Məhkəmə qərarları › İş №1(009)-195/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-195/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-195/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsini 32A ünvanın qarşısında qonşu münasibətlərinin kəskinləşməsi zəminində qonşusu Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyyəsindən yumruqla vuraraq ona burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan burun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanda ailəsilə birlikdə yaşayır. 18 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində evdə olarkən övladı ondan meyvə şirəsi istəmişdir. O, mopedini işə salaraq dükana getmiş, uşağın istədiyi meyvə şirəsini alıb geri qayıtmış, mopedi evin həyətinə salmışdır. Bu vaxt mopeddən kənar səslər gəldiyi üçün bir-iki dəfə qaz vermiş, söndürüb evə keçmişdir. Bir neçə dəqiqə sonra qapı döyülmüşdür. Qapını açdıqda Almas adlı şəxsin qapıda dayandığını görmüşdür. Nə üçün gəlməsini soruşduqda Almas mopedin səsinin narahatçılıq yaratdığını demişdir. Bir qədər kənara keçmişlər. O. mopedə qaz verməyinin səbəbini izah etmiş. Almas isə başa düşmək istəməmiş və onların arasında mübahisə yaranmışdır. Almas ondan şikayət edəcəyini dedikdə isə o, bər hirslənmiş və Almasın sifətindən yumruqla vurmuşdur. Bundan sonra Almas evinə getmişdir. Daha sonra Almasın ondan şikayət etməsini bilmişdir. Hadisə onun evindən bir qədər aralıda, ünvan 4 ünvanının qarşısında baş vermiş, təxminən bir neçə dəqiqə ərzində davam etmişdir. Münaqişənin baş verməsinə səbəb qonşu Almasın onu başa düşmək istəməməsi və öz istəyini ona keçirmək istəməməsi olmuşdur. Hadisə zamanı orada Almasla ikisindən başqa heç kəs olmadığınan hadisənin hər hansı şahidi olmamaşdır. Aralarında mübahisə yüksək səslə olmamış, Almas ona irad bildirdikdən sonra o, izah etməyə çalışmışdır. Münaqişə isə ani baş vermiş, yəni o, qəflətən Alması yumruqla sifətindən vurmuş və bundan sonra Almas orada uzaqlaşıb evə getmişdir. Mübahisə və münaqişələri digər qonşuların eşidə bilcəyi şikildə deyil, sakit formada baş verməmişdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 5 ünvanda ailəsilə birlikdə yaşayır. 18 iyun 2022-ci il tarixdə saat 23:20 radələrində yaşadığı evdə yatıbmış. Bu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən səs-küy gəlmişdir. Natiq evinin həyətində motosikletinə qaz verdiyi üçün səsboğucudan möhkəm səs gəlirmiş. Evində azyaşlı olduğundan və həmin səsdən özü də narahat olduğundan, durub Natiqin evinin qapısına yaxınlaşmış, qapısını döymüş, Natiq qapıya çıxdaqdan sonra kənara çəkilmişlər. O, Natiqə həyətindən gələn səsə görə iradını bildirmiş, amma bir-birlərini başa düşə bilməmişlər, aralarında mübahisə yaranmışdır. O, Natiqə bu hərəkətindən polisə şikayət edəcəyini bildirib, telefonla zəng etmək istəyərkən Natiq qəlidən onun sifətindən yumruqla vurmuş və ona qəsdən xəsarət yetirmişdir. Baş verənlər barədə o, DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermiş və şikayət ərizəsi ilə Səbail RPİ-nin 8-ci PB-nə müraciət etmişdir. Hadisə 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində, ünvan 6 ünvanın qarşısında baş vermiş, təxmənin bir neçə dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı orada Natiqlə ikisindən başqa heç kəs olmadığından hadisənin hər hansı şahidi olmamışdır. Aralarında mübahisə yüksək səslə olmamış, o, irad bildirdikdən sonra Natiq nə isə izah etməyə çalışmışdır. Münaqişə isə ani baş vermiş, yəni Natiq qəflətən onu yumruqla sifətindən vurmuş və bundan sonra o, oradan uzaqlaşıb evə gəlmiş və zəng edib polisə məlumat vermişdir. Onların mübahisə və münaqişəsi digər qonşuların eşidə biləcəyi şəkildə deyil, sakit formada baş vermişdir. Məhkəməyə dəftərxana vasitəsilə Zərərçəkmiş şəxs ərizə göndərərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş Məhkəmə-tibb ekspertizasının 22 iyun 2022-ci il tarixli 414 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan burun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 iyul 2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 102 (yüz iki) manat pul tutulub, “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar