Məhkəmə qərarları › İş №1(009)-199/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-199/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-199/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 12 avqust 1999-cu il tarixdə Naxçıvan MR Şərur rayonu Kürdkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Naxçıvan MR Şərur rayonu Kürdkənd ərazi dairəsi Kürdkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə 07 may 2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus olan boz yaşıl metallik rəngli, 125 m3 mühərrik ölçülü, ME1SEG467L0015286 ban nömrəli, 99 C 149 dövlət qeydiyyat nişanlı, “X24 Stereet Ralli 125 Fİ” markalı motosikli S.Şəmiyevin idarə etdiyi Reno SİVİSİ markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının qarşısına yükləməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2.500 (iki min beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, UBER şirkətinə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 may 2022-ci il tarixdə saat 18 radələrində sifariş əsasında Badamdar qəsəbəsi 1-ci yaşayış massivinə, dəqiq yadında qalmayan ünvana müştəri gətiribmiş. Həmin saatlar pik saatlar olduğu üçün ara küçələrə girmişdir ki, müştəri götürsün. Həmin gün yağış yağırmış, küçələrin birində həyət qapısının qarşısında boz yaşıl metallik rəngdə “Yamaha” markalı motosiklet görmüş, motosikleti oğurlmaq qərarına gəlmiş və həmin vaxt dostu Samirə zəng vuraraq demişdir ki, maddi çətinlikləri var, Badamdar qəsəbəsindədir, burada motosiklet var, onu götürmək istəyir, ona kömək etsin. Samir ona demişdir ki, maşının yağını dəyişir, 15 dəqiqədən sonra gələ biləcəyini və ona konum atmağını istəmişdir. O da Samirə konum atmışdır. Həmin müdətdə o, sifariş almış və iki müştərini sifariş verilən yerə qoyub qayıdan zaman Samir ona zəng vuraraq demişdir ki, artıq dediyi yerə çatıb. O, maşınla motosiklet olan yerə gəlmiş, Samir artıq orada onu gözləyirmiş. O, maşını saxlamış, Samirlə birlikdə motosikleti Samirin idarə etdiyi Reno SİVİSİ markalı avtomobilin arxasına, oturacaqları qarşıya çəkməklə yerləşdirmişlər. Samir sürmüş, o da UBER takisni Samirin arxasınca sürmüşdür. Motosikleti Samirin maşını ilə onun yaşadığı ünvan 1 ünvana gətirmiş, motosikleti maşından düşürmüşlər. Samir maşını sürüb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Samirə zəng vurmuş və motoskleti necə saata biləcəklərini demiş, Samir tanışı olduğunu bildirmişdir. Samirlə yaşadıqları evləri yaxındır, yəni bir məhəllədə yaşayırlar. Samir ona demişdir ki, müştəri var. Onların fikri motosikleti 700 manata satmaq olmuşdur. O, Samirlə sonuncunun danışdığı şəxsin, sonradan adının Çingiz olduğunu bildiyi şəxsin dediyi “28 may” metrostansiyası yaxınlığında yerləşən “Səməd Vurğun” parkına getmişdir. Samir öz maşınını sürmüş, o da motosikleti sürərək aparmışdır. Çingiz adlı oğlan əvvəlcə 500 manat demiş, orada olan zaman motosikletə baxmış və 450 manat pulunun oilduğunu bildirmiş və demişdir ki, «istəsəniz 450 manata sürməli olmuşlar. O, evin yaxınlığında olan “Qrant” marketin qarşısına getmiş, orada iki nəfər mülki formada olan şəxs ona yaxınlaşmış, bu şəxslərdən biri əl verib onunla görüşmüş, sonra adının Emil olduğunu soruşanda o, təsdiq etmişdir. Oğlan onun əlini buraxmayaraq polis əməkdaşları olduqlarını bildirərək onlarla polis bölməsinə getməyini istəmişlər, o, etiraz etmədən polis əməkşdları ilə birlikdə bölməyə getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq etmədiyini, borcu olması səbəbindən oğurluq etdiyini, motosikletin üzərində dövlət qeydiyyat nişanının olmadığını, əvvəlcə moped olmasını düşündüyünü, Çingizin motosikletin sənədinin olubolmadığını soruşduğunu, özünə məxsus olmasını Çingizə bildirməsini, motosiklet üçün xüsusi açarın olmadığını, istənilən açarla işə salındığını, motosikleti özündə olan açarla işə saldığını, satarkən açarın üzərində olmasını göstərmişdir. Təqsirləndirilən şəxs X9 sözündə əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda BOLT şirkətindən günü 30 manata kirayə taksi götürüb taksi sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs1 on beş ilə yaxın bir müddətdir ki, tanıyır. Eyni məhəllədə yaşayırlar, dostluq münasibətləri var. Emil isə UBER şirkətinə məxsus olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 may 2022-ci il tarixdə saat 18:30 radələrində Emil ona zəng vuraraq bildirmişdir ki, borcu var, ona vacib pul lazımdır, Badamdar qəsəbəsinə müştəri aparan zaman orada motosilet görüb, həmin motosikleti oğurlamaq qərarına gəlib, bunun üçün ona kömək etməyini xahiş etmişdir. Həmin vaxt o, maşınının yağını dəyişirmiş və işi olduğunu Emilə demiş və işini qurtarandan sonra gələ biləcəyini, ona olduğu yer barədə konum atmasını demişdir. Emil ona olduğu yer barədə konum atmış, o, işini qurtardıqdan sonra taksi kimi istifadə etdiyi Reno SİVİSİ markalı avtomobili ilə Emilin konum atdığı Badamdar qəsəbəsindəki yerə getmişdir. O, həmin yerə çatmış, Emil orada olmamış, zəng vurub dediyi yerdə olduğunu Emilə bildirmişdir. Təxminən beş dəqiqədən sonra Emil gəlmiş, o, maşınının arxasındakı oturacağı içəri tərəfə çəkmiş və Emil ilə birlikdə həmin yerdə həyət qapısının qarşısında olan boz yaşıl metallik rəngli, Yamaha markalı motosikleti maşınının arxasına qoymuşlar. O, maşını sürmüş, Emil isə taksi kimi istifadə etdiyi maşını arxasınca sürmüş, Emilin yaşadığı Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsində olan ünvanının qarşısına gəlmişlər. Motosikleti maşından düşürmüş və Emilin yaşadığı evin həyətinə qoymuşlar, o, getmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Emil ona zəng vuraraq motoskleti necə saata biləcəklərini demiş, o, müştəri tapacağını bildirmişdir. O, bir aya yaxın müddət ərzində Çingiz adlı oğlanı tanıyırmış. Çingiz onun müştərisi olmuşdur. Xırdalan şəhərindən motosiklet alan zaman soruşanda Çingizin motosiklet ticarəti ilə məşğul olduğunu, yəni motosiklet alıb satdığını bilmiş və Çingizin mobil telefonun nömrəsini götürmüşdür. O, Çingizlə danışaraq motosiklet olduğunu və satmaq istədiyklərini bildirmiş, Çingiz etiraz etməmişdir. O, görüntülü yığaraq motosikleti Çingizə göstərmiş, əvvəlcə Çingiz 300 manat demişdir. Çingiz alverçi olduğu üçün qiyməti kəsirmiş. O, Çingizə bildirmişdir ki, pula ehtiyacları var. Nəhayət ki, Çingiz 500 manata motosikleti alacağı ilə razılaşmışdır. Onlar həmin gün, yəni 8 may 2022-ci il tarixdə saat 19 radələrində Çingizin istəyi ilə “28 may” metrostansiyası yaxınlığında yerləşən “Səməd Vurğun” parkına getmişlər. O, öz maşınını sürmüş, Emil isə motosikleti sürərək getmişlər. Çingiz dediyi yerə gəlmişlər, Çingiz motosikletə baxmış, baxmayaraq ki, 500 manata alacağını deyibmiş, sonradan Çingiz 450 manat pulunun olduğunu bildirmiş və demişdir ki, «istəsəniz 450 manata ala bilərəm». Həmin vaxt Emilin deməsinə görə 250 manat borcu olduğundan məcbur qalıb razılaşmış və motosikleti 450 manata Çingizə satmışlar. Emil həmin məbləğdən 100 manatını ona vermiş, evə getmişlər. xx.xx.2022-ci il tarixdə o, maşına yaxınlaşmışdır ki, işə salsın, iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşaraq polis olduqlarını bildirmişlər və motosiklet oğurladıqlarını bildiklərini demişlər. Ondan ikinci şəxsin kim olduğunu soruşmuşlar. Həmin vaxt o, Emil ilə vatsapda yazışırmış, polislərə Emil olduğunu demiş, həiçinin Emilə “Qrand” marketin yanma gəlməsini yazmış, polislər Emili də oradan götürmüşlər və onları polis bölməsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 əvvəllər oğurluq etmədiyini, Emilin deməsinə görə borcu olduğunu, bu səbbədən oğurluq etməkdə Emilə kömək etdiyini, motosikletin üzərində dövlət qeydiyyat nişanının olmadığını, Çingizin Emildən sənəd olub-olmadığını soruşduğunu, Emilin motosikleti ona sənədsiz satdıqlarını Çingizə bildirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsinin ifadəsi, şahidlərin ifadələri, özlərinin təsdiqedici ifadələri, ibtidadi istintaq zamanı keçirlmiş ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 ticarət mərkəzində yerləşən ona məxsus olan motosiklet təmiri sexində usta işləyir. Servisin qarşısında ona məxsus olan, yaxın dostu olan Şahid4 adına aldığı, Şahid4 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə ona baş etibarnamə ilə verilmiş boz yaşıl mütallik rəngli, “X24 125” markalı motisikli saxlamışdır. Təmirlə bağlı R99-C-149 dövlət nömrə nişanını çıxarmışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Rövşən işdən çıxıb evə gedən zaman onun icazəsilə motosikli sürüb aparmışdır. 08 may 2022-ci il tarixdə gecə saat 03- də Rövşən ona zəng vuraraq bildirmişdir ki, ona məxsus olan boz yaşıl mütallik rəngli, “X24 125” markalı motosikli xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evin qarşısında saxlamış, saat 16 radələrində dostunun yas mərasimində iştirak etmək üçün Maştağa qəsəbəsinə getmiş, saat 20:20 radələrində anası işdən evə gələn zaman motosiklin evin qarşısında olmadığını görmüş, məlum olmuşdur ki, motosikl evin qarşısından naməlum şəxs tərəfindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə Rövşən ona zəng vurarq bildirmişdir ki, ona məxsus olan motosikli oğurlayan şəxsləri tutublar və motosikli tapıblar. Ona məxsus olan boz yaşıl metallik rəngli “X24- 125” markalı 99-C-149 dövlət nömrə nişanlı motosiklin qiyməti 3 300 manatdır. Boz yaşıl metallik rəngli “X24-125” markalı 99-C-149 dövlət nömrə nişanlı motosikli o, yaxın dostu olan Şahid4 adma almış, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə ona baş etibarnamə verilmişdir. X1 hüququnun olmadığını bilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini, şikayət və təlbinin olmamasını bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, boz yaşıl metallik rəngli “X24 125” markalı 99-C-149 dövlət nömrə nişanlı motosikl yaxın dostu Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs həmin motosikli xx.xx.2020-ci il tarixdə onun adma alıb, bu səbəbdən də qeydiyyat şəhadətnaməsində motosikl onun adınadır. O, xx.xx.2021-ci il tarixdə baş etibarnamə ilə həmin motosikleti Zərərçəkmiş şəxs vermişdir. Hal-hazırda həmin motosiklet Zərərçəkmiş şəxs məxsusdur, yəni həmin əmlak onun deyil. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X3 ifadəsində göstərmişdir ki, oğlu X16 rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin içərisində “Moto Cartink Service”də motosklet ustası işləyir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində işdən evə gələn zaman servisə məxsus olan “X24 125” markalı motosikl ilə gəlib və motosikli yaşadıqları həyət evinin qarşısında saxlayıb. Rövşən saat 16 radələrində dostunun yas mərasimində iştirak etmək üçün Maştağa qəsəbəsinə getmişdir. O, saat 20:20 radələrində işdən evə gələn zaman motosikli evin qarşısında görməmiş, zəng vuran zaman Rövşən motosikl ilə evə gəldiyini və motosikli evin qarşısında saxladığını ona demişdir. Bundan sonra ona məlum olmuşdur ki, motosikli naməlum şəxs oğurlayıb və bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin içərisində “Moto Cartink Service”-də motosklet ustası işləyir. O, evə gələndə həmin servisin motosdkleti ilə gəlirmiş. Həmin motosiklet işlədiyi sexin müdiri Zərərçəkmiş şəxs məxsusdur və sonuncunun icazəsi ilə motosikletdən istifadə edirmiş. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində servisə məxsus olan “X24 125” markalı 99-C-149 dövlət nömrə nişanlı motosikl ilə gəlmişdir. Lakin həmin motosikli sürən zaman nömrəsi üzərində olmamışdır. O, motosiklli yaşadığı həyət evinin qarşısında saxlamış və saat 16 radələrində dostunun yas mərasimində iştirak etmək üçün Maştağa qəsəbəsinə getmişdir. Saat 20:20 radələrində anası işdən evə gələn zaman motosikli evin qarşısında görməmişdir. Gecə saatlarında ondan bu barədə soruşanda o, bildirmişdir ki, motosikl ilə evə gəlmiş və motosikli evin qarşısında saxlamışdır. Bundan sonra onlara məlum olmuşdur ki, motosikli naməlum şəxs oğurlayıb və anası bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, motosikletin oğurlanması barədə sahibi Zərərçəkmiş şəxs zəng vuraraq məlumat vermişdir. xx.xx.2022ci il tarixdə polisdən ona zəng vuraraq motosikleti oğurlayan şəxslərin tutulduğu və motosikletin tapılması barədə məlumat verilmiş, o da bu yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən oğurlanıb. Motosiklet idarə etmək üçün sürücülük hüququ yoxdur, sürücülük vəsiqəsi almamışdır. Zərərçəkmiş şəxs ona “X24-125” markalı motosikli idarə etməyə icazə versə də, rəsmi etibarnamə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mopedi var və mopedlə kuryer fəaliyyəti ilə məşğul olur. Hərdən ucuz düşəndə maped alıb biraz baha qiymətə sataraq gəlir əldə edir. Samir Şamilovu təxminən 1 ay olar ki, taksi sürücüsü kimi tanımışdır. Hərdən bir biri ilə zəngləşib söhbət edirmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Samir ona zəng edərək dostunda satlıq motosiklet olduğunu bildirmişdir. O, şəklini istəmiş, Samir motosikletin şəklini ona göndərmişdir. O, şəklə baxmış, motosikletin sənədini soruşduqda bildirmişdir ki, sənədi dostundadır və qiymətinin 1200 manat olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Samir, dostu Emil ilə motosikleti Nəsimi rayonu, Səməd Vurğun bağının yanına gətirmişlər. O, motosikletin sənədini soruşanda, satanlar sənədin itdiyini bildirmişlər. O, orada motosokletə baxmış, xoşuna gəlmiş və 450 manata alacağını bildirmiş, satanlar bununla razılaşmışlar. O, Emilə 450 manat pul verib motosikleti almışdır. Sonra isə motosikleti sürüb məhlələrinə aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radərində Samir onunla danışaraq görüşmək istədiyini bildirmiş, yaşadıqları evin qarşısına çıxan zaman bir nəfər mülki formada şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu və motosikleti təqdim etməsini istəmiş, o da motosikleti polis əməkdaşına təqdim etmişdir. Verilən suallara cavab olaraq şahid Çingiz Mövlanov ifadəsində mopedin 700, 800, 1000 manata və sair qiymətdə olduğunu, alıb üstünə 100-200 manat pul qoyub satdığını, “Yamaha” markalı motosiklet üçün 450 manat müəyyən edən zaman qeyd olunan markaya aid motosikletin həmin qiymətə satılmasına razılıq verən şəxslərdən şübhələnmədiyini, satanların çox inandırıcı danışdıqlarını, Yamaha markalı motosikletin dövlət qeydiyyat nişanı barədə soruşduğunu, Samirin əvvəl olmasını, sonra isə itdiyini deməsini, motosikleti alan zaman satan şəxsin sənədinin surətini almadığını, satan şəxsin sənədlə bağlı problerm olmayacağmı, nə vaxt istəsə təşkil edə biləcəyini deməsini, satanların sənədi sonradan bərpa edə biləcəklərini ona demələrini, motosikletin oğurluq olduğunu bilmədiyini, Samirdən bu barədə soruşduqda motosikletin oğurluq olmadığını, Emilə məxsus olduğunu, pul lazım olduğu üçün təcili olaraq ucuz satmasını dediyini, bu barədə videiçəkiliş etdiyini və istintaqa təqdim edə biləcəyini, Təqsirləndirilən şəxs1 motosikleti idarə edərək gəldiyini, açarının üzərində olduğunu göstərmişdir. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 20 saniyə davam edən video görüntü əks olunmuş bir ədəd video fayl mövcuddur. Video görüntüdə əvvəlcə üç nəfər şəxs götüntülənir. Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxslər X14, Təqsirləndirilən şəxs2 və şahid X6r. X2rşıda, Təqsirləndirilən şəxs2 isə arxada dayanmışdır. Həmin şəxslərdən birinci olaraq iş üzrə Təqsirləndirilən şəxs1 danışır. Onun nitkinin məzmunu bü cür başlayır: “Qaqa bu da qəşəy satdıq, Allah xeyrinizi versin, xeyirlərə sürün”. Bu vaxt Çinciz Mövlanov sual verir: “Adın nə idi? Familyun nə idi?”. Təqsirləndirilən şəxs1 cavab verir: “Təqsirləndirilən şəxs1, 1999-cu il, Naxçıvan Şərur rayon Kürdkənd kəndi”. Cavab verdikdən sonra Təqsirləndirilən şəxs1 gülür. Çingiz Mövlanov “problem yoxdu” deyərək, nitkinə bu sözlərlə davam edir: “Bax bu qardaşdan müraciəti almışıq, kredit, arenda, oğurluq olsa qardaş özü”. Burada Təqsirləndirilən şəxs1 “cavabdehəm, başımnan” deyə müdaxilə edir. Bu vaxt satılan əmlak - yəni “X24 Stereet Ralli 125 Fİ” markalı motosikl görüntülənir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin motosikl X24 Stereet Ralli 125 Fİ markalı, boz yaşıl metallik rəngədir. Motosikl 2020-ci il istehsalıdır. Motosiklin mühərrik ölçüsü 125 m-dir Motosikl ünvan 5 ünvanında qeydiyyatda olan Şahid4 tərəfindən Zərərçəkmiş şəxs verilməsinə dair ƏN-İ seriyalı 886709 nömrəli 05 oktyabr 2021 -ci il tarixli baş etibarnamənin surəti baxış protokoluna əlavə edilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 99C149-dur. Baxış zamanı dövlət qeydiyyat nişanının nəqliyyat vasitəsinin üzərində olmaması aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyun 2022-ci il tarixli 9/3589 nömrəli rəyindən görünür ki,ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 2020-ci il istehsalı boz yaşıl metalik rəngli “X24 Stereet Ralli 125 Fİ” markalı motosiklın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 2500,0 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini nəzərə aralaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, 09 may 2022-ci il tarixdən 11 may 2022-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini və 09 may 2022-ci il tarixdən 11 may 2022-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış X24 Stereet Ralli 125Fi markalı motosikl sahibinə qaytarılması nəzərə alınmasını, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisini tərk etməmək, üzərinə Bakı şəhəri Xətai rayonu K.Kərimov küçəsi ev 34/48 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X13 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. iş üzrə maddi sübut qismində tanınmış X24 Stereet Ralli 125Fi markalı motosikl sahibinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırz) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırz) manat “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar