Məhkəmə qərarları › İş №1(009)-194/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-194/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-194/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Asimovnanın, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)- 164/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirili bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (iki) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, ünvan 2 cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamağa yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə 21 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan “ZARA” geyim mağazasından 99 manat qiymətində 1 cüt “ZARA”markalı, qara rəngli, parça materialdan olan, 43 ölçülü uzunboğaz ayaqqabını, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, boyun hissəsi qara rəngli, nazik toxunmalı, “S” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, açıq qəhvəyi rəngli, parça materialdan olan “XS-S” ölçülü donu, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, çəhrayi rəngli, parça materialdan, “XS” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 1 ədədinin qiyməti 79 manat olmaqla, cəmi 158 manat qiymətində 2 ədəd “ZARA” markalı, qəhvəyi rəngli, parça materialdan, “XS-“ ölçülü, düyməli, uzunqol donu, 29 manat qiymətində 1 ədəd “Zara” markalı, ağ rəngli, parça materialdan, “M” ölçülü, kişi üçün qısaqol köynəyi, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, kişi üçün qısaqol köynəyi, 89 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün tək qoldan ibarət köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 69 manat olmaqla cəmi 138 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem rəngli, cızıqlı parça materialdan, nazik toxunmalı, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 55 manat olmaqla cəmi 110 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem və cəhrayi rəngli, parça materialdan, “S” ölçülü, nazik toxumalı, qadın üçün qısaqol köynəyi, 25 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün qısaqol köynəyi, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, papaqlı, “M” ölçülü, qadın üçün uzunqol gödəkçəni, 149 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S-M” ölçülü, astarlı, qısaqol donu, ümumilikdə 1171 (bir min yüz yetmiş bir) manat qiymətləndirilən kişi və qadın geyimlərini gizli talayıb mağazadan çıxan zaman mağazanın giriş-çıxışında quraşdırılmış sensormatik siqnal çaldığından və mağazasının təhlükəsizlik sistemin nəzarətçisi tərəfindən saxlanıldığından, özgənin əmlakını gizli yolla talamağa yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında müvəqqəti yaşayır. 2021-ci ilin yanvar ayından “Parlaq şəhər” dezinfeksiya şirkətində işləyirmiş, mart ayının ortalarında həmin işdən çıxmışdır. Həmin vaxt o, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən həyət evində kirayədə yaşayırmış, orada olan qonşulardan “Zara” mağazasından qadın paltarları sifarifş etdiklərini eşitmişdir . O da qərara gəlmişdir ki, həmin mağazadan paltalrar oğurlayıb gətirib biraz aşağı qiymətə satıb pul əldə etsin. 21 aprel 2021-ci il tarixdə saat 18 radələrində evdən çıxıb Nizami küçəsinə, oradan da saat 19 radələrində “Nərgiz” ticarət mərkəzində yerləşən “Zara” mağazasına getmişdir. Mağazaya çatanda pilləkənləri qalxmış, sonra fikirləşmişdir ki, götürəcəyi paltarlar çantaya sığmaz, ona görə qayıtmış, yaxınlıqda olan köşkdən iki ədəd göy rəngdə selofan torba almış və mağazaya qayıtmışdır. Mağazaya daxil olmuş, mağazanın birinci mərtəbəsinin yalnız qadınlar üçün paltar satılan hissə, ikinci mərtəbəsinin isə kişi geyim və aksesuarları satılan hissədən ibarət olduğunu görmüşdür. Birinci mərtəbədə olan qadın paltarları satılan şöbəyə girmiş, mağazada bölmələri gəzməyə başlamışdır. Gəzdiyi hər yerdən qadın paltarları götürmüş, götürdüyü paltarların üzərində olan taqları, yəni siqnal çalan hissəni çıxarıb yerə atmış, paltarları isə selofan torbalara və kürəyindən asdığı, özünə məxsus olan boz çantaya yığmışdır. Sonra ikinci mərtəbəyə qalxmış, orada bir ədəd ağ altlığı olan qara rəngli kişi ayaqqabısı görüb xoşuna gəlmiş, ayaqqabını götürmüş, lakin ayaqqabının siqnal çalan taqı içində olduğu üçün görməmişdir ki, çıxartsın. Həmin ayaqqabını da selofan torbaya qoymuşdur. O, mağazanı gəzərək şübhə yaratmamaq üçün digər paltarlara da baxmış, sonra mağazadan əlində selofan torbalar və kürəyində çanta ilə çıxan zaman çıxışda quraşdırılmış sensormatik siqnal çalmışdır. Həmin vaxt mühafizə yaxınlaşmış, əlində olan selofan torbaları almış, içində olan ayaqqabını çıxarıb sensormatikə tutanda yenə də siqnal çalmış, o ayaqqabının ona məxsus olduğunu bildirmişir. Onu kamera otağına dəvət etmişlər, orada bildirmişlər ki, mağazada bu cür selofan torba yoxdur, haradan aldığını soruşmuşlar və ona düzünü danışmağı təklif etmişlər. O, selofan torbaları çöldən aldığını, mağazadan götürdüyü paltarları oğurlamaq məqsədi ilə götürdüyünü etiraf etmişdir. Orada selofan torbanı və əl çantasında olan paltarları çıxarmışlar. Mağazanın təhlükəsizlik əməkdaşları polisə bu barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə Asimovna ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında “Nərgiz Mall” ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “Zara” geyim mağazasının təhlükəsizlik sistemində nəzarətçi işləyən X5 21 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində mağazada işdə olan zaman 20-25 yaşlarında olan bir qadının, hər iki əlindəki iki selofan torba və çiynindəki çanta ilə mağazanın qapısından çıxan zaman mağazanın giriş-çıxış qapısında quraşdırılmış sensormatik siqnal çalmış, qadından şübhələnən Cabir Cəfərov torbada olan qara rəngli kişi ayaqqabısının qiymətinin və tağın üstündə olduğunu görərək qadından torbada olan digər paltarlara baxmaq istədiyini bildirmiş, qadın selofan torbalarda olan paltarları və əl çantasında olan daha bir neçə paltarı çıxarmış, həmin geyim əşyaları mağazanın kassasında yoxlanılan zaman heç birinin qeydiyyatdan keçmədiyi və pulu ödənilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, qadının bir neçə qadın geyiminin qiymətini paltarın boyun hissəsindən qopararaq çıxardığı müəyyən edilmişdir. X8 bu barədə polisə müraciət etmiş, sonradan həmin qadının Təqsirləndirilən şəxs olduğu və qadının mağazadan 1171 (min yüz yetmiş bir) manat dəyərində geyim əşyaları oğurlamaq istədiyi məlum olmuşdur. O, paltaların ayrıayrılıqda qiymətini dəqiq müəyyən etməklə ümumi qiymətinin 1171 (min yüz yütmiş bir) manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğurlamaq istədiyi geyimlər qaytrılsa da, həmin geyimləri yenidən satışa çıxarmaq mümkün deyil, çünki Şəbnəm taqları çıxararkən geyimləri zədələmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, üç ildən artıq müddətdir ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 43B ünvanında “Nərgiz Mall” ticarət mərkəzində yerləşən “Zara” geyim mağazasında təhlükəsizlik sistemində növbə rəisi işləyir. 21 aprel 2021-ci il tarixdə saat 19 radələrində işdə olan zaman mağazanın girişçıxış qapısında dayanmışdır. Hər iki əlində dolu olan selofan torba və çiynində çanta olan 22-23 yaşlarında bir qadın mağazanın qapısından çölə çıxan zaman qapıda quraşdırılmış sensormatik siqnal çalmış, həmin vaxt o, qadına yaxınlaşıb əlində olan torbadan çıxardığı qara rəngli kişi ayaqqabısına baxmış, tağı üstündə olmuşdur. O, qadının əlinin əsdiyini görüb şübhələnmiş və ayaqqabının qəbzini soruşanda qadın özünü itirərək qəbzin evdə qaldığını demiş, həmin vaxt o, qadını onlarla yaxınlıqda dayanmış təhlükəsizlik kameralarına baxan Cavidin yanına aparmışdır. Cavid qadının əlində olan torbadan çıxan ayaqqabını kassada yoxlayan zaman 99 (doxsan doqquz) manat dəyərində olan ayaqqabının pulunun verilmədiyini müəyyən etmiş və qadını Cavidin oturduğu kameralar olan otağa aparmışlar. Cavid qadına əlində olan torbaları boşaltmasını xahiş etmişdir. Qadın əlində olan torbaları boşaldan zaman içində müxtəlif çeşidli kişi, qadın geyimlərinin olduğunu, geyimlərin bəzilərinin üzərində qiymətlərin qaldığını, bəzilərində qiymətlərin tağla birlikdə çıxarılan zaman paltarın qiymət hissəsindən cırıldığını görmüşlər. Cavid qadının torbalarından çıxan paltarları yoxlayan zaman heç bir geyim üçün ödəniş etmədiyi məlum olmuşdur. Həmin vaxt postlar dəyişildiyindən o, getmiş, sonradan Cavidin həmin qadını polis çağırıb təhvil verdiyini öyrənmişdir. Məhkəmə iclasında Şahid1 eyni məzmunlu ifadə verərək şahid Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan CD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində iki selofan torba, kürəyindən çanta asılı vəziyyətdə mağazanın çıxışına yaxınlaşır, mağazanın çıxışında quraşdırılmış sensormatikdən keçən zaman arxada dayanmış ağ köynəkli oğlan onu saxlayır. Sonra çöldən bir nəfər qara paltarlı oğlan çöldən mağazaya girərək qadının əlində olan selofan torbaları alır, təkrar sensormatikə tutur, sonra sellofan torbanın birini qadına verir, digərinin içindən altı ağ rəngdə olan qara ayaqqabını çıxararaq qapının çıxışında qoyulmuş sensormatikə tutur, sonra ayaqqabını götürərək gedir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli 9/3012 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş geyim əşyalarının təzə vəziyyətdə zədələnməmişdən əvvəl normal vəziyyətdə 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1171,00 (min yüz yetmiş bir) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2021-ci tarixli qərarla 99 manat qiymətində 1 cüt “ZARA” markalı, qara rəngli, parça materialdan olan, 43 ölçülü uzunboğaz ayaqqabı, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, boyun hissəsi qara rəngli, nazik toxunmalı, “S” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, açıq qəhvəyi rəngli, parça materialdan olan “XS-S” ölçülü donu, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, çəhrayi rəngli, parça materialdan, “XS” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 1 ədədinin qiyməti 79 manat olmaqla, cəmi 158 manat qiymətində 2 ədəd “ZARA” markalı, qəhvəyi rəngli, parça materialdan, “XS-“ ölçülü, düyməli, uzunqol donu, 29 manat qiymətində 1 ədəd “Zara” markalı, ağ rəngli, parça materialdan, “M” ölçülü, kişi üçün qısaqol köynəyi, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, kişi üçün qısaqol köynəyi, 89 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün tək qoldan ibarət köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 69 manat olmaqla cəmi 138 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem rəngli, cızıqlı parça materialdan, nazik toxunmalı, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 55 manat olmaqla cəmi 110 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem və cəhrayi rəngli, parça materialdan, “S” ölçülü, nazik toxumalı, qadın üçün qısaqol köynəyi, 25 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün qısaqol köynəyi, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, papaqlı, “M” ölçülü, qadın üçün uzunqol gödəkçəni, 149 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S-M” ölçülü, astarlı, qısaqol don maddi sübut hesab edilmişdir. 26 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, 99 manat qiymətində 1 cüt “ZARA” markalı, qara rəngli, parça materialdan olan, 43 ölçülü uzunboğaz ayaqqabı, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, boyun hissəsi qara rəngli, nazik toxunmalı, “S” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, açıq qəhvəyi rəngli, parça materialdan olan “XS-S” ölçülü donu, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, çəhrayi rəngli, parça materialdan, “XS” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 1 ədədinin qiyməti 79 manat olmaqla, cəmi 158 manat qiymətində 2 ədəd “ZARA” markalı, qəhvəyi rəngli, parça materialdan, “XS-“ ölçülü, düyməli, uzunqol donu, 29 manat qiymətində 1 ədəd “Zara” markalı, ağ rəngli, parça materialdan, “M” ölçülü, kişi üçün qısaqol köynəyi, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, kişi üçün qısaqol köynəyi, 89 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün tək qoldan ibarət köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 69 manat olmaqla cəmi 138 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem rəngli, cızıqlı parça materialdan, nazik toxunmalı, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 55 manat olmaqla cəmi 110 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem və cəhrayi rəngli, parça materialdan, “S” ölçülü, nazik toxumalı, qadın üçün qısaqol köynəyi, 25 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün qısaqol köynəyi, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, papaqlı, “M” ölçülü, qadın üçün uzunqol gödəkçəni, 149 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S-M” ölçülü, astarlı, qısaqol don zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. 01 may 2021-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 17 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 09 iyun 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 09 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 09 iyun 2021-ci il tarixli qərarla cinayət işi üzrə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamə Təqsirləndirilən şəxs AR CM-nin 177.1ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilmiş və 03.05.2021-ci il tarixdə barəsində axtarış verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 164/2021 saylı, 11 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsrili bilinərək qzancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə nəzərə alınmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) altı gün müddətinə islah işləri cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış ********* nömrəli iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 26 may 2021-ci il tarixdə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və axtarış elan olunmuşdur. 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətinin şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmaması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); Bitmiş cinayətdən fərqli olaraq, cinayət cəhdini yaradan hərəkət şəxsdən asılı olmayan səbəblərə görə sona çatdırılmır. Cəhd zamanı şəxs cinayəti sona çatdırmaq üçün düşündüyü bütün hərəkətləri yerinə yetirir, lakin ondan asılı olmayan səbəbdən cinayətin nəticəsi baş vermir. Qeyd edilən iş üzrə ictimai təhlükəli nəticə baş verməmiş, təqsirləndirilən şəxs məqsədə nail olmamış və o kriminal niyyətini bütünlüklə reallaşdıra bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)-164/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsrili bilinərək qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə nəzərə alınmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) altı gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 20 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)- 164/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) altı gün müddətinə islah işləri cəzasının heç ir hissəsini çəkməmiş, 20 sentyabr 2021-ci il tarixə çəkilməmiş cəza müddəti 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) altı gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)-164/2021 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 21 aprel 2021-ci il tarixdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)-164/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) altı gün müddətinə islah işləri cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)-164/2021 saylı hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(004)-234/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırlıq iclasında məhkəmə Təqsirləndirilən şəxs haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(004)-234/2021 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini nəzərə alaraq ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv etmişdir. ünvan 2 cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 99 manat qiymətində 1 cüt “ZARA” markalı, qara rəngli, parça materialdan olan, 43 ölçülü uzunboğaz ayaqqabı, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, boyun hissəsi qara rəngli, nazik toxunmalı, “S” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, açıq qəhvəyi rəngli, parça materialdan olan “XS-S” ölçülü donu, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, çəhrayi rəngli, parça materialdan, “XS” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 1 ədədinin qiyməti 79 manat olmaqla, cəmi 158 manat qiymətində 2 ədəd “ZARA” markalı, qəhvəyi rəngli, parça materialdan, “XS-“ ölçülü, düyməli, uzunqol donu, 29 manat qiymətində 1 ədəd “Zara” markalı, ağ rəngli, parça materialdan, “M” ölçülü, kişi üçün qısaqol köynəyi, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, kişi üçün qısaqol köynəyi, 89 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün tək qoldan ibarət köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 69 manat olmaqla cəmi 138 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem rəngli, cızıqlı parça materialdan, nazik toxunmalı, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 55 manat olmaqla cəmi 110 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem və cəhrayi rəngli, parça materialdan, “S” ölçülü, nazik toxumalı, qadın üçün qısaqol köynəyi, 25 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün qısaqol köynəyi, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, papaqlı, “M” ölçülü, qadın üçün uzunqol gödəkçəni, 149 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S-M” ölçülü, astarlı, qısaqol don Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə Asimovnaya qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(004)- 164/2021 saylı hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 02 (iki) gün 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. ünvan 2 cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 99 manat qiymətində 1 cüt “ZARA” markalı, qara rəngli, parça materialdan olan, 43 ölçülü uzunboğaz ayaqqabı, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, boyun hissəsi qara rəngli, nazik toxunmalı, “S” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, açıq qəhvəyi rəngli, parça materialdan olan “XS-S” ölçülü donu, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, çəhrayi rəngli, parça materialdan, “XS” ölçülü, qadın üçün düyməli, uzunqol köynəyi, 1 ədədinin qiyməti 79 manat olmaqla, cəmi 158 manat qiymətində 2 ədəd “ZARA” markalı, qəhvəyi rəngli, parça materialdan, “XS-“ ölçülü, düyməli, uzunqol donu, 29 manat qiymətində 1 ədəd “Zara” markalı, ağ rəngli, parça materialdan, “M” ölçülü, kişi üçün qısaqol köynəyi, 59 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, kişi üçün qısaqol köynəyi, 89 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün tək qoldan ibarət köynəyi, 49 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 69 manat olmaqla cəmi 138 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem rəngli, cızıqlı parça materialdan, nazik toxunmalı, “S” ölçülü, qadın üçün uzunqol köynəyi, 1 ədədinin qiyməti 55 manat olmaqla cəmi 110 manat qiymətində 2 ədəd “ZARA” markalı, krem və cəhrayi rəngli, parça materialdan, “S” ölçülü, nazik toxumalı, qadın üçün qısaqol köynəyi, 25 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, “S” ölçülü, qadın üçün qısaqol köynəyi, 79 manat qiymətində 1 ədəd “ZARA” markalı, qara rəngli, parça materialdan, papaqlı, “M” ölçülü, qadın üçün uzunqol gödəkçəni, 149 manat qiymətində 1 ədəd “ZARA” markalı, ağ rəngli, parça materialdan, “S-M” ölçülü, astarlı, qısaqol don Zərərçəkmiş şəxsnə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar