefonu da götürüb dərhal həmin restorandan çıxıb uzaqlaşıb. Ordan çıxıb Abşeron rayon ərazisində Xırdalan dairəsi adlanan yerə gedib və orada tanımadığı bir nəfər şəxsə oğurladığı mobil telefonları ikisini 150 manata satıb. 150 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləyib. Oğurluq törədən zaman onu heç kim görməmişdir. Həmin şəxsi tanımadığına görə onun haqqında heç bir məlumatı yoxdur Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, gənc olduğunun, ziyanı qismən ödədiyini və Zərərçəkmiş şəxs2 ilə barışdığının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, ünvan 1 ünvanda yerləşən binanın zirzəmisində yerləşən “Central” restoranının icarədarı işləyir. Restoranda təmir işlərinin aparılmasına baxmayaraq, digər ikinci zal fəaliyyət göstərir. Restorana müştəri qismində gələn bir nəfər kişi cinsli şəxs pivə içmək istədiyini onlara bildirib mobil telefonunun enerjisinin bitdiyinə görə enerjiyə qoşmağı xahiş edib. Onlar da etiraz etməmiş və həmin şəxs masanın üzərində olan onlara məxsus mobil telefonların yanında öz mobil telefonunu enerjiyə qoşmuşdur. Həmin şəxs iki bokal pivə içdikdən sonra restorandan çıxıb gedib. Bundan sonra onlar 03 dekabr 2022-ci il tarixdə saat 03 radələrində restoranda masanın üzərinə qoyduqları şəriyi Zərərçəkmiş şəxs2 və ona məxsus “Samsung S9” və “Samsung S10” markalı mobil telefonların oğurlandığını aşkar ediblər. Restoranda quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxan zaman qeyd etdiyi şəxsin öz mobil telefonunu enerjidən götürən zaman onlara məxsus mobil telefonları da oğurladığını aşkar ediblər. Daha sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib. “Samsung S9” markalı mobil telefon ona, digər “Samsung S10” markalı mobil telefon isə şəriyi Zərərçəkmiş şəxs2 məxsusdur. Şəriyinin və onun mobil telefonları eyni anda masanın üzərindən oğurlanmışdır. Həmin mobil telefonun üzərində heç bir əşya və ya mobil nömrə olmamışdır. Oğurluq hadisəsi zamanı ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, şəriyi və tanışı Zərərçəkmiş şəxs1la birlikdə ünvan 1 ünvanda yerləşən binanın zirzəmisində yerləşən “Central” restoranının icarədarı işləyir. Restoranda təmir işlərinin aparılmasına baxmayaraq, digər ikinci zal fəaliyyət göstərir. Restorana müştəri qismində gələn bir nəfər kişi cinsli şəxs pivə içmək istədiyini bildirib mobil telefonunun enerjisinin bitdiyinə görə ondan mobil telefonunu enerjiyə qoşmağı xahiş edib. O da etiraz etməmiş və həmin şəxs masanın üzərində olan ona və şəriyinə məxsus mobil telefonların yanında öz mobil telefonunu enerjiyə qoşmuşdur. Həmin şəxs iki bokal pivə içdikdən sonra restorandan çıxıb gedib. Bundan sonra onlar 03 dekabr 2022-ci il tarixdə saat 03 radələrində restoranda masanın üzərinə qoyduqları şəriyi Zərərçəkmiş şəxs1 və özünə məxsus “Samsung S9” və “Samsung S10” markalı mobil telefonların oğurlandığını aşkar etmişlər. Restoranda quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxan zaman 02 dekabr 2022-ci il tarixdə saat 22:45 radələrində qeyd etdiyim şəxsin öz mobil telefonunu enerjidən götürən zaman onlara məxsus mobil telefonları da oğurladığını aşkar etmişlər. Daha sonra Adil dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib. “Samsung S10” markalı mobil telefon ona məxsusdur. Şəriyinin və onun mobil telefonları eyni anda masanın üzərindən oğurlanmışdır. Həmin mobil telefonun üzərində 10 manat dəyərində qoruyucu kobura və 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Oğurluq hadisəsi zamanı ona 570 manat maddi ziyan dəymişdir Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş materiallarında olan oğurluq hadisəsinin video görüntülərinə baxış keçirilərək müəyyən edilmişdir ki, bir nəfər kişi cinsli şəxs 02 dekabr 2022-ci il tarixdə saat 22:44 radələrində restorana daxil olub özünə məxsus mobil telefonu enerjiyə qoşur. Bundan sonra bir nəfər kişi cinsli şəxs 02 dekabr 2022-ci il tarixdə saat 22:47 radələrində restoranın içərisində olan masanın üzərindən iki ədəd mobil telefonu götürüb əynindəki şalvarın arxa cibinə qoyur və digər masada enerjiyə qoşduğu özünə məxsus mobil telefonu da götürüb restorandan çıxıb gedir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, hadisənin baş verməsini əks etdirən videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə iclasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı videogörüntü ilə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə məxsus telefonları gizli olaraq talaması tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntünü və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş materiallarında və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs barəsində məhkumluq haqqında arayışdan və hökmlərdən görünür ki: Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib həbs etmənin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14-cü və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən aradan qaldırılmasını, Zərərçəkmiş şəxs2 ilə barış əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(008)-552/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin iş üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut oğurluq hadisəsinin görüntülərini əks etdirən disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan mərum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(008)-552/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun Səbail rayon filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-188/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-188/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver