Məhkəmə qərarları › İş №1(009)-197/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-197/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-197/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Sərdar oğlunun iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qubadlı rayonun, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, evli, orta təhsilli, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan və Bakı şəhəri,Səbail rayonu, G.Əliyev küçəsi, ev 4-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Sərdar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 05 yanvar 2023-ci il tarixdə səhər saat 10 radələrində, ünvan 1 ünvanda yerləşən evin giriş qapısının asma qıfılını əli ilə dartıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, evdə saxlanılan və Zərərçəkmiş şəxs məxsus qonaq otağındakı asma rəfin üzərində qoyulmuş qabın içərisində saxlanılan 450 manat nağd pulunu, həmin otaqda divarda asılmış bir ədəd 300 manat dəyərindəki “LG” markalı plazma televizorunu, evin dəhlizində qoyulmuş bir ədəd 160 manat dəyərindəki “Dəmirçioğlu” markalı su qızdırıcısını, bir ədəd 80 manat dəyərindəki laqondanı və bir ədəd 40 manat dəyərindəki kiçik həcmli drelini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1.030 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən,özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 yanvar 2023-ci il tarixdə səhər saat 11 radələrində, ünvan 2 ünvandakı həyət yanı sahəsində yerləşən anbarın giriş qapısının asma qıfılını əli ilə dartıb açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla, orada qoyulmuş dörd ədəd yeşiyə yığılmış Zərərçəkmiş şəxs məxsus 850 manat dəyərində bir dəst 12 predmet “Madonna” böyük həcmli nahar servizini, 600 manat dəyərində bir dəst 12 predmet “Madonna” orta həcmli servizini və 400 manat dəyərində bir dəst billur çay servizini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1.850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,257qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 11 fevral 2023-cü il tarixdə,saat 12:10 radələrində, o, ünvan 3 ünvanın qarşısında, Bakı şəhəri, Səbail RPl-nin 8-ci PB-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılıb, ünvan 5 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPl-nin 8-ci PB-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlarının birində, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, həmin bir ədəd bükümdə təmiz çəkisi 0,257 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sərdar oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 4 saylı həyət evində yaşayır, əvvəllər yəni 2021-ci ildə oğurluq etdiyinə görə məhkum olunmuş və 2022-ci ilin oktyabr ayında,cəzasının sonu ilə həbsdən azad olunmuş, rəsmi heç bir yerdə işləmir, hərdən fərdi olaraq fəhləlik edir. Onun yaşadığı evin qonşuluğunda Elman adlı şəxs qızı Zeynəbin ailəsi ilə birlikdə yaşayır. O, Elman gilin hər gün səhər evdən işə getmələrini və axşam 18-19 radələrində evlərinə dönmələrini bildiyindən və xərcləməyə pulu olmadığından Elmanın evindən oğurluq etmək qərarına gəlmişdir. 05 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində, qonşu Elmanın və ailəsinin evdə olmadığını bildiyi üçün o,tək həyətləri arasında olan hasarı aşaraq Elmanın həyətinə keçmiş,orada yerləşən bir mərtəbəli həyət evinin girişindəki taxta qapının asma qıfılını əli ilə dartıb açaraq içərisinə daxil olmuş,orada qonaq otağında divarda asılmış bir ədəd orta ölçülü “LG”marklalı televizoru,evin dəhlizdə qoyulmuş bir ədəd su qızdırıcısını və yanında qoyulmuş bir ədəd balaca həcmli drel aparatını götürüb evdən bayıra çıxmış,həyətə daxil olduğu divardan aşıb öz həyətinə keçmiş,oğurladığı əşyaları da özü ilə keçirmişdir.Sonra o,su qızdırıcını və direli aparıb evinin yaxınlığındakı qamışlıqda əvvəlcə qızdırıcını söküb içərisindəki mis detallarını çıxartmış,kiçik həcmli drel işləmədiyi üçün sökmüş,lakin içerisindən dəyərli metal çıxmadığından ele qamışlıqda atmışdır.Sonra o,su qızdırıcının içərisindən çıxartdığı metal qırıntılarını götürüb 20-si sahədə yerləşən metal qəbulu məntəqəsinə aparıb təhvil verib çəmi 13manat pul almışdır.Bundan sonra evində qoyduğu oğurluq televizoru aparıb qonşuluqda yerləşən mağaza işləyən sifətdən tanıdığı qadın satıcıya pula ehtiyacı olduğundan, özünə məxsus olduğunu bildirə¬rək 100manata satmışdır.Sonra əldə etdiyi cəmi 113 manat pulu özü üçün xərcləmişdir. O, həmin mağazaçının televizor almaq istədiyini tanışı Davud ona demiş və mağazaçının yerini polis əməkdaşlarına göstərmişdir. O, Davuda da televizorun özünə məxsus olmasını dediyindən, sonuncu televizorun oğurluq olmasını bilməmişdir. Sonra 11 yanvar 2023-cü il tarixdə Səbail RPl-nin 8-ci PBnin əməkdaşları onu polis bölməsinə dəvət edib qonşu Elmanın evindən baş vermiş oğurluqla bağlı söhbətlər apararkən, o, səmimi etiraf edib, Elmanın evindən televizoru oğurladığını etiraf edib polis əməkdaşlarına təqdim etmişdir. O, oğurluğu tək törətməsini, Elmanın evindən yalnız bir ədəd “LG” markalı televizor,bir ədəd su qızdırıcısı və bir ədəd kiçik həcmli dreli oğurlamasını, həmin evdən pul götürməməsini, Elman və qızı Zeynəbin hansı səbəbə evdən əlavə 450 manat pul oğurlanmasını göstərmələrini o, bilməmişdir. Bundan başqa, 18 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrində yenə yaşadığı evdə tək olarkən,yenə qonşu Elmanın ailəsinin evdə olmadığını görüb həyətlərinə keçmiş,həyətdə taxta qapısı olan anbarın asma qıfılını əlilə dartıb açmış və həmin anbarın içərisinə baxdıqda dörd ədəd kəndirlə bağlanmış yeşiyin olmasını görmüşdür. O, həmin yeşiyin içinə baxdıqda serviz qablar olmasını görüb pula gedəcəyini fikirləşmişdir. O, həmin dörd ədəd içərisində serviz olan yeşikləri daşıyıb hasardan öz həyətinə keçirmiş,sonra markasına və nömrəsinə fikir vermədiyi göy rəngli taksi avtomobili aparıb, Bayıl bazarı adlanan ərazidə, serviz olan yeşikləri yol kənarında qoyub, təxminən 1-2 saat içərisində tanımadığı orta yaşlı qadın alıcıya özünə məxsus olmasını bildirərək, hamısını bir yerdən 180 manata satmış, əldə etdiyi pulu isə sonralar özü üçün xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Sərdar oğlu bildirmişdir ki, təxminən 7-8 il olar ki, narkotik vasitə olan “kokos” çəkərək qəbul edir, qəbul etdiyi narkotik vasitələri isə tanımadığı şəxslərdən alıb tək qəbul etmişdir. Lakin saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirmişdir. Odur ki, narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamı qəbul etmir. Təqsirləndirilən şəxs Sərdar oğlu məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsində təxminən 7-8 il olar ki,narkotik vasitə olan “kokos” çəkərək qəbul etməsini, qəbul etdiyi narkotik vasitələri isə tanımadığı şəxslərdən alıb tək qəbul etməsini, 11 fevral 2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün “kokos”adlanan narkotik vasitənin bir ədəd büküm heroin almasını,həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarının cibində, sonralar çəkərək qəbul etməsi üçün saxlamasını,11 fevral 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri,Səbail rayonu, Gülbala Əliyev küçəsi 4 saylı evinin qarşısında olduğu zaman, bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları olmalarını bildirmələrini,ona narkotik vasitələri üzərində saxlamaqla daşımaqda şübhə edilməsini bildirərək, onu 8-ci PB-nə dəvət etmələrini,o,da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməsini,orada özünü təqdim edib anket məlumatlarını bildirməsini.sonra PB-də ona hüquq və vəzifələri izah edilərən,hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilib təqdim etdilməsini,müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla şəxsi axtarışa başlamazdan əvvəl, ona üzərində qeyri-qanuni əşya və ya narkotik vasitələr varsa təqdim etməsi təklif edilməsini, o, də artıq ifşa olunmasını başa düşüb, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb masa üzərinə qoyaraq təqdim etməsini,polis əməkdaşı təqdim etdiyi bükümü açaraq içərisində nə olmasını soruşarkən, o, büküm içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitənin bükümünü həmin günü səhər saatlarında tanımadığı şəxsdən xatırlamadığı telefon nömrəsi ilə əlaqə saxlayıb 25 manata müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirməsini bildirməsini, polis əməkdaşı üzərində əlavə axtarış aparmasını,lakin üzərində başqa hər hansı bir əşya aşkar edilməməsini, polis əməkdaşı təqdim etdiyi bir ədəd bükümü bir ədəd boş zərfə qoyub möhürləməsini, həmin zərf o, baxışda iştirak edən müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmasını,polis əməkdaşı üzərində keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib etməsini, həmin protokol ucadan oxunduqdan sonra düzgünlüyünü o, müdafiəçisi və polis əməkdaşları imza etməsini, etmiş olduğu cinayət əməllərindən səmimi peşman olmasını göstərmşdir. Təqsirləndirilən şəxs Sərdar oğlu son sözündə oğurluq cinayəti hissəsində əməlindən səmimi peşman olduğunun, ailəli olmasının, himayəsində 2 azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının həmçinin ona verilmiş narkotik ittihamını qəbul etmədiyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda rəsmi pasport qeydiyyatında olmaqla ailə üzvləri və atası Şahid1la birlikdə yaşayır,onunla bir həyətdə olan atasının iki otaqlı evi ayrı olsa da,həmin ev eyni zamanda övladı kimi ona aiddir.O, atası Şahid1la birlikdə ünvan 9-də fəhlə işləyir,hər ikisi birlikdə səhər saat 09 radələrində işə gedib axşam saat 20 radələrində evə dönürlər. 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində,atası Elman ona zəng edərək,yaşadığı evə oğru girməsini evdən müxtəlif məişət əşyalarının oğurlanmasını bildirmiş,o,tələsik evə gəldikdə ev əşyalarının səliqəliyi dağınıq hala salınmasını görmüş,atası ona evin giriş qapısının asma qıfılı bağlı olsa da,evin içərisi dağınıq hala salındığını bildirmişdir.Baş vermiş hadisədən atası həyacan keçirdiyindən halı pisləşmiş və bu zaman o,elə başa düşmüş ki,atası evə gəldikdə oğru ilə qarşı-qarşıya çıxmış və oğurluq edən şəxs atasını vurub qaçaraq getmiş,bu səbəbdən o,DlN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat verərək,oğurluq edən şəxsin atasını vurub qaçmasını,evdən 450 manat nağd pul və bir ədəd televizorun oğurlanması bildirmişdim.Sonra isə atası Elman özünə gəldikdə, heç bir kəs tərəfindən vurmamasını və evdən oğurluq edən şəxsi görməməsini bildirdikdə,o,da əvvəl verdiyi yalnış məlumatı düzəltmək üçün təkrar DİN “102” xidmətinə zəng edib doğrusunu, yəni atasını evinə oğurluğa girən şəxs tərəfindən vurmamasını bildirmişdir.Sonra polis əməkdaşları gəlib hadisə yerinə yəni evə baxış keçirərkən,atası özünü pis hiss etdiyindən oğurluq barədə 8-ci PB-nə şikayət ərizəni və oğurluq barədə izahatı o,vermişdir. Atası Elmanın yaşadığı evdən oğur¬lanmış 450 manat pulu o,atasına evdə müəyyən təmir işlər aparması üçün verməsini,atasının əmlakı eyni zamanda onun əmlakı hesab olunduğundan,evdən oğurluq barədə polisə şikayət verməsindən və zərərçəkmiş şəxs kimi onu tanınmasına atası Şahid1 etiraz etməməsini, əksinə oğurluqla bağlı hüquq mühafizə orqanlarda onun iştirak etməsini istəməsini, oğurluq nəticəsində evdə,qonaq otağında divara bərkidilmiş bir ədəd 610 manat dəyərində “LG” markalı plazma televizor divardan sökülərək idarə etmə pultu ilə birlikdə, həmin otaqda divarda asma rəfdə qoyulmuş qabın içərisində olan 450 manat nağd pulun, evin dəhlizdə qoyulmuş təzə və yeşiyin işərisində olan,işlənməmiş və yeşiyindən çıxarılaraq aparılmış bir ədəd 160 manat dəyərində “Dəmirçioğlu" markalı su qızdırıcısı,bir ədəd 40 manat dəyərində kiçik ölçülü drel və dəyəri 80 manat təzə vəziyyətdə olan bir ədəd laqonda oğurlanmasını,oğurluq nəticəsində cəmi 1340 manat maddi ziyan dəyməsini.həmin oğurluğu etmiş şəxs və ya şəxslərin tapılıb məsuliyyətə cəlb olunmasını, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir.Bundan başqa, 18 yanvar 2023- ci il tarixdə,saat 18 radələrində,o,tək yaşadığı ünvan 8 ünvandakı evinə gəlib,həyətdən evinə daxil olmaq istəyərkən,evin yan tərəfindəki anbarın taxta qapısının asma qızılı qırıq vəziyyətdə,qapısı isə açıq olmasını görüb içərisinə baxdıqda,orada saxladığı özünə məxsus və xx.xx.2023cü il tarixdə,anbara baxarkən orada olmasını gördüyü dörd ədəd kardon yeşiyə yığılmış,850manat dəyərində bir dəst 12 predmet “Madonna” böyük həcmli nahar servizini,600 manat dəyərində bir dəst 12 predmet “Madonna” orta həcmli servizini və 400 manat dəyərində bir dəst billur çay servizini,cəmi 1.850 manat dəyərində əmlakı yerində olmadığını.oğurlanmasını aşkar edib,evindən və həyətindən daimi oğurluq edən qonşusu Təqsirləndirilən şəxs və sonuncunun tanışı Davud adlı şəxsdən həmin oğurluğu törətməkdə şübhə etməsi barədə DİN-nin “102”-ə məlumat vermişdir Həmçinin sonda Zərərçəkmiş şəxs, ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi pasport qeydiyyatında Zəngilan rayonun Həkəri dayanacağında olsada,1993-cü ildə qaçqın düşdüyü dövrdən faktiki olaraq ünvan 7 ünvanda yaşayır,arvadı Mirvari 2011-ci ildə vəfat edib,o,ünvan 9-də fəhlə işləyir.Onun evinin həyətində qızı Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə yaşayır,eyni zamanda Zeynəb də onunla bir MİS-də xadimə işləyir.O.hər gün səhər saat 09 radələrində işə gedib axşam saat 20 radələrində evə dönür.05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində,yaşadığı evə dönüb evin girişdəki taxta qapının asma qıfılını açıb içəri daxil olduqda,evin içərisindəki əşyalar dağınıq hala salındığını görüb halı pisləşmiş, evdən oğurluq olmasını başa düşmüş,çünki evin qonaq otağında divara bərkidilmiş bir ədəd “LG” televizor yerində olmamış,eyni zamanda o,evdə qonaq otağında divara bərkidilmiş asma rəfdəki qabın içərisinə qoyduğu 450 manat nağd pula baxdıqda yerində tapmamışdır.O,dərhal qızı Zeynəbə zəng edib oğurluq barədə məlumat verərək evə çağırmışdır.Bir neçə dəqiqədən Zeynəb evə gəlmiş,müəyyən vaxtdan onun halı düzəlmiş, Zeynəb isə əvvəlcə elə başa düşdü ki,o,evə dönərkən oğru ilə qarşı-qarşıya gəlmiş və oğru onu vurub qaçdığından bu hala düşmüşdür. O.isə Zeynəbə evin vəziyyətini görüb,baş vermiş oğurluqdan halı pisləşməsini,onu həç kəs vurmamasını demişdir.Sonra Zeynəbin çağırışı ilə evə polis əməkdaşları gəlib baxış keçirməsini,onun halı pis olduğundan polisə oğurluqla bağlı ərizə və izahatı qızı Zeynəb verməsini,qızı ilə birlikdə evə baxarkən oğurlanmış televizor və nağd puldan başqa,evin dəhlizində qoyulmuş bir ədəd təzə vəziyyətdə olan su qızdırıcısı,bir ədəd kiçik ölçülü direl və bir ədəd laqonda oğurlanmasını aşkar etməsini,evdən baş vermiş oğurluq nəticəsində ona cəmi 1340 manat maddi zərər dəyməsini.həmin oğurluq faktı ilə əlaqədar qızı Zərərçəkmiş şəxs zərəçəkmiş kimi tanınmasına və istintaqda zərərçəkmiş kimi iştirakına etiraz etməməsini,oğurlanmış əşyaların ümumi siyahısını və dəyərini qızı Zeynəb tərəfindən ifadəsində qeyd edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, faktiki olaraq ünvan 10 ünvanında kirayədə yaşayır, rəsmi heç bir yerdə işləmir,fərdi əməklə məşğul olur,kirayədə yaşadığı evin yaxınlığında yerləşən köşkdə “peraşki” və “qutab” bişirib satışı ilə məşğul olur.2023-cu ilinin yanvar ayının əvvəllərində,dəqiq tarixi xatırlamadığı günü,saat təxminən 15 radələrində o,işlədiyi köşkdə olduğu zaman,oraya əvvəllər tanımadığı bir nəfər cavan oğlan gəlib,əlində gətirdiyi orta ölçüdə “LG” markalı plazma televizoru ona göstərək özünə məxsus olmasını və satmaq istədiyini bildirmişdir.O,həmin şəxsdən nəyə görə televizoru satdığını soruşduqda.həmin şəxs pula ehtiyacı olduğundan satmasını bildirmiş,o,neçəyə satmaq istədiyini soruşduqda.həmin şəxs 120 manata satdığını, televizorun sənədi və qutusu da evdə olmasını,əgər istəyirsə sənədi ilə qutusunu da gətirib verə biləcəyini demişdir.O, həmin şəxsin televizoru idarə etmə qurğusu(pultu) ilə satdığını gördükdə,oğlanın dediklərinə inanmış,çünki həmin küçə də səhərdən axşama kimi hərə bir əmlakın satışı ilə məşğul olur.O,həmin şəxsə yalnız 100 manat verə biləcəyini dedikdəhəmin şəxs də razılaşmış,o,həmin oğlana 100 manat vermiş və həmin şəxs televizoru ona verib çıxıb getmişdir. Sonra 11 yanvar 2023-cü il tarixdə,saat təxminən 16 radələrində o,işlədiyi köşkdə olduğu zaman, oraya televizoru ona satmış oğlan polis əməkdaşları ilə birlikdə gəlmiş,həmin vaxt polis əməkdaşlarından ona məlum olmuş ki, polislərlə birlikdə gəlmiş və bir neçə gün öncə ona “LG” markalı televizoru satmış şəxs.polisdlərdən adı Təqsirləndirilən şəxs olması bildiyi şəxsin ona satdığı televizoru qonşusunun evindən oğurlamış və sonra da gətirib ona satmışdır.O, polislərə həmin televizorun oğurluq olmasını bilmədiyimi,televizou Tural ona özünə məxsus olmasını bildirərək satdığını bildirmişdir.Sonra o,Turaldan aldığı bir ədəd “LG” markalı televizoru və pultunu polis əməkdaşla¬rına təqdim etmiş,polis əməkdaşları protokol tərtib edərək televizoru götürüb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qeydiyyatda ünvan 11 ünvanında olsa da, faktiki olaraq ailə üzvlərilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yeni tikilidə yaşayır, heç bir yerdə işləmir, əvvəllər hər hansı bir cinayət əməlini törətməmiş və ya məhkum olmamış.Təqsirləndirilən şəxs o,təxminən üç il olar tanıyır,Tural da ailəsi ilə birlikdə Gülbala Əliyev küçəsində yaşayır,Turalla normal münasibəti olmuş,aralarında heç bir narazılıq və ya ədavətləri olmamışdır.2022-ci ilin yanvar ayının əvvəllərində,dəqiq gününü xatırlamadığı tarixdə,günün təxminən günorta saatlarında,o,yaşadığı evin yaxınlığında olduğu zaman oraya tanışı Tural gəlmiş,əlində orta ölçülü qara rəngli plazma televior olmuşdur.Tural həmin televizoru satmaq istədiyini müştəri tapmaqda köməklik etməsini ona bildirmiş,o,da Turala televizora ehtiyacı və almağa pulu olmamasını, həmçinin televizor almaq istəyən hər hansı bir şəxs tanımamasını,yaxınlıqdakı mağazaya gedib orada alıcı ilə bağlı maraqlanmasını bildirmişdir.Tural da həmin mağazaya getmiş və müəyyən vaxtdan geri döndükdə,televizoru orada işləyən satıcı qadına satmasını bildirmişdir.Həmin televizoru Turalın hansı şərtlərlə və necəyə satmasını,satdığı televizoru Tural haradan əldə etməsini və kimə məxsus olmasını o,bilməməsini, televizoru sataraq əldə etdiyi puldan Tural ona pul verməməsini,bir neçə gündən,Turalın tutulmasım, onun bir neçə gün öncə satdığı plazma televizoru oğurluq olub,həmin televizoru Tural qonşusunun evindən oğurlayıb aparıb satması ona məlum olmuşdur.Həmçinin o,Zərərçəkmiş şəxs adlı qadını və sonuncunun yaşadığı ünvanı tanımasını,heç bir zaman oğurluq etməməsini,həmçinin Tural ilə birlikdə heç bir şəxsin evinə gizli şəkildə girib oğurluq etməməsini, Zərərçəkmiş şəxs onu haradan tanımasını,nəyə görə oğurluq etməkdə şübhəli olaraq adımı çəkməsini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 11 fevral 2023-ci il tarixdə,o,Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-də xidmətdə olarkən, xx xxxxxx 1992-ci ildə Qubadlı rayonunda anadan olmuş,orta təhsilli,evli,əvəllər məhkum olunmuş,Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan və Bakı şəhəri,Səbail rayonu,G.Əliyev küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almış,həmin məlumatı yoxlamaq məqsədi ilə 11 fevral 2023-cü il tarixdə,Səbail RPİ-nin 8-ci rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair icazə alınmışdır.Onun tərəfindən 8-ci PB-nin əməliyyat müvəkkilləri polis mayorları Şahid5 və Şahid6 iştirakı ilə əməliy¬yat qrupu təşkil edilməsi və əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarlar qəbul edilmiş və həmin qərarlar Səbail RPİ-nin 8-ci PB-nin rəisi tərəfindən təsdiq edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun üzvləri 11 fevral 2022-ci il tarixdə,saat 12:30 radələrində,sonuncunun yaşadığı Bakı şəhəri,Səbail rayonu,Gülbala Əliyev küçəsi,4 saylı evin yaxınlığına gəlib,orada mövqe tutaraq gözləmiş, müəyyən vaxtdan oraya əvvəlcədən əldə olunmuş məlumata əsasən zahiri görünüşü Təqsirləndirilən şəxs oxşar şəxs gəlməsi müəyyən edilmiş,o,əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib,polis əməkdaşları olmalarını bildirib vəsiqələrini təqdim edərək,həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə.həmin şəxs özünü xx.xx.1992-ci il təvəl¬lüdlü Təqsirləndirilən şəxs olmasını bildirmişdir.Bu zaman o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini,bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirərək,Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət etmiş,Təqsirləndirilən şəxs etiraz etmədən ünvan 13 ünvanında yerləşən Səbail RPİ-nin 8ci PB- nin inzibati binasına gəlmişdir.Polis bölməsində o,digər əməliyyat müvəkkilləri ilə birgə keçirilmiş əməliyyat tədbirinin nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb 8-ci PB-nə gətirilməsi və barəsində müvafiq araşdırma aparılmasına dair PB-nin rəisinə raportla məruzə etmişdir. Səbail RPİ-nin 8-ci PB-nin rəisi,polis polkovniki Samir Həsənov tərəfindən fakla bağlı araşdırma və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi 8-ci PB-nə ezam olunmuş,9-cu PB-nin təhqiqatçısı polis leytenantı Toğrul Əsgərliyə həvalə etmişdir.Təhqiqatçı T.Əsgərli tərəfin¬dən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil Səyyarə Əliyeva dəvət edilib təqdim edilmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla,hüquq və vəzifələri izah etmişdir.Sonra təhqiqatçı T.Əsgərli qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərarı şübhəli şəxs Y.Yaqublu və müdafiəçisi S.Əliyevanı tanış etməklə,həmin qərar əsasında əməliyyat-axtarış tədbirinin iştirakçılarının yəni onun,əməliyyat müvəkkili Şahid6,şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi S.Əliyevanın iştirakları ilə əməliyyat müvəkkili polis mayoru Şahid5 tərəfindən video-çəkiliş aparılmaqla,şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan öncə şübhəli şəxsə təkrarən hüquq və vəzifələri izah etmiş və sonuncuya paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağız parçasının bükümünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur.Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən əlavə axtarış aparılmış,bu zaman başqa heç bir əşya aşkar edilməmiş,eyni zamanda təhqiqatçı T.Əsgərli tərəfindən Təqsirləndirilən şəxs masa üzərinə qoyduğu bir ədəd siqaret gümüşü kağız parçasının bükümü açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilmiş, sorğular zamanı Təqsirləndirilən şəxs həmin bükümün işərisində olan maddənin narkotik vasitə heroin olmasını,özü qəbul etmək üçün tanımadığı şəxsdən 25manata almasını bildirmişdir.Bundan sonra təhqiqatçı T.Əsgərli tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd narkotik vasitəyə oxşar maddənin bükümünü boş zərfə qoyulub möhürlənmiş,həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır.Sonra təhqiqatçı T.Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitəyə oxşar bir ədəd büküm aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş,həmin protokol ucadan oxunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü,onun vəkili, axtarışda iştirak etmiş o,və digər polis əməkdaşları tərəfindən imzalanmış, sonra faktla bağlı təhqiqatçı T.Əsgərli tərəfindən zəruri istintaq hərəkətləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları Şahid5 və Şahid6 ifadələrində digər Şahid4 ifadəsində göstərilmiş xüsusatları bir daha təsdiq edərək eyni məzmunda ifadələr vermişdilər. Təqsirləndirilən şəxs Sərdar oğlunun təqsirləndirildiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolları, ekspertiza rəyləri, axtarış və götürmənin əks olunduğu videogörüntü, prosessual həəkət protokolları və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli “ifadənin yerində yoxlanması” protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə, səhər saat 10 radələrində, Bakı şəhəri, Səbal rayonu, Gülbala Əliyev küçəsi ev 5 ünvandakı yaşayış sahəsinə qanunsuz daxil olaraq evindən bir ədəd “LG” markalı televizoru, bir ədəd su qızdırıcını və bir ədəd kiçik həcmli dreli oğurlamasına dair ifadə verərək ,oğurluq etdiyi həyət evinə daxil olduğu hasarı, evə daxil olduğu qapını, oğurladığı əşyaları götürdüyü və su qızdırıcını çöllükdə sökdüyü yerləri əyani olaraq göstərmişdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs tərəfindən götürülmüş “LG” markalı televizor iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmçnini Təqsirləndirilən şəxs tərəfindən götürülmüş “Dəmirçioğlu” markalı su qızdırıcısının metaldan olan bir ədəd korpusu iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Səbail RPl-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanması” protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə,səhər saat 11 radələrində ünvan 15 ünvandakı həyət evində yerləşən saxlanc yeri olan anbara qanunsuz daxil olaraq, oradan dörd ədəd kardon yeşiklərə yığılmış billur servizləri oğurlamasına dair ifadə verərək,oğurluq etdiyi həyət evinə daxil olduğu hasarı,anbara daxil olduğu qapını, oğurladığı əşyaları götürdüyü yerləri əyani olaraq göstərmişdir. Məhkəmə iclasında axtarış və götürmənin əks olunduğu videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 11 fevral 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Səbail RPl-nin 8-ci PB-nin inzibati binada xidməti otaqda, PB-nin təhqiqatçı polis leytenantı T.Əsgərlinin təklifi ilə əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı,bir ədəd gümüşü rəngli siqaret kağızında içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlənin aşkar edilməsi əks olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,257 qram qəhvəyi rəngli toz şəklində maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,207qram çəkidə narkotik vasitə heroin olan bir ədəd büküm qoyulmuş zərf saxlanması üçün Bakı şəhəri Səbail RPl-yə təhvil verilmişdir. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-kimyəvi ekspertizasının” 11 fevral 2023-cü il tarixli 6/857 N-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°52” dairəvi möhür əksi, “saxlanılan şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,257 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir.Ekspertin rəyi istintaqda təhlil edilmiş düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-narkoloji ekspertizasının” 01 aprel 2023-cü il tarixli 1814 N-li rəyindən görünür ki.Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Ekspertizanın rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəməəmtəəşünaslıq ekspertizasının” 14 fevral 2023-cü il tarixli 9/356 N-li rəydən görünür ki,ekspertiza tədqiqata təqdim edilmiş 01 ədəd Rusiya istehsalı olan, “LG” markalı, “32LM637BPLB” model, 32 düym, televizorun (pultu ilə birlikdə) istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 300,00manat müəyyən olunur.Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun himayəsində 19 fevral 2012-ci il təvəllüdlü X4 və 02 yanvar 2014-cü il təvəllüdlü X5 adlı övladları vardır. 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş və 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Səbail RPİ-nin X2 azad edilmişdir. Bundan başqa 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.1 maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi birləşdirilərək ibtidai istintaq davam edilmişdir. 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Səbail rayon 13 fevral 2023-cü il tarixli qərarına əsasən, həbs etmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun saxlanc yerinə təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi yəni 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs Sərdar oğlunun cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Sərdar oğlu tərəfindən məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, iş materiallarında olan 13 fevral 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolu, 13 fevral 2023-cü il tarixli və 18 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolları ilə tam təkzib edilmişdir. Belə ki, sözü gedən protokollardan görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində bildirmişdir ki, 7-8 il olar ki narkotik vasitə qəbul edir, 11 fevral 2023-cü il tarixdə tanımadığı şəxsdən narkotik vasitə olan heroin almış, həmin tarixdə saat 14 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin daşınmasında şübhəli bilindiyi üçün onu 8-ci PB-ya dəvət etmiş, o isə bölmədə olan zaman artıq ifşa olunduğunu başa düşərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Həmçinin vermiş olduğu ifadələri ona ucadan oxunmuş və bu barədə o öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə Səbail RPl-nin 8-ci PB-nin inzibati binada xidməti otaqda üzərində baxış keçirilməsini əks etdirən video görüntüdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı,bir ədəd gümüşü rəngli siqaret kağızında içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlənin aşkar edilməsi əks olunmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs Sərdar oğlunun əməlindən səmimi peşiman olmasını və gənc olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlu: - Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 67.1, 52-1.5 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Sərdar oğlu, Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilməmiş yenidən 11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sərdar oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Sərdar oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayətinin olmamasını, əvvəllər də oğurluq cinayətinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğu ödənilməmiş yenidən qəsdən anoloji cinayət əməlini törətməsini və beləliklə əməlində cinayətlərin residivinin müəyyən olunmasının, hazırda da özgənin əmlakını gizli olaraq talama cinayətinin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs Sərdar oğlunun islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sərdar oğlunun hazırki oğurluq cinayət əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Sərdar oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsini və cəzasının əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sərdar oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübutlar “LG” markalı televizor Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, Bakı şəhəri Səbail RPl-nin anbarında saxlanılan “Dəmirçioğlu” markalı su qızdırıcısının metaldan olan bir ədəd korpusu Zərərçəkmiş şəxs qaytarılmasını, video görüntülərin əks olunduğu diskin maddi sübut hesab edilərək cinayət işində saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Sərdar oğlunun hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “LG” markalı televizor Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Bakı şəhəri Səbail RPl-nin anbarında saxlanılan “Dəmirçioğlu” markalı su qızdırıcısının metaldan olan bir ədəd korpusu Zərərçəkmiş şəxs qaytarılsın. Video görüntülərin əks olunduğu disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs Sərdar oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar