Məhkəmə qərarları › İş №1(009)-196/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-196/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-196/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Kürdəmir rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Badamdar qəsəbəsi, İ. Ağayev küçəsi, ev 3, mən 127-də yaşayan Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Yekun protokola əsasən, 11 aprel 2025-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi 155 ünvanında yerləşən qaynaq sexində, aralarında əvvəlki sifarişin icrası zamanı yaranmış narazılıqdan qaynaqlanan şəxsi münasibətlərin kəskinləşməsi zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə sifətindən bir dəfə vurmuş, sonuncu müvazinətini itirib yerə yıxılmış, bununla da ona sol gözaltı və almacıq nahiyyəsinin lövhəvari hematoması və hematoma fonunda göz almasının bayır yarısına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yerləşən qaynaq sexində qaynaqçı işləyən Zərərçəkmiş şəxs uzun müddətdir Badamdar qəsəbəsində yaşayan şəxs kimi və həmçinin qaynaqçı kimi tanıyır. Belə ki. bir neçə ay əvvəl bir dəfə Zərərçəkmiş şəxs onun sifarişini hazırlayıb ona vermişdir. O, Zeynala əlavə dəmir barmaqlıq sifariş vermək istəyirmiş. Bu məqsədlə 11 aprel 2025-ci il tarixdə saat 11.00 radələrində Zeynalın işlədiyi sexə getmişdir. Həmin vaxt Zeynal sexdə iş görürmüş. O. Zeynalla salamlaşmış və Zeynala sifariş vermək istədiyini bildirmişdir. Bu vaxt onun əvvəlki sifarişindən söz düşmüş və o, Zeynala demişdir ki. "sən yaxşı usta deyilsən. Səndən usta olmayacaq". Zeynal isə ona kobud cavab verərək bildirmişdir ki. "get özünü dola”. Buna görə də aralarında mübahisə yaranmış. Zeynal onunla kobud danışdığı üçün o. əsəbləşmiş və özündən asılı omayaraq Zeynalın sifət nahiyəsinə bir yumruq vurmuşdur. Bu vaxt Zeynal özünü saxlaya bilməyib yerə yıxılmışdır. O, özünü saxlamışdır. Zeynal ayağa qalxdıqdan sonra o, sexdən çıxıb heç nə deməyərək yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zeynal onun barəsində polisə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs Badamdar qəsəbəsində yaşayan şəxs kimi və həmçinin qaynaq üstası kimi uzun illərdir tanıyır. Həmçinin Zeynal da onu yaxşı tanıyır. Əvvəllər Zeynala sifariş vemiş. Zeynal onun sifarişini ürəyi istəyən kimi hazırlamasa da, Zeynalla aralarında heç bir problem və ədavət olmayıb. Hadisə günü aralarında ilkin olaraq mübahisə baş vermiş, sonra mübahisə zəminində dava-dalaş yaranmış, dava-dalaş 11 aprel 2025-ci il tarixdə saat 11.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu 155 ünvanında yerləşən, Zeynalın işlədiyi sexin içərisində baş vermişdir. Mübahisə zəminində o, əsəbləşdiyi üçün özünü saxlaya bilməyib Zeynalın sifərt nahiyəsibə bir yumruq vurmuşdur. Zeynal tarazlığını saxlaya bilməyib yerə yıxılmışdır. Zeynalın nə kimi xəsarət aldığını o, bilməmişdir. Sonra etdiyi hərəkətlərdən peşman olaraq oradan çıxıb evə getmişdir. Zərərçəkmiş şəxs onu vurmamışdır. Sonuncunun ona əli dəyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Aralarında olan dava-dalaş sexin içərisində, qapalı yerdə baş vermiş, həmin vaxt orada yalnız ikisi olmuşlar. Yanlarında və ətrafda heç kim olmamışdır. Mübahisə və dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Onların davadalaşını görən, onlara yaxınlaşan və narahat olan olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və təhqiqat zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolunda yerləşən qaynaq sexində qaynaqçı işləyir. Dəmir qapı və başqa dəmir alətlər düzəldir. Təqsirləndirilən şəxs uzun illərdir ki. Badamdar qəsəbəsində yaşayan şəxs və həmçinin müştərisi kimi tanımışdır. Bir neçə ay əvvəl Təqsirləndirilən şəxs bir sifarişini hazırlayıb sonuncuya vermişdir. 11 aprel 2025-ci il tarixdə saat 10.40 radələrində yaşadığı evdən çıxıb iş yerinə gəlmişdir. Bundan bir qədər sonra, yəni təxminən saat 11.00 radələrində iş yerində olan zaman Təqsirləndirilən şəxs onun işlədiyi sexə gəlmiş, sifariş vermək istədiyini bildirmişdir. Əvvəllki sifarişlə bağl söhbət edən zaman Elşən onunla kobud danışaraq ona demidir ki. “səndən usta olmayacaq". O da Elşənə irad bildirmişdir ki. "get özünü dola". Buna görə də aralarında mübahisə yaranmış. Elşən ona yaxınlaşaraq ona əl atmış, ilkin olarq əli ilə sinəsindən vurmuşdur. O. Elşənə əlini çəkməsini demişdir. Bundan sonra Elşən əsəbi halda onun sifət nahiyəsinə bir yumruq vurmuşdur. O, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sonra isə ayağa durmuşdur. Bundan sonra Elşən sexdən çıxıb getmişdir. O. baş verənlər barədə DİN-in 102 xidmətinə məlumat vermiş və həmçinin yaxınlıqda olan 41-ci PB-yə gələrək Təqsirləndirilən şəxs onu döyməsi barədə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində yaşayan şəxs kimi uzun illərdir ki, tanıyır. Bu şəxs ilə bir neçə dəfə görmüşdür, əvvəllər sonuncunun bir sifarişini düzəldib vermişdir və buna görə də Eləni yaxşı tanıyır. Sifarişin icra vəziyyəti ilə bağlı Elşən narazı qalmışdır. Lakin əvvəllər aralarında mübahisə və ya dava-dalaş olmamışdır. O, işlədiyi qaynaq sexində olan zaman aralarında olan mübahisə zəminində onu Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Aralarında olan dava-dalaş 11 aprel 2025ci il tarixdə saat 11.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolunda yerləşən işlədiyi qaynaq sexinin içərisində baş vermişdir. Aralarında yaranmış mübahisə zəminində Elşən onun sifət nahiyəsinə bir yumruq vurmuşdur. Həmin vaxt o. tarazlığını saxlaya bilməyib yerə yıxılmış və başı yerə dəymişdir. Onun başı ağrımışdır, tez-tez ürəyi bulanmışdır, baş və sifət nahiyəsində xəsarət və ağrılar olmuşdur. O, Təqsirləndirilən şəxs vurmamışdır. Elşənə əli dəyməyib və yaşlı olduğu üçün Elşənə heç nə edə bilməmişdir. Təqsirləndirilən şəxs şikayət etmək qərarına gəlmişdir ki. polis həmin şəxs barəsində tədbir görsün. Həmin vaxt sexdə yalnız ikisi olmuşlar. Yanlarında və ətrafda heç kim olmamışdır. Onların mübahisə və dava-dalaşı təxminən 1-2 dəqiqəyə yaxın davam etmişdir. Davadalaşları sexin içərisində olduğu üçün dava-dalaşı görən, onlara yaxınlaşan və narahat olan olmayıb. Həmin yer qapalı yer olduğu üçün sexin içərisi kənardan görünmür. Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və təhqiqat zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 aprel 2025-ci il tarili 155 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı və almacıq nahiyyəsinin lövhəvari hematoması və hematoma fonunda göz almasının bayır yarısına qansızma bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 11 aprel 2025-ci il taridə kənat şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdaş görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat pul tutulub, "xxxx" ASC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar