Məhkəmə qərarları › İş №1(009)-19/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-19/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-19/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və mülki iddiaçı X4, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 14də qeydiyyatda olan, ünvan 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 rəfiqəsi Zərərçəkmiş şəxs4 məxsus qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs4 götürdüyü halda həmin qızıl-zinət əşyalarını baha qiymətə satıb qazanc əldə edəcəyini və həmin qazancdan Zərərçəkmiş şəxs4 də verəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi ərəb istehsalı olan 22 karat, 45.5 qram və 36.9 qram çəkidə olan 7.920 manat dəyərində bir dəst qadın qızıl kolyeni və qolbağını 2018-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda yerləşən “Zambaq” aptekdə, 2018-ci ilin iyul ayının sonlarından həmin ilin avqust ayına qədər olan müddət ərzində İtaliya istehsalı olan 750 əyyarlı, 45.6 qram çəkidə 3.900 manat dəyərində bir dəst qadın qızıl kolyesini, sırğasını, qolbağı və üzüyü, 750 əyyarlı, 32.8 qram çəkidə 2.800 manat dəyərində İtaliya istesalı olan qadın qızıl kolyeni,İtaliya istehsalı olan 750 əyyarlı, 50.5 qram çəkidə 4.500 manat dəyərində bir dəst qadın qızıl kolyesini, sırğasını, qolbağı və üzüyü, 750 əyyarlı, 16.8 qram çəkidə 1.400 manat dəyərində bir ədəd qadın qızıl boyunbağını, 585 əyyarlı, 13.4 qram çəkidə 1.000 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın qızıl üzük və sırğasını, Türkiyə istesalı olan 585 əyyarlı, 19.6 qram çəkidə 1.460 manat dəyərində bir dəst qadın qızıl üzük və sırğasını, 750 əyyarlı, 55.8 qram çəkidə 4750 manat dəyərində bir dəst qadın qızıl kolye və qolbağınıvə bundan başqa 750 əyyarlı, 28.3 qram çəkidə 2405 manat dəyərində İtaliya istehsalı olan qadın qızıl qolbağı nı ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında Zərərçəkmiş şəxs1 alıb vahid niyyət əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs4 30.135 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 rəfiqəsi Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs3 götürdüyü halda həmin qızıl-zinət əşyalarını baha qiymətə satıb qazanc əldə edəcəyini və həmin qazancdan Zərərçəkmiş şəxs3 da verəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib aldadaraq tanışı Şahid2 adı ilə Zərərçəkmiş şəxs3 məxsus 63.8 qram çəkidə olan 6.000 manat dəyərində bir ədəd qadın qızıl boyunbağını 2018-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda yerləşən “Zambaq” aptekdə alıb ələ keçirmiş və eyni adla Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi İtaliya istehsalı olan 750 əyyarlı, 41.4 qram çəkidə 3.510 manat dəyərində bir ədəd qadın qızıl qolbağını,İtaliya istehsalı olan 750 əyyarlı, 64.6 qram çəkidə 5.450 manat dəyərində qızıl kişi qol saatını 2018-ci ilin avqust ayının əvvələrində ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında Zərərçəkmiş şəxs1 alıb vahid niyyət əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs3 14960 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 rəfiqəsi Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs2 götürdüyü halda həmin qızıl-zinət əşyalarını baha qiymətə satıb qazanc əldə edəcəyini və həmin qazancdan İradə Bəşirovoya da verəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi Rusiya istehsalı olan 583 əyyarlı 67.8 qram çəkidə olan 5.130 manat dəyərində qızıl kişi qol saatını 2018-ci ilin avqust ayının ortalarında ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 5130 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızıl-zinət və geyim əşyalarının biznesi ilə məşğul olmağı təkklif edərək qızıl-zinət əşyaları olduğu halda baha qiymətə satıb Zərərçəkmiş şəxs1 qazanc verəcəyini və həmçinin Zərərçəkmiş şəxs1 məxsus qızıl zinət əşyalarını Şahid2 çatdıracağına dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2018-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında 0.35 karat ölçüdə brilyant qaşları ilə bəzədilmiş 583 əyyarlı, 5.8 qram çəkidə olan 1.300 manat dəyərində bir çüt qadın qızıl sırğasını, 2018-ci ilin aprel ayında ünvan 3 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında 0.48 karat ölçüdə brilyant qaşları ilə bəzədilmiş İtaliya istehsalı olan 750 əyyarlı, 1.950 manat dəyərində olan bir ədəd tək qaşlı qadın qızıl üzüyünü, Şahid2 çatdırması üçün 22 karat əyyar ölçüdə brilyant qaşları ilə bəzədilmiş ərəb qızılından hazırlanmış 97.7 qram çəkidə ümumi dəyəri 9.350 manat olan iki ədəd qızıl qolbağını, kolyeni və sırğanı 2018-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda yerləşən “Zambaq” aptekdə, 2018-ci ilin iyul ayında ünvan 3 ünvanında yerləşən “Mərkəzi Univermağın” qarşısında ümumi dəyəri 2.860 manat təşkil edən İtaliya istehsalı olan iki ədəd qadın qızıl üzüyünü, bir ədəd qadın qızıl qolbağını, bir ədəd qızıl qadın boyunbağınıvə iki çüt qadın qadın sırğasını, İtaliya istehsalı olan 750 əyyarlı, 780 manat dəyərində qadın qızıl üzüyünü, Türkiyə istehsalı olan 585 əyyarlı, 650 manat dəyərində qadın qızıl kulonu və üzüyü, İtaliya istehsalı olan 750 əyyarlı, 2.200 manat dəyərində bir ədəd qadın qızıl qolbağını, iki ədəd “Brend alyans” adlanan kişi qızıl üzüyünü və iki çüt qadın qızıl sırğasını, 2018-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda yerləşən “Zambaq” aptekdə hər birinin dəyəri 45 manat olmaqla ümumilikdə 315 manat dəyərində 7 dəst yay donunu, 1 dəst 50 manat dəyərində qadın ziyafət paltarını və 1 dəst 40 manat dəyərində qadın ziyafət paltarını, 1 dəst istifadədə olmuş 100 manat dəyərində şam yeməyi üçün nəzərdə tutulmuş qadın paltarını, hər birinin dəyəri 25 manat olan 1 dəst qara rəngli və 1 dəst tünd göy rəngli olmaqla ümumilikdə 50 manat dəyərində şam yeməyi üçün nəzərdə tutulmuş geyinilmiş qadın paltarını, 2 dəst hər biri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində xırda ölçülü şam yeməyi üçün nəzərdə tutulmuş qadın paltarını, 30 manat dəyərində qara rəngli atlas parçadan hazırlanmış yubka və kofta dəstini, 20 manat dəyərində qara rəngli uzun sadə qadın paltarını, 45 manat dəyərində güllü qadın paltarını, 10 manat dəyərində yubkanı, 1 cüt 65 manat dəyərində dəridən hazırlanmış qadın payız ayaqqabısını, 1 cüt 15 manat dəyərində ağ rəngli qadın yay ayaqqabısını və 1 cüt 15 manat dəyərində qara rəngli qadın yay ayaqqabısını, 2018-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında 583 əyyarlı, 2.450 manat dəyərində Rusiya istesalı olan brilyant qaşları ilə bəzədilmiş bir dəst üzük və sırğanı və bundan başqa onun əri Şahid1 verdiyi Rusiya qızılından hazırlanmış 4.400 manat dəyərində altı ədəd “beşlik”, bir ədəd “onluq”, bir ədəd “on beşlik” qızıl pulları 2018-ci ilin sentyabr ayının axırlarında ünvan 4 ünvanında yerləşən Mərkəzi Univermağın qarşısında əri Şahid1 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 26.715 manat olmaqla xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X7 ilə 2018-ci ilin fevral ayında həm Zərərçəkmiş şəxs1, həm də özünün rəfiqəsi olan mərhum İradənin vasitəsi ilə tanımışdır. 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə təsadüfən görüşən zaman Zərərçəkmiş şəxs1 özündə satlıq qızılzinət əşyaları olduğunu, istəyən olduğu təqdirdə münasib qiymətə nisyə sata biləcəyini ona təklif etmişdir. O cavabında bildirmişdir ki, pulunu 15-20 gün ərzində vermək mümkün olarsa qızılzinət əşyalarını nisyə ona versin. İradə xanımda qızıl zinət əşyalarını bu şərtlə ona verməyə razılaşmışdır. Bu ərəfədə o, 1 ədəd 100 manat dəyərində qızıl üzüyü nisyə götürmüş və həmin üzüyün dəyərini danışdıqları kimi təxminən 15 gün ərzində Zərərçəkmiş şəxs1 çatdırmışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, əgər qızıl zinət əşyalarını nisyə verə bilsə, onları tanışlarına, qohumlarına satıb hər ikisi xeyir götürə bilər. Tanışlıq zamanı Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, maddi vəziyyəti çox çətindir, borcları vardır, ailəsi ilə birlikdə yaşayır bu ona çətin olduğundan ev alıb onlardan ayrı yaşamaq arzusundadır. Həmin vaxtda ilk olaraq yadında qalmasa da 1.000 və ya 1.200 manat dəyərində bir ədəd qızıl qolbaq götürmüş, onu iş yoldaşı Telli xanıma satmış, 100 manat özünə götürmüş qalan pulu İradə xanıma vermişdir. Beləliklə, müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 10.000-15.000 manat dəyərində qızıl zinət əşyalanı nisyə götürüb qohumlara, tanışlara satıb özüdə qazanc götürmüş, İradə xanımın da pularını qaytarmışdır. Sonuncu dəfə Zərərçəkmiş şəxs1 2018-ci ilin sentyabr ayinin ortalarında 4.400 manat dəyərində müxtəlif qızıl sikkələri özü üçün almış, lakin maddi imkanı olmadığından həmin qızıl-zinət əşyalarının pulunu İradə Mahmudovoya qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Whatsapp” və audio yazılar isə montaj edilmişdir, elə bu səbəbdəndə onlar istintaqa vaxtında təqdim edilməmiş və texniki qurğuda istintaqa verilməmişdir. Zərərçəkmiş şəxs1 satıb pulunu qaytardığı təxminən 10.000-15.000 manat dəyərində qizil-zinət əşyalarını götürərkən heç vaxt Zərərçəkmiş şəxs1 onu Mərkəzi Unvermağa daxil olmağa icazə verməmiş, hətta o, bildirdikdə ki, “görüm qızıl-zinət əşyaları hansı qiymətə götürürsən? bəlkə qiymətdə məni aldadırsan ucuz götürüb, mənə baha qiymətə verirsən...” deməsinə baxmayaraq, yenədə Zərərçəkmiş şəxs1 onu Mərkəzi Univermağa daxil olmağa mal götürdüyü şəxslərlə görüşməyə icazə verməmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanımadığını, onun işlədiyi piştaxaya yaxınlaşmadığını, ümumiyyətlə qızıl-zinət əşyalarının alışı zamanı Zərərçəkmiş şəxs1 onun Mərkəzi Unvermağa girməsinə icazə vermədiyini bildirmişdir. Həmçinin o, bildirdi ki, Zambaq aptekində işləyərkən X10 Mahmudovadan nisyə onun üçün qızılzinət əşyaları götürməyi sifariş etməmişdir. Aygün Məmmədovaya, deməmişdir ki, İradə xanımı kimsə aldadıb bundan sonra heç bir şəxsə etibar etmir, hətta ona da etibar etməyib bir daha qızıl - zinət əşyalarını nisyə satmağa vermir. Belə olan halda Zərərçəkmiş şəxs1, yeni tanıdığı əvvəllər heç bir iş görmədiyi Aygün Məmmədovaya etibar etməsi həqiqətə uyğun deyil və şübhəlidir. 2018-ci ilin yay aylarında 40.280 manat dəyərində qızıl zinət əşyalarını nisyə almadığını, ona bu məbləğdə pul ödəmədiyini, onun tanışlarından müxtəlif adda ümumilikdə 76.125 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almadığını bildirmişdir. Onun Zərərçəkmiş şəxs1 2018-ci ilin sentyabr ayında özü üçün götürdüyü 4000 manat qızıl sikkələrin pulunu borclu qaldığını, həmin məbləği də maddi imkanı olmadığından verə bilmədiyini göstərmişdir. İstintaq zamanı isə həmin məbləğin bir hissəsini qaytarsa da, Zərərçəkmiş şəxs1 bundan imtina etmişdir. Özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə mərhum rəfiqəsi İradənin vasitəsilə 2018-ci ilin yanvar ayında tanış olmuşdur. Mərhum rəfiqəsi İradə Elnarənin qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu ona dedikdən sonra o, Elnarə ilə yaxından tanış olub söhbət edən zaman Elnarə də ona bildirmişdir ki, həqiqətən də qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Bundan sonra Elnarə ilə söhbətlərdən birində Elnarə ona qızıl-zinət əşyalarının biznesi ilə məşğul olmağı, həmçinin qızıl-ziniyət əşyaları olduğu halda baha qiymətə satıb ona qazanc verəcəyini dedikdə Elnarə ilə razılaşmışdır. Elnarə qızıl-zinət əşyalarından başqa geyim əşyalarının da satışını təşkil edərək həmin satışdan əldə olunmuş gəlirdən ona qazanc olaraq verəcəyini demişdir. İlk dəfə 2018-ci ilin mart ayında Mərkəzi Univermağın qarşısında o, 0.35 karat ölcüdə brilyant qaşları ilə bəzədilmiş 583 əyyarlı, 5.8 qram çəkidə olan 1.300 manat dəyərində bir çüt sırğanı, 2018-ci ilin aprel ayında Mərkəzi Univermağın qarşısında 0.48 karat ölcüdə brilyant qaşları ilə bəzədilmiş İtalya istehsalı olan 750 əyyarlı,çəkisi yadında qalmayan, amma 1.950 manat dəyərində olan bir ədəd tək qaşlı qadın üzüyünü Təqsirləndirilən şəxs vermişdir.Təqsirləndirilən şəxs həm də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi 48-də yerləşən “Zambaq” aptekdə Şahid2 ilə birlikdə işləmişdir. Dəfələrlə o, Elnarə ilə telefonla danışmaq üçün həmin aptekə zəng etdikdə telefona Aygün cavab vermiş, həmçinin aptekə gedəndə Aygünü də həmin aptek də görmüş və beləcə də Aygünlə tanış olmuşdur. Aygünlə söhbətlərdən birində Aygün ona nisyə qızıl lazım olduğunu dedikdə o, Aygünə problem olmadığını və verə biləcəyini demişdir. Ancaq həmin qızılları Elnarənin almasından onun xəbəri olmamışdır. Qızılları həmin aptekdə Aygünə verdiyi barədə istintaq zamanı dedikləri həqiqətə uyğun deyil. Belə ki, Aygün ona qızılları özü üçün lazım olduğunu dediyinə görə o, qızılların pulunu Aygündən tələb etdiyi üçün ifadələrində qızılların bəzisini Aygünə verdiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Elnarə Aygünü aldadıb. Aygünün ona pulları vermədiyini görüb və Elnarənin ondan Aygünün adı ilə qızıl-zinət əşyalarını alıb guya Aygünə verəcəyini dəqiqləşdirdikdən sonra ona məlum olmuşdur ki, onun Aygünə verməsi üçün Elnarəyə verdiyi qızıl-zinət əşyalarını da məhz Elnarə ələ keçirib və Elnarə Aygünə heç bir dənə də olsun belə qızıl əşyası verməyib. Belə ki, 22 karat əyyar ölcüdə brilyant qaşları ilə bəzədilmiş ərəb qızılından hazırlanmış 97.7 qram olan ümumi dəyəri 9.350 manat olan iki ədəd qolbağı, kolye və sırğanı 2018-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanda yerləşən “Zambaq” aptekdə Aygünə verməsi üçün Elnarəyə vermişdir. 2018-ci ilin iyul ayında Mərkəzi Univermağın qarşısında ümumi dəyəri 2.860 manat təşkil edən İtaliya istehsalı olan iki ədəd qadın üzüyünü, bir ədəd qadın qolbağını, bir ədəd sepi və iki çüt qadın sırgalarını, eləcə də, İtaliya istehsalı olan 750 əyyarlı, çəkisi yadında qalmayan 780 manat dəyərində üzüyü, Türkiyə istehsalı olan 585 əyyarlı, 650 manat dəyərində kulon və üzüyü, eləcə də, İtaliya istehsalı olan 750 əyyarlı 2.200 manat dəyərində bir ədəd qolbağı, iki ədəd “Brend alyans” adlanan kişi üzüyünü və iki cüt qadın sırgalarını Elnarəyə vermişdir. 2018-ci ilin iyul ayında “Zambaq” aptekdə özünə məxsus olan 7 ədəd hər biri 45 manat olmaqla ümumilikdə 315 manat dəyərində yay donunu, 1 ədəd 50 manatlıq ziyafət paltarını və 1 ədəd 40 manatlıq ziyafət paltarını, 1 ədəd istifadədə olmuş 100 manatlıq şam yeməyi üçün nəzərdə tutulmuş paltarı, 1 ədəd qara rəngli və 1 ədəd tünd göy rəngli hər biri 25 manat olmaqla ümumilikdə 50 manatlıq şam yeməyi üçün nəzərdə tutulmuş geyinilmiş paltarları, 2 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 20 manatlıq xırda ölcülü şam yeməyi üçün nəzərdə tutulmuş paltarları, 1 ədəd 30 manatlıq qara rəngli atlas parcadan hazırlanmış ətək və kofta dəstini, 1 ədəd 20 manatlıq qara rəngli uzun sadə paltarını, 1 ədəd 45 manatlıq güllü paltarını, 1 ədəd 10 manatlıq yubkanı, 1 ədəd 65 manatlıq dəridən hazırlanmış payız ayaqqabısını, 1 ədəd 15 manatlıq ağ rəngli yay ayaqqabısını və 1 ədəd 15 manatlıq qara rəngli yay ayaqqabısını satmaq üçün Elnarəyə vermişdir. 2018-ci ilin avqust ayında Mərkəzi Univermağın qarşısında 583 əyyarlı, 2.450 manat dəyərində Rusiya istehsalı olan brilyant qaşları ilə bəzədilmiş bir dəst üzük və sırğanı, bundan başqa 2018-ci ilin sentyabr ayının axırlarında Mərkəzi Univermağı qarşısında rus qızılından hazırlanmış 4.400 manat dəyərində altı ədəd “beşlik”, bir ədəd “onluq”, bir ədəd “on beşlik” qızıl sikkələri Elnarənin əri Şahid1, Şahid1 həmin qızılları orada Elnarəyə vermişdir. Ona ümumilikdə 26.715 manat maddi ziyan dəymişdir. Sonradan o, Aygündən qızılların pullarını istdikdə Aygün Elnarənin ona qızılları vemədiyini, ümumiyyətlə qızıl-zinət əşyalarını görmədiyini deyib hər şeyi olduğu kimi ona danışmışdır. Belə ki, Şahid2 deməsinə görə Elnarə Aygündən xahiş etmişdir ki, Aygün öz adından ona müraciət edib qızıl zinət əşyalarını qohumlarına göstərib satmaq adı ilə ondan nisyə götürsün. Aygünün deməsinə görə o, Elnarədən nəyə görə ondan qızıl zinət əşyalarını şəxsən özü götürmədiyini soruşduqda Elnarə Aygünə cavab olaraq bildirmişdir ki, “İradəni kimsə aldadıb və bundan sonra guya heç bir şəxsə etibar etmir, hətta Elnarənin özünə də etibar etməyib və bir daha qızıl zinət əşyalarını nisyə satmağa İradə vermir.” Elnarə Aygünə onu da demişdir ki, “İradədən onun dediyi qızıl zinət əşyalarını nisyə götürüb ona verdikdən sonra həmin qızıl zinət əşyalarını satıb vaxtlı vaxtında İradənin pulunu onun vasitəsilə guya çatdıracaq”.Elnarənin ona borcu olduğundan Elnarə ona şəxsən özü deməyib Aygünü aldadaraq Aygünün adından istifadə edib ondan qızıl əşyaları götürmüşdür. Elnarə onun rəfiqələnin də qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bilirmiş və Elnarə ona rəfiqələrindən qızıl-zinət əşyalarını götürüb baha qiymətə satıb qazanc əldə edəcəyini və həmin qazancdan ona verəcəyinə söz vermişdir. O, rəfiqəsi Zərərçəkmiş şəxs4 məxsus olan ərəb istehsalı olan 22 karat, 45.5 qram və 36.9 qram çəkidə olan 7.920 manat dəyərində bir dəst kolye və qolbağını 2018-ci ilin iyun ayında “Zambaq” aptekdə Təqsirləndirilən şəxs vermişdir. 2018-ci ilin iyul ayının sonlarından həmin ilin avqust ayına qədər olan müddət ərzində rəfiqəsi Zərərçəkmiş şəxs4 məxsus İtaliya istehsalı olan 750 əyyarlı 45.6 qram ölcü təşkil edən 3.900 manat dəyərində bir dəst kolyeni, sırğanı, qolbaq və üzüyü, eləcə də, 750 əyyarlı 32.8 qram təşkil edən 2.800 manat dəyərində İtaliyan istehsalı olan kolyeni, həmçinin İtaliya istehsalı olan 750 əyyarlı, 50.5 qram təşkil edən 4.500 manat dəyərində bir dəst kolye, sırğa qolbaq və üzüyü, 750 əyyarlı 16.8 qram ölcü təşkil edən 1.400 manat dəyərində bir ədəd sep, eləcə də, 585 əyyarlı 13.4 qram təşkil edən 1.000 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd üzük və sırğanı, həmçinin Türkiyə istehsalı olan 585 əyyarlı, 19.6 qram təşkil edən 1.460 manat dəyərində bir dəst üzük və sırğanı, 750 əyyarlı 55.8 qram ölcü təşkil edən 4750 manat dəyərində bir dəst kolye və qolbağı, eləcə də, 750 əyyarlı 28.3 qram təşkil edən 2405 manat dəyərində İtaliya istehsalı olan qolbağını Mərkəzi Univermağın qarşısında Elnarəyə vermişdir. 2018-ci ilin avqust ayının əvvələrində başqa bir rəfiqəsi Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə dəyəri 14.960 manat təşkil edən İtaliya istehsalı olan 750 əyyarlı 41.4 qram ölcü təşkil edən 3.510 manat dəyərində bir ədəd qolbağı, eləcə də, İtaliya istehsalı olan 750 əyyarlı 64.6 qram təşkil edən 5.450 manat dəyərində kişi qol saatını Mərkəzi Univermağın qarşısında Elnarəyə vermişdir. Bundan başqa Elnarə Şahid2 adı ilə ondan ərəb istehsalı olan 63.8 qram təşkil edən 6.000 manat dəyərində bir ədəd sepi 2018-ci ilin iyun ayında “Zambaq” aptekdə ondan götürmüşdür. 2018-ci ilin avqust ayının ortalarında Elnarə onun rəfiqəsi Zərərçəkmiş şəxs2 məxsus bir ədəd Rusiya istehsalı olan 583 əyyarlı 67.8 qram ölcü təşkil edən 5.130 manat dəyərində kişi qol saatını satmaq adı ilə ondan Mərkəzi Univermağın qarşısında almışdır. Bundan başqa Elnarə və Aygünlə həmin dövrdə apardığı “whatsapp” yazışmalarının çıxarışını polisə təqdim etmiş və həmin yazışmalarda, eyni zamanda səs yazıları ilə Elnarənin onu aldatması tam görünür. 2018-ci ilin iyun ayında o, ticarət mərkəzinə Təqsirləndirilən şəxs ilə birlikdə gedib Şahid3 satıcı işlədiyi piştaxtaya yaxınlaşıb ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram təşkil edən 5.065 manat dəyərində bir ədəd qadın bilərziyi bəyənib Sona xanımdan həmin malı nisyə istəmişdir. Həmin qadın bilərziyini onun yanında piştaxtaya yaxınlaşan Təqsirləndirilən şəxs bəyənib həmin qızıl zinət əşyasını göstərərək götürməyi ondan istəmişdir. Həmin vaxt Sona xanım həmin qadın bilərziyinin sahibi olan X3 ilə telefon əlaqəsi yaradıb sonuncuya bildirmişdir ki, “İradə ona məxsus olan qadın bilərziyini qısa bir müddətə nisyə götürmək istəyir”. Zülfüqar ilkin olaraq Sona xanıma etiraz edib özünə məxsus olan bilərziyi nisyə satılmasına razı olmamışdır. Lakin həmin telefon danışığı zamanı Sona xanım Zülfüqara ona görə özü zamin olduğunu demişdir. Bundan sonra Zülfüqar bilərziyi ona nisyə verməsinə Sonaya icazə vermişdir. Bir neçə saat keçdikdən sonra Zülfüqar ona Mərkəzi Univermaqda yaxınlaşıb bildirmişdir ki, ona məxsus olan ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram ölcüsü təşkil edən həmin qadın bilərziyi univermağın yaxınlığında qızıl zinət qəbulu məntəqəsinə ucuz qiymətə satılmışdır. Bu məlumatı eşidən kimi Zülfüqara bildirmişdir ki, həmin qadın qolbağını tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsə nisyə vermiş və Təqsirləndirilən şəxs həmin qadın qolbağını ondan götürdükdən sonra ola bilər ki, aparıb qızıl zinət əşyalarının qəbulu məntəqəsinə ucuz qiymətə satıb. Bundan dərhal sonra o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradıb bir qədər öncə Sona xanımın işlədiyi piştaxtadan nisyə götürüb ona verdiyi ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram ölcüsü təşkil edən bir ədəd qadın bilərziyini hansı səbəbə görə univermağın yaxınlığında qızıl-zinət qəbulu məntəqəsinə ucuz qiymətə satılmasını soruşduqda ilkin olaraq Təqsirləndirilən şəxs onun sualına cavab verməkdən boyun qaçırmışdır. Həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs bir qədər fikirə getmiş və sonra bildirmişdir ki, yuxarıda qeyd olunan qadın bilərziyini tanışına vermiş, ola bilər ki, tanışına pul lazım olduğu üçün həmin bilərziyi sonuncu ucuz qiymətə qızıl zinət qəbulu məntəqəsinə satıb. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, dəxli yoxdur, ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram təşkil edən bir ədəd qadın bilərziyinin pulu tam şəkildə qısa bir müddətdə ödənilməlidir. Qısa bir zamanda Təqsirləndirilən şəxs ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram olan qadın bilərziyinin pulu olan 5.065 manatı ona vermiş və o, da öz növbəsində həmin pulu aparıb Sona xanıma ödəmişdir. Rəydə göstərilən qiymətlərlə onların göstərdiyi qiymətlər arasında fərq var. Qızıl zinət əşyaları ortada olmadığından qızıl əşyalar barəsində rəydə qiymətlər aşağı göstərilmişdir. Bu səbəbdən, o, məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 20210-ci il tarixli 9/2084 nömrəli rəyində göstərilən qiymətlərlə razı deyildir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 1.5,8qr, 0.35.karat 1,300 dəyərində 1 cüt qadın sırğası ona hədiyyədir, onun iştirakı ila 2018-ci ildə 1.300 manata alınıb. 3.22 kamı əyyartı, brilliant qaşla bəzədilmiş 97.7 qr, 9350 manat ərəb qızılından hazırlanmış 2 ədəd qolbağ, kolye və sırğa Elnarəyə verilib, komplekt və ya ayrı-ayrı zinət əşyaları olmasını xatırlamır və satış üçün kimdən nə vaxt aldığını demək istəmir. Ümumi dəyəri 2.860 manat, İtaliya istehsalı, 2 ədəd qadın üzüyü, 1 ədəd qadın qızıl qolbağı, 1 ədəd qadın boyunbağı, 2 cüt qadın sırğası xalası nəvəsi tərəfindən ona hədiyyə edilmişdir. 5.750 əyyarlı, 780 manatlıq, İtaliya istehsalı qadın üzüyün 9.27 qaram olduğunu Elnarəyə verdiyini və həmin zinət əşyasının qohumları tərəfindən verildiyini bildirdi. 6.5 80 əyarlı, 650 manat dəyərində, Türkiyə istehsalı olan qadın qızıl kulonu və üzükdən ibarət komplektİnin bir dəst olduğunu, qramını xatırlamadığını bildirdi. 7.750 əyərlı, 2.200 manat dəyərində. İtaliya istehsalı olan 1 ədəd qadın qızıl qolbağının, 2 ədəd “Brend Alyans” kişi üzüyün, 2 cüt sırğanın neçə qram olmasını bilmir, qohumlarına məxsusdur, həmin əşyaları Elnarəyə vermişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın təmin edilməsini, 26.715 manat maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 Nurali qızı ifadəsində göstərmişdir ki, 2013-cü ilin may ayından o, Mərkəzi Univermağın birinci mərtəbəsində qızıl-zinət satışı bölməsindən bir piştaxtanı icarəyə götürüb işlədir. 2018-ci ilin fevral ayında rəfiqəsi Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs barəsində məlumat verib onu Elnarə ilə qiyabi tanış etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs pərakəndə, yəni öz qohumları və tanışları vasitəsi ilə qızıl-zinət əşyaların alış-verişi ilə məşğul olur. Bundan başqa İradə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bu işdə dəstək olub özünə və qohumlarına məxsus olan qızıl-zinət əşyalarını bir neçə dəfə satmaq məqsədi ilə nisyə həmin şəxsə vermiş və Elnarə həmin əşyaları sataraq onun pullarını vaxtında ödəmişdir. İlk dəfə bu məqsədlə 2018-ci ilin may ayının əvvəlində Təqsirləndirilən şəxs onun işlətdiyi piştaxdanın qarşısına Zərərçəkmiş şəxs1 ilə birlikdə gələrək ərəb istehsalı olan 22 karat, yəni ən yüksək əyyarlı 46.3 qram ölcü təşkil edən 4.400 manat dəyərində bir ədəd qolbağı və sırğa dəstini rəfiqəsi İradənin vasitəsi ilə götürmüşdür. Qeyd etdiyi qızıl-zinət əşyalarının pulunu Təqsirləndirilən şəxs ona rəfiqəsi İradənin vasitəsi ilə satdıqdan sonra həmin ilin may ayının axrında göndərmişdir. O, şəxsən Təqsirləndirilən şəxs tanımır və onunla rastlaşmamışdır. Sadəcə Təqsirləndirilən şəxs rəfiqəsi İradə xanımla birlikdə onun icarə əsasında işlətdiyi qızılzinət əşyaların satışı üçün nəzərədə tutulmuş piştaxtanın qarşısına gəldikdə o, onları orada quraşdırılan kamera vasitəsilə daimi müşahidə etmişdir. Bundan sonra o, və İradə Təqsirləndirilən şəxs onlarla düzgün iş gördüyünə əmin olub ona etibar etməyə başlamışlar. Bundan başqa icarə əsasında işlətdiyi piştaxtadan 2018-ci ilin iyul ayının axrında İtalya istesalı olan 750 əyyarlı 45.6 qram ölçü təşkil edən 3.900 manat dəyərində bir dəst kolye, sırğa, qolbaq və üzüyü, eləcə də, 750 əyyarlı 32.8 qram təşkil edən 2.800 manat dəyərində İtalyan istehsalı olan kolyeni, həmçinin İtalya istehsalı olan 750 əyyarlı, 50.5 qram təşkil edən 4.500 manat dəyərində bir dəst kolye, sırğa qolbaq və üzüyünü Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Həmin ilin avqust ayında onun işlətdiyi piştaxtadan 750 əyyarlı 16.8 qram ölcü təşkil edən 1.400 manat dəyərində bir ədəd sep, eləcə də, 585 əyyarlı 13.4 qram təşkil edən 1.000 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd üzük və sırğanı, həmçinin Türkiyə istesalı olan 585 əyyarlı, 19.6 qram təşkil edən 1.460 manat dəyərində bir dəst üzük və sırğanı Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2018-ci ilin iyulavqust aylarında piştaxtadan 750 əyyarlı 55.8 qram ölcü təşkil edən 4750 manat dəyərində bir dəst kolye və qolbağı, eləcə də, 750 əyyarlı 28.3 qram təşkil edən 2405 manat dəyərində İtalyan istesalı olan qolbağı, həmçinin ərəb istehsalı olan 22 karat, yəni əyyarlı, 45.5 qram+36.9 qram təşkil edən 7.920 manat dəyərində bir dəst kolye və qolbağı İradənin vasitəsi ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin qızıl-zinət əşyalarını satıb pullarını alıb qaytaracağına dair müxtəlif vədlər vermişdir. Lakin bir qədər vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs ümumiyyətlə həmin qızıl-zinət əşyalarının pulunu və ya həmin əşyaları ona qaytarmamışdır. Bununla da, Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək onun işlətdiyi piştaxdadan satış məqsədi ilə götürdüyü 30.155 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Mülki iddianın təmin edilməsini, 30.135 manat maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2010-cu ilin sentyabr ayından o, Mərkəzi Univermağın birinci mərtəbəsində qızıl-zinət satışı üçün nəzərdə tutulmuş piştaxtada satıcı işləyir. 2018-ci ilin avqust ayında rəfiqəsi Zərərçəkmiş şəxs1 onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Tanışlıq zamanı İradə bildirmişdir ki, Təqsirləndirilən şəxs pərakəndə, yəni öz qohumları və tanışları vasitəsi ilə qızılzinət əşyaların alış-verişi ilə məşğul olur. Bundan başqa İradə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs özünə və qohumlarına məxsus olan qızıl-zinət əşyalarını bir neçə dəfə satmaq məqsədi ilə nisyə vermiş və Elnarə həmin əşyaları sataraq onun pullarını vaxtında ödəyərək heç bir problem yaratmamışdır. İradənin dediklərini dinləyib və ona etibar etdiyinə görə öz razılığını vermişdir. İlk dəfə bu məqsədlə 2018-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onun satıcı işlədiyi piştaxdanın qarşısına İradə xanımla birlikdə gələrək Rusiya istesalı olan 583 əyyarlı 67.8 qram ölçü təşkil edən 5.130 manat dəyərində bir ədəd kişi saatını İradənin yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun rəfiqəsi İradəyə həmin əşyanı satıb pulunu alıb qaytaracağına dair müxtəlif vədlər vermişdir. Lakin bir qədər vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs ümumiyyətlə həmin qızıl-zinət əşyasının pulunu və ya həmin əşyanı İradə xanım vasitəsi ilə ona qaytarmaqdan imtına etmişdir. Bununla da Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun satıcı işlədiyi piştaxdadan satış məqsədi ilə götürdüyü 5130 manat dəyərində qızıl kişi saatını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs verdiyi 5.130 manat dəyərində olan qızıl kişi saatı ona məxsusdur. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 20210-ci il tarixli 9/2084 nömrəli rəyində göstərilən qiymətlərlə razı olmamışdır. Rusiya istehsalı olan 583 əyyarlı 67,8 qram kişi qol saatının qiyməti 3390 manat yox, 5130 manat olaraq dəyərləndirir. Odur ki, ona məxsus olan və ortada olmayan saatın qiymətinin 5130 manat olması nəzərə alınmışdır. Mülki iddianın təmin edilməsini, 5.130 manat maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X11 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin may ayından Mərkəzi Univermağın birinci mərtəbəsində mövcüd olan qızılzinət satışı bölməsində satıcı işləyir. 2018-ci ilin iyun ayında rəfiqəsi Zərərçəkmiş şəxs1 onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və tanışlıq zamanı İradə bildirmişdir ki, Təqsirləndirilən şəxs pərakəndə, yəni öz qohumları və tanışları vasitəsilə qızıl-zinət əşyaların alış-verişi ilə məşğul olur. Bundan başqa İradə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs özünə və qohumlarına məxsus olan qızıl-zinət əşyalarını bir neçə dəfə satmaq məqsədi ilə nisyə həmin şəxsə vermiş və Elnarə həmin əşyaları sataraq onun pullarını vaxtında ödəmişdir. 2018-ci ilin iyun ayının əvvəlində Təqsirləndirilən şəxs onun satıcı işlədiyi piştaxdanın qarşısına Zərərçəkmiş şəxs1 ilə birlikdə gələrək İtalya istehsalı olan 750 əyyarlı 26.8 qram ölcü təşkil edən 2300 manat dəyərində bir ədəd qolbağı, eləcə də, İtaliya istehsalı olan 750 əyyarlı 23.5 qram təşkil edən 1900 manat dəyərində zəncir formalı sepi rəfiqəsi İradə xanımın iştirakı ilə götürmüşdür. Qızılzinət əşyalarının pulunu Təqsirləndirilən şəxs ona İradənin vasitəsi ilə satdıqdan sonra həmin ilin iyun ayının axrında göndərmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onlarla düzgün iş gördüyünə əmin olub ona etibar etməyə başlamışlar. Bundan başqa satıcı işlədiyi piştaxtadan 2018-ci ilin avqust ayının əvvəlində İtalya istehsalı olan 750 əyyarlı 41.4 qram ölcü təşkil edən 3.510 manat dəyərində bir ədəd qolbağı, eləcə də, İtalyan istehsalı olan 750 əyyarlı 64.6 qram təşkil edən 5.450 manat dəyərində kişi qol saatını, həmçinin ərəb istesalı olan 22 karat, yəni əyyarlı, 63.8 qram təşkil edən 6.000 manat dəyərində bir ədəd sepi İradənin vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 14.960 manat dəyərində müxtəlif qızıl zinət əşyalarını vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını satıb pullarını alıb qaytaracağına dair müxtəlif vədlər vermişdir. Lakin bir qədər vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs ümumiyyətlə həmin qızıl-zinət əşyalarının pulunu və ya həmin əşyaları ona qaytarmaqdan imtına etmişdir. Bununla da Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun satıcı işlədiyi piştaxdadan satış məqsədi ilə götürdüyü 14.960 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Kəmalə Əliyeva qeyd etmişdir ki, satış üçün götürülən qızıl zinət əşyaları və onların dəyəri kitabda qeyd edilir, onlar isə satanda üzərinə pul qoyub satırlar. İşlədiyi piştaxta Məzahir adlı şəxsə məxsusdur, Məzahir qəbul etdiyi malları kitabda qeyd edir, qiymətini yazıb onlara verir, onlarda üstünə pul qoyub satır. Həmçinin pulu qaytarılmayan 3 ədəd qızıl- zinət əşyalarını o Zərərçəkmiş şəxs1 verməmiş, Elnarəyə vermişdir. Mülki iddianın təmin edilməsini, 14.960 manat maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Elmlər Akademiyasi metrostansiyasının yaxınlığında olan “Zambaq” adlı aptekə satıcı vəzifəsinə düzəlmişdir. Həmin aptek 2018-ci ilin aprel ayında təzə açıldığı üçün orada o, tək çalışmış və həftənin 7 günü səhər saat 09:00-dan axşam saat 21:00dək işdə olmuşdur. Bu iş rejimi onu qane etmədiyi üçün o, həmin aptekin müdirünə müraciət edib ikinci satıcının işə qəbul olunmasını xahiş etmiş, 2018-ci ilin may ayının axırlarında bir nəfər qadın onun həmin dövrdə satıcı işlədiyi aptekə ikinci satıcı kimi işə düzəlmişdir. Həmin qadın Təqsirləndirilən şəxs idi. Yaxından tanış olduqdan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun iki azyaşlı övladı var və övladlarından birinin səhhətində müəyyən problemlər var. Hətta Təqsirləndirilən şəxs ilə birlikdə “Zambaq” aptekində çalışdığı dövrdə o, bir neçə dəfə Elnarənin əvəzinə işdə qalıb işləmişdir. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onunla birlikdə çalışdığı “Zambaq” aptekindən işdən azad olunmuşdur. Həmin ilin sentyabr ayının ortalarında aptek bağlandığı üçün onun özü də oradan işdən çıxmışdır. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs aptekə işə düzələndən sonra işlədiyi aptekə daimi olaraq bir xanım telefon vasitəsi ilə zəng vurub Elnarəni soruşmuşdur. Həmin zənglərin birində o, Elnarəni soruşan şəxsin kimliyini öyrənmək məqsədi ilə onun adını soruşmuş, zəng edən şəxs özünü ona Zərərçəkmiş şəxs1 kimi təqdim etmişdir. Bir neçə dəfə İradə xanımla telefon vasitəsilə danışdıqdan sonra o, Elnarəyə iradlarını bildirib xahiş etmişdir ki, İradə xanım iş telefonuna az zəng etsin. Lakin onun iradına Elnarə cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun rəfiqəsidir və onların şəxsi işləri var. 2018-ci ilin iyun ayında işdə olarkən orta yaşlarda olan bir qadın aptekə gələrək Elnarəni ondan soruşmuşdur. Bundan sonra Elnarə adının sonradan İradə olduğunu bildiyi xanımla birlikdə atpekdə olan köməkçi otağa keçib söhbət etmişlər. Onların arasında olan söhbətdən onun heç bir məlumatı olmamışdır. Bu hadisədən bir neçə gün keçdikdən sonra o, işdə olarkən Elnarə ona yaxınlaşıb bildirmişdir ki, övladının əməliyyatına pul yığmaq istəyir və bu məqsədlə də Zərərçəkmiş şəxs1 nisyə qızıl zinət əşyalarını götürüb baha qıymətə sataraq qazanc əldə edir. Bundan başqa həmin danışıq zamanı Elnarə ondan xahiş etmişdir ki, o, öz adından Zərərçəkmiş şəxs1 müraciət edib qızıl zinət əşyalarını qohumlarına göstərib satmaq adı ilə nisyə götürsün. O, Elnarədən nəyə görə İradədən qızıl zinət əşyalarını şəxsən özü götürmədiyini soruşduqda Elnarə ona cavab olaraq bildirmişdir ki, İradəni kimsə aldadıb və bundan sonra İradə heç bir şəxsə etibar etmir, hətta ona da etibar etməyib və bir daha qızıl zinət əşyalarını nisyə satmağa vermir. Elnarənin övladının xəstə olmasını deməsi onu kövrəltmiş və Elnarəyə kömək etmək üçünrazılaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs onu inandırıb bildirmişdir ki, narahatçılığa heç bir səbəb yoxdur. Elnarə bildirmişdir ki, o, İradədən onun dediyi qızıl zinət əşyalarını nisyə götürüb ona verdikdən sonra həmin qızıl zinət əşyalarını satıb vaxtlı vaxtında pulunu Zərərçəkmiş şəxs1 çatdıracaq. Elnarənin dediklərinə inanıb o, Zərərçəkmiş şəxs1 qohumları üçün qızıl zinət əşyalarını nisyə istədikdə İradə onun istədiyi qızıl zinət əşyalarını ona vermişdir. İlk dəfə o, 2018-ci ilin iyun ayında brilyant qaşları ilə bəzədilmiş ərəb qızılından hazırlanmış iki ədəd qolbaq, kolye və sırğanı Elnarənin istəyi ilə İradəyə xanıma sifariş etmişdir. Sifarişdən bir neçə gün keçdikdən sonra onda olan məlumata əsasən İradə xanım həmin qızıl zinət əşyalarını çalışdığı aptekə gətirib Elnarəyə vermişdir. O, həmin qızıl zinət əşyalarını şəxsən özü görməmişdir. Həmin qızıl zinət əşyalarını Elnarə İradə xanımdan ona vermək adı ilə qəbul etmişdir. Həmin qızıl zinət əşyalarını Elnarə onun adından İradə xanımdan qəbul etdikdən sonra ona bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, həmin əşyaların pulunu İradə xanıma ödəyib. Bundan sonra Elnarə ona müraciət edib bir daha İradə xanımdan əlavə qızıl zinət əşyalarını götürməyini dedikdə o, Elnarə ilə razılaşmışdır. Həmin ilin iyul və ya avqust ayında ərəb istehsalı olan bir dəst kolye və qolbağı o, Elnarənin xahişi ilə İradə xanıma sifariş etmişdir. Onda olan məlumata əsasən İradə xanım sifarişdən bir neçə gün keçdikdən sonra həmin qızıl-zinət əşyalarını aptekə gətirib Elnarəyə vermişdir. Bundan başqa 2018-ci ilin avqust ayının əvvəlində o, bir daha Elnarənin istəyi ilə bir ədəd sepi İradə xanıma sifariş etmişdir. İradə xanım sifarişdən bir neçə gün keçdikdən həmin qızıl zinət əşyasını aptekə gətirib Elnarəyə vermişdir. Həmin dövrdə Elnarə onu inandırıb bildirmişdir ki, onun adından İradə xanımdan götürülən bütün qızıl- zinət əşyaların pulu vaxtı-vaxtında ödəniləcək və bu işdə onun heç bir problemi olmayacaq. Artıq 2018-ci ilin sentyabr ayının ortalarında o, işdə olarkən İradə xanım işlədiyi aptekə gəlib Elnarəni ondan soruşmuşdur. Həmin görüş zamanı İradə xanım ona bildirmişdir ki, Elnarə onun adından götürdüyü qızıl zinət əşyalarının pulunu hələ də ödəməyib. Bunu bildikdən dərhal sonra o, Elnarə ilə telefon əlaqəsi yaradıb İradə xanımın pulunu nəyə görə ödəmədiyini soruşduqda cavab olaraq Elnarə ona bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, onunla İradə xanımın arasında olan məsələnin ona heç bir aidiyyəti yoxdur və həmin qızıl zinət əşyalarının pulunu özü artıq İradə xanıma ödəyib. Bundan sonra o, rahatlaşmış və bir daha bu məsələ ilə maraqlanmamışdır. 2020-ci ilin noyabr ayında artıq ona məlum olmuşdur ki, Elnarə onun adından Zərərçəkmiş şəxs1 götürdüyü qızıl-zinət əşyaların pulunu ödəməyib. Şahid2 bildirmişdir ki, qeyd olunan qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs sözü ilə Zərərçəkmiş şəxs1 sifariş etmiş, lakin qeyd olunan vaxtlarda Zərərçəkmiş şəxs1 özünün dediyi kimi qızıl-zinət əşyalarını ona yox Təqsirləndirilən şəxs vermişdir. O,həmin qızıllara görə Təqsirləndirilən şəxs ona 500 manat verməsini etiraf etməmiş beh hal olmamışdır. Elnarənin sifarişi ilə 23.270 manat dəyərində qızılları sifariş etmiş, lakin özü o qızıl-zinət əşyalarını görməmişdir. Elnarə ilə İradə onun iş yerində aptekdə olarkən stolun üstündə xeyli pul olmuşdur, lakin nə pulu olduğunu bilmir. Həmçinin o İradə xanıma qızılzinət əşyalan sifariş edərkən Elnarə xanımın ondan nisyə qızıl-zinət əşyalan götürərək pulunu qaytarmaması barədə heç bir şey dəməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızıl sifariş edərkən hansı qızıldan sifariş etmək lazım olduğunu telefonla bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və 1993-cü ildən Mərkəzi Univermağın birinci mərtəbəsində qızıl-zinət əşyalarının satışı üçün nəzərdə tutulmuş piştaxtada satıcı işləyir. 2018-ci ilin iyun ayında ticarət mərkəzində çalışan Zərərçəkmiş şəxs1 onun satıcı işlədiyi piştaxtaya yanında bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi xanımla yaxınlaşıb piştaxtada olan qızıllara baxmışlar və oradan Elnarə baldızı üçün ümumi dəyəri 3800 manat olan bir ədəd kolye, bir cüt sırğa və bir ədəd qolbağı bəyənərək götürmək istədiyini İradə xanıma, İradə xanım isə bu barədə ona dedikdən sonra o, İradə xanıma demişdir ki, o, Elnarəni tanımır və ona görə də ona verir. İradə xanım da həmin qızılları ondan götürüb Elnarəyə vermiş və bildirmişdir ki, Elnarə qısa müddət ərzində pulu ona verəcək və o, da öz növbəsində onun pulunu ödəyəcək. Onlar danışdıqları kimi bir müddətdən sonra İradə gələrək Elnarə ilə birlikdə götürdükləri qızılların pulunu ona ödəmişdir. Bir müddət sonra isə təxminən 2018-ci ilin iyun ayının axırlarında İradə xanım yenə də Elnarə ilə birlikdə onun işlədiyi piştaxtaya gəlmiş və Elnarə piştaxtaya baxaraq orada olan qızıllardan ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram ölcüsü təşkil edən 5.065 manat dəyərində bir ədəd qadın bilərziyi bəyəndiyini dedikdə İradə xanım həmin bilərziyi ondan nisyə istəmişdir. Elnarə piştaxtada olan qızıl məmulatlarına baxıb oradan həmin qadın bilərziyini bəyənərək İradə xanıma göstərərək həmin bilərziyi götürmək istədiyini bildirmişdir. O, öz növbəsində həmin qadın bilərziyinin sahibi olan X3 ilə telefon əlaqəsi yaradıb bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan qadın bilərziyini qısa bir müddətə nisyə almaq istəyir. Zülfüqar ilkin olaraq ona etiraz edib özünə məxsus olan bilərziyi nisyə satmasına razı olmamışdır. Lakin həmin telefon danışığı zamanı o, Zülfüqara İradə xanıma görə özünün zamin olduğunu dedikdən sonra Zülfüqar onun qeyd etdiyi qadın bilərziyini İradə xanıma nisyə verməsinə ona icazə vermişdir. Həmin vaxt, yəni 2018-ci ilin iyun ayında o, ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram ölçüsü təşkil edən 5.065 manat dəyərində bir ədəd qadın bilərziyini İradə xanımın vasitəsilə Elnarəyə nisyə vermişdir. Bu hadisədən bir neçə saat keçdikdən sonra Zülfüqar onun işlədiyi piştaxtanın qarşısına yaxınlaşıb onda bildirmişdir ki, həmin 22 əyyarlı 53.3 qram ölcüsü təşkil edən bir ədəd qadın bilərziyini təkrar olaraq ona ucuz qiymətə təklif olunmuş və o, həmin bilərziyi almaq məqsədi ilə götürmüşdür. O, və Zülfüqar həmin bilərziyə bir daha baxıb əmin olmuşlar ki, qadın bilərziyi Zülfüqara məxsusdur və həmin bilərzik təzədən satışa çıxarılıb. Həmin dövrdə o, və Zülfüqar elə zənn etmişlər ki, Zərərçəkmiş şəxs1 ona qarşı dələduzluq edərək nisyə götürdüyü bilərziyi ucuz qiymətə satıb pulunu ələ keçirib. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir dələduzluq əməlini törətməmiş və İradə özü oyuna gəlmiş, yəni İradə onun işlədiyi piştaxtaya yaxınlaşan Elnarə İradənin etibarından istifadə edərək onun vasitəsi ilə bir neçə piştaxtadan qızıl zinət əşyalarını nisyə götürüb sataraq həmin qızıl-zinət əşyalarının pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxsi yalnız iki dəfə İradə xanımla birlikdə onun işlədiyi piştaxtaya gələrkən görmüş, lakin Elnarə ilə onun şəxsi münasibəti olmayıb, Elnarə iki dəfə onun işlədiyi piştaxtaya yaxınlaşarkən sadəcə qızıllara baxıb seçmiş, lakin o, Elnarəni tanımadığı üçün qızılları İradə xanıma vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından Mərkəzi Univermağın birinci mərtəbəsində Zərərçəkmiş şəxs4 icarə müqaviləsi əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı bölməsində satıcı işləyir. 2018-ci ilin may ayının axırında satıcı işlədiyi piştaxtatanın arxasında olduqda oraya onun müdirü Rəna xanımın rəfiqəsi Zərərçəkmiş şəxs1 yanında bir nəfər əvvəllər tanımadığı və adının sonradan Elnarə olduğunu bildiyi xanımla birlikdə yaxınlaşıb orada olan qızıl-zinət əşyalarına baxıb seçim etməyə başlamışlar və bir neçə dəqiqə keçldikdən sonra məndən müəyyən qızıl zinət əşyalarını onlara təqdim etməsini bildirdikdə o, dərhal bu barədə müdirü Rəna xanıma məlumat verib onun razılığını almışdır. Bundan sonra o, Elnarənin deməsinə görə toy etməyə hazırlaşan cütlük üçün üçün İtaliya istehsalı olan 750 əyyarlı, 45.6 qram təşkil edən 3.900 manat dəyərində bir dəst kolye, sırğa, qolbaq və üzüyü, qayınana adı ilə 750 əyyarlı, 32.8 qram təşkil edən 2.800 manat dəyərində İtaliya istehsalı olan kolyeni, həmçinin gəlin üçün İtaliya istehsalı olan 750 əyyarlı, 50.5 qram təşkil edən 4.500 manat dəyərində bir dəst kolye, sırğa qolbaq və üzüyü İradə xanıma vermişdir. Bundan sonra İradə Elnarə ilə oradan uzaqlaşıb getmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra İradə onun satıcı işlədiyi piştaxtaya yaxınlaşıb bir qədər öncə ondan təhvil aldığı qızıl-zinət əşyalarını onunla birlikdə gələn Elnarəyə verdiyini ona bildirmişdir. Həmin əşyaların ümumi dəyəri 15.950 manat təşkil etmişdir. Bundan sonra nə baş verdiyindən onun məlumatı olmamışdır. Bir neçə ay keçdikdən sonra, yəni 2018-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, bir neçə ay öncə Zərərçəkmiş şəxs1 ilə birlikdə onun satıcı işlədiyi piştaxtaya gətirdiyi və Elnarə adlı qadına həmin qızıl-zinət əşyalarını İradə nisyə vermiş, lakin Elnarə qızıl-zinət əşyalarının pulunu və ya həmin əşyaları qaytarmaqdan boyun qaçırıb ələ keçirərək dələduzluq etmişdir. Qızıl zinət əşyaları onun satıcı işlədiyi piştaxtanın müdirü Zərərçəkmiş şəxs4 məxsusdur. Onun İradə xanıma verdiyi qızılların seçimini şəxsən Elnarə özü etmişdir, lakin o, Elnarəni tanımadığı üçün qızılları Zərərçəkmiş şəxs1 vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların iki övladları var. 2020-ci ilin iyul ayında Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə o, Təqsirləndirilən şəxs boşanmışdır. 2019-cu ilin mart ayından artıq o, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ayrı yaşayır. 2018-ci sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 ona zəng vurub bildirmişdir ki, Təqsirləndirilən şəxs 4.400 manat dəyərində götürülən qızıl zinət əşyaların pulunu ona qaytarmır. Bu məlumatı aldıqdan sonra o, həmin dövrdə birlikdə yaşadığı keçmiş yoldaşı Təqsirləndirilən şəxs bu barədə maraqlanmışdır. Elnarə ona bildirmişdir ki, o, bir neçə ay ərzində Zərərçəkmiş şəxs1 müəyyən miqdarda qızıl-zinət əşyalarını nisyə götürüb İradə ilə alver edib. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 Rusiya istehsalı olan 4.400 manat dəyərində altı ədəd “beşlik”, bir ədəd “onluq”, bir ədəd “on beşlik” qızıl sikkələri Təqsirləndirilən şəxs iştirakı ilə ona vermişdir. Həmin qızıl-zinət əşyalarını o, İradədən aldıqdan sonra Elnarə ona bildirmişdir ki, həmin əşyaları Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrayonda yerləşən « Mc Donalds » restoranının yaxınlığında onun dediyi əvvəllər tanımadığı şəxsə aparıb versin. O, da Elnarənin bu sözlərindən sonra həmin ünvana yollanmış, lakin yuxarıda qeyd etdiyi ünvanın qarşısında ona heç bir şəxs yaxınlaşmamışdır. Bundan sonra o, keçmiş həyat yoldaşı Elnarə ilə telefon əlaqəsi yaradıb bu barədə məlumat vermiş və həmin günün axşamı qızıl sikkələri aparıb Elnarəyə təhvil vermişdir. Bundan sonra həmin əşyaların aqibəti barədə onun heç bir məlumatı olmamışdır. 2018-ci ilin yay aylarında o, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və İradənin vasitəsi ilə İradənin yaxınlarından 40.280 manat məbləğində qızıl-zinət əşyalarını nisyə götürüb sataraq həmin əşyaların pullarını vaxtında ödəməsi barədə, eləcə də, 2018-ci ilin mart ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə Mərkəzi Univermaqda işləyən rəfiqələrindən ümumilikdə 76.125 manat dəyərində qızıl-zinət əşyalarını və ümumilikdə 775 manat məbləğində olan geyim və ayaqqabları sonuncudan götürərək nə pulunu, nə də həmin əşyaları geri qaytarmaması barədə heç bir məlumatı yoxdur. 2018-ci ilin sentyabr ayının axırında həmin dövrdə birgə yaşadığı keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ondan xəbərsiz qızıl-zinət əşyalarının alışverişi ilə məşğul olduğunu öyrəndikdən sonra o, qərara gəlib ayrılmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlayarkən, Elnarənin ondan 76.125 manat dəyərində nisiyə götürdüyü qızıl-zinət əşyalarının pulunu qaytarmaması barədə heç nə deməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o 2002-ci ildən hazıradək kimi müxtəlif ünvanlarda icarəyə yer götürüb qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olur. Aldığı qızıl-zinət əşyalarının böyük bir hissəsini o Mərkəzi Univermaqda qızıl-zinət satışı ilə məşqul olan şəxslərə satmışdır. Tarixini xatırlamadığı dövürdə özünə məxsus ərəb istehsalı olan 22 əyyarlı 53.3 qram ölçüsü təşkil edən 4.530 manat dəyərində bir ədəd qadın bilərziyini Mərkəzi Univermaqda yerləşən qızıl zinət əşyaların satışı üçün nəzərdə tutulmuş piştaxdada satıcı işləyən Sona xanıma həmin bilərziyi satmaq məqsədi ilə vermişdir. 2018-ci ilin iyun ayının əvvəlində Sona xanım onunla telefon əlaqəsi yaradıb yaradıb bildirmişdir ki, Mərkəzi Univermaqda çalışan Zərərçəkmiş şəxs1 ona məxsus olan qadın bilərziyini qısa bir müddətə nisyə almaq istəyir. O ilkin olaraq Sona xanıma etiraz edib ona məxsus olan bilərziyi nisyə satmasına razı olmamışdır. Lakin həmin telefon danışığı zamanı Sona xanım ona İradə xanıma görə özü zəmanət vermişdir. Bundan sonra bilərziyin İradə xanıma nisyə verməsinə icazə vermişdir. Sona xanımla telefonla danışıb qeyd etdiyi qadın bilərziyin nisyə satılmasına icazə verdikdən bir neçə saat keçdikdən sonra həmin 22 əyyarlı 53.3 qram ölçüsü təşkil edən bir ədəd dadın bilərziyini təkrar olaraq ona satış qiymətindən ucuz qiymətə 2020-ci ilin yanvar ayının əvvəli “Covid-19” xəstəliyindən vəfat edən Teymur adlı şəxs təklif etmişdir. O həmin bilərziyi Teymur adlı şəxsdən götürüb Sona xanımın yanına getmişdir. Sona xanımla həmin bilərziyə bir daha baxıb əmin olmuşlar ki, həmin bilərzik ona məxsusdur. Qeyd etdiyi bilərzik satışa çıxarılıb. Bundan sonra o Sona xanımla birlikdə elə zənn etmişlər ki, Zərərçəkmiş şəxs1 Sona xanıma qarşı dələduzluq edərək ondan nisyə götürdüyü bilərziyi ucuz qiymətə satmışdır. O Teymurun yanına qayıdıb həmin bilərziyi ucuz almaq istədiyini bildirmişdir. Teymur ona bildirdi ki, həmin bilərziyi əmisi Bayram alıb və onun satdığı qiymətdən aşağı verməz. O hər ehtimala qarşı həmin 22 əyyarlı 53.3 qram ölçüsü təşkil edən bir ədəd qadın bilərziyini 4.000 manata yenidən almışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və həmin şəxslə hər hansı bir qızıl-zinət əşyalarının alış verişini etməmişdir. İfadəsində qeyd etdiyi 22 əyyarlı 53.3 qram ölçüsü təşkil edən bir ədəd qadın bilərziyinin Bayram adlı şəxsin kimdən alması barədə hər hansı bir məlumatı yoxdur. Qeyd edilən bilərziyin dəyərinin ona Zərərçəkmiş şəxs1 tərəfindən qaytarıldığını bildirmişdir. Məhkəmə fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/443-4/444 nömrəli rəyin əsasən ekspertizaya təqdim edilmiş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş və həmin danışıqların yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs və “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur. Qeyd edilən ekspert rəyinin tədqiqi hissəsinə əsasən ekspertiza tədqiqatına təqdim olunan 1 ədəd CD diskdə mövcud olan mübahisəli fonoqramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir: “Elnare” qovluğunda olan danışıqlar: “001AUD-20181003-WA0003” Q1 - Eliş sabahımız xeyir. Xeyirli olsun sabah. Q2 - Sabahin xeyir Q1 - İnşəallah. Nə oldu , neynədin? Q2 - Heş nə, şeydən çıxdım, ordan, Səhər - səhər tezdənnən ora getmişdim. Q1 - Hə Q2 - İndi də qızı götürmüşəm , gedirəm paliklinikaya . Poliklinikadan da elə qıznan götürüb gedecem şeyə, Yasamala Q1 - Şey Ayna xalanın yanına? Q2 - Həə Q1 - Sən zəng vurdun, Ayna xala telefonu açdı? Bəlkə heç açmıyacax Q2 - Ayna xala açmıyıb ,qızı o yanında olan qızı açdı Q1 - Aha. Q2 - Dediki. özü yatıb Q1 - Aha. Q2 - Özü yatıb dedi, evdədi. Q1 - Hə. Q2 - Gəlirsən də dedi, gəl bürə. Dedim hə gəlim bir dənə özüm söhbət edim də yəni, mənə lazımdı, vacib lazımdı, verilməlidi. Məni onnan ötrü öldürüllər Q1 - Eliş, daha demə ha, ay balnisaya verəcəy pulu, ay pulu yoxdu Ayna xalanın. Qurban olum pul gətire bu günləri, eşidirsən?! Q2 - İradə xanım/// Q1:Ölüm balalarının ayağının altında pul gətir, pul gətir, Eliş Q2 - İrağ olsun, irağ olsun. Elə demə Q1 - Mən pis vəziyyətdəyəm. Quran haqqı pis vəziyyətdəyəm. Allaha and olsun pis vəziyyətdəyəm. Gəldi kişi, dayı axşam? Sən dedin ki, saatı ona deyəcəksən, sepi deyəcəksən. Nə oldu bəs? Nətəri olacağ a kişinin qızı? Q2 - Ona indi gələndə ordan deyəcəm, çıxarsan söhbət edərik. Telefon söhbəti deyil. Gəl, yaxşı? Q1 - Offff Q2 - Qoy bir dənə bu qızı aparım poliklinikaya, yenə vəziyyəti yaxşı deyil Q1 - Sən samıy qlavnı onlardan pul alda . Denən bala mənim pullarımı verin. Bu mallar sizdədi. Q2 - İndi onu danişarıq. Q1 - Bəs kimliyini neynədin? Cümşüd axşam çox gec gəldi? Ya heç gəlmədi? Q2 - Az Q1 - Hə Q2 - Saat iki, üçə işləmiş gəlib e, düz. Onnan sora da. Q1 - Harda işləyib ki? Kimin evində işləyib ki, bu yetim? Q2 - İş işləmiyib Q1 - Hə Q2 - İş işləmiyib. Onnan ötrü də bir qırğınımız düşdü qəşəng Q1Yox , ay Eliş, sən bəs Aişə məsələsini neynədin? Danışdın ona? Aişədən bir xəbər gəldi bala? Altı min yeddi yüz az pul deyil e, ay Eliş, mən neyniyəcəm onu qadan alım? Hə? Ayşə də deyirsən ki, yoxudu vermiyəcəy. Elə şey olar a bala? Q2 - İndi onu danışağ, həll eliyəcəm Q1 - Nətəri? Sən axı/// Q2 - Qoy bir dənə gedim bunu həll eliyim Q1 - Nəyi? Bunu, Ayna xalanı? Hə Ayna xalanı həll elədin. Sən bəgəm uşağı aparırsan Yasamala, poliklinikaya? Uşağnan gedirsən ora? Q2 – Yoox Q1 – Hə Q2 – Mən şeyə gedirəm, Nərimanovda. Nərimanov nə idi az? Nərimanov heykəlinin yanında şey var poliklinika var Q1 – Hə Q2 – Ordan da minib təzədən gedəcəm ora da. Day təzdən a bunu gətir qoy evə, təzdən birdə get. Olmur axı. Q1 - Hə , yaxşı bəs bayılı neyniyəceysən? Bayılı neynədin? İradə xanımı ,kasmetikanı? Q2 - Onu hələ heçnə eləməmişəm. Q1 - Niyə bəs? Niyə yazmadın ki, sən axşam? Mən sənə axşam neçə dəfə zəng vurdum e, Eliş. Dəfələrnən zəng vurdum. Q2 - Yıxıldın!!! Qoy görüm də , qoy görüm neynirəm, başıma haranın daşın tökürük Q1 - Yox e, bəs bunnan pulu alda. Üç min manat az puldu? Bu köpəyin qızı yiğmadı hələ bu kasmetikanın pullarını? Nə qədər yığacağ? Q2 - Bir dənə qoy bu uşağı bir dənəyoluna qoyum. Q1 - Aha Q2 - Onnan sonra, gedim ora. Olarında hamsının işinə baxacam Q1 - Bəs kimliyin noldu? Nə danışdın kimliyinnən? Q2 - Kimliyimi soruşub şeydən, zəng eliyiblər, deyiblər ki, nədi onun adı ,hələ bir xəbər yoxdu. Vermişik, ala bilmirik bu saat, ımm neçə günə çıxılacax Q1 - Yox a, da bu söhbət döyül axı Q2 - Hə, dəqiqliyinnən öyrənməy isdiyirsənsə, bu günləri gələrsən Masazırda pasportstol^ orda deyir sistemə deyir vurulub da onsuz da Q1 - Hə Q2 - Sistemə vuran kimi deyəcəy. Q1 - Sən Cümşüdə denən də, Cümşüd düşsün də onun dalınca. Sənin ora gedməyin vacib döyül axı. Nə var dakument vermisən də. Heç olmasa onu Cümşüd eləsin də Q2 - Mən onsuz ora getmirəm ki Q1 - Hə? Q2 - Mən onsuz ora getmirəm ki. Cümşüdə deyiflər də. Cümşüd eliyəcəy Q1 - Hə bə havax eliyəcəy? Q2 - İndi bu günləri gedəcək Masazıra, onsuz da orda, bacısının evi ordadı da Q1 - Yox e, sən didinki, bunlar sənə köməy eliyəcəylər. Bu dayingil, köməy eliyəcəylər ki, sən bu kimliyi alasan. Kimliyi alsan mən də gedib bankdan pul götürərdim Q2 - Bə mən də onu deyirəmdə. Bir ora desin də Q1 - Hə Q2 - Bir ora desin də, bir ora əlavə eləsin , görəy nə vaxtdı. Onnan sora Q1 - Cümşüd nə telefonu götürür,adam bir zəng vursun desin ki, a bala, ay Cümşüd, nolar xaiş eliyirəm sənnən, sən ölənivin goru, a bala, bu məsələni tez həll elə də. Nə qədər uzanacağ ba Axı bu kimliy lazımdı ki, biz bankdan pul çıxardağ da Q2 - Hə də əlbətdəki. İndi qoy görüm. Ay qız (uşağa qışqırır) Q1 - Offfff. İndi Cümşüd evdə yatır, ya çıxıb gedib uje? Q2 - Az, yox e, seher saat səkkiziydi Q1 - Hə Q2 - Doqquzun yarısıydı, uje gördüm yoxdu Q1 - İndi zəng vuracam ona da, görüm mənim telefonumu götürəcəy. Olmasa mesaj da yazacam ona ki, Cümşüd, telefonu götür sene iki kəlmə sözüm var qardaş. İki kəlmə, iki kəlmə. Sən indi bəs bunnan/// Q2 - Kimliyi soruşursansa, day mən soruşmuşam da. Kimliyi... Sən Allah çürütmə ginən. Uje əsəblərim oynuyur Q1 - Yox e, ay Eliş, belə olmaz axı ay bala, yox indi bunlar havax şey eliyəcəylər sənə? Hə sən bunlarnan nə danışdın? Dedin axı gecə gəlir dayı ,səhər guya kihəll eliceysən day. Ay Eliş bes noldu day?(Ağlıyır) Q2 - İradə xanım, gedim bidənə gəlim. Gedim gəlim. Uje danışammıram Q1 – Get heç olmasa Ayna xaladan pulu gətir. Uşağıda gətir qoy evə. Get Bayıla. Pulsuz birdə dayı məsələsini həll el, həll elə ey Eliş. Vaxd yoxdu Q2 - Gedim gəlim mən Q1 - Vaxd yoxdu. Bu günləri uje ayın üçüdü. Mənim vaxdım yoxdu. Vallah yoxdu. Mən sə dimişəmdə mənim vaxdım yoxdu. Allaha and olsun yoxdu. Bunnarnan da danış, gəlirsə kişi get, danışmısan səhər tezdənnən hə. De saatı da versin, sepi də versin. Vermirsə pulların versin. Ama tez də , tez versin. Sonra da camatın manyetalarını qaytarağ, cəhənnəm olsun başımnan. Q2 - Yaxşı. Qoy gedim görüm Q1 - Mənim pulum yoxdu onu ödəməyə. Bir də Ayşənin, Ayşənin sən buraxmaye, ipin boş. Olmasa mən onda Cümşüdnən danışacam e ay Eliş. Acajam hamsını deyəcəm. Deyəcəm qardaş, ala bilmir də, arvadındı get düş sən bir qabağa da bala. Nə qədər bizi hərriyib fırrıyacağ bu Aişə xanım?! Q2 - Hə qoy gedim gəlib indi. Hamsını, çağıraram düşərsən bura danışarığ Q1 - Hmm, davay. Q2 - Oldu, sağol. “002AU D-20181007-WA0000” Q1 - Alo Q2 - Eşidirəm, eşidirəm/// Q1 - Sabahımız xeyirli olsun. Q2 - Salam Q1 - Yatmısan? Q2 - Yox evdəyəm amma hələ. Birazdan durub gedəcəm Gəncliyə Q1 - Niyə? Q2 - İşim var orda. Q1 - Gənclikdə? Q2- Həə Q1 - Nə işin var ki? Q2 - İşim var da ... işdi Q1 - Nə? Səsin qırığ qırığ gəlir e ay Eliş. Q2 - Evdən çıxanda yığacam səni Q1 - Neynədin sən Ayna xalaynan? Q2 - Yarım saata çıxacam evdən. Yarım saata çıxım yığacam səni Q1 - Yox e, deyirəm Ayna xalaynan neynədin? Q2 - Heş nə eləməmişəm Q1 - Niyə? Bə didin axı dunənnəri mənəki guya saat səkgiz də səə zəng vuracağ. Sən gedib Ayna xaladan pulu götürməlisən. Noldu? Q2 - Zəng vurmadı. Mən də başqa yerdəydim. Maraxlana bilmədim. Q1 - Bəs səhər durannan niyə zəng vurmadın? Saat hələ on ikinin yarısıdı, ay Eliş. Q2 - İmm. İndi demirəm evdən çıxan da zəng vuracam. Q1 - Eliş, zəng vurmağ lazım döyül e. Gedib pulu gətirməy lazımdı e, bala. Zəng vurmağlar boş boş şeylərdi. Gedib pulu götürməy lazımdı. Alo Q2 - Qoy bir dənə evdən çıxım yaxşı Q1 - Sənə on dəfə yığmışam e. Nə o telefonuvu açmısan, nə bu birisini. Arada bir də söndürürsən telefonu. Niyə? Q2 – Az sönmür e. Telefonun səsi yoxdu. Səssizdədi. Uşağa görə. Axşamnan nətəri qoyuramsa səssizə elə helədə qalır. Səhər səhər də durursan maşallah aləm dəyir bir birinə bizim evdə. O orda bəyildiyir, bu bur bəyildiyir. Onu sakitdəşdir. Q1- Sən indi Ayna xalaya zəng vur, evdən çıxmamışdan qabağ Q2 – İhı Q1 – Gör nə deyir sənə. Zəmg vur mənə ay İradə gedəcəm öulu bu vaxdı götürürəm Ayna xaladan. Da uje vaxdıdı da, keçib. Sentyabrın on beşi, iyirmisi diyib. Uje oktyabrın yeddisi di bu yünneri. Bəlkə bəsdi ay Eliş? Q2 - İndi yığaram Q1 - On gün ordan, yeddi gün burdan, on yeddi gun keçib e, vaxdınnan. Ordan da iyirmi gün iyirmi beş günə götürmüşdü. Ay yarımdiye uje Q2 - Danışım. Çölə çıxım, danışıb xəbər diyəcəm Q1 - Bir xəbər diməy lazım döyül e, ay Eliş. Zəng vurursan deyirsən ki, ay İradə bax şad xəbər olasan gedirəm indi mən pulu götürəm Ayna xaladan. Nəhayət ki, verir. Get alda, sora sabah da diyəssənki, Ayna xala öldü, pul yoxdu. Allahın köməyliyinnən bax pandemiki gözdüyürəm ki, gedəy pandemiki kimliyi həll eliyəy. İnşəallah inşəallah. Yəqin ki, mən yazığın Allah bir bəxtinə bir şey açar Q2- Hə, yaxşı. Q1 - Gözümü dikmişəm o kimliyə. Sonra bu maşennik şey ,kasmetik satan İradə xanıma da diynən də bala bir tərpənsin. Denən gətir, nə yığmısan da. Bu gələnnən uje paşti on beş gündü e. On beş günnən də çoxdu. Hələ yığmıyıb bu min manat, min beş yüz manat, iki min manat? Noldu da? Bu nə alver eliyir bu? Nə sənin başıva corab hörür ey ay Eliş? Günü günə sata sata “003AUD-20181010-WA0005” Q1 - Noldu bəs səhər tezdənnən Bayıla gedirdik?! Q2 - Zəng elədim dedim ki, axşam bir xəbər denən onnan sonra Q1 - Xəbər bildin bilmədin getməy lazımdı da, gedib evini tapmaq lazımdı da, xəbəri neynirəm e, mən Q2 - Nə bilim ... Q1 - Hə nolsun, gedək evini tapaq da, səhər tezdənnən yəqin evdə olacax da, bə mən nə qədər günü-günə satım ay Eliş?! Qəribə adamsan e. Axşam bir söz danışırsan, səhər durursan bir söz deyirsən. Gedək evinə Q2 - (öskürür) Yaxşı ... Q1 - Hə? Bir az bərk danış eşitmirəm Q2 - Mən də deyirdim axşam danışmışam, deyir ki, sabah... Q1 - Sən Bayılnan danışmısan, deyir büyün səhər gətirib sənə pul verəcəm? Q2 -... Q1 - Bə bə bə bə heş nə başa düşmürəm, de görüm nə deyir Q2 - Az, içəridəyəm deyənə səsim boğanax gəlir Q1 - Aaa.. Axşam danışa bildün dayınnan? Q2 - Hə hə Q1 - Aha danışdın, nə dedi sənə? Q2 - Deyir ki, sabah ... Q1 - Büyünnəri sənə pul verəcək? Q2 - Sabah sabah sabah Q1 - Niyə sabah ki? Niyə yenə günü günə uzadır? Q2 - Nə bilim. Deyir mən gələcəm ora gələrsən ora ... Q1 - Gəl gedək Bayıla, gedək bunun evini tapaq, bunu da evdə tapaq, onnan sora deyək ona ki, bala, bura uje kankretdi, olmasa söhbət başqa cürə olacax. Mənə lazım döyül e, günü günə satmax e. Sən məni iki həftədi fırrıyırsan bunnar Tamojnu çıxardır, tamojnu belə eliyir, tamojnu belə eliyir. Da bəsdi da Eliş də, uje vaxt yoxdu e. Büyünnəri ayın doqquzudu. Sən başa düşmürsən bunu? Yenə dava qırğın istiyirsən?! Q2 – Mən indi gedirəm ora, mən indi gedirəm ora Q1 – Nə var orda, Nəyə gedirsən ora, Q2 - O birisi tərəfə. Orda bilmirəm vəziyyət yaxşı döyül Q1 - Əşi, gözüm aydın yaxşı döyül Q2 - Aydındı aydındı da Q1 - A bala, gedək Bayıla, Bayıldan nağdı pul gələcək, gedim tapıb onu, deyək ona ki, bala, mənim pulum lazımdı. Mən səni gözdüyə bilmirəm. Hər gün yuxarı aşağı, yuxarı aşağı nəyə gedirsən e, sən, boş-boşuna, nəyə gedirsən? Q2 - A bacı işim var gedirəm da Q1 - Bə adam doluyursan axı, mənim də işim var da, mən də camaatın pulunu verməliyəm də, mən nətər eləməliyəm bəs? Necə eləməliyəm? Q2 - Nə isə Q1 - Ayna xalaynan başımı fırlatdın, qardaşı verəcey, indi qardaşı gəlmir, indi pensiyanı gözdüyür, sonra deyəcəysən pensiyanın vaxtı uzanır, bə olmaz axı belə, nə qədər olar e, bu? Nə qədər olar? Q2 - Nəyə inanırsan inan, eh nəyə inanırsan inan/// Q1 - İnanaİİİ “008call_20-02-09_OUT_+**********99” Q2 - Çatım evə yığacam. Q1 - Hə? Q2 - Çatım evə yığacam Q1 - Başa düşmədim e, nəsə həll elədin, pul məsələsini Eliş? Q2 - Evə çatım hə yığacam Q1 - Sən bayıldasan hələ? Q2 - Gəlirəm, avtobusdayam uje Q1 - Hə. Yox e, pul həll elədinsə mən burdayam da Nizami metrosunun yanındayam. Qayıdım gəlim sənnən pulu götürüm də Q2 - Yo, yo həll eləməmişəm eləməmişəm Q1 - Niyə ,ay Eliş, niyə eləməmisən bəs pul? Q2 - Sabaha söz verib, day yalvar yaxar sabaha söz verib Q1 - Milyon faiz? Milyon faiz? Q2 - Hə, sabaha şey eliyəcəm Q1 - Nə qədər? Üç minin hamsını bağlıyacağ, Eliş? Q2 - Hə , dedi. Sabah deyəcəy də Q1 - Day o yanı , bu yanı olmuyacağ? Q2 - İndi mənə didiyini deyirəm. Sabah da heç olmasa, düşərsən börümə hara isdiyirsən gedərik Q1 - Yaxşı. Ərivin də pulunu həll eliyərdin, min beş yüzü. Ayna xalanı neynədin? Q2 - Qoy bidənə evə çatım, başım şişib. Onnan danışıb diyəcəm Q1 - Yox e, Ayna xalanı paralel həll elədə . niyə həll eləmirsən Ayna xalanı? İki min beş yüz pul döyül? Az puldu? Q2 - Nətəri eliyim ? Götürmür axı Q1 - Pox yiyir götürmür. Əh, it oğlunun qızı it. Mesaj yaz , başqa qohumların bilirsən? Yasamalda bilirsən harda/// “009call_11-03-59_İN_+**********99. Silinsin Q1 – Noldu Ayna xalaynan danışdın, götürdün pulu? Saat uje on birdi. Q2- Ayna xalaynan o günləri danışmışam. Səhər səhər sənnən qabağ. Q1-Hə noldu? Q2 - Özü yığmışdı məə, ki Eliş Q1 - Aha, hansı güllə dəyib ona? Q2 - Heş nə güllə dəymiyib. Prosdu çıxıb gedib Cəbrayilliyə, haradı ora. Deyir ordan gəlim, iki üç günə gələcəm, yığacam səni Q1 - Sən dimədin ona ki, bala, mən pul verməliyəm? Məni dolamısan sən, qancix, qoca kaftar? Hə? Bu işdi Eliş? Sən məni ələ salırsan e, ələ salırsan , ələ. Sən başın çatmır, Quran haqqı çatmır. Sənin başın gedib daşa dəysin ,onda ağlın başıva gəlsin. Yeganəgilnən neynədün? Q2 - Yeganə hələ mənə bu günləri saat üşdə xəbər deyəcək Q1 - Get Bayılı həll elə. Ged otur qapısında, denən mənim pullarımı hardan isdiyirsən qancix, tap yığ gətir. Mən xalxa pul verməliyəm. Pox yiyir, bu sənin Ayna xalan gedir Cəbrayıla başa düşdün? İki əliynən, bir ağzıynan qələt eliyir. Oğraş oğlunun qızı Q2 - Deyir ki getməliydiy e Q1 - Cəhənnəmə getməliydi, qara gora gedməliydi. Gətsin pulu versin, sora hara cəhənnəm olur olsun. Mən camatın ağzında qalmalıyam? Q2...götürüm.gəlim Q1 - Mən camatın ağzında qalmalıyam? Bəsdi də. Get pulları həll elə mənə buyünə. Get pulları həll elə. Get Yeganəynən danış, nə pox yiyirsən yi, get pulları gətir bura tez. Özün dimişkən tıpış tıpış gətir tez ol. Davay yeri. “001 Ocall 15-23-16 OUT +**********99” Q2 -........ ( eşidilmir) Q1 - Hə? Sən gec yatırsan bala . Sən Ayna xalanın yanına gedmirsən bəs? Hə? Q2 - Eliyəcəm də eliyəcəm. Qızı yatızdırırdım, indi ordan düşürəm. Q1 - Day qızı anan yatızdırsın da. Sən də kefsən e. Sənin işin gücün var axı a bala. Mən camata pul verməliyəm. Saat üşdü üje, dördə işdiyir. Nə fikirləşirsən? Yenə saxladın axşama? Q2 - Yo, yo eliyəcəm Q1 - Hə? Kasmetika noldu? Q2 - Gəlim damşarıx Q1 - Eliş, dörd min beş yüz özün verməlisən bajı, dörd min beş yüz o ağ dəstdi. Yazmışam indi kağıza hamsını. İki min dörd yüz xalan verməlidi. İki min səkkiz yüz də əmin qızı verməlidi. On dörd min iki yüz puldu e, on dört min iki yüz. Vay mama sən məni çərrədib öldürəssən. Dav§ tez ol gəl. Qutar görüm nə pox yimisən, gəl! “0011call_11-05-03_OUT_+994 55 799 82 99” Q2 - Alo. Alo. Alo Q1 - Alo. Sabahın xeyir Q2 - Sabahın xeyir Q1 - Sabahımız xeyirli olsun inşəallah Q2 - Amin amin amin Q1 - Day tost day diməydən yoruldum ey mən. Nə oldu neynədin? Q2 - Nəcə? Q1 - Deyirəm tost diməydən yoruldum Q2- Həəə Q1- Həə, noldu? Hələ evdəsən, yatırsan? Q2- Yo yo qalxmışam. Cümşüd biraz olar getdi Q1 – aha. Q2 – Hə, isdəsən dimişdi zəng eliyib soruşarsan da. Yəqin ki, ozü başa salacağ. Danış şeynən, Barisgilnən. Barisnən danışıb. Q1 - Burnuvu tez tez çəkmə. Bu sən, bu versiyan, şey dimişkən. Noldu nə danışdı Barisnən? Nə danışdı Barisnən? Q2 - Yox səhər səhər olanda İradə xanım, bir əlli dəfə asqırıram, ona görədə mənim bırnım axır Q1 - Yaxşı yaxşı konturum gedir. Ay Eliş , noldu nə danışıb Barisnən? Q2 - Valla Barisnən oturub danışıb Q1 - Aha Q2 - Barisə deyib ki, bəs belə belə, Barisdə kəsib qatıb aləmi qatıb bir birinə Q1 - Aha Q2 - Prosda deyibki, bəs yəni olan olub da uje. Onnan ötrü heçnə demə Q1 - Ayın beşi arendiya almalıydılar da arvadının sözünə görə. Q2 - Diyanda, hə. Alırlar narahat olma. Oda diyibki, olan olub da. Özünki, diyəsən özün kini bilirmiş, əsas bu dayısının zadına görə hissdənib ki, mənnən xəbərsiz niyə iş görüb. Q1 - Aha. Q2 - Cümşüd də deyib ki , Elnarədə mənnən xəbərsiz iş görübdə. Nəsə eliyib, oldu. Baris də qayıdıb buna deyib ki, bəs Cümşüd, oyşşş. Ən klunimasiya nöqtəsinə gələm. Baris də buna qayıdıb deyib ki, bəs bu dəyqə, özüm pul yığıram. Bir il işdiyib, çıxartdı ortalığa , siyahını mənə gösdərtdi. Deyir heş mən də bilmirdim. Otuz min birinnən alıb. Qırx min birinnən alıb, əlli min birinnən alıb. Opşim bidənə qəşəy bir palinklinika var, onu alıb auksiyonnan. Ona görə deyir mənə bu dəyqə hardasa bir beş gün, on gün, altı gün bilmirəm, məə bu dəyqə diyir pul dimiyin. Verəcəm. Onu diyir mənim arvadım bu poxu yiyibdi verəcəm. Ama diyir bu işimi görəcəm, onnan soram Q1 - Mən də gözdüyə bilmirəm axı. Mənim on günüm tamam olur ey Eliş Q2 - Cümşüd də qalıb belə. Cümşüd də qalıb belənçinə Q1 - Mənim on günüm tamam olub e. Mən nağarajam. Səndə diyərdində diyərdin qızı vericeylər polisə Çumda. Polisə versələr oda gəlicey bizim üsdümüzə. Lazımdı bizə? Hə? Dinən ay Baris bu elə məsələdi ki, bunu day həll eləməy lazımdıye. Day bunun o yanı, bu yanı yoxdu e qardaş. Sən kimnənsə tap, cün ki, vəziyyət yaxşı döyül Q2 - Elə tapıb da , götürüb hələ Cümşüddən də şey eliyib ki, gör bacında, qardaşında, qohumunda, əqrəbanda nə varsa yığ götür gətir məə. Elə bilki palinklinikanın qiymətini diyiblər, deyir bir dəfə o palinklinika auksüyona çıxıb, bir milyonnan aşağı satmıyıblar. İndi bilmirəm beş yüz minə düşübmü, yoxsa nə bilim səkkiz yüz minə düşübmü, axırı da opşim auksiyonda olub. Götürüb e, uje götürməyinə. Ordan burdan ba dilənib tapıb götürüb. Evin birini satıb, evin birini yox ikisin satıb Q1 - Bildim də ay başıva dönüm, bildim, bildim bunların hamsını bildim. Eliş, sən məəm vəziyyətimi bilirsəndə, mən nə vəziyyətdəyəm? Q2 - Bilirəm Q1 - Mən şox kritik vəziyyətdəyəm e. Çeraçur pis vəziyyətdəyəm. Yəni mən hec kimi gözdəməyə ,nə vaxt verməyə mənim imkanım yoxdu. Çünki, mənidə öldürüllər. Başa tüşdünmü?buyünnəri uje ayın altısıdı. Hardan isdiyir tapsın. Altı min yeddi yüz elə belə pul döyül. Boş puldu. Bu yarım milyonun, üç yüz minin, yüz minin yanında heç nədi, poxdu, zibildi. Bunu tapsın məni bağlasın Q2 – Ona görə bu dəyqə bu şeydi da.Gözdüyürki pul… Q1 – Eliş, şeydida meydida heşnə bilmirəm e başuva dönüm. Bunu bağlamaq lazımdı. Mənim gözdəməyə halım yoxdu. Başa düşdün məni gözdəmiyəcəylər Q2 – Deyirəm də bax bunu dedim olara Q1- Hə mənim vəziyyətim çox psidi. Yox, yox, yox Q2 -əməl eləməy budu ki, oda diyib ki, Cümşüd mən dimirəm arvadım bu qələti eliyib, yəni hələ yaxşı olubki şey Q1 - Eliş, sən hələ başa düşmürsən e. Sən mənə bunnarı damışma e. Mən bunnarı anlamağa nə vaxdım var, nə zamanım var, nə də şeyim var, nədi o. Ehh mümkün döyül. Başa düşürsən? Q2 - Bilirəm də mümkün döyül, amma day yaxşı mən neyniyim? Q1 - Day bilmirəm də onda Cümşüd harda isdiyirsə, versin mənə telefonunu, ya gedəy mən Cümşüd bir də Baris oturağ söhbət eliyəy. Deyim qardaş məni öldürüllər. Başa düşürsən sən? Gözdəmirlər Q2 - Baris sənə demiyəcəy ki, sən kimsən gəlmisən yanıma . Bıyy Q1 - Eliş day bıyh söhbəti döyüle, bıyy söhbəti döyül. Biyy söhbətlər qutardı. Biyy söhbətlər qutardı, ay Eliş. Başa tüşdünmü? Bıyy söhbətlər qutardı. İndi kankret pullar lazımdı. Kankret pul gəlməlidi ortalığa. Fso başqa söhbət yoxdu. Q2 - Özün Cümşüdnən danışarsan onda sən, Cümşüd sənə başa salar məsələ nə yerdədi Q1 - Bəs sən başa saldın da. Məndə deyirəm ki ,imkan yoxduda. Mümkün döyül. Tapmırdı palinklinika üçün üç yüz min, indi tapsın üç min, uç yüz min altı, altı min yeddi yüz. Fsyo qutardı Q2 - Sen Cümşüdə üç min demisən? Q1 - Mən diməmişəm elə. Mən dimişəm altı min yeddi yüz. Xeyir kim sənə didiki, üç min. Q2 - Cümşüd mənə üç min nə qədər didi axı Q1 - Xeyir altı min yeddi yüz demişəm. Dörd min dörd yüz də manetaları dimişəm. Sən indi mənə nə həll edəcəysən? Buyünnəri nolacağ? Q2 - Dedi ki, bəs toplamda deyir, opşi hesablıyanda deyir gəlir çıxır on beş minə zada, elə onu deyirmiş də. Yəqin Cümşüd səhv başa düşüb Q1 - Neyniyəcəy indi, Eliş? Q2 - Heş nə vallah, isdiyirsən Cümşüdnən danış, görsün bir dəfədə danışsın görsün neyniyə bilər. Bu demire vermiyəcəm. Bu sadəcə diyir ki... Q1 - A bala, başa düşürəm də, ay başıva dönüm başa düşdüm. Məndə burda diyirəm ki, vermirəm söhbəti yoxdu. Verəcəm. Diyillər indi lazımdı. Başa düşdün? Da bəsdi uje, uje bəsdi. Uje day gözdəmirik. Gətir pulları , fsyo qutardı. Şeyi neynədin? Ayna xalanı neynədin? Q2 - Ayna xalaynan birazdan danışacam. Hələ danışmamışam Q1 - Ayna xalaynan danış, birdə Bayılnan danış. Qızdan pulları gətir! Q2 - Yaxşı. Onsuz da gedəcəm birazdan/// Q1 - Bir də dayın gilnən danışda . O gülmə-şəkərlərnən. Deynən ki İradə xanım deyir ki, siz maşennik döyülsüz. Amma özünüzü yaxşı aparmırsız. Belə hərəkət eləmirlər. Zənan xeylağlarina belə hərəkət eləmirlər. Gətirin bu borcdar çoxdandı, bunları bağlıyın. İndi mən oturacam üç ay bunları gözdüyəcəm , havax bular Maskvanın küçələrində sepi tapacağlar? Atanşiki? Nətəri olur bəs sepi onda tapırdılar? Q2 - Gözdəməy lazımdı Q1 - Mən sənə başa saldım ki, mən day heçnə götürə bilmirəm. Mümkün döör. Anladınmı canım? Mən pulları bağlamalıyam. İndi bir dəfədə birinci günü gözdəməliyəm. Sən rayonnan danış! Noldu rayonnar neynədilər, yığıllar pulları? Q2 - Hə getməy lazımdı, verəcəylər. Yaxşı olacax Q1 - Yuxarı mərtəbəyə. Yaxşı olacağ söhbəti döyül. Sən havax gedirsən rayona? Çıxartdı Cümşüd maşını? Q2 - Yo, bu günləri görək, gözlənilir, görək başımıza nə gəlir Q1 - Sən zəhmət olmasa mənə bu yünnəri Bayıldan da, Ayna xaladan da pulları gətir ki, rayona gedəndə mən burda qovrulmuyum sancıdan. Yaxşı? Yuxarını indi qız götürür. Rəna yəqin ki, astatkaları çıxardacağ. Başa düşdünmü? Ordakı poxları təmizləmək lazımdı Q2 – Hmm. Q1 – Aha. Hə Q2 – Hə. Bəs ordakı poxları mən sənə didim də ki, bugün, günü bu gündə həll eliyə bilərsən Ordakı poxlar günü bu gün həll oluna bilər Q1 - Ay qız, mən sənin dayın gilini tanımıram. Yenə ağzımı aşdırırsan mənim? Sonra da diyirsənki, dimə ginən ki masonlar belə gəldi masonlar belə getdi. A bəsdi də Eliş də, yekə qızsan da qabiliyyətin olsun da Q2 - Yaxşı, yaxşı Q1 - Derəm sənə mümkün döyül. Çatmır sənə? Q2 - Onnan sora day bilmirəm Q1 - Ay da bəsdi də. Sən məni ubrajat eliyirsən? Necə yanı onnan sonra bilmirəm? Onnan sonra bilmirəm nədi? Mənə ubrajat eliyirsən sən? Hə? Q2 - Mən heş nə eləmirəm. Bu günnəri gedəcəm olara Q1 - Get danış olarnan. Xoşdarına gəlmir, məni də apar Cümşüdü də apar, oturum danışım olara. Deyim gəlin pulları bağlıyın sonra mən sizə verərəm nəsə. Mən götürə bilmirəm. Mənə pul lazımdı Q2 - Oldu. Q1 - Mən camatın borcdarını bağlamalıyam, o boyda borcu yığmğsan mənim belimə. Sahat belə getdi, gətsin heç olmasa saatı versində. Aparım atım xalxın ağzınada. Mən nə qədər zulum çəkəcəm? Məəm ürəyim partdıyıb ölməliyəm mən? “0012call 19-21-46 OUT +**********21” K1 - Alo Q1 - Alo, Cümşüd axşamın xeyir K1 - Axşamın xeyir Q1 - Bağışdıyın narahat elədim K1 - Buyur Q1 - Sən danışdın Barisnən, bir şey elədinmi bala? K1 - Danışdım Q1 - Hə C- O da mənə dedi ki ,qoy bu palinklinika məsələsini bir qırağa qoyum diyir, mən verəcəm. O Barisin də xəbəri yox idi bu söhbətdən. Mən diyənnən sonra xəbəri oldu Q1 - Yox e, bildim e, Cümşüd. Mənim də vaxdım yoxduy e, mən gözdüyə bilmirəm e. K1 - Bəs qurban sizə mən necə eliyim? Mənim özüm bu dəyqə zibilin içindəyəm. Bəs mən necə eliyim? Q1 - Bə mən neyniyim nətəri eliyim? Heç olmasa kimnənsə tapsın versin də/// K1 - Onun özü mənnən iki min pul isdəmişdiye hələ. İki min pul isdəmişdi. Q1 - Qurban sənə kimnən sə pul tapsında. Mən neyniyim? Mən heş cürə şey eliyə bilmirəm e. Mənim burda vəziyyətim yaxşı döyül. Valla yaxşı döyül, quran and olsun yaxşı döyül. K1 - Başa düşürəm e sizi. Mənim də vəziyyətim pisdi. Q1 - Heç olmasa .yarsını tapsın versin. Nəsə tapsın versində. Heç o min beş yüzü ba bu yünneri Elnarəynən vırışıram ki, ba ay Elnare məə lazımıydı? Sən xalxın pulunu niyə götürüb ərinə verirsəne, sığortuya hə? Mən indi qalmışam camaatın ağzında. Bunu bıra vermisən, Bayılı ora vermisən qıza kasmetikaya. Dörd min beş yüz puldu, bu altı min yeddi yüz. Heç olmasa bunu al. İndi qalanıda görəy nolur da. Bə mən də yazığam axı. Məndə ölürəm axı. Məndə bırda/// K1 - Səə heşnə vermiyiv hələ? Q1 - Yox e, heş nə vermiyib Eliş, heş nə. Heç Bayıldan da heçnə xəbər yoxdu. Axır didim ki, ay qız, sabah gedəy evinədə. Bə bu boyda adam ələ salmağ olar? Bu nətərdi ki, bəyəm? Didim ay Eliş valla incimə, ərivə denən ki, o min beş yüzü valla kimnənsə, qohum eqrabasınnan tapsın verəy. Mən verim qurtarım da .Burda pis gündəyəm e, mən Cümşüd. Barisə də diməy lazımdı. Başa salmağ lazımdı ki ay qardaş bu iş/// K1 - Başa saldım e. O elə bir insan döyül. Q1 - Bildim də, ay Cümşüd K1 - Onu mən dedim, onun da xəbəri yoxuydu. Bu arvad tayfasının ki bu kişinin başına aşdığı oyunnar var ha onu həyatda heşnəyə dəyişməy olmaz Q1 - Offff K1 - Hə onuda dedim. Onun xəbəri yoxuydu. Oldu. Q1 - Cümşüd, Qurban sənə sən keçən dəfə onları dedin də mənə. İndi kimnənsə. Üç aydı arvadını gözdüyürəm. İndi bu iki həfdə də, üç həfdə də kimsə bunu gözdəsin də. Bu gətirsin heç olmasa bağlasın da, ay Cümşüd .Valla mənim də/// K1 - Başa düşdüm də. Mən sizi başa düşürəm ,amma siz məni başa düşməy isdəmirsiz. Mən sizi çox gözəl başa düşürəm. Prosda deyirəmki/// Q1 - Mən heç nə başa sala bilmirəme burda camaata. Başa düşdün? Mənə vaxd qoyublare, Cümşüd. Vallah vaxd qoyublar K1 - Bildim də indi buda burda deyirki, özüm deyir bu qədər pul vermişəm, özüm deyir bu dəyqə pul dilənirəm. Deyirem, deyir ki, qoy buları bir qırağa qoyum, bunun işini bir qırada çıxarım verəcəm. Hamsını verəcəm Q1 - Havax verəcəy, ay Cümşüd ? Havax? K1 - Havax söhbətini, yəqin, o mənə dedi ki, tez bir vaxdda verəcəm dedi, gözdə. Onun gəliri zadı yaxşıdıye prosdu/// Q1 - Hə bə məndə onu diyirəmdə, heç olmasa versində. İki dəfiyə ,üç dəfiyə versin də. Bir həfdə ərzində versin. İki min iki min versin bağlasın da. Altı min yeddi yüz puldu da. K1 - Başa düşdüm də, oda deyir ki, mən hələ həyatımda heç kimnən nisyə mal götürməmişəm deyir. Mənim imkanıma noluf ki? Prosdu o, demirəm onun da xəbəri yoxuydu ki o gəlib nisyə mal götürüb ordan Q1 - Bilirəm də indi bə mən neyniyim? Nətəri eliyim mən? Heş cür alınmıre Cümşüd. Mən hələ bu yünnəri zəng vurmuşam Masazıra, pasportnu stola, Elişin kimliyi üçün, didilər üçüncü gün İnşəallah gəlicey. K1 - İki gunə? Q1 - Üçüncü günü. Sən maşını çıxartın uje? K1 - Yox hələ çıxartmamışam Q1 - Vay dədə K1- Hmm Q1 - Yəni bu rayona da gedməy isdiyir. Nəisə də, nə bilim ey, ay Cümşüd. Vallah quran haqqı mən bilmirəm, amma mən bir dənə bir şeyi... K1 - Qoy narahat olma yaxşı olacağ. Q1 - Məəə vaxd, vaxd məsələsi vare , vaxd, vaxd,vaxd K1 - Hamısı yoluna düşəcəy, yaxşı olacağ, darıxma. Q1 - Darıxmamağ söhbəti döyüldə, ay Cümşüd. İndi bu Baris nə diyir? Havax verir mənə? Bir günə, iki günə, üç günə? K1 - Vaxdı demədi, amma dediki, tez bir vaxda verəcəm Q1 - Yo, tez bir vaxd bilsən nə deməkdi? Bir aya, iki aya. O mənə sərf eləmir e, qardaşım. K1 - Yo, yo ,yo. Elənçi yo. Yəqin ki tez. Nə bilim indi Q1 - İndi sən buyün danışanda ona, yenədə danış .Denən valla ba xanım zəng vurub. Allaha and olsun e Baris mən belə vəziyyətdəyəm e, denən K1 – Demişəm onu, demişəm ki yəni o başqa bir adamındı Q1 – Bəs Eliş diyirdi ki, bunların hardasa arenda pulları var, yığıllar neynillər, neynəmillər.Ayın beşi, on beşi. Heç olmasa ordan nəsə versin də, ay Cümşüddə. Mən də camaatın ağzına bir şey atım da K1 – Qoy danışacam bir dəfədə, danışacam. Q1 - Buyün də danışda qurban sənə, denən xanım iki aydı yazığ ba bu vəziyyətdədi. K1 - Danışacam, yaxşı olacağ. Q1 - Qurana and olsun pis vəziyyətdəyəm mən K1 - Yaxşı Qİ - Hələ manetalar vapşe ujas. Ba hələ Elişnən bayağ dilləşdim onun üsdündə. Deyirəm ay Eliş ba mənim günahım var, bacı? Xoşdarına gəlmir gəlib qaytarardılar da. Belədə olmaz axı. Naqlı.sən götür vermə. Kimsən axı sən göürmüsən? Nə pul verirsən, nə malı qaytarırsan. Axı bu da insafdan döyül axı. Nətəri sən diməli, banditsən, xuliqansan , maşenniksən? Elə şey olur? Harda görsənib e elə şey K1 - Yaxşı , qoy danışıb sizə bir söz diyərəm, yaxşı Q1 - Sənallah Barisi yoluna qoyda, qurban olum . Davay K1 - Yaxşı.Sağol. “0017 call_10-52-24_l N_+**********90” Q1 - Alo K2 - Alo, sabahınız xeyir Q1 - Sabahın xeyir Baris, bala, nətərsiz? K2 - Nətərsiz? Q1 - Belə də K2 - Dünən gəlmişdiz bax, mən də dünən Cümüynən da görüşəmmədim. Zəngləşdiy Q1 - Aha K2 - Bu yün mən ona zəng elədim. O gəlmədi, mən gəldim onun yanına. Çünki, mənim Allaha and olsun dünənnən başım xarav oluf. Sizə dedim da Qİ - İndi siz hardasız? K2 - Bax mənim yanımdadı, mən də deyirəm belə bir şey. Bu deyir mən bilmerəm, mənim xəbərim belə yoxdu. Nə danışırsan sən? Derəm ki, bə mənim adımı çəkifsən, yoldaşımın adı çəkilifdi. Bu söhbət olufdumu? Deyir mən bilmerəm. deyirəm bu nömrəni tanıyırsanmı? Deyir yox. Ba yanımdadı Q1 - Yaxşı hayandasız siz? K2 - Mən biraz aralıdayıx. Məştağa tərəfdəyiy. İndi bax mən verirəm telefonu buna Q1 - İhı K2 - Bunnan danışersız, mən də eşiderəm. Ki, mənim niyə yoldaşımın niyə adı çəkiliv? Mənim heşnədən xavarım olmuya olmuya. Mənim hec kimə verəcəyim olmuya olmuya niyə görə mənim adım çəkiler? Q1 - Maştağada ha tərəfdəsən ? Mən gəlirəm ora. Prablem deyil. K2 - Neynirsən gəlməyini. Mən kiməsə iş verən döyüləm. Sadəcə mən bunu, mən o gün əmiynən də danışdım. O yanında gələn kimiydi o? Q1 - Bibim oğlu K2 - Bibin oğlu, çox da belə qəşəh də bir insandı Q1 - Canın sağ olsun K2 - Bir xeylax da söhbət elədiy dünən, xeylax da söhbət elədiy, hər haqda da danışdığ Q1 – Sən mən diyənə qulağ asmadında, yənin ki, biz didiy ki, qoy bizdə orda olağ K2 – Yoo, mən dedim axı ona. O da dedi ki sen söhbət elə. Bibin oğlunnan danışdım mən axşam. Q1 – Yo, yo. Didi ki, bizim yanımızda, bizim yanımızda. K2 – Fərqi yoxdu, sənin yanın da mənim yanım da. Bu mənim yanımdadı. Q1 – Mən ona siyahını verməy isdiyirəm. Panimayiş? Onun yoldaşının nə qədər borcu var. Mənim dərdim odu K2 – Elə dərdin odu telefonu verəjəm dedə özünə Q1 - Elə diməynən şifahi nə var ki? Yəni bunu diyəsən K2 - Vatsapıma göndər, mənim vatsapıma göndər, göndərem ona şəklini. Siyahı əlindədimi? Siyahı əlindədimi? Q1 - Hə nə bilim K2 - Əlindədimi siyahı? Q1 - Yazmağ lazımdı da hə K2 - Fərqi nədi, onu zəng elə özünnən görüş. Yaz da, göndər nə işin var özünnən həll eliyin. Valla mən dünən utandım Allaha and olsun belə söhbətdər mənim. Utanmağdan əlavə, pütün əsəblərim oynadı Q1 - Yox e, sən diyərdin, onsuzda siz Maşdağada oturuceysızda evdə, düzdü? Mən də bibim oğlunnan gəlim üzbəüz görüm onu, siyahını da verim əlinə. Diyim ay Cümşüd ba siyahı budu qardaş K2 - Yenə gör yəni mən heş deyim ki, telefonuma cavab vermədi. Mən ona nömrə gösdərdim, dedi tanımeram. Yəni onu otuzdurmağ prablem döy. Harda deyirsiz tapın oturun. Ama belə bir şey olmaz Qİ - Siz indi harda oluceysız ki? Mən buyünnəri bibioğlunu götürüm gəlim oturağ söhbət eliyey K2 - A kişi, mənim yanıma niyə gəlersən? Sən mənnən niyə söhbət eliyirsən? Get söhbətini onnan elə. Mənnən sənin nə söhbətin varkı? Mənnən söhbət eliyir. Ged özün, öz prableminizi həll eliyin. Prosdu mənim yanımda o söhbət ma xoş gəlmer ki, niyə kimsə mənim ailəmin adını çəker? Q1 - Hə, opşim belə. K2 - Ma xoş belə gəlmer ey. Mənnən nə söhbət olunmalıdı? Kiminsə yanına niyə getməliyəm? Kimnən sə niyə söhbət aparmalıyam? Bu nə söhbətdi ki? Kimin nə problemi var getsin özü/// Mənim o qədər prablemim var ki, bu dəyqə. Hərənin öz problemi var. Getsin prablemini həll eləsin Q1 - X14 sənin yanındadı eləmi? K2- Bəli Q1 - Aha. Bidənə ver ona ,lap qoy mikrafona. Görüm bu havax gələcəy Bakıya, mən onnan görüşməliyəm. Görüşməsə görsən bax onda belə çıxacax K2 - Ala verirəm öz prableminizi özünüz həll eliyin. Ma adiyyatı belə yoxdu Q1 - İhım K2- Elə şey mənim xoşuma gəlmer Q1 - Bildim e, başa düşdüm. Ancağ dünən məndə sənnən danışanda dedimki oğlum nolar biraz döz, səbrin olsun, mən isdiyirəm sənin yanında verəm ona o siyahını. Panimayiş? K2 - A kiıi mənim yanımda niyə verersənki? Q1 - Tapa bilmirəm də, yəni ki çixacağ aradan K2 - Ay şey, tapa bilmersən onun ma nə adiyyatı var? Tapsan belə ma adiyyatı nədi ki, ordan? Mənim nə işimə qalıfdı? Kimnən sə mənim nə işim var? Q1 - Yaxşı ver ona! Ver, ver, ver! K2 - Danışersan ? bidənə adboy ver? Qoy telefonnan danışer. Bir dəyqə gözdə Q1 - E, şey Baris, sən aləmi qatdın bir birinə. Nə isə. Səbrin olmadı. Mən sənə didim ki, biraz səbirli ol bala. K2 - Ola bilmerəm. vallah ola bilmerəm Q1 - Hayıf. Çox hayıf. Çox hayıf. Çox hayıf. Elnarəynən danışır o? K2- Hə Q1 - Mən də isdiyirəm qaçmasın. Mən də verim siyahını K2- Ae, o qaça bilməz, o hara qaçer. Sadəcə söhbət odu ki, bu kimdi ki, mənim yoldaşımın belə adını çəker. Kimsə gəliv hardasa mənim. Heç belə mənim yoldaşım üzr isdiyirəm heç mənim yoldaşım mənnən xəbərsiz beş çölə də çıxa bilməz. Kimdi ki, kiminsə yanında kiminsə adı çəkilməlidi? Kimdi ki? Bi dəyqə sən danışarsan, Cümü, bi dənə adboy ver. Ya ver ma bidənə bacıynan mən danışem. Ala sən telefonu K1 - Alo Q1 - Cümşüd? K1 - Nədi xanım, bu nə oyundu? Bu nə şeydi ki sən çıxardırsan ki? Sən niyə, nəyə görə gəlsən camatın üsdünə ki, mən başa düşmürəm? Camaata sən nəsə vermisən? Hə? Q1 - Bir dəyqə, bir dəyqə Cümşüd. K1 - Yo, yo nə bir dəyqə ey? Sən camaata nəsə vermisən? Q1 - Siz mənə dediz ki, Barisdə altı min yeddi yüz pul var. K1 - Ay bala. Q1 - Düzdü? Fsyo , mən də gəlirdim Şamaxinkaya, bibioğlu da mənnən idi. Dedim a bala, ba buralar da işdiyir hardasa , gedim mən yalvarım Barisəki ,ay Baris bala, mən yanıram pis gündəyəm. Gətir bunu həll elə K1 - A başa düşdüm ey, başa düşddüm Q1 - Mən də gəldim, Baris deyir ki, mən vapşe nə pul görmüşəm, nə mənim arvadım qızıl görüb. Nə mənim borcum var olara. Mən şokdaydım, şokda. K1 - Hə şokdaydın Q1 - Niyə yalannan deyirsiz, niyə? Niyə? K1 - Mən səə nəisə bir köməyliy eləməy isdiyirdim, nə isə səni bir vəziyyətdən çıxartmağ isidiyirdim. İndi Elnarə danışacağ sənnən. Bir dəyqə. X17 danışır Q1 - Yox e, bir dəyqə qulağ as a bala, sənin xəbərin var ki, sənin arvadin yetmiş beş min manatnan borcu var? Hə? Xəbərin var onnan? Yetmiş beş min manat. Bəli K1 - Kimə var borcu? Q1 - Çuma K1 - Hə? Q1 - Çuma. Xəbərin var onnan sənin? K1 - Yox xəbərim yoxdu Q1 - Ona görə mən isdiyirdim ki, mən gəlim sən də orda olasan ki, mənnən qaçmıyasan. Yazım siyahını qoyum sənin qabağına ki, sənin arvadın nə filimlər çevirib. Nələr eliyib. Hə? K1 - Başa düşmədim ey yo. Bunun bu borcu sizədi yoxsa kiməsədi? Q1 - Çuma ye, Çuma. Qızıl götürmüşük. Gəlib mənə ki filankəs isdiyir, bəhmankəs isdiyir, o isdiyir, bu isdiyir. Hə. Aparıb, gətirib iki min verib, min verib, təzdən bidə aparıb. Rayonda, rayonda əmisi qızı, əmisi qızı İlahə varmı? K1 - O yetmiş beş minin ıııııı. Yetmiş beş minniy malı sən vermisən ona? Q1 - Bəli K1 - Hə? Q1 - Bəli K1 - Sən əlbəəl yetmiş beş minniy ona mal vermisən, sən bilmirəm hara baxırdın, ya neynirdin, bu cür götürmüsən yetmiş beş minniy ona sən mal vermisən. Hə? Q1 – Sən soruş onun əlində nakolkası var ha? K1 - Hə Q1- Hə. Gör nədi o? K1 – Bildim e. Sən yetmiş beş minniy malı sən nətəri götürüb vermisən ona? Q1 – Birdən verməmişəm ki. Cümşüd, bəs məndə onun üçün diyirdim ki görüşərdiy söhbət eliyərdiy. O hissə hissə götürüb. K1- Bəs elənçi vermisənsə indi niyə? Vermisən min beç yüz, iki min, on min vermisən. Onu dala almamış sən niyə birdə verirsən? Q1- O yığılıb pülənib olub o boyda. Başa düşdün mü, Yığılıb püləni olub o boyda K1- Bilmirəm. Yox e, başa düşmədim. Q1- Bax diyim sənə K1 - Hə. Q1 - Qulağ as. Bir dəyqə qulağ as K1 - Hə. Q1 - Onsuz da Barisin konturu gedirdə. Mən prosda isdəmirdim belə. Mən isidiyirdim ki, biz görüşəy. Mən dünən şokdayam. Mən dünənnən ürəy ağrısınnan nə gecə yata bilmişəm,nə bir şey eliyə bilmişəm. Ki mənə niyə yalan deyibsiz. Yaxşı arvadın yalançıdı, yalançıdı. Sən mənə niyə yalannan dedin ki, Barisdə altı min yeddi yüz var? Mən də getdim pula. Başa düşdün? Mən yanıram mənə pul lazımdı. Mənə didilər ki, Çuma gəlmə. Get pul tap, gətir. K1 - Mənim sən dediylərinin heş birinnən xəbərim yoxdu. Bu söybətlərin heş birinnən xəbərim yoxdu mənim. Q1 - Düz diyirsən. Onu bilirəm. K1 - Bə bilirsən bəs mənə niyə deyirsən? Q1 - Sən bunnarın hamısını bilmirsən. Amma fakta məni yandıran oduki, məni niyə Barisdən yalannan didiz, niyə? Mən də gedmişəm xalxın üsdünə pula ki, yalvarım yaxarım ki , a bala, mənə biraz köməy elə K1 - Hə Q1 - Mənə biraz köməy elə. Oda didiki, nə köməy eliyim ? Mən bəyəm borjduyam? Məndə nəsə var? K1 - Başa düşdüm e. Bu yetmiş beş minniy mal vermisən, nə bilim nədi, bu nə söybətdi? İndi qoy bir dənə mənim işim var, qoy onu həll eliyim mən siznən görüşəcəm Q1 - Hə davay görüşürüy. Harda diyirsən? Hara diyirsən ora gəlim K1 - Yaxşı ,yaxşı. Q1 - Hara? K1 - Zəng vuracam yaxşı. Q1 - Hə davay, gəl. Bi dəyqə, Cümşüd ,Cümşüd bir dəyqə gözdə, bir dəyqə. K1 - Birdəki birdə bu Barisin yanına gəlmisən nə bilim, bu söybətdəri bağlıyın. Mən gələcəm indi görüşəcəm sənnən. Görüm nə söybətdərdi, necədi? Onnan sonra biz,mən biləcəm nağayrıram , neynirəm Q1 - Sən bir dənə mikrafonnan çıx, mən sənə diyim ki, sənin arvadın indi guya mənim başımı bişirir ki, rayona da mal verib, əmisi qızının qaynı guya evlənməliydi. Qız qaçıb kimnənsə. O əlli qramlığ dəsdi də götürüb gedib. Dörd min beş yüz manatdığ. Diyirəm yaxşı ki/// K1 - Görüşəndə danışarığ, yaxşı. Q1 - Hə davay. Mütləğ görüşəy. Saat neçə üçün deyirsən? Saat indi on birdi. Mən indi işə gedirəm, işdən çıxıb zəng vuracam. Müşdəriyə zəng vurmuşdum, prosdu gözdüyür. Gözdəməsəydi çıxıv gələrdim. Görüm bu nə oyunlardı başa düşmədim Q1 - Birin yarısı olarmı? Birin yarısı, on iki? K1 - Zəng vuracam, davay yaxşı oldu. Q1 - Hə mən tək gəlmiyəcəm, mən bibim oğlunnan gələcəm narahat olma, Barisnən dünən qəşəy söbət eliyib, kulturnu. Barisin də çox xoşuna gəlib, diyib ki bala dayı kimi/// K1 - Yaxşı, yaxşı, yaxşı. Danışarıq. Q1 - Davay , isdiyirsən lap arvadımda gətir. Mənim üçün prablem yoxdu. Vəssalam. Prosda işi həll eləməy lazımdı. Bildinmi? “0018caİİ 11-04-12 OUT Q1 - Hə sabahın xeyir Q2 - Sabahın xeyir Q1 – Noldu, Baris… mən sənə didimki, ay Eliş, and içki doğurdan da pul Barisdədi. Nə didin mənə, O iki uşağımı qəbrə qoyasan, düpbə düzdü. Hə? Sən utanmırsan sən pula görə şağlarıvıda öldürürsən? Hə? Sən nə pisindi anasan az? Sən nə pisinti adamsan? Nə pisinti insansan? Utanmırsan ,ölüb yerə girmirsən sən? Q2 - Bu günləri hardasansa indi dur gəl bura Q1 - Mən heç yana durub gələ bilmirəm. Gələcəy sənin ərin, gəlirsən sən birdə mən. Oturub söhbət eliyəciyiy . Fso qurtardı. Vəssalam. Hamsını nə var hamsını diyəcəm Barisə. Q2 - Sən dur gəl bura! Darıxma, indi gör mən sənin başına nə oyun açıram, darıxma. Q1 - Az ged bilirsən nə var? “0021 cali 16-04-16 OUT +**********21” K1 - Alo Q1 – Alo, ay Cümşüd, qulağ as e, bala, gör nə deyirəm sənə K1 - Aha Q1 - Yəni bu kiməsə verib də yəqin malları da, sən tanımırsan? K1 - Yox, belənçi tanımıram Q1 - Bə bu boyda məbləği bu neyniyib ki? K1 - Mən nə bilim? Q1 - Bu məsəlçün, əlində o nakolkası var, ay massonnarnan işdiyirəm, ay dayıgil belə gəldi, dayıgil elə getdi, mənim üzümə deyir ki, mən onnarı satmıyacam, gedib yataram türmədə, amma massonnarı satmıyacam. Deyirəm az, kimə vermisən gətir heç olmasa ver pullarını, camaatın pulların paylıyaq da. Sən başa düşmürsən ki, deyirəm bizim vəziyyətimiz yaxşı döyül. Məni deyirəm gedib verəcəklər polisə, mən də səni verəcəm polisə, sora nolacax, uşağların nolacax? K1 - O uşaxların məsələsi başqa məsələdi, onun heş kimə aidiyyatı yoxdu, uşaxlar mənim uşaxlarımdı Q1 - Yox e, sən, sən heç olmasa onu çağır oturax bir söhbət eliyək də ikimiz də K1 - Ağız, deyirəm, mən səə söz deyirəm sən də deyirsən belədi. Mən sənə kömək eliyəciydime Q1 - Nətər? K1 - Mən sənə kömək eliyəciydim, sənə gücüm çatan qədərin qaytaracıydım, prosto o getdin ki, Barisin üstünə, hə onnan sora söhbət tamam oldu başqa cür Q1 - Mən Barisin üstünə getmədim e, mənə pul lazım idi K1 - Bə kim getdi, yox yox bi dəyqə bi dəyqə Q1 - Sən də dedin ki, Barisdə altı min yeddi yüz pul var K1 - İradə getmədi başqası getdi? Q1 - Yox e K1 - ... mən getmədim Q1 - Bildim e, sən mənə demişdin ki, orda altı min yeddi yüz pul var, mən də getdim ki, heç olmasa iki min versin ki, mən gətirim camaata pul verim. Mən də getdim, o da dedi ki, nə pul hələ Cümşüd özü mənə borcludu K1 - Sən ona, bildim e, sən ona mal vermişdin ki, sən gedirsən onun üstünə? O səni tanımıya tanımıya səə pul verər heç? Prostu, siz qadınsız, prostu siz bilmirsiz e, nə cür hərəkət eliyirsiz. hər şeyin bir yolu var, hər şeyin bir çıxılan bir tərəfi var, elə qadınnığınıza salmısız başınızı salıb aşağı bu belədi, bu belədi, onnan həyat olmur e, onnan yaşayış olmur, onnan iş görmək olmur, hər işin bir yolu var. Mən sizə dedim ki, səbirri olun mən kömək eliyəcəm sizə. Özünüz durduz getdiz alemi qatdız bir-birinə, indi də deyirsiz ki, bunu necə eliyək, nətər eliyək, məni sıxıllar, nə bilim nətər olur Q1- Ay Cümşüd K1 - Sən ona yetmiş beş minnik mal vermisən, yetmiş beş minnik mal verəndə mənədedin ki, sənin bir ərin var, bir soruşun görüm ki, bunun xəbəri var bu işdən, yoxdu Q1 - Qoymurdu axı K1 - Sən yetmiş beş minnik mal vermisən, bu günkü günü də durmusan məni axtarırsan ki, Cümşüd Elnariyə mal vermişəm, şeydi, mənim pulumu qaytarmır. Ə, verəndə onu adama deyirdilər, indi yox. İndi də uje gejdi, indi də gördüm uje vəziyyət başqa cürdü, mən də boşadım, mən neynirəm Q1 - Qulağ as e, gör nə deyirəm e, sən bir bunu şey eliyərdin, otuzdurardıx, söhbət eliyərdik, kimə veribsə gedib alardıx da. İndi belənçi bunu nətər qoyax belə vəziyyətdə K1 - Mənim başım bir az qarışıxdı, bu sezon təzə başdıyıb deyə başım qarışıxdı, gecə saat birdə ikidə gedirəm evə. Daha o evdə də qalmıram e, başqa yerə gedirəm. Birdə ikidə gedib çıxıram evə. Qoy başım bir az açılsın, üş dört günə şeylər sakitdəşəcək, klyentdər sakitdəşəcək Q1 - Hə K1 - Sakitdəşsin onnan sora məsələyə aydınnıx gətirərəm görüm nə məsələdi Q1 - Yox e, qulağ as e, bu guya əmisi qızına rayonda verib, sora əmisi qızının qaynı guya evlənib sora qaçıb guya K1 - Heş nədən xəbərim yoxdu Q1 - Qız dəsti də götürüb qaçıb, bu hoqqalar çıxardıb? K1 - Elə bir şey olub amma yanı xəbərim yoxdu o şeydən nədən mal sezonudu xəbərim yoxdu amma elə bir şey olub Q1 - Sən indi qulağ as, sən özün heç olmasa sığortadan min beş yüz almısan, heç olmasa o min beş yüzü gətir ver də mənə K1 - Almamışam. Kim deyir almışam e, qırğındayam oları şeyin sığortanın işçisiynən dalaşdım, o məni verdi məhkəmiyə sora məhkəmədən mən çıxdım, indi təzdən pul söhbəti var, o pulu qaytarmalıdılar, pulu verməlidilər, indi təzdəndi mən oları verirəm məhkəmiyə ki, mənim pulumu vermillər, olar da prinsipə düşdülər ki, sən niyə onu sığortanın işçisiynən dalaşırsan, o da mənə cavab qaytarmışdı onun üstündə. Mən təzdən mən oları vermişəm, olar da prinsipə düşüb mənim pulumu vermir, mən də indi oları verirəm məhkəmiyə, onun prinsipə, prinsipim pula aidiyyəti yoxdu, pulumu verməlidilər Q1 - İndi qulağ as büyünnəri həftənin birinci günüdü ya ikinci günüdü, birinci günüdü K1 - Birinci gün Q1 - Hə, sən indi mənə havax söz verirsən, həyqi zarafatsız, oturax insan balası kimi, erməni döylük, faşist döylük, oturax ağıllı-başlı stol arxasında söhbət eliyək bir qəti qərara gələk K1 - Mən özüm yığacam sizi, qoyun bir az başım açılsın hələ Q1 - Amma çox uzatma da xahiş eliyirəm çox uzatma K1 - İndi özümü heç də yaxşı hiss eləmirəm, həm o cəhətdən həm iş cəhətinnən/// Q1 - Yox e, bu boyda pulu neyniyib, götürüb ev alıb özünə, nağayrıb neyniyib? K1 - Ev alıb, yox villa alar özünə Q1 - Hələ utanmaz-utanmaz dünən mənə deyir ki, gətir bir dənə də qızıl ver, aparım verim onnara, o massonnar silinmə eləsinnər, sora sənə deyir pullar gələcək. Dedim sənin deyəsən yetərincə başın uje pozulub a, başın çatmır e, sənin. Sən bu boyda zibildən kutarmamış hələ mənə deyirsən get mənə qızıl gətir, day belə elədin ki, pox elədin də aləmi də. Ona görə tapmax lazımdı ki, bu kimə qulluğ eliyir e, ay Cümşüd, kimə qulluğ eliyir bu? Kim bunun başının üstündə var? Kimnən bu qorxur? Kim bunnan tutub bu qızılları alır? K1 - Mən nə bilim söhbət eliyərik Q1 - Ancax sən Allah çox xahiş eliyirəm çox uzatma da yaxşı, artıx dərəcədə K1- Yaxşı Q1 - Oldu “0027call_16-58-18 JN_+**********99” Q1 - Eşidirəm Q2 - Sənə vızıv atmışam Q1 - Eşidirəm də deyirəm. Yoxdu da konturum yoxdu. Qurtaracağ indi. Noldu? Yığmısan? Hə, di, noldu? Q2 - Dirəm hardasan? Bağçadayam , uşağı götürüm, düşüm aşağı. Q1 - Yo mən Çumda döyüləm, Çuma girə bilmədim. Rahil zəng elıdiki gəlmə buralara, səni axdarıllar. Neynədin, nə fikirləşdin? Q2 - Onda gələrsən danışarığ. Q1 - Yox e, təzə sinari nə qoşdun? Mənə pul lazımdıye. Heş mən səynən danışmağ isdəmirəm. Mənə pul lazımdı. Sən on gündü məni firlatdın e bu kimliyinnən on gün. Elə Aygün düz diyirdi. Yalannan keçi çıxardırsan, yalannan şey çıxardırsan, yalannan kart çıxardırsan. On min pul oturub ora. Utanmırsan Eliş hə? Q2 - Bilsən nə var? Q1 - Utanmırsan sən? Q2 - Bilsən nə var? Bilsən nə var? Q1 - Hə Q2- Aygün düz diyir ged Aygünə də inan, fsyo Q1 - Bıra bax!!! “0031 calM 8-50-11_OUT_+**********99” Q2-Alo Q1-Alo Q2 - Hə Q1 - Saat neçədi ay Eliş? Q2 - Bilmirəm saatdan xəbərim varki? İndi girmişəm evə Q1 - Yox e, bə sən nə fikirləşirsən? Mənim başım çıxmır e. Dünən didin əlli faiz, buyünnəri yüz faiz. Noldu hanı sənin bu faizdərin? Sən məni sarımısan? Ələ salırsan sən məni? Sən nəyə davelvat eliyirsən e? Mənim başım çıxmır. Mənə çatmır e, bu. Nə isdisən sən həyatdan? Q2 - İndi niyə coşmusan? Q1 - Canna azzara coşmuşam, pul lazımdı. Başa düşmürsən sən? Qanmırsan? Xalx pullarını isdiyir. Boy, gijdiyə qoyub e, qız özünü. Səən diyəsən başın çatmır e? Quran haqqı çatmır başın. Q2 - Nə isə, sakitdəş onnan soram, ağzının da danışığını bil onnan sonram zəng eliyərsən, əh Q1 - Nəyə zəng vurum mə bu yünnəri pul gətir... “AUD-20181001-WA0002” Q2 - Alo Q1 - Noldu zəng vurdun Ayna xalaya? Q2 - Yox zəng vurmamışam, gözdüyürəm hələ. Q1 - Nəyi gözdüyürsən? Q2- özü zəng vuracağ da Q1- Ərin telefonu söndürüb Q2 –Söndürüb? Q1- Hə. Başqa nömrədən də zəng vurdum telefon sönükdü. Q2 - Hə ola bilər. Q1-Hə neyniyəciyüy? Havax gələcəy, Bəlkə gecə on ikidə gələcəy. Bu yündə vaxd getdi? Zəng vur onda Aişəyə, poxu yığ ağzına diynən ki, pullar hazır olsun. Mən bu günnəri gəldim gəldim, gələ bilmədim, pandemikdə özün gətirəceysən, mənim qapım da verəceysən pulu Q2 - İndi danışacam Aişəynən, görüm. Vapşe diyəcəm ki, bilsən nə var, pul hazırdısa, oturub taksiyə iki dəyqəyə özüm gedirəm Q1 - Hə davay get. Gedmiyən kişi qızı döyül. Get! Q2 - Lap elə! Qoy danışım, onnan sora Q1 - Hə lap elə! Davay danış. Birdə Ayna xalaynan da danış Q2 - Ki, məni boşu boşuna aparmasında burdan ora. Çünki, mənim gözüm su içmir. Q1 - Ay sağol fsyo davay i Ayna xalaya dinən Q2 - Yaxşı. Ama sən məni tez tez yığma. Telefonumu zaryatkaya hələ ki, qoymamışam. Q1 - Diynən ki verməsə, verməsə Q2 - Hə Q1 - Noldu bəs bəyağdan yandıra bilmirdin. Qoy zaryatqayada , poxu yolda qalma da. Diynən ancağ verməsə ,verməsə onda mən özüm gələcəm. Cümşüdnən bir yerdə gələcəm onun qapısına. Fso, ba bunu diynən ona. Denən qız özü gələcəy Cümşüdnən bir yerdə, sənin əriva yanına. Qurtardığ. Mənə pul lazımdı. Başa düşdün? Q2 - Yaxşı Q1 - Hə fsyo, Ayna xalaya diynən ki pulları hazırlasınlar. Ged götür. Davay. Q2 - Yaxşı sağol. Q1 - Oldu, qoy zaryatqaya poxu get həll elə. Q2 - Oldu yaxşı. “call_13-52-41_OUT_+**********21” K1 - Alo Q1 - Cümşüd, bala, biz görüşəy söybət eliyəy ki, məni də sıxışdırıllar, məni də zəng eliyirlər, mən də Çuma gedməliyəm, gedim görüm nə diyir K1 - Bildim e, mənnən nə görüşəssən? Mənnən nə söhbət eliyəssən? Nə diyəssən mənə? Hə? Hə İradə xanım, nə deyəssən mənə? Q1 - Necə nə? Arvadın neydi? Sən arvadına sahib döyülsən bala? K1 - Yox, sahib döyləm. Boşamışam arvadı, boşadım arvadı. Başım xarab oldu boşadım. “call 14-24-31 QUT +**********21” K1 - Alo. Q1 - Məəm konturum qurtardı. Siz də Allaha şükür zəng vurmadınız. Getdim indi kontur vurdum, gəldim. Qulağ as gör nə diyirəm, sən bu Baris məsələsinidə həll elə. Diyirsən ki, hardan bilirsən onlarda döyül? Keçən dəfə Elnarə də mənə də dedi ki, mən elə başa düşdüm ki, guya elə doğurdan da Baris gildədi pul. Onu həll eliyin , altı min yeddi yüzü. Özüvün sığorta puluvu min beş yüz manatıvı həli elə, zəhmət cək gəl , arvadınnan, sən, mən oturağ söhbət eliyəy, bir qərara gələy, görəy pulu nə vaxd veririy camaata. Oldumu? Fso başqa söz söhbət eşitməy isdəmirəm. Manyetaları sən çox gözəl bilirsən kimə vermisən. Kimə də vermisən onlardan get tut, onlar da getsinlər kimə veriblər onlardan alsınlar. Oldumu? Davay sağol. Mənim day başqa sözüm yoxdu, işlərivi də həll elə. Oldu? Mən deyəsən hələ yumşağ yumşağ danışıram siz ağ eləmisiz. “call_14-38-02_OUT_+**********99” Q2 - Alo Q1 - Alo Q2 - Bəli Q1 - Salam. Az. saat üçün yarısıdıye. Hardasan sən? Q2 - Salam. Siz hardasız? Q1 - İşdən danışırsan? Onçun belə kulturnu danışırsan? Q2 - Yox, başqa yerdəyəm, ona görə Q1 - Hə. İ şto, bəs sən bu günləri pul alıb gətirirdin? Səhər guya Q2 - Burdan çıxım , özüm yığacam səni Q1 - Ay Eliş Q2 - Bir saata zada çıxacam Q1 - Bir saata çıxaceysan? Q2 - Hə bir sata çıxacam Q1 - Ayna xalaynan neynədin? Q2 – İııı danışarıq. Gəldim gəldim. Danışarıq. Oldu Q1 – Boy, Eliş . Mənə pul lazımdı, sən də başdamısan mənimçün burda artisdiy eləməyə. Boş Qalmısan e, diyəsən Quran haqqı. Davay “call _ 5-03-02_OUT_+**********21" K1 - Alo Q1 - Alo. Cümşüd. salam K1 - Salam Q1 - Cümşüd. sən Bakıya gəlib çıxmırsan bala hələ? K1 - Biraz tez tez danışın. Məni gözlüyüllər. Necə Bakıya? Q1 - Hə. K1 - Bakıya gələcəm İnşəallah Q1 - Havax , buyün gəiəssən? K1 - Hə gələcəm Q1 - Hmm. Cümşüd sənaüah gəl e , gəl bu prablemləri həll eliyəy. Özdə sən dayı gilin məsələsini həll elə də. Heç olmasa manetaları get al gətir də. Nolar , qurabn olum. Sən tanıyırsanda oları. Kimə vermisən, ged onun yaxasınnan yapış. Sən Elişi neynirsən ki? Denən qardaş sənə verməmişəm? Gətir qaytar, xoşun gəlmir gətir qaytar da. Ya qaytar, ya pulunu ver. Bəs mənim də arvadım axı düşüb belə işə. Mən neyniyəcəm? K1 - Yaxşı. Qoy gəlib onsuz da hamsını aydınlaşdıracam Q1 - Yaxşı? K1 - Yanımda adam var damşammıram Q1 - Davay gəl e. Çünki, vəziyyət yaxşı döyül, Valla yaxşı döyül. Quran haqqı yaxşı döyül “call_18-26-39 QUT +**********99. Silinsin-2.10” Q2 - Alo Q1– Alo Q2 - Hə Q1 - Cümşüd maşın sürür Q2 - aha Q1 - hə. Diyir hələ iş dalısıyca gediriy. Didim heçnə Elnarə soruşurdu ki, görəsən bu gün evə neçə də çatacağ. Gedməlidi, Mir Mövsüm ağanın üsdünə gedməliydi Q2 - Hə Q1 - Hə. Heşnə də. Zırt da demədilər mənə. İndi neynədin sən? Nə danışdın Aişəynən? Q2 - Danışmışam... Q1 - Nə deyir Aişə? Q2 - ... İndi uşağı yedizdirirəm, hamama girim ordan yığacam səə Q1 - Eliş, hardan isdiyir, Aişə doğsun pulları. Məəm gözdəməyə vaxdım yoxdu. Q2 - Demişəm. Q1 - Pox yiyir. Gediriy onda ərinin üsdünə, dava qırğına, pulu versin. Əyər pullar doğurdan da ondadı, sən bu pulları yiməmisənsə Q2 - Mən heşnə yiməmişəm Vallah Q1 - Yiməmisən, onda gediceyiy onun üsdünə Q2 - Qoy indi zəng eliyərəm diyərəm nədi, nə döyül Q1 - Hə kankret. Vaxd verməy lazım döyül. Bir gün, iki gün. Heçnə lazım döyül. Buyün diyib otuzu yetərincə gözdəmişiy. Gətsin pulları versin. Mən də xalxın canınnan qutarım. Sabah Ülviyə gələcəy Rənanın yanına. Yazdığı mesajı atacam sənə. Yaxşımı. İkinci mərtəbəyə, ikinr' mərtəbə. Birdən danışmıram uje. Nə diyir Aişə? Vermir pulları hə? Q2 - Yo ,verməməy söhbətidöyül Q1 - Aha Q2 - Prosda diyir ki, arendiyanı yığırığ deyir Q1 - Yo,yo,yo. Mən heşnə hərrəmirəm. Yo, yo. Nə arendiya az?! Qutarsın versin. Vəssəlam. Arenda nədi?! Pox yiyərdi əvvəldən bilirdi. Əvvəldən bilirdi ki, otuzu pul verməlidi. Başa tüşdünmü? Adə heşnə məni marağlandırmır ey ay Eliş. Məni heşnə marağlandırmır. Çünki, mənidə onlar marağlandırmır. Başa düşdünmü? Mən onları marağlandırmıram. Mən burda pis vəziyyətdəyəm. İ fso qurtardı. Danış onnan pulu həll eləsin. Hə davay. Poxu tök ağzına denən pulları gətir. Qancıx ,qəhbə. Hə olmasa diyiciyəm Cümşüdə. Vallah quran haqqı düz deyirəm Q2 - Cümşüdnən qoy özüm danışım sonra. Onsuzda didiki, axşam gəlib səynən ətraflı söhbət eliyəcəm Q1 - Sən gəl/// Bilmirəm.Hər şeyi açıb danışmağ lazımdı. Fso. Başqa gizlətməyin mənası yoxdu. Qoy o da kömək olsun düzəldəy. Qutardı . Q2 - Əlinnən götünnən heşnə gələn döyül Q1 - Heş nə olmaz, gələr. Niyə gəlmir ki? Barisdən ki alacağ ki. Eliş, bəsdi də, mən uje dözə bilmirəm. “Aygün” qovluğunda olan danışıqlar: “WhatsApp Audio 2019-07-25 at 11.59.38 AM” Q3 - Ay İradə xanım, şeydi, Esi indi yığmışdı məni. Mənim də başım qarışıxdı. Elnariyə dedim yığ, yığmadı. Dedim yazım sizə burda da, danışmağa vaxdım yoxdu, bilirsiz, revizyadayam. Başımı xarab elədi e, o qız ki, necə oldu? Bəs mən saxlatmışam, nə bilim bileti belə eləmişəm, elə eləmişəm. Noldu, alınmır? Mənim başım qarışıxdı deyə çox söhbətə qarışa bilmirəm. Elnarəyə deyirəm ki, özünüz həll eliyin ... tanıyırsan yəni. Alınmıyacax yoxsa necə? “WhatsApp Audio 2019-07-25 at 11.59.39 AM (1)” Q3 - Yəni ki , bu apteki basqa adam təhvil götürür üje. Siz gün ərzində zəng vurusuz e. Onun müdürü açıb deyəcəy ki, hə belədi də yəni ki. Bu söhbət Tural məllimə falan çatsa, onsuz da Tural məllimin məlumatı var. Elnarənin bəzi işlərinnən. Ona görə də uje o adam da ki, elə adamdı ki, uje başqa şeylərə əl atacağ. Yəni mən sizə izahat verdim. Üzrmü də isdədim ki, İradə xanım belə söhbət olub. Mənim siznən, mən Elnarə mənim nömrəmi silib sağ olsun, bloka falan atıb. Özü bilər. Mənim nə siznən danışacağ heç nəyim qalmıyıb, nə Elnarəynən əlaqə saxlamıram. Yəni ona görə də gün ərzində, bütün gün məni yığmağınızın nə mənası var? Yəni ki, mənim işim gücüm var. Siznən alıb verəcəyim bir şey yox yəni. Ona görədə aptekə qətiyyən yığmıyın. Məni də ki, belə yığmıyın. Bu işlərdən uzağam yəni ki. Başqa söhbətlərə görə yəni ki yığmıyın məni. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manatdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 may 20210-ci il tarixli 9/2084 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 15 adda qızıl-zinət əşyalarının 2018-ci ilin mart və sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 31616,0 manat müəyyən edilir. Digər 22 adda mallar haqqında ətraflı məlumat (əyyarı, çəkisi, markası, modeli, istehsal yeri və digər göstəriciləri və s.) olmadığından qiymətlənmdirmə aparmaq mümkün olmadı.Qiymətləndirilən qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, rəydə qızıl-zinət əşyalarının qiymətləri rəyin tədqiqi hissəsində aşağıda göstərildiyi kimi qeyd edilmişdir. 1.Bir cüt 0,35 karat ölçüdə briliyant qaşları ilə bəzədilmiş 583 əyyarlı 5,8 qram olan sırğa- 290 manat 2.Rus qızılından hazırlanmış altı ədəd “beşlik” -1680 manat 3.Rus qızılından hazırlanmış bir ədəd “onluq”-350 manat 4.Rus qızılından hazırlanmış bir ədəd “on beşlik” – 750 manat 5.İtaliya istehsalı olan 750 əyyarlı 45,6 qram ölçüdə kolye, sırğa, qolbaq və üzük dəsti- 3192 manat 6.Bir ədəd 750 əyyarlı 32,8 qram İtaliya istehsalı olan kolye-2296 manat

7. İtaliya istehsalı olan 750 əyyarlı 50,5 qram ölçüdə kolye, sırğa, qolbaq və üzük dəsti- 3535 manat 8.Bir ədəd 750 əyyarlı 16,8 qram ölçüdə sep-1176 manat 9.Bir dəst 585 əyyarlı 13,4 qram türkiyə istehsalı olan üzük və sırğa dəsti-670 manat 10.Türkiyə istehsalı olan 585 əyyarlı, 19,6 qram ölçüdə üzük və sığra dəsti-980 manat

11. 750 əyyralı 55,8 qram ölçüdə kolye və qolbaq dəsti-3906 manat

12. 750 əyyarlı 28,3 qram İtaliya istehsalı olan qolbaq-1981 manat 13.İtaliya istehsalı olan 750 əyyarlı 41,4 qram ölçüdə bir ədəd qolbaq-2898 manat 14.İtaliya istehsalı olan 750 əyyarlı 64,6 qram ölçüdə kişi qol saatı -4522 manat

15. Rusiya istehsalı olan 583 əyyarlı 67,8 qram kişi qol saatı-3390 manat Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 10 iyul 2019-cu il tarixli qərarla Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zərərçəkmiş şəxs1 məxsus 76900 manata dəyərində qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilirək dələduzluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 10 iyul 2019-cu il tarixli qərarla Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 iyul 2019-cu il tarixli protokola əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən o, həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 15 iyul 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 15 iyul 2019-cu l tarixli protokola əsasən Təqsirləndirilən şəxs atası X9 tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi üçün 1200 manat pul istintaq orqanına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzə əsasən X9 tərəfindən 1200 manat məbləğində vəsait geri alınmışdır. Səbail rayon prokurorluğunun 15 iyul 2019-cu il tarixli qərarı ilə “190020117 nömrəli cinayət işi üzrə cinayət işinin başlanması və icraata qəbul edilməsi, şübhəli şəxs qismində tutulması, zərərçəkmiş şəxs qismində tanınma, təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında Səbail RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Orxan Süleymanlının qərarları ləğv edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təbdiri seçilməsindən imtina edilməklə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinədən azad edilmişdir. 25 iyul 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Səbail Rayon Məhkəməsinin 6(009)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 Səbail RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Orxan Süleymanlının 25 iyul 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün materiallar Səbail RPİ-yə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-31/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 6(009)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 6(009)-72/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 6(009)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti bərpa olunmuş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-95/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 6(009)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir 24 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Zərərçəkmiş şəxs1, X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 şikayət ərizələri əsasında toplanmış 397/18 nömrəli material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Səbail rayon prokurorluğunun 27 aprel 2021-ci il tarixli qərarı ilə Səbail RPİ-nin İŞ-nin müstəntiqi Anar Bağırov tərəfindən qəbul edilmiş 24 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, həmçinin polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə Səbail RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hüseynovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir. Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 6(009)-72/2020 saylı qərarı ilə Səbail rayon prokuroru Natiq Əsədovun 15 iyul 2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarının “190020117 nömrəli cinayət işi üzrə cinayət işinin başlanması və icraata qəbul edilməsi .... haqqında qərarların ləğv edilməsi” hissəsində ləğv edilmişdir. 12 noyabr 2020-ci il tarixdə cinayət işi Səbail RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Vüqar Hüseynov tərəfindən icraatına qəbul edilmişdir. 12 noyabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 dekabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə X11 zərərçəkmiş şəxs qismində tanınmışdır. 14 dekabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 dekabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 11 yanvar 2021-ci il tarixli götürmə haqqında protokola əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD disk və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsi ilə icra edilmiş mesaj mətnlərinin məzmununu əks etdirən 38 vərəq götürülmüşdür. Səbail RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Vüqar Hüseynovun Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə iltizam qətimkan tədbirinin seçilməsi barədə 12 noyabr 2020-ci il tarixli qərarı Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən 27 aprel 2021-ci il tarixdə ləğv edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Səbail rayon Prokurorunun xx.xx.2019-cu tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında » qərarının və « ********* №-li cinayət işi üzrə yalnız cinayət işinin başlaması və icraata qəbul edilməsi ........ hissəsində ləğv edilməsi” hissəsində ləğv edildiyindən Səbail RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi Vüqar Hüseynov hakim Azər Tağıyevin qərarında cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarla yanaşı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında, həmçinin Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarların ləğv edilməsi nəzərə alınmadığından xx.xx.2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 27 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir 29 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-2546/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs və Şahid1 arasında Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 20 iyun 2012-cı il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 04 №-si ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçı Təqsirləndirilən şəxs (ananın) yanında qalması qət edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadəsi, ekspert rəyləri, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 iyul 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 iddia ərizəsində 26.715 manat məbləğində maddi ziyanın ödənilməsini, Zərərçəkmiş şəxs4 30.135 manat məbləğində maddi ziyanın, Zərərçəkmiş şəxs2 5.130 manat məbləğində maddi ziyanın, X11 14.960 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişlər. Məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxslərə qeyd edilən məbləğində ziyan vurulduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddialar təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 26.715 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 30.135 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 5.130 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 14.960 manat tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci 300,00 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 iyul 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddialar təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 26.715 (iyirmi altı min yeddi yüz on beş) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 30.135 (otuz min yüz otuz beş) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 5.130 ( beş min yüz otuz) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 14.960 (on dörd min doqquz yüz altmış) manat tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar