Məhkəmə qərarları › İş №1(009)-198/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-198/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-198/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 oktyabr 2023-cü il tarixdə saat 12.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaxın tanışlarının olduğunu bildirib, onların köməkliyi ilə Zərərçəkmiş şəxs tanışları Şahid1, Şahid2 və X3 Fövqəladə Hallar Nazirliyinə sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair sonuncuya yalandan vəd verib inandıraraq bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs 6000 manat, 5 gün sonra 2022-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 13 ünvanında yerləşən metronun Qara Qarayev stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 2000 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib aldatmaqla faktiki olaraq Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya “Socar” şirkətində yaxın tanışlarının olduğunu bildirib onların köməkliyi ilə Zərərçəkmiş şəxs tanışları Şahid4 “Socar” şirkətinə fəhlə vəzifəsinə, Şahid3 isə “Socar” şirkətinə ekologiya üzrə mütəxəssis vəzifəsinə işə qəbul etdirəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vədlər verib inandırıb, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi 4 ünvanında yerləşən Şəlalə parkının yaxınlığında Zərərçəkmiş şəxs 4000 manat, 2022- ci ilin aprel ayının ortalarında ünvan 5 ünvanda yerləşən Şəlalə parkının yaxınlığında Zərərçəkmiş şəxs 4000 manat, 2022-ci ilin aprel ayının sonunda ünvan 5 ünvanda yerləşən “Şəlalə” parkının yaxınlığında Zərərçəkmiş şəxs 5000 manat pulu almaqla, sonuncudan ümumilikdə 13000 manat pul alıb, ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin əvvəlindən tanıyır. O, Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyi və “Socar” şirkətində tanışlarının olduğunu, həmin qurumlara müxtəlif vəzifələrə işə düzəlmək istəyən şəxslər olarsa işə qəbul etdirmək imkanının olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayının sonu Zərərçəkmiş şəxs ona müraciət edərək qardaşı və tanışlarını Fövqəladə Hallar Nazirliyi işə qəbul etdirmək istədiyini bildirmişdir. Bundan sonra 2022-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" şirkətinin yanında Zərərçəkmiş şəxslə görüşmüş və Zərərçəkmiş şəxs orada ona 6000 manat və işə qəbul olunmaq istəyən şəxslərin sənədlərinin surətini vermişdir. Bundan bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş və o, orada ona 2000 manat vermişdir. Həmin gün söhbət əsnasında o, Çingizə “Socar” şirkətində yaxın tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə işə qəbul ilə bağlı pul müqabilində köməklik etmək imkanının olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yenə də ona müraciət edərək iki nəfər tanışının “Socar” şirkətinə işə qəbul olunmaq istədiklərini bildirmişdir. O, növbəti gün həmin şəxsləri işə qəbul etdirə biləcəyini, 8000 manat pulun müqabilində “Socar” şirkətinə fəhlə kimi, 5000 manat pulun müqabilində isə mütəxəssis vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Şəlalə parkının yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş və orada ona əlbəəl 4000 manat vermişdir. 2022-ci ilin aprel ayının sonlarında isə yenidən Şəlalə parkının yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş və orada ona əlbəəl 5000 manat vermişdir. Beləliklə, o, Şahid1, Şahid2 və X7 Hallar Nazirliyinə sürücü vəzifəsinə, Şahid4 “Socar” şirkətinə fəhlə vəzifəsinə, Şahid3 “Socar” şirkətinə ekologiya üzrə mütəxəssis vəzifəsinə işə qəbul etdirəcəyinə vəd verərək Zərərçəkmiş şəxs ümumilikdə 21000 manat almışdır. Sonradan vədinə əməl edə bilməmişdir. Zərərçəkmiş şəxs tanışlarının pulu istədiyini bildirib ona verdiyi pulları tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı tam şəkildə ödədiyini nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşı, Şahid2 qardaşı Alxanın bacanağı, X6, Şahid4, Şahid3 isə onun tanışıdır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Həmin ərəfədə Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində yaxın tanışlarının olduğunu, həmin tanışlarının vasitəsilə işə qəbul olunmaq istəyən şəxsləri işə qəbul etdirə biləcəyini demişdir. 2022-ci ilin fevral ayında qardaşı Alxan, qardaşının bacanağı Elmir və tanışı Mirzə ilə söhbət edərkən işsiz olduqlarını ona bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxsla əlaqə saxlayıb tanışlarının Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmaq istədiklərini demişdir. O da tanışlarını pul müqabilində Fövqəladə Hallar Nazirliyinə sürücü vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. Onlar işə qəbul olunmaq istədiklərini bildirib özlərinə aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlərin surətlərini ona vermişlər. Onlar Təqsirləndirilən şəxs tanımadıqları üçün Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirmək üçün ondan kömək etməyi xahiş etmişlər. O, təmənnasız olaraq əlindən gələn köməyi edəcəyini bildirmişdir. Bundan sonra Şahid1 2000 manat, Şahid2 3000 manat, Mirzə Dəmirov 3000 manat pulu ona vermişlər ki, həmin pulları Təqsirləndirilən şəxs versin. Bundan sonra 2022-ci ilin mart ayının əvvəlində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" şirkətinin yanında Təqsirləndirilən şəxs 6000 manat pul və sənədlərin surətini vermişdir. Bundan bir neçə gün sonra o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs əlbəəl 2000 manat pul vermişdir. Həmin gün söhbət əsnasında Nazim “Socar” şirkətində yaxın tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə işə qəbul ilə bağlı pul müqabilində köməklik etmək imkanının olduğunu bildirmişdir. O, həmin ərəfədə işsiz olan tanışları Şahid4 və Şahid3 bu barədə demişdir. Həmin şəxslərdən Ayvazı “Socar” şirkətində fəhlə kimi, Əşrəf isə ekologiya üzrə mütəxəssis vəzifəsinə işə qəbul etdirmək istədiyini bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxsla danışmışdır. Təqsirləndirilən şəxs həmin şəxsləri işə qəbul etdirə biləcəyini, 8000 manat pulun müqabilində “Socar” şirkətinə fəhlə kimi, 5000 manat pulun müqabilində isə mütəxəssis vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. Onlar razılıq verdikdən sonra həmin gün Şahid4 8000 manat, Şahid3 5000 manat ona vermişlər. 2022-ci ilin aprel ayının əvvəlində isə Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən “Şəlalə” parkının yaxınlığında Təqsirləndirilən şəxs əlbəəl 4000 manat pul vermişdir. 2022-ci ilin aprel ayının sonlarında o, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Şəlalə parkının yaxınlığında ona əlbəəl 5000 manat pul vermişəm. O, Şahid1, Şahid2 və X7 Hallar Nazirliyinə sürücü vəzifəsinə, Şahid4 “Socar” şirkətinə fəhlə vəzifəsinə, Şahid3 “Socar” şirkətinə ekologiya üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmaları üçün Təqsirləndirilən şəxs ümumilikdə 21000 (iyirmi bir min) manat vermişdir. Təqsirləndirilən şəxs həmin şəxsləri iki-üç ay müddətinə işə qəbul etdirəcəyini söz versə də, həmin müddət çatdıqda vədinə əməl etməmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs tanımadıqları üçün ondan pullarını tələb etmişlər. O, məcbur olub həmin şəxslərin pullarını öz şəxsi vəsaiti hesabına qaytarmışdır. O, Təqsirləndirilən şəxs pulları qaytarmasını tələb etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacanağıdır. Rzayev X5 qardaşıdır. 2022-ci ilin fevral ayında o, Şahid1 , Zərərçəkmiş şəxs, Mirzə Dəmirov ilə söhbət edərkən işsiz olmaqları barədə söhbətlər etmişlər. 2022-ci ilin fevral ayının sonunda o, Alxan, Çingiz, Mirzə ilə yenidən görüşərkən Çingiz Təqsirləndirilən şəxs onları pul müqabilində Fövqəladə Hallar Nazirliyinə sürücü vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəlində o, 3000 manat, Şahid1 3000 manat və Mirzə Dəmirov 3000 manat pulu, həmçinin özlərinə aid sənədlərin surətini Zərərçəkmiş şəxs vermişlər. Zərərçəkmiş şəxs də onlardan aldığı sənədlərin surətini və pulları tam şəkildə Təqsirləndirilən şəxs vermişdir. Onlar Təqsirləndirilən şəxsla görüşməmişlər. Sonradan Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onların heç birini işə qəbul etdirməyərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs tanımadığı üçün həmçinin pulu Zərərçəkmiş şəxs verdiyi üçün Çingizdən pulunu istəmişdir. Zərərçəkmiş şəxs də məcbur qalaraq onun, Şahid1 və Mirzə Dəmirovun pulunu öz vəsaiti hesabına qaytarmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Şahid2 isə onun bacanağıdır. X6 isə tanışıdır. 2022-ci ilin fevral ayında o, qardaşı Zərərçəkmiş şəxs, bacanağı Elmir ilə söhbət edərkən işsiz olduqları barədə söhbətlər etmişlər. 2022-ci ilin fevral ayının sonunda o, qardaşı Zərərçəkmiş şəxs, bacanağı Şahid2 ilə yenidən görüşərkən Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs onları pul müqabilində Fövqəladə Hallar Nazirliyinə sürücü vəzifəsinə işə qəbul etdirə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəlində o, 3000 manat, Şahid2 3000 manat həmçinin özlərinə aid sənədlərin surətini qardaşı Zərərçəkmiş şəxs vermişlər. Zərərçəkmiş şəxs də onlardan aldığı pulları tam şəkildə Təqsirləndirilən şəxs vermişdir. Lakin onlar Təqsirləndirilən şəxs ilə görüşməmişlər. Sonradan Təqsirləndirilən şəxs vədinə əməl etməyərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Şahid2 və X10 Zeynalovu tanımadıqları üçün, həmçinin pulu qardaşı Zərərçəkmiş şəxs verdikləri üçün ondan pullarını istəmişlər. Zərərçəkmiş şəxs də məcbur məcbur qalaraq onun və Elmirin pulunu öz vəsaiti hesabına qaytarmışdır. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə 21000 manat pul vermiş, lakin o, vədinə əməl etməyərək heç bir şəxsi işə qəbul etdirməmişdir. 07 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 fevral 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20də şübhəli şəxs qismində tutulmuşdur. 20 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 20 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 07 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 14 aprel 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə könüllü şəkildə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə gəlmişdir. 14 aprel 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 07 mart 2023-cü il və 14 aprel 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 3000 manat məbləğində dəymiş ziyan Zərərçəkmiş şəxs ödənilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23-1, 40 və 93-8.3-cü maddələri ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 12 gün islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdən saat 01.20-dən 20 fevral 2023-cü il tarixədək, 18 iyul 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) ay 18 (on səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay 06 (altı) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdən saat 01.20-dən 20 fevral 2023-cü il tarixədək, 18 iyul 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) ay 18 (on səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar