Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-19/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Abşeron Rayon X2 Eldəniz Mənaf oğlunun və “Pro Bono” Vəkil Bürosunun Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 22 avqust 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, şəxsi mühafizə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə, 19 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunma hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla digər şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən qonşusu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan xanımla münasibətinin olması barədə həqiqətə uyğun olmayan söhbətləri yayan şəxslər barədə nalayıq ifadələr işlətməsini onun qardaşı Təqsirləndirilən şəxs2 də ünvanlanmasını düşünüb bunu özü üçün qəbuledilməz hal kimi qiymətləndirərək, yaşadığı ünvan 3 ünvanına gedərək bu barədə qardaşı Təqsirləndirilən şəxs2 dedikdən sonra sonuncu ilə bir qrup şəxs halında birləşib saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 özünə məxsus “WİNCHESTER” markalı, “B-505” modelli, “US-010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi, Təqsirləndirilən şəxs2 isə istintaqa məlum olmayan bıçaqla silahlanaraq ünvan 4 ünvanının qarşısına gəlib ictimai yer olan küçədə digər insanların olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq göstərərək, o, üzərində olan silah qismində istifadə etdiyi “WİNCHESTER” markalı silahla havaya atəş açmaqla, Təqsirləndirilən şəxs2 isə istintaqa məlum olmayan silah qismində istifadə olunan əşya kimi istifadə etdiyi bıçaqla hadisə yerində olan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi ilə hədələməklə, bir qrup şəxs halında ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor təbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə o, əlində olan silahı Zərərçəkmiş şəxs istiqamətləndirərək onu öldürəcəyi ilə hədələyib, hədənin icra edilməsi üçün real əsaslar olmaqla Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunma hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanının yaxınlığında qonşusu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan xanımla münasibətinin olması barədə həqiqətə uyğun olmayan söhbətləri yayan şəxslər barədə nalayiq ifadələr işlətməsini qardaşı Təqsirləndirilən şəxs1 eşitdikdən sonra bunu özü üçün qəbuledilməz hal kimi qiymətləndirərək, yaşadığı ünvan 3 ünvanında qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 özünə məxsus “WİNCHESTER” markalı, “B-505” modelli, “US-010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi, o, isə istintaqa məlum olmayan bıçaqla silahlanaraq Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydanı küçəsi 40 ünvanının qarşısına gəlib ictimai yer olan küçədə digər insanların olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq göstərərək, Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi “WİNCHESTER”markalı silahla havaya atəş açmaqla, o, isə istintaqa məlum olmayan silah qismində istifadə olunan əşya kimi istifadə etdiyi bıçaqla hadisə yerində olan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi ilə hədələməklə, bir qrup şəxs halında ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor təbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində o, yaşadığı ünvan 5 ünvanının qarşısında dayanmışdır. Həmin vaxt qonşusu Hüseyn digər qonşu Elvinlə gəlmiş və Hüseyn ona “Ruslan bura gəl” deyə səslənmişdir. O, Hüseynin hərəkətlərindən sərxoş olduğunu başa düşmüşdür. O, Hüseynə tərəf yaxınlaşmış və onlar bir yerdə bir qədər kənara gedib söhbət etmişlər. Bu zaman Hüseyn ona mobil telefonunda videogörüntü göstərmişdir. Həmin videogörüntüyə baxdıqda o, görmüşdür ki, videogörüntüdə Hüseyn məhlədə yaşayan Elnur adlı şəxsi nalayıq söyüşlərlə söyərək onun üzünə sillə və yumruq zərbələri endirir. Həmin Elnur adlı şəxs isə onun qardaşı Rüstəmin dostudur və xaraktercə çox sakit təbiətli insandır. O, Hüseynə Elnurun yaxşı insan olduğunu və Elnuru hansı səbəbə döydüyünü soruşmuşdur. Hüseyn isə ona bildirmişdir ki, Elnur Hüseynin hansısa qadınla olan münasibətini gedib kiməsə danışmışdır. Buna görə də Elnuru bu formada cəzalandırmışdır. Bundan sonra Hüseyn ona “Elnurun mənim xanımla olan münasibətimi danışdığı şəxsin və həmin şəxsin ailəsinin başına oyun açacağam” deyərək nalayıq ifadələr işlətmişdir. Bundan bir neçə gün əvvəl isə qardaşı Rüstəm ona demişdir ki, Elnur deyib ki, Hüseyn məhlədə yaşayan hansısa xanımla münasibətdədir. Buna görə də Hüseynin söydüyü söyüşlər qardaşı Rüstəmə və ailəsinə ünvanlanmış olduğundan o, Hüseynə Elnurun həmin söhbəti danışdığı şəxsin onun qardaşı olduğunu demiş və əsəbləşmişdir. Bundan sonra Hüseyn ona “sənin haqqında mən yaxşı sözlər eşitmirəm” demişdir. Hüseyn onunla çox kobud və nalayıq formada danışırmış. Bu formada danışmaqla Hüseyn onu olduqca əsəbləşdirmişdir. Həmin vaxt o, Hüseynin belində bıçaq olduğunu görmüşdür. Bundan sonra Elvin onların yanından getmiş və o, Hüseynlə birlikdə gələrək həmin vaxt yaşadığı evin kənarında dayanmış qardaşı Rüstəm və digər qonşular Sadiqlə, Rasimin yanında dayanmışdır. Hüseyn isə getmişdir. O, həmin vaxt qardaşı və orada olan X13 arasında olan söhbət barədə heç bir söz deməmişdir. Bir qədər sonra qardaşı Rüstəm evə getmişdir. Daha sonra Hüseyn məhlənin yuxarı hissəsindən gələrək onların yanında dayanmışdır. Daha sonra qardaşı Rüstəm həyat yoldaşı Esmira ilə qonşuluqda yaşayan xalasıgilə etmək üçün evdən çıxmışlar. Daha sonra o, evə girmiş və Hüseynin belində bıçaq olduğu üçün qardaşı Rüstəmə və ona xəsarət yetirəcəyindən ehtiyat edərək özünə məxsus tüfəngi çıxararaq hazırlamağa başlamışdır. Hüseynin söydüyü söyüşlər ona olduqca pis təsir etmişdir. Buna görə də o, Hüseyni qorxutmaq istəmişdir. Daha sonra qardaşı Rüstəmlə həyat yoldaşı Esmira evə gəlmiş və onun silahı hazırladığını görmüşlər. O, Rüstəmə, Hüseynin özünün xanımla münasibətinin olması barədə danışan şəxs haqqında nalayıq söyüşlər söydüyünü və Elnurun həmin söhbəti danışdığı şəxsin Rüstəm olduğundan bu söyüşlərin Rüstəmə ünvanlandığını demişdir. Bundan əsəbləşən Rüstəm Hüseynlə söhbət etmək üçün evdən çıxmışdır. Daha sonra qonşusu Sadiq Rüstəmin arxasınca gedərək Rüstəmi evə qaytarmışdır. Daha sonra o, özünə məxsus olan “WİNCHESTER” markalı tüfəngini götürmüş və evdən çıxmışdır. Onun evdən silahla çıxdığını gördükdə ailəsi də onun arxasınca çölə çıxmışdır. Səs-küyə orada yaşayan qonşular toplaşmışdır. Həmin vaxt o, havaya atəş açmışdır. Məqsədi Hüseyni qorxutmaq olmuşdur. Daha sonra tüfəngi Hüseynə doğru istiqamətləndirsə də atəş açmaq fikri olmamış, lakin həyat yoldaşı təkrar atəş açacağını güman edib əlindəki silahı kənara doğru itələmişdir. O, Hüseynə atəş açmaq istəsə birinci dəfədən havaya deyil, Hüseynə doğru açardı. Bundan sonra ətrafdakı insanlar münaqişənin davam etməsinə imkan verməmiş və o, evinə qayıtmışdır. O, Hüseyni öldürməklə hədələməmişdir. Buna görə də ona elan olunan ittihamla özünü qismən təqsirli bilmişdir. Hüseynin onunla kobud formada danışması, həmçinin qardaşı və ailəsi haqqında nalayiq söyüşlər deməsi onu olduqca əsəbləşdirmişdir. Həmin vaxt Hüseynin belində bıçaq olmuşdur. O, qorxmuşdur ki, mübahisə zamanı Hüseyn ona və qardaşı Rüstəmə bıçaqla xəsarət yetirə bilər. Buna görə də özünü qorumaq üçün evdən özünə məxsus “WİNCHESTER” markalı tüfəngi götürmüşdür. O, Hüseyni qorxutmaq istəmişdir ki, bir daha ona yaxın gəlməsin. O, əlində tüfəng Hüseynin üzərinə gedib tüfəngi Hüseynə tuşlayarkən “üzərindəki bıçağı çıxart, bir daha mənə və ailəmə yaxın gəlib narahat edərsənsə sənin cavabını verəcəyəm” demişdir. O, həmin vaxt Rüstəmə fikir verməmiş, buna görə də Rüstəmin əlində nə olduğunu bilmir. O, elə bilmişdir ki, həmin vaxt Rüstəm onun arxasınca gəlir. Videogörüntüyə baxdıqdan sonra o, görmüşdür ki, Rüstəm onun yanında gəlir. Həmin vaxt qardaşı Rüstəmin hansı ifadələri işlətməsini eşitməmişdir. O, olduqca əsəbi olmuş və həmin vaxt Hüseynə bir daha ona və ailəsinə yaxın gəlib narahat edəcəyi təqdirdə cavabını verəcəyini demişdir. Rüstəm qonşuluqda yaşayan xalasigildən qayıdanda o, Hüseynin Rüstəmə və ailəsinə nalayıq söyüşlər söydüyünü dedikdə, həmin vaxt Rüstəm əsəbləşmişdir. O, həmçinin Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən CM-nin 134-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsini, 221.2.1-ci maddəsi ilə ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşuluqda Zərərçəkmiş şəxs onun qonşusudur. Hüseyn a məhəllədə mütəmadi olaraq özbaşınalıq edir və məhəllədə yaşayan insanlara narahatlıq verir. 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində o, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydan küçəsi ev 2 ünvanının qarşısında həyətdə qardaşı ilə dayanmışdır. Həmin vaxt Hüseyn adlı şəxs gələrək qardaşını çağırmış və qardaşı Ruslan Hüseynlə birlikdə bir qədər kənara getmişdir. Bir qədər söhbət etdikdən sonra Ruslan əsəbi halda geri qayıtmış və ona bildirmişdir ki, Hüseyn deyir ki, məhlədə xanımla olan münasibətini Elnur kiməsə danışmış və həmin şəxs söhbəti məhlədə yaymışdır. Buna görə də Hüseyn həmin Elnurun danışdığı şəxsi, həmin söhbəti yayan şəxsi və ailəsini nalayıq formada təhqir etmişdir. Bundan bir neçə gün əvvəl isə qonşuluqda yaşayan Elnur ona demişdir ki, Hüseynin məhlədə yaşayan Aytən adlı xanımla münasibəti vardır. X14 evinə getdikdə Elnur həyətin qapısında dayanaraq kimsə gəldikdə Hüseynə məlumat verir. Lakin o, bu söhbəti kiməsə danışmamışdır. Hüseynin bu formada Elnurun həmin söhbəti danışdığı şəxsi və ailəsini nalayiq formada təhqir etməsi ona və ailəsinə ünvanlanmış olduğundan Ruslan evə girərək özünə məxsus “WİNCHESTER” markalı tüfəngi götürmüş və Hüseynin üzərinə getməyə başlamışdır. Bu zaman qonşular səsə çıxmışlar. Həmin vaxt Ruslan havaya doğru bir dəfə atəş açmışdır. Bundan sonra ətrafdakı şəxslər Ruslanı sakitləşdirmişlər və onlar evə qayıtmışlar. Ruslan Hüseyni qorxutmaq istəmişdir. Buna görə də Ruslan silah götürmüşdür. Çünki həmin vaxt Hüseynin üzərində də bıçaq olmuşdur. Qardaşı Ruslan, Hüseynin onu və ailəsini təhqir etməsini dedikdə o, Hüseynlə söhbət etmək üçün getmiş və həmin vaxt onun əlində bıçaq olmamış və Hüseynə bıçaq atmamışdır. Həmin vaxt Hüseyn belindən bıçaq çıxartdığı üçün o, evə qayıtmışdır. Eyni zamanda həmin vaxt Hüseynin qardaşı Rasim də onun qoluna girərək evə qaytarmış və yolda Sadiq də ona çatmışdır. Növbəti dəfə isə qardaşı Ruslanla birlikdə evdən çıxdıqda onun əlində “Samsung A3” markalı mobil telefon olmuşdur və həmin vaxt mobil telefonun işığı videogörüntüdə əks olunduğundan parıldamışdır. Eyni zamanda Hüseynin üzərinə gedib sağ əlini yuxarı qaldırdıqda əlində özünə məxsus mobil telefon olmuşdur. O, Zərərçəkmiş şəxs üzərinə gedərkən işlətdiyi ifadələri xatırlamır. Ola bilsin ki, Hüseynin onun barəsində işlətdiyi ifadələri o da Hüseynin ünvanına demişdir. Özünü təqsirli bilmədiyindən məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onunla qonşuluqda yaşayan Elnur adlı şəxs məhlədə qonşular arasında belə bir söz yaymışdır ki, guya o, qonşuluqda yaşayan evli xanımla yaxın münasibətdədir. Elnur qonşuluqda yaşayan Ruslan və Rüstəm adlı qardaşlarla yaxın dostdur. Elnur onun evli xanımla münasibətdə olmağını Rüstəm və Ruslana demiş, Ruslan və Rüstəm isə öz həyat yoldaşlarına demiş, həyat yoldaşları isə məhlənin digər qadınlarına dediklərindən məhlədə onun barəsində bu formada söz-söhbət yaranmışdır. Bu yaranan söz söhbətlər onu olduqca narahat edirmiş. Ona görə ki, onun hər hansısa xanımla münasibəti olmamışdır və həmin onun münasibətdə olduğunu dedikləri xanım evli olduğundan bu qadının ailəsi üçün də problem yarada bilərmiş. Buna görə də o, bütün bu söz-söhbətlərə son qoymaq üçün 02 iyun 2020-ci il tarixdə gecə saatlarında Elnurun yaşadığı evə getmişdir. Həmin vaxt Elnur sərxoş olmuşdur. O, Elnura bu söz söhbətlərə son qoymasını demiş və əli ilə itələmişdir. Bundan sonra 03 iyun 2020-ci il tarixdə saat 00:00 radələrində o, məhlədə olarkən Ruslanı həyətdə görmüş və Ruslana yaxınlaşaraq onun barəsində bu cür söz söhbətlərə son verməyini tələb etmiş və başa salmışdır ki, həmin xanımın da ailəsi var bu həmin xanım üçün problem ola bilər. Həmçinin onun xanımla heç bir münasibəti olmamışdır. Ruslan isə ona bildirmişdir ki, onunla həmin xanım barəsində heç bir söz söhbət yaymamışdır. Bundan sonra o, “bu söz söhbəti kim çıxartmışdırsa onun ailəsinin başına belə bir əxlaqsızlıq gəlsin” demişdir. Bu söz Ruslana pis təsir etmiş və Ruslan evə gedərək “WİNCHESTER” markalı tüfəngini götürüb onun üstünə gəlmişdir. Ruslan həmin zaman ona “burada ya sən qalacaqsan ya mən, səni öldürəcəm” sözlərini demişdir. Həmin vaxt səs-küyə qonşular çıxmışlar. Ruslan əlində silah onun üzərinə gələrkən havaya bir dəfə atəş açmışdır. Onun yanına gəlib çatdıqda isə silahı ona tərəf tuşlamış, lakin atəş açmamışdır. Bundan sonra ətrafdakı insanlar Ruslanı uzaqlaşdırmışlar. Hadisə zamanı heç bir xəsarət almamışdır. O, Elnura sillə və yumruq zərbəsi endirərək heç bir videoçəkiliş aparmamış və bu barədə Ruslana heç bir görüntü göstərməmiş, onun üzərində həmin vaxt bıçaq olmamışdır. Hadisə baş verən zaman ətrafda səs-küy olmuş və hadisə yerinə insanlar toplaşmışdır. Hadisə zamanı onun həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır. Həmin söz söhbəti Ruslan və Rüstəm çıxarmışdır. O, bunu Ruslana dedikdə Ruslan inkar etdiyi üçün o, bu formada “Söz söhbəti çıxardan şəxsin ailəsinin başına əxlaqsızlıq gəlsin” demişdir. O, həmin sözü deyərkən Ruslan və Rüstəmin hər ikisini nəzərdə tutmuşdur. Hadisə baş verən zaman o Təqsirləndirilən şəxs2 əlində bıçaq görməmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, barışdıqları üçün təqsirləndirilən şəxslər barəsində heç bir cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 Taptıx qızı ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində o, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydan küçəsi, 22 saylı mənzilində eyvanda oturmuşdur. Bu zaman o, qəfildən yaxınlıqda güllə səsi eşitmişdir. Həmin vaxt oğlu Hüseyn çöldə olmuşdur. Buna görə o, narahat olub, tez çölə çıxmışdır. Çölə çıxdıqda görmüşdür ki, qonşuluqda yaşayan Ruslan adlı şəxs əlində tüfənglə Hüseynin üzərinə gəlir. O, həmin vaxt Ruslana tərəf gedib Ruslanı sakitləşdirməyə başlamışdır. Həmin vaxt orada digər qonşular da toplaşmışdır. O, Ruslanın üzərinə gedib nə baş verdiyini və hansı səbəbə əlinə tüfəng aldığını soruşmuşdur. O, Ruslana “Əgər Hüseyn sənin namusuna sataşıbsa vur, əgər elə bir şey etməyibsə nəyə görə əlinə tüfəng alıb onun üzərinə gedirsən” deyə soruşmuşdur. Ruslan isə cavabında ona yalnız “vuracam” demiş və səbəbini bildirməmişdir. Bundan sonra o, Ruslanın tüfənginin lüləsinin aşağı endirmiş və evə getməyi xahiş etmişdir. Həmin vaxt Rüstəm qışqıraraq hədə-qorxu gəlmişdir, lakin onun bütün fikri Ruslanda olduğu üçün Rüstəmin konkret olaraq nə dediyinə fikir verməmişdir. Rüstəmin əlində olan bıçağın dəstəyi sarı rəngdə olmuş, lakin o, bıçağın ölçüləri və xarici görünüşünü görməmişdir. Bundan sonra Ruslan öz evinə getmişdir. O, da Ruslanın arxasınca evinə gedərək baş verən hadisəni aydınlaşdırmaq istəmişdir. Lakin heç kəs hadisənin baş vermə səbəbini ona deməmişdir. Hadisə baş verən zaman ətrafda səs küy baş vermiş və hadisə yerinə digər qonşular toplaşmışdır. Hadisə baş verən zaman o Təqsirləndirilən şəxs2 əlində bıçaq görməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, 03 iyun 2020-ci il tarixdə gecə saat 01:10 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydan küçəsi ev 22-dən çıxaraq həyətdə bir qədər hava almışdır. Həmin vaxt o, qonşusu Rüstəmlə, Sadiqin Rüstəmgilin evinin yaxınlığında dayandığını görmüşdür. Bir qədər kənarda isə Rüstəmin qardaşı Ruslan və onun qardaşı Hüseyn, həmçinin yanlarnda digər qonşu Elvin dayanıb söhbət edirmişlər. O, Rüstəm və Sadiqin yanına getmiş və Ruslanla Hüseynin nəyə görə kənarda dayanıb söhbət etdiklərini soruşmuşdur. Rüstəm və Sadiq bu barədə məlumatları olmadıqlarını demişlər. Bir qədər sonra əvvəlcə Elvin sonra isə Hüseyn getmiş və Ruslan onların yanına gələrək dayanmış və söhbət etməyə başlamışdır. Bir qədər sonra Rüstəm evə getmiş və orada o, Ruslan və Sadiq qalmışlar. Daha sonra Hüseyn məhlənin yuxarı hissəsindən tum çırtlayaraq gəlmiş və onların yanında dayanmışdır. Sonra Rüstəm, Ruslanın həyat yoldaşı ilə evdən çıxaraq xalasıgilin evinə doğru getmiş və həmin vaxt da Ruslan onlara “bir iki dəqiqəyə gəlirəm” demiş və evə girmişdir. Təxminən 5 dəqiqə sonra Rüstəm, Ruslanın həyat yoldaşı ilə qayıtmış və həmin vaxt Rüstəm Hüseynə “Evə get” deyərək içəri girmişdir. Bundan sonra Hüseyn evə doğru getməyə başlamışdır. Həmin vaxt qəfildən Rüstəm evdən çıxaraq digər küçə ilə Hüseynə tərəf qaçmağa başlamışdır. O, Rüstəmlə Hüseynin arasında dava dalaş olmasından ehtiyat edərək Hüseynin arxasınca qaçmışdır. O, Hüseynə çatdıqda artıq Rüstəm də digər ara küçədən Hüseynə çatmışdır. Həmin vaxt o, Rüstəmin qoluna girərək Rüstəmi sakitləşdirib evə doğru aparmağa başlamışdır. Yolda Sadiq gəlmiş və Rüstəmin qoluna girərək Rüstəmi evə aparmışdır. O, da Sadiqlə Rüstəmin arxasınca getmişdir. Həmin vaxt Ruslanın da evdən çıxmağa çalışdığını görmüş və başa düşmüşdür ki, Hüseynlə Ruslanın arasında mübahisə olub, buna görə də o, hər hansı münaqişə yaranmaması üçün Ruslangilin evinin qapısını bağlamış və Hüseynə tərəf gedərək Hüseynin də evə getməsini istəmişdir. Həmin vaxt o, qəfildən güllə səsi eşitmiş və geriyə çevrildikdə Ruslanın əlində tüfənglə gəldiyini görmüşdür. Ruslan əlində tüfənglə gələrək tüfəngi Hüseynə tərəf tuşlamış, lakin atəş açmamışdır. Bundan sonra o, həmçinin orada olan digər şəxslər Ruslanı sakitləşdirərək evə aparmışlar. O, 03 iyun 2020-ci il tarixdə saat 01:10 radələrində evdən çıxarkən kənarda Ruslan və qardaşı Hüseynin dayandığını gördükdə xeyli kənarda olmaları səbəbindən nə söhbət etdikləri eşitməmişdir. O, Rüstəm və Sadiqin yanında dayanərkən Ruslan gəldikdə o, Ruslandan nə baş verdiyini soruşduqda, Ruslan hər şeyin qaydasında olduğunu demişdir. Hüseyn evə tərəf getməyə başlayanda Rüstəm qəfildən evdən çıxdıqda və digər küçə ilə Hüseynə tərəf getməyə başladıqda, o, qaçıb Hüseynə çatdıqda Hüseynlə Rüstəmin arasında münaqişə olmamışdır. Rüstəmlə Hüseyn mübahisə edirmişlər. O, Rüstəmin qoluna girərək Rüstəmi evə qaytarmışdır. Həmçinin həmin vaxt o, olduqca fikirli olmuşdur. Buna görə də Rüstəmin əlində hər hansı alətin olmasını xatırlamamışdır. Ruslan əlində tüfəng Hüseynə tərəf gəldikdə, artıq onun bütün fikri Ruslanda olmuş və Ruslanı sakitləşdirməyə çalışmışdır. Buna görə də o, Rüstəmin Hüseynə tərəf getməsini və bu zaman əlində hər hansı bir alətin olmasını görməmişdir. Atəş səsi eşidildikdə o, geriyə çevrilmiş və Ruslanın gəldiyini görmüşdür. Həmin vaxt Hüseyn Ruslandan kənar məsafədə olmuşdur. Həmin vaxt Ruslan “öldürəcəm” sözlərini demişdir. Ona görə ki, Ruslanın həmin vaxt buna imkanı olmuşdur. Ruslan, tüfəngi Hüseynə tərəf tuşlamış, lakin atəş açmamışdır. Hadisə baş verən zaman ətrafda səs-küy baş vermiş və hadisə yerinə yaxın gəlməsələr də qonşular səsə çölə çıxmışdılar. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində o, yaşadığı ünvan 6 ünvanının həyətində pivə içirmiş. Həmin vaxt dostu Xəyal da onunla birlikdə idi. Saat təxminən 01:20 radələrində o, hava almaq üçün Xəyalla birlikdə çölə çıxmışdır. Bu zaman qonşusu Hüseynin məktəbin qarşısında evə tərəf getdiyini görmüş və Hüseyni səsləyərk Hüseynə tərəf getmişdir. O, Hüseynə çataraq görüşmüşdür. Bu zaman qəfildən güllə səsi eşitmişdir. Geriyə çevrildikdə o, digər qonşu Ruslanın əlində tüfənglə Hüseynə tərəf gəldiyini görmüşdür. Həmin vaxt Ruslanın arxasınca öz qardaşı Rüstəm, Hüseynin qardaşı Rasim, Hüseynin anası Gülnarə xanım, bir nəfər tanımadığı qadın və digər qonşu Sadiqin gəlidyini görmüşdür. Həmin vaxt Ruslan əlində saxladığı tüfəngi Hüseynə tərəf tuşlamış, lakin güllə atmamışdır. Bundan sonra Ruslanın arxasınca gələn tanımadığı qadın tüfəngin lüləsinin kənara itələmiş və digər şəxslər yəni, Hüseynin anası, qardaşı və həmin tanımadığı qadın Ruslanı sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Bundan sonra o, Hüseynə yaxınlaşraq nə baş verdiyini soruşmuş, həmin vaxt Hüseyn olduqca əsəbi olmuş və ona dəqiq bir söz deməmişdir. Belə olduğu təqdirdə o, dostu Xəyalla birlikdə yaşadığı evə getmişdir. Hadisə zamanı o, Rüstəmin əlində hər hansı predmet görməmişdir. Həmçinin həmin vaxt onun bütün diqqəti Ruslanda olmuşdur. Ona görə ki, Ruslanın əlində tüfəng olmuşdur. O, həmin vaxt özünü qorumaq üçün kənara çəkilmişdir və Rüstəmin Hüseynin üzərinə getməsini və Hüseynin əlini belinə aparmasını görməmişdir. O, Rüstəmin Hüseynin üzərinə gedərək əlini yuxarı qaldırmasını və bu zaman Hüseynin əlini belinə aparmasını yalnız istintaqda diskə baxış keçirərkən görmüşdür. Onun Ruslan və Hüseynin hər ikisi ilə münasibəti yaxşıdır. Hüseynlə Ruslanın arasında əvvəllər hər hansı mübahisə və münaqişə olmasından məlumatı yoxdur. Hadisə zamanı xəsarət alan heç kəs olmamışdır. Təqsirləndirilən şəxs1 silahdan atəş açarkən Hüseyndən olduqca kənar məsafədə olmuşdur. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 06 iyun 2020-ci il tarixdə o, məhlədə olarkən eşitmişdir ki, bir neçə gün əvvəl qonşuluqda yaşayan Ruslanla Hüseyn arasında mübahisə olmuş və Ruslan tüfəng götürərək Hüseynin üzərinə gəlmiş və havaya atəş açmışdır. Bundan sonra o, məhlədə dükandan çıxarkən Ruslanın qardaşı Rüstəmi görmüş və bu barədə soruşduqda Rüstəm də baş vermiş hadisəni təsdiqləmiş, lakin həmin vaxt Rüstəm ailəsi ilə birlikdə olduğu üçün o, Rüstəmdən hadisənin səbəbini konkret olaraq soruşa bilməmişdir. Konkret olaraq tarixi dəqiq xatırlamasa da Hüseyn gecə saatlarında onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Hüseyn ona demişdir ki, “sən mənim barəmdə Ruslana söz demisən”. O, isə Hüseynin nəyi nəzərdə tutduğunu başa düşməmiş və Hüseyndən yenə də konkret olaraq nəyi nəzərdə tutduğunu soruşduqda Hüseyn söhbətin nədən getdiyini deməmiş və yenə də acıqlı şəkildə ona bildirmişdir ki, guya o, Hüseynin barəsində Ruslana söz demişdir. Bundan sonra Hüseyn onun üz nahiyəsindən sillə vurmuş, ayağının baldır hissəsindən isə təpik atmış və onu təhqir etmişdir. O, dövlət işçisi olduğu üçün Hüseynə əl qaldırmamış və çıxıb getməsini bildirmişdir. Bundan sonra Hüseyn gedib Ruslanla da məsələyə aydınlıq gətirəcəyini demiş və getmişdir. Təxminən 2 il bundan əvvəl o, məhlədə gedərkən Hüseyni təsadüfən görmüş və həmin vaxt Hüseyn ona qonşuluqda yaşayan digər xanımın evini göstərərək pəncərədən evə daxil olacağını demişdir. Həmin göstərdiyi ev isə qonşuluqda yaşayan Aytən adlı xanımın evi olmuş və həmin xanım da evli olmuşdur. Lakin Hüseynin evə girib girmədiyindən məlumatı olmamışdır. Bu söhbət təxminən 2 il bundan əvvəl baş vermişdir və o, bu söhbəti heç bir yerdə danışmamışdır. O, Ruslan və Rüstəmlə yaxın dostdur, lakin bu barədə Ruslana bir söz deməmişdir. Ola bilsin ki, Rüstəmlə bu barədə danışmış, lakin hal-hazırda konkret olaraq xatırlamır. Hüseyn onu vurmuş, həmin zərbələr nəticəsində o, heç bir xəsarət almamışdır. Eyni zamanda həmin vaxt Hüseynin əlində mobil telefon olmuşdur. Buna görə də ola bilsin ki, Hüseyn videoçəkiliş edib, lakin o, bunu bilmir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində o, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydan küçəsi ev 2 ünvanının qarşısında həyətdə olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Hüseyn adlı şəxs yanında digər qonşu Elvinlə gələrək həyat yoldaşı Ruslanı çağırmışdır. Həmin vaxt həyat yoldaşı Ruslan evin qarşısında həyətdə olmuşdur. Ruslan Hüseynin çağırışına getmişdir. Bundan sonra o, evə girmişdir. Təxminən 40 dəqiqə sonra o, Rüstəmlə birlikdə bacısıgilə getmək üçün evdən çıxmışdır. Bu zaman evin kənarında həyat yoldaşı Ruslan, qonşuluqda yaşayan Hüseyn, Hüseynin qardaşı Rasim və digər qonşu Sadiq dayanmışdır. Bundan təxminən 5 dəqiqə sonra o, Rüstəmlə birlikdə geri qayıtmışdır. Geri qayıdarkən artıq evin kənarında Hüseyn, Rasim və Sadiq dayanmışdır. Evin kənarından keçərkən Hüseyn onun yoldaşı Ruslan və qardaşı Rüstəmin ünvanına söyüşlər söymüşdür. Həmçinin həmin vaxt Hüseyn demişdir ki, “bu söhbəti yayan şəxsin həyat yoldaşlarını gördükdə həmin qadınlara sataşaraq sözlər deyəcəyəm”. O, həmin vaxt Hüseynin hansı söhbəti nəzərdə tutmasını başa düşməmişdir. O, evə girdikdə həyat yoldaşı Ruslanın özünə məxsus tüfəngi çıxartdığını və hazırladığını görmüşdür. O, nə baş verdiyini soruşduqda Ruslan bildirmişdir ki, Hüseyn onun və Rüstəmin yoldaşı Aytənin ünvanına söyüşlər söymüşdür. Bundan sonra o, Ruslanı sakitləşdirməyə çalışmışdır. Daha sonra Ruslan əlində tüfəng, Rüstəmlə birlikdə evdən çıxmışdır. O və Rüstəmin həyat yoldaşı Aytən, həmçinin Sadiq onların arxasınca getməyə başlamışlar. Həmin vaxt Ruslan havaya atəş açmışdır. Ruslan artıq Hüseynin yanına çatdıqda o, da arxadan Ruslana çataraq Ruslanın əlindəki tüfəngi kənara itələmişdir. Bundan sonra o, Aytən, Hüseynin anası Gülnarə, Ruslanı sakitləşdirərək evə qaytarmışlar. Elnur, Ruslan və Rüstəmə Hüseynin evli xanımla münasibətdə olmağını demişdir və onunla Rüstəmin həyat yoldaşı Aytənin bu söhbətdən məlumatı olmuşdur. Lakin o və Rüstəmin həyat yoldaşı Aytən digər qonşu qadınlarla heç bir münasibətləri olmadığından bu formada heç bir söz söhbət yaymamışlar. Məhlədə təxminən 2 ilə yaxındır ki, belə bir söz-söhbət olmuşdur ki, Hüseynin məhlədə yaşayan Aytən adlı xanımla münasibəti vardır. Ruslan isə Hüseynə “səni öldürəcəm” sözlərini deməmişdir. Həmçinin 03 iyun 2020-ci il tarixdə məhlədə olarkən o,qayıtdıqda Hüseynin Ruslan və Rüstəmi söydüyünü və “bu söhbəti yayan şəxsin həyat yoldaşlarını gördükdə həmin qadınlara sataşaraq nalayiq sözlər deyəcəyəm” sözləri dediyini eşitmişdir. Lakin həmin vaxt o, Hüseynin hansı söhbəti deməsini və kimləri nəzərdə tutmasını başa düşməmişdir. Sonradan ona məlum olmuşdur ki, Hüseyn qonşuluqda yaşayan Aytən adlı xanımla münasibətinin olması barədə söhbətləri nəzərdə tutmuş və həmin söhbətləri yayan şəxs dedikdə Ruslanla Rüstəmi, həmçinin onu və Rüstəmin həyat yoldaşı Aytəni nəzərdə tutmuşdur. Ruslan evdən çıxarkən havaya atəş açmış, həmin vaxt Hüseyn olduqca kənarda olmuşdur. Ruslanın Hüseyni öldürmək fikri olmamışdır. Ona görə ki, evdə Ruslan silahı hazırladıqda ona demişdir ki, “narahat olma qorxudub qayıdıram”. Ruslan əlində tüfəng Rüstəmlə birlikdə evdən çıxarkən onun bütün fikri Ruslanda olmuşdur. Buna görə də o, Rüstəmin əlində hər hansı alət və əşya olmasını görməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində o, yaşadığı Səbail rayonu, Məktəb Meydan küçəsi ev 2 ünvanının qarşısında həyətdə olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Hüseyn adlı şəxs yanında digər qonşu Elvinlə gələrək qaynı Ruslanı çağırmışdır. Həmin vaxt qaynı Ruslan evin qarşısında həyətdə olmuşdur. Ruslan Hüseynin çağırışına tərəf getmişdir. Bundan sonra o, evə girmişdir. Təxminən 45 dəqiqə sonra qaynı Ruslan evə gəlmiş və özünə məxsus tüfəngi hazırlamağa başlamışdır. O, Ruslandan nə baş verdiyini soruşduqda Ruslan bildirmişdir ki, Hüseyn onun və öz həyat yoldaşı Esmiranın ünvanına söyüşlər söymüşdür. Buna görə də Hüseyni qorxutmaq üçün tüfəng götürür. Bu zaman Ruslanın həyat yoldaşı Esmira və onun yoldaşı Rüstəm də evə girmiş və onlar da Ruslandan nə baş verdiyini soruşduqda Ruslan Hüseynin, o və Esmira haqqında nalayiq ifadələr dediyini bildirmişdir. Bundan sonra o və Esmira Ruslanı sakitləşdirməyə çalışmışlar. Daha sonra Ruslan əlində tüfəng, Rüstəmlə birlikdə evdən çıxmışdır. O, Ruslanın həyat yoldaşı Esmira və digər qonşu Sadiq onların arxasınca getməyə başlamışlar. Həmin vaxt Ruslan havaya atəş açmışdır. Ruslan artıq Hüseynin yanına çatdıqda Esmira arxadan Ruslana çataraq Ruslanın əlindəki tüfəngi kənara itələmişdir. Bundan sonra onlar Ruslanı sakitləşdirərək evə qaytarmışlar. Elnur, Ruslan və Rüstəmə Hüseynin evli xanımla münasibətdə olmağını demişdir və onunla Ruslanın həyat yoldaşı Esmiranın bu söhbətdən məlumatı olmuşdur. Lakin o və Ruslanın həyat yoldaşı Esmira digər qonşu qadınlarla heç bir münasibəti olmadığından bu formada heç bir söz söhbət yaymamışlar. Məhlədə təxminən 2 ilə yaxındır ki, belə bir söz-söhbət olmuşdur ki, Hüseynin məhlədə yaşayan Aytən adlı xanımla münasibəti vardır. X15 “səni öldürəcəm” sözlərini deməmişdir. Ruslan evdən çıxarkən havaya atəş açmışdır. Həmin vaxt Hüseyn olduqca kənarda olmuşdur. Ruslanın Hüseyni öldürmək fikri olmamışdır. Ona görə ki, evdə Ruslan silahı hazırladıqda Hüseyni qorxutmaq üçün silahı hazırladığını demişdir. Ruslan əlində tüfəng Rüstəmlə birlikdə evdən çıxarkən onun bütün fikri Ruslanda olmuşdur. Buna görə də o, Rüstəmin əlində hər hansı alət və əşya olmasını görməmişdir. İbtidai istintaq zamanı Şahid5 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Ruslan və Rüstəmlə uşaqlıqdan dostdur. 03 iyun 2020-ci il tarixdə gecə saat 00:30 radələrində o, Ruslangildə qonaq olmuşdur. Həmin vaxt o, Ruslangilin evinin qarşısında həyətdə olmuşdur. Bu zaman qonşuluqda yaşayan Hüseyn, digər qonşu Elvinlə gəlmişlər və Hüseyn Ruslanı səsləyərək çağırmışdır. Bundan sonra Ruslan gedərək Elvin və Hüseynlə görüşmüş və onlar bir qədər kənara getmişlər. Həmin vaxt o, Rüstəmlə evin kənarında dayanıb söhbət edərək hava almışdır. Təxminən yarım saat sonra onların yanına qonşuluqda yaşayan Hüseynin qardaşı Rasim də gəlmiş və görüşmüşdür. O, Rüstəm və Rasim bir yerdə dayanaraq söhbət etməyə davam etmişlər. Bir qədər sonra Ruslan onların yanına qayıtmış və Hüseynlə, Elvin çıxıb getmişdir. Bundan sonra Rüstəm evə daxil olmuşdur. Bir qədər keçmiş Hüseyn yenidən onların yanına qayıtmış və o, Ruslan, Rasim və Hüseyn dayanaraq söhbət etməyə başlamışlar. Onlar bir qədər söhbət etdikdən sonra Ruslan da evə getmişdir. Daha sonra Hüseynlə Rasim də getmişlər. Həmin vaxt o, yenidən Ruslangilin evinə qayıtmaq istəyəndə qapıda Rüstəmin həyəcanlı vəziyyətdə evdən çıxdığını görmüş və nə baş verdiyini başa düşməmişdir. O, evə daxil olduqda Ruslan ona bildirmişdir ki, Hüseyn Ruslanın və qardaşı Rüstəmin ailəsinin ünvanında nalayıq sözlər demişdir. Bundan sonra o, məsələnin nə yerdə olduğunu başa düşmüş və cəld evdən çıxmışdır ki, Rüstəmin arxasınca getsin. O, Rüstəmin arxasınca getdikdə artıq Hüseynin qardaşı Rasim Rüstəmi evə gətirmiş və o, da Rüstəmin qoluna girərək Rüstəmi evə aparmışdır. O, həmin vaxt olduqca həyəcanlı olmuş, buna görə də nə baş verdiyini başa düşə bilməmişdir. Bundan sonra qəfildən Ruslan özünə məxsus tüfəngi götürərək evdən çıxmışdır. Bu zaman Rüstəm, onun arxasınca Ruslanın həyat yoldaşı Esmira xanım, o və Rüstəmin həyat yoldaşı Aytən xanım çıxmışlar. Həmin vaxt Ruslan havaya atəş açmış və Hüseynə tərəf getmişdir. Bundan sonra o və ətrafda olan digərləri Ruslanı sakitəşdirərək evə qaytarmışlar. Elvin və Hüseyn gələrək Ruslanı çağırdıqda və Ruslan onlarla birlikdə getdikdə olduqca kənar məsafədə olmuşlar. Buna görə də o, danışıqları eşidə bilməmişdir. Həmçinin Ruslan qayıtdıqda da Hüseynlə danışdığı söhbəti deməmişdir. Hüseyn gəldikdə və o, Ruslan, Hüseyn və Rasim evin kənarında dayanarkən aralarında gündəlik məişət mövzusunda söhbətlər getmişdir. Həmin vaxt Ruslanla Hüseynin arasında heç bir mübahisə olmamışdır. O, sonradan bilmişdir ki, guya ki, Hüseynin məhələdə olan xanımla münasibətini Ruslan və Rüstəm kənar şəxslərə demişdir. Buna görə də Hüseyn Ruslan və Rüstəmin və ailələrinin ünvanına nalayiq söyüşlər söymüşdür və nəticədə qeyd olunan hadisə baş vermişdir. Ruslan evdən çıxdıqda havaya atəş açmış və həmin vaxt Hüseyn olduqca kənar məsafədə olmuşdur. Ruslanın Hüseyni öldürmək fikri olmamışdır. Buna görə ki, Ruslanın həmin vaxt buna imkanı olmuşdur. Ruslan fiziki cəhətdən güclüdür. Oradakı insanlar Ruslanı saxlamağı bacarmazdılar. Lakin Ruslan bunu etməmişdir. Ruslan, Hüseyni qorxutmaq üçün tüfənglə Hüseynə tərəf getmişdir. O, Rüstəmin əlində hər hansı kəsici alət görməmişdir. Həmçinin həmin vaxt Rüstəmin Hüseynə hər hansı zor tətbiq etməsini də görməmişdir. Həmin vaxt Ruslanın əlində tüfəng olduğundan o, olduqca həyəcanlı olmuş və bütün fikri Ruslanda olmuşdur. O, birinci dəfə evə daxil olduqda Rüstəmin həyəcanlı şəkildə evdən çıxdığını gördükdə, həmin vaxt Rüstəmin əlində heç bir alət olmamışdır. Həmçinin o, Rüstəmin arxasınca gedib Rüstəmi evə qaytardıqda, artıq Hüseynin qardaşı Rasim Rüstəmi evə tərəf gətirirmiş. Buna görə də o, Rüstəmlə Hüseynin arasında hər hansı dava-dalaş olmasını görməmişdir. Hadisə zamanı ətrafda səs-küy baş vermiş və kənar şəxslər hadisə yerinə toplaşmasa da qonşular səsə evlərindən çıxmışdırlar. Məhkəmənin 17 may 2021-ci il tarixli iclasında dövlət ittihamçısının vəsatəti ilə Şahid1 Taptıx qızının təkrar ifadəsi alınmış və o ifadəsində bildirmişdir ki, 03 iyun 2020-ci il tarixdə çölə çıxdıqda görmüşdür ki, qonşuluqda yaşayan Ruslan adlı şəxs əlində tüfənglə, Ruslanın qardaşı Rüstəm də əlində bıçaqla oğlu Hüseynin üzərinə gəlir. O, həmin vaxt bıçağa əhəmiyyət verməmişdir ki, əsas tüfəngdən atəş açılsa Hüseyn ölə bilər. Buna görə də Rüstəmə əhəmiyyət verməyərək Ruslana tərəf gedib Ruslanı sakitləşdirməyə başlamışdır. Həmin vaxt orada digər qonşular da toplaşmışdır. Həmin vaxt Rüstəm qışqıraraq hədə-qorxu gəlmişdir, lakin onun bütün fikri Ruslanda olduğu üçün Rüstəmin konkret olaraq nə dediyinə fikir verməmişdir. Rüstəmin əlində olan bıçağın ölçülərini və xarici görünüşünü xatırlamır. O yadındadır ki, Rüstəm əlindəki bıçağı Hüseynə istiqamətləndirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 05 avqust 2020-ci il tarixli 3/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “WİNCHESTER”markalı “B-505” modelli, “US-010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngidir, sazdır və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz təqdim edilmiş “WİNCHESTER”markalı “B-505” modelli, “US- 010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngindən atılmışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Təqsirləndirilən şəxs1 özünə məxsus “WİNCHESTER” markalı ov silahını və həmin silaha dair 809 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Məktəb küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs1 13 iyul 2012-ci il tarixdə “12 kalibrli Winchestr” markalı “US- 010073” nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün verilmiş 809 nömrəli şəhadətnamə olması, həmin şəhadətnamədə Təqsirləndirilən şəxs1 məxsus fotoşəkil və şəhadətnamənin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Cavanşir Məmmədov tərəfindən imza edilməklə gerbli möhürlə təsdiq olunması müəyyən edildi. Məhkəmə iclasında DİN-in X8 Xidmətindən əldə olunmuş TŞ1-175/1 və TŞ1-175/2 saylı kameraların görüntülərində baş vermiş hadisəni özündə əks etdirən diskə baxış keçirilərkən görünür ki, TS-175.1 adlı videofaylda 02:00-dan 02:15-dək saniyələrdəki kadrlarda əynində tünd göy rəngli qolsuz köynək və boz rəngli şalvar olan şəxsin (Təqsirləndirilən şəxs2) sağ əlində bıçağa bənzər parıltılı əşya vardır. DVD diskdəki TS-175.2 adlı videofaylda 0.47.49dan 0.48.00-dək saniyələrdəki kadrlarda əynində tünd göy rəngli qolsuz köynək və boz rəngli şalvar olan şəxsin (Təqsirləndirilən şəxs2) sağ əlində olan parıltılı əşya bıçağa oxşayır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 07 aprel 2021ci il tarixli 4/360 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd DVD-R diskdə qeydə alınmış TS1- 175.1.avi və TS1- 175.2.avi adlı videoyazılara görə videoyazılarda qeydə alınmış görüntülərdə əynində tünd göy rəngli qolsuz köynək və boz rəngli şalvar olan şəxsin sağ əlində olan parıltılı əşyanın bıçaq və ya “Samsung A3” markalı mobil telefon, eləcə də digər parıltılı əşya olub- olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 300 (üç yüz) manatdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs və Şahid1 Taptıx qızı məhkəmə iclasında verdiyi ilkin ifadəsində hadisə baş verən zaman Təqsirləndirilən şəxs2 əlində bıçaq görmədiyini bildirmişlər. Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman həmçinin Ruslanın qardaşı Rüstəm əvvəlcə ona bıçaq atmış, sonra isə əlində bıçaq onun üzərinə gələrək əlini yuxarı qaldıraraq ona zor tətbiq etmək istəmişdir. Təqsirləndirilən şəxs2 onun üzərinə bıçaq atarkən və əlində bıçaq ona tərəf gəlib ona zor tətbiq etmək istəyərkən həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 onun üzərinə gəlib bıçaq atan zaman həmin bıçağın hara düşməsindən və bıçağı kiminsə götürməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 bıçaqla onun üzərinə gələrkən “səni öldürəcəm” demişdir. Məhkəmə iclasında Şahid1 Taptıx qızı təkrar ifadəsində 03 iyun 2020-ci il tarixdə hadisə baş verən zaman qonşuluqda yaşayan Ruslan əlində tüfənglə, Ruslanın qardaşı Rüstəm də əlində bıçaqla oğlu Hüseynin üzərinə gəldiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hadisə baş verən vaxt onun əlində mobil telefonun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı səmimi olaraq öz ifadəsini vermişdir, onun həmin ifadələri daha mötəbərdir, digər iş materialları ilə də uyğun gəlir, ona görədə onun həmin ifadələri doğru ifadələr kimi qəbul edilərək əsas götürülməlidir. Məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsinin qeyri səmimi olduğunu, təqsirləndirilən şəxs Rüstəm Salyevi müdafiə etmək və onun məsulliyətdən yayınmalarına yönəlmiş ifadələr kimi qiymətləndirir və qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi təkrar ifadəsində səmimi olaraq öz ifadələrini vermişdir, onun həmin ifadələri daha doğru və inandırıcıdır, digər iş materialları ilə də uyğun gəlir, ona görədə onun həmin ifadələri doğru ifadələr kimi qəbul edilərək əsas götürülməlidir. 04 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 00:20-də tutulmuşdur. 05 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli, 4(009)-281/2020 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs1 oğlu abrəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin 04 iyun 2020-ci il tarixdən hesablanmışdır. 17 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1 və 134-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Həmçinin həmin qərarla iş üzrə bir ədəd “WİNCHESTER”markalı, “B-505” modelli, “US- 010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi və 1(bir) ədəd giliz maddi sübut kimi tanınaraq, saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, barışdıqları üçün təqsirləndirilən şəxslər barəsində heç bir cəza təyin edilməməsini xahiş etmişdir. Həmçinin həmin qərardan görünür ki, “01” ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 iyun 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 18 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 18 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 avqust 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 bir yetkinlik yaşına çatmayan uşağı vardır – 05 noyabr 2016-cı tarixdə anadan olmuş X9. Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 iki yetkinlik yaşına çatmayan uşağı vardır – 21 mart 2012-ci tarixdə anadan olmuş X10 və 15 sentyabr 2016-cı tarixdə anadan olmuş X11. Uşaq Nevroloji Xəstəxanasından epikrizindən görünür ki, X11 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsini, yəni onun əlində mobil telefon olduğunu bildirməsi, bıçaq olması ilə razılaşmamasını işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunma hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla digər şəxsi öldürməklə hədələmə cinayəti, eləcə də Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunma hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 134-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi üzrə Təqsirləndirilən şəxs1 qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 04 iyun 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını, bir uşağının ağır xəstəlikdən əziyyət çəkməsinin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “WİNCHESTER”markalı, “B-505” modelli, “US- 010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi və 1(bir) ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə sübut novü kimi tanınmış “01” ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasının tədqiqatının xərci 64 (altmış dörd ) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertizasının tədqiqatının xərci 300 (üç yüz ) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 134cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd “WİNCHESTER”markalı, “B-505” modelli, “US-010073” nömrəli, 12 kalibrli tək-hamarlüləli (yivsiz) pompalı ov tüfəngi və bir ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə sübut novü kimi tanınmış “01” ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasının tədqiqatının xərci 64 (altmış dörd ) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertizasının tədqiqatının xərci 300 (üç yüz ) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X7 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə 210 (iki yüz on) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X16 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2nın hüquqlarının müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2nın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-19/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-19/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver