Məhkəmə qərarları › İş №1(009)-198/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-198/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-198/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən atası Şahid1 işlətdiyi ərzaq mağazasının qarşısında X2 “Mersedes Benz E290 TD” markalı **-OF-*** dövlət qetdiyyat nişanlı avtomobili saxlamasına görə aralarında yaranmış mübahisəni eşidib, hamam xalatında bayıra çıxıb sonuncunun nəqliyyat vasitəsinin onlara məxsus mağazanın qarşısında saxlaması səbəbindən atası ilə mübahisə etməsinin və atasını itələməsini bəhanə gətirib heç bir səbəb olmadan onunla mübahisə etmiş, həmin vaxt yaxınlıqda yerləşən “Yağ dəyişmə” yerinin işçiləri və hadisə yerinə toplaşan şəxslər onu sakitləşdirərək yaşadığı evə qayıtmasına nail olmalarına baxmayaraq, bir neçə dəqiqədən sonra əynində olan hamam xələtini dəyişib küçəyə çıxaraq, Zərərçəkmiş şəxs ərzaq mağazasından itələyib uzaqlaşdıraraq saxladığı avtomobilin yanına gedib öz əməlini davam etdirərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşyayış və davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan, əsaslı səbəb olmadan, ətrafa toplaşmış şəxslərin gözləri önündə nalayiq ifadələr işlətməklə, yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncunun sağ qulaqarxası nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsin təyin edilməyən xəsarətlər həmçinin fizik ağrılar yetirib 10 dəqiqə müddətində davam etdirməklə orada fəaliyyət göstərən “Yağ dəyişmə” yerinin iş fəaliyyətini və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə hamama girmək istəyən zaman küçədə atası ilə kiminsə mübahisə etməsi səsini eşidib, bayıra çıxmışdır. Bayıra çıxana zaman küçədə atası Şahid1 işlətdiyi mağazanın qarşısında bir nəfər sonradan adının Cavad olduğunu biliyi şəxs atası ilə mübahisə etdiyini və nalayiq ifadələr işlətdiyini və əl-qol atdığını görüb onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Bu zaman Cavad onunla nalayiq və əl-qolla danışmağa başlamışdır. Buna görə də onların arasında mübahisə yaranmışdır. Həmin vaxt atası və orada olan şəxslər onları sakitləşdirmişlər. Atası Cavadı avtomobilinə oturdub ona uzaqlaşmasını bildirmişdir. O, isə evə qayıtmışdır. Evə qayıtdıqdan sonra o, paltarını geyinmiş və Cavadın onunla nalayiq ifadələrlə və əl-qolla danışdığına görə təkrar bayıra çıxmışdır. O, Cavadın avtmobilinə yaxınlaşmış və ondan mübahisənin səbəbini bir daha sorşmuşdur. Cavad ona “yaxşı edirəm avtomobilə harda istəyirəm saxlayıram” sözlərini dediyinə görə o, əsəbləşərəq ona bir sillə vurmuş və onunla dalaşmağa başlamışdır. Bu zaman hadisə yerinə toplaşan adamlar yaxınlıqda təkər təmiri yerində işləyən Abbas və Əfraz onları aralaşdırmışlar və onu yaşadığı evə tərəf gətirmişlər. Atası ona evə getməsini dediyinə görə o, da evə getmişdir. Hadisə baş verən zaman, hadisə yerində o, atası Sabir, qardaşı Cehyun, yaxınlıqda yerləşən təkər təmiri yerində işləyən Abbas, metal qəbulu yerində işləyən Xaliq, Xəlil, İmran, Tural və başqa adamalar olmuşdur. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. O, Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən bir zərbə vurmuş, həmin zərbə onun sağ qulaq nahiyəsindən dəymişdir. Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə və əl-qolla atası ilə danışdığını görüb onu vurmuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının və ilk dəfədir cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün həmin şəxsə dəfələrlə müraciət etməsinin və ondan asılı olmayan səbəblərdən buna nail ola bilməməsinin, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində hadisəni törətməsini, həmçinin himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, özünə məxsus Mercedes Benz markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşqul olurmuş. 08 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi avtomobilin 2 ədəd təkərini təmir üçün verdiyi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan yerdə yerləşən təkər təmiri yerinə gəlmişdir. O, idarə etdiyi avtomobili təkər təmiri yerinin qarşısında saxlamışdır. Həmin vaxt təkər təmiri yerində işləyən ustalar ona avtomobili bir az qarşıda saxlamasını dediklərinə görə o, avtomobili sürüb qarşıda yerləşən mağazanın yanında saxlamış və avtomobildən düşüb təkər təmiri yerinə gedib təkrar geri qayıtmışdır. O, avtomobili xoda salmaq istəmiş lakin avtomobil xoda düşməmişdir. O, avtomobildən düşüb geri qayıdan zaman mağazanın sahibi olan Sabir bayıra çıxıb ona nəlayiq sözlərlə avtomobilini çəkməsini demişdir. O da Sabirə nə üçün onunla nəlayiq sözlərlə danışdığını demişdir. Bu zaman Sabir onunla nəlayiq ifadələrlə danışmağı davam edib, onu itələmişdir. Bu zaman onların aralarında mübahisə başlamışdır. Həmin vaxt Sabirin səsinə oğlu Tural əyinidə hamam xalatı ilə qaçaraq bayıra çıxmışdır. Tural onun üzərinə hücum çəkmişdir. Həmin hadisə yerinə toplaşan şəxslər Turalın qarşısına keçib onu sakitləşdirməyə başlamışlar. O isə avtomobilə oturmuş və avtomobili xoda salıb sürmək istəmişdir. Lakin avtomobili xoda düşməmişdir. Bu zaman orada olan şəxlərin köməkliyi ilə avtomobili itələyib qabağa aparmışlar. O, orda da avtomobil xoda salmaq istəmiş lakin avtomobil xoda düşməmişdir. O, avtomobildən aşağı düşüb qabaq kapotu qaldırmışdır. O, mühərrikə baxan zaman Turalın gəldiyin görmüşdür. Tural ona çatana qədər o, ona demişdir ki, sənin atana heçnə deməmişəm, sənin atan məni söyüb. Tural ona çatan kimi yumruq və təpiklə onu vurmağa başlamışdır. Həmin vaxt onun başı divara dəymiş daha sonra o, yerə yıxılmışdır. O yerə yıxılan zaman Tural təpiklə onun başına vurmuşdur. Həmin vaxt ora toplaşan şəxslər Turalı tutub ondan uzaqlaşdırıb aparmışlar. O isə avtomobilin yanında qalmışdır. Bir az keçdikdən sonra o, başında ağrılar olduğunu his etdiyinə görə təcilli tibbi yardıma zəng vurmuş və təcilli tibbi yardım avtomobil gəlib onu 1 saylı X4 aparmışlar. Orada ona ilkin tibbi yardım göstəriləndən sonra evə getmişdir. Baş vermiş hadisə 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs atasının səsinə bayıra çıxıb onun üzərinə hücum çəkmişdir. Tural ona yalandan onun atasını söydüyünü və itələdiyini bəhanə gətirib üzərinə hücum çəkib onu yumruq və təpiklə vurmuşdur. O, Təqsirləndirilən şəxs və Şahid1 vurmamışdır. O, yerə yıxıldıqdan sonra elə bilmişdir ki, Sabil Əliyev də onu vurmuşdur. Lakin görüntüdən gördüyü kimi də Şahid1 onu vurmamışdır. O, hadisə zamanı avtomobilin əzildiyini görməmişdir. Ola bilsin ki, hadisə zamanı onlar yaxalaşanda avtomobilə dəymişlər və avtomobil həmin vaxt əzilmişdir. O, Təqsirləndirilən şəxs ona məxsus avtomobili qəsdən vurub əzməsini görməmişdir. Ona məxsus Mercedes Benz makalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qanadının əzilməsi nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Bununla bağlı heç bir tələbi və şikayəti yoxdur. Onun bədəni üzərində olan xəsarətləri Təqsirləndirilən şəxs yetirmişdir. Hadisə baş verən zaman Şahid1, Təqsirləndirilən şəxs, o, küçədən keçən tanımadığı şəxslər, təkər təmiri yerində işləyən ustalar hadisə yerinə toplaşmışlar. Təkər təmiri yerində işləyən ustalar Turalı sakitləşdirib ondan aralaşdırırmışlar, lakin Tural onların əllərindən çıxıb təkrar onun üzərinə hücum çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evin qarşısında işlətdiyi mağazada olan zaman bir nəfər sonradan adının Cavad olduğunu bildiyi şəxsin Mercedes markalı avtomobili mağazanın qarşısında saxladığım görüb bayıra çıxmış. O, avtomobilə yaxınlaşmış, avtomobilin içərisində heç kim olmamışdır. Bir qədər gözlədikdən sonra Cavad avtomobilə yaxılaşan zaman o, Cavaddan avtomobili mağazanın qarşısında nə səbəbdən saxladığını soruşmuşdur. Cavad nalayiq sözlərlə ona cavab verərək yaxşı elədiyini bildirmişdir. Bu zaman onların səslərinə yaşadığı evdən xalatda oğlu Tural bayıra çıxıb onların yanına gəlmiş və Cavadın onunla nalayiq sözlərlə danışdığını görüb onunla mübahisə etməyə başlamışdır. O, onları sakitləşdirməyə başlamışdır. Bu zaman yaxınlıqda yerləşən təkər təmiri yerində işləyən Abbas və Əfraz onlara yaxınlaşaraq Turalı sakitləşdirib onları aralaşdırmışdır. O, da Cavada avtomobili kənara çəkməsini bildirmişdir. Cavad da avtomobilin xoda düşmədiyini demişdir. Həmin vaxt hadisə yerinə toplaşan şəxslər Cavadın avtomobilin itəlyirək mağazanın qarşısından uzaqlaşdırmışılar. Tural isə evə getmişdir. O, mağazanın işərisində olan zaman Tural evdə əynin dəyişib təkrar Cavadın avtomobilin olduğu yerə getmişdir. O, mağazadan çıxıb onu çağırmışdır. Lakin Tural onu eşitməmişdir. O, Cavadın yanına gedib təkrar onunla dalaşmağa başlamışdır. Bu zaman Abbas və Əfraz onların yanına qaçaraq onlara çatıb onları sakitləşdirmişlər və Turalı yaşadıqları evə tərəf gətirmişlər. Tural evə getmiş o, isə mağazaya girmişdir. Hadisə baş verən zaman, hadisə yerində o, oğlu Tural, yaxınlıqda yerləşən təkər təmiri yerində işləyən Abbas, Əfraz və başqa adamalar olmuşlar. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Oğlu Tural, Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən sillə ilə bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs nalayiq ifadələrlə və əl-qolla onunla danışdığından Tural da bunu görüb onu vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamışdır. O, Zərərçəkmiş şəxs məxsus avtomobilin sağ qanadının zədələnməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Nemanzadə küçəsində yerləşən “Yağ dəyişmə” adı altında fəaliyyət göstərən təkər təmiri yerində işləyir. 08 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, işdə olan zaman Cavad onun işlədiyi təkər təmiri yerinə verdiyi təkərin arxası ilə gəlmişdir. O, Cavadın avtomobili Şahid1 məxsus mağazanın qarşısında saxladığını görüb avtomobili qabağa verib saxlamasını demişdir. Cavad avtomobilin xoda düşmədiyini bildirmişdir. Daha sonra Cavad avtomobilin yanına getmiş bir müddətdən sonra isə bayırda səs-küy gəldiyini eşitmişdir. O, bayıra çıxıb baxanda Cavadın Sabirlə mübahisə etdiyini görüb geri təkər təmir yerinə qayıtmışdır. Bir az keçdikdən sonra təkrar bayıra çıxmış və onların yanma getmişdir. Həmin vaxt Sabirin oğlu Cehyun onların yanında olmuşdur. Onlar Cavad və Sabiri sakitləşdirimişləı*. Cavad avtomobilinə tərəf getmişdir. Bu zaman Tural xalatda bayıra çıxmış və Cavadın üzərinə getmişdir. Onlar Turalı sakitləşdirmişlər və evinə tərəf aparmışlar. Cavadın avtomobili xoda düşmədiyinə görə itələyib mağazadan aralıda yolun kənarında saxlamışdır. Bir neçə dəqiqədən sonra Tural əynini dəyişib Cavadın avtomobilin yanma tərəf getmişdir. O, Turalın Cavadın yanma tərəf getdiyini görüb onun arxası ilə getmişdir. Tural Cavada çatan kimi onu döyməyə başlamışdır. Bu zaman Turalın qardaşı Ceyhun da onların yanlarına gəlmiş və onlar Turalı sakitləşdirməyə başlamışlar. Daha sonra orada olan şəxslər Turalı sakitləşdirib yaşadığı evə aparmışlar. O, da geri iş yerinə qayıtmışdır. Hadisə baş verən zaman, hadisə yerində o, Tural, Turalın atası Sabir, qardaşı Ceyhun və başqa tanımadığı şəxslər olmuşdur. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Şahid1 Zərərçəkmiş şəxslə mübahisə etmiş, lakin onu döyməmişdir. O, Zərərçəkmiş şəxs məxsus avtomobilin zədələnməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, Şahid4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən metal qəbulu yerində fəhlə kimi yük avtomobilinə metal yığırmışlar. Bu zaman Ceyhunun atası Şahid1 bir nəfər şəxslə mübahisə etdiyini görüb Ceyhun onların yanma getmişdir. Bir necə vaxtdan sonra Ceyhunun qardaşı evdən hamam xalatında bayıra çıxmış və Sabirin mübahisə etdiyi sonradan adının Cavad olduğunu bildiyi şəxsin üzərinə cummuşdur. O, tez onların yanına qaçmış və Turalı qucaqlayıb onu sakitləşdir. Həmin vaxt Ceyhun və orada olan şəxslərlə birlikdə Turalı yaşadığı evə tərəf aparmışlar. Daha sonra biz geri metal qəbulu yerinə getmişdir. Bir neçə dəqiqədən Tural əynini dəyişib bayıra çıxmış və Cavadın olduğu yerə tərəf getmişdir. Tural Cavadın yanma çatan kimi onu vurmağa başlamışdır. O və Ceyhun bunu görən kimi qaçaraq Turala yaxınlaşaraq onu sakitləşdirib geri yaşadığı evə tərəf gətirmişlər. Tural evə getdikdən sonra onlar təkrar metal qəbulu yerinə işləməyə getmişlər. Hadisə baş verən, hadisə yerində o Sabir, Tural, Ceyhun, Abbas və başqa adamalar olmuşlar. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Şahid1 Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 14 radələrində o, Şahid4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən metal qəbulu yerində fəhlə kimi yük avtomobilinə metal yığırmışlar. Bu zaman Ceyhunun atası Şahid1 bir nəfər şəxslə mübahisə etdiyini görüb Ceyhun onların yanma getmişdir. Bir necə vaxtdan sonra Ceyhunun qardaşı evdən hamam xalatında bayıra çıxmış və Sabirin mübahisə etdiyi sonradan adının Cavad olduğunu bildiyi şəxsin üzərinə cummuşdur. O, tez onların yanına qaçmış və Turalı qucaqlayıb onu sakitləşdir. Həmin vaxt Ceyhun və orada olan şəxslərlə birlikdə Turalı yaşadığı evə tərəf aparmışlar. Daha sonra biz geri metal qəbulu yerinə getmişdir. Bir neçə dəqiqədən Tural əynini dəyişib bayıra çıxmış və Cavadın olduğu yerə tərəf getmişdir. Tural Cavadın yanma çatan kimi onu vurmağa başlamışdır. O və Ceyhun bunu görən kimi qaçaraq Turala yaxınlaşaraq onu sakitləşdirib geri yaşadığı evə tərəf gətirmişlər. Tural evə getdikdən sonra onlar təkrar metal qəbulu yerinə işləməyə getmişlər. Hadisə baş verən, hadisə yerində o, Sabir, Tural, Ceyhun, Abbas və başqa adamalar olmuşlar. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Şahid1 Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında məhkəmə-tibbi ekspertizasının 233 saylı 11 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qulaqarxası nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müauinə olunanın şəraitdə yəni 08 aprel 2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə əl ilə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında baxış keçirilmiş 25 iyun 2022-ci il tarixli Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-119 nömrəli video müşahidə qurğusunun görüntülərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Namazadə küçəsində yerləşən ərzaq mağazası və “yağ dəyişmə” yeri yerləşir. Həmin video görüntünün 03 dəqiqə 15 saniyəsində avtomobil yolunun kənarında bir nəfər mağazadan çıxan yaşlı kişinin “Mercedes Benz E” markalı avtomobilin sürücüsü olan orta yaşlı kişi cinsli şəxslə arasında mübahisə yaranır. Həmin ərəfədə bir nəfər əynində xalatla bayıra çıxır və orta yaşlı kişi ilə mübahisə etməyə başlayır. Həmin vaxt “yağ dəyişmə” yerində işləyən və orada toplaşanlar şəxslər xalatda olan şəxsi sakitləşdirirlər və həmin şəxs evə gedir. 06 dəqiqə 15 saniyədə həmin şəxs əynini dəyişərək bayıra çıxır və “Mercedes Benz E” markalı avtomobil olduğu yerə tərəf gedir və avtomobilin sahibi ilə mübahisə edərək döyür, həmin vaxt hadisə yerinə toplaşan şəxslər onu sakitləşdirib evə tərəf gətirmələri müəyyən olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” barədə və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən götürülmüş məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: "Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.8 və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində hadisəni törətməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün həmin şəxsə dəfələrlə müraciət etməsini və ondan asılı olmayan səbəblərdən buna nail ola bilməməsini, zərərçəkmiş şəxsin üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməməsini və belə olan halda onun təqsirləndirilən şəxsə qarşı şikayətçi olub-olmaması barədə məlumatın olmamasını, həmçinin himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar