Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-20/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, hazırda məhkumluğu olmayan, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və ünvan 5-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İT-da həbsdə saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə 15 aprel 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, C.Qardaşları küçəsi 9 saylı evin qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus 250 (iki yüz əlli) manat dəyərində “BAOL” markalı, 29 ölçülü, əl ilə dəyişilən sürətlər qutusu olan sarı-narıncı-rəngli velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 21 aprel 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 45 saylı binanın girişinə quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus 160 (yüz altmış) manat dəyərində “ESPA 4” markalı İspaniya istehsallı su motorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 160 (yüz altmış) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, zibil qutularından plastik materialları yığıb təhvil verməklə qazancını təmin edir. Keçmiş həyat yoldaşı X3 xəstəliyi ilə əlaqədar olaraq əməliyyatına pul lazım olduğu üçün o Beyləqandakı tanışından 100 manat pul borc alıb həyat yoladaşının müalicəsinə sərf etmişdi. Həmin şəxsə borcunu qaytarmalı olduğundan və borc verən pulunu geri istəməyə başladığından tezliklə pul tapıb həmin şəxsə pulunu geri qaytarmaq fikrinə düşmüşdü. 15 aprel 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsindəki zibil qutularında plastik əşya axtaran zaman həmin zibil qutularından təxminən 3-4 metr məsafədə küçədə bir ədəd öz dəstəyinə söykədilmiş sarı-narıncı rəngli sürətlər qutusu olan velosiped görmüşdü. 1 saatdan çox zaman keçməsinə baxmayaraq həmin velosipedin sahibinin gəlmədiyini görüb təcili pula ehtiyacı olduğundan həmin velosipedi oğurlayıb satmaq fikrinə düşmüş və velosipedə yaxınlaşıb sürərək oradan uzaqlaşmaq istəmişdi. Lakin velosipedin sepi yerindən çıxdığından və velosipedi sürmək mümkün olmadığından əli ilə velosipedi sürərək oradan aparmışdı. Sonra isə səhər saatlarında həmin velosipedi 3-ün dairəsi tərəfdəki bazara satmağa aparmışdı. Orada olarkən Ağcabədi rayonuna gedən taksilərdən birinin sürücüsü tanımadığı şəxs ona yaxınlaşıb həmin velosipedi almaq istədiyini demiş, söhbət zamanı velosipedin kimə məxsus olduğunu soruşan zaman o həmin velosipedin özünə məxsus olduğunu bildirmişdi. Onlar velosipedin qiymətini 30 (otuz) manata razılaşmışdırlar və o velosipedi həmin tanımadığı şəxsə verib 30 manat pul almışdı. Daha sonra 21 aprel 2021-ci il tarixdə günorta saatlarında o, Bakı şəhəri, İstiqlaliyyət küçəsində yerləşən binaların qarşısında yerləşən zibil qutularında plastik əşyalar axtaran zaman binanın divarında dəmir qutunun içində su motorunu görmüş və onu oğurlamaq fikrinə düşmüşdü. Ətrafa diqqət edib heç kimin olmadığına əmin olduqdan sonra yaxınlaşıb həmin su matorunu su borularına bağlandıqları yerdən açıb götürmüş və oradan uzaqlaşmışdı. Sonra isə həmin su motorunu götürüb “165” saylı avtobus ilə 20 Yanvar metrostansiyasına, oradan da 3-ün dairəsi tərəfdəki bazara satmağa getmişdi. Avtobusdan enib əlində motor ilə 3-ün dairəsi istiqamətində gedən zaman yolda bir nəfər tanımadığı şəxs ondan həmin motoru satıb-satmamağını soruşmuş, o isə cavabında həmin motoru satdığını demişdi. Motorun kimə məxsus olduğunu soruşduqda o motorun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını demişdi. Daha sonra motorun qiyməti barədə razılığa gələrək, 25 manat alıb motoru həmin şəxsə satmışdı. Oğurluq velosipedi və motorun satışından əldə etdiyi 55 manat pulun üzərinə özündə olan 45 manatı əlavə edib, cəmi 100 manat pulu Beyləqan şəhərindəki həyat yoldaşına taksi ilə göndərmişdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs2 ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, himayəsində bir azyaşlı övladının olmasının, barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, gündəlik istifadə etmək üçün 2020-ci ilin iyun ayında 500 manata “BAOL” markalı, 29 ölçülü, əl ilə dəyişilən sürətlər qutusu olan, sarı-narıncı-rəngli velosiped almışdı. Həmin velosipedi sonuncu dəfə 14 aprel 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində saxlamışdı. Lakin həmin velosipedi hər hansı qıfıl və ya zəncir vasitəsi ilə dayanıqlı bir yerə bağlamamışdı. 15 aprel 2021-ci il tarixdə gecə saatlarında evdən çıxıb velosipedi saxladığı yerə baxan zaman velosipedin yerində olmadığını görüb oğurlandığını başa düşmüş və velosipedini axtarmaq qərarına gəlmişdi. Bir müddət axtarmağına baxmayaraq velosipedini tapa bilməmiş və 25 aprel 2021ci il tarixdə 9-cu polis bölməsinə ərizə ilə müraciət etmişdi. Hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o mənzilinidəki su təminatını yüksəltmək üçün 10 fevral 2021-ci il tarixdə üzərindəki hidrofor ilə birlikdə “ESPA 4” markalı İspaniya istehsallı su motoru almışdır. Həmin su matorunu yaşadığı binanın girişində qapısı daimi açıq olan dəmir qutunun içində divara quraşdırmışdır. Sonuncu dəfə 20 aprel 2021-ci il tarixdə su motorunu quraşdırdığı yerdə olduğunu görmüşdür. 21 aprel 2021-ci il tarixdə saat 15 radələrində su motorunun qurşadırıldığı yerə baxış keçirən zaman həmin su motorunun quraşdırıldığı yerdə olmadığını görüb oğurlandığını müəyyən etmişdir. Bundan sonra DİNin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 15 aprel 2021-ci il tarixdə saat 03:09 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan “Baol” markalı velosipedi idarə edərək ünvan 1 ünvanında yerləşən “Cubar” restoranın qarşısından keçməsi müəyyən olunmuşdur.21 aprel 2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 İlyas oğluna məxsus olan oğurlanmış 01 ədəd sarı-boz rəngli su motorunu sağ və sol əlində dəyişməklə tutaraq qaçaraq vəziyyətdə Bakı şəhəri, İstiqlaliyyət küçəsi ilə hərəkət etməklə tələsik halda hadisə yerindən uzaqlaşması müəyyən olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli 9\2694 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “BAOL” markalı, 29 ölçülü, əl ilə dəyişilən sürətlər qutusu olan sarı-narıncı rəngli velosiped - 250,00 manat; Zərərçəkmiş şəxs1 İlyas oğluna məxsus “ESPA 4” markalı İspaniya istehsalı su mühərriki - 160,00 manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəyi, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatı ilə əlaqədar “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir. Zərərçəkmiş şəxs1 İlyas oğlunun izahatı ilə əlaqədar “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 9 ünvanında baş vermişdir. Diskə baxış keçirilməsi barədə 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 1ci video-fayl açılaraq baxılan zaman təsdiqləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, 15 aprel 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsindən oğurladığı Zərərçəkmiş şəxs2 məxsus olan “Baol” markalı velosipedi idarə edərək 03:09 radələrində ünvan 1 ünvanında yerləşən “Cubar” restoranın qarşısından keçən şəxs özüdür. Bundan başqa videodiskdəki 2-ci video-fayl açılaraq baxılan zaman Təqsirləndirilən şəxs bildirdi ki, 15 aprel 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsindən oğurladığı Zərərçəkmiş şəxs2 məxsus olan “Baol” markalı velosipedi idarə edərək 03:00 radələrində ünvan 4 ünvanında yerləşən “Jakonda” restoranın qarşısından keçən şəxsin özüdür. Diskə baxış keçirilməsi barədə 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 04 ədəd video-fayllar ardıcıl olaraq açılıb baxılan zaman Təqsirləndirilən şəxs bildirdi ki, 21 aprel 2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 İlyas oğluna məxsus olan oğurlanmış 01 ədəd sarı-boz rəngli su motorunu sağ və sol əlində dəyişməklə tutaraq qaçaraq vəziyyətdə Bakı şəhəri, İstiqlaliyyət küçəsi ilə hərəkət etməklə tələsik halda hadisə yerindən uzaqlaşan başında qara rəngli kepka (baş geyimi) və digər əlində plastik torba olan şəxsin özüdür. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 18.08.2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə təsvir etməklə təsdiq etmişdir. Elektron Məhkəmə Sisteminin Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 aprel 2013-cü il təvəllüdlü X4 adlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin 19.03.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07.03.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 178.3.1, 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya qərarının 1-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmur. Səbail Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının 17 yanvar 2022-ci il tarixli, 17/38-269 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.01.2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq 12 yanvar 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beyləqan rayon İcra Hakimiyyətinin Beyləqan şəhər icra nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 12 sentyabr 2021-ci il tarixli 4611 nömrəli xasiyyətnamədən görünür ki, 12 yanvar 1977-ci ildə anadan olmuş, Azərbaycanlı, subay, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və Beyləqan şəhəri, M.Müşviq küçəsi, ev 84-də yaşamış, hazırda Beyləqan şəhərində yaşamayan Əliyev X5 şəhər ərazisində yaşadığı müddətdə onun barəsində Beyləqan şəhər ərazi nümayəndəliyinə indiyədək sakinlərdən şikayət, inzibati orqanlardan təsdirləndirici material daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, himayəsində azyaşlı övladının olmasını, elan olunmuş ittiham üzrə vurumuş maddi ziyan məbləğinin az olmasını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək, yəni 03 (üç) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 24 (iyirmi dörd) gün təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək, yəni 03 (üç) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 24 (iyirmi dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Beyləqan rayonu ərazisini tərk etməmək, ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Beyləqan rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-20/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-20/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver