Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-193/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, bağlar massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edib, sonuncunun yaşadığı mənzilə mətbəx və yataq mebel dəstlərini düzəldəcəyini, həmçinin mənzilində olan köhnə dolabı təmir edəcəyi vədi ilə 20 iyun 2024-cü il tarixdə, saat 17 radələrində, elə həmin ünvan 1 ünvanında ümumilikdə cəmi 6,540 manat nağd pulunu alıb ələ keçirərək, sonralar verdiyi vədinə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, mebel düzəldilməsi məqsədilə pul almışdır. Mebelin bir hissəsi düzəldilib göndərilmiş, lakin ustanın səhvinə görə geri qaytarılmışdır. O, zərərçəkmiş şəxslə barışdığını, ziyanın ödənildiyini, dövlət büdcəsinə 25% məbləğində ödəniş etdiyini və hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. 26 sentyabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 27 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gfətirilmiş və MSY-ə təhvil verilmişdir. 29 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq davam etdirilmişdir. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və o saxlandığı MSY-dən dərhal azad edilmişdir. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 08 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilmiş və ibtidai istintaq davam etdirilmişdir. 01 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 14 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhərində saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və o saxlandığı MSY-dən dərhal azad edilmişdir. 26 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs, Şahid və X2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasına xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(009)-193/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. 29 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - A zərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə Şöbəsi tərəfindən həbs edilmiş və xx.xx.2023-cü ildə cinayət işi məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 1(060)-32/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 306.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 306.1-ci maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslə barışmış, dəymiş maddi ziyan tamamilə ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyi, aralarında barışıq olduğu və dövlət rüsumunu ödədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin 01 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (6540 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 1635 (bir min altı yüz otuz beş) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və digər iş materialları ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 6540 (altı min beş yüz qırx) manat məbləğində maddi ziyanı tamamilə ödəmişlər, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1635 (bir min altı yüz otuz beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-193/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-193/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver