Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-194/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəsəbəsi, Axundov küçəsi ev 9-da qeydiyyatda olan və Qaradağ rayonu, Sahil qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:46 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişah minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov prospektində şəhər istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət sürətin 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırıldığı halda, avtomobili 60-70 km/saat sürətlə hərəkət etdirərək, eyni zamanda həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu, bunlara əməl edilməli olduğu halda, əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirib həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov prospektində yolu soldan sağa keçəmək istəyən piyada xx.xx.1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan alın və hər iki gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, alın nahiyyəsinin və sol budun aşağı 1/3nin bayır səthinin əzilmiş-cırılmış yaraları, alın və sağ yanaq nahiyyələrinin, sağ budun aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol göz orbitası ətrafının hematoması, sol baldırın aşağı 1/3-nin ön və sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırlarının yaranmasına səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş, Zərərçəkmiş şəxs hadisə zamanı aldığı alın və hər iki gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə müşayiət olunan baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar xəsarəti nəticəsində xəstəxanaya aparılarkən yolda ölmüş, bu hərəkətləri ilə o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, **-GP-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “VAZ 21074” markalı avtomobili etibarnamə əsasında idarə edirdi. 05 yanvar 2023-cü il tarixdə saat 19:10 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən iş yerindən çıxıb, dostu Şahid ilə idarə etdiyi avtomobil ilə “Dəniz kənarı Bulvar”a istiqamətində getmişlər. “Bayraq Meydanına” çatdıqda 5-6 metr məsafədən bir az əvvəl yola daxil olmuş iki qadın piydanın qəflətən onun solundakı qara rəngli avtomobilin önündən qaçaraq çıxdığını görmüş və tormoz pedalını sıxmışdır ki, avtomobili tam dayandıra bilsin, bu anda birinci qadın piyada qaçaraq yolu tam keçsə də ikinci qadın piyada qaçaraq yolu keçə bilməmiş və o, təxminən 60-70 km\saat sürətlə idarə etdiyi avtomobilin ön sol tərəfi ilə qadın piyadanı vurmuş, qadın piyada zərbənin təsirindən avtomobilin ön sol tərəfinin üzərinə qalxıb yerə düşmüşdür. O da təxminən 5-6 metr hərəkət etdikdən sonra avtomobili yolun sol tərəfinə sürüb saxlamışdır. Dərhal avtomobildən enib piyada qadına yaxınlaşmış və həmin qadının üzü üstə yerdə uzandığını və başından zədə aldığını və qan axdığını görmüşdür. Bu anda ətrafdan insanlar toplaşmış, o, piyadanı qaldırıb avtomobilinə qoymaq istəyən zaman ətrafdan ona qadına toxunmamağını bildirib təcili yardıma məlumat verdiklərini və təcili yardımın çatacağını demişdirlər. O da bundan sonra təcili yardımı gözləməyə başlamış, bir az sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım avtomobili gəlmişdir. Həmin piyadanı təcili yardım avtomobilinə qoyub aparmışdırlar. Daha sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər, sonra isə piyadanın Zərərçəkmiş şəxs olduğu müəyyən olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anası olmuşdur. Anası Zərərçəkmiş şəxs Səbail rayonu Bayıl qəsəbəsindəki, 5 saylı doğum evində işləmişdir. Mərhum anası Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindəki 5 saylı doğum evindən çıxıb evə qayıtmaq üçün Mikayıl Hüseynov prospektindən piyada keçən zaman ağ rəngli “VAZ 21074” markalı avtomobil onu vurmuş və nəticədə anası aldığı xəsarətlərdən ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərilmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən iş yerlərindən çıxıb dostu Təqsirləndirilən şəxs ilə onun idarə etdiyi **-GP-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “VAZ 21074” markalı avtomobil ilə “Dəniz kənarı Bulvar”a istiqamətində getmişlər. Lökbatan dairəsini keçdikdən sonra o yorğun olduğu üçün yatmışdır. Bir neçə dəqiqə sonra o, avtomobilin nəyəsə dəydiyini hiss edib yuxudan oyanmış və bu anda Rövşənin bir nəfəri vurdğunu bilmişdir. Onlar avtomobildən enib piyada qadına yaxınlaşmış və həmin qadının üzü üstə yerdə uzandığını və başından zədə aldığını, qan axdığını görmüşlər. Bu anda ətrafdan insanlar toplaşmış, Rövşən piyadanı qaldırıb avtomobilinə qoymaq istəyən zaman ətrafdakılar Rövşənə qadın piyadaya toxunmamağını bildirib təcili yardıma məlumat verdiklərini və təcili yardım çatacağını demişdirlər. Onlar da bundan sonra təcili yardımı gözləməyə başlamışlar. Bir az sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım avtomobili gəlmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov prospektində asfalt yoludur. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məktubuundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi BC kateqoriyalıdır, hadisə baş verən vaxt sürücülük vəsiqəsi qüvvədə olmuşdur. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli, 2/508 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində, onun oğlu X6 isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Həsənov X4 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 02 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edidi - baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan alın və hər iki gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, alın nahiyyəsinin və sol budun aşağı 1/3- nin bayır səthinin əzilmiş-cırılmış yaraları, alın və sağ yanaq nahiyyələrinin, sağ budun aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol göz orbitası ətrafının hematoması, sol baldırın aşağı 1/3-nin ön və sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi, o cümlədən hərəktdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alın və hər iki gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə müşayiət olunan başbeyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 mart 2023cü il tarixli “8/742” saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Vaz 21074 markalı **-GP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 70-80 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsi hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan 176156 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 1-ci qrup gözdən əlildir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, atasının 1-ci qrup gözdən əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-194/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-194/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver