Məhkəmə qərarları › İş №1(009)-193/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-193/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-193/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə N6 iyul 2N23-cü il tarixdə 12.NN-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2N23cü il tarixli 3613 saylı sərəncamına əsasən 2N23-cü ilin yanvar ayının 1-dən 3N-dək müddətli həqiqi hərbi xidmətə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə dəvət olunmuş, həkim komissiyasında tibbi şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmiş, 16 yanvar 2N23-cü il tarixdə hərbi xidmətə çağırışla bağlı çağırış vərəqəsinə şəxsən imza etməklə ona çağırış vərəqəsi təqdim edilmiş, 26 yanvar 2N23-cü il tarixdə hərbi hissəyə getmək üçün Səbail rayon idarəsinə gəlmiş, lakin hərbi xidmətə getməkdən imtina etmiş və idarəni tərk edərək qaçmış, 3N yanvar 2N23-cü il tarixdə yenidən idarəyə dəvət olunaraq təyin edildiyi N saylı hərbi hissəyə getmək üçün idarənin əməkdaşları ilə birgə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Hava Limanına gəlmiş, lakin hava limanında xidmətə getməkdən imtina edərək həmin ərazidən qaçmış, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün o, 2N22-ci ilin aprel ayında şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN” xidmətə müraciət etmiş və oradan ona hərbi qeydiyyat olmadan şəxsiyyət vəsiqəsi verilə bilməyəcəyi bildirilmişdir. Bu səbəbdən də, o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə müraciət etmişdir ki, onu hərbi qeydiyyata alsınlar. Bundan sonra o, həkim komissiyasından keçmiş və onun müalicəyə ehtiyacı olduğu bildirilmişdir. Ona oradan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilmişdir. Bundan sonra o, 2N22-ci ilin dekabr ayında yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə çağırılmışdır. Müvafiq qaydada o, 2 saylı poliklinikada tibbi komissiyadan keçirilmiş və ona həmin vaxt 2N23-cü ilin yanvar ayında hərbi xidmətə aparılacağı bildirilməmişdir. Daha sonra onu 26 yanvar 2N23-cü il tarixində yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə çağırmışdırlar. O, idarəyə getdiyi da onu hərbi xidmətə aparmaq üçün çağırdıqlarını bilməmişdir. Həmin vaxt orada avtobus olmuşdur. Hərbi xidmətə yola salmaq üçün avtobusu ora gətirmişdirlər. Ona təqdim olunan bir sənədə imza etmiş, həmin sənədin Naxçıvana uçmaq üçün təyyarəyə minməyinə görə olduğunu ona bildirmişlər və daha sonra idarənin rəisi onu qəbul etmişdir. Həmin vaxt idarənin rəisi onun N saylı hərbi hissədə hərbi xidmətə yola salınmaq üçün çağırıldığını bildirmişdir. Buna etiraz etmiş və ailə vəziyyəti ilə bağlı hərbi xidmətə gedə bilməyəcəyini bildirmişdir. Belə ki, onun iki övladı var və oğlu serebral iflic xəstəsidir, müalicəyə ehtiyacı var. Bu səbəbdən oğlunun müalicəsi üçün işləyir və müalicə xərclərini ödəyir. O, oğlunun müalicəsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin rəisindən ona möhlət verilməsini, növbəti çağırışlarda hərbi xidmətə gedəcəyini bildirsə də, ona birmənalı olaraq hərbi xidmətə artıq təyin olunduğu və hərbi xidmətə getməli olduğu bildirilmişdir. Lakin buna etiraz etmiş və idarəni tərk edərək getmişdir. Daha sonra o, 3N yanvar 2N23-cü il tarixdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə getdiyi zaman, ona idarənin əməkdaşları tərəfindən yenidən həkim komissiyasından keçiriləcəyi və bundan sonra hərbi xidmətə getməyəcəyi bildirilmişdir. O da onlarla razılaşmış və idarənin bir mülki işçisi və iki nəfər hərbi formalı əməkdaşı ilə birlikdə idarənin işçilərindən birinin şəxsi avtomobili ilə yola çıxmışlar. O, hara aparıldığını bilməmişdir. Yolun sonunda onun hərbi xidmətə göndərmək üçün Heydər Əliyev adına Hava Limanına gətirildiyi bəlli olmuşdur. İdarənin əməkdaşlarına hərbi xidmətə getməyəcəyi, hətta onu buna görə cinayət məsuliyyətinə cəlb etsələr də, getməyəcəyini bildirmişdir. Onlara da, ailə vəziyyəti ilə bağlı gedə bilməyəcəyini izah etmişdir. İdarənin əməkdaşları ona hava limanının tibbi komissiyasından keçirəcəklərini bildirmişlər. Buna görə də onlar birlikdə hava limanına daxil olmuşlar. İdarənin işçiləri hava limanının daxilində ona bütün sənədlərin hazır olduğunu və Naxçıvana aparılacağını bildirmişlər. O, birmənalı hərbi xidmətə getməyəcəyini bildirmiş və idarənin işçiləri ilə sözlü mübahisəsi olmuşdur. Onlardan Elturan adlı əməkdaş onu vuracağını bildirmiş, o da sonuncuya “formavı çıxart, gəl görüm vura bilirsən” demişdir. Aralarında mübahisə qısamüddətli olmuşdur və o, heç kimə fiziki zorakılıq etməmişdir. Daha sonra o, həmin idarənin işçiləri ilə birlikdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə qayıtmışdır. Orada artıq onun cinayət məsuliyyətinə cəlb olunmağı üçün prokurorluğa müraciət ediləcəyi bildirilmişdir. O da etiraz etməmiş və ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməyəcəyini bildirmişdir. Hərbi xidmətə çağırışdan boyun qaçırmağına səbəb ailə vəziyyəti olmuşdur. Belə ki, onun iki övladı var və oğlu serebral iflic xəstəsidir, müalicəyə ehtiyacı var. Bu səbəbdən oğlunun müalicəsi üçün işləyir və müalicə xərclərini ödəyir. Oğlunun müalicəsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin rəisindən ona möhlət verilməsini istəmişdir. Lakin ona hərbi xidmətə çağırışdan möhlət verilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin həmin vaxt bilməsə də, hazırda arvadı hamilədir və onların üçüncü övladı olacaq. Bu səbəbdən o, ailə başçısı olaraq ailəsini tək qoyub gedə bilmir. xx.xx.2N23-cü il tarixdə Heydər Əliyev adına hava limanında olduğu zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin əməkdaşları ilə aralarında yalnız sözlü mübahisə olmuş və o, hərbi xidmətə getməyəcəyini bildirmişdir. Lakin nə o, nə də idarənin əməkdaşları bir-birlərinə qarşı fiziki zorakılıq etməmişdirlər. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində iki uşağının olduğunu, bir uşağının serebral iflic xəstəsi olduğunu, həmçinin arvadının hamilə olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü çağırışçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə müddətli həqiqi hərbi xidmət keçməsi üçün təyin olunmuşdur. Bu məqsədlə Təqsirləndirilən şəxs xx.xx.2N23-cü il tarixdə, saat N9:3N radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin inzibati binasının qarşısından N saylı Hərbi Hissəyə müddətli həqiqi hərbi xidmət keçmək üçün yola salınarkən avtobusa minmək vaxtı gəldiyi zaman hərbi xidmət keçməkdən qəsdən boyun qaçırmışdır və avtobusa minməkdən imtina edərək qaçmışdır. 3N yanvar 2N23-cü il tarixdə yenidən həmin hərbi hissəyə hərbi xidmətə yola salmaq məqsədilə çağırılmış çağırışçı Təqsirləndirilən şəxs, o və idarənin digər əməkdaşları ilə birlikdə Heydər Əliyev adına Hava Limanına getmişlər. Hava limanında olarkən Təqsirləndirilən şəxs yüksək tonla hərbi xidmətə getməyəcəyi kimi sözlər işlədərək onu və zabit yoldaşlarını təhqir etmiş, təyyarəyə minməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməkdən qəsdən və birmənalı imtina etdiyini və qanun qarşısında cavab verməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs çağırışına möhlət verilməsi üçün heç bir səbəb olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs hərbi qeydiyyata alınması üçün 2N22-ci ilin aprel ayında müraciət etmişdir və həmin vaxt hərbi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs hərbi xidmət keçmək üçün tibbi komissiyadan keçirilmiş və hərbi xidmət keçirilməyə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışla bağlı məlumatlandırılmış və çağırış vərəqəsinə şəxsən imza etməklə çağırış vərəqəsi ona təqdim edilmişdir. Bundan başqa o, hərbi xidmətə yola salınması üçün iki dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ailə vəziyyəti ilə bağlı hərbi xidmət keçməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs övladının xəstə olduğunu və bu səbəbdən hərbi xidmətə gedəcəyi halda övladına baxa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona və digər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına faktiki fiziki zorakılıq tətbiq etməmişdir. Təqsirləndirilən şəxs onları nalayiq ifadələrlə təhqir etmiş və “məni heç kim hərbi xidmətə apara bilməz” deyərək nalayiq hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabiti Şahid2 ifadəsində göstərmişdir ki, 26 yanvar 2N23-cü il tarixdə saat N9:3N radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin inzibati binasının qarşısından N saylı hərbi hissəyə müddətli həqiqi hərbi xidmət keçmək üçün yola salınan çağırışçılardan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs avtobusa minməkdən boyun qaçıraraq naməlum istiqamətdə qaçmış və arxasınca getməyinə baxmayaraq onu yaxalaya bilməmiş və itirmişdir. 3N yanvar 2N23-cü il tarixdə yenidən həmin hərbi hissəyə hərbi xidmətə yola salmaq məqsədilə çağırılmış Təqsirləndirilən şəxs və əlavə olaraq HHXÇŞ-nin rəisi Şahid1, HHXÇŞ-nin zabiti gizir Samir Feyzullayev, HHXÇŞ-nin müfəttişi Şahid3 və o, birlikdə H.Əliyev adına Hava Limanına getmişlər. Yolda Təqsirləndirilən şəxs Şahid1 qarşı təhqiramiz ifadələr işlətmişdir. Hava Limanında şəxsən Təqsirləndirilən şəxs uçuş biletini almış və qeydiyyat üçün aidiyyəti hava limanının əməkdaşlarına yaxınlaşmağını bildirmişdir. Lakin çağırışçı Təqsirləndirilən şəxs bundan imtina etmiş və ictimai yerdə insanların gözü önündə hərbi qulluqçunun şərəf və ləyaqətini alçaldaraq təhqiramiz ifadələr işlədərək ona tərəf gəlmiş və fiziki olaraq güc tətbiq etmək məqsədilə əlini qaldırmışdır, bu zaman ərazidə xidmət göstərən polis əməkdaşı çevik davranaraq Təqsirləndirilən şəxs yaxalamış və bu zaman çağırışıçı yenidən avtomobildə Şahid1 işlətdiyi söyüşləri ona qarşı işlədərək əlavə olaraq “kişisən formavı çıxart gəl mən sənə başa salacam” demişdir. Bundan sonra o, Şahid1 və Samir Feyzullayevin iştirakı ilə hava limanında Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə getməkdən şüurlu şəkildə boyun qaçırması barədə akt tərtib etmişdir. Təqsirləndirilən şəxs çağırışına möhlət verilməsi üçün heç bir səbəb olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs hərbi qeydiyyata alınması üçün 2N22-ci ilin aprel ayında müraciət etmişdir və həmin vaxt hərbi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs hərbi xidmət keçmək üçün tibbi komissiyadan keçirilmiş və hərbi xidmət keçirilməyə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışla bağlı məlumatlandırılmış və çağırış vərəqəsinə şəxsən imza etməklə çağırış vərəqəsi ona təqdim edilmişdir. Bundan başqa o, hərbi xidmətə yola salınması üçün iki dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ailə vəziyyəti ilə bağlı hərbi xidmət keçməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs övladının xəstə olduğunu və bu səbəbdən hərbi xidmətə gedəcəyi halda övladına baxa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona və digər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına faktiki fiziki zorakılıq tətbiq etməmişdir. 27 fevral 2N23-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2N23-cü il tarixli Həkim Komissiyasının qərarından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. xx.xx.2N23-cü il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlik əlamətləri aşkar edilmir, nevrotik reaksiyalara meyillidir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N23-cü il tarixdə çağırış vərəqəsinə imza edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə gəlməyi öhdəsinə götürmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsindən daxil olmuş xx.xx.2N23-cü il tarixli, 3-43-8N/2-84/2N23 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N23-cü il tarixli, 3613 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müvafiq sərəncamına əsasən Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsinə təyin edilmişdir. N3 mart 2N23-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. N3 mart 2N23-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İlkin hərbi qeydiyyata alınmaq haqqında İQ № 396296 vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N22-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yaralılığı “müalicəyə ehtiyacı var” hesab edilmişdir. Nikah haqqında akt qeydinə əsasən Təqsirləndirilən şəxs və X8 xx.xx.2N22-ci iltarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var - xx.xx.2N15-ci il təvəllüdlü X6 və xx.xx.2N18-ci il təvəllüdlü X7. K.Y.Fərəcova adına X2 X9 tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2N15-ci il təvəllüdlü X6 anadangəlmə serebral iflic xəstəsidir. Yasamal Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2N15-ci il təvəllüdlü X6 anadangəlmə serebral iflic xəstəsidir. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X4 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2N15-ci il təvəllüdlü X1 iflic xəstəsidir. Ş.Ələsgərova adına 5 saylı X14 tərəfindən verilmiş xx.xx.2N23-cü il tarixli obsestrik müayinə kağızından görünür ki, X8 5-6 həftəlik hamilədir. İş materiallarında olan 16 mart 2N23-cü il tarixli Səbail rayonu 45 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan 16 mart 2N23-cü il tarixli Səbail rayonu 45 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birgə yaşayır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2N23-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2N18-ci il tarixdə ********* nömrəli işin icraatına Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2N11-ci il tarixli Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2N23-cü il yanvarın 1-dən 3N-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» 26 noyabr 2N22-ci il tarixli Sərəncamına əsasən 2NN5-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2NN4-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2N23-cü il yanvarın 1-dən 3N-dək müddətli həqiqi hərbi xidmətə çağırılmaları qərara alınmışdır. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2NN1-ci il 1 noyabr tarixli 1 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2N fevral 2N23- cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzrlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2NN3-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 1N fevral 2N17-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində iki azyaşlı uşağının olmasını, bir uşağının serebral iflic xəstəsi olmasını, arvadının hamilə olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini və məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, bir uşağının serebral iflic xəstəsi olmasını, arvadının hamilə olmasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 7N-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7N.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 7N.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 7N.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2NN3-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkumetmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 7N-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 7N.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN1-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona N1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş N1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-ci maddəsinə əsasən N1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42N (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 2N (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar