Məhkəmə qərarları › İş №1(009)-193/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-193/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-193/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 iyul 2024-cü il tarixdə saat 10.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini əldə edib saxlamaqla gəzdirərək daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə və mənbədən 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronlarını əldə edib üzərində saxlamaqla gəzdirərək ünvan 2 ünvana daşımış, 03 fevral 2024-cü il tarixdə saat 11:48-dəqiqədə Səbail RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3rləşən Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 13:10-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa bel hissəsindən 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapança, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər silah işlətməmişdir. Həmin tapança və patronları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində zibil qutusundan tapmış və özünü müdafiə məqsədi ilə götürərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs sonradan məhkəmə iclasında ifadəsini dəyişərək göstərmişdir ki, üzərində tapılmış silahlar və patronlar ona məxsus olmamışdır. Belə ki, Mingəçevir şəhərindən qayıtdıqdan sonra Bakı şəhəri, Səbail rayonu, “Tarqovi” adlanan ərazidə gedərkən polis əməkdaşları onu görmüş və idarəyə gətirmişlər. Bu zaman Səbail RPİ-nin 9-cu Polis Bölməsinin rəis müavini Şahid1 ona təklif etmişdir ki, əgər həmin silah, tapança və patronların özünəməxsus olduğunu desə, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamdan azad edəcək. Bundan başqa ona 06 (altı) ay həbsdə olub çıxacağını, hər ay 100 manat verəcəyini və cəzası bitdikdən sonra 1500 manat pul verəcəyini vəd etmişdir. Maddi imkanı hədiz dərəcədə aşağı olduğu üçün və çıxdıqdan sonra Rusiya Federasiyasına getmək istədiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirirərək barəsində yüngül cəza verilməsini xahiş etdi Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəis müavini Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib daşıması ilə bağlı məlumat daxil olduğundan 03 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 03 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində Səbail RPİ-nin 9-cu PB-in baş əməliyyai müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid4 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ nin 9-cu Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə polis bölməsinin növbətçi hissəsində təhqiqatçı Məhəmməd Gülmalıyev onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən bir ədəd “Makarov” tipli tapançaya bənzər dəmir materialdan olan parçanı çıxararaq təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş predmetin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin predmetin odlu silah “Makarov” konstruksiyalı tapança olmasını, və saxlanılmamışdan 3-4 gün əvvəl Lökbatan qəsəbəsində xatırlamadığı ərazidə məişət tullantılarının arasından tapdığını və vəhşi heyvanlardan qorunması üçün üzərində daşımasını etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin predmet zərfə qoyularaq möhürlənmiş və məhkəmə ballistik ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsi ilə razılaşmır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib daşıması ilə bağlı məlumat daxil olduğundan 03 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 03 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində Səbail RPİ-nin 9-cu PB-in rəis müavini Şahid1 və əməliyyat müvəkkili Şahid4 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə Polis bölməsinin növbətçi hissəsində təhqiqatçı Məhəmməd Gülmalıyev onu şübhəli şəxs qismində tutduqdan sonra videoçəkiliş aparılmaqla onların və müdafiəçi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən bir ədəd “Makarov” tipli tapançaya bənzər dəmir materialdan olan parçanı çıxararaq təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş predmetin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin predmetin odlu silah “Makarov” konstruksiyalı tapança olmasını, və saxlanılmamışdan 3-4 gün əvvəl Lökbatan qəsəbəsində xatırlamadığı ərazidə məişət tullantılarının arasından tapdığını və vəhşi heyvanlrdan qorunması üçün üzərində daşıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin predmet zərfə qoyularaq möhürlənmiş və məhkəmə ballistik ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib daşıması ilə bağlı məlumat daxil olduğundan 03 fevral 2024-cü il tarixdə Səbail RPİ-nin 9-cu Polis bölməsinin rəisi tərəfindən təsdiq edilr sında əməliyyat qrupu təşkil olunmuş və 03 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində Səbail RPİ-nin 9-cu PB-in rəis müavini Şahid1 və baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 5 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə Polis bölməsinin növbətçi hissəsində təhqiqatçı Məhəmməd Gülmalıyev onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən bir ədəd “Makarov” tipli tapançaya bənzər dəmir materialdan olan parçanı çıxararaq təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş predmetin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin predmetin odlu silah "Makarov” konstruksiyalı tapança olmasını, və saxlanılmamışdan 3-4 gün əvvəl Lökbatan qəsəbəsində xatırlamadığı ərazidə məişət tullantılarının arasından tapdığını və vəhşi heyvanlardan qorunması üçün üzərində daşımasını etiraf etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin predmet zərfə qoyularaq möhürlənmiş və məhkəmə ballistik ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin məsul növbətçisi Şahid2 ifadəsində göstərmişdir ki, 03 fevral 2024-cü il tarixdə saat 13 radələrində o, xidmətilə əlaqədar bölmədə olarkən əməkdaşlar tərəfindən odlu silahın qanunsuz əldə edilməsi ilə bağlı bir nəfər Təqsirləndirilən şəxs adlı şəxsin bölməyə dəvət olunduğu və onun üzərinə şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş, həmin istintaq hərəkətində onun da iştirak etməli olduğu bildirilmişdir. Bundan sonra isə Polis bölməsinin növbətçi hissəsində təhqiqatçı Məhəmməd Gülmalıyev onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçisi Cahangir Cavadovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsin təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən bir ədəd “Makarov” tipli tapançaya bənzər dəmir materialdan olan parçanı çıxarara! təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş predmetin nə olması, harada əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin predmetin odlu silah “Makarov” konstruksiyalı tapança olmasını və saxlanılmamışdan 3-4 gün əvvəl Lökbatan qəsəbəsində xatırlamadığı ərazidə məişət tullantılarını arasından tapmasını və vəhşi heyvanlrdan qorunması üçün üzərində daşımasını etiraz etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin predmet zərfə qoyularaq möhürlənmiş və məhkəmə ballistik ekspertiza təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərti edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa bel hissəsindən 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapança, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları zirzəminin giriş qapısından içəridə soldakı yarımdairəvi dəmir əşyanın altında ağ rəngli sellofana bükülmüş vəziyyətdə 01 ədəd tapançanı və patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların komplket hissəsi olan darağla birlikdə çıxarıb təqdim edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində zibil qutusunda gördüyünü və özünü müdafiə məqsədi ilə götürərək saxladığını bildirir . Daha sonra həmin silah patronlar və darağı ilə birlikdə polis əməkdaşları tərəfindən götürülür və kağız zərfdə qablaşdırılır. Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 03 fevral 2023-cü il tarixli 24/260 №-li rəyində aşağıdakılar göstərilmişdir:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibri Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahı təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlardan 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibri olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibri patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibri Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir.

4. Eksperimantal atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə- giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir.

5. DİN-nin KTİ-də “məhkəmə fiziki-kimyəvi ekspertizası” keçirilmədiyindən qərarın a) bəndində qeyd olunan “həmin silahdan atəş açılıb-açılmaması müəyyənləşdirilsin” sualına cavab verilmədi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 01 (bir) ədəd 9mm kalibri, nömrəsi silinmiş Makarov konstruksiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. 03 fevral 2024-cü il tarixli qərarla faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 03 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin gün saat 11:48-dən etibarən şübhəli şəxs qismində tutulmuşdur. 03 fevral 2024-cü il tarixli qərarla 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların komplekt hissəsi ollan texniki cəhətdən saz , istifadə üçün yararlı olan daraq maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 05 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-42/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli 03 fevral 2024-cü il tarixdən hesablanmışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 251 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Mingəçevir Psixo-nevroloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 mart 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Mingəçevir şəhər Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39, 147-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhər Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2ci hissəsinə birləşdirilərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.1996-cı ildə Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə cəzası əməyə mütləq cəlb olunmaqla şərti təyin edilmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli amnistiya qərarının 2-ci maddəsinə əsasən azad edilmişdir. - Mingəçevir şəhər Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1, 207-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci ildə cəzanın sonu ilə azad edilmişdir. - Bryansk vil. Voladarrsk rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30,64 və 186-cı maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. - Krım MR. Yalta ş. Bələdiyyələr arası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əsas əməli Yalta ş. Bələdiyyələr arası Məhkəməsinin hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası (02 (iki) şərti sınaq müddəti) ilə birləşdirilərək qəti 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Yalta şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. - Yalta şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini saxlama, daşıma və ya gəzdirməsi əməlini törətməsi, lakin onların polis əməkdaşları tərəfindən üzərinə qoyulması iş materiallarında olan sənədlər, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli yivli, texniki cəhətdən saz, atəş üçün yararlı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş cəmi 05 ədəd 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar