Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-195/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində qapalı məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 31 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə Salyan yolu küçəsi dalan 2 ev 2 ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs2 şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə bir müddət əvvəl azarkeşlik etdikləri futbol komandalarının oyununda aralarında yaranmış ədavətlə bağlı münasibətlərə aydınlıq gətirmək məqsədilə söhbət edərkən yaranmış mübahisə zamanı ona aidiyyatı olmadığı halda mübahisəyə müdaxilə edib, heç bir əsaslı səbəb olmadan qəsdən münaqişəli vəziyyət yaratmaqla vəziyyəti gərginləşdirib öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, ətrafında olan çoxsaylı digər şəxslərin gözü qarşısında silah qismində istifadə etdiyi bıçağı real tətbiq edərək əvvəl Zərərçəkmiş şəxs2 həyat və ya sağlamlığı üçün real təhlükə yaradaraq nıımayişkarcasına sonuncunun üzərində zor tətbiq edilməsi hədəsi ilə mıışaiyət edilən qərəzli hərəkətlər edərkən, tanışının həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə hadisə yerində olub Təqsirləndirilən şəxs hərəkətlərini dəf etməyə çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərib qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsinə bir zərbə endirib sağ budun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması protokolları, məhkəmə-tibbi və məhkəmə-maddi sübutların ekspertizalarının rəyi, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə “Səbail” futbol klubun stadionunun yanında yaşayan dostu Hüseynin atasının vəfatı ilə bağlı baş sağlığı vermək üçün sonuncunun evinə getmişdir. Saat 19 radələrində Hüseynin evindən çıxandan sonra stadionun ətrafında bir çox oğlanların bir araya yığışmalarını görmüşdür. Onların toplaşmasından aralarında nəsə aydınlaşdırmalarını başa düşmüş və az sonra onların stadionun ətrafından əvvəl “Bravo” marketinə tərəf, sonra isə 20-ci dairənin yanında olan lombardın arxasına keçmələrini görmüşdür. Həmin şəxslərdən bəzilərinin üzdən Bayıl qəsəbə sakinləri kimi tanısa da, onlarla şəxsi münasibəti olmadığından adlarını bilmir. Nə baş verəcəyini izləmək üçün həmin şəxslərin arxasınca getməyə başlamışdır. Ətrafda dayananlardan bir oğlandan nə baş verdiyini soruşduqda “Bayıl uşaqları” ilə Gəncə sakinləri arasında münaqişə baş verdiyini bilmişdir. Lakin, aralarında söhbət edənlərin cəmi 3-4 nəfərin, qalanların isə kənarda gözləmələrini görmüşdür. Həmin 3-4 nəfər insan kütləsindən təxminən 20-30 metrə aralıda söhbətlərini edirmişlər. Demək olar 10 dəqiqə söhbət edəndən sonra ara qarışdığını, həmin 3-4 nəfərdən ikisi öz aralarında savaşmağa başladıqlarını görmüşdür. O, bu iki nəfərin əlbəyaxa olduğunu görüb onları ayırmaq üçün araya girmiş və onlardan biri yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Sonra o, vuranı başqa oğlanla səhv salaraq üzərində gəzdirdiyi bıçağı çıxarıb sonuncunun üstünə getməyə başlamışdır. Həmin oğlanın onu yumruqla vuran oğlanın olmasını zənn etmişdir. Elə bu zaman arıq bədən quruluşlu, əynində Gəncə futbol klubuna aid forması geyinmiş başqa bir oğlan ona yaxınlaşıb təpiklə onu vurduğu üçün o, əlindəki bıçaqla həmin oğlanın qarnından aşağı hissəyə bir zərbə endirmişdir. Bıçağın hara batmasını görməmişdir. Həmin oğlanı vurandan sonra sonuncu və digər orada olanlar qaçıb getmişdilər. O da oradan qaçıb getmişdir. Təxminən 2-3 dəqiqə sonra üstünə bıçaqla getdiyi oğlanın yanında digər oğlanlarla əllərində daş və taxta parçaları ilə qayıtmalarını görüb oradan qaçmışdır. Onlar onu axtarsalar da tapa bilməmişdilər. Əvvəl o evə gəlmiş, otağından 20 manat götürüb əynini dəyişirək evdən çıxıb Lökbatan qəsəbəsinə getmiş, orada isə taksi maşınına minib Bərdə rayonuna yola düşmüşdür. Bərdə rayonuna gedərkən hadisə zamanı istifadə etdiyi bıçağı yol kənarına kolluğa atmışdır. 01 fevral 2023-cü il tarixdə isə o, Bərdə rayonunun ərazisində olarkən evdən ona zəng olunmuş və polis tərəfindən axtarıldığını bildirmişdilər. Ona görə də həmin gün axşam saat 19 radələrində o, evə gəlmiş və evdəkilərinə etdiyi hadisəni danışıb polis əməkdaşlara təslim olmuşdur. Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, gənc olmasının, zərərçəkmiş şəxslərlə barışmasının, hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam olaraq ödənilməsinin və bu barədə zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrin olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Gəncə şəhərində anadan olmuş və orada yaşayır. 31 yanvar 2023-cü il tarixdə Bakı şəhərinin Səbail rayonunda “Səbail” futbol klubunun stadionunda həmin klubla azarkeş olduğu “Kəpəz” klubu arasında futbol matçı keçirilmişdir. Həmin oyunda iştirak etmək üçün o klubun digər azarkeşləri ilə birlikdə Gəncə şəhərində avtobusa minib axşam saat 18 radələrində oyun keçirildiyi stadionun yanına gəlmişdir. Onlar təxminən 45-50 nəfər sayda olmuşdular. Avtobusdan enib stadiona daxil olan zaman tanışları Mehman və Rəşadla birlikdə olmuşdular. Klubun azarkeşləri öz sektoruna keçəndən sonra su almaq üçün Mehman və Rəşadla stadiondan çıxıb yaxınlıqda yerləşən “Bravo" marketinə daxil olmuşdular. Marketdən çıxıb stadiona yaxınlaşarkən girişin yanında Mehmana 2 nəfər 18-20 yaş arasında oğlanlar yaxınlaşaraq sonuncunun MMA döyüşçüsü olub-olmadığını aydınlaşdırmış, onların yanında olan 5-6 nəfər isə kənarda dayanırmışlar. Mehman MMA döyüşçüsü olduğunu təsdiqləyəndən sonra həmin 2 nəfərdən biri Mehmana “əvvəlki haqhesabda qardaşımı vurubsan” deyə bildirmiş, Mehman isə həmin hadisəni xatırlayaraq bir neçə ay əvvəl yay vaxtlarında 2 nəfərin onu təkləyib xoşa gəlməz ifadə işlətdiklərinə görə həmin şəxsləri vurduğunu bildirmiş və uzun müddət keçdiyindən məsələnin unudulduğunu qeyd edərək köhnə söhbətə qayıtmasının mənasız olduğunu söyləmişdir. Həmin 2 nəfər şəxslər matçın 1-ci hissəsinin bitəndən sonra çay süfrəsi ətrafında bu söhbəti müzakirə etmələrini demiş və onlardan biri hətta öz nömrəsini də vermişdir. Sonra onlar özlərinə aid sektorlara keçmiş və oyuna tamaşa etmişdilər. 1-ci taym qurtardıqdan sonra o, Mehman eləcə də digər adlarını bilmədiyi, yalnız Gəncə şəhər sakinləri olduğunu bildiyi azarkeşlər stadiondan çıxaraq dükana yola düşmüşdülər. Stadiondan çıxarkən qeyd etdiyi 2 nəfərdən biri Mehmanın qolundan tutub söhbət etmək üçün kənara aparmışdır. Onlar və həmin 2 nəfərlə birlikdə olanlarla, təxminən 15-20 nəfər sayda şəxslər onların arxasınca hərəkət etməyə başlamış və həmin oğlan Mehmanı orada yerləşən dairənin digər tərəfində olan obyektlərin arxasında yerləşən qaranlıq küçəyə aparmış və onlar söhbətlərini orada davam etmişdilər. 10-15 dəqiqəyə yaxın təklikdə söhbət edəndən sonra həmin oğlanlarla birgə olan bir neçə nəfər kütlədən çıxıb Mehmana tərəf yaxınlaşmağa başlamışdılar. Həmin şəxslərin Mehmanı təkləməməsi üçün o digər orada olanlarla Mehmana yaxınlaşmış, sonuncu isə hər şeyin qaydasında olduğunu deyib kənarda dayanmalarını xahiş etmişdir. Onlar geriyə çəkilmiş və təxminən 5 dəqiqədən sonra Mehmanın “üstümə bıçaq çıxartmısınız” deyə qışqırdığını eşidib qaçaraq Mehmana yaxınlaşdıqda əvvəl qeyd etdiyi 2 nəfərin deyil, digər hansısa oğlanın əlində bıçaqla Mehmanın getdiyini görmüşdür. O həmin oğlana tərəf qaçıb təpik zərbəsi ilə əlindəki bıçağı yerə salmaq istəyərkən həmin şəxs Mehmanı vurmaq üçün zərbə atanda bıçaq onun sağ ayağının qasıq nahiyəsinə batmışdır. O ayağa qalxmaq istəyərkən orada olanların bir neçə nəfəri onu əl və təpik zərbələri ilə boyun və baş nahiyəsindən vurmuşdular. Həmin vaxt tanışları yaxınlaşmış və o bıçaqla vurulduğunu dediyindən onu taksi maşını ilə tibb məntəqəsinə, sonra isə xəstəxanaya yola salmışdılar. Zərərçəkmiş şəxs1 ona bıçaqla xəsarət yetirmiş şəxsin boyda ondan bir qədər hündür, arıq bədən quruluşlu, əynində qırmızı rəngli gödəkçə geyinmiş, qaranlıq olduğundan sifət cizgilərini görmədiyi şəxsin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, hadisə zamanı ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, “Kəpəz” futbol komandasının azarkeşidir. 31 yanvar .2023-cü il tarixdə Bakı şəhəri 20-ci sahə yaxınlığında keçiriləcək “Kəpəz” və “Səbail” futbol komandalarının oyununda tamaşaçı qismində iştirak etmək üçün həmin tarixdə saat 11-12 radələrində fanklubun bu məqsədlə icarəyə götürdüyü sərnişin avtobusla komandanın digər azarkeşləri ilə birlikdə Gəncədən çıxaraq, təxminən saat 18-də Bakı şəhərinə gəlmişdilər. Avtobus “Səbail” futbol klubunun stadionun yaxınlığında saxlamış, onlar düşən ərəfədə hüzür yeri olduğu üçün yerli camaat sakit keçmələrini xahiş etmişdir. Onlar stadiona daxil olduqda “Səbail” futbol klubunun tərəfdaşları, yəni təxminən 6-7 nəfər cavan oğlanlardan biri onlara keçən oyunda şortik geyinmələrini, səs-küy saldıqlarını və onun keçən oyunda həmin şəxsin qardaşı ilə mübahisənin olmasını deyib 1-ci oyunda olan oğlanları da götürərək hazırki oyunun 1-ci hissədən sonra stadionun çıxışında söhbət edəcəklərini bildirmişdilər. O, bu söhbəti yenidən qaldırmağa mənasız olduğunu desə də, həmin oğlanlar söhbət etmək istədiklərini təkid etmişdilər. O, razılaşmış və onunla söhbət edən oğlanın yanında olan digər oğlan onun telefon nömrəsini alıb oyunun 1-ci taymı bitəndən sonra görüşüb bu mövzu ətrafında söhbət edəcəklərini bildirmişdir. Bu söhbət zamanı tanışları Rahib və Rəşad onun yanında olmuşdular. Bundan sonra onlar digər azarkeşlərlə yanaşı oturub oyunun birinci taymı izləmiş, oyun qurtardıqdan sonra isə o Rahiblə birlikdə stadiondan çıxmışlar ki, yaxınlıqda yerləşən “Bravo” marketdən su və digər yeyinti məhsulları alsınlar. Stadiondan çıxdıqda onlara oyundan qabaq yaxınlaşan oğlanlardan biri, yəni qardaşı ilə mübahisənin düşdüyünü deyən oğlan onun qoluna girib kənarda söhbət etmələrini təklif etmişdir. Əvvəl həmin şəxs onu “Bravo” marketin yanına aparmış, lakin orada insanların olduğunu deyərək, yolu keçib məhəllələrin birinə gətirmişdir. Həmin şəxs onu qeyd edilən yerə aparana qədər sonuncu ilə birlikdə olan təxminən 10-15 nəfər, eləcə də Rahib və digər onlarla gələnlər onların ardınca gəlmişdilər. Əvvəl heç kəs onunla həmin oğlan arasında olan söhbətə müdaxilə etməmiş, sadəcə onlara yaxınlaşıb yenidən qeri qayıdırmışdılar. Təxminən 5-10 dəqiqə həmin oğlanla 2022-ci ilin yay aylarında olan söhbəti müzakirə edirmiş. Söhbətləri bitəndə, qarşı tərəfdən tanımadığı bir nəfər “paxotkanı düzəlt, bura Bayıldı Gəncə deyil” demişdir. Bunu onların tərəfində olan oğlanlar eşitdiyindən kimsə söyüş söymüş və zaman o, qarşı tərəfdə olan bir nəfərin bıçaq çıxartdığını görərək geriyə çəkilmişdir. Həmin oğlanın haradan gəldiyini görməmiş, sonuncu onunla söhbət edən oğlanlardan olmamışdır. Həmin oğlan əlindəki bıçaqla ona zərbə yetirməyə çalışırmış, lakin o, arxa-arxaya hərəkət edib sonuncunun zərbələrindən yayınırmış və oradan avtomobil yoluna tərəf qaçmışdır. Orada olan şəxslərin əksəriyyəti yola çıxmış və az sonra kütlədə olan oğlanlardan birinin Rahibi halsız vəziyyətdə qucaqda yola yaxın avtobus dayanacağına tərəf gətirdiyini görmüşdülər. O. bıçaqla ona zərbə vurmaq istəyən oğlanın Rahibi bıçaqla vurduğunu başa düşmüşdür. Daha sonra onlarla olan azarkeşlərdən kimsə yaxınlıqda yerləşən xəstəxana yeri öyrənmiş və onlar Rahibi taksiyə qoyub xəstəxanaya yola salmışdılar. O və yanında olanlardan biri əllərinə daş və taxta parçaları götürmüşdür ki, Rahibi bıçaqlayan oğlanı vursunlar, lakin Rahibin bıçaqlandığı yerə qayıdanda orada olan şəxslərdən əlində bıçaq olan oğlanı soruşduqda, həmin şəxslər sonuncunun hara getdiyini görmədiklərini bildirmişdilər. Oradan stadiona qayıtmaq istədikdə isə ona polis formasında olan əməkdaşlar yaxınlaşmış və nə baş verməsi barədə maraqlandıqda o, dostunun bıçaqlandığını dediyindən polis əməkdaşları onu polis bölməsinə aparmışdılar. Zərərçəkmiş şəxs2, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, hadisə zamanı ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki. Kəpəz futbol komandasının azarçeşi və həmin komandanın fan klubun üzvüdür. 31 yanvar 2023-cıi il tarixdə “Kəpəz” və “Səbail” futbol komandalarının arasında Bakı şəhəri 20-ci sahə yaxınlığında keçiriləcək oyunda azarkeş qismində iştirak etmək üçün həmin tarixdə saat 11-12 radələrində fanklubun bu məqsədlə icarəyə götürdyü sərnişin avtobusla komandanın digər azarkeşləri ilə birlikdə Gəncə şəhərndən çıxaraq, təxminən saat 18 radələrində Bakı şəhərinə gəlmişdilər. Avtobus “Səbail” futbol klubunun stadionun yaxınlığında saxlamışdır. Həmin vaxtı o. yaxından tanıdığı Gəncə şəhər sakinləri Mehman və Rahiblə birlikdə olmuşdur. Onlar oyun başlamalı vaxtdan tez gəldikləri üçün stadiondan yaxınlığında yerləşən “Bravo” marketinə yollanmış və stadionun yaxınlığında onlara “Səbail” futbol klubunun azarkeşləri olan təxminən 6-7 nəfər cavan oğlanlar yaxınlaşmış və həmin şəxslərdən biri onlara bildirmişdir ki, keçən oyunda şortik geyindikləri, səs-küy saldıqları stadionun ətrafında yaşayan adamların narahatlığına səbəb olmuşdur. Sonra həmin balaca boy oğlan Mehmana müraciət edib sonuncunun MMA döyüşçüsü olub-olmadığını soruşduqda Mehman bunu təsdiqləmiş və belə olan halda bu oğlan keçən oyunda Mehmanın qardaşını döydüyünü deyib keçiriləcək oyunun 1-ci hissədən sonra stadionun çıxışında bu mövzuda söhbət edəcəklərini demişdir. Mehman həmin oğlana demişdir ki, bu məsələ olub-keçmiş, dava-dalaş olmamış, sadəcə dartışmışlar bununla da məsələ həllini tapmışdır. Buna baxmayaraq həmin oğlan 1-ci oyundan sonra bu məsələni çay süfrəsi ətrafında müzakirə edəcəklərini bildirmişdir. Oyunun başlamazdan 5-10 dəqiqə əvvəl onlar digər azarkeşlərlə yanaşı stadiona keçmiş və yerlərini tutmuşdular. Oyunun 1-ci hissəsi bitəndən sonra ona Gəncə şəhərindən gətirdikləri pankart adlanın lövhəyə nəzər yetirməyi tapşırıldığı üçün o, stadionda qalmış Mehmanla Rahib isə stadindan çıxmışdılar. Oyunun 2-ci hissəsi başlayanda azarkeşlərdən kimsə gəlib Rahibin stadionun kənarında kiminsə tərəfindən bıçaqlandığını və xəstəxanaya aparıldığını bildirmişdir. O, Mehmana zəng vurub nə baş verdiyini soruşduqda sonuncu polis bölməsinə aparıldığını deyib sonra məsələni danışacağını bildirmişdir. Oyun qurtardıqdan sonra “Kəpəz” klubunun azarkeşləri yola salmış və Rahibin hansı xəstəxanada oluduğunu öyrənib sonuncunun yanma getmək istəmiş, lakin Rahibin cərrahi əməliyyatında olduğunu və yanına heç kəsin buraxılmadığını bildirmişdilər. Bundan sonra o, evə getmiş və səhəri gün Mehmanla əlaqə saxlayıb nə baş verdiyini öyrəndikdə sonuncu ona oyun başlamazdan əvvəl onlara yaxınlaşan oğlanlarla 1ci oyundan sonra Rahib və digər bir-iki nəfərlə stadionun yanında görüşüb tinlik məhəlləyə söhbət etmək üçün getdiklərini, orada söhbət zamanı ara qarışdığını və tanımadığı bir nəfər oğlanın bıçaq çıxararaq onu vurmaq istədiyini, bıçağı görüb oradan qaçandan sonra azarkeşlərdən birinin Rahibi qucağında gətirib bıçaqlandığını söylədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X2 Alayının 4cü patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 4-cü patrul bölüyü Səbail rayonunun 8-ci və 41-ci polis bölmələrinin inzibati ərazisində xidmət aparır. İdarədə tərtib olunmuş dislokasiya qrafikinə əsasən 2448 çağırılışlı avlopatrulda postdar yoldaşı Şahid3la birlikdə sutkanın gündüz saatlarında səhər saat 09-dan 20- dək xidmət aparır. 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yerləşən “Bayıl Arena" futbol stadionunda “Səbail" və “Kəpəz" futbol komandaları arasında saat 18-dən etibarən oyunun keçirilməsi nəzərdə tutulduğundan həmin ərazidə xidmət aparan naryadlara patrul işini stadion ətrafında daha çox aparılması barədə göstəriş verilmişdir. Saat 19:40 radələrində xidməti avtomaşınla 20-ci sahə dairəsinin yanından keçərkən bir nəfər kişi cinsli şəxs onlara yaxınlaşaraq az əvvəl lombard binasının arxasında bir neçə şəxsin dava etməsi barədə məlumat vermişdir. Onlar maşınlarından çıxıb lombardın arxasına keçən zaman orada hər hansı bir münaqişə aşkar etməmiş və işıqlandırılmayan məhəllədən keçən zaman bir nəfər əynində şortik geyinmiş, uzun buruq saç olan, hündür boy, arıq bədən quruluşlu oğlanın halsız halda küçə ilə hərəkət etməsini görmüşdülər. Onlar həmin şəxsə yaxınlaşdıqda sonuncunun sağ biləyin üzərində qana bənzər ləkənin olduğunu görüb başa düşmüşdülər ki. həmin şəxs münaqişədə iştirak edənlərdən biridir. Onlar həmin şəxsin şəxsiyyətini və həmin küçədə olmağın səbəbini soruşduqda sonuncu özünü Gəncə şəhər sakini Mehman kimi təqdim edərək futbol yarışına tamaşaçı qismində gəldiyini, oyunun birinci hissəsindən sonra həmin küçədə tanımadığı şəxslərlə mübahisə düşdüyünü, həmin şəxslərdən birinin onu bıçaqla vurmaq istədiyini, laikn yanında olmuş tanışını vurduğunu bildirmişdir. Onlar bıçaqla vurulmuş şəxsin harada olduğunu soruşduqda Mehman adlı şəxs vurulanın artıq taksi ilə xəstəxanaya yola salındığını bildirmişdir. Onlar bıçaqla zərbə vuran şəxsin harada olduğu barədə sual verəndə Mehman adlı şəxs həmin şəxsin qaçdığı istiqaməti onlara göstərmiş, lakin sonuncunu orada müəyyən edə bilməmişdilər. Mehman əlindəki qan ləkəsinin isə bıçaqlanan tanışının qanın olmasını bildirmişdir. Sonra araşdırmanın aparılması məqsədi ilə onlar Mehman adlı şəxsi xidməti avtomobilə əyləşdirib aidiyyatı üzrə 8-ci polis bölməsinə təhvil verərək bu barədə bölmənin rəisinə raport yazmışdılar. Bundan sonra onlar növbəni təhvil vermişdilər. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Şahid2 Mehman adlı şəxsi saxlayan zaman ətrafda bir neçə nəfər cavan oğlanların oldığım, həmin oğlanların münaqişədə iştirak edib-etməmələrini Mehman adlı şəxsdən soruşduqda sonuncunun münaqişəni yalnız bir nəfər əlində bıçaq olan oğlanın yaratdığı, digərlərin isə münaqişəni kənardan müşahidə eldiyi, ətrafında olan şəxsləri münaqişə görüb-görmədiyi xatırlamadığı bildirdiyini, ətrafda olan həmin şəxslərdən hadisə barədə məlumat almağa cəhd etsələr də sonuncuların onlardan yayınaraq oradan uzaqlaşdıqlarını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Daxili İşlər Nazirliyinin X3 4-cü Patrul Bölüyünün polis nəfəri Şahid3 oğlu, digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13 fevral 2023-cü il tarixli 51 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ budun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 31 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən sağ bud nahiyəsinə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmava aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-maddi sübutların ekspertizasının 81/2023-MTŞB saylı 28 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus DİN-nin məlumat portalından çıxarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrin ABO sistemi üzrə qan qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli 46 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2003-cii il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasının müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-maddi sübutların ekspertizasının 59-MTKŞ/2023 saylı 20 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthində sağda bir ədəd zədə aşkar edildi. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:05 radələrində Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə X5 “X4” qəbul şöbəsinə daxil olması barədə məlumat əsasında X3 4-cü Patrul bölüyünün polis nəfəri Şahid2 və hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi dalan 2 ev 2 ünvanın qarşısında yerləşməsi, hadisə baş verdiyi yerdə “OBA Market" MMC-yə məxsus mağazasının arxa divarında müşahidə kameranın quraşdırılması müəyyən edilmiş, əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan “ifadənin yerində yoxlanılması barədə” 01 fevral 2023-cü il tarixli protokoldan görünür, Zərərçəkmiş şəxs2 baş vermiş hadisənin dəqiq yerini göstərməsi Zərərçəkmiş şəxs2 təklif edildikdə sonuncunun göstərdiyi marşrut əsasında Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi dalan 2 ev 2 ünvanın qarşısına gəlinmiş. Zərərçəkmiş şəxs2 həmin ünvanın qarşısındakı küçəni göstərərək həmin küçədə münaqişənin başlandığını, tanımadığı şəxsin onun üstünə bıçaqla hücum çəkməsi və sonra da tanışı Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu bildirmişdir. İş materiallarında olan “ifadənin yerində yoxlanılması barədə” 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisənin dəqiq yerini göstərməsi və ona təklif edildikdə sonuncunun göstərdiyi marşrut əsasında Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi dalan 2 ev 2 ünvanın qarşısına gəlinmiş, Təqsirləndirilən şəxs həmin ünvanın qarşısındakı küçəni göstərərək həmin küçədə münaqişənin yaranmasını, tanımadığı 2 şəxsin onu əl və təpik zərbələri ilə vurduqdan sonra təpik zərbəsini ona vurmuş şəxsi əlindəki bıçaqla vurduğunu bildirmişdir. İş materiallarında olan “götürmə aparılması barədə” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 31 yanvar 2023-cü il tarixdə saat 21:05 radələrində X5 “X4” qəbul şöbəsinə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə daxil olmuş Zərərçəkmiş şəxs1 məxsus şalvar həmin tibb müəssisəsinin qəbul şöbəsinin təsərrüfat bacısından götürülərək zərfə qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında və icraat mərhələsində elektron məlumat daşıyıcısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, çəkilişlər videokamera ilə monitor üzərindən çəkilib. Monitorda olan çəkilişlərin sutkanın qaranlıq vaxtı küçədə 3-4 metr hündürlüyündə quraşdırılmış kameradan aparıldığı müşahidə edilir. Çəkilişi aparılan yer iş üzrə araşdırılan hadisə baş vermiş yerdir. Monitorun ekranının yuxarı sol tərəfində çəkilişin aparıldığı tarix və saat əksini tapır. Çəkilişlərdə yolun hər iki tərəfində tikililər olan küçədə təxminən 10-15 nəfər şəxsin kütlə şəkilində toplaşmaları, yolun sağ kənarında bir-birinin ardınca dayanmış minik avtomobillərin yanından sağ istiqamətə doğru bir nəfər şəxsin qaçaraq hərəkət etməsi, bir nəfər arıq bədən quruluşlu hündür boy kişi cinsindən olan şəxsin iri addımlarla sola doğru arxa-arxaya hərəkət etməsi sağ əlində bıçağa bənzər alət olan digər kişi cinsindən olan şəxsin isə bıçaq oynadaraq birincinin üzərinə hərəkət etməsi, sol tərəfdən əynindəki üst geyimində bel nahiyəsinin üzərində yazılar olan kişi cinsindən olan şəxsin əlində bıçaq saxlayan şəxsə yaxınlaşarkən əlində bıçaq saxlayan şəxs tərəfindən qasıq nahiyəsindən bıçaqla vurulub yerə yıxılıb ayağa qalxması və bu zamanı sol divar boyunca dayanmış kişi cinsindən olan şəxs tərəfindən yumruqla başından vurulması müşahidə edilir. Bundan sonra orada olan şəxslərin kameranın əhatə dairəsindən qaçıb getmələri müşahidə edilir. "xxxx" MMC tərəfindən təqdim olunmuş, hadisə baş verən yerdə yerləşən eyni adlı marketin arxa divarında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı videogörüntüləri isə müəyyən edilmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 19:29-da 7-8 nəfər kişi cinsindən şəxslərin sağ tərəfdən gəlib bir arada dayanmaları, onlardan 3 nəfərin sola doğru hərəkət etmələrini, qalanların isə həmin yerdə qaldıqlarını, bir neçə saniyə sonra həmin şəxslərə daha 10-15 nəfər kişi cinsli şəxslərin qoşulması, insan kütləsindən bir neçə nəfərin sola doğru hərəkət edib qeriyə qayıtmaları müşahidə edilir. Həmin görüntülər saat 19:36-dək davam edir. Saat 19:36 dəqiqədə 10-cu saniyəsində yolun sağ kənarında birbirinin ardınca dayanmış minik avtomobillərin yanından sağ istiqamətə doğru bir nəfər şəxsin qaçaraq hərəkət etməsi, bir nəfər arıq bədən quruluşlu hündür boy kişi cinsindən olan şəxsin iri addımlarla sağa doğru arxa-arxaya hərəkət etməsi, sağ əlində bıçağa bənzər alət olan digər kişi cinsindən olan şəxsin isə bıçaq oynadaraq birincinin üzərinə hərəkət etməsi, sol tərəfdən əynindəki üst geyimində bel nahiyəsinin üzərində yazılar olan kişi cinsindən olan şəxsin əlində bıçaq saxlayan şəxsə yaxınlaşarkən əlində bıçaq saxlayan şəxs tərəfindən qasıq nahiyəsindən bıçaqla vurulub yerə yıxılıb ayağa qalxması və bu zamanı sol divar boyunca dayanmış kişi cinsindən olan şəxs tərəfindən yumruqla başından vurulması müşahidə edilir. Bundan sonra orada olan şəxslərin kameranın əhatə dairəsindən qaçıb getmələri müşahidə edilir. Bundan sonra 15-20 nəfər kişi cinsindən şəxslərin həmin yerdə toplaşdıqdan bir neçə saniyə sonra bir qisminin sola doğru, digər qisminin isə sağa doğru hərəkət edərək kameranın əhatəsindən kənara çıxmaları müşahidə edilir. Həmçinin əvvəlki kadrlarda bıçağa bənzər alətlə silahlanmış şəxs tərəfindən hücuma məruz qalmış arıq bədən quruluşlu şəxsin daha 2 nəfər şəxslə sağ tərəfdən kameranın əhatəsinə daxil olduqları, həmin şəxsin əlində iri daş parçası, digər bir nəfər şəxsin isə əlində taxta parçasını daşıdıqlarını, onların arxasınca daha 10-15 nəfərin hərəkət etmələri müşahidə edilir. Bıçağa bənzər alətlə silahlanmış şəxs tərəfindən hücuma məruz qalmış arıq bədən quruluşlu şəxsin iki nəfər X3 polis nəfərlərin mıışaiyəti ilə sağdan sola doğru hərəkət etmələri, onların ardınca bir neçə nəfər ayrı-ayrı mülki geyimli şəxslərin hərəkət etmələri. qeyd olunmuş şəxsin bir nələr polis əməkdaşı ilə soldan sağa doğru hərəkət etməsi müşahidə edilir. İş materillarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə, saat 20:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 fevral 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri 01 may 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum olunmuş, 15 may 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs hazırki cinayət əməlinə münasibətdə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməsi, yəni 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11, 59.1.12 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanın tam ödənilməsini, hal-hazırda həmin şəxslərin şikayətçi olmamalarını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 20ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır.Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini, onun dərhal məhkəmə iclas zalından həbsə alınmasını və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-195/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-195/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver