Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-197/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçı 03 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui istifadə edib özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə sonuncuya Bakı şəhərində aylıq 700 manat məvacibi olan özəl işə düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq bu adla, ilkin olaraq müvafiq sənədləşmənin aparılması üçün 2023-cü ilin may ayının isitntaqa dəqiq məlum olmayan tarixlərində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, “Etalon” yaşayış kompleksinə yerləşən binanın qarşısında quraşdırlmış ödəmə terminalından onun kart hesab nömrəsinə müvafiq olaraq göndərilmiş 200, 400 və 700 manat pul vəsatini nagdlaşdıraraq ələ keçirmiş, daha sonra artıq həmin işə qəbul edilməsinin rəsmiləşməsi üçün 2023-cü ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Baş ofisinin qarşısında Zərərçəkmiş şəxs 1500 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla vahid niyyətlə əhatə olumuş qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 2800 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023- cü ilin may ayının sonlarında Zərərçəkmiş şəxs kredit götürə biləcəyi üçün işə düzəltməyini vəd verərək ondan hissə-hissə 200 manat, 400 və 700 manat pulu aldadaraq almışdır. Zərərçəkmiş şəxs aldadaraq ümumi 2800 manat pulu ələ keçirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında isə Təqsirləndirilən şəxs ona zəng vuraraq Bakı şəhərində yerləşən xarici şirkətlərin birinə təxminən 700 manat aylıq maaşı olan işə düzəldəcəyini və bu maaş əsasında o, bankdan kredit götürə biləcəyini demişdir. O, bu təklifə razılaşaraq Təqsirləndirilən şəxs hissə-hissə 2800 manat pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən aldadığını şaça düşərək onun barəsində şikayət etmişdir. Ona vurulmuş ziyan 2800 manat təşkil edir. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protkolundan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Torqovı adlanan ərazidə yerləşən "xxxx" ASC-nin baş ofisinin qarşısına baxış keçirilmişdir. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsindətarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb cəlb edilmiş və ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəktlərinin protokolları sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli, 1(009)-197/2024 saylı Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilməsi qərar alınmışdır. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli AR DİN SRPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq BİT-ə təhvil verilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxsn ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut maddi sübut yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-197/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-197/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver