Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-198/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 07 may 2025-ci il tarixdə saat 10:15-də məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən 09 aprel 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs, ünvan 3 ünvanda yerləşən «Bakı funikulyoru»nun qarşısında olarkən, növb onun olduğundan sərnişini aparmalı olması səbəbindən aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlərin kəskinləşməsi zəminidə Zərərçəkmiş şəxs sol alın nahiyəsindən bir dəfə yumruq zərbələri ilə vurub ona sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı, sol gözətrafı yumşaq toxumaların hematoması və hematoma fonunda gözün ağlı qişasının bayır yarısına məhdud qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi "Mersedes Benz" markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü işləyir. 09 aprel 2025-ci il tarixdə səhər saat 11 radələrində Ş.Ələkbərova küçəsi 1-də yolun kənarında avtomobili saxlayaraq müştəri gözləyirmiş. Həmin vaxt yanında Zərərçəkmiş şəxs öz idarə etdiyi "London" taksisi ilə dayanıbmış. Orda olan zaman təxminən saat 13 radələrində onların yanına müştəri yaxınlaşmışdır. Əliyar müştərini öz yanına çağıraraq idarə etdiyi avtomobilə tərəf aparmışdır. Əliyara növbənin onun olduğunu, müştərini ona verməsini, daha öncə onun müştəri aparmasını bildirmişdir. Lakin Əliyar razılaşmayaraq müştərini aparacağını demişdir. Bu zaman aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı əsəbləşərək. özündən aslı olmadan Əliyarın sol alın hissəsinə yumruq zərbəsi vurmuşdur. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alaraq bəraətverici əsaslarla icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, 09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək "Mersedes Benz markalı” **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs mübahisə etməsi, mübahisə zamanı döyməsi barədə məlumat vermişdir. 09 aprel 2025-ci il tarixdə ünvan 5 ünvanda, "ünvan 6üştəri yaxınlaşmışdır. Yaxınlaşan müştəri ucuz kafelərin birinə aparmağını bildirmişdir. Müştərini avtomobilə əyləşdirən zaman ərazidə şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən, əvvələr tanıdığı taksi sürücüsü Təqsirləndirilən şəxs müştərini ondan alaraq aparmaq istəmişdir. Raminə müştərinin ona yaxınlaşdığını, onunla getmək istədiyini bildirdikdə, Ramin cavabında onun növbəsinin olduğunu, müştərini onun aparmalı olduğunu deyib israr etmişdir. Bununla bağlı aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı Ramin qəflətən gözləmədiyi halda, ani olaraq sol alın nahiyəsinə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Zərbənin təsirindən ağrıdığı uçün kənara çəkilərək yerdə oturmuşdur. Həmin vaxt Ramin idarə etdiyi avtomobilə əyləşərək yanından çıxıb getmişdir. Hadisə 09 aprel 2025-ci il tarixdə saat 13 radələrində, dəqiq olaraq ünvan 5 ünvanda "Bakı funikulyoru"nun qarşısında baş vermişdir. Aralarında mübahisə təxminən bir dəqiqə çəkmiş, Ramin qəflətən, gözləmədiyi halda, ani olaraq sol alın nahiyəsinə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. 09 aprel 2025-ci il tarixli qərarla vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəmə-tibbi ekspertizasının 10 aprel 2025-ci il tarixli 150 nömrəli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı, sol gözətrafı yumşaq toxumaların hematoması və hematoma fonunda gözün ağlı qişasının bayır yarısına məhdud qansızma bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 22 aprel 2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 aprel 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29.177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Sabirabad Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 310 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır. Nəzərə alaraq icraatda olan cinayət işinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Bu səbəbdən icraata bəraətverici əsaslar olmadan xitam verilməsi xahiş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-198/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-198/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver