Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-195/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən. Qubadlı rayonu, Həmzəli Ə/D, Çaytumas kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Qaçqınlar binası, 26-cı məhəllə ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq elmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X7 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında o, həyətə darvazadan keçməklə qanunsuz daxil olub, qapını açmış, daha sonra Şahid1 içəri qanunsuz daxil olaraq həyətdən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 350 manat dəyərində qaynaq aparatını, 1 ədəd 150 manat dəyərində preparatoru, 1 ədəd 30 manat dəyərində kiçik ölçülü “Makita” markalı əl drelini, 1 ədəd 100 manat dəyərində lobziki, 1 ədəd 160 manat dəyərində enerji adapterli dreli, 1 ədəd 400 manat dəyərində uqlovez avadanlığını, 1 ədəd 4 manat dəyərində rezin çəkici, hər biri 3 manat olan 2 ədəd ümumi dəyəri 6 manat olan və 1 ədəd 5 manat dəyərində dəmir çəkici, 1 ədəd kiçik ölçülü 3 manat dəyərində yaşıl rəngli mismar çəkən aləti, 1 ədəd orta ölçülü 5 manat dəyərində qara rəngli mismar çəkən aləti, 1 ədəd 10 manat dəyərində və 1 ədəd 15 manat dəyərində 2 ədəd qaz açarını, 1 ədəd 15 manat dəyərində 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli, 3 keçiricili elektrik uzadıcısım, hər biri 1 manat olmaqla 2 ədəd 2 manat dəyərində və 1 ədəd 5 manat dəyərində kəlbətini, 1 ədəd 3 manat dəyərində və 1 ədəd 10 manat dəyərində 2 ədəd dəmirkəsən qayçını, 1 ədəd 20 manat dəyərində vintburan dəsti. 1 ədəd 2500 Vat gücündə 80 manat dəyərində “Bosch” markalı böyük laqondanı və 1 ədəd 180 Val gücündə 40 manat dəyərində kiçik laqondanı, həyətin içərisindəki arxa qapıdan “Turan" mağazasının içərisinə daxil olmaqla mağazadan hər bir qutusu 3 manat 60 qəpik olan 10 qutu ümumi dəyəri 36 manat olan nazik “Kent 4”, hər bir qutusu 3 manat 40 qəpik olan 10 qutu ümumi dəyəri 34 manat olan nazik boz “Winston”, bundan başqa hər bir qutusu 2 manat olan 5 qutu ümumi dəyəri 10 manat olan nazik ağ “Magna” markalı siqaretləri, 10 manat dəyərində alışqanı, 10 manat dəyərində şirniyyatı və 150 manat dəyərində qəpiklərdən ibarət ııəğd pulu talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1663 (min altı yüz altmış üç) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X7 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən “Təklə” marketin dəmir barmaqlıqlarını o və Şahid1 sındıraraq mağazaya qanunsuz daxil olub, içəridən Zərərçəkmiş şəxs2 Vəzir oğluna məxsus hər bir qutusu 3 manat 60 qəpik olan 75 qutu ümumi dəyəri 270 manat olan nazik “Kent 4” , hər bir qutusu 3 manat 90 qəpik olan 50 qutu ümumi dəyəri 195 manat olan nazik ağ “Sobrania”, hər bir qutusu 3 manat 60 qəpik olan 65 qutu ümumi dəyəri 234 manat olan “Kent 8”, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan nazik boz “LD”, hər bir qutusu 2 manat olan 80 qutu ümumi dəyəri 160 manat olan nazik boz “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan nazik ağ “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan boz “Magna Compact”, hər bir qutusu 2 manat 50 qəpik olan 70 qutu ümumi dəyəri 175 manat olan “Winchester”, hər bir qutusu 2 manat 50 qəpik olan 60 qutu ümumi dəyəri 150 manat olan “Pall Mail”, hər bir qutusu 2 manat olan 50 qutu ümumi dəyəri 100 manat olan “Vicheroy”, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan boz “Winston” markalı siqaretləri və 60 manat dəyərində qəpik pulları talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2060 (iki min altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X7 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Nardaran bağ massivində yerləşən mağazanın giriş qapısını Şahid1 sındıraraq mağazaya Şahid1 və Orxan Abasovla birlikdə qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs3 qızma məxsus hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 1” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan nazik “Kent 4” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 8” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4“ siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4 mentol” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 20 qutu, ümumi dəyəri 72 manat olan “Kent 4 Compact” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 20 qutu, ümumi dəyəri 78 manat olan “Sobrania compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 30 qutu, ümumi dəyəri 102 manat olan nazik boz “Winston” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 40 qutu, ümumi dəyəri 136 manat olan boz “Winston Compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan göy “Winston Compact" siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan “Winston Mentol" siqareti, hər bir qutusu 3 manat olan 40 qutu, ümumi dəyəri 120 manat olan nazik boz “LD” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 8 qutu, ümumi dəyəri 20 manat olan “Karamelli "LD” siqareti, hər bir qutusu 2 manat 80 qəpik olan 30 qutu, ümumi dəyəri 84 manat olan ağ “LD Compact" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan boz "Klassik” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan göy “Klassik" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 30 qutu, ümumi dəyəri 66 manat olan boz “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan göy “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik boz “Magna" siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik qara “Magna” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan boz “Magna Compact” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan göy “Magna Compact" siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan nazik ağ “Magna” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan boz “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan göy “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 30 qutu, ümumi dəyəri 75 manat olan “Rothmans Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan nazik boz “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 1 10 manat olan nazik qara “Want” siqareti, hər bir qutusu 2 manat 40 qəpik olan 100 qutu, ümumi dəyəri 240 manat olan “Want Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 100 qutu, ümumi dəyəri 220 manat olan “Want Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik ağ “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik göy “Want” siqareti, hər bir qutusu 2 manat olan 40 qutu, ümumi dəyəri 80 manat olan “More” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 180 qutu, ümumi dəyəri 450 manat olan “Winchester” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 90 qutu, ümumi dəyəri 225 manat olan “Pall Mail” siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan “Vicheroy” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Davidoff” siqareti, 100 manat qəpiklərlə nağd pul, 30 manat dəyərində 30 ədəd 1 manatlıq sim kontur, 60 manat dəyərində 30 ədəd 2 manatlıq sim kontur, 10 manat dəyərində 1 ədəd 10 manatlıq sim kontur, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin kontur, 60 manat dəyərində 2 manatlıq cin kontur, 25 manat dəyərində 5 ədəd cin kontur, 60 manat dəyərində 2 manatlıq 30 ədəd nar kontur, 25 manat dəyərində 5 ədəd nar kontur, 6 manat dəyərində spirtli içki olan “Kuller” pivəsini talamaqla Zərərçəkmiş şəxs3 5082 (beş min səksən iki) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27.10.2020-ci il tarixdə saat 06 radələrində ünvan 4 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Sportage" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini Şahid1 sındırmaqla avtomobildən Zərərçəkmiş şəxs1 məxsus içərisində 2000 manat nəğd pul olan 20 manat dəyərində “LC WAİKİKİ” brendinə məxsus, 58 ölçüdə payız gödəkçəsini. 1 ədəd 10 manat dəyərində “Hoko” markalı modulyatoru, 70 manat dəyərində qranat daşlardan ibarət, 150 manat dəyərində gümüş daşlardan ibarət təsbehi, ümumi dəyəri 170 manat olan “Polaris" markalı 2 ədəd eynəyi, 1 ədəd 70 manat dəyərində “Hoko” markalı pover bankı, 1 ədəd 5 manat dəyərində 8 GB ölçüdə və 1 ədəd 3 manat dəyərində 4 GB ölçüdə USB kartları, 1 ədəd 80 manat dəyərində “Hoko” markalı qulaqcığı talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.10.2020-ci il tarixdə saat 17:00-18:00 radələrində tanışları Rahib və Orxanla birlikdə Xırdalan qəsəbəsində kafedə oturub çay içərkən Rahib təklif etmişdir ki, metronun “Əcəmi" stansiyası yaxınlığına gedib, oradan mağazalardan oğurluq etsinlər. O və Orxan Rahibin təklifi ilə razılaşmışlar. Təxminən gecə saat 00:00 radələrində Rahib ona zəng vuraraq bildirmişdir ki, Orxanla 3-cü mikrorayon dairəsi yanında onu gözləsinlər. O, Orxanla orada gözləyərkən Rahib qara rəngli avtomobillə gəlmiş və həmin avtomobili yaxınlıqdakı həyətlərin birindən qaçırtdığını bildirmişdir. Onlar həmin avtomillə Binəqədi rayonu ərazisinə gəlmiş və Rahib həyət evlərinin arasında olan “Turan” adlı marketin qarşısında avtomobili saxlayaraq buradan oğurluq edəcəklərini bildirmişdir. Mağazanın şüşəsindən baxdıqda arxa qapısının açıq olduğunu, həmçinin qapının həyətin içərisində olmasını görmüşlər. Rahib darvazadan içəri daxil olaraq həyətin qapısını açmışdır. Rahib mağazadan iki qutu müxtəlif markalı siqaretləri gətirib avtomobilin arxa oturacağına boşaltmış və yenidən gedərək həyətdən içərisində drel, qaynaq aparatı olan qutunu gətirib ona vermiş və o, avtomobilə qoymuşdur. Həmin vaxt o, içəri daxil olmamışdır. Darvazanın girişində dayanmışdır ki, kimsə gəldikdə Rahibə xəbər versin. Daha sonra onlar bir qədər yaxınlıqda yerləşən “Təklə” adlanan mağazanın qarşısına getmişlər. Orxan kimsə gəlikdə onlara xəbər vermək üçün orada gözləmiş, o və Rahib mağazanın dəmir barmaqlarını mismar çıxaranla sökərək, içəri daxil olmuşlar. İçəridən sellofan torbada müxətlif markalı siqaretlər götürmüş və avtomobillə oradan uzaqlaşmışlar. Daha sonra onlar Nardaran ərazisində başqa bir marketin qarşısında dayanmış, Rahib mağazanın kilidini sındırmış və onlar içəri daxil olmuşlar. İçəridən müxtəlif markalı siqaretlər, Orxan isə iki ədəd “Küller” pivəsi götürmüş və həmin gecə saat 05-06 radələrində Xırdalan qəsəbəsinə qayıtmışlar. Onlar öz evlərinə getmiş, götürdükləri əmlaklar isə avtomobildə qalmışdır. Həmin siqaretlərin bir hissəsini özləri çəkmiş, bir hissəsini isə Rahib sataraq ona 60 manat pul vermişdir. 27.10.2020-ci il tarixdə saat 06 radələrində o, Rahiblə birgə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisinə gəlmiş və yol kənarında “KİA” markalı avtomaşının sağ şüşəsini sındıraraq maşından 2 ədəd eynək. 1 ədəd pover bank, 1 ədəd cərəyan yükləyən, qara rəngli parça gödəkcə, 1 ədəd qulaqcıq, 2 ədəd təsbeh, 2 ədəd USB kart oğurlayaraq yenidən avtomaşınla Xırdalan şəhərinə qayıtmışlar. Avtomobildən götürülmüş əşyalar Rahibdə qalmışdır. Zərərçəkmiş şəxs3 Məməd qızının mağazasından götürülmüş əmlakların ittiham aktında qeyd edilən məbləği ilə razı deyil. Həmin mağazadan qeyd edilən məbləğdə əmlak götürməmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş zərəri tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 27.10.2020-ci il tarixdə işə getmək üçün yaşadığı ünvanın qarşısında saxladığı avtomobilinə yaxınlaşdıqda avtomobilin sağ qabaq güzgüsünün sındırıldığını və avtomobilinin içərisinin dağınıq olduğunu görmüşdür. Avtomobilin arxa oturacağının üzərində qoyduğu, cibində 2000 manat pul olan gödəkçəsinin yerində olmadığını görmüşdür. Bundan başqa bir ədəd modulyator, bir ədəd pover bank, iki ədəd eynək, 2 ədəd təsbeh, iki ədəd USB kart və bir ədəd qulaqcıq oğurlanmışdır. Hadisə nəticəsində ona dəymiş zərər tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən iki ildir Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən ərzaq mağazasını icarəyə götürüb işlədir. 21.10.2020-ci il tarixdə saat təxminən 07 radələrində ərzaq mağazasına gəldikdə mağazanın giriş qapısının açıldığını və mağazada satılan müxtəlif malların oğurlandığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları gələrək onun iştirakı ilə mağazaya baxış keçirtmişlər. Hadisə zamanı mağazadan müxtəlif adda siqaretlər və “Kuller” pivəsi oğurlanmışdır. İstintaq zamanı verdiyi ifadəsində oğurluq nəticəsində ümumilikdə ona 5082 manat ziyan dəydiyini bildirsə də sonradan mağazaya yenidən baxış keçirməklə mallar sayılmış və vurulmuş zərərin məbləğinin 4300 manat olduğu müəyyən olunmuşdur. Hadisə nəticəsində ona dəymiş zərər tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi ev 1-in qarşısında mağazası vardır, həmin mağazanı özü işlədir. Bundan əlavə ustadır, fərdi əməklə məşğul olaraq müxtəlif tikintilərdə fəhləlik edir. Həmin mağazanın çöldən və içəridən qapısı vardır. İçəri tərəfdən qapı evin həyətinə açılır və daima açıq olur. 21 oktyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində o, həyətin içərisindəki qapıdan mağazaya girəndə mağazanın vitrinində siqaretlərin olmadığını görmüşdür. Belə ki, müxtəlif çeşidli siqaret, şirniyyatla yanaşı mağazadakı qəpik pullar da oğurlanmışdır. Bundan əlavə həyətdə qapının yanına yığdığı tikinti təmir işləri üçün nəzərdə tutulmuş alətlər də oğurlanmışdır. O, baş vermiş hadisə ilə bağlı dərhal polisə müraciət etmişdir. Hadisə nəticəsində ona dəymiş zərər tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Vəzir oğlu ifadəsində bildirmişdir ki, yaşadığı evdən təxminən 100 metr aralıda özünə məxsus “Təklə” marketdə ərzaq, siqaret və s. əşyalar satır. 21 oktyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində o, mağazanın qapısını açmaq istəyəndə görmüşdür ki, vitrindəki siqaretlər oğurlanıb. Bundan əlavə mağazada dəmir qabın içinə yığdığı pullar da oğurlanmışdır. O, baş vermiş hadisə ilə bağlı dərhal 102 xidmətinə müraciət etmişdir. Sonra isə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə müraciət etmişdir. Hadisə nəticəsində ona dəymiş zərər tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 27 oktyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokollardan görünür ki, ünvan 4 ünvanının qarşısında dayanmış vəziyyətdə olan “Kia Sportage” markalı 99SS 547 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. İş materiallarında olan N oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında N oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə cinayət işinin istintaqı ********* nömrə altında aparılmışdır. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi. Nardaran bağ massivində yerləşən ərzaq mağazasına baxış keçirilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.İsfahani küçəsi döngə 3 ünvanında yerləşən “Təklə” marketə baxış keçirilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Vəzir oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli “baxış keçirilməsi (götürmə) barədə” protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Turan” marketə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2021-ci il tarixli, 9/1291 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatın təqdim edilmiş 5 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 180,00 manat müəyyən edilir. Təqdim edilməyən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 180,00 manat müəyyən edilir. Digər təqdim edilməyən 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, həcmi, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.03.2021-ci il tarixli 9/1249 nömrəli rəyindən görünür ki, 1 ədəd “Hoko” markalı modulyatorun dəyərinin nəzəri qaydada 10 manat olması, 1 ədəd 8 GB ölçüdə USB kartın dəyəri 5 manat, 1 ədəd 4 GB ölçüdə USB kartın dəyəri 3 manat, “LC Waikiki” markalı 58 ölçüdə payız gödəkçəsinin qiyməti isə 20 manat göstərilmiş, “Polaris" markalı eynəklərlə qranat və gümüş daşlardan ibarət təsbeh haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan 12 mart 2021-ci il tarixli axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, axtarış və götürmə zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edən 6 ədəd rezin çəkic, 4 ədəd kəlbətin, 2 ədəd dəmirkəsən qayçı, 2 ədəd dəmir çəkic, 3 ədəd mismar çıxaran, 1 ədəd qaz açarı, 3 ədəd mişar, 2 ədəd tərəzi, 1 ədəd 90 dərəcə, 1 ədəd metr, 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd elektrik ötürücüsü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 12 mart 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 6 ədəd rezin çəkic, 4 ədəd kəlbətin, 2 ədəd dəmirkəsən qayçı, 2 ədəd dəmir çəkic, 3 ədəd mismar çıxaran, 1 ədəd qaz açarı, 3 ədəd mişar, 2 ədəd tərəzi, 1 ədəd 90 dərəcə, 1 ədəd metr, 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd elektrik ötürücüsü zərərçəkmiş Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs4 ona təqdim edilən əşyaların içərisindən 1 ədəd rezin çəkici, 2 ədəd kəlbətini, 1 ədəd dəmirkəsən qayçını, 2 ədəd dəmir çəkici, 2 ədəd mismar çıxaranı, 1 ədəd qaz açarını, 1 ədəd dreli və 1 ədəd elektrik ötürücüsünü tanıyaraq özünə məxsus olduğunu, digər əşyaların isə ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2021-ci il tarixli, 9/1393 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mallar üzrə 1 ədəd istifadədə olmuş 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli. 3 keçiricili elektrik uzadıcısının dəyərinin 15 manat, 1 ədəd istifadədə olmuş kiçik ölçülü yaşıl rəngli mismar çəkən alətin dəyərinin 3 manat, 1 ədəd istifadədə olmuş orta ölçülü qara rəngli mismar çəkən alətin dəyərinin 5 manat, 1 ədəd istifadədə olmuş rezin çəkicin dəyərinin 4 manat, 2 ədəd istifadədə olmuş dəmir çəkicin 1 ədədinin dəyəri 3 manat olmaqla 2 ədədi 6 manat. 2 ədəd istifadədə olmuş kəlbətinin 1 ədədinin dəyəri 1 manat olmaqla 2 ədədi 2 manat, 1 ədəd istifadədə olmuş tutacaqlı qaz açarının dəyərinin 10 manat, 1 ədəd istifadədə olmuş “Makita” markalı kiçik ölçülü drelin dəyərinin 30 manat, 1 ədəd istifadədə olmuş dəmirkəsən qayçının dəyərinin 3 manat olmuşdur. Təqdim edilməyən mallar üzrə 1 ədəd 2500 vat gücündə “Bosch” markalı böyük laqondanın dəyərinin 80 manat, 1 ədəd 180 vat gücündə kiçik laqondanın dəyərinin 40 manat olmuş, qaynaq aparatı, preaparator, lobzik, enerji adapterli drel, uqlovez avadanlığı, vintburan dəsti, kəlbətin, dəmir çəkic, qaz açarı, dəmirkəsən qayçı barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 18 mart 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli cinayət işin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1. 177.2.2. 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca iş icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrə verilmiş və icraata götürülməklə istintaqı davam etdirilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2. 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan 18 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan 18 mart 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə, saat 12:20-də tutulmuşdur. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-243/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 17 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli, 3/775 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi və 3 rəqəmi ilə işarələnmiş zərfdən götürülmüş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi X3 (qərarda Səfərov) daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərindən qalmamışdır. Ekspertiza tədqiqatının dəyəri 161.11 (yüz altmış bir manat on bir qəpik) manat təşkil edir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ünvan 2 ünvanının qarşısında, ünvan 6əhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi. Nardaran bağ massivində, ünvan 4 ünvanının qarşısında yoxlanılmış, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisələri barədə tam təfərrüatları ilə danışmışdır. Foto şəkillər çəkilərək iş materialların əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 22.06.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Vəzir oğlunun 22.06.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 22.06.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 22.06.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 25 mart 2016-cı il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 10 may 2017-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinin 17 mart 2021-ci il tarixli 130 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və 06.11.2020-ci il tarxdəaidiyyatı üzrə hərbi hissəyə təhvil verilmişdir, N.12.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, ona vurulmuş zərərin miqdarı 4300 manat olmuş, bu məbləğ isə 5000 manatdan az olmaqla, xeyli miqdar təşkil etməmişdir. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin tərkibi yoxdur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi onun özünün etirafı, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər materialları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını, Vətən müharibəsində iştirak etməsini, vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd elektrik uzadıcısı, 2 ədəd mismar çəkən alət, 2 ədəd kəlbətin, 1 ədəd rezin çəkic, 2 ədəd dəmir çəkic, 1 ədəd qaz açarı, 1 ədəd drel və 1 ədəd dəmir kəsən qayçı zərərçəkmiş şəxsə qaytarılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 161.11 (yüz altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək, yəni 05 (beş) ay 26 (iyirmi altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 11 (on bir) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –161.11 (yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142N9, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-195/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-195/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver