Məhkəmə qərarları › İş №1(009)-189/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-189/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-189/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 avqust 2024-cü il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5rləşən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsiniin inzibati binasına aparılmış və orada həmin günü saat 14.55-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,369 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2024cü il tarixdə saat 13:50 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq ünvan 5rləşən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılmış və orada həmin günü saat 16.40-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,893 qram olan ağ rəngli kristalşəlcilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında avtobus dayanacağında dayanan zaman dayanacağın arxasına siqaret çəkmək üçün keçmiş, həmin vaxt yerdə şəffaf rəngli sellofan büküm görmüşdür. Həmin büküm marağını çəkdiyindən götürüb içərisinə baxanda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş, onu istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün saat 16:00 radələrində Səbail rayonu, G.Əliyev küçəsi 34 saylı ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş, onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına dəvət etmiş və o, etiraz etməyərək onlarla birlikdə qeyd olunan bölməyə getmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən “Sahib” kafesinin yanında keçən zaman yerdə siqaret qutusu görmüş və götürüb içinə baxanda şəffaf sellafanda bükülü tapmışdır. Bükülüyə baxdıqdan sonra içindəkinin metamfetamin olduğunu bilmiş və düşünmüşdür ki, həmin maddədən istifadə edib ağrılarını sakitləşdirə bilər. Bu məqsədlə metamfetamini götürüb özü ilə aparmışdır. xx.xx.2024-cü il tarixdə Səbail rayonu, G.Əliyev küçəsi, ev 25 ünvanının qarşısında olan zaman saat təxminən 13:40 radələrində iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və sonuncuların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları özlərini təqdim edərək onu Polis Bölməsinə dəvət etmiş və onlarla birlikdə getmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə saat 13:50 radələrində qrupun digər üzvü Şahid1lə birlikdə izləyərək Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışdırlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etməmiş və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmişdir. Orada sonuncunun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoymaqla onlara təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristallik şəkilli psixatrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin psixotrop maddə olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin bir ədəd içində psixotrop maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və protokola o, bütün iştirakçılar kimi imza etmişdir. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə göndərilmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddəyə oxşar kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni yaşadığı ünvanın yaxınlığında avtobus dayanacağında dayanan zaman yerdə şəffaf rəngli sellofan bükümdə görmüş və özü istifadə etmək götürərək üzərində daşımışdır. Götürülmüş psixotrop maddə kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olmuş tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddəyə oxşar kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən “Sahib” kafesinin yanında keçən zaman yerdə siqaret qutusunun içərisində görmüş və özü istifadə etmək götürərək üzərində daşımışdır. Götürülmüş psixotrop maddə kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5810 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №52” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar, soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,369 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,369 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq çəkisi-0,319 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 fevral 2024cü il tarixli, 3-16-16/2-6/819 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə götürülmüş bir büküm” yazılar və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükülmüş təmiz çəkisi 0,893 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,893 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq çəkisi-0,843 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır. 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 30 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin gün saat 16:00-dan şübhəli şəxs qismində tutulmuşdur. 31 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. 31 oktyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 01 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Zamiq Mustafayevin xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. 01 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 01 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilərək barəsində axtarış elan olunmuşdur 01 yanvar 2024-cü il tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 11 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 10 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin gün saat 13:50-dən şübhəli şəxs qismində tutulmuşdur. 11 fevral 2024-cü il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. 11 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 11 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 12 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. 12 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Cavid Məmmədovun vəsatəti təmin edilməmişdir. 12 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 13 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə birləşdirilərək ********* nömrə altında bir icraatda davam etdirilmişdir. 13 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixda aşkar edilərək götürülmüş ümumi təmiz çakisi 0,369 qram və xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,893 qram olan psixatrop maddə metamfetaminlər cinayət isi üzra maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,319 və 0,843 qram metamfetaminlər məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması ücün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 13 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan, psixotrop maddəni satmış şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. 13 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamların məzmununda dəyişdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin 3875 saylı Əfv sərəncamı ilə azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-189/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş “polisin nəarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:30-da saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir uşağı var- xx.xx.2006-cı il təvəllüdlü X2. Respublika Narkoloji Mərkəzinin 15 fevral 2024-cü il tarixli 982 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahid ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda əldə edib kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını və törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək və 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 12 iyul 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 15 fevral 2024-cü il tarixli 982 №-li rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram olan (ilkin təmiz çəki 0,369 qram) və qalıq çəkisi 0,843 qram olan (ilkin təmiz çəkisi 0,893 qram) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5810 saylı və 11 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/819 saylı məhkəmə ekspertiza tədqiqatlarının xərci 110 (bir yüz on) manat və 80 (səksən) manat, ümumilikdə 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək və 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram olan (ilkin təmiz çəki 0,369 qram) və qalıq çəkisi 0,843 qram olan (ilkin təmiz çəkisi 0,893 qram) psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5810 saylı və 11 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/819 saylı məhkəmə ekspertiza tədqiqatlarının xərci 110 (bir yüz on) manat və 80 (səksən) manat, ümumilikdə 190 (bir yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 İiki yüz yetmiş) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar