Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-191/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlu və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 27 avqust 1993-cü ildə Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, «Şirin» firmasında ekspeditor işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Şahbuz rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev Ö/T-54 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu Seyid-Mahmudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev Ö/T-48 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə, xx xxxxxxxx 1998-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl şəhərinə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ö.F.Nemanzadə küçəsi, ev Ö/T- 72 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Səfiyev Əli Eyvaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Səfiyev Əli Eyvaz oğlu ilə birlikdə 23 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 4 ünvanında yerləşən «Dostlar» kafesində olarkən orada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs onun salamını almamasını cüzi səbəb kimi bəhanə edərək Orucov İbişov və Əli Səfiyevlə bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində kafe işçilərinin və orada olan müştərilərin yanında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayıq ifadələr işlədib cəmiyyət və vətəndaşlar arasında bərqərar olmuş birgə yaşayış qaydaları pozmaqla cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etmiş, daha sonra kafenin iş rejimini və orada olan şəxslərin istirahətini pozaraq ictimai qaydanı kobud surətdə pozan, habelə şəxslər üzərində zor tətbiq olması ilə müşayiət edilən hərəkətlər edib qeyd edilən digər tanışları ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vurmuş, habelə Əli Səfiyev silah qismində istifadə etdiyi kafedə olan ağ rəngli plastmas stulla Zərərçəkmiş şəxs başına iki dəfə vurmaqla sonuncuya ümumilikdə döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Səfiyev Əli Eyvaz oğlu ilə birlikdə 23 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 4 ünvanında yerləşən «Dostlar» kafesində olarkən orada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 salamını almamasını cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs1 və Əli Səfiyevlə bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində kafe işçilərinin və orada olan müştərilərin yanında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayıq ifadələri işlədib cəmiyyət və vətəndaşlar arasında bərqərar olmuş birgə yaşayış qaydaları pozmaqla cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etmiş, daha sonra kafenin iş rejimini və orada olan şəxslərin istirahətini pozaraq ictimai qaydanı kobud surətdə pozan, habelə şəxslər üzərində zor tətbiq olması ilə müşayiət edilən hərəkətlər edib qeyd edilən digər tanışları ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vurmuş, habelə Əli Səfiyev silah qismində istifadə etdiyi kafedə olan ağ rəngli plastmas stulla Zərərçəkmiş şəxs başına iki dəfə vurmaqla sonuncuya ümumilikdə döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktına əsasən təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlu bir qrup şəxs halında və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Səfiyev Əli Eyvaz oğlu 23 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 4 ünvanında yerləşən «Dostlar» kafesinə gəlib tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi salamın almamasını cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı pozan hərəkətlər edərək kafe işçilərinin və orada olan müştərilərin yanında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayıq ifadələr işlədib cəmiyyət və vətəndaşlar arasında bərqərar olmuş birgə yaşayış qaydaları pozmaqla cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etmiş, daha sonra kafenin iş rejimini və orada olan şəxslərin istirahətini pozaraq ictimai qaydanı kobud surətdə pozan, habelə şəxslər üzərində zor tətbiq olması ilə müşayiət edilən hərəkətlər edib qeyd edilən digər tanışları ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vurmuş, habelə o, silah qismində istifadə etdiyi kafedə olan ağ rəngli plastmas stulla Zərərçəkmiş şəxs başına iki dəfə vurmaqla sonuncuya ümumilikdə döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 20-ci Sahədə Orucun qonşuluğunda yaşayan, daş bazarında işləyən fəhlə kimi tanımışdır. Onunla aralarında əvvəldən heç bir ədavətləri, düşmənçilikləri olmamışdır. 23 fevral 2021-ci ildə, saat 20 radələrində 20-ci sahədə olan poçtun yanında yerləşən “İbişin” kafesində oturub dostu Orucla birlikdə pivə içmişlər. Pivə içdikdən sonra musiqiyə qulaq asmaq üçün Orucla birlikdə Salyan şossesindəki «Dostlar» kafesinə getmişlər. Kafeyə daxil olduqda orada bir neçə nəfər tanımadığı şəxslər və əsl adı Nəsrəddin, lakin el arasında Sergey kimi tanınan kafeni işlədən şəxs Teymurla oturmuşdur. Bu zaman Oruc orada olan masada əyləşmiş, o isə Sergey əyləşən masaya tərəf gedib Sergey və Teymura salam vermişdir. Sergey onun salamını almış, lakin Teymur ona «mən fahişəyə salam vermirəm» deyib salamını almamışdır. Bundan sonra o Orucun yanına gəlib Teymura salam verəndə Teymurun salamı almadığını və ona nalayıq söz işlətdiyini demişdir. Teymur onunla salamlaşması onunla izah etmişdir ki, guya o Teymurun arvadının əxlaqsız həyat tərzi sürdüyünü danışır. Lakin o Teymurun arvadının ünvanına xoşagəlməz ifadələr işlətməmişdir. Buna görə də Oruc Sergeyin yanına gedib Teymurun Azərə qarşı etdiyi nalayiq hərəkət barədə dedikdə Teymurla aralarında mübahisə düşmüşdür. Həmin mübahisə zamanı Teymur ona qarşı nalayiq söz dediyi üçün o da ona nalayıq söz deyərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Həmin vaxt Orucda yumruq və təpiklə Teymurun bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Bu hadisə nəticəsində kafedə qarışıqlıq düşmüş, orada olan Kərəmin oğlu kimi tanıdığı şəxs, Nahid, Ceyhun, Ramiz və adlarını bilmədiyi iki nəfər onları aralaşdırırmışlar. Bundan sonra polis işçiləri gəlib onları 8-ci Polis Bölməsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla qonşuluqda yaşayır, aralarında əvvəldən heç bir ədavət olmamışdır. 23 fevral 2021-ci il tarixdə, saat 20 radələrində 20-ci sahədə poçtun yanında olan “İbişin” kafesində oturub dostu Azərlə birlikdə pivə içmişlər. Pivə içdikdən sonra musiqiyə qulaq asmaq üçün Azərlə birlikdə Salyan şossesindəki «Dostlar» kafesinə getmişlər. Kafeyə daxil olduqda orada bir neçə nəfər tanımadığı şəxslərin olduğunu və kafeni işlədən, əsl adı Nəsrəddin, lakin el arasında Sergey kimi tanınan kafeni işlədən şəxs Teymurla oturmuşdur. Bu zaman o masada əyləşmiş, Azər isə Sergey və Teymurun əyləşdiyi masaya tərəf getmişdir, az müddət sonra Azər geri qayıdaraq Sergey və Teymura salam verən zaman Teymurun salamını almadığını dedikdə o onların əyləşdiyi masaya tərəf gedib bu məsələni aydınlaşdırmaq istəmişdir. Bu barədə Sergeyə demiş ki, biz içkiliyik dalaşmaq istəmirik və bunu deyib geri qayıtmışdır. Həmin zaman orada Teymurla mübahisə düşdüyünü görüb onlara yaxınlaşmış, həmin mübahisə zamanı Teymur ona qarşı nalayiq söz dediyi üçün o da ona nalayiq söz deyərək yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Həmin vaxt Azərdə yumruq və təpiklə Teymurun bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Bu hadisə nəticəsində kafedə qarışıqlıq düşmüş, orada olan Kərimin oğlu kimi tanıdığı şəxs, Nahid, Ceyhun, Ramiz və adlarını bilmədiyi iki nəfər onları aralamışdır. Səfiyev Əli Eyvaz oğlu stul götürüb atmış, stul isə təsadüfən ona dəymişdir. Bundan sonra polis işçiləri gəlib Azəri aparmışlar, o da onun dalınca 8-ci Polis Bölməsinə getmişdir. Teymurun arvadı gözəllik salonunda işləyir, o Teymurun arvadının ünvanına heç bir zaman xoşagəlməz ifadələr işlətməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. Sonradan bildiyinə görə Teymur Orucla qonşuluqda yaşayır. Əsl adı Əli olsa da, onu «Badı» ləqəbi ilə tanıyırlar. 23 fevral 2021-ci il tarixdə, saat 18 radələrində 20-ci sahədə poçtun yanında olan “İbişin” kafesində oturub dostu Azər, Oruc və Hikmətlə birlikdə əyləşib pivə içmişlər. Pivə içdikdən sonra artıq sərxoş vəziyyətdə musiqiyə qulaq asmaq üçün dördü birlikdə Salyan şossesindəki «Dostlar» adlı kafeyə getmişlər. Kafeyə daxil olduqda orada bir neçə nəfər tanımadığı şəxslərin olduğunu və kafeni işlədən əsil adı Nəsrəddin olan Sergey ləqəbli şəxsin sonradan adını bildiyi Teymurla oturduğunu görmüşdür. Onlar kafedə masada əyləşmişlər, Azər isə Sergey və Teymurun əyləşdiyi masaya tərəf getmişdir, az müddət sonra Azər geri qayıdaraq Sergey və Teymura salam verən zaman Teymurun salamını almadığını, «mən kişiyə salam verirəm» demişdir. Həmin vaxt Azər Teymurun əyləşdiyi masaya tərəf gedib bu məsələni aydınlaşdırmaq istəmişdir. Bu zaman kafedə Azərlə Teymur arasında mübahisə olduğunu və bir-birlərinə nalayıq söyüşlər söydüyünü görüb oturduqları masadan qalxaraq həmin yerə getmişlər və orada Teymurun Azərə qarşı nalayıq söz dediyi üçün Azərində ona nalayıq söz deyərək aralarında dava-dalaş baş vermişdir. Bu zaman o, Oruc və Hikmət onları aralaşdırmaq istədikdə Teymur onlara qarşı da dartınmış, nəsə sözlər deyərək çəkilmələrini dedikdə Oruc yaxınlaşaraq Teymuru sakitləşdirmək istədikdə Teymur Oruca da nalayıq sözlər işlətmişdir. Həmin vaxt o və Hikmət orada olduqları üçün o da Teymurun bu hərəkətlərindən əsəbləşərək kafedə olan ağ rəngli plastmas stulu götürüb atmışdır ki, dalaşanları aralasın. Həmin vaxt orada olan Hikmət onları Teymurdan aralaşdırdığı üçün onlar kafedən çölə çıxmışlar. O kafedən çölə çıxdıqdan sonra onlardan ayrılıb evinə getmişdir. O həmin hadisə baş verənə qədər bunun səbəbini bilməmişdir, lakin sonradan bilmişdir ki, Azərlə Teymurun arasında olan bu ziddiyyət guya Azərin Teymurun arvadının ünvanına xoşagəlməz sözlər deməsi olmuşdur. Həmin hadisədən əvvəl onlar pivə içdikləri üçün sərxoş olmuşlar və o Teymura qarşı əsəbləşdiyi üçün kafedəki stulu götürmüşdür. Lakin stul Teymura dəyməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, iki övladı var və bir ildən çoxdur ki, boşanmışdır. Ailəsi Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, o isə Daş bazarında yaşayır. «Dostlar» kafesi həmin Daş bazarına yaxınlıqda yerləşdiyindən axşamlar həmin kafeyə gedib yemək yeyib pivə içdikdən sonra evinə gedir. «Dostlar» kafesinə tez-tez getdiyindən Azər və Orucu tanıyır, onlarla aralarında ədavət və düşmənçilikləri olmamışdır. 23 fevral 2021-ci il tarixdə, saat 20:30 radələrində «Dostlar» kafesinə getmiş, həmin kafedə yeyib pivə içən zaman Azər və Orucla gələn digər iki nəfər şəxs kafenin içərisində ona salam verdikdə həmin zaman spirtli içki qəbul etdiyi üçün sərxoş olduğundan Azərə demişdir ki, « mən kişilərin salamını alıram, sizin yox». Həmin vaxt onların arasında olan Kərəmin oğlu kimi tanıdığı sonradan adının Hikmət olduğunu bildiyi oğlan ona demişdir ki, «sənin arvadın pula çıxır, xəbərin yoxdur». Ona görə də o onları nalayıq ifadələrlə təhqir etməyə başlamışdır. Həmin vaxt orada olan Oruc və onun yanında olan Azər və bir nəfər tanımadığı, sonradan adının Əli olduğunu bildiyi oğlan onunla dava-dalaş edərək ona nalayıq sözlər deyib təhqir edərək yumruq və təpiklə vurub onu döyərək bədəninə xəsarətlər yetirmişlər. Sonradan adının Əli olduğunu bildiyi oğlan kafedən götürdüyü stulu atmış, lakin stul ona dəyməmişdir. Hadisədən əvvəl də o pivə içmiş və spirtli içki təsiri altında olmuşdur. Onlar yaxınlaşıb Sergeyə salam verib sonra ona əl uzatdıqda o onların, onun keçmiş arvadı barəsində dedikləri nalayiq ifadələri yadına salıb onların salamlarını almamışdır və kişinin salamını aldığını, onların salamlarını almadığını demişdir, sonra onlar onu nalayiq ifadələrlə təhqir etmişlər. O da eyni sözlərlə onların cavabını vermişdir və sonra onu yumruq və təpiklə döyməyə başlamışlar. Davanın səbəbi onların onun və keçmiş arvadının ünvanına nalayiq ifadələr işlətmələrinə görə salamlarını almamağı, buna görə onların onu da təhqir etmələri, onun da onlara qaytardığım cavab olmuşdur, yəni onu bu səbəbdən müştərilərin və kafe işçilərinin gözü qarşısında döymüşlər, onu döyən Azər, Oruc, Əli spirtli içki təsiri altında olmuşlar. Həmin vaxt o kafedən çölə çıxdıqdan sonra 102 nömrəsinə zəng edib «Dostlar» kafesində döyülməyi ilə bağlı məlumat vermişdir. Hadisə nəticəsində kafedə hər hansı bir əşyanın, yəni stol, stul və sair əşyanın sındırılmasını görməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edərək bildirmişdir ki, 2014-cü ildən Salyan şossesi-104 ünvanında kirayəşin qalır, əvvəllər Salyan şossesi-4 ünvanında yerləşən «Məkan» kafesində aşbaz işləmiş və sonra oradan getmişdir. Həmin kafenin hazırkı adı «Dostlar»dır və 01 mart 2016-cı ildən hazırkı vaxta qədər həmin kafedə aşbaz işləyir. Kafenin sahibi Sergey adı ilə tanınan Nəsirəddindir. Hadisə baş verən gün kafedə Tünzalə, Cəmil, Bəhruz və bir neçə tanımadığı müştəri olmuşdur. Sergey özü də demək olar ki, həmin vaxtlar daim kafedə olmuşdur. Kafenin müştəriləri əsasən yaxınlıqda olan Daş bazarının sürücüləri, fəhlələri və təsadüfi adamlar olur, kafenin daimi müştəriləri olan Azəri, yaxınlıqlarında olan avtomobil yuma yerini işlədən Ceyhunu, Nahidi adla tanıyır, lakin digərlərini sifətdən tanısa da adlarını bilmir. 2021-ci ilin fevral ayının 23-də, saat 20 radələrində o və ofisiant Tünzalə kafenin mətbəxində olmuş, kafenin zalında isə müştərilər olmuşdur. Teymur da masada Sergeylə əyləşib pivə içmiş, digər masalarda da müştərilər olmuşdur. Teymurla dava edən Azər və digərləri kafeyə sonradan gəlmişlər. O mətbəxdə olur və mətbəxdə olarkən zalda dava qışqırıq səsi eşidib zala gəlib Teymuru yerdə yıxılmış vəziyyətdə görmüşdür. Azər və digərlərinin Teymuru yumruqla, təpiklə vururmasını görməmişdir. Nahid adlı müştəri Teymurun yıxıldığı yerdən qaldırmış, sonra onlar kafedən çıxıb getmişlər. Həmin vaxt kafedə təxminən 12 nəfərə qədər adam olmuş və kafenin hər hansı əşyası sındırılmamışdır. O zala çıxarkən 5-6 nəfər şəxsin Teymurun ətrafına toplaşdığını görmüş, həmin şəxslərin içərisində Azər də olmuşdur. Davanın əvvəlində orada olmadığından davanın səbəbini görməmiş, eşitməmişdir. Hadisə baş verən vaxtadək Azər və Teymuru tanımış, dalaşan digər şəxsləri tanımamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edərək bildirmişdir ki, 20-ci sahədə ünvanını bilmədiyi evdə kirayədə yaşayır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərindən 20-ci sahədə olan Daş bazarının qarşısındakı «Məkan» kafesində, hazırda «Dostlar» kafesində yeməkpaylayan işləyir, hər gün səhər saat 09-dan gecə saat 24-ə qədər iş yerində olub işini işləyir, yeməkpaylayan kimi həmin kafedə o tək işləyir, aşbaz kimi Ramiz, onlardan başqa Cəmil müğənni, Bəhruz sintizator çalan şəxslər də kafedə olurlar. Hazırda isə Cəmil və Bəhruz orada işləmir. Kafenin sahibi Sergey ləqəbi ilə çağırılan Nəsirəddindir və o da çox vaxt kafedə olur. Kafeyə gələnlər əsasən yaxınlıqda olan daş bazarının adamları və sair adamlar olurlar, o kafeyə gələn müştəriləri şəxsən tanımır. 23 fevral 2021-ci il tarixdə, təxminən saat 20 radələrində kafedə olmuş və ofisiant işimi yerinə yetirirmiş, kafenin daimi müştərisi Teymur gəlib Sergeylə bir masada əyləşib pivə içirmiş, lakin Teymurun kiminsə ünvanına söyüş və hədə deməsini, kimsənin də Teymurun ünvanına söyüş və ya hədə deməsini eşitməmişdir, həmin vaxt o kafenin mətbəxində olmuş, bu vaxt zalda dava-qışqırıq və ucadan söyüş səsləri eşidib zala gəlmiş və Teymuru yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxtı Teymurun başının üstündə çoxlu adam olmuş, bu səbəbdən də onu kimin vurduğunu görməmişdir. Teymuru kafedə olan müştərilər yerdən qaldırmışdır, hadisə təxminən 3 dəqiqə davam etmişdir, həmin vaxt kafedə hər hansı əşya sınıdırılmamışdır. Davanın nə səbəbdən baş verdiyini bilməmiş, lakin sonra eşitmişdir ki, Teymur sərxoş halda masada əyləşib pivə içərkən həmin dava edənlərdən biri onun arvadının pozğun həyat tərzi sürməyini deyib və gəlib ona salam verəndə Teymur onun salamını almamışdır. Bundan sonra ara qarışıb. O kafedə kiminsə Teymurun vurduğunu görməmiş, yalnız Teymuru yerdə uzanmış vəziyyətdə görmüşdür. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, kafedə müştərilərə çay, pivə, şirələr, spirtli içkilər və yemək verməklə xidmət edirlər. Azərlə qohumluq münasibətləri yoxdur və qonşudurlar. Azər onun işlətdiyi kafeyə tez-tez gəldiyindən və qonşuluqdan tanıyır, onunla hadisə günü kafeyə gələn şəxsləri yalnız hadisədən sonra tanımışdır. Onlarla aralarında heç bir ədavətləri olmamışdır. 23 fevral 2021-ci il tarixdə, saat təxminən 19 radələrində Azər və tanışları gəlib onun işlətdiyi kafedə bir masada əyləşib pivə içib getmişlər, lakin hara getmələrini bilmir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Səbail rayon sakini kimi tanımış və aralarında əvvəldən heç bir ədavət olmamışdır. 23 fevral 2021-ci ildə, saat 18 radələrində o, Azər və Oruc 20-ci sahədə makler İbişin ofisinin yanında olan Ceyhunun kafesində əyləşib pivə içirmişlər. Bu zaman adının sonradan Əli olduğunu bildiyi «Badı» ləqəbli oğlan onların masalarına yaxınlaşmış və onlarla görüşərək eyni masada əyləşib pivə içmişdir. Həmin Badı ləqəbli oğlan Azərin tanışı olmuşdur. Dördüdə orada əyləşib birlikdə hərəsi pivə içdikdən sonra canlı musiqiyə qulaq asmaq üçün 20-ci sahədə olan Salyan sossesində yolun kənarındakı «Dostlar» kafesinə getmişlər. Onlar kafeyə girəndə kafedə olan masada əyləşib yemək və spirtli içki sifariş vermişlər, həmin zaman Azər orada kafenin sahibi Sergeylə Teymurun oturduğu masaya yaxınlaşıb onlara salam verdikdə Teymur Azərin salamın almadığı üçün aralarında mübahisə olmuşdur. Buna görə də o onlara yaxınlaşıb sakitləşdirmək istəmişdir. Azər, Oruc və Əlinin Teymura qarşı etdikləri davadalaşdan ayırmağa calışmışdır. Həmin hadisə zamanı orada Sergey, iki nəfər müsiqiçilər, ofisiant və tanımadığı şəxslər də olmuşlar. Teymurun arvadının gözəllik salonunda işlədiyini bilir, lakin Azər tərəfindən Teymurun arvadının ünvanına xoşagəlməz sözlər dediyini eşitməmişdir. Həmin vaxt Teymur sərxoş vəziyyətdə olmuş və onlara qarşı nalayiq sözlər deymiş, o da orada onun arvadından boşanmasını, arvadının hazırda harada olmasını bilmədiyini demişdir, ona arvadının pula çıxmasını deməmişdir. Azərin, Orucun, Əlinin onunla dava etməsi vaxtı o ancaq onları aralaşdırmışdır. O həmin hadisə zamanı orada olmuşdur və hadisə törədənləri aralaşdırmışdır. Həmin hadisə zamanı onu heç kim vurmamışdır, o da heç kimi vurmamışdır. Həmçinin hadisə zamanı X4 Əzimovu plastmas stulla vurmasını görməmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 2-ci qrup əlildir və ailəsini dolandırmaq üçün Salyan sossesi-4 ünvanında yerləşən əvvəllər adı “Məkan” olmuş, sonradan adı “Dostlar” kafesi adı ilə kafe işlədir. Kafeni səhər saat 09 radəərində işlətməyə başlayır, axşam saat 23-24 radələrində bağlayır. Zərərçəkmiş şəxs 2 il olar ki, tanıyır, onu usta kimi tanımışdır. Onunla aralarında heç bir ədavət olmamışdır. Hadisə baş verən gün, yəni 23 fevral 2021-ci ildə həmişə olduğu kimi səhər saat 09-da işlətdiyi «Dostlar» kafesini işlətmək üçün açmışdır, həmin gün kafedə aşbaz Ramiz və ofisiant Tünzalə olmuşlar. Kafedə canlı musiqi də olmuşdur, sintizatorda Bəhruz ifa etmiş, oxuyan isə Cəmil olmuşdur, saat təxminən 21 radələrində kafedə tanıdığı və tanımadığı müştərilər olmuşlar, tanıdığı müştərilərdən Nahid kafedə kənarda oturmuş, Fərhad və Teymur onun yanında əyləmişlər, Teymur pivə sifariş edərək içmişdir. Həmin zaman saat təxminən 21 radələrində əvvəllər də kafeyə gəlmiş, Azər, sonradan adlarını bildiyi Oruc, eşidib bildiyinə görə 20-ci sahədə yaşayan Əli və Kərimin oğlu kimi tanıdığı sonradan adının Hikmət olduğunu bildiyi oğlan içəri daxil olmuşlar. Həmin zaman onlar onunla salamlaşmışlar və Teymurla da salamlaşan zaman Teymur onların salamını almamışdır. Lakin buna baxmayaraq onların hamısı kafedə olan boş bir masada əyləşib sifariş vermişlər, bundan az zaman sonra onlar Teymurun yanına gəlib onların niyə salamını almadığını dedikdə Teymur da keçmiş arvadının əxlaqsız həyat tərzi sürdüyü barədə danışdıqlarına görə salamın almadığını bildirmişdir. Bununla əlaqədar onların aralarında mübahisə baş vermişdir. O stoldan ayağa qalxıb ortaya girərək onları sakitləşdirməyə başlamış, lakin buna baxmayaraq onların sayı çox olduğu üçün və onun fiziki çəhətdən əlil olduğu üçün qarşısını ala bilməmişdir. Bu səbəbdən də kafedə olan digər müştərilər narahat olmuş və həmin hadisə başlayandan sonuna kimi olan müddət ərzində kafenin iş fəaliyyəti təxminən 30 dəqiqə müddətinə pozulmuşdur, lakin konkret olaraq dava-dalaş isə 3-5 dəqiqə olmuşdur. Amma bu hadisəyə baxmayaraq kafeyə aid hər hansı bir əşyanın sınmamış, ona maddi ziyan dəyməmişdir. Baş vermiş həmin hadisə zamanı Teymur, Azər, Oruc qarşılıqlı dava etmiş, Əlinin kafedə olan ağ rəngli plastmas stulla Teymura vurmasını görməmişdir. Məhkəmə iclasında iş üzrə hadisə yerində olan videomüşahidə kamerasından götürülmüş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntülər stol və stullar olan otaq şəraitli yerin görüntülənməsi ilə başlayır, həmin bağlı yerdə təxminən 10-12 nəfər işçi və müştərilər olan yer görüntülənir. Ekranın yuxarı hissəsində 23.02.2021 tarixi və saat 19:57:50 dəqiqə görüntülənir. Kafenin zalına daxil olduqda sağ tərəfdə bir neçə şəxslərin ayaq üstə və stol arxasında əyləşib danışıq aparmaları görüntülənir. Görüntülərin əvvəlində bir neçə şəxslərin qarışıq vəziyyətdə stulda oturmuş zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə getmələri, bir neçə nəfərin isə onları aralaşdırmaları görünür, sonra qarışıq halda 3 nəfər (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Səfiyev Əli Eyvaz oğlu) zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə hücum edib onun bədəninin müxtəlif hissələrinə və başına yumruq və təpiklə zərbələr vurmaqla döymələri görüntülənir. 19:58:34 dəqiqədə iş üzrə zərərçəkmiş şəxsə 3 nəfər (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Səfiyev Əli Eyvaz oğlu ) tərəfindən bədənin müxtəlif nahiyyələrindən zərbələr endirilir və zərərçəkmiş şəxs yerə yıxılır, sonra isə ayağa durur. Daha sonra həmin şəxslər dağınıq şəkildə zərərçəkmişin üzərinə gəlməyə cəhd etsələrdə digər şəxslər tərəfindən onların qarşısı alınır. 19:59:07 dəqiqədə həmin şəxslərin yenidən zərərçəkmiş şəxsin üzərinə gələrək yumruq və təpiklə Zərərçəkmiş şəxs vurmaları, həmçinin həmin zaman şəxslərdən birinin (Səfiyev Əli Eyvaz oğlu) zalda olan ağ rəngli plastmas stulu götürüb iki dəfə atması müşahidə olunur. 19:59:40 dəqiqədə həmin şəxslər Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmağa davam edirlər və Teymur zərbələrin təsirindən yerə yıxılır və yerdə qalır. Daha sonra Zərərçəkmiş şəxs təpik və yumruqla döyən şəxsləri orada olan şəxslər aralayıb qapıdan bayıra çıxarırlar. Kafedə olan tanımadığı şəxslər onları qapıdan bayıra çıxardıqdan sonra Zərərçəkmiş şəxs çətinliklə ayağa qalxaraq orada əyləşir. 20:00:41 saniyə də kafedə baş verən hadisə sonlanır. 27 may 2021-ci il tarixli qərarla hadisə yerindən götürülmüş videogörüntülərlə olan 01 ədəd disk maddi sübut hesab edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 88 nömrəli, 25 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər – döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişlər. 23 fevral 2021-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətin yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs(şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. 11 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilməsi üçün tutulması üçün barəsində axtarış elan edilmişdir. 11 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilməsi üçün tutulması üçün barəsində axtarış elan edilmişdir. 11 may 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırlmışdır. 17 may 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 17 may 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 17 may 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. 19 may 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs2 Rəşad oğlunun əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-293/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-294/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o və o məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 26 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokola əsasən Səfiyev Əli Eyvaz oğlu şübhəli şəxs qismində 26 may 2021-ci il tarixdə tutulmuşdur. 27 may 2021-ci il tarixdə Səfiyev Əli Eyvaz oğlu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 27 may 2021-ci il tarixli Səbail rayon prokuroru Natiq Əsədovun qərarı ilə Səfiyev Əli Eyvaz oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 27 may 2021-ci il tarixdə Səfiyev Əli Eyvaz oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Səfiyev Əli Eyvaz oğlu, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 15.03.2017-ci il tarixli hökmü ilə CM-nin 332.2.1, 332.2.3, 178.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddədinə şərti sınaq müddəti müəyyən edilməklə cəza şərti tətbiq olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Səfiyev Əli Eyvaz oğlu əvvəllər məhkum olunmamışdır. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcamallı kənd İSD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında nümayəndəliyə yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. 149 nömrəli Mənzil-Kommunal İstismar Sahəsindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi Ö/T-54 nömrəli evdə qeydiyyatsız yaşayır və yaşadığı müddət ərzində onun haqqında 149 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. 149 nömrəli Mənzil-Kommunal İstismar Sahəsindən alınmış arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Səfiyev X2 rayonundan məcburi köçkün düşüb və müvəqqəti olaraq Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi Ö/T-72 nömrəli evdə məskunlaşıb. Məskunlaşdığı müddət ərzində haqqında 149 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələrini, yəni 23 fevral 2021-ci il tarixdə “Dostlar” kafesində xuliqanlıq cinayəti törətmədiklərini, Zərərçəkmiş şəxs onları söyüb təhqir etdiyinə görə Teymura cavab qaytarılması məqsədilə Teymurla əlbəyaxa olduqlarını göstərmələri zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev Ö/T 54 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev ö/t 48 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Səfiyev Əli Eyvaz oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Səfiyev Əli Eyvaz oğluna bir qrup şəxs halında və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Səfiyev Əli Eyvaz oğlunun əməlində silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq əməli mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mətni 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilənə qədər həmin maddənin mətnində əvvəlki redaksiyada qeyd olunurdu: “Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə” Həmin maddənin mətninin əvvəlki redaksiyasının şərh olunması ilə bağlı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli plenum qərarında “tətbiq etməklə” müddəası xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edirdi. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli qanununun 1.97.4-cü bəndində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyası aşağıdakı yeni redaksiyada verilmişdir: “221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” Göründüyü kimi qanunverici artıq yeni redaksiyada Azərbaycan Respublikası CM-in 221.3cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlləri daha da konkretləşdirmişdir. Belə ki, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yəni zərərçəkmiş şəxsin xəsarət alması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda məsuliyyətə səbəb olacaqdır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda xuliqanlıq hadisəsi törədərkən Səfiyev Əli Eyvaz oğlunun bir qrup şəxs halında silah qismində kafedə olan ağ rəngli plastmas stuldan istifadə edərək Teymur Əzizovun başına iki dəfə vurmaqla sonuncuya döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq əməlini törətməsi ittihahamı irəli sürülmüşdür. Məhkəmə qeyd edirki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs stulun ona dəymədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 öz ifadəsində stulun ona dəydiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş “Dostlar” kafesinin sahibi Şahid3 kafedə baş vermiş hadisə nəticəsində ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. Məhkəmə iclasında hadisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Səfiyev Əli Eyvaz oğlu silah qismində kafedə olan ağ rəngli plastmas stuldan istifadə edərək qabaqcadan planlaşdırılmış şəkildə (düşünülmüş, onu silah qismində tətbiq etmək niyyəti ilə deyil), xəsarət yetirməyə yönəlmiş bir hərəkət kimi deyil, dava əsnasında nizamsız, konkret olaraq ünvanlanmamış, hadisələrin təsadüfü axını zəmnində xaotik bir hərəkət olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlunun silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirilməmiş, habelə özgənin əmlakı məhv olmamış və zədələnməmişdir. Zərərçəkmişin aldığı xəsarətlər stulun dəyməsi nəticəsində alınmış xəsarətlər deyil. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 88 nömrəli, 25.02.2021-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişlər. 23.02.2021-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sözügedən ekspert rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlər yumruqla vurma nəticəsində əmələ gəlmişlər. Məhkəmə qeyd edir ki, xəsarətlərin lokalizasiyası, mexanizmi, hadisənin baş vermə şəraiti ilə həmin silahın zor tətbiq edilməyə yönəlmiş vasitə olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Səfiyev Əli Eyvaz oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif olunmalı və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğluna istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Səfiyev Əli Eyvaz oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Səfiyev Əli Eyvaz oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Səfiyev Əli Eyvaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, cəzanın məqsədi Səfiyev Əli Eyvaz oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Səfiyev Əli Eyvaz oğlunun 26 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Səfiyev Əli Eyvaz oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Səfiyev Əli Eyvaz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Səfiyev Əli Eyvaz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 11 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev ö/t 48 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Səfiyev Əli Eyvaz oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin. Səfiyev Əli Eyvaz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək, yəni 01 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Səfiyev Əli Eyvaz oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Səfiyev Əli Eyvaz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Səfiyev Əli Eyvaz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk (baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Səfiyev Əli Eyvaz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-191/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-191/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver