Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-20/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müddiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 2sində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin dekabr ayının ortalarından 18 yanvar 2020-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 2-də yerləşən 15B saylı evdən sonuncunun özünə məxsus olan məişət əşyalarını yığıb saxladığı və kənar şəxsin daxil olmaması üçün qapısını açarla bağladığı yaşayış sahəsi hesab edilən otağın giriş qapısının şüşəsinin Təqsirləndirilən şəxs2 tərəfindən əl ilə çıxarılaraq qıfılın zavod üsulu ilə düzəldilmiş bağlayıcı mexanizminin içəridən açılması yolu ilə sonuncu ilə birlikdə otağa qanunsuz daxil olmaqla həmin otaqda olan hər biri 90 manat olmaqla, ümumilikdə 180 manat dəyərində 2 ədəd “Tefal” markalı ütünü, hər biri 130 manat olmaqla, ümumilikdə 260 manat dəyərində 2 ədəd su ilə işləyən tozsoranı, 1 ədəd 200 manat dəyərində 3200 vt şirəçəkən aparatı, hər biri 65 manat olmaqla, ümumilikdə 130 manat dəyərində 2 ədəd blenderi, hər biri 100 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 2 ədəd qəhvəüyüdən aparatını, 1 ədəd 50 manat dəyərində ütü stolunu, 1 ədəd 150 manat dəyərində «kokteyl» aparatını, 1 ədəd 100 manat dəyərində balaca gecə lampası, 150 manat dəyərində 2 ədəd «Krosna» və 2 ədəd «DVD» aparatlarını, 80 manat dəyərində hər birinin içərisində 6 ədəd olmaqla iki qutu xrustal armudu stəkanları, 60 manat dəyərində hər birinin içərisində 6 ədəd olmaqla iki qutu xrustal stəkanları, 80 manat dəyərində hər birinin içərisində 6 ədəd olmaqla iki qutu qulplu stəkanları, 250 manat dəyərində 24 nəfərlik qab servizini, 100 manat dəyərində 3 ədəd xrustal ləpə qablarını, 300 manat dəyərində 6 ədəd yorğanı, 600 manat dəyərində 6 ədəd döşəyi, 200 manat dəyərində içərisində 6 ədəd olmaqla “Bohema” markalı bokal dəstini, 250 manat dəyərində 1 ədəd 24 nəfərlik «Versace» markalı qab servizi, 150 manat dəyərində 1 ədəd 24 nəfərlik qaşıq-çəngəl dəstini, 400 manat dəyərində 5 ədəd isti yun örtüyü, 800 manat dəyərində 2 ədəd qalın olmayan yun ədyalı, 60 manat dəyərində 6 ədəd qəndqabını, 200 manat dəyərində 1 ədəd uşaq çarpayısını, 160 manat dəyərində 2 ədəd tünd qırmızı rəngli pambıq ədyalı, 70 manat dəyərində 1 ədəd qızılı rəngli xrustal vazanı, 280 manat dəyərində 1 ədəd çəhrayı rəngli güllü yun ədyalı, 24 manat dəyərində 6 ədəd dondurma qabını, 150 manat dəyərində 6 ədəd şüşə suvenir qabı, 100 manat dəyərində 4 ədəd tort qabını, 72 manat dəyərində 24 nəfərlik armudu stəkan və böyük nəlbəkiləri, 16 manat dəyərində 12 ədəd balaca mürəbbə qabını, 300 manat dəyərində hərəsində 6 ədəd olmaqla 4 dəst «Tefal» markalı tavanı, 120 manat dəyərində 1 ədəd qara rəngli böyük ölçülü «Tefal» markalı qazanı, 400 manat dəyərində 2 ədəd sarı rəngli 2x3 metr ölçüdə yun “Təbriz” xalçalarını, biri 20 seksiyalı olmaqla 250 manat dəyərində, digəri 16 seksiyalı olmaqla 150 manat dəyərində olan, ümumilikdə 400 manat dəyərində 2 ədəd elektrik sobasını, 250 manat dəyərində 1 ədəd mikrodalğalı sobanı, 400 manat dəyərində döşəklə birlikdə 1 ədəd iki mərtəbəli uşaq çarpayısını və 150 manat dəyərində 1 ədəd 12 litr tutumlu elektrik samovarını, qonaq otağından 1 ədəd 150 manat dəyərində 82 diaqonallı « LG » markalı “LCD” tipli televizoru, 1 ədəd 180 manat dəyərində 2x3 metr ölçüdə sintetik, qalın tüklü qarışıq rəngli xalçanı, 1 ədəd 40 manat dəyərində 1x1 metr ölçüdə qarışıq rəngli xalçanı və 1 ədəd 50 manat dəyərində qara rəngli xırda ölçülü masanı, mətbəxdən 1 ədəd 700 manat dəyərində 7-8 kiloqram tutumlu « LG » markalı paltaryuyan maşını, 1 ədəd 1600 manat dəyərində hündürlüyü 2.20 metr olan « LG » markalı soyuducunu, yataq otağından 1 ədəd güzgülü dolabı, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət ümumilikdə 2500 manat dəyərində açıq qəhvəyi rəngli yataq dəstini, 1 ədəd 200 manat dəyərində iki nəfərlik döşəyi, 1 ədəd 100 manat dəyərində iki nəfərlik yorğanı və bir ədəd 200 manat dəyərində iki nəfərlik yun ədyalı, evin həyətindən 1 ədəd 50 manat dəyərində 5 litr tutumlu samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 13.612 ( on üç min altı yüz on iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayının əvvəllərində qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs2 «Tap.az» internet saytına baxdıqda Bakı şəhəri, Səbail rayonu, ünvan 7 evin kirayəyə verilməsi barədə elanla maraqlanmış, sonradan adını bildikləri elanı sayta yerləşdirən Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradaraq görüşüb həmin evə gedərək orada olan şərait ilə tanış olmuş, həmin evi Zərərçəkmiş şəxs kirayə götürmək istədiklərini və azyaşlı övladı ilə birlikdə həmin evdə qalacaqlarını bildirmişdir. Bundan sonra, onlar Zərərçəkmiş şəxsla görüşmüş və aralarında olan şifahi razılığa əsasən evi Zərərçəkmiş şəxs onlara hər ay 300 manat ödəməklə kirayə verməyə razılaşmışdır. 03 avqust 2019-cu il tarixdə qeyd olunan Bakı şəhəri, Səbail rayonu, ünvan 7 evə Təqsirləndirilən şəxs2 və azyaşlı qız övladı Rəhiməxanımla birlikdə köçmüşlər. Zərərçəkmiş şəxs özünə məxsus olan evi onlara əşyaları ilə birlikdə kirayə vermiş, onlar həmin ünvana köçərkən öz şəxsi paltarlarından başqa oraya heç bir məişət əşyası və mebel dəsti gətirməmişlər. Zərərçəkmiş şəxs həmin evin otaqlarının birinə özünə məxsus olan qab-qacağı və digər məişət əşyalarını yerləşdirib bu barədə onlara məlumat verib həmin otağın qapısını açarla bağlayıb həmin açarı özü ilə aparmış və həmin otağa daxil olmamağı bildirmişdir. O, 03 avqust 2019-cu il tarixdən başlayaraq kirayə haqqını vaxtı-vaxtında ödəmişdir. 2019-cu ilin dekabr ayının əvvəlindən başlayaraq azyaşlı qızı bir neçə dəfə xəstələndikdən sonra onu xəstəxanaya aparıb müayinə etdirmişlər. Müayinə zamanı azyaşlı qızının sinəsində yırtığ əmələ gəlməsi və onun müalicəsinə 1500 manat məbləğdə pul xərcləmək lazım olduğu müəyyən edilmişdir. Lakin həmin dövrdə, yəni 2019-cu ilin dekabr ayının ortalarında o və Nərgiz işləmədikləri üçün maddi çətinlik çəkirmişlər. Övladının müalicəsi üçün lazımi vəsait tapa bilməmişlər. Buna görə də, məcburi olub Nərgizlə kirayədə yaşadıqları həmin evdə olan əşyaları icazəsiz götürüb satmağı qərara almışlar. İlk öncə kirayədə yaşadıqları həmin mənzildə ev sahibi Şakir tərəfindən özünə məxsus olan müxtəlif əşyalar yığıb qapısını açarla bağladığı otağa daxil olmuşlar. Həmin otağın taxta qapısının çatlamış şüşəsini Nərgiz əli ilə itələyib yerindən çıxartmış, sonra da, otağın qapısının kilidini əlini içəri salmaqla açmış, bundan sonra otağa daxil olmuşlar. Otağa daxil olmağa əvvəlcədən Zərərçəkmiş şəxs icazə verməmiş, bunu onlara demişdir. Lakin pul lazım olduğu üçün otağa daxil olub orada müxtəlif qab-qacağın və məişət əşyaların yığıldığını görmüş və həmin əşyaları internet vasitəsi ilə satıb pul əldə etməyi düşünmüşlər. Nərgiz «Lalafo» elan saytına baxdıqda orada bir nəfər Kifayət adlı xanımın istifadə olunmuş əşyaların alqı-satqısı ilə məşğul olması barədə elanı görüb bu elanla maraqlanmış, həmin gün Nərgiz Kifayət xanım tərəfindən yerləşdirilmiş elanda olan mobil telefon nömrəsinə zəng vurub xarici ölkəyə köçəcəkləri ilə əlaqədar olaraq evdə olan əşyaları satmaq istədiyini bildirmiş, Kifayət xanım ünvanı soruşmuş və Nərgiz ona ünvanı başa salmışdır. O özü şəxsi işi ilə bağlı getməli olduğu üçün Nərgiz həmin əşyaları satmalı olmuşdur. Həmin gün Kifayət xanım gəlini ilə birlikdə kirayədə yaşadıqları evə gəlmiş və həmin otaqdan bir neçə əşya alaraq Nərgizə 150 manat pul vermişdir. Həmin gün gecə o, evə gəldikdə Nərgiz 150 manat pul verildiyini bildirmiş və həmin pul səhərisi gün övladının müayinəsinə xərclənmişdir. Nərgizin deməsinə görə həmin otaqda olan əşyalardan iki mərtəbəli uşaq çarpayısından başqa qalan əşyaların hamısını Kifayət xanım bir neçə dəfə evə gələrək almış, ümumilikdə həmin əşyalara 590 manat pul vermişdir. Bundan sonra, ehtiyacları olduğundan Nərgizlə evdəki digər əşyaları da satmaq qərarına gəlmişlər. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəli Nərgiz Təbriz adlı şəxs tərəfindən yerləşdirilmiş elanda olan mobil telefon nömrəsinə « Whatsapp » vasitəsi ilə mesaj yazaraq həmin mobil telefon nömrəni «Lalafo»-dan götürdüyünü bildirib bir ədəd iki mərtəbəli uşaq çarpayısını satmaq istədiyini demişdir. Təbriz adlı şəxs ondan şəkilləri mobil telefonuna «Whatsapp» vasitəsi ilə göndərməsini xahiş etmiş və Nərgiz şəkilləri ona göndərmişdir. Bundan sonra, Nərgiz Təbriz adlı şəxs ilə yenidən telefon əlaqəsi yaradaraq uşaq çarpayısının ilk olaraq 150 manata təklif etmiş, lakin Təbriz həmin qiymətlə razılaşmadığı üçün 50 manata satmağa razılaşmışlar. Bundan sonra Təbriz Nərgizdən ünvanı soruşmuş və Nərgiz ünvanı ona başa saldıqdan sonra elə həmin gün saat 19 radələrində Rövşən kimi özünü təqdim edən şəxs Nərgizə zəng vurub ünvanı dəqiqləşdirmiş, Nərgiz də həmin şəxsə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerə gəlməsini bildirmişdir. Təxminən yarım saat keçdikdən sonra Rövşən adlı şəxs Nərgizlə bir daha telefon əlaqəsi yaradıb həmin yerə çatması barədə məlumat verib dəqiq ünvanı soruşmuş, Nərgiz də evin dəqiq yerini demişdir. Bundan sonra, o, evdən çıxıb Rövşən adlı şəxsi qarşılayaraq yaşadıqları evə gətirmişdir. Rövşən adlı şəxs evə daxil olub qapısını açıb daxil olduqları həmin otağa keçib orada quraşdırılmış bir ədəd iki mərtəbəli uşaq çarpayısını ona verdikləri kəlbətinlə söküb idarə etdiyi avtomobilə qoymuşdur. Rövşən onlara 50 manat pul vermişdir. Həmçinin, Rövşən adlı şəxs həmin ərəfələrdə yataq mebelini satmaqda razılaşdıqları Səadət adlı şəxsin göndərdiyi beh kimi 100 manat pulu da vermişdir. Bundan başqa, həmin ərəfədə, yəni 2020-ci ilin yanvar əvvəli yuxarıda qeyd etdiyi evdə mətbəxdə quraşdırılmış bir ədəd «LG» markalı paltaryuyan maşınını və bir ədəd «LG» markalı soyuducunu internet vasitəsi ilə əlaqə saxladıqları orta yaşlı bir nəfər kişiyə ümumilikdə 340 manata satmışlar. Lakin həmin şəxsin adını, telefon nömrəsini və harada yaşamasını bilmir. Bundan başqa, 2020-ci ilin yanvar ayının əvvəlində Nərgiz Səadət adlı xanıma zəng vurub mobil telefon nömrəsini Kifayət adlı xanımdan aldıqlarını bildirib bir ədəd yataq dəstini satmaq istədiklərini demiş, Səadət xanım Nərgizdən yataq dəstinin şəkillərini onun mobil telefonuna «Whatsapp» vasitəsi ilə göndərməsini bildirmişdir. Nərgiz yataq dəstinin şəkillərini həmin xanıma göndərmiş və sonra da Səadət xanımla yenidən telefon əlaqəsi yaratmışdır. Səadət xanım mebel dəstini neçəyə satmaq istədiyini soruşanda Nərgiz yataq dəstini 1000 manata satmaq istədiyini bildirmişdir. Səadət xanım təklif olunan qiyməti eşidən kimi həmin yataq dəstini almaqdan imtina etmişdir. 14 yanvar 2020-ci il tarixdə Nərgiz bir daha Səadət xanımla telefon əlaqəsi yaradıb həmin mebel dəstini 150 manata satmaq istədiyini bildirmiş, Səadət də razılaşaraq ünvanı soruşmuşdur. Nərgiz də Bakı şəhəri, Səbail rayonu, 20ci sahə deyilən yerə gəlib həmin yataq dəstini götürə biləcəyini ona bildirmişdir. Bundan sonra, Nərgiz Səadətlə yenidən əlaqə yaradıb əlavə olaraq pulun üstünə 20 manat qoymasını, uşağın xəstə olduğunu bildirmişdir. Səadət xanım buna öz razılığını vermişdir. 17 yanvar 2020-ci il mebel almağa gələn şəxsləri qarşılamış və onlar evə daxil olub yataq otağına keçib orada quraşdırılmış bir ədəd yataq dəstini sökməyə başlamışlar. Təxminən saat yarım vaxt keçdikdən sonra yataq mebelini sökülmüş vəziyyətdə çıxarıb evin qarşısında olan gəldikləri avtomobilinə yükləmişlər. Həmin yataq dəstinin pulunu, yəni 170 manat pulun 100 manatını Rövşən adlı şəxs, qalan 70 manat pulu isə mebeli söküb aparan fəhlə onlara vermişdir. Oğurladıqları əşyaları Kifayət, Səadət adlı xanıma, Rövşən və Təbrizə satmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, ondan şikayət və tələbinin olmamasını, eləcə də zərərçəkmiş şəxsin mülki iddiadan imtina etməsini, himayəsində iki azyaşlı uşağının olmasını (bir uşağı yeddi aylıqdır), əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, övladın müalicəsi üçün cinayəti törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 avqust 2019-cu il tarixdə «Tap.az» internet saytına baxdıqda, Bakı şəhəri, Səbail rayonu, ünvan 7 evin kirayəyə verilməsi barədə elanla maraqlanmış və sonradan adını bildiyi elanı sayta yerləşdirən Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradaraq görüşüb həmin evə gələrək orada olan şərait ilə tanış olmuşdur. Həmin evi Zərərçəkmiş şəxs kirayə götürmək istədiyini bildirmişdir. Aralarında olan şifahi razılığa əsasən evi Zərərçəkmiş şəxs ona hər ay 300 manat ödəməklə kirayə verməyə razılaşmışdır. 03 avqust 2019-cu il tarixdə qeyd olunan Bakı şəhəri, Səbail rayonu, ünvan 7 evə qeyri-rəsmi nikahla yaşadığı Təqsirləndirilən şəxs1 və azyaşlı qız övladı ilə birlikdə köçmüşlər. Zərərçəkmiş şəxs özünə məxsus olan evi onlara əşyaları ilə birlikdə kirayə vermiş, onlar həmin ünvana köçərkən öz şəxsi paltarlarından başqa oraya heç bir məişət əşyası və mebel dəsti gətirməmişlər. Zərərçəkmiş şəxs həmin evin otaqlarının birinə özünə məxsus olan qab-qacağı və digər məişət əşyalarını yerləşdirib bu barədə onlara məlumat verib həmin otağın qapısını açarla bağlayıb həmin açarı özü ilə aparmış və onun icazəsi olmadan həmin otağa daxil olmamalarını bildirmişdir. Belə ki, 03 avqust 2019-cu il tarixdən başlayaraq Ziya kirayə haqqını vaxtı-vaxtında ödəmiş, 2019-cu ilin dekabr ayının əvvəlindən başlayaraq azyaşlı qızı bir neçə dəfə xəstələndikdən sonra onu xəstəxanaya aparıb müayinə etdirmişlər. Müayinə zamanı qızının sinəsində yırtığ əmələ gəlməsi və onun müalicəsinə 1500 manat pul lazım olduğu məlum olmuşdur. Lakin həmin dövrdə, yəni 2019-cu ilin dekabr ayının ortalarında o və Ziya işləmədikləri üçün maddi çətinlik çəkirmişlər. Övladının müalicəsi üçün lazımi vəsait tapa bilmədikləri üçün kirayədə yaşadıqları həmin evdə olan əşyaları icazəsiz götürüb satmağı qərara almışlar. İlk öncə kirayədə yaşadıqları həmin mənzildə ev sahibi Şakir tərəfindən özünə məxsus olan müxtəlif əşyalar yığıb qapısı açarla bağladığı otağa daxil olmağı qərarlaşdırmış, həmin otağın taxta qapısının çatlamış şüşəsini əli ilə itələyib yerindən çıxartmışdır. Sonra da, otağın qapısının kilidini əli içəri salmaqla açıb otağa daxil olmuşdur. Həmin vaxt Ziya evdə yox imiş. Qeyd olunan otağa daxil olmağa əvvəlcədən Zərərçəkmiş şəxs icazə verməmiş və bunu da onlara demişdir. Lakin naəlac qaldığından və pul lazım olduğu üçün otağa daxil olub orada müxtəlif qab-qacağın və məişət əşyaların yığıldığını görmüşdür. Həmin əşyaları internet vasitəsi ilə satıb pul əldə etməyi düşünmüşlər. «Lalafo» elan saytına baxdıqda orada bir nəfər Kifayət adlı xanımın istifadə olunmuş əşyaların alqısatqısı ilə məşğul olması barədə elanı görüb bu elanla maraqlanmışdır. Həmin gün o, Kifayət xanım tərəfindən yerləşdirilmiş elanda olan mobil telefon nömrəsinə zəng vurub xarici ölkəyə köçəcəkləri ilə əlaqədar olaraq evlərində olan əşyaları satmaq istədiyini bildirmişdir. Kifayət xanım ondan yaşadığı ünvanı soruşmuş və o, ünvanı Kifayət xanıma bildirmişdir. Həmin gün Kifayət xanım Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan yerdə yerləşən hamamın yanına çatıb onunla telefon əlaqəsi yaradıb gəldiyi yeri bildirmişdir. O, Kifayət xanımı qarşılayıb kirayədə yaşadığı evə aparmışdır. İlkin olaraq Kifayət xanım və gəlini kimi təqdim etdiyi Sədayə adlı şəxs yaşadığı evə daxil olmuş, lakin oğlu kimi təqdim etdiyi Namiq adlı şəxs idarə etdiyi avtomobildə onları gözləmişdir. O, Kifayət xanıma və gəlininə yaşadığı evin sahibinin icazəsi olmadan daxil olduğu otağına aparıb orada olan müxtəlif məişət əşyalarını, yorğan-döşəyi və qab-qacağı göstərib həmin əşyaları onlara təklif etmişdir. Kifayət xanım və gəlini həmin əşyalara baxdıqdan sonra otaqda olan bütün əşyaları dəyərindən ucuz qiymətə almaq istədiklərini bildirmişlər. Ona pul lazım olduğu üçün məcbur qalıb onlarla razılaşmışdır. Kifayət xanım həmin gün ona 150 manat pul vermişdir. Onlar getmiş və həmin günün axşamı əri Ziya evə gəldikdə ona 150 manatı verərək qapısı bağlı olan otaqda olan əşyalardan satdığını bildirmişdir. Səhərisi gün də o, övladını götürərək xəstəxanaya müayinəyə getmişdir. Kifayət xanım və gəlini təxminən 4 dəfə onun kirayədə yaşadığı evə gələrək müxtəlif məişət əşyalarını, qab-qacağı və yorğan-döşəyi ümumilikdə 590 manata almışlar. Bundan sonra, ehtiyacları olduğundan Ziya ilə evdəki digər əşyaları da satmaq qərarına gəlmişlər. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəli o, Təbriz adlı şəxs tərəfindən yerləşdirilmiş elanda olan mobil telefon nömrəsinə « Whatsapp » vasitəsi ilə mesaj yazaraq bir ədəd iki mərtəbəli uşaq çarpayısının satmaq istədiyini bildirmişdir. Təbriz adlı şəxs ondan şəkilləri mobil telefonuna «Whatsapp» vasitəsi ilə göndərməsini xahiş etmiş, o həmin uşaq kravatının şəkillərini Təbriz adlı şəxsə göndərmişdir. Bundan sonra, o, Təbriz adlı şəxslə yenidən telefon əlaqəsi yaratmış və o, uşaq çarpayısının ilk olaraq 150 manata təklif etmiş, lakin Təbriz onun təklifi ilə razılaşmamışdır. Bundan sonra, o, yenidən Təbrizlə «Whatsapp» vasitəsi ilə əlaqə yaradaraq uşaq kravatını 70 manata, sonradan isə 50 manata təklif etmiş, Təbriz razılaşmışdır. Həmin tarixdə təxminən saat 19 radələrində Rövşən kimi özünü təqdim edən şəxs ona zəng vurub ünvanı dəqiqləşdirmiş, o həmin şəxsə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerə gəlməsini demişdir. Təxminən 30-40 dəqiqə keçdikdən sonra Rövşən adlı şəxs onunla bir daha telefon əlaqəsi saxlayıb dediyi yer çatması barədə məlumat verib dəqiq ünvanı soruşmuşdur. O, Rövşənə evin dəqiq yerini izah etmiş, bundan sonra əri Ziya çölə çıxıb Rövşən adlı şəxsi qarşılayaraq yaşadıqları evə gətirmişdir. Rövşən adlı şəxs evə daxil olub onun qapısını açıb daxil olduğu həmin otağa keçib orada quraşdırılmış bir ədəd iki mərtəbəli uşaq çarpayısının onun verdiyi kəlbətinlə söküb idarə etdiyi avtomobilə qoymuşdur. Rövşən həmin kravata görə ona 50 manat pul vermişdir. Rövşən adlı şəxs 50 manatdan başqa ona yataq otağının mebelinin behi kimi 100 manat pulunu da vermişdir. Bundan başqa, həmin ərəfədə, yəni 2020-ci ilin yanvar əvvəli yuxarıda qeyd etdiyi evdə mətbəxdə quraşdırılmış bir ədəd «LG» markalı paltar yuyan maşınını və bir ədəd «LG» markalı soyuducunu internet vasitəsi ilə tanış olduğu orta yaşlı bir nəfər kişiyə ümumilikdə 340 manata satmışdır. 2020-ci ilin yanvar ayının əvvəlində o, Səadət adlı xanıma zəng vurub mobil telefon nömrəsini Kifayət adlı xanımdan aldığını bildirib bir ədəd yataq dəstini satmaq istədiyini bildirmiş, Səadət xanım ondan yuxarıda qeyd olunan yataq dəstinin şəkillərini onun mobil telefonuna «Whatsapp» vasitəsi ilə göndərməsini xahiş etmişdir. O, yataq dəstinin şəkillərini həmin xanıma göndərmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Səadət xanımla yenidən telefon əlaqəsi yaradıb həmin mebel dəstini hansı qiymətə ala biləcəyini soruşmuş və həmin yataq dəstini 1000 manata satmaq istədiyini bildirmişdir. Səadət xanım təklif olunan qiyməti eşidən kimi həmin yataq dəstini almaqdan imtina etmişdir. 14 yanvar 2020-ci il tarixdə o, bir daha Səadət xanımla telefon əlaqəsi yaradıb həmin mebel dəstini 150 manata satmaq istədiyini bildirmiş, Səadət də razılaşaraq ünvanı ondan soruşmuşdur. O da Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerə gəlib həmin yataq dəstini götürə biləcəyini ona demişdir. Bundan sonra, o, Səadətlə yenidən əlaqə yaradıb əlavə olaraq xəstə uşağına görə 20 manat pul istəmiş, Səadət xanım buna öz razılığını vermişdir. 17 yanvar 2020-ci il tarixdə saat 17:40 radələrində Səadət xanım onunla telefon əlaqəsi saxlayıb mebeli daşımaq üçün göndərdiyi fəhlələrin dediyi ünvanın yaxınlığına çatdığını bildirmiş, o, Səadət xanıma cavab olaraq hazırda Sumqayıt şəhərindən çıxıb gəldiyini demişdir. Həmin tarixdə saat 19:30 radələrində o, Səadət xanımla telefon əlaqəsi yaradıb yaşadığı ünvana çatdığını və həmin ünvanın dəqiq olaraq harada yerləşdiyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Ziya evdən çölə çıxıb mebel almağa gələn şəxsləri qarşılamış, Ziya ilə birlikdə evə iki nəfər kişi cinsinə mənsub olan şəxslər daxil olub yataq otağına keçib orada quraşdırılmış bir ədəd yataq dəstini sökməyə başlamışlar. Təxminən saat yarım vaxt keçdikdən sonra yataq mebelini sökülmüş vəziyyətdə çıxarıb evin qarşısında olan gəldikləri avtomobilə yükləmişlər. Həmin yataq dəstinin pulunu, yəni 170 manat pulun 100 manatını Rövşən adlı şəxs, qalan 70 manat pulu isə mebeli söküb aparan fəhlə ona vermişdir. O, həmçinin bildirmişdir ki, həmin oğurluq hadisələrinin törədilməsində ondan başqa onunla qeyri-rəsmi nikahda yaşayan Təqsirləndirilən şəxs1 iştirak etmişdir. Oğurladıqları əşyaları yuxarıda adlarını qeyd etdiyi şəxslərə, yəni Kifayət, Səadət adlı xanıma, Rövşən və Təbrizə satmışlar. Digər şəxslərin isə adlarını xatırlamır. Telefon nömrələrini və yaşadıqları yerləri də bilmir. O və Ziya həmin əşyaları satanda xarici ölkəyə köçəcəkləri üçün ehtiyacları qalmadığından satdıqlarını bildirirmişlər. Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, yeddi aylıq uşağı var, lakin doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, ondan şikayət və tələbinin olmamasını, eləcə də zərərçəkmiş şəxsin mülki iddiadan imtina etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, övladın müalicəsi üçün cinayət törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı ev ona məxsusdur. Həmin evdə yaşamadığı üçün evi müxtəlif şəxslərə yaşamağa kirayə vermişdir. 2019-cu ilin iyul ayının axırlarında o, «Tap.az» internet saytına Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında yerləşən evi kirayə vermək istədiyi barədə elan yerləşdirmiş, 01 avqust 2019-cu il tarixdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi yaradaraq görüşüb yuxarıda qeyd olunan ünvanda yerləşən evə gəlib orada olan şərait ilə tanış olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 həmin evi ondan kirayə götürmək istədiyini bildirmişdir. Aralarında olan şifahi razılığa əsasən evi o, Təqsirləndirilən şəxs1 hər ayına görə 300 manata kirayə verməyə razılaşmışdır. 03 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 evə həyat yoldaşı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 və azyaşlı qız övladı ilə birlikdə köçmüşdür. O, özünə məxsus olan evi Təqsirləndirilən şəxs1 əşyaları ilə birlikdə kirayə vermiş, Təqsirləndirilən şəxs1 həmin ünvana köçərkən öz şəxsi paltarlarından başqa oraya heç bir məişət əşyası və mebel dəsti gətirməmişdir. O həmin ünvanda yerləşən evin yataq otaqlarının birinə özünə məxsus olan qab qacağı və müxtəlif məişət əşyaları yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verib, həmin otağın qapısını açarla bağlayıb açarı özü ilə aparmışdır. 03 avqust 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs1 kirayə haqqını vaxtı-vaxtında ödəmiş, lakin 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1 100 manat ödəmiş, qalan 200 manatını da yaxın günlərdə ödəməyə söz vermişdir. 17 yanvar 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 7 ünvanında yerləşən evin qonşuluğunda yaşayan Sübhan adlı qonşusu ona zəng vurmuş, lakin o, cavab verməmişdir. 18 yanvar 2020-ci il tarixdə saat 11 radələrində Sübhan adlı qonşusu ilə telefon əlaqəsi yaradıb ona zəng vurmasının səbəbini soruşanda Sübhan cavab olaraq ona məxsus olan evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs1 17 yanvar 2020-ci il tarixdə axşam vaxtı müəyyən əşyaları «Vaz 2104» markalı avtomobilə yüklədiyi barədə məlumat verib həmin əşyaların kimə məxsus olması barədə ona sual vermiş, o da Sübhana cavab olaraq Ziyanın ona məxsus olan evə köçərkən özü ilə ancaq geyim əşyalarını gətirdiyini bildirmişdir. Bu məlumatı aldıqdan sonra Ziya ilə telefon əlaqəsi yaradıb harada olması barədə soruşmuş, Ziya ona cavab olaraq azyaşlı qız övladının xəstəliyi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə xəstəxanaya apardığını və hazırda orada olduğunu bildirmişdir. Həmin telefon danışığı zamanı Ziya ondan zəng vurmasının səbəbini soruşmuş, o da özünə məxsus olan evdə bağlı otağa yığdığı əşyalara baxmaq istədiyini bildirmişdir. Ziya saat 17 radələrində Bakı şəhərinə qayıdacağını və bundan sonra onunla əlaqə yaradıb görüşə biləcəyi barədə demiş, lakin saat 17 radələrində Təqsirləndirilən şəxs1 ona məxsus olan evə qayıtmadığı üçün o Ziyaya bir daha zəng vurub əlaqə yaratmışdır. Telefon zənginə Təqsirləndirilən şəxs2 cavab verib həyat yoldaşı Təqsirləndirilən şəxs1 aptekə dərman almağa getdiyini bildirmişdir. O, həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 həyat yoldaşı Ziyanın ona zəng vurmasını xahiş etmiş, lakin bir qədər vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 ona zəng vurmamışdır. O, bir daha zəng vurmuş, onun zənginə Nərgiz bir daha cavab verib Ziyanın başı qarışıq olduğunu bildirmişdir. Həmin tarixdə saat 19 radələrində Ziya ona zəng vurub yollarda tıxac olmasını bildirib bir qədər gec gələcəyini demiş, lakin bir neçə saat keçməsinə baxmayaraq Ziyadan bir xəbər çıxmamışdır. 18 yanvar 2019-cu il tarixdə saat 21 radələrində o, Təqsirləndirilən şəxs1 onda olan telefon nömrəsinə zəng vurmuş, artıq həmin mobil telefon nömrəsinə zəng çatmamışdır. Bir qədər gözlədikdən sonra saat 23 radələrində özündə olan ehtiyat açarları götürüb ünvan 7 ünvanında yerləşən evinə getmiş, evə daxil olduqda qonaq otağına girşdən solda quraşdırılmış görüntülü ev siqnalının xəttinin kəsildiyini və orada olan 1 ədəd 150 manat dəyərində « LG » markalı televizorun, 1 ədəd 180 manata alınan xalçanın və 1 ədəd 40 manata alınan xalçanın, eləcə də, 1 ədəd 50 manata alınan qara rəngli xırda ölcülü masanın, həmçinin, mətbəxdən 1 ədəd 700 manata alınan «LG» markalı paltar yuyanın və 1 ədəd 1600 manata alınan «LG» markalı soyuducunun oğurlandığını aşkar etmişdir. Dəhlizdən yataq otağına keçib orada quraşdırılmış 1 ədəd 2500 manata alınan yataq dəstinin, yəni 1 ədəd güzgülü dolab, 2 ədəd xırda dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayının , eləcə də, 1 ədəd 200 manata alınan döşəyin və 1 ədəd 100 manata alınan yorğanın oğurlandığını aşkar etmişdir. Bundan sonra özünə məxsus olan əşyaları yığdığı və açarla qapısını bağlayıb getdiyi otağa keçib baxmaq istədikdə orada olan qapının şüşəsinin sındırıldığını və qapının açıq olduğunu aşkar edib otağa keçdikdə həmin otaqdan 2 ədəd hər birini 90 manata aldığı ümumilikdə 180 manata alınan ütulərin, 2 ədəd hər birini 130 manata aldığı ümumilikdə 260 manata alınan tozsoranların, 1 ədəd 200 manata alınan sokçəkən aparatının, 2 ədəd hər birini 65 manata aldığı ümumilikdə 130 manata alınan blenderin, 2 ədəd hər birini 100 manata aldığı ümumilikdə 200 manata alınan qəhvə üyüdən aparatlarının, 1 ədəd 50 manata alınan ütü altlığının, 1 ədəd 150 manata alınan «koktel» aparatının, 1 ədəd 100 manata alınan gecə lampasının, ümumilikdə 150 manata alınan 2 ədəd « Krosna » və 2 ədəd « DVD » aparatlarının, 2 dəst 80 manata alınan xrustal armudu stəkanların, 2 dəst 60 manata alınan xrustal stəkanların, 2 dəst 80 manata alınan qulplu stəkanların, 24 nəfərlik 250 manata alınan qab dəstinin, 3 ədəd 100 manata alınan ləpə qablarının, 6 ədəd ümumilikdə 300 manata alınan yorğan dəstinin və 6 ədəd ümumilikdə 600 manata alınan döşək dəstinin, bir ədəd 200 manat dəyərində iki nəfərlik yun ədyal, 1 ədəd 200 manata alınan qrafin-bokal dəstinin, 1 ədəd 250 manata alınan «Versacce » boşqab dəstinin, 1ədəd 150 manata alınan çənqəl-qaşıq dəstinin, 5 ədəd ümumilikdə 400 manata alınan ədyalların, 2 ədəd ümumilikdə 800 manata alınan çarpayı örtüklərin, 6 ədəd ümumilikdə 60 manata alınan qənd qablarının, 1 ədəd 200 manata alınan çarpayının, 2 ədəd ümumilikdə 160 manata alınan tünd qırmızı rəngli pambıq ədyalların, 1 ədəd 70 manata alınan qızılı rəngli xrustal güldanın, 1 ədəd 280 manata alınan çəhrayi rəngli güllü ədyalın, 6 ədəd ümumilikdə 24 manata alınan dondurma qabı dəstinin, 6 ədəd ümumilikdə 150 manata alınan şüşə suvenir qablarının, 4 ədəd ümumilikdə 100 manata alınan ağzı qapaqlı tort qablarının, 24 nəfərlik ümumilikdə 72 manata alınan armudu və böyük nəlbəkilərin, 12 ədəd ümumilikdə 16 manata alınan balaca mürəbbə qablarının, 4 dəst ümumilikdə 300 manata alınan «Tefal» markalı tava dəstlərinin, 1 ədəd 120 manata alınan qara rəngli «Tefal» markalı qazanın, 2 ədəd ümumilikdə 400 manata alınan xalçaların, 1 ədəd 250 manata alınan elektrik sobanın, 1 ədəd 250 manata alınan mikrodalğalı sobanın, 1 ədəd 150 manata alınan yağ qızdırıcının, 1 ədəd 400 manata alınan döşəyi ilə birlikdə olan iki tağlı uşaq çarpayısının və 1 ədəd 150 manata alınan elektrik samovarının oğurlandığını aşkar etmişdir. Bundan başqa evin həyətinə baxdıqda oradan 1 ədəd 50 manata alınan işlənmiş vəziyyətdə olan samovarın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 13.612 manat məbləğində ziyan dəymişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ona məxsus evdən oğurluq edən zaman hər iki yataq otaqlarının qapıların xırda şüşələrini sındırmaqla ümumilikdə 20 manat, bağlı qoyduğu yataq otağın qıfılını sındırıb dəişməklə 10 manat və qonaq otağının girişindən solda quraşdırılmış görüntülü ev siqnalının xəttinin kəsməklə 20 manat manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sonuncu ifadəsində göstərmişdir ki, oğurlanan əşyalarını aldığı zaman olan qiymətləri hazırkı dövrdə demək olar ki, iki qat artmışdır. Həmçinin, onun evində olan əşyalar az istifadə edilmiş və yaxşı vəziyyətdə olmuşlar. Ona görə də, ona dəymiş ziyan kimi əşyalarını aldığı dəyərin əsas götürülməsini istəmişdir. Ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 2, 15B saylı evdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əşyaların hamısı saz, işlək vəziyyətdə olmuşdur. O, həmin əşyaları 2015-ci ilin mart-aprel aylarında almışdır. Belə ki, qızı ailə həyatı quracağı üçün ona cehizlik əşyaları almaq lazım olduğu üçün o, 2015-ci ilin mart-aprel aylarında qızı üçün cehizlik əşyaları alaraq özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 2, 15B saylı evə yığmışdır. Yəni ki, həmin evə yığılmış bütün əşyaları o, qızının adına almış və onun ailə həyatı qurduqdan sonra həmin evdə yaşayacaqlarını düşünmüşdür. Lakin qızı 2016-cı il tarixdə ərə getdikdən sonra Mingəçevir şəhərində ərinin evində yaşadığı üçün onun adına alınan həmin əşyalardan da heç birini aparmamışdır. O da əşyaları yığdığı evin qapısını bağlamış və nə vaxtsa Bakı şəhərinə köçdükləri zaman həmin evdə yaşayacaqlarını düşünmüşdür. Lakin qızı və ailəsi Bakı şəhərinə köçmədikləri üçün o, 2019-cu ilin iyul ayında həmin evi kirayə verməsi ilə bağlı internetdə elan qoymuş, qeyd olunan evdə ilk olaraq 03 avqust 2019-cu il tarixdən etibarən Nərgiz və əri Ziya yaşamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 13612 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 25000 (iyirmi beş min) manat maddi, uzun müddət stress və həyəcan nəticəsində mənəvi ziyan olaraq 50000 (əlli min) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 75030 (yetmiş beş min otuz) manat məbləğində verilmiş mülki iddiadan imtina etdiyini və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2000-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarında yerləşən 10 №-li dükanı icarəyə götürüb həyat yoldaşı Şahid2 ilə birlikdə həmin dükanı işlədib orada müxtəlif növdə olan mebellərin alqı-satqısı ilə məşqul olur. 04 yanvar 2020-ci il tarixdə özünü təqdim etməyən bir nəfər xanım ona zəng vurub mobil telefon nömrəsini Kifayət adlı xanımdan aldığını bildirib bir ədəd yataq dəstini satmaq istədiyini bildirmiş, o həmin şəxsdən yataq dəstinin şəkillərini onun mobil telefonuma «Whatsapp» vasitəsi ilə göndərməsini xahiş etmiş, həmin xanım qeyd etdiyi mebel dəstinin şəkillərini ona göndərmişdir. Bir neçə dəqiqə keçdikdən sonra həmin xanım onunla yenidən telefon əlaqəsi yaradıb həmin mebel dəstini neçəyə ala biləcəyini soruşmuş, o da həmin xanımdan mebel dəstini hansı qiymətə satmaq istədiyini soruşmuşdur. Xanım yataq dəstini 1000 manata satmaq istədiyini bildirmiş o, təklif olunan qiyməti eşidən kimi həmin yataq dəstini almaqdan imtına etmişdir. 14 yanvar 2020-ci il tarixdə həmin xanım bir daha onunla telefon əlaqəsi yaradıb şəkillərini onun mobil telefonuna göndərdiyi yataq dəstini pula ehtiyacı olduğu üçün 150 manata satmaq istədiyini bildirmişdir. O həmin şəxsi dinləyib yataq dəstini almağa öz razılığını verib haradan götürə biləcəyimi soruşmuş, həmin qadın Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerə gəlib yataq dəstini götürə biləcəyini bildirmişdir. Bundan sonra, həmin qadın onunla yenidən əlaqə yaradıb əlavə olaraq xəstə uşağına görə 20 manat pul istəmiş, o da razı olmuşdur. 17 yanvar 2020-ci il tarixdə saat 17 radələrində işlədiyi bazarda fəhlə işləyən Şahid3 və Şahid4 yaxınlaşıb Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerdə yerləşən evdən bir yataq dəstini söküb işlətdiyi dükana daşıyıb gətirmək lazım olduğunu bildirmiş, onlar bu işin həlli üçün ondan 30 manat pul istəmişlər. Həmin gün saat 17:40 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən 20-ci Sahə deyilən yerə çatmışlar. Bundan sonra Mübariz özünə məxsus olan mobil telefon vasitəsi ilə onunla əlaqə yaradıb çatdıqları barədə məlumat vermişdir. Həmin evin qarşısına çatdıqdan sonra bir nəfər şəxs avtomobilə yaxınlaşıb Mübarizi və Təyyarı çağırmış, Mübariz və Təyyar həmin şəxsin arxası ilə gedib yaxınlıqda yerləşən bir mərtəbəli həyət evinə daxil olub yataq otaqlarının birinə keçib orada quraşdırılmış bir ədəd yataq dəstini sökmüşlər, mebel sökülmüş vəziyyətdə avtomobilə yüklənmişdir. O, həmin yataq dəstinin pulunu, yəni 170 manat pulun 100 manatını Şahid7 İsrayıl oğlu ilə, qalan 70 manat pulu isə Mübarizin vasitəsi ilə həmin Təqsirləndirilən şəxs2 göndərmişdir. Sabunçu bazarına gətirilərək işlətdiyi dükana boşaldılan yataq mebel dəstinin oğurluq olması barədə hər-hansı bir məlumatları olmamışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarında yerləşən 11 №-li dükanı icarəyə götürüb qardaşı Şahid8 ilə birlikdə həmin dükanı işlədib orada müxtəlif növdə olan mebellərin alqı-satqısı ilə məşğul olur. Onda olan məlumata əsasən 14 yanvar 2020-ci il tarixdə özünü təqdim etməyən bir nəfər xanım qardaşı Şahid8 nömrəsinə « Whatsapp » vasitəsi ilə mesaj yazaraq həmin mobil telefon nömrəni « Lalafo »dan götürdüyünü bildirib bir ədəd iki mərtəbəli uşaq çarpayısını satmaq istədiyini demişdir. Qardaşı Təbriz şəkillərini mobil telefonuna «Whatsapp» vasitəsi ilə göndərməsini xahiş etmişdir. Həmin xanım qeyd etdiyi uşaq çarpayısının şəkillərini qardaşına göndərmişdir. Bundan sonra, həmin xanım qardaşı Təbriz ilə yenidən telefon əlaqəsi uşaq şarpayısının ilk olaraq 150 manata təklif etmişdir. Lakin Təbriz həmin xanımın təklifi ilə razılaşmamışdır. Bundan sonra həmin xanım yenidən qardaşı Təbriz ilə «Whatsapp» vasitəsi ilə əlaqə yaradaraq uşaq kravatını 70 manata, sonradan isə 50 manata təklif etmişdir. Bundan sonra qardaşı Təbriz razılaşmışdır. 14 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədəkı ünvana çatmışdır. Bundan sonra bir nəfər şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb onu çağırmışdır. O həmin şəxsin arxası ilə gedib yaxınlıqda yerləşən bir mərtəbəli həyət evinə daxil olub yataq otaqlarının birinə keçib orada quraşdırılmış bir ədəd iki mərtəbəli uşaq şarpayısını sökmək istəmiş, lakin özü ilə heç bir açar gətirmədiyi üçün həmin xanımdan açar istəmişdir. Təqsirləndirilən şəxs2 bir ədəd kəlbətini ona gətirib vermiş, bundan sonra, o çarpayını söküb idarə etdiyi avtomobilə qoymuşdur. 50 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan başqa, onlar kimi Sabunçu bazarında mebel alışverişi ilə məşğul olan Şahid5 ona verdiyi 100 manat pulu ev sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs2 vermişdir. O həmin ünvanda olarkən orada özünü ev sahibi kimi təqdim edən bir xanım, bir azyaşlı uşaq və bir nəfər kişi olmuşdur. Sabunçu bazarına gətirilərək işlətdiyi dükana qoyduğu iki mərtəbəli uşaq çarpayısının oğurluq olması barədə nə onun, nə də ki, qardaşı Şahid8 hər-hansı bir məlumatı olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2020-ci il tarixli 5232 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş (1 ədəd güzgülü şfaner, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət 1 ədəd açıq qəhvəyi rəngli yataq dəstinin ümumi dəyəri 1200 manat, 2 ədəd qırmızı və bənövşəyi rəngli yorğanın ümumi dəyəri 80 manat, 1 ədəd mavi rəngli yorğanın ümumi dəyəri 35 manat, 2 ədəd bənövşəyi rəngli döşəyin ümumi dəyəri 80 manat, 1 ədəd iki mərtəbəli uşaq kravatının ümumi dəyəri 100 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş malların) istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1495 manat müəyyən edilmişdir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-iqtisad ekspertizasının 17 avqust 2020-ci il tarixli 9/2848 nömrəli rəyinə əsasən 2015-ci ildən alınmış və istifadədə olmamış malların 2019cu ilin əvvəllərindən 2020-ci ilin yanvar ayının sonlarına qədər olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri heablama yolu ilə təxminən 8618 manat müəyyən edilir. (alqı-satqı qiymətləri kimi 82 dioqnallı « LG » markalı “LCD” tipli televizor 220 manat, 2x3 metr ölçüdə sintetik, qalın tüklü qarışıq rəngli xalça 100 manat, 1x1 metr ölçüdə qarışıq rəngli xalça 40 manat, qara rəngli xırda ölçülü masa 40 manat, 7-8 kiloqram tutumlu « LG » markalı paltaryuyan maşın 550 manat, hündürlüyü 2.20 metr olan « LG » markalı nofrost soyuducu 900 manat, iki nəfərlik döşək 120 manat, iki nəfərlik yorğan 60 manat, iki nəfərlik yun ədyal 240 manat, “tefal” markalı ütülər 120 manat, su ilə işləyən tozsoranlar 160 manat, 3200 watt-lıq sok çəkən aparat 120 manat, « blender » aparatları 80 manat, « kofemolka » aparatları 160 manat, ütü stolu 40 manat, «kokteyl» aparatı 100 manat, balaca gecə işığı 50 manat, 2 ədəd «Krosna» və 2 ədəd «DVD» aparatları 100 manat, hər birinin içərisində 6 ədəd olmaqla xrustal armudu stakanlar 120 manat, hər birinin içərisində 6 ədəd olmaqla xrustal stakanlar 120 manat, hər birinin içərisində 6 ədəd olmaqla qulplu stəkanlar 120 manat, 24 nəfərlik qab dəsti 180 manat, xrustal «ləpə» qabları 90 manat, yorğan dəsti 240 manat, döşək dəsti 480 manat, içərisində 6 ədəd olmaqla “Bohema” markalı bakal dəsti 140 manat, 24 nəfərlik «Versace» markalı qab dəsti 200 manat, 24 nəfərlik «qaşıq-çəngəl» dəsti 100 manat, isti yun adyallar 400 manat, qalın olmayan yun adyallar 500 manat, qənd qabıları 60 manat, uşaq çarpayısı 100 manat, tünd qırmızı rəngli pambıq adyallar 200 manat, qızılı rəngli xrustal vaza 60 manat, çəhrayı rəngli güllü yun adyal 120 manat, dondurma qabı 24 manat, şüşə suvenir qabları 120 manat, tort qabları 80 manat, 24 nəfərlik armudu stəkanlar və böyük nəlbəkilər 60 manat, balaca mürəbbə qabları 24 manat, hərəsində 6 ədəd olmaqla «tefal» markalı tava dəstləri 240 manat, qara rəngli böyük ölçülü «tefal» markalı qazan 120 manat, sarı rəngli 2x3 metr ölçüdə yun “Təbriz” xalçaları 800 manat, 20 seksiyalı elektrik sobası 200 manat, 16 seksiyalı olan elektrik sobası 160 manat, mikrodalğalı soba 180 manat, 12 litr tutumlu elektrik samovarı 120 manat, işlənmiş vəziyyətdə olan 5 litr tutumlu samovar 60 manat) 8618 manat dəyərində olmaları müəyyən edilmişdir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 02 mart 2020-ci il tarixli 2758 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən qıfılın bağlayıcı mexanizmi nasaz vəziyyətdədir və açar oyuğunda kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr vardır. Açar oyuğunun üzərində kənar predmetin təsirindən yaranmağa xas olan iz və zədələr olmadığı üçün onu konkret olaraq tədqiqata təqdim edilən açar parçası ilə açılmasını müəyyən etmək mümkün olmadı. Həmin zədələrə əsasən qıfılın kənar predmetlə (seçmə açar, kilidaçan və s.) açılması mümkündür. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 56 (əlli altı) manat təşkil edir. 11 iyul 2020-ci il tarixli qərarla 1 ədəd güzgülü dolab, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət 1 ədəd açıq qəhvəyi rəngli yataq dəsti, 2 ədəd qırmızı və bənövşəyi rəngli yorğan, 1 ədəd mavi rəngli yorğan, 2 ədəd bənövşəyi rəngli döşək, 1 ədəd iki mərtəbəli uşaq çarpayısı və bir ədəd içərisində açar parçası qalmış qapı qıfılı iş üzrə maddi sübut kimi tanınmışdır. 1 ədəd güzgülü dolab, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət 1 ədəd açıq qəhvəyi rəngli yataq dəsti, 2 ədəd qırmızı və bənövşəyi rəngli yorğan, 1 ədəd mavi rəngli yorğan, 2 ədəd bənövşəyi rəngli döşək, 1 ədəd iki mərtəbəli uşaq çarpayısı 10 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilmiş, bir ədəd içərisində açar parçası qalmış qapı qıfılı isə saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış 10 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə özünə məxsus 1 ədəd yataq dəstini, yəni 1 ədəd güzgülü dolab, 2 ədəd xırda dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd qırmızı rəngli yorğan, 1 ədəd mavi rəngli yorğanı, 2 ədəd bənövşəyi rəngli döşəkləri və bir ədəd iki mərtəbəli uşaq çarpayısını qəbul etmişdir. 20 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək həmin tarixdə ittiham elan etmək üçün barələrində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 09 iyul 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 23:00-da tutulmuşdur. 09 iyul 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 23:00-da tutulmuşdur. 10 iyul 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorunun 10 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Nəbiyeva X5 Saxlama Yerindən azad edilmişdir. 10 iyul 2020-ci il tarixdə Nəbiyeva təqsirləndirilən şəxs X9 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2020-ci il tarixli, 4(009)-359/2020 saylı qərarı ilə vəsatət qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində cinayət işi üzrə istintaq müddətinin sonunadək 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə, yəni 07 sentyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 iyul 2020-ci il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 yanvar 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 yanvar 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27.05.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16.03.2011-ci tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2009-cu il tarixli, 1(009)-97/2009 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənilib və mülki iddiasından imtina edir. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 30.06.2019-cu il təvəllüdlü X2 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əvvəllər məhkum olunmamasını, ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin, eləcə də mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, övladın müalicəsi üçün cinayət törətdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 09 iyul 2020-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək, yəni 01 (bir) il həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) il təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 9 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin, eləcə də mülki iddianın olmamasını, övladın müalicəsi üçün cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 09 iyul 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsoinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı sürdüyü mülki iddiadan imtina etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd güzgülü dolab, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət 1 ədəd açıq qəhvəyi rəngli yataq dəsti, 2 ədəd qırmızı və bənövşəyi rəngli yorğan, 1 ədəd mavi rəngli yorğan, 2 ədəd bənövşəyi rəngli döşək, 1 ədəd iki mərtəbəli uşaq çarpayısı Zərərçəkmiş şəxs 10 fevral 2020-ci il tarixdə (qəbzlə) qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd içərisində açar parçası qalmış qapı qıfılı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 156 (bir yüz əlli altı) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 iyul 2020-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək, yəni 01 (bir) il həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) il təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 9 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 09 iyul 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 9 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd güzgülü dolab, 2 ədəd kiçik dolab, 1 ədəd güzgülü komod, 1 ədəd iki nəfərlik çarpayıdan ibarət 1 ədəd açıq qəhvəyi rəngli yataq dəsti, 2 ədəd qırmızı və bənövşəyi rəngli yorğan, 1 ədəd mavi rəngli yorğan, 2 ədəd bənövşəyi rəngli döşək, 1 ədəd iki mərtəbəli uşaq çarpayısı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd içərisində açar parçası qalmış qapı qıfılı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 156 (bir yüz əlli altı) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 780 (yeddi yüz səksən) manat dövlət büdcəsindən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 780 (yeddi yüz səksən) manat dövlət büdcəsindən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-20/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-20/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver