Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-196/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimenti övladları 07 sentyabr 2012-ci il təvəllüdlü X3 və 11 oktyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2018-ci il tarixli, 2(009)-326/2018 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 09 dekabr 2021-ci il tarixli, 3(009)- 2341/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 19 may 2022-ci il, 18 avqust 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 09 sentyabr 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 4988,00 manat aliment borcunu zərər çəkmiş şəxs Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 400,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızı ilə 2011 -ci ildə evlənmiş, birgə nikahlarından X9 və X12 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə Zərərçəkmiş şəxs (Nəsirova) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 17 yanvar 2018-ci il tarixli, 2(009)-326/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və 08 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 07 sentyabr 2012-ci il təvəllüdlü Sədaqət Nəsirovanın və 11 oktyabr 2015-ci il təvəllüdlü Səma Nəsirovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Nəsirovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 09 dekabr 2021-ci il tarixli, 3(009)-2341/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfədir cinayət əməli törətməsini, iki azyaşlı uşağının olmasını, maddi imkanı olmadığından məhkəmə qətnaməsini icra edə bilmədiyini lakin hal-hazırda bütün aliment borclarının onun tərəfindən tam ödənildiyini bildirərək barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə evlənmiş, birgə nikahlarından X9 və X12 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 17 yanvar 2018-ci il tarixli, 2(009)-326/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və əvvəli 08 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 07 sentyabr 2012-ci il təvəllüdlü S.Nəsirovanın və 11 oktyabr 2015-ci il təvəllüdlü S.Nəsirovanın yetkinlik yaşlarına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 09 dekabr 2021-ci il tarixli, 3(009)-2341/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Zərərçəkmiş şəxs Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızı, ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən bütün aliment borclarının tam ödənildiyini, ona qarşı şikayətçi olmadığını və barışıq əldə etdiyini bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru X5 ifadəsində göstərmişdir ki, əvvəli 08 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 07 sentyabr 2012-ci il təvəllüdlü X3 və 11 oktyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Dövlətəliyeva (Nəsirova) Təranə Şaratxan qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2018-ci il tarixli, 2(009)-326/2018 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 09 dekabr 2021ci il tarixli, 3(009)-2341/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Şahid2 da digər şahid X1 ifadəsində göstərilmiş xüsusatları bir daha təsdiq etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-326/2018 saylı, 17 yanvar 2018-ci il tarixli qətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 31 oktyabr 2012-ci il tarixdə Səbail rayonu Qeydiyyat şöbəsində bağlanaraq 518 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və Sədaqət Nəsirova və Səma Nəsirova yetkinlik yaşına çatana kimi onların saxlanılması üçün Təqsirləndirilən şəxs 08 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimentin X4 verilməyi qət edilmişdir. 19 may və 18 avqust 2022-ci il tarixli xəbərdarlıqlardan, eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 3(009)-2341/2021 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 17 yanvar 2018-ci il tarixli, 2(009)-326/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan X6 tərəfindən məhkəməyə təqdim olunmuş 13 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 4988 manat aliment borcu tam olaraq ödənilmiş və ona qarşı şikayəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 03 avqust 2023-cü il tarixli ərizədən göünür ki, barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı 2018-ci il təvəllüdlü X10 və 2015-ci il təvəllüdlü X11 vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 06 dekabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan və barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə tutulmuş və elə həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, onun təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə hökm çıxaranadək tam icra etdiyindən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununun 1.138.3-cü bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsində “Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.” məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin Qanunun 2.7-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Göründüyü kimi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində göstərilir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Səbail Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment borcunun onun tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 306 (üç yüz altı) manat pul tutularaq Bakı şəhəri “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-196/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-196/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver