Məhkəmə qərarları › İş №1(009)-198/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-198/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-198/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1997-ci ildə Göyçay rayonu, Ləkiçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Ləkiçıplaq ərazi dairəsi, Ləkiçıplaq kəndində qeydiyyatda olan, Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni yaşayış sahəsi, özbaşına tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq daxil olub oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə fəhlə kimi işlədiyi X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 42 ünvanında yerləşən fərdi yaşayış evinin avtomobil qarajında saxlanılan Zərərçəkmiş şəxs məxsus 67 ədəd olmaqla hər bir ədədinin açılan vəziyyətdə təxminən uzunluğu 4 metr, bağlı vəziyyətdə 2,3 metr, diametri 70 mm, qalınlığı isə 2 mm olan, ayrı-ayrılıqda hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 670 manat olan dəmir dirəkləri fəhlə kimi tutduğu Şahid3, istintaqa məlum olmayan «Rüstəm» adlı şəxsə və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan «Qazel» markalı yük avtomobilinin sürücüsünə özünə məxsus əmlak kimi yalandan təqdim etməklə həmin şəxslərə 67 ədəd dəmir dirəyi 30 manat pulun müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə daşımaları barədə tapşırıq verdikdən sonra həmin şəxslərin vasitəsilə 09 aprel 2021-ci il tarixdə saat 20 radələrində qeyd edilən ünvanda yerləşən saxlanc yeri hesab edilən avtomobilqarajına qanunsuz olaraq daxil olmağa nail olmaqla həmin qarajdan Zərərçəkmiş şəxs məxsus 67 ədəd dəmir dirəyi gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 670 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərində müxtəlif ünvanlarda fəhlələik etməklə tikintilərdə işləyir. Sonuncu dəfə isə o, iş icraçısı Zərərçəkmiş şəxs Badamdar qəsəbəsində tikdiyi tikintidə işləmişdir. Şahid1 o, 3-4 ay olar ki, tanıyır. Belə ki, o, Şahid1la tkintidə işləmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Elşən dəmir dirəklər alıb satmaqla pul qazanır və bunu bildikdən sonra işlədiyi tikintilərdə işlərini qurtardıqdan sonra ev sahibi və ya iş icraçısı ilə danışaraq dəmir dirəkləri onlardan almağı təklif etmiş və onlar ona hər birini 8-9 manata verdikdə o, da dəmir dirəkləri aparıb Elşənə 10-11 manata satmış və Elşən də onları bir qədər baha qiymətə sataraq qazanc əldə etmişdir. O, dəmir dirək tapandan sonra Elşənə yeri və sayı barədə məlumat vermiş, Elşən özü pul ilə birlikdə maşın göndərmiş, onlar isə malı yükləyib Elşəndən pullarını almışlar. 08 aprel 2021-ci il tarixdə Elşən ona zəng edərək satdıq dirək olubolmadığını ondan soruşduqda Elşənə bildirmişdir ki, hazırda işlədiyi tikintidə dirək var amma onu satmırlar, oğurlamaq lazımdır. Belə olan halda Elşən həmin dirəkləri oğurlayıb ona gətirməsini və ona hər bir dirəyə görə 11 manat pul verəcəyini və polis ilə bağlı problem olsa özünün həll edəcəyini demişdir. Elşənə arxayın olduğu üçün 08 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində “Meyvəli" bazarına gedərək oradan iki nəfər fəhlə axtarmağa başlamış və dostu Orxanın tanışı olan Elvini görüb ona 30 manat müqabilində fəhlə işi təklif etmiş və daha başqa bir nəfər ilə danışıb razılaşaraq onları özü ilə birlikdə yenidən Badamdar qəsəbəsinə özünün işlədiyi tikintiyə aparmış və maşına yükləməli olduqları dəmir dirəkləri onlara göstərib bildirmişdir ki, həmin dirəklər maşına yüklənəcək. Həmin gün gec olduğu üçün və maşın olmadığı üçün onlar evə getmişlər. Səhəri gün isə 09 aprel 2021-ci il tarixdə axşamüstü saat təxminən 19 radələrində o, Elşənə zəng edərək maşın göndərməsini Eşəndən xahiş etmiş və onun özü isə “Meyvəli” bazarına getmişdir. Orada əvvəlcədən danışdığı fəhlələri çağırıb onları Elşənin “Meyvəli” bazarının qarşısına göndərdiyi «Qazel» markalı maşına otuzdurmuş və gedib dəmir dirəkləri maşına yükləyərək Sahil qəsəbəsinə gətirmələrini fəhlələrə tapşırmış, özü isə Sahil qəsəbəsinə Elşənin yanına getmişdir. Bir-neçə saatdan sonra «Qazel» markalı maşının sürücüsü ona zəng edərək ondan hara gəlməsini soruşduqda o, sürücüyə Sahil qəsəbəsində “radarın yanı” deyilən yerə gəlib onları gözləməsini demişdir. Onun özü və Elşən ora gəlib onlarla görüşdükdən sonra Elşən maşını «Dörd qardaş» şadlıq evinin yanına aparmış və Elşən orada yer tapmadığı üçün maşını başqa yerə, hansısa zavodun həyətinə sürdürmüşdür. Onlar oraya çatdıqdan sonra Elşən dəmir qapıya yaxınlaşıb qapını açmış, fəhlələr isə dəmir dirəkləri boşaltmağa başlamışlar. Fəhlələr 4-5 ədəd dəmir dirəyi yerə atdıqdan sonra bu vaxt onlara post-patrul maşını yaxınlaşmış və maşından düşən polis əməkdaşları dəmir dirəklərə dair sənədlərinin olub-olmamasını onlardan soruşduqda onlar polislərə sənədlərinin olmadığını bildirmişlər. Polis əməkdaşları onlara polis bölməsinə getməyi dedikdə Elşən onu və fəhlələri polislərə göstərərək onların fəhlə olduqlarını və onları sərbəst buraxmalarını demişdir. Bundan sonra polis əməkdaşları onları sərbəst buraxmışlar, Elşəni və yük maşınını isə polislər özləri ilə aparmışlar. Təxminən 1 saat sonra Elşən ona zəng edərək ondan harada olduqlarını soruşduqda o, Elşənə Sahil qəsəbəsində çay içdiklərini bildirmişdir. Elşən isə ona fəhlələri də götürüb parka gəlməyi demişdir. Onlar parka gəldikdən sonra Elşən onlara 100 manat vermiş və qalan pulu isə səhər verəcəyinə söz vermişdir. O, Elşəndən aldığı 100 manat puldan 30 manatını fəhlənin birinə vermiş, ikinci fəhlə ilə razılaşmışdır ki, onun da pulunu səhər verəcək. Səhər isə ümumi tanışıları Taleh ona zəng edərək onunla “Binə” bazarında görüşmüş və Taleh ona 62 ədəd dəmir dirəyə görə 180 manat pul verib pulu Elşənin göndərdiyini ona demişdir. O, həmin 180 manat puldan 30 manat digər fəhləyə vermiş və onda 150 manat pul qalmışdır. 11 aprel 2021-ci il tarixdə isə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu saxladıqda o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşları ona zəng edib Elşəni görüşə çağırmasını təklif etdikdə o, da bu məqsədlə Elşənə zəng edib onun harada olmasını soruşmuş və Elşənin «Ağ şəhərdə” iş yerində olduğunu bildikdən sonra polis əməkdaşları ilə birlikdə “Ağ şəhərə” getmişdir. Orada olanda o, bir daha Elşənə zəng edərək Elşənə Sumqayıtda onun işlədiyi tikintiyə vermiş olduğu avdanlığı gətirdiyini bildirib Elşəndən aşağı düşməsini xahiş etmişdir. Həmin vaxta qədər isə polis əməkdaşları ona iltizam yazdıraraq onu sərbəst buraxmışlar və o, 12 aprel 2021-ci il tarixdə yazdığı iltizama əsasən 41-ci Polis Bölməsinə gəlmişdir. Fəhlələrə həmin dəmirləri göstərəkən onların özünə məxsus olmasını bildirmiş və dəmirləri oğurlamaları barədə o fəhlələrə heçnə deməmişdir. O, oradan 67 ədəd dəmir dirək oğurlamışdır. Lakin Elşən 5 ədəd dirəyin sınıq olmasını bildirib ona 62 ədəd dirəyə görə pulu hesablayıb vermişdir. O, əvvəllər də 2-3 dəfə Elşənə dəmir dirək satmış və həmin dəmir dirəkləri işlədiyi tikintilərdə tikinti sahibinin razılığı ilə ucuz qiymətə alıb bir qədər baha qiymətə Elşənə satmış, Elşənə malı satarkən Elşən hər dəfə maşını özü göndərmişdir. Bir dəfə isə o, Elşənin yanına pulu götürmək üçün tanışı X3 göndərmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanın aradan qaldırdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni yaşayış sahəsində ev tikintisi ilə məşğul olmaqla iş icraçısıdır. 08 fevral 2020-ci il tarixdə və 16 may 2020-ci il tarixdə tanışı Vüqar Axundovdan tikintidə istifadə etmək məqsədi ilə 245 ədəd dəmir dirək almışdır. Sonuncu dəfə o, tikintidən 09 aprel 2021 -ci il tarixdə saat 15-16 radələrində getmiş və səhər tikintiyə qayıdan zaman görmdüşdür ki, 120 ədəd dirək evin qaraj hissəinin qapısı olmayan küçəyə baxan tərəfdən naməlum şəxs tərəfindən oğurlanıb. Bunu aşkar etdikdən sonra o, DİN-nin 102 zəng mərkəzinə zəng edib oğruluq barəsində məlumat vermişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxsla barışdığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif yerlərdə fəhlə və utsalıqla məşğul olur. Eyni zamanda qazancı kifayət etmədiyi üçün işlədiyi tikintilərdə lazım olan əşyaları və ya satdıq olan əşyaları, həmçinin tikinti materiallarını «Tap.az» saytında elan kimi yerləşdirərək satır və həmçinin ucuz qiymətə düşəndə özü alıb bir qədər baha qiymətə satır. Gündüz adlı şəxsi də o, bu qaydada tanımışdır. Belə ki, həmin vaxt «Tap.az» saytında dəmir dirəklər almaq istəməsi barədə elan yerləşdirdiyindən Gündüz ona zəng edrək bildirmişdir ki, onda satdıq dəmir dirəklər var. Bundan sonra o, Gündüzdən bir ədədi 9 manat olmaqla təxminən 35 ədəd dirək almışdır. Gündüzlə danışıb razılaşaraq Gündüzə həmin dirəkləri Sahil qəsəbəsinə gətirməsini dedikdə Gündüz də dirəkləri Sahil qəsəbəsinə onun yaşadığı evin qarşısına gətirib malı boşaltmış və o, Gündüzün pulunu verdikdən sonra Gündüz çıxıb getmişdir. Eyni zamanda o, Gündüzdən həmin dirəkləri alarkən Gündüzün şəxsiyyət vəsiqəsinin surətini də götürmüş və Gündüzə həmin malın onun özünə məxsus olduğunu, oğurluq olmadığını və ondan aldığı pulun məbləğini də qeyd etdirmişdir. Sonuncu dəfə Gündüz 08 aprel 2021-ci il tarixdə ona zəng edərək onda yenə də dəmir dirəklərin olduğunu və onları satmaq istədiyini dedikdə o, həmin dirkələrin hər birini 11 manat 50 qəpikdən almaq barədə Gündüzlə razılığa gəlmiş, lakin həmin gün artıq gec olduğu üçün razılaşmışlar ki, həmin malları Gündüzdən səhər alacaq. Səhəri gün isə 09 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində Gündüz ona zəng edərək bildirmişdir ki, həmin dirəkləri ona çatdıra bilər, lakin maşını yoxdur. O, “166” yük daşıma xidmətinə zəng edərək Gündüzün dediyi yerdən, yəni Şıxov qəsəbəsindən Sahil qəsəbəsinə yük daşımaq üçün maşın istəmiş və yük daşıma xidmətindən ona 60 manata maşın təşkil edəcəklərini bildirmişlər. Daha sonra o, Gündüzlə danışıb yük maşınının sürücüsünün nömrəsini Gündüzə vermişdir. Axşam saat 21 radələrində Gündüz onun yaşadığı evin yanına gəlmiş və 62 ədəd dirəyi onun yaşadığı evin yanında boşaltdırmışdır. Gündüzə hazırda üstündə pulun olmadığını və səhər verəcəyini dedikdə Gündüz onunla razılaşmışdır. Həmin gün o, 60 manat yük maşınına, 100 manat da ilkin olaraq Gündüzə vermişdir ki, Gündüz fəhlələrin pulunu versin. Səhər isə o, başqa maşın tutaraq dəmir dirəkləri maşına yükləyib Dərnəgül qəsəbəsinə aparmış və orada hər birini 14 manat olmaqla satmışdır. Həmin şəxsin nağd pulu olmadığı üçün dirkələrin pulunu, yəni 868 manat pulu onun kartına yükləmişdir. Bir müddətdən sonra isə Gündüz ona zəng edərək dirəklərin pulunu ondan istədikdə o, Gündüzə pulunun kartda olduğunu və pulu çıxartdıqdan sonra gəlib götürməsini demişdir. Gündüz isə ona bildirmişdir ki, onun özü gələ bilməyəcək, lakin bir nəfər tanışını göndərəcək. Sahil qəsəbəsində olarkən bir nəfər onun mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, onu Gündüz göndərib və ondan pulu götürməlidir. O, Gündüzlə danışdığı kimi xərclərini çıxdıqdan sonra Gündüzə çatacaq 530 manat pulu Gündüzün göndərdiyi adama vermişdir. 10 aprel 2021ci tarixdə isə o «Ağ şəhərdə» işlədiyi tikintidə olarkən Gündüz ona zəng edərək bildirmişdir ki, onun tikintidə istifadə etmək üçün Elxan adlı şəxsə verdiyi tikinti alətlərini ona qaytarmaq istəyir. Bu səbəbdən də o, Gündüzə onun tikinti alətlərini gətirib iş yerində ona vermələrini demişdir. Bir müddətdən sonra Gündüz o, işlədiyi tikintiyə gələrək ona artıq aşağıda olduğunu bildirmişdir. Gündüzə 22-ci mərtəbədə olduğunu və bir qədər səbirli olmasını bildirib aşağı düşəcəyini demişdir. Təxminən 20 dəqiqədən sonra isə o, aşağı düşərkən Gündüzü orada görməmişdir. Bu vaxt ona polis əməkdaşları yaxınlaşaraq onu 41 -ci polis bölməsinə dəvət etmişlər. O, Gündüzdən ümumilikdə iki dəfə tikinti materialları almışdır. Gündüz həmin dəmir dirəklərin ona məxsus olduğunu bildirmişdir və o, onların oğurluq olmasını bilsəydi almazdı. Sonuncu dəfə Gündüzdən dəmir dirəkləri qəbul edən zaman post patrul avtomobili onlara yaxınlaşmış və onlardan dəmir dirəklərin sənədlərinin olub-olmadığını soruşduqda o, polislərə dəmir dirəklərin özünə aid olduğunu və oğurluq olmadığını deyib onlardan Gündüzü və fəhlələri buraxmalarını xahiş etmişdir.Sonra polis əməkdaşları onu və dəmir dirəklər olan avtomobili aparmışlar. Yolda olan zaman polis əməkdaşları rasiya vasitəsilə Səbail rayonu ərazisində və qonşu ərazilərdən dəmir dirəklərin oğurlanması faktı barədə polisə hər hansı bir məlumatın və şikayətin daxil olubolmadığını soruşduqdan sonra belə bir məlumatın olmadığını öyrəndikdə onu və avtomobili sərbəst buraxmışlar. Belə ki, o, Talehlə Gündüzə 430 manat pul göndərmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, əvvəllər fəhlə işlədiyi tkintilərdən, Şahid1 isə yaşadığı Sahil qəsəbəsindən tanıyır. 09 aprel 2021-ci il tarixdə saat 22 radələrində Gündüz onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Sahil qəsəbəsinə gəldiyini və onunla görüşüb yemək yemək istədiyini ona bildirdikdə o, Gündüzə etiraz etməyərək Gündüzlə Sahil qəsəbəsində yerləşən 38-ci Polis Pölməsinin yaxınlığında görüşmüşdür. Görüşərkən Gündüz «Qazel» markalı maşının gələcəyini və maşında olan yükü təhvil verib daha sonra çörək yeməyə gedəcəklərini ona demişdir. Bir müddətdən sonra Gündüzün dediyi maşın gəlib çıxmış və Gündüz bir nəfərə zəng edərək ondan malı boşaldacağı yeri soruşduqda həmin adam Gündüzə yeri tam başa sala bilmədiyi üçün o, telefonu götürüb həmin adamla danışmış və həmin adamın dediyi yerə «Nəvələrim» çay evinin qarşısına getmişlər və orada ounla telefonla danışan Elşən olduğunu görmüşdür. O, Elşənlə görüşüb salamlaşmış, sonra Elşən, Gündüz və Elşənlə gələn bir nəfər tanımadığı şəxs piyada harasa getmişlər. «Qazel» markalı maşının sürücüsü isə Elşənin göndərdiyi yerə maşını sürmüşdür. Onun özü isə oturduğu taksi maşını ilə yük maşının arxasınca getmişdir. Yük maşını dayandıqdan sonra o, taksidə oturub onları gözləmişdir. Təxminən 10-15 dəqiqədən sonra Elşəngil gəlmişlər və yük maşınında olan fəhlələr maşından yükü boşaltmağa başlamışlar. Təxminən 1-2 dəqiqə keçmiş isə ora postpatrul maşını gəlmiş və polis əməkdaşları onlara yaxınlaşaraq Elşəni və yük maşınını harasa aparmışlar. Gündüz də iki nəfər fəhlə ilə harasa getmişlər. O, isə vəziyyətin belə alındığını görüb taksini buraxıb yaşadığı evin yaxınlığında yerləşən çay evinə getmişdir. Çay evinə getdikdən bir müddət sonra Gündüz ona zəng edərək harada olduğunu ondan soruşduqda o, olduğu yeri Gündüzə demiş və Gündüz yanında olan fəhlələrdən biri ilə onun olduğu çay evinə gəlmişdir. Onlar oturub çay içdikdən təxminən 1 saat sonra Elşən Gündüzə zəng etmiş və Gündüz onların yeri Elşənə dedikdən sonra Elşən ora gəlmiş və onlar Elşənlə çay evinin qarşısında görüşüb söhbət edərkən Gündüzlə Elşən razılaşmışlar ki, səhər Elşən Gündüzlə görüşüb pulu verəcək. Həmin vaxt Gündüz Elşəndən dəmir dirəklərin harada olmasını soruşduqda isə Elşən bildirmişdir ki, o, həmin dəmir dirəkləri Ümüd qəsəbəsinə apararaq orada bağ sahəsinə boşaldıb. Daha sonra onlar dağılışmışlar və səhər saat 8 radələrində Elşən ona zəng edərək onunla birlikdə Ümüd qəsəbəsinə gedib oradan dəmir dirəkləri yığıb aparıb satmaqda ona köməklik etməsini ondan xahiş etmişdir. O, həmin gün işə getmədiyi üçün Elşənə razılıq verərək qəsəbədə bazarın yanında Elşənlə görüşmüş, orada Elşən bir yük maşını ilə danışmış və onlar həmin maşına oturub Ümüd qəsəbəsinə Elşənin bağ sahəsinə getmişlər. Orada Elşən 62 ədəd dəmir dirəyi maşına yükləmiş və bildirmişdir ki, yerdə qalan 5 ədəd dəmir dirək yararsızdır. Daha sonra onlar həmin yük maşını ilə Dərnəgül qəsəbəsinə gəlmişlər və orada Elşən onun tanımadığı tikinti satışı ilə məşğul olan məntəqəyə yaxınlaşmış, onun özü isə yaxınlıqda olan çayxanaya gedib çay içmişdir. Bir müddətdən sonra isə Elşən ona yaxınlaşmış və onlar gəldikləri yük maşınına oturub Sahil qəsəbəsinə gəlmişlər. Sonra o, Elşənə “Binə” bazarına gedəcəyini bildirdikdə Elşən ona 430 manat pul verib həmin pulu Gündüzlə “Binə” bazarında görüşüb Gündüzə verməyi tapşırmışdır. O, Eləşənə etiraz etməyərək həmin pulu ondan götürmüş və “Binə” bazarına gələrək orada Gündüz və bir gün əvvəl onun yanında olan fəhlə ilə görüşüb Elşənin ona verdiyi 430 manat pulu Gündüzə vermiş və çıxıb getmişdir. Daha sonra hansısa polis əməkdaşlarının onun yaşadığı evə gələrək onun barəsində maraqlanmaları barədə ona məlumat vermişlər. Kimin tərəfindən axtarıldığını bilmək üçün o, yaxınlıqda olan 38-ci Polis Bölməsinə getmiş, lakin orada ərazi Polis Bölməsi tərəfindən onu axtarmadıqlarını demişlər. Elşənə zəng etmiş, bir müddətdən sonra o, Elşənlə Sahil qəsəbəsində görüşərkən Elşən polis əməkdaşları ilə birlikdə ona yaxınlaşmış və polis əməkdaşları onu 41-ci polis Bölməsinə dəvət etdikdə o, etiraz etməyərək onlarla brlikdə Polis Bölməsinə getmişdir. Təqsirləndirilən şəxs yük maşınında olan dirəkləri haradan əldə etməsi barədə ona heç nə deməmişdir, çünki Gündüzlə çörək yemək məqsədi ilə görüşmüşdür. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində icarəyə götrülmüş tikinti materiallarnın alışı-satışı mağazasında işləyir. Şahid1 tanıyır. Belə ki, Elşən dəfələrlə onun işlədiyi mağazaya dəmir dirəklər gətirib satmışdır. Elşən internet üzərindən elan verərək dəmir dirəklərin almasını bildirmiş və Elşənə təklif olanda Elşən özü və ya mal yiyəsi ilə birlikdə onun mağazasına gələrək həmin dirəkləri ona satmışlar və o, dirəklərin pulu ilə yanaşı Elşənin qazancını da vermişdir. Sonuncu dəfə 10 aprel 2021-ci il tarixdə Elşən yenə də ona zəng edrək dəmir dirəklər satdığını bildirdikdə o, Elşəndən dirəyin hər birini 14 manata almağa razılaşmışdır. Bir müddətdən sonra Elşən 62 ədəd dirəyi onun mağazasına gətirib satmış və o, 868 manat pulu Elşənin kartına yükləmişdir.Onun işlədiyi mağazaya polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, Elşəndən aldığı 62 ədəd dəmir dirək oğurluq yolu ilə əldə edilib. Şahid1 aldığı dəmir dirəklərin oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Həmçinin o, ilk əvvəl Elşəndən mal alarkən Elşənin şəxsiyyətini təsdiq edən sənədin surətini götürmüşdür, lakin sonradan Elşəndən dəfələrlə mal aldığı üçün artıq Elşənə etibarı yaranmış və heç vaxt problem yaranmamışdır. Bu səbəbdən də o, sonuncu dəfə də Elşəndən dəmir dirəkləri alarkən sənədinin surətini götürməmiş və Elşəndən hər hansı bir qəbz almamışdır. 12 aprel 2021-ci il tarixli maddi sübutun götürülməsi barədə protokola əsasən Şahid1 Gündüz adlı şəxsdən aldığı 67 ədəd dəmir dirəkdən 62 ədədi dəmir dirəkləri satdığı mağazadan Şahid2 götürülmüşdür. 12 aprel 2021-ci il tarixli maddi sübutun götürülməsi barədə protokola əsasən Şahid1 Gündüz adlı şəxsdən aldığı 67 ədəd dəmir dirəkdən 5 ədədi Şahid1 müstəntiq tərəfindən götürülmüşdür. 09 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 12 aprel 2021-ci il tarixdə Şahid2 götürülmüş Zərərçəkmiş şəxs məxsus 62 ədəd dəmir dirək, 12 aprel 2021-ci il tarixdə Şahid1 götürülmüş Zərərçəkmiş şəxs məxsus 5 ədəd dəmir dirək cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli 9/2280 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 1 ədəd açılan vəziyyətdə təxminən uzunluğu 4 metr, bağlı vəziyyətdə 2,3 metr, diametri 70 mm, qalınlığı 2mm olan dəmir dirəyin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 10 aprel 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ərizəsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 42 saylı küçədə yerləşən yeni tikili binanın qapısı olmayan qarajından 120 ədəd dəmir dirəklərin oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 10 aprel 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 12 aprel 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə 18:00 –da şübhəli şəxs qismində tutulmuşdur. 14 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 09 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Həmçinin həmin qərarla Zərərçəkmiş şəxs məxsus 53 ədəd dəmir dirəyin oğurlanması faktı ilə bağlı hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə icraata hissəvi xitam verilməklə yalnız 67 ədəd dəmir dirəyin oğurlanması faktı Təqsirləndirilən şəxs elan olunacaq yeni ittihama daxil edilməsi qərara alınmış, 53 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı ********* saylı cinayət işindən istintaqa məlum olmayan şəxslər barəsində material ayrılmışdır. 09.06.20201-ci il tarixli qərarla Zərərçəkmiş şəxs məxsus 53 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı ********* saylı cinayət işindən istintaqa məlum olmayan şəxslər barəsində material ayrılmışdır. 14 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutuln ittiham yenidən elan edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzə əsasən zərərçəkmiş şəxs tərəfindən 67 ədəd dəmir dirək təhvil alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ona ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsi yeni yaşayış sahəsi, fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 12 aprel 2021-ci il tarixdə Şahid1 götürülmüş Zərərçəkmiş şəxs məxsus 5 ədəd dəmir dirəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 12 aprel 2021-ci il tarixdə Şahid2 götürülmüş Zərərçəkmiş şəxs məxsus 62 ədəd dəmir dirəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat təşkil edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 ibtidai istintaq dövründə 12 aprel 2021-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsi yeni yaşayış sahəsi, fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 12 aprel 2021-ci il tarixdə Şahid1 götürülmüş Zərərçəkmiş şəxs məxsus 05 (beş) ədəd dəmir dirəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 12 aprel 2021-ci il tarixdə Şahid2 götürülmüş Zərərçəkmiş şəxs məxsus 62 (altmış iki) ədəd dəmir dirəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar