Məhkəmə qərarları › İş №1(009)-192/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-192/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-192/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1988-ci il tarixdə Astara rayonu, Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, taksi fəaliyyəti ilə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sərək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 220 minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 2 ünvanında yolun sağdan beşinci hərəkət zolağı ilə üzü Azneft dairəsi istiqamətində 60 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmiş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş, ehtiyatsızlıqdan hərəkəti istiqamətində yolu sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sol qabaq hissəsi ilə vuraraq, ona sol Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuq xətti üzrə yerdəyişmiş sınıqları, böyük və kiçik piyliyə qansızmalar, qarının sol yan divarının əzilmiş yarası, sol böyrəkətrafı yumşaq toxumalara qansızmalar, başın, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları kimi, habelə ölümünə səbəb olan döş qəfəsinin və qarının qapalı küt travması-sol ağciyərin və dalağın cırılmaları nəticəsində inkişaf etmiş kəskin daxili qanitirməyə səbəb olmuş dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, nəticədə sonuncu hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mülkiyyətində olan “Mercedes Benz 220 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. 06 aprel 2021-ci il tarixdə 14:30 radələrində o, Astaradan avtomobilinə sərnişinləri mindirərək Bakı şəhəri istiqamətində yola düşmüşdür. Təxminən saat 18:30 radələrində o, Bakı şəhərinə çatmış və sərnişinləri 20 Yanvar metrosunun yaxınlığında düşürtmüşdür. Bundan başqa, Astaradan çıxarkən onun avtomobilinə ərzaq məhsulları olan çanta da qoyulmuşdur ki, o, həmin çantanı Bayıl qəsəbəsində yaşayan Şahid2 çatdırmalı idi. O, həmin gün qayıdacağı üçün Gülşənə zəng vurmuş və Gülşən ona bildirmişdir ki, Bayıl qəsəbəsindədir. Gülşən ona demişdir ki, çantanı verməyə gəldikdə özünü aparıb evlərinə düşürdər. Sonra o, əvvəlcə dayısı oğlu Elvini Yasamal rayonu ərazisindən götürmüşdür. Ona görə ki, gecə Elvin də onunla birlikdə Astara rayonuna qayıtmalı idi. Bundan sonra o, Elvinlə birlikdə idarə etdiyi avtomobillə Bayıl qəsəbəsinə getmiş və Səbail Rayon Dövlət X17 yanında Gülşən onun maşınına minmiişdir. Gülşən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin yaxınlığında qaldığı üçün o, və Səbail Rayon X6rşısı ilə gedərək geriyə qayıdıb Salyan şosessinə daxil olmuşdur. Salyan şossesi ilə üzü Azneft dairəsi istiqamətində yolun hərəkət hissəsinin sağdan beşinci zolağı ilə təxminən saatda 60 km surətlə hərəkətdə olarkən X16rşısından bir qədər keçmiş qəflətən qarşısına piyada çıxmışdır. O, avtomobilin sol qabaq hissəsi ilə piyadanı vurmuş və piyada zərbənin təsirindən yolun sol kənarına yıxılmışdır. O, cəld avtomobili saxlamış və aşağı düşmüşdür. Piyada aldığı xəsarətlərdən yerində ölmüşdür, ona tibbi yardım göstərmək imkanı olmamışdır. Hadisə zamanı avtomobildə qabaq sərnişin oturacağında dayısı oğlu Elvin, onun arxa hissəsində sərnişin yerində isə Gülşən əyləşmişdir. Hadisə baş verən zaman avtomobilin hərəkət surəti təxminən 60 km/saat olarmış. O, hadisə zamanı piyadanın hansı istiqamətdən gəldiyini görməmişdir. Piyadanın yalnız avtomobili idarə etdiyi zolaqda qarşısına çıxdığı anda görmüşdür. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, X7 onun doğma bacısıdır. Əfsanə onunla eyni ünvanda yaşayırdı. Əfsanə ailə həyat qurmamışdır. 06 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində oğlu ona zəng vuraraq bacısı Əfsanənin yolu keçərkən avtomobil vurduğunu demiş, lakin ona həmin vaxt dünyasını dəyişdiyini deməmişdir. O, oğlunun danışığından bacısına nəsə olduğundan şübhələnmişdir. Həmin gün o, Türkiyədə idi. 08 aprel 2021-ci il tarixdə o, Bakı şəhərinə qayıtmış və ona məlum olmuşdur ki, 06 aprel 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanıvəfat etmişdir. Oğlu həmin gün ona bu barədə telefonda məlumat vermək istəməmişdir ki, o, gəldikdən sonra bilsin. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını, onunla barışdığını, dəymiş ziyanın ödənildiyini göstərmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, 06 aprel 2021-ci il tarixdə ona Astara rayonundan qida məhsulları olan çanta göndərilməli idilər. O, həmin çantanı gətirməsi üçün Astara rayonunda olan taksi sürücüsü kimi tanıdığı Cəlilə zəng vurmuş və həmin çantanı Bakı şəhərinə gətirməyi xahiş etmişdir. Bundan sonra həmin gün axşam saatlarında Cəlil ona zəng vuraraq bildirmişdir ki, artıq Bakı şəhərindədir. O, həmin vaxt Bayıl qəsəbəsində rəfiqəsigildə olmuşdur. Buna görə də Cəlilə bildirmişdir ki, Bayıla gəlsin və onu götürərək həm evə düşürtsün, həm də çantanı Cəlildən götürsün. Bundan sonra saat təxminən 21 radələrində Cəlil gələrək onu Bayıl qəsəbəsində Səbail Rayon Dövlət X17 yanından götürmüşdür. O, avtomobildə arxa oturacaqda sürücünün arxa hissəsində əyləşmişdir. Qabaq sərnişin oturacağında da bir nəfər sərnişin əyləşmişdir. Onlar Cəlilin idarə etdiyi “Mercedes” markalı avtomobillə Səbail Rayon X6rşısı ilə gedərək geriyə qayıdıb Salyan şosessinə daxil olmuşlar. Salyan şossesi ilə üzü Azneft dairəsi istiqamətində yolun hərəkət hissəsinin sağdan beşinci zolağı ilə hərəkətdə olarkən X16rşısından bir qədər keçmiş qəflətən səs eşitmişdir. O, əvvəlcə elə başa düşmüşdür ki, Cəlil avtomobili səkiyə vurmuşdur. Cəlil avtomobili saxlamış və onlar düşmüşlər. O, baxdıqda yerdə hərəkətsiz vəziyyətdə qadını görmüş və başa düşmüşdür ki, Cəlil piyadanı vurmuşdur. Sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlmişlər. O, özü də piyadanın nəbzini əli ilə yoxladıqda görmüşdür ki, artıq piyadanın nəbzi vurmur. O, piyadanın hadisədən əvvəl hansı istiqamətdən gəldiyini görməmiş, qəflətən səs eşitmiş və Cəlil avtomobili saxlamışdır. Avtomobildən düşdükdə görmüşdür ki, yerdə piyada hərəkətsiz halda uzanmışdır. Hadisə yolun hərəkət hissəsinin sağdan beşinci zolağında baş vermişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə-tibbi ekspertizasının 22 prel 2021-ci il tarixli, 20 saylı rəyinə əsasən: 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol ağciyərin kontuziyası və bu fonda aşağı payının cırılmış yaraları, sol Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuq xətti üzrə yerdəyişmiş sınıqları, böyük və kiçik piyliyə qansızmalar, dalağın tam olaraq ikiyə bölünməsi və toxumasının cırılması ilə müşayiət olunan, kəskin daxili qanitirməyə (sol döş boşluğunda 300-400 ml, qarın boşluğunda 1,8 litrədək qan) səbəb olmuş döş qəfəsinin və qarının qapalı küt travması, qarının sol yan divarının əzilmiş yarası, sol böyrəkətrafı yumşaq toxumalara qansızmalar, başın, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 06 aprel 2021-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması-sol ağciyərin və dalağın cırılması nəticəsində inkişaf etmiş kəskin daxili qanitirmə olmuşdur. 3.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə Eskspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli 8/1059 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “Mercedes Benz 220” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manatdır. Bakı Nəqliyyat Agentliyinin “X3 Mərkəzi” MMC-dən daxil olmuş “DVD” disklərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, bir ədəd üzərində Bakı Nəqliyyat Agentliyi “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Səbail rayonu, Salyan yolu 2 ünvanı “Su İdmanı” sarayı sözləri yazılmış zərfi açdıqda içərisində 2 ədəd “DVD” fomatlı disk aşkar olundu. Qeyd edilən disklərdən birini xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açdıqda diskin içində 1 ədəd “CCTV_68_1_Ak_Ehed_Yaqubov_kuc_(Su_sarayinin_qarshisi)-2021-04 06_20h30min00s000ms” adlı videofayl aşkar olundu. Video-diskdə olan video-fayılla müəyyən olunmuşdur ki, müşahidə kamerası Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda dairəvi hərəkətdədir. Videogörüntünün 00:39:00-cu saniyəsində görünür ki, üzü Azneft dairəsi istiqamətinə gedən yolda yol-nəqliyyat hadisəsi baş vermiş, bu səbəbdən yol patrul xidməti avtomobilləri və şəxsi avtomobillər dayanmış, çoxlu sayda insanlar toplaşmışdır. Zərfdə olan ikinci disk açıldıqda içərisində iki ədəd CCTV_68_2_Ak_Ehed_Yaqubov_kuc_(Su_sarayinin_qarshisi) - 2021-04...adlı və CCTV_68_3_Ak_Ehed_Yaqubov_kuc_(Su_sarayinin_qarshisi)-2021-04... adlı videofayllar aşkar olundu. Birinci videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, müşahidə kamerası üzü Azneft dairəsi istiqamətində olmaqla Azneft dairəsindən gələn yolda olan avtomobilləri ön tərəfdən və həmin istiqamətə gedən avtomobilləri arxa tərəfdən görüntüyə alır. Videogörüntünün 00:29:00 saniyəsindən başlayaraq üzü Azneft dairəsi istiqamətində gedən avtomobillərin dayanması və avtomobildən sürücülərin düşərək geriyə qaçması müşahidə olunur. İkinci videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, müşahidə kamerası üzü Bibiheybət məscidi istiqamətinə gedən yolu görüntüyə almaqla Azneft dairəsindən gələn istiqamətdə olan avtomobilləri arxa tərəfdən və Azneft dairəsi istiqamətinə gedən avtomobilləri ön tərəfdən görüntüyə alır. Videogörüntünün 00:27:14 saniyəsində dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilin Bibiheybət məscidi istiqamətindən üzü Azneft dairəsi istiqamətində gələrək “Su İdman” sarayının yaxınlığında yolun kənarında dayanması, həmin avtomobildən bir nəfər piyadanın düşməsi müşahidə olunur. Videogörüntünün 00:27:40 saniyəsində həmin piyadanın yolun əks tərəfinə keçmək üçün addımlamağa başlaması, piyadanın videogörüntünün 00:27:53 saniyəsində yolun sağdan beşinci hərəkət zolağına çatması, bu zaman Bibiheybət məscidi istiqamətindən gələn dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilin, qabaq hissəsi ilə həmin piyadanı vurması və piyadanın zərbənin təsirindən geriyə doğru aşması müşahidə olundu. 30 sentyabr 2019-cu il tarixdə verilmiş AC 570851 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və 30 sentyabr 2029-cu ilədək etibarlıdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz 220 minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il, yaşıl rəngli nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 08 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 06 aprel 2021-ci il tarixli 2/9203 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. 06 aprel 2021-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə cinayət işi başlanmışdır. 16 aprel 2021-ci il tarixdə X8 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmış və dəymiş ziyan tam ödənilmişdir. Gələcəkdə şikayət, tələbi və mülki iddiası olmayaqdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır - 01.05.2017-ci il tarixdə anadan olmuş X9 və 02.02.2019-cü il tarixdə anadan olmuş X10. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı ödənilməsini, mülki iddiasının olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X5, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar