Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-197/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Ağa-Zəki qızının, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 51-ci küçədə nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə xx xxxx 1982-ci ildə Neftçala rayonu Abbasallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi nömrəsiz fərdi evdə kirayədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Belə ki, 24 mart 2021-ci il tarixdə saat 19:30 radələrində Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 51-ci küçədə yerləşən «Ayxan» marketin yaxınlığında özünü şübhəli apardığı üçün Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 41-ci Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli dəri gödəkçəsinin daxili sol döş cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, üzərində saxlayıb daşıdığı 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,012 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil etməklə, hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 0,605 qram və 0,052 qram, ümumi təmiz çəkisi isə 0,657 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 aprel 2021-ci il tarixdə gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə hasardan aşma yolu ilə, sonra isə nəfəslik pəncərədən qaraja qanunsuz daxil olaraq oradan bir ədəd 250 (iki yüz əlli) manat dəyərində perferatoru, bir ədəd 60 (altmış) manat dəyərində laqundanı, 01 ədəd 80 (səksən) manat dəyərində «Mercedes Benz» markalı avtomobilə aid hava yastığını, o cümlədən evin həyətyanı sahəsində olan bir top 10 (on) manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 400 (dörd yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 aprel 2021-ci il tarixdə gecə saat 03-04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 39-cu küçədə yerləşən 1180 saylı fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq, evin hər iki mərtəbəsində divarlara quraşdırılmış 2.000 manat dəyərində elektrik naqillərini divardan söküb gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat məbləğdə maddi ziyan vurmaqla, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 80 (səksən) manat dəyərində və bir ədəd 250 (iki yüz əlli) manat dəyərində «Bosch» markalı iki ədəd perforatoru, bir ədəd 70 (yetmiş) manat dəyərində «Bosch» markalı laqundanı, bir ədəd 100 (yüz) manat dəyərində Çin Xalq Respublikası istehsalı olan sadə dreli, bir ədəd 05 (beş) manat dəyərində ölçü vahidi metrəni, bir ədəd 03 (üç) manat dəyərində metal zubili, hər birinin qiyməti 03 (üç) manat, ümumi dəyəri 09 (doqquz) olan üç ədəd və qiyməti 08 (səkkiz) manat olan bir ədəd malaları, hər birinin qiyməti 07 (yeddi) manat, ümümi qiyməti 14 (on dörd) manat olan iki ədəd divar kağızı üçün qırmızı rəngli darağı, bir ədəd 03 (üç) manat dəyərində divar kağızı üçün bıçağı, bir ədəd 08 (səkkiz) manat dəyərində boya üçün roliki, bir ədəd 03 (üç) manat dəyərində perferator üçün mikseri, bir ədəd 05 (beş) manat dəyərində perferator üçün zubili, bir ədəd 04 (dörd) manat dəyərində plastmass-metal qarışıqlı dərəcəni, bir ədəd 15 (on beş) manat dəyərində göy rəngli uzunqol sviteri, 20 (iyirmi) manat dəyərində qara rəngli uzunqol köynəyi, bir ədəd 03 (üç) manat dəyərində gün üçün həsir papağı və bir ədəd «Samsung» markalı mobil telefonlara aid 07 (yeddi) manat dəyərində enerji doldurma cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 607 (altı yüz yeddi) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2021-ci il tarixdə gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə hasardan aşmaqla, sonra isə zirzəmili evin qarajına nəfəslik pəncərədən qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən qarajdan bir ədəd 40 (qırx) manat dəyərində “Luxell bu Kumtel” markalı 3000 W-luq elektrikli hava qızdırıcısım, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Denzel” markalı “PA-500 A” modelli yükdartan mühərriki (troslu lifti), hər birinin qiyməti 60 (altmış) manat, ümumi dəyəri 300 (üç yüz) manat olan bir dəst, yəni 05 ədəd “Man” markalı yük avtomobilinə aid spiral kabelləri, bir ədəd 10 (on) manat dəyərində “AYS” markalı “803860-530” modelli yük avtomobilinin tənzimləyicisini, hər birinin qiyməti 10 (on) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan “PBT+ASA-GF20” markalı, 650.02.000.00 modelli yük avtomobilinin duman farasını, hər bir rulonunun qiyməti 40 (qırx) manat və ümumi dəyəri 280 (iki yüz səksən) manat olan 07 rulon “Rasch” markalı 214406 seriyalı, 7 №-li 30 sm ölçülü divar kağızını, bir dəst “Braga Toilet” markalı 180 (yüz səksən) manat dəyərində qapı cəftəsini, bir ədəd “290X7” modelli 03 (üç) manat dəyərində qırmızı rəngli vintaçan aləti, bir ədəd 80 (səksən) manat dəyərində “X4 Cab” 4.5 mm H-71434” markalı Tir tüfəngini, ümumi dəyəri 1.000 (bir min) manat, Almaniya istehsalı olan “Motec” markalı, “Grand TR WTNL” yazılı, 275/45R20 ölçülü, «Audi» markalı avtomobillərə aid bir dəst disklə birlikdə 04 ədəd avtomobil təkərlərini və ümumi dəyəri 700 (yeddi yüz) manat olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2.763 (iki min yeddi yüz altmış üç) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerlərinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21aprel 2021-ci il tarixdə gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə hasardan aşma yolu ilə, sonra isə nəfəslik pəncərədən qaraja qanunsuz daxil olaraq oradan bir ədəd 250 (iki yüz əlli) manat dəyərində perferatoru, bir ədəd 60 (altmış) manat dəyərində laqundanı, 01 ədəd 80 (səksən) manat dəyərində «Mercedes Benz» markalı avtomobilə aid hava yastığını, o cümmələn evin həyətyanı sahəsində olan bir topu 10 (on) manat dəyərində elektrik naqilini gizli olaraq talayıbZərərçəkmiş şəxs1 ümumilikdə 400 (dörd yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 aprel 2021-ci il tarixdə gecə saat 03-04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 39-cu küçədə yerləşən 1180 saylı fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq, evin hər iki mərtəbəsində divarlara quraşdırılmış 2.000manat dəyərində elektrik naqillərini divardan söküb gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat məbləğdə maddi ziyan vurmaqla, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs3 Sələr oğluna məxsus bir ədəd 80 (səksən) manat dəyərində və bir ədəd 250 (iki yüz əlli) manat dəyərində «Bosch» markalı iki ədəd perforatoru, bir ədəd 70 (yetmiş) manat dəyərində «Bosch» markalı laqundanı,bir ədəd 100 (yüz) manat dəyərində Çin Xalq Respublikası istehsalı olan sadə dreli, bir ədəd 05 (beş) manat dəyərində ölçü vahidi metrəni, bir ədəd 03(üç) manat dəyərində metal zubili, hər birinin qiyməti 03 (üç) manat, ümumi dəyəri 09 (doqquz) olan üç ədəd və qiyməti 08 (səkkiz) manat olan bir ədəd malaları, hər birinin qiyməti 07 (yeddi) manat,ümümi qiyməti 14 (on dörd) manat olan iki ədəd divar kağızı üçün qırmızı rəngli darağı, bir ədəd 03 (üç) manat dəyərində divar kağızı üçün bıçağı, bir ədəd 08 (səkkiz) manat dəyərində boya üçün roliki, bir ədəd 03(üç) manat dəyərində perferator üçün mikseri, bir ədəd 05(beş) manat dəyərində perferator üçün zubili, bir ədəd 04 (dörd) manat dəyərində plastmassmetal qarışıqlı dərəcəni, bir ədəd 15 (on beş) manat dəyərində göy rəngli uzunqol sviteri, 20 (iyirmi) manat dəyərində qara rəngli uzunqol köynəyi, bir ədəd 03 (üç) manat dəyərində gün üçün həsir papağı və bir ədəd «Samsung» markalı mobil telefonlara aid 07 (yeddi) manat dəyərində enerji doldurma cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 607(altı yüz yeddi)manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışıTəqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2021-ci il tarixdə gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə hasardan aşmaqla, sonra isə zirzəsmili evin qarajına nəfəslik pəncərədən qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən qarajdan bir ədəd 40 (qırx) manat dəyərində “Luxell bu Kumtel” markalı 3000 W-luq elektrikli hava qızdırıcısım, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Denzel” markalı “PA-500 A” modelli yükdartan mühərriki (troslu lifti), hər birinin qiyməti 60 (altmış) manat, ümumi dəyəri 300 (üç yüz) manat olan bir dəst, yəni 05 ədəd “Man” markalı yük avtomobilinə aid spiral kabelləri,bir ədəd 10 (on) manat dəyərində “AYS” markalı “803860-530” modelli yük avtomobilinin tənzimləyicisini, hər birinin qiyməti 10 (on) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan“PBT+ASA-GF20” markalı, 650.02.000.00 modelliyük avtomobilinin duman farasını, hər bir rulonunun qiyməti 40 (qırx) manat və ümumi dəyəri 280 (iki yüz səksən) manat olan 07 rulon “Rasch” markalı 214406 seriyalı, 7 №-li 30 sm ölçülüdivar kağızını, bir dəst “Braga Toilet” markalı 180 (yüz səksən) manat dəyərində qapı cəftəsini, bir ədəd “290X7” modelli 03 (üç) manat dəyərində qırmızı rəngli vintaçan aləti, bir ədəd 80 (səksən) manat dəyərində “X4 Cab” 4.5 mm H-71434” markalı Tir tüfəngini, ümumi dəyəri 1.000 (bir min) manat,Almaniya istehsalı olan “Motec” markalı, “Grand TR WTNL” yazılı, 275/45R20 ölçülü,«Audi» markalı avtomobillərə aid bir dəst disklə birlikdə 04 ədəd avtomobil təkərlərini və ümumi dəyəri 700 (yeddi yüz) manat olan elektrik naqillərinigizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2.763 (iki min yeddi yüz altmış üç)manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir ildən çoxdur, narkotik istifadə edir. 24 mart 2021-ci ildə günüz vaxtı narkotik vasitə almaq üçün Yasamal rayonunda «Sovetski» kimi tanınan ərazidə olan zaman 15 manat ödəyərək tanımadığı şəxsdən bir büküm heroin və 05 manat ödəyib metanfetamin almış və istifadə etməyib özündə saxlamışdır. 24 mart 2021-ci ildə saat 19:30 radələrində yaşadığı Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə olan «Ayxan» marketin qarşısında olduğu vaxt polis geyimində olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, onu Səbail rayonu 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyib xidməti polis avtomobili ilə 41-ci Polis Bölməsinə getmiş, Polis Bölməsində olarkən, onun narkotik maddə istifadəsində şübhəli şəxs kimi saxladıqlarını və üzərində axtarış aparacaqlarını bildirmişlər. Vəkilin iştirakı ilə videokamera çəkilişi ilə və iki nəfər polis içşisinin iştirakı ilə təhqiqatçı xidməti otağında onun üzərində şəxsi axtarış aparmağa başlamışdır. Onun narkotik vasitə istifadəçisi kimi üzərində axtarış aparmağa başlayanda əynindəki paltarının ciblərində olan əşyaları çıxardıb masanın üzərinə qoymasını bildirilmiş, buna etiraz etmədən əynində olan gödəkçəsinin sol cibində olan 1 ədəd “Kent” markalı siqaret qutusunu çıxartmış və həmin siqaret qutusunun içərisində istifadə etdiyi üçün ağzı açıq vəziyyətdə limon duzunu, 1 ədəd gümüşü rəngli falqa kağızı, 1 ədəd gümüşü rəngli siqaret kağızı, 1 ədəd ağ rəngli kağız bükümü və 1 ədəd şüşə kapsulanı da çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər açılıb içərisinə baxıldıqda, 2 ədəd ayrı-ayrı siqaretin gümüşü kağızlarında olan bükümlərin içərisində heroin olduğunu və 1 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan bükümdə metamfetamin olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və narkotik vasitələri tanımadığı şəxsdən almışdır. 27 aprel 2021-ci il tarixdə saat təxminən 07:00 radələrində evlərinin yaxınlığında «Eldar» adlı şəxsə məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1337A saylı evin qarşısından keçərkən daxmaya bənzər bir yerdə tikinti avadanlıqlarının olduğunu görüb, onları həmin yerdən götürərək getmişdir. Həmin yerdə cəmi bir dəfə olmuş və heç bir yaşayış sahəsinə daxil olmamışdır. Götürdüyü əşyaları Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 51-ci küçədə yerləşən və onun anası ilə birlikdə yaşadığı evin həyətində olan «motorxana» kimi istifadə etdikləri kiçik ölçülü tikilidə gizlədib saxlamışdır. Əməlindən peşmandır. Digər epizod üzrə isə özünü təqsirli bilmir. «Cavid» adlı şəxsə məxsus evə daxil olmamış və oradan heç nə oğurlamamışdır. Aslanı qonşu kimi tanıyır. Oğurluq hadisəsini onunla birlikdə törətməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə tanış deyil və onunla birlikdə heç bir oğurluqda iştirak etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. ünvan 6vanda dörd mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə təmir işləri aparıldığından, hazırda həmin evdə yaşayış yoxdur. 21 aprel 2021-ci il tarixdə saat təxminən 23 radələrində o, həmin evə gedib baxış keçirdikdən sonra evin və həyətin darvazasının qapısını bağlayıb getmişdir. 22 aprel 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində o, həmin evə getdikdə, ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin 1-ci mərtəbəsində olan qarajın nəfəslik pəncərəsindən evə qanunsuz daxil olub qarajdan 250 manat dəyərində 01 ədəd yerdağıdan alət, 60 manat dəyərində 01 ədəd laqunda və 80 manat dəyərində bir ədəd “Mercedes Benz” markalı avtomobilə aid hava yastığını, evin həyətindən isə 280 manat dəyərində işıq kabelini oğurlamaqla ona ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğdə maddi ziyan vurmuşdur. ünvan 3 fərdi yaşayış evi ona məxsusdur, həmin evdə eyni həyətdə onun arvadının ailə üzvlərinə məxsus olmuş digər bir ev inşa olunmuşdur, evlər inşa olunsa da, tam təmirləri başa çatmadığı üçün orada yaşayış yoxdur, lakin o, tez-tez həmin ünvana gedərək evləri yoxlayır, həyətdə olan bitkilərə qulluq edir, həmçinin evin təmirinə nəzarət edir. 21 aprel 2021-ci il tarixdə ona məxsus evdən oğurluq olduqdan sonra o, həmin tarixdən sonra hər gün evə gedib nəzarət etmişdir, həmçinin evdə quraşdırılmış bütün naqillər oğurlandığına görə oraya günəş işığına həsaas naqilsiz lampa alıb quraşdırmışdır ki, qaranlıqda içəri görünsün. 27 aprel 2021-ci il tarixdə o, axşam saat 18:00 radələrində qeyd olunan evə nəzarəti başa çatdırıb yaşadığı evə getmişdir. 28 aprel 2021-ci il tarixdə axşam saat 21 radələrində yenidən göstərilən evinə gedərkən evin giriş darvazasının açıq vəziyyətdə olduğunu görmüş, həmin anda evdən təkrarən oğurluq olmasından ehtiyat edib içəriyə daxil olmuşdur. 21 aprel 2021-ci il tarixdə ona məxsus evin birinci mərtəbəsində yerləşən qaraja nəfəslikdən daxil olunduğu üçün ilk öncə həmin nəfəsliyi yoxlamış, oraya müdaxilə olduğunu, lakin açılmadığını görmüş, daha sonra evin ətrafını dolanmış və arvadının ailə üzvlərinə məxsus olan digər evin ətrafına keçərkən orada hasarın dibində söykənilmiş taxta nərdivanın yerinin dəyişdirildiyini, zirzəmili evin birinci mərtəbəsinin pəncərəsinin açıldığını görmüşdür. Bundan sonra evdən oğurluq olduğuna əmin olaraq evə daxil olmadan, oradan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları ona məxsus evin həyətinə getmiş, evin qapısını onda olan açarla açıb içəriyə daxil olmuşlar, orada məlum olmuşdur ki, ona məxsus evdən oğurluq olduqdan sonra ehtiyat edib evin içərisinə yığdığı və ona məxsus olmuş 01 ədəd 120 manat dəyərində elektrikli qızdırıcının, 01 ədəd 400 manat dəyərində troslu liftin, 01 dəst yük (TİR) avtomobilinə aid 300 manat, 01 ədəd 50 manat və 01 ədəd 20 manat dəyərində ehtiyat hissəsinin, ümumi dəyəri 1.000 manat olan 07 ədəd rulon divar kağızının, hər birinin qiyməti 15 manat olan 02 ədəd 30 manat dəyərində qapı üçün cəftənin, 01 ədəd 06 manat dəyərində vintaçan alətin, 01 ədəd 500 manat dəyərində Tir tüfənginin, ümumi dəyəri 1.500 manat olan «Audi» markalı avtomobilə aid 01 dəst 20-lik ölçülü diski ilə birlikdə avtomobil təkərlərinin və ümumi dəyəri 700 manat olan elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4.626 (dörd min altı yüz iyirmi altı) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində fərdi qaydada binalarda və evlərdə rəngsaz ustası işləyərək ailəsni dolandırır. Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayından tanıyır, belə ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 39-cu küçədə yerləşən 1180 saylı fərdi yaşayış evində 2021-ci ilin fevral ayından etibarən usta işləməyə başlamışdır. Həmin vaxtdan sonra o, bazar günlərindən başqa hər gün səhər saat 09:00-09:30 radələrində işə getmiş və axşam saat 18:30-19:00 radələrində qapını bağlayıb öz evinə getmiş, həmin evdə hər gün işlədiyi üçün özünə məxsus təmir-tikinti alətlərini həmin evdə saxlamışdır. 27 aprel 2021-ci il tarixdə səhər saat 09:30 radələrində o, usta işlədiyi, Zərərçəkmiş şəxs2 məxsus evə getmiş, içəriyə daxil olduqdan sonra evin birinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmiş və oğurluq olduğunu müəyyən etmişlər. Bundan əlavə, evin bütün divarlarına quraşdırılmış elektrik naqilləri dartılaraq yerindən sökülmüş və hamısı oğurlanmış, ona görə də, o, evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxan pilləkənlərin altına yığıb saxladığı təmir-tikinti alətlərinin yerində olub-olmamasını yoxlamaq istədikdə, həmin alətlərin bəziləri tək və bəzilərinin qutusu ilə birlikdə oğurlandığını aşkar etmişdir. Həmin oğurluq zamanı Zərərçəkmiş şəxs2 məxsus evdən ona məxsus bir ədəd 220 manat dəyərində və bir ədəd 250 manat dəyərində «Bosch» markalı iki ədəd perferator, bir ədəd 150 manat dəyərində «Bosch» markalı laqunda, bir ədəd 100 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan sadə drel, bir ədəd 05 manat dəyərində ölçü vahidi metrə, bir ədəd 20 manat dəyərində metal zubil, hər birinin qiyməti 03 manat olan üç ədəd və qiyməti 08 manat olan bir ədəd malalar, hər birinin qiyməti 07 manat olan iki ədəd divar kağızı üçün qırmızı rəngli daraq, bir ədəd 03 manat dəyərində divar kağızı üçün bıçaq, bir ədəd 08 manat dəyərində boya üçün rollik, bir ədəd 05 manat dəyərində perferator üçün mikser, bir ədəd 05 manat dəyərində perferator üçün zubil, bir ədəd 04 manat dəyərində plastmass-metal qarışıqlı dərəcənin, o cümlədən ona məxsus bir ədəd 15 manat dəyərində göy rəngli uzunqol sviter, 20 manat dəyərində qara rəngli uzunqol köynək, bir ədəd 03 manat dəyərində gün üçün papaq (həsir papaq) və bir ədəd «Samsung» markalı mobil telefonlara aid 07 manat dəyərində enerji doldurma cihazının (adaptor) oğurlandığını aşkar etmişdir. O, bu barədə ev sahibi Zərərçəkmiş şəxs2 zəng edərək məlumat vermiş və Cavid hadisə yeri olan evinə gedib baxdıqdan və evdən özünə və ona məxsus əşyaların oğurlandığını aşkar etdikdən sonra bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir.Hadisə nəticəsində ona ümumilikdə 844 (səkkiz yüz qırx dörd) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur və ona qarşı ifadə verməkdən imtina edir. “Aslan” adlı şəxsi isə məhəllədə, evlərindən çox aralıda kirayədə yaşayan şəxs kimi tanımış və onu yaxınlıqdakı mağazanın qarşısında dəfələrlə görmüş, lakin həmin şəxs heç vaxt onların evində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin polis sahə rəisi polis mayoru Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci ildə iş yoldaşı , Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə xidməti avtomobillə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv 51-ci küçədə olan “Ayxan” marketin yaxınlığında əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 tək olaraq şübhəli vəziyyətdə dayandığını görüb ona yaxınlaşmışlar. Həmin vaxt onun hərəkətlərindən narkotik vasitədən istifadəsində şübhələndiklərinə görə onu xidməti avtomobillə 41-ci polis bölməsinə gətirmiş, bu barədə 41-ci Polis Bölməsinin rəisinin adına raportla müraciət etmişlər. 41-ci polis bölməsində təhqiqatçı Vüqar Əmirov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi üçün dəvət edilmiş vəkilin, onun və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vüqar Əmirov tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş əşyaların çıxarılaraq masanın üzərinə qoyması təkilf edilmiş, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarın qabaq sol cibindən 2 ədəd 10 manatlıq, 1 ədəd 05 manatlıq, 3 ədəd 01 manatlıq milli pul əskinasları, 01 ədəd qırmızı rəngli bükümdə saqqızı, əynindəki qara rəngli gödəkçənin sol qoltuq cibindən sellofan faylın içərisində 2 ədəd 1 qramlıq şpristləri, 2 ədəd alışqanı, 01 ədəd boş vəziyyətdə olan ətir qabını, gödəkçənin sağ cibindən 01 ədəd “Samsung A 1” markalı mobil telefonun, 01 ədəd Ədliyyə Nazirliynin icra və probasiya xidmətinə aid azadlığın məhdudlaşdırılmasına nəzarət vasitəsini çıxardıb masanın üzərinə qoymuş və daha sonra gödəkçənin sol cibində olan 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxartmışdır. Həmin siqaret qutusunun içərisindəki üzərində Kent yazısı olan istifadə etdiyi üçün ağzı açıq vəziyyətdə limon duzunu, 01 ədəd gümüzü rəngli falqa kağızı, 01 ədəd gümüşü rəngli siqaret kağızı, 01 ədəd ağ rəngli kağız bükümü və 01 ədəd şüşə kapsulam çıxardıb masanın üzərinə qoymuş, orada olan bükümlər açılıb içərisinə baxdıqda, 02 ədəd ayrı-ayrı siqaretin gümüşü kağızlarda olan bükümlərin içərisində heroin olduğunu və 01 ədəd ağ rəngli kağızda bükülmüş vəziyyətdə olan bükümdə olan maddənin metanfetamin olduğunu bildirmişdir. Daha sonra üzərində olan axtarış zamanı iş üçün sübut əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Həmin zaman üzərindən aşkar edilərək götürülmüş əşyala zərfə qoyularaq qablaşdırılmışdır. Oğurluq faktı üzrə daxil olmuş məlumat üzrə araşdırma aparılarkən kamera görüntülərində Hüsünün avtomobili göründüyündən ifadəsinin alınması üçün Polis Bölməsinə dəvət olunmuş və Polis Bölməsində törətdiyi əməli etiraf etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, heç bir maddi tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 39-cu Küçədə yerləşən 1180 saylı fərdi yaşayış evi ona məxsusdur, həmin evin təmiri tam başa çatmadığı üçün orada yaşayış yoxdur, lakin o, tez-tez həmin evə gedib yoxlayıram, həmçinin evin təmirinə nəzarət edir. 27 aprel 2021-ci il tarixdə ona məxsus evdə təmir işləri ilə məşğul olan «Nurlan» adlı usta ona zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Həmin gün saat təxminən 11-12 radələrində o, yuxarıda göstərilən ünvanda yerləşən evinə gedərkən müəyyən etmişdir ki, evin arxa tərəfindən olan plastik pəncərəsinin üzərində zədələnmə, yəni kənar müdaxilə izləri olmuşdur. Sonra o, evin içərisinə daxil olduqda, hər iki mərtəbəyə yeni quraşdırılmış təxminən 2.000 (iki min) manat dəyərində elektrik naqillərinin divardan tamamilə söküldüyünü və oğurlandığım müəyyən etmişdir. Bundan başqa, evin ustalarına məxsus təmir alətləri də oğurlanmışdır. Lakin bu barədə onda dəqiq məlumat olmamışdır. Bundan sonra o, evindən oğurluq olması barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edib məlumat vermiş və polis əməkdaşları onun evinə gedərək hadisə yerinin müayinəsi aparmışlar, sonra isə o, bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2.000 (iki min) manat məbləğdə maddi ziyan dəymişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə, istintaqı aprılmışdır. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv Yaşıl küçədə yerləşən fərdi yaşayış evidir. Evin kənarı daş hasarla hasarlanmışdır. Həyətə girmək üçün dəmir darvaza vardır. Həyətə və evə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər evdən və həyətdən 01 ədəd işıq kabeli, 01 ədəd yer- dağıdan alət, 01 ədəd laqunda və 01 ədəd «Mercedes Benz» markalı avtomobilə aid hava yastığını gizli olaraq oğurlamışdır. Həmin ev Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə yerinin müayinəsi zamanı heç bir əhəmiyyət kəsb edən əlbarmaq izi aşkar edilmədi. Hadisə yerinin şəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 aprel 2021-ci il tarixdə saat 03:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi 39-cu küçədə yerləşən 1082 saylı həyət evidir. Hadisə zamanı həyət evinin pəncərəsindən evə daxil olmaqla orada saxlanılan naqillər və elektrik cihazları gizli olaraq talanmaqla oğurlanmışdır. Hadisə yerinin müayinəsi zamanı əhəmiyyət kəsb edən hər hansı bir dəlil aşkar edilmədi. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi , ev 1337 A-da yerləşən yarım tikilidir. Hadisə zamanı həyət evinin pəncərəsindən evə daxil olmaqla orada saxlanılan əşyalar gizli olaraq talanmaqla oğurlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “əməlin tövsif edilməsi” haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli "Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv 51-ci küçə nömrəsiz fərdi evdə baxış keçirilmişdir. Baxış zamanı həmin evin mühərrik yerləşən tikilisindən bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 Nəli 30 sm ölçülü divar kağızı, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), bir ədəd «Pusello» markalı elektrikli perferator, bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, «290X7» modelli vintaçan alət, bir ədəd tikinti aləti olan mikserin qaşığı, beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA- GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860-530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, bir ədəd zubil və dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərlər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 №-li 30 sm ölçülü divar kağızı, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA-GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860- 530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, bir ədəd zubil və “Audi” markalı avtomobilə aid olan dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərlər bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, «290X7» modelli vintaçan alət, bir ədəd tikinti aləti olan mikserin qaşığı Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 Nə-li 30 sm ölçülü divar kağızı, «290X7» modelli vintaçan alət, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA-GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860-530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, “Audi” markalı avtomobilə aid olan dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərləri tanıyaraq, özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi , ev 1337 A-da yerləşən evin qarajından oğurlandığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 №-li 30 sm ölçülü divar kağızı, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA-GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860- 530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, bir ədəd zubil və “Audi” markalı avtomobilə aid olan dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərlər bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, «290X7» modelli vintaçan alət, bir ədəd tikinti aləti olan mikserin qaşığı Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 bir ədəd zubil, bir ədəd elektrikli perferator, bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, bir ədəd tikinti aləti olan mikserin qaşığını tanıyaraq, özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi 39-cu küçədə yerləşən 1180 saylı evdən oğurlandığını bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 №-li 30 sm ölçülü divar kağızı, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA-GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860- 530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, bir ədəd zubil və “Audi” markalı avtomobilə aid olan dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərlər bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, «290X7» modelli vintaçan alət, bir ədəd tikinti aləti olan mikserin qaşığı Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 həmin əşyalardan heç birini tanımamış və ona məxsus elektrik kabelinin həmin əşyaların içərisində olmadığını bildirmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 01 may 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 01 may 2021-ci il tarixli, 1(009)-263/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs1 tutulduğu andan, yəni 30 aprel 2021ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 01 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi ifadələri hadisə yerlərində əyani şəkildə göstərərək tam təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan 24 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 mart 2021-ci il tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 24 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə 41-ci Polis Bölməsində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək video-çəkilişlə şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki paltarların cibindən şəxsi əşyalarından başqa, qara rəngli dəri gödəkçəsinin sol cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən limon duzu paketi, 01 ədəd gümüşü rəngli falqa kağızı, 01 ədəd gümüşü rəngli siqaret kağızı, 01 ədəd ağ rəngli kağız büküm və 01 ədəd şüşə kapsul aşkar olunmuş, kağız bükümlər açıldıqda, içərisindən ayrı-ayrılıqda gümüşü kağız bükümlərin içərisində tünd qəhvəyi rəngli toz halında, narkotik vasitə heroinə bənzər kütlə, ağ rəngli kağız bükümün içərisində isə şəffaf rəngli şüşə qırıntıları formasında narkotik vasitə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın davamı zamanı Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümlər, 01 ədəd şübhəli şəxsin “limon duzu” olduğunu bildirdiyi paket və 01 ədəd şüşə kapsul qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 28 manat 50 qəpik pul və 01 ədəd təsbeh ona geri qaytarılmışdır. İş materiallarında olan 25 mart 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 04 may 2021-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatada birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham edilməsi barədə ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham edilməsi barədə ********* nömrəli cinayət işi ilə eyni icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 25 mart 2021-ci il tarixli, 6/1171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 239” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən ...” və s. yazılar olan zərfdəki 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,605 qram; 0,052 qram; ümumi təmiz çəkiləri 0,657 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,012 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “Kent... limonnaya kislota” yazısı olan 01 ədəd paketdəki şəffaf kristalşəkilli maddə limon turşusudur; 01 ədəd baş hissəsi sınıq ampulda heroinin izləri vardır və heroin iz miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına “Siyahı İ) daxildir. Limon turşusu nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Tədqiqatın dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 25 mart 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən bir ədəd şprisdə 0.2 ml həcmində məhlul təqdim edilmiş, limonnaya kislota” paketində 9.870 qr ağ rəngli limon turşusuna bənzər kütlə, 01 ədəd qırıq ampulda qəhvəyi izlər, 01 ədəd bükümdə 0,605 qram qəhvəyi rəngli kütlə, 01 ədəd gümüşü kağız bükümdə 0,052 qram qəhvəyi rəngli kütlə, 01 ədəd kağız bükümdə 0,012 qram ağ rəngli kristal kütlə təqdim edilmiş, 0,012 qram kütlədən 0.01 qram nümunə götürülmüş, 0,002 qram geri qaytarılmış, 0.657 qramdan 0.08 qram nümunə götürülmüş, 0,577 qram geri qaytarılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 26 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 26 mart 2021-ci il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bakı Şəhər Səbail rayon məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2021-ci il tarixli, 988 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa təqdim edilmiş diskdə bir ədəd 88.52 MB yaddaşlı, “WhatsApp Video 2021-03- 25 at 09.55.43.mp4” adlı videofayl yerləşir. Videofayl qapalı, otaq şəraitində lentə alınmışdır, 12 dəqiqə 24 saniyə davam edir. Videogörüntü özünü 41- ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Əmirov kimi təqdim edən, xidməti polis geyimində olan bir nəfər şəxsin, Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 24 mart 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 25-ci küçədə yerləşən “Ayxan” marketin qarşısında 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, üzərində narkotik vasitələrin saxlanılmasında şübhəli bilərək 41-ci Polis Bölməsinə gətirmələri, həmin faktın yoxlanılması ilə əlaqədar olaraq, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış istintaq hərəkəti keçirildiyi bildirməsi ilə başlanılır. Təhqiqatçı tərəfindən, şəxsi axtarışda 41-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru Şahid2, həmin Bölmənin sahə rəisi polis mayoru Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs1 dövlət tərəfindən təmin olunmuş vəkili İslam Ağaye-vin iştirak etdikləri elan olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqları və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1, üzərində qeyri-qanuni nə varsa, təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs1 ilk olaraq sağ əlini əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibinə salıb, cibindən “Samsung” makalı mobil telefon, göy rəngli cins şalvarının sol yan cibnidən pul əskinazları, qırmızı qutulu saqqız, gödəkçəsinin sol yan cibindən sellofan paket - üzərində “Kent” yazısı olan siqaret qutusu və gödəkçəsinin daxili sol döş ciöindən bir ədəd şəffaf sellofan paketi çıxararaq masanın üzərinə qoyur. Sonra təhqiqatçı tərəfindən əvvəlcə üzərində “Kent” yazısı olan siqaret qutusu açıldıqda, daxilində bir ədəd sarı-qarışıq rəngli paket, iki ədəd siqarettin gümüşü kağızlarında bükümlər və boş ampula aşkar olunur, üzərində “Kent” yazısı olan paket açılır, içərisində ağ rəngli limon duzu kimi təqdim etdiyi kristal şəkilli, şüşə qırıntılarına oxşar maddələrin olması müşahidə olunur. Sınmış vəziyyətdə olan boş ampulanın nə olduğu və nə üçün istifadə etdiyi Təqsirləndirilən şəxs1 soruşulduqda, o, “kakos” kimi adlandırdığı narkotik vasitə üçün istifadə etdiyini bildirir. Sonra təhqiqatçı tərəfindən siqaretin gümüşü kağızlarında iki ədəd bükülü açılır, içərisində qəhvəyi rəngli kütlələr olması müəyyən edilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş şifahi sorğu-suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bükümlərin içərisində olan kütlələri narkotik vasitə “kakos” adlandırır və onları “şəhərdən” əldə etdiyini bildirir. Digər ağ rəngli kağız paket təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli, şüşə qırıntılarına bənzər maddələrin olması müşahidə olunur. Həmin maddənin nə olması barədə təhqiqatçının sualına cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirir ki, həmin maddə “antivitamin”dir, yəni metamfetamindir. Təhqiqatçı tərəfindən şəffaf paketin içərisindən 01 ədəd Ədliyyə Nazirliyinin İcra və Probasiya xidmətinə aid azadlığın məhdudlaşdırılmasına nəzarət vasitəsini (cihazı), iki ədəd şprist, bir ədəd boş ətir qutusu və iki ədəd alışqan aşkar olunaraq çıxarıldı. Təqsirləndirilən şəxs1 suallara cavab olaraq, həmin şpristlərin özünə məxsus olduğunu, narkotik vasitəni inyeksiya yolu ilə istifadə etdiyini bildirir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilir, lakin sonuncunun üzərindən təsbeh və 50 qəpik pul vahidindən başqa, istintaq əhəmiyyəti kəsb edən heç bir əşya, maddə və ya predmet, həmçinin bədən səthində heç bir xəsarət və ya xəsarət izi aşkar olunmur. Sağ ayağının biləkliyində azadlığının məhdudlaşdırılması ilə bağlı cihaz bağlanılması müəyyən edilir. Şifahi sorğu-suallara cavab olaraq, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş “kakos” kimi təqdim etdiyi maddələri özünün istifadəsi üçün ayırdığını, narkotik vasitələri çoxdan istifadə etmədiyini, narkotik vasitələrin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddələr boş zərfdə qablaşdırılır, maddələrin eksperriza tədqiqatına göndəriləcəyi bildirilir. Sonra zərfin üzərində əlyazma qeydlər aparılır, zərf möhürlənir, hər bir iştirakçı tərəfindən şüböhəli şəxsin üzərində şəxsi axtarış aparılmasına etiraz, şikayət və ya vəsatətin olub-olmaması barədə “Xeyr” - cavabı alındıqdan sonra, həmin zərfin üzərinə imzalar çəkilir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(009)-86/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 06 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması ilə kifayətlənilmiş və digər qətimkan tədbirinin seçilməsi zərurəti istisna edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1982-ci ildə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2: 1) Səbail Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin 06.03.2014-cü il tarixli qərarına əsasən 11( onmbir) ay, 16 (on altı) gün vaxtından əvvəl şərti azad edilmişdir. 2) Salyan Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 avqust 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. 3) 30.07.2020-ci il tarixdə Səbail RPİ İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 19.09.2020-ci il tarixdə iş məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-86/2021 saylı 02 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli, 9/3322 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə vəziyyətdə və istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti - 01 ədəd “Mercedes” markalı avtomobilə aid hava yastığı (airbag) 80 (səksən) manat, 01 top ağ rəngli elektrik kabeli təzə vəziyyətdə 10 (on) manat, 01 ədəd “Bosch” markalı, “GBH 2-26DRE” model, orta ölçülü perforator 80 (səksən) manat, 01 ədəd “Pusello” markalı, orta ölçülü perforator 70 (yetmiş) manat, 01 ədəd tikinti aləti olan mikser qaşığı 3 (üç) manat, 01 ədəd zubil 3 (üç) manat, 01 ədəd “X4 Cab 4.5 mm H-71434” markalı tüfəng 80 (səksən) manat, 01 ədəd Türkiyə istehsalı, 3000 W-luq “Luxell bu Kumtel” markalı elektrikli hava qızdırıcısı 40 (qırx) manat, 01 ədəd “Rasch” markalı 214406 seriyalı, 7 N°-li 30 sm ölçülü divar kağızı təzə vəziyyətdə 40 (qırx) manat, 01 ədəd “Denzel” markalı “PA- 500A” modelli yükdartan mühərrik (lift) 150 (yüz əlli) manat, 01 dəst - 02 ədəd “Braga Toilet” markalı qapı cəftəsi dəsti təzə vəziyyətdə 180 (yüz səksən) manat, 01 ədəd qırmızı rəngli, “290X7” modelli vintaçan alət 03 (üç) manat, hər birinin qiyməti 10 (on) manat olan 02 ədəd “PBT+ASA-GF20” markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası 20 (iyirmi) manat, hər birinin qiyməti 60 (altmış) manat olan 05 ədəd “Man” markalı, yük avtomobilə aid spiral kabelləri 300 (üç yüz) manat, 01 ədəd “AYS” markalı “803860-530” modelli yük avtomobilinin tənzimləyicisi 10 (on) manat və 01 dəst - 04 ədəd Almaniya istehsalı olan “Motec” markalı disk-təkər (üzərində “Grand TR WTNL” yazıları olan, 275/45R20 ölçülü təkər) 1.000 (bir min) manat, ümumi dəyəri təxminən 2069,0 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli “İfadənin yerində yoxlanmasından imtina edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 artıq istintaqa törətdiyi bütün hadisələr barədə məlumat verdiyini bildirərək ifadənin yerində yoxlanması istintaq hərəkətinin keçirilməsində iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 21.06.2021-ci il tarixli ərizəsindən görünür ki, hadisə nəticəsində ona dəymiş maddi ziyanla bağlı heç bir şikayəti və maddi tələbi yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 bir ədəd «X4 Cab 4.5 mm H- 71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406-7 Nə-li 30 sm ölçülü divar kağızı, «290X7» modelli vintaçan alət, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA-GF20» markalı, 651.02.000.00 modelli yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860-530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, “Audi” markalı avtomobilə aid olan dörd ədəd ağ-gümüşü rəngli diskləri olan “Grand TR WTNL” markalı təkərləri saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 bir ədəd zubil, bir ədəd elektrikli perferator, bir ədəd «Bocsh» markalı elektrikli perferator, bir ədəd qırmızı rəngli, bir ədəd tikinti aləti olan mikserin qaşığını saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 08 sentyabr 2021-ci il tarixli 21-1/198861-15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs1 məhkəmə hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilmədiyini və oğurluq etmədiyini bildirsə də, şahid və zərərçəkmiş şəxsin ifadələri, həmçinin özlərinin istintaqa verdiyi əvvəlki ifadələrində və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(009)-15/202 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün təşkil edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(009)-15/2021 saylı hökmü ilə təyin edilmiş, çəkilməmiş 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 cəza təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1nın həbsdə saxlanıldığı 24.03.2021-ci il tarixdən 26.03.2021-ci il tarixədək, yəni cəmi 02 (iki) gün həbsdə olma müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-86/2021 saylı 02 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 21 aprel 2021-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-86/2021 saylı 02 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CMnın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-86/2021 saylı 02 iyul 2021-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,577 qram heroin, 0,002 qram metamfetamin və 01 ədəd şüşə kapsul hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - bir ədəd «X4 Cab 4.5 mm H-71434» markalı tüfəng, bir ədəd «Luxell by Kumtel» markalı elektrikli hava qızdırıcısı, bir ədəd «Rasch» markalı 214406 -7 N°-li 30 sm ölçülü divar kağızı, bir ədəd qırmızı rəngli, «290X7» modelli vintaçan alət, bir ədəd «Denzel» markalı «PA-500A» modelli yükdartan mühərrik (lift), iki ədəd «Braga Toilet» markalı qapı cəftəsi dəsti, bir ədəd «Mercedes» markalı avtomobilə aid hava yastığı (airbag), beş ədəd «Man» markalı, yük avtomobilə aid spiral kabelləri, iki ədəd «PBT+ASA- GF20» markalı yük avtomobilinin duman farası, bir ədəd «AYS» markalı «803860-530» modelli yük avtomobilinin tənzimləyicisi, bir rulon ağ rəngli elektrik kabeli, “Audi” markalı avtomobilə aid dörd ədəd ağ-gümüşü rəngli disklərlə “Grand TR WTNL” markalı təkərlərin qəbzlə iş üzrə Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar - bir ədəd zubil, bir ədəd elektrikli perforator, bir ədəd «Bocsh» markalı elektrikli perforator və bir ədəd tikinti aləti olan mikserin qaşığı qəbzlə Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 159.90 (yüz əlli doqquz manat doxsan qəpik) manatın 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs2, 134.90 (bir yüz otuz dörd manat doxsan qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(009)-15/2021 saylı hökmü ilə təyin edilmiş, çəkilməmiş 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 06 (altı) ay, 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 3 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 24.03.2021-ci il tarixdən 26.03.2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(009)-86/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,577 qram heroin, 0,002 qram metamfetamin və 01 ədəd şüşə kapsul hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –159.90 (yüz əlli doqquz manat doxsan qəpik) manatın 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs2, 134.90 (bir yüz otuz dörd manat doxsan qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindənBakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindənBakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-197/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-197/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver