Məhkəmə qərarları › İş №1(009)-191/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-191/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-191/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əkbərov Zamir Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmuş, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0, 571 qram olan ağ rəngli kristallik maddədən ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Səbail RPİ-nin 41ci PB-nin Əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına dəvət olunmuş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0, 571 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, təxminən 3 il olar ki, narkotik vasitələrin patı növündən istifadə edir. 13 yanvar 2025-ci il tarixdə günorta saatlarında Yasamal rayonuna gedərək İnşaatçılar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat verib özü istifadə etmək üçün "patı" kimi tanıdığı narkotik vasitə almışdır. Aldığı narkotik vasitəni axşam saatlarında istifadə etmək üçün üzərində saxlamışdır. 13 yanvar 2025-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi Neftçilər küçəsi 4A ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Onunla apardıqları şifahi sorğu nəticəsində narkotik vasitə qəbul etdiyini, həmçinin üzərimdə narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra onu Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində üzərinə baxış keçirmişlər, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli bükülüdə olan narkotik vasitə patını çıxarıb təqdim etmişdir. Təxminən 3 ay olar ki, narkotik vasitələrin patı növündən qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, səmimi peşman olmasını və qeyrirəsmi nikahdan olan yoldaşının hamilə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail rayonu ərasizində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün 41-ci PB-nin Kiber cinayətlər üzrə baş əməliyyat müvəkkili polis kapitanı Rza Qafarlı tərəfindən Səbail rayonu ərasində əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmışdır. Keçirilən əməliyyat axtarış tərbirləri zamanı xx.xx.2025-ci il tarixdə 21:30 radələrində ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli olduğundan saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması etimal edilən narkotik vasitələrin və sübuti əhəmiyyətə malik əşyaların, sənədlərin və cinayətin İzlərinin aşkar olunanraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün baş əməliyyat müvəkkili Rza Qafarlı ilə birgə raportla rəhbərliyə məruzə etmişdirlər. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ilə bağlı müvafiq tədbirlərin görülməsi təhqiqatçıya həvalə olunmuşdur. Digər Əməliyyat axtarış tədbirinqdə iştirak etməli olduqlarıqlarına görə o və baş əməliyyat müvəkkili Rza Qafarlı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak etməmişdirlər. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiş çəkisi 0,571 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onun narkotik vasitələrin və psixotop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs aşkar olub götürülmüş psixotop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün tədbirləri davam etdirilir. Hal hazıradək müsbət nəticə əldə edilməmişdir, müsbət nəticə əldə olunduğu təqdirdə istintaq orqanına dərhal məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 103-105-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Səbail RPİnin 41 PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail rayonu ərasizində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün 41-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və KC üzrə baş əməliyyat müvəkkili polis kapitanı Rza Qafarli tərəfindən Səbail rayonu ərasində əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanmışdır. Keçirilən əməliyyat axtarış tərbirləri zamanı xx.xx.2025-ci il tarixdə 21:30 radələrində ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyə ilə məşqul olmasında şübhəli olduğundan saxlanılaraq Səbail RPİ-nin 41- ci PB-nə dəvət etmişlər. Baş əməliyyat müvəkkilləri Şahid1 və Rza Qafarlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması etimal edilən narkotik vasitələrin və sübuti əhəmiyyətə malik əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün birge raportla rəhbərliyə məruzə edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ilə bağlı müvafiq tədbirlərin görülməsi təhqiqatçıya həvalə olunmuşdur. Digər əməliyyat axtarış tədbirinqdə iştirak etməli olduqlarına görə Şahid1 və Rza Qafarlı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən iştirak etməmişdirlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən həmin gün o və əməliyyat müvəkkili Şahid2 PB-də növbətçi olduqlarından Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak etmək üçün təhqiqatçı tərəfindən dəvət edilmişdirlər. PB-də xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, videoçəkiliş aparılmaqla müdafiəçisinin, onun, 41-ci PB-nin Əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut Əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tünd rəngli gödəkçəsinin sağ yan cibindən iş üçün əhəmiyyətli olmayan portmanatı götürüb içərisində olan 2 ədəd alışqanı və balaca lanpanı çıxarıb portmanatla birlikdə masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirmiş, tünd rəngli gödəkçəsinin sağ yan çibindən iş üçün əhəmiyyətli olmayan «vazelin» qabının çıxarıb masanın üzərinə qoymuş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyətli olan başqa əşya və predmetlərin aşkar olunmamışdır, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal hissəciklər şəkilində psixotop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur, sorğu zamanı Təqsirləndirilən şəxs bükümün İçərisində «şüşə» kimi tanıdığı pisixotrop maddə olduğunu, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Yasamal rayonu «İnşaatçılar» metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istehlakı məqsədilə əldə edərək üstündə saxlamaqla daşıdığını, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Neftçilər küçəsi 4A qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən ona heç bir təzyiq və zor göstərilmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Aparılan prosessual hərəkətlərlə bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs aşkar olub götürülmüş psixotop maddəni hansı mənbədənr əldə etməsi barədə mənim məlumatım yoxdur. Təqsirləndirilən şəxs aşkar olub götürülmüş psixotop maddəni əldə etdiyi mənbəninin müəyyən edilməsi üçün 41-ci PB-nin aidiyyəti Əməkdaşları tərəfindən tədbirlər keçirilir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmiş və bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 14 yanvar 2025-ci il tarixli 6/169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,571 qram, olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildir. (i.v. 47-48) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş videogörüntüdən və “Diskə baxış keçirilməsi barədə” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Səbail Rayon Polis İdarəsinin 41-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X7, Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkilləri- polis leytenantı Şahid3, polis leytenantı Şahid2 və müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 21:30-da ünvan 6 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin videoçəkilişlə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və İştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra təhqiqatçı Nadir İsayev, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi və polis əməkdaşları tərəfindən Polis bölməsinə gətirilməsini, ona qarşı hər hansı bir zor və fiziki təzyiq göstərilməməsini bildirməsi, təhqiqatçı Nadir İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi, eyni zamanda tünd rəngli gödəkçəsinin sağ yan cibindən iş üçün əhəmiyyətli olmayan portmanatı götürüb içərisində olan 2 ədəd alışqanı və balaca lanpani çıxarıb portmanatla birlikdə masanın üzərinə qoyması, daha sonra təhqiqatçı Nadir İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməsi, tünd rəngli gödəkçəsinin sağ yan çibindən iş üçün əhəmiyyətli olmayan «vazelin>>> qabının çıxarıb masanın üzərinə qoyması, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyətli olan başqa əşya və predmetlərin aşkar olunmaması, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal hissəciklər şəkilində psixotop maddə metamfetaminə bənzər maddə aşkar olunması, sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində «şüşə» kimi tanıdığı maddə olduğunu, xx.xx.2025ci il tarixdə günorta saatlarında Yasamal rayonu İnşaatçılar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi İstehlakı məqsədilə əldə edərək üstündə saxlamaqla daşıdığını, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Neftçilər küçəsi 4A qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən ona heç bir təzyiq və zor göstərilmədiyini bildirməsi, daha sonra təhqiqatçı Nadir İsayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, polis əməkdaşları və təhqiqatçı Nadir İsayev tərəfindən imzaması, təhqiqatçı Nadir İsayev aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını və şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (i.v. 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 nəticələrinə dair 03 mart 2025-ci il tarixli 1224 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat yoxlaması aparılan zaman götürülmüş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0, 571 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,521 qram çəkidə metamfetamin saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 110-120) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.571 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, Emin Cəfərlinin vəsatəti rədd edilmişdir, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmiş. (i.v. 71-73) “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 74- 76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 21 fevral 2025-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxs Ağayev X3 Rayon Məhkəməsinin 19 fevral 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ş.m.v 3500 misli cərimə cəzasına məhkum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə islah işləri (20 %) cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə AR MM-in xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 88) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 41ci Polis Bölməsi tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış 03 mart 2025-ci il tarixli, 47-4/2- 1415 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq ifadəsi alınması üçün təqdim olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 1(009)-191/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-128589/2025 nömrəli, 27 noyabr2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli 1(009)-191/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikasının CM-nin: Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən 01 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan hökm üzrə məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi hesab olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və sonuncunun qeyri-rəsmi nikahda olduğu şəxsin hamilə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025ci il tarixədək və 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 25 noyabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 nəticələrinə dair 03 mart 2025-ci il tarixli 1224 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0, 521 qram təşkil edən həmin psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 50 (əlli) saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək və 03 mart 2025ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 25 noyabr 2025-ci il tarixdən 25 dekabr 2025.ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi ev 9 ünvanda olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0, 521 qram təşkil edən həmin psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar