Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-199/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Pakistan İslam Respublikası Gujrat şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Ever Green” hostelində xidmətçi işləyən, məhkum olunmamış, Paksitan İslam Respublikası Gujrat şəhərində Celalburcettta rayonunda qeydiyyatda olmaqla, Abşeron rayon Masazır qəsəbəsi Atatürk prospekti 15 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 318- 1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr-noyabr aylarında Pakistan İslam Respublikasının vətəndaşları X17 Zafar, X27 Khariat, X23 Gul və X25 Muhammadi Azərbaycan Respublikası ərazisində iş qurmaq və qalmaq üçün müvafiq icazə vəsiqələri almaq vədi ilə aldadaraq Azərbaycan Respublikasına gəlmələrini təşkil etdikdən sonra həmin şəxsləri Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X9rşlayıb qalmaları üçün yaşadığı Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar massivi 1 döngə 3/5 ünvanına yerləşdirilmələrini həyata keçirmiş, bunun qarışdığında vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.500 ABŞ dolları ekvivalentində 21.250 manat məbləğində pul vəsaitlərini ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və Azərbaycan Respublikasında müvəqqəti olma müddəti başa çatmış həmin əcnəbilərin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün müvafiq icazələri olmadığı halda onlara guya tezliklə viza müddətinin uzadacağına inandırıb ölkəni vaxtında tərk etmələrinə maneə yaradaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar olunub Bakı şəhəri X3 Mərkəzinə yerləşdirilənədək Azərbaycan Respublikası ərazisində qanunsuz qalmalarını təmin etməklə təkrar qanunsuz miqrasiyanı təşkil etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Pakistan İslam Respublikası Gujrat şəhərində anadan olmuş, təxminən 2016-cı ildən 2021-ci ilədək Pakistan İslam Respublikasında “Pel Company” şirkətində anbardar vəzifəsində işləmişdir. Belə ki, 02 avqust 2023-cü il tarixdə həmyerlisi və dostu Ali Shafaqla birlikdə səyahət məqsədilə turist kimi Lahore-Bakı reysi ilə Azərbaycana şəhərinə gəlmişdir. İlk dəfə Bakıya gələndə bilet və Asan Viza sistemindən elektron vizanı özü almışdır. Həmin viza ona 30 gün Azərbaycanda qalma hüququ vermişdir. Bakı şəhərinə gəldikdən sonra avqust ayının sonlarında 28 may metrostansiyasının yaxınlığında yerləşən “KFC” adlı obyektdə azərbaycan vətəndaşı Şahid ilə tanış olmuşdur. Günayla tanış olduqdan sonra sonuncu ilə evlənmək qərarına gəlmişlər. Vizasının müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Pakistana qayıtmışdır. Bir gün içərisində yenidən özünə elektron viza alıb xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra 2023-cü ilin sentyabr ayının sonlarında Günayla toy etmişlər. Birgə nigahlarından uşaqları olmamışdır. Evləndikdən sonra bir müddət Bakı şəhəri Nərimanov rayonu X16 küçəsi ev 92 B, mən. 9 ünvanında, daha sonra Səbail rayonu Badamdar qəsəbəsində “Caspian Hospital”ın yaxınlığında həyət evində kirayədə yaşamış, təxminən 22 yanvar 2024-cü il tarixdə Abşeron rayon Masazır qəsəbəsinə köçmüşlər. Toy etdikdən sonra Səbail rayonunda yerləşən “Ever Green” hostelində xidmətçi işləməyə başlamış və ailəsini dolandırmışdır. İkinci dəfə vizasının müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün yenidən Pakistana getmiş və təkrar olaraq viza alıb xx.xx.2023-cü il tarixdə Bakıya qayıtmışdır. Bundan sonra azərbaycan vətəndaşı ilə evləndiyi və burada nikah bağladığı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bakıda yaşadığı ərəfədə buraları yaxşı tanıdığı üçün Pakistan İslam Respublikasından yeni gələn həmyerliləri ona müraciət edəndə həmyerlilərinə köməklik etmişdir. O, həmyerlilərinə Səbail rayonu Badamdarda qəsəbəsində yerləşən yaşadığı evdə qalmağa yer vermiş və bundan başqa həmin şəxsləri ərzaqla təmin etmişdir. Bunun qarşılığında həmyerlilərindən gündəlik 20-30 manat pul almışırdır. Onun gördüyü başqa bir iş olmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, həmyerlilərinə iş düzəltməmiş, eləcə də həmyerlilərinə vizanın müddətinin uzadılması ilə bağlı köməklik etməmişdir. Yalnız yaşamaq üçün ev və ərzaqla təmin etmişdir. Hətta həmyerlilərinin vizalarının müddəti bitəndə sonunculara Bakıdan getmələrini demişdir, buna baxmayaraq bəziləri Bakıda qalmaqda davam etmişdir. Pakistan İslam Respublikasının vətəndaşları X17, X25, X23, X27 və X15 evində müvəqqəti yaşamış, bundan baqşa həmin şəxsləri ərzaqla təmin etmişdir. Bunun qarışdığında da gündəlik 20-30 manat pul almışdır. X7 qonşusu olmuş. Moazzam Bakıya gələrkən ona bu barədə demiş, buna görə də Moazzamı havalimamanında qarşılamış və Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evinə aparmışdır. Bildiyi qədər Moazzam Bakıya azərbaycan dilində oxumaq məqsədilə gəlmişdir. Moazzam Bakıya gələndə bilet və vizanı özü almışdır. Moazzama Bakıda ancaq qalmağa yer və yemək vermişdir. Bunun qarışdığında sonuncudan 2-3 gündən bir 20 manat pul almışdır. Moazzama iş tapacağı ilə bağlı vəd verməmiş, hətta bu məqsədlə heç bir məbləğdə pul tələb etməmiş, eləcə 1500 dollar pul almamışdır. O, Moazzama bilet və ya viza almamış, həmçinin vizanın müddətinin uzadılmasına köməklik edəcəyini deməmişdir. Əksinə vizanın vaxtı qurtaranda çıxıb getməsini demişdir. Moazzamın vizasının müddəti bitən ərəfədə sonuncunu Dubaya göndərəcəyi, giriş-çıxış etdikdən sonra vizanın müddətinin uzanacağı ilə bağlı heçnə deməmişdir. Moazzama vizasının müddəti bitəndə Pakistana gedib yenidən qayıda biləcəyini bildirmişdir. X24 ümumiyyətlə Bakıya gəlməsindən xəbəri olmamışdır. Ali Majidi əvvəllər tanımamış, sonuncunun Bakıda olmasını burada olan tanışlarından öyrənmişdir. Ali Majidin qalmağa yeri olmadığı üçün sonuncuya köməklik etmiş, bunun qarışdığında da gündəlik 20 manat pul almışdır. O, Abbas Moazzamı havalimamanında qarşılayanda sonuncu ilə birlikdə bir neçə Pakistanlı olmuşdur. Taksi ilə həmyerlilərini Səbail rayonu “Tarqovı” adlanan yerdə düşürdüb Abbas Moazzamla evə getmişdir. Şəhərə gətirdiyi şəxslərin içərisində Ali Majid də olmuşdur. Ali Majiddən heç bir məqsədlə pul almamış, sonuncuya heç bir vəd verməmişdir. Gul Ali onun uzaq qohumudur, Bakıya turist kimi səyahətə gəlmişdir. Buraya gələndə də ona məlumat vermişdir. Gul Ali bilet və vizanı özü alıb gəlmişdir. Gul Ali onun evində qalmış, sonuncuya da yemək alıb vermiş, bunun qarışdığında 20-25 manat pul almışdır. Gül Ali onun evində yaşamaq və yemək üçün 1500 dollar pul verməmiş, bundan baqşa pul qarışdığında vizanın müddəti bitsə də Bakıda yaşamağa davam edəcəyi ilə bağlı heçnə deməmiş, eləcə də iş tapacağını vəd etməmişdir. O, özü tək olaraq həmyerlilərinə köməklik etmişdir. O, Gul Aliyə heç bir vəd verməmiş, heç bir məqsədlə pul almamışdır. Zain Ali ilə Səbail rayonu “Tarqovı” adlanan yerdə Pakistanlı həmyerlisinin mağazasında tanış olmuşdur. Zain Ali də onun evində qalmışdır. Zain Ali onun evində yaşadığı və yemək yediyi üçün sonuncudan yalnız bir dəfə 50 manat pul almışdır. Bundan başqa vizanın müddətinin uzadılması və ya başqa bir məqsədlə Zain Alidən pul almamış, sonunucya heç bir vəd verməmişdir. Təqsirləndirilən şəxs Ali X5 sözündə özünü təqsirli bilmədiyini, əməlinin cinayət olmasından xəbəri olmamasını sadəcə olaraq həmyerliləri olduqları üçün onlara güvənərək qalmaq üçün evini verdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı X17 Zafar ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasının Gujrat şəhərində anadan olmuş, anası və atası ilə birlikdə yaşamışdır. Ailədə üç bacı, dörd qardaş olmuş, subaydır, orta təhsillidir. Pakistan İslam Respublikasının Gujrat şəhərində orta məktəbdə oxumuşdur. Pakistanda ev işləri ilə məşğul olmuş, bundan başqa mal- heyvan saxlamışdır. 2020-2021-ci illərdə Yunansitanın Salonika rayonunda bağban işləmişdir. Bundan sonra öz ölkəsinə qayıtmışdır. O, 2023-cü ilin oktyabr ayında Pakistanda İslam Respublikasının Celalburgetta şəhərində olan zaman həmyerlisi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasına gedəcəyini, orada ona da iş tapacağını, yaxşı əmək haqqı olacağını demişdir. Bunun qarışdığında Təqsirləndirilən şəxs ona 1500 dollar pul verməli olduğunu bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxslar razılaşmışdır. Təqsirləndirilən şəxs Azərbaycana gedəndən sonra sonuncu ilə votsap proqramı vasitəsi ilə danışmışdır. Belə ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində o, votsapla pasportunun şəklini Təqsirləndirilən şəxs göndərmiş. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona bilet və Asan Viza sistemindən elektron vizanın şəklini göndərmişdir. Vizada onun Azərbaycanda qalma müddəti 30 gün göstərilmişdir. Bu barədə Təqsirləndirilən şəxsla telefonla danışan zaman soruşanda ona Bakı şəhərinə gəldikdən sonra vizanın müddətini uzadacağını demişdir. Bundan sonra o, 2000 dollar düzəldib xx.xx.2023-cü il tarixdə Lahor-Bakı reysi ilə Azərbaycana gəlmişdir. Havalimanında olarkən həmyerlisi Ali Majidlə tanış olmuşdur. Ali Majidlə söhbət əsnasında öyrənmişdir ki, Təqsirləndirilən şəxs ona da Azərbaycanda iş verəcəyini vəd etmişdir. Belə ki, Bakı şəhərinə çatan zaman havalimanında Təqsirləndirilən şəxs onu və Ali Majidi qarşılamışdır. Təqsirləndirilən şəxs onları Səbail rayonu Badamdar qəsəbəsində yerləşən həyət evinə aparmış və onlara burada qalacaqlarını demiş və onlara iş tapdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Ali Majidlə həmin evdə yaşamağa başlamışlar. Həmin evdə onlardan başqa üç nəfər həmyerliləri yaşamışdır. Təxminən iki gün sonra yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qaldıqları evdə ondan 1500 dollar pul götürmüşdür. Pulu verərkən yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs pulu ondan bilet, viza və iş düzəldəcəyini adı ilə almışdır. Həmin vaxt ona restoran və ya hoteldə iş tapacağını demişdir. Evdə qaldıqları ərəfədə Təqsirləndirilən şəxs onları ərzaqla təmin etmişdir. Bakıya gəlməsindən bir neçə gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona heç bir iş düzəltməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə soruşsa da sonuncu hər dəfə iş tapacağını, vizanın müddətini uzadacağını demişdir. Lakin vizanın müddəti bitənədək Təqsirləndirilən şəxs onu heç bir işlə təmin etməmiş, eləcə də söz verdiyi kimi vizanın müddətinin uzadılmasına köməklik etməmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs onu Dubaya göndərəcəyini, giriş-çıxış etdikdən sonra vizasının müddətinin uzanacağını demişdir. Buna baxmayaraq onu heç bir yerə göndərməmiş və işlə təmin etməmiş, bununla da vizanın müddəti bitmişdir. O, Bakıda heç bir işlə məşğul olmamış, vizanın müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı X25 Muhammad ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasında Gujrat şəhərində anadan olmuşdur. Ailəlidir, arvadı Mariya Haleklə birgə nigahdan iki övladı vardır. Övladlarının 1 və 3 yaşları vardır. Arvadı evdar qadındır. O, orta təhsillidir, Pakistan İslam Respublikasının Celalburcettta şəhərində orta məktəbdə oxumuşdur. Həmin şəhərdə uzun müddət uşaq oyuncaqları satılan mağazada satıcı işləmişdir. 2016-cı il tarixdə uşaq oyucaqları gətirmək üçün bir aylıq Çin Respublikasında olmuşdur. O, 2023-cü ilin əvvəllərində həmyerlisi və eyni rayonda yaşadığı qonşusu olan Təqsirləndirilən şəxslar tanış olmuşdur. Təqsirləndirilən şəxs tez-tez onun işlətdiyi mağazaya gəlmiş və onunla söhbətlər etmişdir. Təqsirləndirilən şəxs hər dəfə ona Azərbaycana gedib orada biznesi artırmaq imkanı olduğunu, ona Bakı şəhərindən Pakistana uşaq oyuncaqları göndərəcəyini, satıb daha çox qazanc əldə edə biləcəyini demişdir. Bunun qarışdığında Təqsirləndirilən şəxs ondan 8000 dollar pul istəmiş, o, da buna razılıq vermişdir. O, biznesini artırmaq məqsədilə Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Pakistanda işlətdiyi mağazada qeyd etdiyi məbləği vermişdir. Pulu alarkən Təqsirləndirilən şəxs Azərbaycana gedəcəyini, 2 ay ərzində malları göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla dəfələrlə telefonla danışmış, votsapla yazışmışdır. Təqsirləndirilən şəxs Azərbaycana gedəndən sonra da iki ay ərzində ona heç bir mal göndərməmişdir. Sonuncu dəfə ona özü malları seçmək üçün Azərbaycana gəlməsini demişdir. O, da məcbur qalıb Təqsirləndirilən şəxsla razılaşmışdır. Belə ki, 2023-cü ilin noyabroktyabr aylarında o, pasportunun şəklini votsapla Təqsirləndirilən şəxs göndərmişdir. Sonuncu təxminən xx.xx.2023-cü il tarixdə votsapla ona “Asan Viza” sistemindən elektron vizanın şəklini göndərmişdir. Vizada onun Azərbaycanda qalma müddəti 30 gün göstərilmişdir. Bu barədə Təqsirləndirilən şəxsla telefonla danışan zaman soruşanda ona Bakı şəhərinə gəldikdən sonra vizanın müddətini uzadacağını demişdir. Təqsirləndirilən şəxs ona elektron vizanın şəklini göndərəndən sonra o, Azərbaycana təyyarə bileti almışdır. Belə ki, 1100 dollar düzəldib xx.xx.2023-cü il tarixdə Lahor-Bakı aviareysi ilə Azərbaycana gəlmişdir. Havalimanında olarkən həmyerlisi Abbas Moazzamla tanış olmuşdur. Abbasla da söhbət əsnasında öyrənmişdir ki, Təqsirləndirilən şəxs Abbasa da Azərbaycanda iş verəcəyini vəd etmişdir. Bakı şəhərinə çatan zaman havalimanında Təqsirləndirilən şəxs onu və Abbas Moazzamı qarşılamışdır. Təqsirləndirilən şəxs onları Səbail rayonu Badamdar qəsəbəsində yerləşən həyət evinə aparmış və onlara burada qalacaqlarını demişdir. Bundan sonra onlar həmin evdə yaşamağa başlamışlar. Həmin evdə o və Abbasdan başqa həmyerliləri Zain Ali, Gul Ali və Abbas İslam yaşamışdır. Təqsirləndirilən şəxs Abbas İslamla yaxın dost olmuş, sonuncular onlara burada biznesləri olduğunu, iş gördüklərini bildirmiş, lakin ətraflı heçnə deməmişlər. Evdə qaldıqları ərəfədə Təqsirləndirilən şəxs onları ərzaqla təmin etmişdir. O, Təqsirləndirilən şəxs hər dəfə mallara baxmağa nə zaman gedəcəklərini soruşsa da sonuncu ona növbəti gün gedəcəklərini deyib aldatmış, hətta vizanın müddətini uzadacağını demişdir. Lakin vizanın müddəti bitənədək Təqsirləndirilən şəxs ona heç bir mağaza və ya mal göstərməmiş, eləcə də söz verdiyi kimi vizanın müddətinin uzadılmasına köməklik etməmişdir. O, Bakıda heç bir işlə məşğul olmamış, vizanın müddəti bitdiyi üçün xx.xx.2023cü il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, Abbas İslam onlarla birlikdə Badamdar qəsəbəsində yerləşən evdə yaşamış, sonuncu ilə yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs və Abbas İslam dost olmuşlar, birlikdə iş gördüklərini, biznes qurduqlarını onlara demişlər. Lakin harada və nə işlədiklərini bildirməmişlər. Ondan yalnız Təqsirləndirilən şəxs iş görmək adı ilə pul almışdır. Başqa heç kimə pul verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı X27 Khariat ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasında Lahore şəhərində anadan olmuşdur. Subaydır, ali təhsillidir. Pakistan İslam Respublikasının Rust İnternational Universitetində oxumuşdur. O, Lahore şəhərində ev alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, 09 oktyabr 2023-cü il tarixdə İslamabad-Bakı reysi ilə Azərbaycan Respublikası Bakı şəhərinə turist kimi səyahətə gəlmişdir. Azərbaycana gəlmək üçün özü bilet və “Asan Viza” sistemindən 30 günlük elektron viza almışdır. Bakı şəhərinə gəldikdən sonra bir müddət “Golden Hotelin”də qalmışdır. Buraya gələrkən üzərində 2000 dollar pulu olmuşdur. Bakı şəhərində hoteldə olarkən Pakistanlı Təqsirləndirilən şəxsı görmüşdür. Sonuncunu əvvəllər tanımamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb Pakistana necə pul göndərə biləcəyini soruşmuşdur. Bununla da Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs ona qaldığı otelin bahalı olduğunu, onlarla birlikdə yaşamağını, həm də evində həmyerliləri də qaldığını demişdir. O, da Təqsirləndirilən şəxs razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Badamdar qəsəbəsində yerləşən evinə aparmış və o, orada yaşamağa başlamışdır. Həmin evdə ondan başqa həmyerliləri Gul Ali, Abbas Moazzam, Ali Majid və Təqsirləndirilən şəxsm yaxın tanışı Abbas İslam yaşamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona torpaq alacağını və onun da həmin torpağın üzərində ev tikəcəyini, ona iş düzəldəcəyini, eləcə də vizanın müddətini uzadacağını demişdir. Belə ki, bütün bunlara görə, həm də evində yaşamaq və yemək üçün Təqsirləndirilən şəxs ondan 1500 dollar pul almışdır. Pulu evdə tək olarkən Təqsirləndirilən şəxs vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs hər gün ona vizanın və işin düzələcəyini demişdir. Lakin heç bir nəticə olmamışdır. O, Bakıda heç bir işlə məşğul olmamışdır. Vizanın müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. Bundan başqa bildirmişdir ki, Abbas İslam onlarla birlikdə Badamdar qəsəbəsində yerləşən evdə yaşamışdır. Abbasla yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs və Abbas İslam olmuş, birlikdə bizneslə məşğul olduqlarını demişlər, lakin konkret olaraq nə etdiklərindən xəbəri olmamışdır. Yalnız Təqsirləndirilən şəxs ondan iş görmək və vizanın müddətini uzatmaq adı ilə pul almışdır. Başqa heç kimə pul verməmişdir Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı X23 Gul ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasında Gujrat şəhərində anadan olmuşdur. Subaydır, ali təhsillidir. Pakistan İslam Respublikasının Bunjeb Universitetinin mühasibatlıq fakültəsini bitirmişdir. Universiteti qurtardıqdan sonra qadın salonunda kosmetika ustası kimi fəaliyyət göstərmişdir. Belə ki, 11 noyabr 2023- cü il tarixdə Sialkord-Bakı reysi ilə Azərbaycan Respublikası Bakı şəhərinə turist kimi səyahətə gəlmişdir. Azərbaycana gəlmək üçün özü bilet və “Asan Viza” sistemindən 30 günlük elektron viza almışdır. Bakı şəhərinə gəldikdən sonra bir müddət “Vinter Bakı” otelində qalmışdır. Bakı şəhərində olarkən həmyerlisi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs ona qaldığı otelin baha olduğunu, onlarla birlikdə yaşamağını, həm də evində həmyerliləri də qaldığını demişdir. O, da Təqsirləndirilən şəxs razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Badamdar qəsəbəsində yerləşən evinə aparmış və o, orada yaşamağa başlamışdır. Həmin evdə ondan başqa həmyerliləri Zain Ali, Abbas Moazzam, Ali Majid və Təqsirləndirilən şəxsm yaxın tanışı Abbas İslam yaşamışdır. O, Təqsirləndirilən şəxs evində yaşamaq və yemək üçün 1500 dollar pul vermişdir. X19 yanında qeyd etdiyi evdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alarkən ona vəd etmişdir ki, vizanın müddəti bitsə də Bakıda yaşamağa davam edəcək, heç kim ona bir söz deməyəcək, hətta ona iş tapacaqdır. Həmin ərəfədə də vizanın müddəti iki gün keçmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun hələ 90 gün Bakıda yaşamaq hüququ olduğunu demişdir. Təqsirləndirilən şəxs dostu Abbas İslamla birlikdə Bakı şəhərində olan Pakistanlıları yığıb öz evlərinə aparmış, bunun qarışdığında da pul almışdır. Lakin vizanın müddətinin uzadılması ilə bağlı Təqsirləndirilən şəxs ona heç bir köməklik etməmişdir. O, Bakıda heç bir işlə məşğul olmamışdır. Vizanın müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun Kamil Həsənov adlı şəxslə ilk evliliyindən 23 yaşlı oğlu və 13 yaşlı qızı vardır. 2017-ci il tarixdə Kamildən rəsmi qaydada boşanmışdır. O, pianino müəlliməsi işləyərək övladlarını böyütmüşdür. Belə ki, 2023-cü ilin avqust ayının sonlarında 28 may metrostansiyasının yaxınlığında yerləşən “KFC”-də Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxsla ilkin olaraq dost olmuş, sonuncu dost kimi ona bir neçə dəfə maddi yardım etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona evlilik təklif etmiş, o, da tək yaşamamaq üçün razılıq vermişdir. Bundan sonra onlar evlənmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs vizasının müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Pakistana qayıtmış, bir gün içərisində yenidən özünə elektron viza alıb xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayının sonlarında Ali ilə toy etmiş və rəsmi nigaha daxil olmuşlar. Evləndikdən sonra bir müddət Bakı şəhəri Nərimanov rayonu X16 küçəsi ev 92 b mənzil 9 ünvanında, daha sonra Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar massivi 1 döngə 3/5 ünvanında həyət evində kirayədə yaşamışlar. Sonuncu evin sahibi X14 olmuşdur. Bildiyi qədər Təqsirləndirilən şəxs Rüfət adlı şəxslə kirayə müqaviləsi də bağlamışdı. Həmin ev həyət evi olduğundan və otaqları çox olduğundan X20 Respublikasından gələn tanışlarını gətirib həmin evdə saxlamış və ərzaqla təmin etmişdir. Bunun qarışdığında Ali onlardan gündəlik 20-30 manat pul almışdır. O, həmin şəxslərin heç birini tanımamışdır. Bundan başqa Ali Səbail rayonunda yerləşən “Ever Green” hostelində xidmətçi işləmiş, bununla da ailəsini dolandırmışdır. Ali həmçinin Bakı şəhərində bizneslə məşğul olmağı planlaşdırmışdır. Onlar təxminən 22 yanvar 2024-cü il tarixdə Abşeron rayon Masazır qəsəbəsinə köçmüşlər. Bundan başqa ifadəsində bildirmişdir ki, əri Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr-noyabr ayları ərzində Pakistan İslam Respublikasının vətəndaşları X17, X25, X23 və X26 müəyyən məbləğdə pul qarışılığmda Azərbaycanda iş qurmaq və müvafiq icazə vəsiqələri almaq vədi ilə aldadaraq ölkəyə gətirməsi, burada yerləşdirilməsi barədə heç bir məlumatı yoxdur. Lakin onlar Badamdar qəsəbəsində yaşadıqları rəfədə Ali Pakistanlı tanışlarını evə gətirib orada yerləşdirmişdir. Həmin şəxslərin də həmyerliləri və dostları olduğunu demişdir. Həmin şəxslərdən bildiyi qədər gündəlik 20-30 manat pul almışdır. İş materiallarında olan X27 Khariat istifadəsində olan “Vivo” markalı mobil telefona “baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı X27 Khariat bildirdi ki, Təqsirləndirilən şəxsla dəfələrlə zəngləşib, votsapla yazışsada bütün zənglər və yazışmalar silinmişdir. Buna görə də Təqsirləndirilən şəxsla olan yazışmasını təqdim edə bilmir. Zain Alinin sözləri əsasında votsap bölməsində dediyi Təqsirləndirilən şəxs profilinə daxil olduqda abonentin adı “Alj” kimi qeyd olunmuş, qeydiyyatdan keçmiş nömrəsi isə +994 77 *** ** ** olması görünür. Həmin abonentin profilində fotoşəkil yoxdur. Zain Ali bildirdi ki, həmin nömrə ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs aiddir. Qeyd olunan votsap qeydiyyatçı ilə yazışma bölməsinə daxil olduqda heç bir mesajlaşma görünmür. Bundan sonra Zain Ali telefonun Gallery bölməsini açıb PDF formatda olan “viza”nın şəklini göstərdi. Həmin fotoşəkil protokola əlavə olundu. Baxış protokoluna əlavə edilmiş elektron vizanın sürətindən görünür ki, viza Azərbaycan Respublikası elektron vizası adlıdır. Vizada Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuşdur. Vizanın nömrəsi AE103581668 kimi qeyd olunmuşdur. Vizadakı qeydlərə əsasən həmin viza Zain Ali adlı şəxsə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaşamaq hüququ verir. Səfərin məqsədi turizm olaraq göstərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X25 Muhammad istifadəsində olan “Tecno” markalı mobil telefona “baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı X25 Muhammad bildirdi ki, Təqsirləndirilən şəxsla dəfələrlə zəngləşib, votsapla yazışsada bütün zənglər və yazışmalar silinmişdir. Buna görə də Təqsirləndirilən şəxsla olan yazışmasını təqdim edə bilmir. Ali Majidin sözləri əsasında votsap bölməsində dediyi Təqsirləndirilən şəxs profilinə daxil olduqda abonentin adı “Manzar Bhai 1” kimi qeyd olunmuş, qeydiyyatdan keçmiş nömrəsi isə +971 55 *** **** olması görünür. Həmin abonentin profilində fotoşəkil yoxdur. Ali Majid bildirdi ki, həmin nömrə ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs aiddir. Təqsirləndirilən şəxs bundan başqa əlavə iki nömrəsi vardır. Qeyd olunan votsap qeydiyyatçı ilə yazışma bölməsinə daxil olduqda heç bir mesajlaşma görünmür. Bundan sonra Ali Majid telefonun Gallery bölməsini açıb Təqsirləndirilən şəxs ona göndərdiyi PDF formatda olan “viza”nın şəklini göstərdi. Həmin fotoşəkil protokola əlavə olundu. Baxış protokoluna əlavə edilmiş elektron vizanın sürətindən görünür ki, viza Azərbaycan Respublikası elektron vizası adlıdır. Vizada Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuşdur. Vizanın nömrəsi AE103534902 kimi qeyd olunmuşdur. Vizadakı qeydlərə əsasən həmin viza Ali Majid adlı şəxsə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşamaq hüququ verir. Səfərin məqsədi biznes olaraq göstərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X17 Zafar istifadəsində olan “RedMi” markalı mobil telefona “baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı X17 Zafar bildirdi ki, həmyerlisi Təqsirləndirilən şəxsla dəfələrlə zəngləşib, votsapla yazışsada bütün zənglər və yazışmalar silinmişdir. Buna görə də Təqsirləndirilən şəxsla olan yazışmasını təqdim edə bilmir. Abbas Moazzamm sözləri əsasında votsap bölməsində dediyi Təqsirləndirilən şəxs profilinə daxil olduqda abonentin adı “Alichachu” kimi qeyd olunmuş, qeydiyyatdan keçmiş nömrəsi isə +**********6 olması görünür. Həmin abonentin profilində fotoşəkil yoxdur. Abbas Moazzam bildirdi ki, həmin nömrə ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs aiddir. Qeyd olunan votsap qeydiyyatçı ilə yazışma bölməsinə daxil olduqda heç bir mesajlaşma görünmür. Bundan sonra Abbas Moazzam telefonun “Gallery” bölməsini açıb Təqsirləndirilən şəxs ona göndərdiyi PDF formatda olan “viza”nın şəklini göstərdi. Həmin fotoşəkil protokola əlavə olundu. Baxış protokoluna əlavə edilmiş elektron vizanın sürətindən görünür ki, viza Azərbaycan Respublikası elektron vizası adlıdır. Vizada Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuşdur. Vizanın nömrəsi AE103559196 kimi qeyd olunmuşdur. Vizadakı qeydlərə əsasən həmin viza Abbas Moazzam adlı şəxsə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaşamaq hüququ verir. Səfərin məqsədi təhsil olaraq göstərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X23 Gul istifadəsində olan “Opo” markalı mobil telefona “baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı X23 Gul bildirdi ki, həmyerlisi Təqsirləndirilən şəxsla dəfələrlə zəngləşib, votsapla yazışsada bütün zənglər və yazışmalar silinmişdir. Gul Ali bildirdi ki, Təqsirləndirilən şəxsla ***- ***-**-** və 077- ***-**-** nömrələri ilə əlaqə saxlamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefona “baxış keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmyerliləri Abbas Moazzam, X25, X23 və X27 ilə dəfələrlə zəngləşib, votsapla yazışmışdır. İlk olaraq telefona baxış zamanı müəyyən edildi ki, nömrə siyahısında Abbas Moazzamın adı “Mozam” kimi, nömrə isə +92-316-72-98-144 olaraq qeyd edilmişdir. Bundan başqa nömrə siyahısında Ali Majid adı “Ali Majid” kimi, nömrə isə +92- 300-62-60-630 olaraq qeyd edilmişdir. Nömrə siyahısında Gul Ali adı “Ali Gull” kimi, nömrə isə +92- 349-43-77-656 olaraq qeyd edilmişdir. Həmin nömrə ilə votsap mesajlaşmaları bölməsində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək zənglər mövcuddur. Nömrə siyahısında Zain Ali adı “Zain Jutt” kimi nömrə isə +92- 320-71-23-962 olaraq qeyd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonlara daxil olan və çıxan zənglər, anten dairələri barədə məlumatlar götürülmüş, telefon məlumatlarına baxış zamanı iş üçün əhəmiyyətli olan hal kimi müəyyən edilmişdir ki, həmin nömrədən xx.xx.2023-cü il tarixdə X21 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edilmiş, aralarında 18 saniyə danışıq olmuş, ***-***-**-** nömrənin anten dairəsi Xaqani Ticarət Mərkəzi, Malakan bağı, ***-***-**-** nömrənin anten dairəsi isə Dilarə Əliyeva küçəsi kimi qeyd edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-37/2-6xxxx/2024 nömrəli məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri, Səbail rayonu ərazisində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxslərin 2023-cü ilin oktyabr və noyabr aylarında ölkə ərazisinə daxil olduqları, Azərbaycan Respublikası ərazsində müvəqqəti olma müddətlərinin bitdiyi halda vaxtında ölkə ərazisini tərk etmədən qanunsuz yaşadıqları müəyyən edilmişdir. Belə ki, Pakistan islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və saxlanılmış şəxslərdən islam Abbasın öz həmvətənlərini müəyyən məbləğdə pul qarşılığında Azərbaycanda iş qurmaq, onlara müvafiq icazə vəsiqələri almaq vədi ilə aldadaraq ölkəyə gətirilmələrini, burada yerləşdirilmələrini təşkil etdikləri müəyyən olunmuşdur. Saxlanılmış şəxlərdən Ali Majid Azərbaycanda iş qurmaq vədi ilə Təqsirləndirilən şəxs tərəfindən aldadılmış, onun 8000 dollar məbləğində vəsaiti mənimsənilərək Azərbaycana gətirilməsi təşkil olunmuş, Təqsirləndirilən şəxs və Abbas İslam tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində evə yerləşdirilmişdir. Digər şəxslər Zain Ali, Abbas Moazzam və Gul Alinin ölkəyə daxil olduqdan sonra Bakıda Təqsirləndirilən şəxs və Abbas islam tərəfindən daha sərfəli yaşayış sahəsi, müvafiq yaşama icazəsi vədləri ilə aldadılaraq hər birinin 1500 dollar məbləğində vəsaitinin mənimsənildiyi aşkar edilmişdir. Nəticədə qeyd edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində olduqları müddətdə miqrasiya qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş, əcnəbilərə müvafiqicazələrin alınması istiqamətində heç bir tədbir görülməmişdir. Beləliklə əcnəbilərin ölkə ərazisində qanunsuz yaşamalarına şərait yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gul Ali xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına girişi, xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasından çıxışı olmuşdur. Abbas Moazzam xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına girişi, xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasından çıxışı olmuşdur. Zain Ali xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına girişi, xx.xx.2024cü il tarixdə isə Azərbaycan Respublikasından çıxışı olmuşdur. Ali Majid xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına girişi, xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasından çıxışı olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına girişi, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikasından çıxış etmək istəyərkən dövlət sərhədindən buraxılmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli 34521/2-69/2024 nömrəli məktubu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 20-15/2-4- 11279/2024 nömrəli məktubu ilə daxil olmuş elektron vizalardan görünür ki, Pakistan vətəndaşı Abbas İslam adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE103574400 nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. Bundan başqa Pakistan vətəndaşı Ali Majid adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE103559184 nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. Bundan başqa Pakistan vətəndaşı Gul Ali adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE103595094 nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. Bundan başqa Pakistan vətəndaşı Zain Ali adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE ********* nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. Bundan başqa Pakistan vətəndaşı Abbas Moazzam adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE ********* nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. Bundan başqa Pakistan vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş AE103573951 nömrəli elektron viza verilmiş, həmin viza xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün Azərbaycan Respublikasında qalma hüququ vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2024-cü il tarixli 05/2097/di nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (pasport № DD1792824) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 92 B, mənzil 9 ünvanına qeydiyyata alınmışdır. Lakin, şəxsə verilmiş icazə xx.xx.2024-cü il tarixdə fəaliyyətsizləşdirilmişdir. Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1998-ci il təvəllüdlü Moazzam Abbas (pasport № PW1013182) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 92 B, mənzil 9 ünvanına qeydiyyata alınmışdır. Şəxs ölkəyə təhsil məqsədilə gəlmişdir. Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.2002-ci il təvəllüdlü Ali Zain (pasport № DN5909931) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 7 ünvanına qeydiyyata alınmışdır. Şəxs ölkəyə turizm məqsədilə gəlmişdir. Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü Ali Gul (pasport № CZ4795342) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 8 ünvanına qeydiyyata alınmışdır. Şəxs ölkəyə şəxsi səfər məqsədilə gəlmişdir. Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1988-ci il təvəllüdlü Majid Ali (pasport № DB1790503) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 92B, mənzil 9 ünvanına qeydiyyata alınmışdır. Şəxs ölkəyə təhsil məqsədilə gəlmişdir. Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1988-ci il təvəllüdlü İslam Abbas (pasport № DE 1017963) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 8 ünvanına qeydiyyata alınmışdır. Şəxs ölkəyə şəxsi səfər məqsədilə gəlmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 318-1.1 -ci maddələri ilə ittiham elan edilmiş və həmin gün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 1(009)-199/2024 saylı, 21 may 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və o tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 1(009)-199/2024 saulı, 14 iyun 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, baxış keçirilməsi haqqında protokollar və iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və əcnəbilərin Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını yəni, təkrar qanunsuz miqrasiyanı təşkil etməsi cinayət əməlləri tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 318-1.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə, təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxsn ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri, zərərçəkmiş şəxslərdən heç bir məbləğdə pul almaması, sonunculara viza müddətinin uzadılması ilə bağlı heç bir vəd verməməsi, Azərbaycan Respublikasının ərazisində qanunsuz qalmalarını təşkil etməməsi barədə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq, özünü müdafiə kimi qiymətləndirmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 318-1.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törədilməsini, xarici ölkə vətəndaşı olmasını, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı ilə ailəli olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 30 may 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 318- 1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) 06 (altı) müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-199/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-199/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver