Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-190/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Bakumiltv.info” Xəbər portalın icraçı direktoru vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən "xxxx" MMC-nin icraçı direktoru Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Vİİ çağırış üzrə deputatlarının seçilməsi üçün 01 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri zamanı jurnalist kimi fəaliyyət göstərib çəkilişlər aparması məqsədi ilə Şahid1, Şahid2, Şahid5, Şahid9, Şahid3, Şahid7, Şahid4 və Şahid6 adlarına qanunsuz olaraq müvafiq müxbir vəsiqələri hazırlaması faktı barədə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də toplanmış material olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Vİİ çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Bakı şəhəri Yasamal rayonunun inzibati ərazi vahidində yerləşən seçki dairələrinin seçki mənətəqələrində səsvermə prosesi zamanı media subyekti olaraq icraçı direktoru olduğu "xxxx" MMC-nin jurnalistləri olaraq Şahid1, Şahid2, Şahid5, X7, Şahid7, Şahid4 və Şahid6 iştiraklarını təmin etmək üçün 30 avqust 2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində kompyuter vasitəsilə Şahid1, Şahid2, Şahid5, X7, Şahid7, Şahid4 və Şahid6 adına "xxxx" MMC-nin adından C97EA59A4OFF34 nömrəli jurnalist vəsiqələrin blanklarını, üzərindəki fotoşəkilləri, mətnləri və “QR” kodu tərtib etdikdən sonra həmin tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “İçəri şəhər” metrostansiyası yaxınlığındakı çap mərkəzində şırnaqlı printer vasitəsilə qeyd edilən jurnalist vəsiqələrini çap etdirməklə hüquq verən vəsiqələri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən "xxxx" MMC-ni təsis etmiş və hazırkı vaxtadək MMCnin icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Milli Məclisinin Vİİ çağırış üzrə deputatlarının seçilməsi üçün 01 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri zamanı namizədliyini irəli sürmüş şəxslərlə görüşlər keçirib təbliğat-təşviqat kompaniyası ərəfəsində həmin şəxslərin təbliğatını aparmağı, müəyyən çəkilişlər etməyini, seçki günü məntəqələrdə rəhbəri olduğu MMC-də jurnalist kimi fəaliyyət göstərən şəxslərin müşahidəçi qismində iştiraklarını təmin etməyini, məntəqələrdə qanun pozuntuları baş verdiyi hallarda həmin şəxslərin videoçəkiliş aparmalarını təmin edəcəyini təklif etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsindən keçərkən orada yerləşən seçki qəragahının olduğunu görüb həmin yerə yaxınlaşmışdır. 15 saylı Yasamal 1-ci Seçki Dairəsindən namizədliyini irəli sürmüş Şahid8 barəsində maraqlanmış və onun Bakılı olduğunu, Yasamal rayonu ərazisində seçici kütləsinin olduğunu öyrənmişdir. Bundan sonra Şahid8la görüşmüş və ona təbliğattəşviqat kompaniyasında iştirak etməyini təklif etmiş, Şahid8 qeyd etdiyi kimi müvafiq çəkilişlər apara biləcəyini bildirmişdir. Söhbət zamanı Şahid8 ona bunun qarşılığında həmin vaxtı hər hansı məbləğdə pul ödəyə bilməyəcəyini, lakin deputat seçildiyi halda onun işini dəyərləndirəcəyini bildirmişdir. Bundan sonra Şahid8la 5-6 vedeoçəkilişlər aparıb “YouTube”-da olan özünə məxsus “Bakı Milli Televiziyası” kanalında paylaşmışdır. Həmçinin Şahid8 platformasını özünə məxsus “Bakumilltv.info” internet saytında paylaşmışdır. Bundan sonra o, Şahid8 seçki günü məntəqələrdə müşahidəçi qismində jurnalistlərin iştirakını təmin edəcəyini demişdir. Bu məqsədlə onun özü təbliğat kompaniyası ərəfəsində qərargaha gələn könüllülərlə söhbət edərək onları jurnalist kimi rəhbəri olduğu MMC-yə işə qəbul edəcəyini, namizədin seçildiyi təqdirdə onlara pul mükafatı verəcəyini bildirmişdir. Bu məqsədlə könüllülərdən Şahid1, Şahid2 və Şahid5 işə qəbulla bağlı xx.xx.2024-cü il tarixdə ərizələr və fotoşəkillərini almışdır. Bundan başqa həmin gün qərargahdan kənar, çayxanalarda görüşdüyü Şahid3, Şahid7, Şahid4 və Şahid6 da ərizələr və fotoşəkillər almışdır. Bundan sonra o, yaşadığı ünvan 2 ünvanında yerləşən evində şəxsi kompyuteri ilə müvafiq jurnalist vəsiqələri hazırlayaraq flaş karta yükləmiş, həmin faylları “İçəri Şəhər” metrostansiyası yaxınlığında kompyuter xidməti göstərilən yerlərdən birində çap və laminasiya etdirib vəsiqəni hazır vəziyyətə gətirmişdir. Vəsiqəni çap etmiş şəxs ondan bununla bağlı hər hansı bir söz soruşmadığı üçün onun özü də ona heç nə deməmişdir. Vəsiqələri hazır etdikdən sonra 31 avqust 2024-cü il tarixdə adlarını qeyd etdiyi şəxslərlə görüşüb vəsiqələri onlara təqdim etmiş və seçki başa çatdıqdan sonra vəsiqələri toplayacağını bildirmişdir. Həmin vaxtı o, onları təlimatlandırıb seçki günü məntəqədə hər hansı bir qanun pozuntusu aşkar etdikləri təqdirdə jurnalist kimi videoçəkiliş aparmaq hüquqlarının olduğunu, lakin mübahisə yaratmamalarını bildirmişdir. Sonradan öyrənmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə seçki günü həmin şəxslərdən məntəqədə çəkiliş apardıqları zaman məntəqə sədri ilə aralarında münahisə yaranmış, bu barədə akt tərtib edildikdən sonra onlar Yasamal rayon Polis İdarəsinə dəvət olunmuşlar. Araşdırma zamanı onun həmin şəxslərə hazırlayaraq verdiyi vəsiqələrin heç birinin hüquqi əsası olmadığı, yəni saxta olması müəyyən edilmişdir. Onun özü təbliğat-təşviqat kompaniyasında könüllü olaraq iştirak etmişdir. Namizəd Şahid8 deputat seçildiyi təqdirdə o, ondan zəhmətinin qarşılığında müəyyən məbləğdə pul alacaqdı. Bunun qarşılığında Şahid8 ona hər hansı məbləğdə pul söz verməmiş, sadəcə olaraq əziyyətini qiymətləndirəcəyini bildirmişdir. Onun özü isə namizəd seçildiyi təqdirdə həmin şəxsin ona verəcəyi pul müqabilində könüllü iştirak edən şəxslərə də pul verəcəyini bildirmişdir. Həmin şəxslərə onun verdiyi vəsiqələrin saxta olması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olduğunu, himayəsində dörd az yaşlı olmasının nəzərə alınaraq yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri, ibtidai istintaq və ilkin araşdırma zamanı təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadə və izahatı, ekspertiza rəyi, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda işləmir. ünvan 4ən deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 onun uzaq qohumudur. Onun özü və əri Şahid2 seçki ərəfəsində Şahid8 təbliğat-təşviqat kompaniyasını könüllü olaraq həyata keçirilməsində iştirak etmişlər. Onlar seçki qərargahına gedib-gəldikləri dövrdə oraya gələrək özünü "xxxx" MMC-nin icraçı direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Təqsirləndirilən şəxs seçkilərdə könüllü olaraq iştirak edən şəxsləri MMC-də jurnalist kimi işə qəbul edəcəyini və onlara seçki zamanı qanun pozuntusu aşkar etdikləri zaman çəkiliş aparmaq hüquqlarının olduğunu bildirmişdir. Şahid8 Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra o, da İlhamla razılaşaraq seçkidən bir neçə gün əvvəl şəxsiyyət vəsiqəsinin surətini və foto şəkilin Təqsirləndirilən şəxs təqdim edib bununla bağlı ərizə yazaraq ona da rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onunla hər hansı bir müqavilə bağlamadan seçkidən bir gün əvvəl, yəni 31 avqust 2024-cü il tarixdə seçki qərargahının yerləşdiyi Yasamal rayonu ərazisindəki “ASAN” Xidmətin arxasındakı ünvanını dəqiq bilmədiyi ofisdə vəsiqəni gətirib ona vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan başqa onun əri Şahid2 və könüllü çalışan Şahid5 də həmin vəsiqədən təqdim etmişdir. O, seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 52 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə getmişdir. Həmin günü onun əri və Şahid5 də onunla birlikdə olmuşlar. 15-ci Seçki Dairəsinin 5, 6 və 7 saylı məntəqələri 52 nömrəli məktəbin inzibati binasında yerləşmişdir. Belə ki, həmin gün axşam vaxtlarınadək onun özü seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmiş, saat 19 radələrində əri Şahid2 məntəqədə qanun pozuntusu aşkar etdiyi üçün bununla bağlı məntəqə sədrinə iradını bildirdikdə sədr onun əri ilə mübahisə etməyə başlamışdır. Belə ki, seçki günündən iki gün əvvəl Təqsirləndirilən şəxs onlara təlim keçərək seçki zamanı hansı qanun pozuntuları baş verə biləcəyini öyrətmiş və bu pozuntuları aşkar etdikləri zaman mobil telefonla videoçəkiliş apara biləcəklərini izah etmişdir. Bu səbəbdən də hər üçü də orada videoçəkiliş aparmağa başlamışdır. Məntəqə sədri isə mübahisə edərək çəkilişi dayandırmalarını bildirib mübahisəni davam etdirmişdir. Onlar məntəqə sədrinə bir jurnalist kimi çəkiliş aparmaq hüquqlarının olduğunu bildirsələr də sədr onlara bununla bağlı iradını bildirib yenə də çəkilişi dayandırmalarını onlardan tələb etmişdir. Mübahisə qısa aralıqlarla bir neçə dəfə baş vermiş və sonuncu mübahisə 2-3 dəqiqə davam etmişdir. Sonuncu mübahisədən sonra isə onlar polis əməkdaşları tərəfindən Yasamal rayon polis idarəsinə dəvət olunmuşlar. O, təbliğat-təşviqat kompaniyasında könüllü olaraq iştirak etmişdir. Çünki Şahid8 onun qohumudur. Bununla bağlı ona hər hansı bir pul və ya imtiyaz, vəd olunmamışdır. Könüllü olaraq iştirak etməkdə isə onun hər hansı bir məqsədi olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs onlara hazırda könüllü olaraq çalışmaqla gələcəkdə yüksək əmək haqqı alaraq jurnalist kimi işləyə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs ona və digər şəxslərə də bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa və ona onun bir jurnalist kimi buna hüququnun olduğunu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq ona bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu bildirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda işləmir. ünvan 6n deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 onun uzaq qohumudur, onun özü və arvadı Şahid1 seçki ərəfəsində Şahid8 təbliğat-təşviqat kompaniyasının könüllü olaraq həyata keçirilməsində iştirak etmişlər. Onlar seçki qərargahına gedibgəldikləri dövrdə oraya gələrək özünü "xxxx" MMC-nin icraçı direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Təqsirləndirilən şəxs seçkilərdə könüllü olaraq iştirak edən şəxsləri MMC-də jurnalist kimi işə qəbul edəcəyini və onlara seçki zamanı qanun pozuntusu aşkar etdikləri zaman çəkiliş aparmaq hüquqlarının olduğunu bildirmişdir. Şahid8 Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra o, da İlhamla razılaşaraq seçkidən bir neçə gün əvvəl şəxsiyyət vəsiqəsinin surətini və foto şəkilin Təqsirləndirilən şəxs təqdim edib bununla bağlı ərizə yazaraq ona da rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onunla hər hansı bir müqavilə bağlamadan seçkidən bir gün əvvəl, yəni 31 avqust 2024-cü il tarixdə seçki qərargahının yerləşdiyi Yasamal rayonu ərazisindəki “ASAN” Xidmətin arxasındakı ünvanını dəqiq bilmədiyi ofisdə vəsiqəni gətirib ona vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan başqa onun arvadı Şahid1 və könüllü çalışan Şahid5 də həmin vəsiqədən təqdim etmişdir. O, seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 52 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə getmişdir. Həmin günü onun əri və Şahid5 də onunla birlikdə olmuşlar. 15-ci Seçki Dairəsinin 7 saylı məntəqələri 52 nömrəli məktəbin inzibati binasında yerləşmişdir. Belə ki, həmin gün axşam vaxtlarınadək onun özü seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmiş, saat 19 radələrində o, məntəqədə qanun pozuntusu aşkar etdiyi üçün bununla bağlı məntəqə sədrinə iradını bildirdikdə sədr onunla mübahisə etməyə başlamışdır. Belə ki, seçki günündən iki gün əvvəl Təqsirləndirilən şəxs onlara təlim keçərək seçki zamanı hansı qanun pozuntuları baş verə biləcəyini öyrətmiş və bu pozuntuları aşkar etdikləri zaman mobil telefonla videoçəkiliş apara biləcəklərini izah etmişdir. Bu səbəbdən də hər üçü də orada videoçəkiliş aparmağa başlamışdır. Məntəqə sədri isə mübahisə edərək çəkilişi dayandırmalarını bildirib mübahisəni davam etdirmişdir. Onlar məntəqə sədrinə bir jurnalist kimi çəkiliş aparmaq hüquqlarının olduğunu bildirsələr də sədr onlara bununla bağlı iradını bildirib yenə də çəkilişi dayandırmalarını onlardan tələb etmişdir. Mübahisə qısa aralıqlarla bir neçə dəfə baş vermiş və sonuncu mübahisə 2- 3 dəqiqə davam etmişdir. Sonuncu mübahisədən sonra isə onlar polis əməkdaşları tərəfindən Yasamal rayon polis idarəsinə dəvət olunmuşlar. O, təbliğat-təşviqat kompaniyasında könüllü olaraq iştirak etmişdir. Çünki Şahid8 onun qohumudur. Bununla bağlı ona hər hansı bir pul və ya imtiyaz, vəd olunmamışdır. Könüllü olaraq iştirak etməkdə isə onun hər hansı bir məqsədi olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs onlara hazırda könüllü olaraq çalışmaqla gələcəkdə yüksək əmək haqqı alaraq jurnalist kimi işləyə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs ona və digər şəxslərə də bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa və ona onun bir jurnalist kimi buna hüququnun olduğunu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq ona bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu bildirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda işləmir və Bakı Slavyan Universitetinin Beynəlxaq Münasibətlər fakültəsinin 4-cü kurs tələbəsidir. 30 avqust 2024-cü il tarixdə saat 19 radələrində o, dostu Sulduz və Fəridlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “50 Qəpik” restoranında oturmuşlar. Bu zaman onun dostu Sulduza Faiq adlı şəxsdən zəng gəlmişdir. Sulduz və Fəridlə o, demək olar ki, eyni məhəllədə böyümüş və uşaqlıqdan dostdurlar. Faiq adlı şəxs isə bir müddət onların qaldıq ərazidə qalmışdır. Sulduz Faiqlə danışdıqdan sonra bildirmişdir ki, Faiq bir günlük yaxşı işin olduğunu və hər birinə 50 manat veriləcək. O, bu zaman Faiqdən həmin işin nə olduğunu soruşmuşdur. Sulduz isə bildirmişdir ki, nəsə çəkilişlə bağlı bir işdir. 31 avqust 2024-cü il tarixdə onlar Təqsirləndirilən şəxs adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu, Asan Xidmətin yaxınlığında yerləşən ofisində görüşmüşlər. Həmin şəxs izah etmişdir ki, onlar seçki məntəqələrinə gedib çəkiliş etməlidirlə və hər hansı bir qanun pozuntusu olsa onu aşkar etməlidirlər. Həmin şəxs onlara bildirmişdir ki, ünvan 6n deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 seçki ərəfəsində təbliğat-təşviqat kompaniyasını könüllü olaraq həyata keçirilməsinə iştirak etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs onlara vəsiqələr vermiş və bildirmişdir ki, onlar artıq müstəqil jurnalistirdirlər və onların fəaliyyətinə heç kim mane ola bilməz. Akkreditasiya kartlarının üzərində "xxxx" MMC qeyd edilmişdir. O, şəxsiyyət vəsiqəsnin surətini və foto şəkilini Təqsirləndirilən şəxs təqdim etmiş, bununla bağlı ərizə yazaraq onu rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. O, seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 158 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə getmişdir. Həmin vaxtı o, orada tək olmuş, axşam saat 20:00 radələrinədək seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmişdir. Orada şəxslər seçki bülletenini qutuya atan zaman çəkiliş etmişdir ki, bir şəxsin bir neçə seçki bülleteni qutuya atması faktı olmasın. Məntəqədən kənara çıxan zaman polis əməkdaşları onu araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs tapşırığı ilə jurnalist kimi çəkiliş aparmaq üçün iştirak etmişdir. Bununla bağlı ona 50 manat pul vəd edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. O, Təqsirləndirilən şəxs ona və digər şəxslərə bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa başlamışdır. Ona bir jurnalist kimi buna hüququnun olduğu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu ona bidirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla, məhkəməyədək icraat zamanı tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 avqust 2024-cü il tarixdə saat 19 radələrində o, dostum Nihad və Fəridlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “50 Qəpik” restoranında oturmuşdur. Bu zaman ona Faiq adlı şəxsdən zəng gəlmişdir. Nihad və Fəridlə demək olar ki, eyni məhəllədə böyümüş və uşaqlıqdan dostdurlar. Faiq adlı şəxs isə bir müddət onların qaldığı ərazidə qalmışdır. Faiqlə danışdıqdan sonra Faiqin bir günlük yaxşı işin olduğunu və hər birinə 50 manat veriləcəyini və həmin işin nəsə çəkilişlə bağlı bir iş olduğunu bildirdiyini dostlarına demişdir. 31 avqust 2024-cü il tarixdə biz Təqsirləndirilən şəxs adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu, Asan Xidmətin yaxınlığında yerləşən ofisində görüşmüşlər. Həmin şəxs izah etmişdir ki, onlar seçki məntəqələrinə gedib çəkiliş etməli və hər hansı bir qanun pozuntusu olsa onu aşkar etməlidirlər. Həmin şəxs onlara bildirmişdir ki, ünvan 6n deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 seçki ərəfəsində təbliğat-təşviqat kompaniyasının könüllü olaraq həyata keçirilməsində iştirak etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs onlara vəsiqələr vermiş və bildirmişdir ki, onlar artıq müstəqil jurnalistdirlər və onların fəaliyyətinə heç kim mane ola bilməz. Akkreditasiya kartlarının üzərində "xxxx" MMC qeyd edilmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini və foto şəkilini Təqsirləndirilən şəxs təqdim edib, bununla bağlı ərizə yazaraq onu rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 158 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 20 saylı seçki məntəqəsinə getmişdir. Həmin vaxtı orada tək olmuş, axşam saat 20:00 radələrinədək seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmişdir. Orada şəxslər seçki bülletenini qutuya atan zaman çəkiliş etmişdir ki, bir şəxsin bir neçə seçki bülleteni qutuya atması faktı olmasın. Məntəqədən kənara çıxan zaman polis əməkdaşları onu araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs tapşırığı ilə jurnalist kimi çəkiliş aparmaq üçün iştirak etmişdir. Bununla bağlı ona 50 manat pul vəd edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. O, Təqsirləndirilən şəxs ona və digər şəxslərə bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa başlamışdır. Ona bir jurnalist kimi buna hüququnun olduğu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu ona bidirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir ur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda Bakı Dövlət Universtitetinin Şərqşünaslıq fakultəsi İV kurs tələbəsidir. Oxuduğu fakultənin müəllimidekan müavini vəzifəsində çalışan Tərlan müəllim onun qrup yoldaşı X5 rayon 15 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 seçki ərəfəsində təbliğat-təşviqat kompaniyasını könüllü olaraq həyata keçirilməsində iştirak etməyi təklif etmişdir. Bildiyinə görə Şahid8 Tərlan müəllimin dostudur. Bu barədə İlkin Məmmədzadə ona bildirdikdə İlkinlə razılaşmış və birlikdə Yusif Seyfelovun seçki qərargahına getmişlər. İlk dəfə orada Şahid8 özü ilə söhbət etmiş və Şahid8 onlara təbliğat-təşviqat kompaniyasında neçə işləməyin lazım olduğunu izah etmişdir. Belə ki, onların könüllü olaraq icra edəcəkləri vəzifələri üzərində Şahid8 şəkilləri olan bukletləri paylamaq, küçələrdə müəyyən olunmuş yerlərdə şəkillərini yapışdırıb ona səs verilməsi ilə bağlı təbliğat aparmaqdan ibarət idi. Təbliğat dövründə seçki qərargahında olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlham könüllü olaraq iştirak edən şəxsləri MMC-də jurnalist kimi işə qəbul edəcəyini və onlara seçki zamanı qanun pozuntusu aşkar etdikləri zaman çəkiliş aparmaq hüquqlarının olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşaraq seçkidən bir neçə gün əvvəl şəxsiyyət vəsiqəsinin surətini və foto şəkilini Təqsirləndirilən şəxs təqdim edib, bununla bağlı ərizə yazaraq onu rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onunla hər hansı bir müqavilə bağlamadan seçkidən bir gün əvvəl, yəni 31 avqust 2024-cü il tarixdə seçki qərargahın yerləşdiyi Yasamal rayonu ərazisindəki “ASAN” Xidmətin araxındakı ünvanını dəqiq bilmədiyi ofisdə vəsiqəni gətirib vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan başqa Şahid2 və Şahid1 da həmin vəsiqədən təqdim etmişdir. Seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 52 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə getmişdir. Həmin vaxtı Şahid2 və Şahid1 da onunla birlikdə olubş Həmin gün axşam vaxtlarınadək seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmişdir. Saat 19 radələrində Şahid2 məntəqə sədri ilə mübahisə etdiyini görmüşdür. Buna səbəb isə Canbalanın içəridəki masalara yaxınlaşması ilə bağlı məntəqə sədrinin irad bildirməsi olmuşdur. O, bunu görən kimi mobil telefonu ilə videoçəkiliş aparmağa başlamışdır. Zeynəb də onun kimi çəkiliş aparmağa başlamışdır. Onlar məntəqə səndrinə bir jurnalist kimi çəkiliş aparmaq hüquqlarının olduğunu bildirsələr də, sədr onlara bununla bağlı iradını bildirib çəkilişi dayandırmalarını onlardan tələb etmişdir. Mübahisə qısa aralıqlarla bir neçə dəfə baş vermiş və sonuncu mübahisə 2-3 dəqiqə davam etmişdir. O, məntəqədən kənara özü çıxmış və siqaret çəkməyə başlamışdır. Zeynəb və Canbalanı isə polis əməkdaşları məntəqədən kənara çıxartmışlar. Bundan sonra onlar araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinə dəvət olunmuşlar. O, təbliğat-təşviqat kompaniyasında könüllü olaraq iştirak etmişdir. Çünki Şahid8 onun qohumudur. Bununla bağlı ona hər hansı bir pul və ya imtiyaz, vəd olunmamışdır. Könüllü olaraq iştirak etməkdə isə onun hər hansı bir məqsədi olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs onlara hazırda könüllü olaraq çalışmaqla gələcəkdə yüksək əmək haqqı alaraq jurnalist kimi işləyə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs ona və digər şəxslərə də bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa və ona onun bir jurnalist kimi buna hüququnun olduğunu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq ona bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu bildirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 2024-cü ilin iyun ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 6 saylı Peşə məktəbinin avtomobil elektriki ixtisası üzrə təhsilini bitirmişdir. 30 avqust 2024-cü il tarixdə saat 19 radələrində dostu Sulduz və Nihadla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “50 Qəpik” restoranında oturmuşdur. Bu zaman dostu Sulduza Faiq adlı şəxsdən zəng gəlmişdir. Sulduz və Nihadla o, demək olar ki, eyni məhəllədə böyümüş və uşaqlıqdan dostluq edirlər. Faiq adlı şəxs isə bir müddət onların qaldığı ərazidə qalmışdır. Sulduz Faiqlə danışdıqdan sonra Faiqin bir günlük yaxşı işin olduğunu və hər birinə 50 manat veriləcəyini bildirdiyini demişdir. O, bu zaman həmin işin nə iş olduğunu soruşduqda Sulduz nəsə çəkilişlə bağlı bir işin olduğunu demişdir. 31 avqust 2024-cü il tarixdə onlar Təqsirləndirilən şəxs adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu, Asan Xidmətin yaxınlığında yerləşən ofisində görüşmüşlər. Həmin şəxs izah etmişdir ki, onlar seçki məntəqələrinə gedib çəkiliş etməli və hər hansı bir qanun pozuntusu olsa onu aşkar etməlidirlər. Təqsirləndirilən şəxs onlara ünvan 6n deputatlığa namizədliyini irəli sürmüş müstəqil namizəd Şahid8 seçki ərəfəsində təbliğat-təşviqat kompaniyasının könüllü olaraq həyata keçirilməsində iştirak etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs onlara vəsiqələr vermiş və bildirmişdir ki, onlar artıq müstəqil jurnalistdirlər və onların fəaliyyətinə heç kim mane ola bilməz. Akkreditasiya kartlarının üzərində "xxxx" MMC qeyd edilmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini və foto şəkilini Təqsirləndirilən şəxs təqdim edib, bununla bağlı ərizə yazaraq onu rəhbəri olduğu MMC-də jurnalist kimi işə qəbul etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə Yasamal rayonu ərazisindəki 158 nömrəli orta məktəbdə yerləşən 15-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsinə getmişdir. Həmin vaxtı mən orada tək idim. Həmin gün axşam 20:00 radələrinədək mən seçki məntəqəsində seçkinin gedişatını müşahidə edirdim. Mən orada şəxslər seçki bülletenini qutuya atan zaman çəkiliş edirdim ki, bir şəxsin bir neçə seçki bülleteni qutuya atması faktı olmasın. Mən məntəqədən kənara çıxan zaman polis əməkdaşları məni araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinə dəvət etdilər. Həmin vaxtı orada tək olmuş, axşam saat 20:00 radələrinədək seçki məntəqəsində seçkinin gedişatını müşahidə etmişdir. Orada şəxslər seçki bülletenini qutuya atan zaman çəkiliş etmişdir ki, bir şəxsin bir neçə seçki bülleteni qutuya atması faktı olmasın. Məntəqədən kənara çıxan zaman polis əməkdaşları onu araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs tapşırığı ilə jurnalist kimi çəkiliş aparmaq üçün iştirak etmişdir. Bununla bağlı ona 50 manat pul vəd edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın ona verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. O, Təqsirləndirilən şəxs ona və digər şəxslərə bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman videoçəkiliş aparmağa başlamışdır. Ona bir jurnalist kimi buna hüququnun olduğu bildirilmişdir. Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq bir juralist kimi videoçəkiliş aparmaq hüququnun olduğu ona bidirildiyi üçün orada çəkiliş aparmışdır. Həmin vəsiqəni təqdim etmiş, qeyd olunan vəsiqəni imzalamış şəxsin şəxsiyyəti barədə vəsiqə üzərində hər bir məlumat qeyd olunmamışdır. Həmin vəsiqənin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğunu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda “Bakmil” metrostansiyasının yaxınlığında yerləşən “Azva” elektronika mağazasında satıcı işləyir. 2024-cü ilin avqust ayının 20-də Yasamal rayonu ərazisində yerləşən “ASAN 3” Xidmətin arxasında yolla gedərkən onun qarşısını bir nəfər şəxs kəsmiş və onunla söhbət etməyə başlamışdır. Söhbət əsasında adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs odan nə işlə məşğul olduğunu, haralı olduğu barədə soruşduqdan sonra onların arasında söhbət zamanı səmiyyət yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edərək "xxxx" MMC-nin direktoru olduğunu bildirib seçki kompaniyasında müxbir-jurnasilt kimi iştirak edib seçki məntəqəsində baş verə biləcək qanun pozuntularını qeydə almağını ona bildirmişdir. Təqsirləndirilən şəxs ona öz xidməti vəsiqəsini göstərdikdən sonra İlhama inanıb onunla razılaşmışdır. Belə ki, onun özü hazırda Türkiyə Respublikasında Ankarada Radio-Televiziya aparıcılığı üzrə qiyabı təhsil aldığından və Təqsirləndirilən şəxs də ona gələcəkdə ölkədə müxbir kimi çalışmaqda bu günkü xidmətinin xeyri olacağını bildirdiyindən İlhamla razılaşmışdır. Həmin vaxtı İlham ondan şəxsiyyət vəsiqəsini və mobil telefon nömrəsini istəmişdir. Bundan sonra İlham rəhbəri olduğu "xxxx" MMC-nə işə qəbulla bağlı ona ərizə yazdırmışdır. 31 avqust 2024-cü il tarixdə saat 18 radələrində həminki yerdə İlhamla görüşmüş və İlham ona üzərində onun şəkili olan jurnalist vəsiqəsini vermişdir. İlhamın sözü ilə 01 sentyabr 2024-cü il tarixdə isə 167 saylı orta məktəbə getmiş, həmin məktəbdə olan 21 saylı seçki məntəqəsində müxbir kimi iştirak etmişdir. Seçkinin gedişində qanun pozuntusu aşkar etdiyi üçün mobil telefonu ilə çəkiliş aparmağa başlamışdır. Bundan sonra oraya MSK-nın əməkdaşları yaxınlaşmışlar. Məntəqədə apardığı bütün videoları hobbi olaraq “Whatsapp” ani mesajlaşma proqramında status bölümündə paylaşmışdır. Seçki məntəqəsində kommisiya müşahidəçiləri ilə onun arasında mübahisə yarandığı zaman onun müxbir vəsiqəsi düşüb itmişdir. Məntəqədə Təqsirləndirilən şəxs tapşırığı ilə jurnalist kimi çəkiliş aparmaq üçün iştirak etmişdir. Bununla bağlı İlham ona pul və sair nemət vəd verməmiş, sadəcə bunun onun işi ilə bağlı gələcəkdə xeyrinin olacağını bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin icraçı direktoru kimi tanımış və İlhamın verdiyi vəsiqənin qanuni sənəd olduğunu düşünmüşdür. İlhamın ona bildirdiyi kimi səsvermə zamanı qanun pozuntusu aşkar etdiyi zaman video çəkiliş aparmağa başlamışdır. İlham ona onun bir jurnalist kimi buna hüququnun olduğunu bildirilmişdir.Səsvermə zamanı hər hansı bir qanun pozuntusu aşkar etməmişdir. Sadəcə olaraq ona bir jurnalist kimi videoçəkiliş aparmaq hüququnun olduğu bidirildiyi üçün orada çəkiliş aparmışdır. Məntəqədə baş vermiş mübahisə zamanı vəsiqəni itirdiyi üçün onu təqdim edə bilmir. Həmin vəsiqənin saxta olmasını bilməmiş, Təqsirləndirilən şəxs ona bunun qanuni sənəd olduğu bildirilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ifadəsində qeyd etmiş olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkilidir. Azərbaycan Respublikası Milli Məclisinin Vİİ çağırış üzrə deputatlarının seçilməsi üçün 01 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar parlament seçkilərinə 15 saylı Yasamal 1-ci Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdür. Bununla bağlı seçki gününə 21 gün qalmış təbliğat-təşviqat kompaniyasına başlamışdır. Seçki qərargahı ünvan 10 ünvanında yerləşmişdir. Namizədin vəkillərindən biri isə onun əmisi oğlu Şahid9 təyin olunmuşdur. Belə ki, təbliğat kompaniyası başladıqdan sonra qərargaha könüllü olaraq bu kompaniyada iştirak etmək üçün bir çox şəxslər müraciət etmişdir. Könüllü olaraq fəaliyyət göstərən şəxsin vəzifələri üzərində namizədin, yəni onun şəkilləri olan bukletləri vətəndaşlara paylamaq, küçələrdə qanunla müəyyən edilmiş yerlərdə şəkillər yapışdırmaqla təbliğat aparmaqdan ibarət olmuşdur. Onun Yasamal rayonu ərazisində seçici kütləsi olduğu üçün təbliğat dövründə bir çox media şirkətləri qərargaha müraciət edərək könüllü olaraq təbliğat aparmaq istəklərini bildirirmişlər. Seçki gününə təxminən bir həftə qalmış seçki qərargahına gələrək özünü "xxxx" MMC-nin icraçı direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs tanışlıq zamanı özünü X6 iştirakçısı, qazi kimi təqdim etmişdir. İlham ona könüllü olaraq təbliğat aparacağını bildirmişdir. Bunun qarşılığında İlhama o, hər hansı bir məbləğdə pul və ya hər hansı bir imtiyaz təklif etməmişdir. Sadəcə olaraq İlham onun seçici kütləsi çox olmasından istifadə edərək könüllü təbliğat aparacağını bildirirmişdir. Söhbət zamanı İlham rəhbəri olduğu şirkətin jurnalistlərinin olduğunu və həmin şəxslərin seçki günü məntəqələrdə müşahidə aparacaqlarını, qanun pozuntusu aşkar edildiyi halda video qeydiyyat aparacaqlarını bildirmişdir. İlhamla şifahi olaraq razılaşmış, bundan sonra İlham qərargaha könüllü olaraq təbliğat üçün gəlmiş Şahid1, X8 və Şahid5 sonradan öyrəndiyinə görə jurnalist kimi işə qəbulla bağlı ərizə, şəxsiyyət vəsiqələrinin surəti və fotoşəkillərini almış, sonradan isə həmin şəxslərə qeyd etdiyi MMC-nin müxbir vəzifəsində çalışan əməkdaşları olmasını təsdiq edən müvafiq vəsiqələr vermişdir. O, bu barədə Zeynəb və Canbala polis idarəsinə aparıldıqdan sonra öyrənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünün tanıdıqları şəxsiyyətləri ona məlum olmayan şəxsləri də jurnalist kimi seçki günü iştiraklarını təmin etmişdir. Seçki günü namizəd, yəni o, əsasən qərargahda olmuş, seçici sayı çox olan məntəqələrə baş çəkmişdir. Sonradan öyrəndiyinə görə seçki günü, yəni 01 sentyabr 2024-cü il tarixdə 15 saylı X11 rayonu ərazisindəki 52 nömrəli orta məktəbin inzibati binasında yerləşən 5, 6 və` 7 saylı məntəqələrdə iştirak edən Təqsirləndirilən şəxs jurnalist kimi fəaliyyətlərini təmin etdiyi Şahid1, X8 və Şahid5 məntəqədə müşahidə zamanı apardıqları çəkilişlə bağlı məntəqə sədri ilə mübahisələri yaranmış, həmin şəxslərin barəsində akt tərtib olunduqdan sonra isə polis idarəsinə aparılmışlar. Lakin həmin şəxslərin məntəqədə qanun pozuntusu aşkar edərək yaxud sadəcə olaraq müşahidə apardıqları zaman çəkiliş aparmaları ona məlum deyil. Digər müşahidə aparan şəxsiyyətləri ona məlum olmayan Təqsirləndirilən şəxs jurnalist kimi fəaliyyətlərini təmin etdiyi şəxslərin hansı pozuntulara yol vermələri səbəbindən polis idarəsinə dəvət olunmaları ona məlum deyil. O, təbliğat-təşviqat kompaniyasında könüllü olaraq iştirak etmiş şəxslərə hər hansı bir məbləğdə pul və ya hər hansı bir imtiyaz və vəd verməmişdir.Sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs həmin şəxslərə könüllü olaraq çalışmaqla gələcəkdə onun namizəd kimi uğur əldə edəcəyi təqdirdə onlar üçün də bunun uğurlu olacağını, gələcəkdə də əməkdaşlığı davam etdirəcəyini vəd vermişdir. Təqsirləndirilən şəxs təbliğat kompaniyası ərəfəsində seçki gününə bir həftə qalmış tanımışdır. Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin icraçı direktoru kimi təqdim etdmiş və İlhamın könüllü çalışan şəxslərə hər hansı bir vəsiqə verməsi barədə onun özünün əvvəlcədən məlumatı olmamışdır.Bu barədə həmin şəxslər polis idarəsinə dəvət olunduqdan sonra onun xəbəri olmuşdur. Səsvermə zamanı o, mübahisə yaranmış məntəqədə olmamış və orada hər hansı bir qanun pozuntusunun aşkar edilib-edilməməsi ona məlum. Könüllü iştirak etmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən belə bir vəsiqə verilməsi barədə həmin şəxslər polis idarəsinə dəvət olunduqdan sonra onun məlumatı olmuşdur.Lakin sözügedən vəsiqələrin hansı formada hazırlanması ona məlum deyil. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid9, Şahid8 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir İş üzrə Təqsirləndirilən şəxs barəsində 07 aprel 2025-ci il tarixdə “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid6 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid3 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid4 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid2 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid1 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Şahid5 götürülmüş C97EA59A4OFF34 nömrəli vəsiqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və vəsiqə iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən 01 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş Şahid1, Şahid2, Şahid5, Şahid9, Şahid3, Şahid7, Şahid4 və Şahid6 adından yazılmış ərizələrin əsilləri, Şahid5, Şahid2 və Şahid1 məxsus şəxsiyyət vəsiqələrinin surəti, o cümlədən Şahid5 və Şahid2 məxsus cəmi 04 ədəd olmaqla 3 x 4 ölçüdə fotoşəkil cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 5/1119 nömrəli rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş Şahid1, Şahid2, Şahid5, Şahid3, X3 və Şahid6 adına olan C97EA59A4OFF34 nömrəli vəsiqələrin blankları, üzərilərindəki fotoşəkil, mətnlə və “QR” kod şırnaqlı printerlə çap edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Şahid1, Şahid2, Şahid5, Şahid3, X3 və Şahid6 adına olan C97EA59A4OFF34 nömrəli vəsiqələrin ön və arxa hissələrində olan imzalar hər hansı bir texniki vasitələrin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Həmin vəsiqələrin arxa hissəsində olan “QR” kodlar vəsiqlərin Azərbaycan Respublikasının Media İnkişaf Agentliyində media reyestrinə daxil edildiyini təsdiq edirmi?” sual ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 aprel 2014-cü il təvəllüdlü X9 və 12 noyabr 2012-ci il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan uşaqları var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. Cinayət Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. Üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Qeyd olunanlardan belə aydın olur ki, saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir, həmçinin bu cinayət əməli saxta olmayan rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi üsulu ilə də həyata keçirilir və bu hərəkətin nəticəsində həmin sənəd sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən məhkəmə istintaqı zamanı etiraf edilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və ilkin araşdırma zamanı verdiyi izahatı, həm ittiham aktında adları çəkilən şahidlərin, həm də məhkəmə istintaqında əlavə şahid qismində dəvət olunan şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, aparılmış ekspertiza nəticəsində gəlinmiş rəy və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin maddənin 145.2-ci hissəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşiman olmasını, himayəsində iki yetkinlik çatmayan uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işəri cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hazırki hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və 353.4.11cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına edilən 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Quluyev Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 473 (dörd yüz yetmiş üç) manat pul tutulub, “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, qazancından 15% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun iş yeri üzrə qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 473 (dörd yüz yetmiş üç) manat pul tutulub, “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-190/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-190/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver