Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-196/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Sabirabad rayonu, Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qəbələ rayonunda aşpaz işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 avqust 2024-cü il tarixdə saat 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərəçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 noyabr 2023-cü il tarixdə saat 02.30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şosesi 11 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi və saxlanc yeri hesab olunan “Yeni Şəhər” adlı mağazaya qanusuz daxil olub, mağazanın kassasından 400 (dörd yüz) manat nağd pulu və hər birinin qiyməti 04 (dörd) manat, ümumi dəyəri 08 (səkkiz) manat olan 02 qutu kompakt “Vinston” markalı siqareti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 408 (dörd yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 dekabr 2023-cü il tarixdə saat 05.00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şosesi 11 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi və saxlanc yeri hesab olunan “Yeni Şəhər” adlı mağazaya qanusuz daxil olub, oradan hər birinin qiyməti 04 (dörd) manat, ümumi dərəri 52 (əlli iki) manat olan 13 qutu kompakt “Vinston” markalı, hər birinin qiyməti 4,50 (dörd manat əlli qəpik) manat, ümumi dəyəri 292,50 (iki yüz doxsan iki manat əlli qəpik) manat 65 qutu qara qalın “Sobranie”markalı siqaretləri və hər birinin qiyməti 0,40 (qırx) qəpik, ümumi dəyəri 08 (səkkiz) manat olan 20 şüşə “Bonaqua” 0,5 həcmli suyu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 352,50 manat (üç yüz əlli iki manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03.00 radələrində ünvan 4 ünvanında yerləşən və saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs1 rəhbərik etdiyi “Uber” parka məxsus ofisə qanunsuz daxil olaraq, oradan dəyəri 90 (doxsan) manat olan bir ədəd Çin istehsalı, «Redmi» markalı M2006C3LG(Redmi 9A) model, 32 GB yaddaş tutumlu telefonu, dəyəri 300 (üç yüz) manat olan bir ədəd «Realme» markalı RMX3710 (C55) model, **********88273-**********88265 İMEİ kodlu mobil telefonu, hər birinin qiyməti 300 (üç yüz) manat, ümumi dəyəri 600 (altı yüz) manat olan 02 ədəd Çin istehsalı “Dell” markalı E5580 P60F model notebooku və dəyəri 550 (beş yüz əlli) manat olan bir ədəd “Lenova ThinkPad” markalı L580 model netobooku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin ümumilikdə 1540 (bir min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il noyabr ayının axırlarında Bakı şəhərinə yaşadığı Bayıl qəsəbəsinə gəlmiş, pul tapa bilmədiyinə görə oğurluq etməyi planlaşdırmış və 24 noyabr 2023-cü il tarixdə gecə saatlarında oğurluq etmək üçün yaşadığı evdən çıxmışdır. Bayıl qəsəbəsində 2-ci Salyan döngəsində yerləşən “Bəy” otelinin yanında olan “Yeni Şəhər” adlı marketin yanından keçəndə təxminən səhər saat 02.30 radələrində ora girməyi düşünmüş və həmin marketin arxa tərəfinə keçmişdir. Marketin arxa qapısı plastik qapı olduğunu görmüş və qapını əli ilə bərk itələyəndə qapı açılmışdır. O, marketin içərisinə daxil olub kassanı açmış və içərisində olan pulları saydıqda cəmi 215 manat kağız əskinazlardan ibarət pul olmuş və həmin pulu götürərək mağazadan çıxmışdır. Bundan sonra 10 dekabr 2023-cü il tarixdə yenə də oğurluq etmək qərarına gəlmiş və yenidən “Yeni Şəhər” adlı marketin yaxınlığına getmişdir. Orada yaxınlıqda heç kimin olmadığını görüb təxminən saat 05.00 radələrində marketin pəncərəni itələyib açaraq marketə daxil olmuşdur. Orada əvvəlcə kassaya baxmış, lakin kassada pul olmamışdır. Kassanın yanına yaxınlaşıb siqaret rəfindən 12 qutu “Vinston kampakt” siqareti və 48 paçka da “Sobranie” qara qalın markalı siqareti, 20 ədəd yarım litrlik adi “Bonaqua” markalı suyu oğurlayıb girdiyi qapıdan çıxıb qapını yenidən bağlayıb oradan uzaqlaşıb getmişdir. Həmin gün, yəni 10 dekabr 2023-cü il tarixdə 20 yanvar metrosunun yaxınlığında siqaretləri əlində tanımadığı şəxslərə bir qutu-bir qutu olmaqla satmış, həçinin suyu da əldə tanımadığı adamlara müxtəlif qiymətlərə satmış və ümumilikdə oğurladığı su və siqaretdən 250 manat pul əldə etmişdir. Bundan başqa 2023-cü ilin dekabr ayının sonlarında öz idarə etdiyi “Mercedes” C 180” markalı avtomaşını ilə taksi fəliyyəti ilə məşğul olmağa başlamışdır. Təxminən saat 03.00 radələrərində Şıxov qəsəbəsindən bir sərnişin götürüb Bayıl qəsəbəsinə Qurban Qurbanov küçəsinə gətirmiş, sərnişini düşürdükdən sonra orada yeni tikili bina görmüş və həmin binanın birinci mərtəbəsində “Uber” taksi şirkətinə məxsus ofisinin açıq olduğunu görmüşdür. Ətrafda adamların olmadığını görüb açıq pəncərədən içəri daxil olmuş, sonra orada olan stolun üstündə olan 3 ədəd markasını bilmədiyi Noutbuk və iki ədəd Redmi markalı mobil telefonu oğurlayıb, həmin pəcərədən çıxıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 oğurladığı əşyaları geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 dəymiş 750 manat zərəri isə ödəməmişdir. Əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şosesi bina 11-də icarə müqaviləsi əsasında “Yeni Şəhər” adlı ərzaq məhsulları marketini işlədir. İşlətdiyi marketə siqnalizasiya qoşdurmuş, marketə hər hansı bir müdaxilə olarsa mobil telefonuna zəng gəlir. 10 dekabr 2023-cü il tarixdə saat 05:11 radələrində mobil telefonuna marketdən siqnalizasiya zəngi gəlmiş, dərhal mobil telefonu vasitəsi ilə kameraları müşahidə etməyə başladıqda və marketin içərisini izləyərkən orada heç kimi görməmişdir. Səhər saat 07:30 radələrində marketə getmiş və marketin giriş qapısının sol tərəfində olan siqaret rəflərində siqaretlərin müəyyən hissəsinin olmadığını görmüşdür. Dərhal marketin qapı və pəncərələrini yoxlamağa başladıqda mətbəxdə olan pəncərənin açıq olduğunu görmüşdür. Daha sonra dərhal kamera görüntülərini müşahidə etməyə başlamış və kameraya baxan zaman saat 05:11 radələrində marketin mətbəxinin pəncərəsindən bir nəfər tanımadığı, başında kepka və kepkanın üstündə əynindəki gödəkcənin papağı olan şəxsin marketin içərisinə daxil olaraq siqaret rəflərinə yaxınlaşdığını, həmin yerdə asılmış vəziyyətdə olan rəngli sellofan paketi əlinə götürərək həmin paketin içərisinə və siqaret rəflərindən siqaretləri yığaraq oğurlayıb marketə daxil olduğu yerdən də çıxaraq qaçıb getdiyini görmüşdü. O, sonradan siqaretləri sayan zaman 65 qutu “Sobranie” və 13 qutu “Vinston kompakt” siqarətlərinin və 20 şüşə yarım litrlik adi “Bonaqua” markalı suyun oğurlandığını bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 352,50 manat (üç yüz əlli iki manat əlli qəpik) məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə həmin marketdən 400 (dörd yüz) manat pul da bu hadisədən 15 gün əvvəl yoxa çıxmışdır. Ancaq marketin siqnalizasiyası işə düşmədiyi üçün o, oğurluq hadisəsi olmasını bilməmişdir. Sonuncu oğurluq hadisəsi baş verən gündən 2-3 gün sonra fikirləşmişdir ki, kimsə ola bilər həmin pulu oğurlasın və o, əvvəlki günlərin kamera görüntülərinə baxmağa başlamış, 24 noyabr 2023-cü il tarixdə saat 02:30 radələrində marketin arxa giriş qapısını bir nəfər başında kepka olan siqaretləri oğurlayan şəxsə oxşayan şəxsin əlində olan balaca dəmir parçası ilə aralayaraq marketə daxil olmasını və kassaya doğru yaxınlaşdığını, kassadan 400 (dörd yüz) manat nağd pulu və 02 qutu “Vinston markalı siqareti də götürərək marketə daxil olduğu həmin qapını yenidən aralayıb çıxıb getdiyini görmüşdür. Həmin hadisə nəticəsində ona 408 (dörd yüz səkkiz) manat, ümumilikdə isə 760 (yeddi yüz altmış) manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, oğurluq edən şəxs əvvəllər müştərisi və qonşusu olan Təqsirləndirilən şəxsdur. O, dəfələrlə dəymiş zərəri ödəyəcəyinə söz vermiş, lakin indiyədək zərərin heç bir hissəsini ödəməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam şəkildə ödənilmiş və heç bir şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ünvan 4 ünvanında yerləşən “Uber” parka məxsus ofisin rəhbəri işləyir. 12 dekabr 2023-cü il tarixdə axşam saat 20.00 radələrində həmin ofisdən işdən çıxaraq qapıları bağladıqdan sonra evə getmiş, səhəri günü, yəni 13 dekabr 2023-cü il tarixdə saat 09.00 radələrində həmin ofisə gələndə qapı yenə də bağlı olmuşdur. O, qapını açıb ofisə daxil olduqda oradan oğurluq hadisəsinin baş verdiyini görmüş, ofisi diqqətlə nəzərdən keçirdikdə pəncərənin açıq olduğunu və həmin ofisdə saxladığı özünə məxsus bir ədəd Çin istehsalı, «Redmi» markalı M2006C3LG (Redmi 9A) model telefonun, bir ədəd «Realme» markalı RMX3710 (C55) model mobil telefonun, 2 ədəd Çin istehsalı “Dell” markalı E5580 P60F model və bir ədəd “Lenova ThinkPad” markalı L580 model netobookların yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Bundan təxminən 2 gün sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən əməkdaş zəng edərək ona məxsus oğurlanmış əşyaları və əşyaları oğurlamış şəxsi tapdıqların bildirmişdir. Cinayət işində olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il və 10 dekabr 2023-cü il tarixlərdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şosesi 11 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi və saxlanc yeri hesab olunan “Yeni Şəhər” adlı mağazaya qanusuz daxil olmuş və mağazanın kassasından 400 (dörd yüz) manat nağd pulu, 02 qutu kompakt “Vinston” markalı siqareti, 13 qutu kompakt “Vinston” markalı, 65 qutu qara qalın “Sobranie”markalı siqaretləri və 20 şüşə “Bonaqua” 0,5 həcmli suyu gizli olaraq talamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli, 9/1023 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin dekabr ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 272 (iki yüz yetmiş iki) manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 mart 2024-cü il tarixli, 9/1025 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların və notebookların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1540 (bir min beş yüz qırx) manat müəyyən edilmişdir. O cümlədən: - 01 (bir) ədəd Çin istehsalı, “Redmi” markalı, M2006C3LG (Redmi 9A) model, 32 GB yaddaş tutumlu mobil telefon- 90 (doxsan) manat: - 01 (bir) ədəd “Realme” markalı, RMX3710 (C55) model, **********88273-**********88265 İMEİ kodlu mobil telefon- 300 (üç yüz) manat: - 02 (iki) ədəd Çin istehsalı, “Dell” markalı E5580 P60F model notebook- 600 (altı yüz) manat (2x300) - 01 (bir) ədəd “Lenova ThinkPad” markalı L580 model notebook- 550 (beş yüz əlli) manat. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 15 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. 28 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. 28 yanvar 2024-cü il tarixli qərarla İmanov X3 Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 25 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd Çin istehsalı, “Redmi” markalı, M2006C3LG (Redmi 9A) model, 32 GB yaddaş tutumlu mobil telefon, 01 (bir) ədəd “Realme” markalı, RMX3710 (C55) model, **********88273-**********88265 İMEİ kodlu mobil telefon, 02 (iki) ədəd Çin istehsalı, “Dell” markalı E5580 P60F model notebook, 01 (bir) ədəd “Lenova ThinkPad” markalı L580 model notebook cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. 25 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(009)-196/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam şəkildə ödənilmişdir və heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsində iştirak etmiş və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə ödəməsini, Vətən Müharibəsi iştirakçısı olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək, yəni 02 (iki) gün, 23 iyul 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək, yəni 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) ay 18 (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdr. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı, “Redmi” markalı, M2006C3LG (Redmi 9A) model, 32 GB yaddaş tutumlu mobil telefon, 01 (bir) ədəd “Realme” markalı, RMX3710 (C55) model, **********88273-**********88265 İMEİ kodlu mobil telefon, 02 (iki) ədəd Çin istehsalı, “Dell” markalı E5580 P60F model notebook, 01 (bir) ədəd “Lenova ThinkPad” markalı L580 model notebookun Zərərçəkmiş şəxs1 qaytarlması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək, yəni 02 (iki) gün, 23 iyul 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək, yəni 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) ay 18 (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı, “Redmi” markalı, M2006C3LG (Redmi 9A) model, 32 GB yaddaş tutumlu mobil telefon, 01 (bir) ədəd “Realme” markalı, RMX3710 (C55) model, **********88273-**********88265 İMEİ kodlu mobil telefon, 02 (iki) ədəd Çin istehsalı, “Dell” markalı E5580 P60F model notebook, 01 (bir) ədəd “Lenova ThinkPad” markalı L580 model notebookun Zərərçəkmiş şəxs1 qaytarlması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-196/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-196/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver