Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-191/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 44 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, hazırda Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 4(009)- 331/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,177 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanının qarşısına qədər daşıyaraq həmin evin fasadında quraşdırılmış işıq sayğacının dəmir qutusunun üzərinə yerləşdirib orada saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Səbail rayonu 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı evin yanında narkotik vasitə saxlaması barədə verdiyi məlumat əsasında həmin gün saat 21:40-dan etibarən onun iştirakı ilə ünvan 3 ünvanının qarşısında baxış keçirilən zaman təmiz çəkisi 0,177 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin sözügedən işıq sayğacının dəmir qutusunun üzərində siqaret qutusunun içində şəffaf sellofan kəsiyindən olan bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəçisidir. Bölmədə üzərinə axtarış aparıldıqda heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Yaşadığı evin yaxınlığında, ünvan 5 ünvanının qarşısında onun iştirakı ilə aşkar edilmiş əşyalar, narkotik vasitə heroin istisna olmaqla, ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü saat 18:40 radələrində polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la birlikdə Böyük Qala 36 ünvanının qarşısından keçərkən bir nəfər şəxsin davranışı onlarda şübhə yaratdığından həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək onu 9-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqlqa şəxsi axtarış və götürmə aparılarkən ondan üzərində qadağan olunmuş əşyaların olub- olmaması soruşulduqda o, üzərində hər hansı qeyri-qanuni əşya olmadığını, lakin Yasamal rayonundan şəxsi istifadə üçün tanımadığı şəxsdən 15 manata aldığı «kokos» adlandırdığı narkotik maddəni yaşadığı ünvanın yaxınlığında elektrik sayğacının üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə onlar İçəri şəhər Böyükqala küçəsi 38 ünvanın yaxınlığına getmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişə aparılmaqla Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs divara bərkidilmiş işıq sayğacın dəmir qutusuna yaxınlaşıb üstündən bir ədəd şpris, əzilmiş siqaret qutusu və bir ədəd boş şüşə ampulanı götürüb təqdim etmişdir. Təhqiqatçı siqaret qutusunu boşaltdıqda içərisində qəhvəyi rəngli maddə ilə şəffaf selofandan olan kiçik büküm və şəffaf selofana bükülü halda ağ rəngli kristallik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, digər maddənin isə limon duzu olduğunu, duzdan və digər predmetlərdən narkotik vasitələri istehlak etmək üçün istifadə etdiyini bildirmişdir. Sonra aşkar edilmiş maddələr və predmetlər zərfə qablaşdırılmışdır. Aşkar olunmuş maddələrin kim tərəfindən həmin yerə qoyulduğunu müəyyən etmək üçün növbəti gün o, İçəri şəhər Qoruq idarəsinə gedərək Təqsirləndirilən şəxs onları gətirdiyi dalanda olan müşahidə kameralarının görüntülərinə baxmaq üçün icazə almış və görüntüləri nəzərdən keçirərkən 18 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs həmin işıq sayğacının qutusuna hansısa predmet qoyduğunu müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq elmişdir. İş materiallarında olan cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir əşya olmadığını, lakin əvvəlcədən “Sovetski” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almış olduğu və hal-hazırda yaşadığı binanın blokunda işıq sayğacının üzərində gizlətmiş olduğun narkotik vasitə “kakos”un olduğunu bildirmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanın qarşısında keçirilmiş baxış zamanı həmin ünvanda quraşdırılmış işıq sayğacının üzərindən 01 ədəd şpris, içərisində narkotik vasitəyə oxşar maddə olan 01 ədəd sellofan büküm, içərisində ağ kristallik formalı kütlə olan 01 ədəd selofan torba və biri qırıq vəziyyətdə olmaqla 2 ədəd ampula aşkar edilərək əhəmiyyət kəsb etdiyindən götürülüb qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 6/348 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,177 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 4,626 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd şüşə ampulanın içərisində heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən və bu səbəbdən müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və təqdim olunan maddə nümunələri ilə eyniliyini müəyyən etmək mümkün deyildir. 1 ədəd 3 ml-lik şprisin içərisində həcmi 0,5 ml olan şəffaf maye narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 55 (əlli beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 19 yanvar 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 0,177 qram qəhvəyi maddə, 4,626 qram ağımtıl maddə, 0,5 ml olan şəffaf maye olan şpris, içində qəhvəyi izlər olan şüşə ampula təqdim edilmiş, müvafiq olaraq 0,05 qram, 0,05 qram, 0,1 ml nümunələr götürülmüş, 0,127 qram, 4,576 qram, 0,4 ml maddə geri qaytarılmışdır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, istintaqa təqdim edilmiş 3 ədəd kompakt diskdə olan elektron məlumatlara baxış keçirilmişdir. 1-ci diskin yaddaşında «document_**********285979556» adlı MP4 formatlı Fayl mövcuddur. Həmin Fayl açıldıqda görünür ki, faylın həcmi 31525 kilobayt təşkil edir. Faylda çəkilişlər 03 dəqiqə 26 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Otaqda sol divar boyunca dayanan, əynində açıq yaşıl rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar geyinmiş, başında qara idman papağı olan üzü saqqalı kişi cinsindən şəxsə özünü təqdim edilməsi təklif olunduqda həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək demoqrafik məlumatlarını söyləyir. Təhqiqatçının Təqsirləndirilən şəxs üzərində qanunsuz, dövriyəsi qanunla qadağan edilmiş əşyaların olub-olmaması barədə sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərində heç nə olmadığını, lakin şəxsi istehlakı üçün Yasamal rayonunda «Sovetski» deyilən ərazidə tanımadığı şəxsdən 15 manata aldığı «kokos» adlandırdığı maddəni yaşadığı evin yanında cərəyanın üzərində qoyub orada saxladığını, 6-7 ildir narkotik vasitələrindən istifadə etdiyini bildirdi. Bundan sonra X4un göstərişi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir üzərindən yalnız 2 ədəd 1 manat nominala malik pul əskinazları və kiçik şəffaf selofanın içərisində uclarında pambıqla qulaq çöpü və yumru pambıq parçası aşkar edildi. Təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs evinin yanında narkotik vasitənin saxlaması barədə verdiyi şifahi məlumata əsasən həmin ünvanda baxış keçiriləcəyini və bununla da şəxsi axtarışın başa çatmasını elan edir. 3-cü dəqiqənin 26-cı saniyəsində çəkilişlər bitir. 2-ci diskin yaddaşında «document_**********285979552» adlı MP4 formatlı Fayl mövcuddur. Həmin Fayl açıldıqda görünür ki, faylın həcmi 46672 kilobayt təşkil edir. Faylda çəkilişlər 05 dəqiqə 05 saniyə müddətindədir. Görünür ki, çəkilişlər sutkanın qaranlıq vaxtı, suni işıqla işıqlandırılmış şəraitdə ensiz dəhlizdə aparılır. X4 saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs ağacı divarın üzərinə qoyub boy səviyəsindən qalxaraq sol divar üzərində quraşdırılmış boz rəngli, dördbucaq formalı dəmir qutunun üst hissəsindən bir ədəd tibbi şpris, bir ədəd şüşə ampulanı və ağ rəngli, açıq və əzilmiş şəkildə olan siqaret qutusunu götürüb təqdim edir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 həmin qutunun üstündə ampula qırığını aşkar edərək Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərin yanına qoyur. Həmin əşyaların nə olması ilə bağlı təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin predmetlərin özünə məxsus olduğunu, onlardan narkotik vasitələri istehlak etmək üçün istifadə etdiyini bildirir. Təhqiqatçı siqaret qutusunu boşaldır və içərisində kiçik şəffaf selofan kəsiyindən olan, boğazcığı yandırılaraq bağlanmış olan büküm və şəffaf selofana bükülü halda ağ rəngli maddə kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs kiçik bükümdə «kakos» adlandırdığı narkotik vasitənin, digər selofana bükülmüş maddənin isə narkotik vasitələrin istifadəsində lazım olan limon duzunun olmasını söyləyir. Təhqiqatçı aşkar edilmiş predmetləri boş kağız zərfə yerləşdirir və zərfi möhür əksləri ilə möhürləyir. Ardınca həmin zərf iştirak edən şəxslər tərəfindən imzalanır və keçirilmiş baxışla bağlı əlavə və etirazlar daxil olmadığından təhqiqatçı baxışın bitdiyini elan edir. 5ci dəqiqənin 5-ci saniyəsində çəkilişlər bitir. 3-ci diskin yaddaşında «WhatsApp Video 2023-01-19 at 14.24.06» adlı MP4 Video formatlı Fayl mövcüddur. Həmin Fayl açıldıqda görünür ki, faylın həcmi 11897 kilobayt təşkil edir. Faylda çəkilişlər 58 saniyə müddətindədir. Görünür ki, çəkilişlər videokamera ilə monitor üzərindən çəkilib. Monitorda olan çəkilişlərin sutkanın gündüz vaxtı küçədə ensiz dəhlizdə aparıldığı müşahidə edilir. Görünür ki, 1 və 2-ci disklərin fayllarında əksini tapmış Təqsirləndirilən şəxs əynində olan paltarla eyni paltar geyinmiş və üz cizgilərinə görə sonuncuya oxşar şəxs dəhlizə keçib sol divar üzərində quraşdırılmış, 2-ci diskdə olan çəkilişdə əksini tapmış dəmir qutunun üzərindən hansısa predmet götürüb dəhlizin qurtaracağına qədər hərəkət edir, sonra isə dəmir qutunun yanına qoyub əlindəki predmeti dəmir qutu üzərinə yerləşdirib gəldiyi istiqamətə qayıdır. Monitordakı vaxtla çəkilişlərin xx.xx.2023-cü il tarixdə saat 13:48-də aparılması müəyyən edilir. 58-ci saniyədə çəkilişlər bitir. 3-cü diskdə olan çəkilişlərlə əlaqədar olaraq Təqsirləndirilən şəxs həmin görüntülərdə əksini tapmış şəxsin özünün olduğunu, narkotik vasitəni və onu istehlak etmək üçün ləvazimatların onun tərəfindən işıq sayğacının üzərinə yerləşdirməsi görüntülərdə əksini tapır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “sübut növü kimi tanınma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini, baxış və götürmə keçirilməsini əks etdirən görüntüləri olan 2 ədəd, eləcə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən təqdim olunan görüntülər olan 1 ədəd kompakt disklər iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 31 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlama barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,177 qram heroin şüşə ampula ilə yanaşı maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,127 qram heroin, şprisdə 0,40 ml maye və bir ədəd bükümdə 4,576 qram ağımtıl maddə saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 22 fevral 2023-cü il tarixli, 1017 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 4(009)- 331/2023 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbirin seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda Səbail rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 4(009)-331/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 0,127 qram heroin və şüşə ampula, maddi sübut olmayan şprisdə 0,40 ml maye və 4,576 qram ağımtıl maddə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 4(009)-331/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə olan 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 0,127 qram heroin və şüşə ampula, maddi sübut olmayan şprisdə 0,40 ml maye və 4,576 qram ağımtıl maddə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-191/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-191/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver