Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-20/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olunmayn, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,381 qram ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami əldə edərək üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Ə.Yaqubov 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş və orada həmin gün saat 12:10-dən etibarən onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,381 qram ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, istintaq gedişində toplanmış və cinayət işində olan özünün və şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 Ekspertizasının rəyləri, habelə başqa sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, uzuzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Ümumillikdə psixotrop maddə metamfetamini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Həmçinin psixotrop maddə metamfetamindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə 3-4 gün əvvəl psixotrop maddə metamfetamindən istifadə etmişdir. Nəticə etibari ilə xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində yaşadığı evin qarşısında yəni Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsiev 97 ünvanının qarşısında olan zaman özlərini polis əməkdaşı kimi ona təqdim edib xidməti vəsiqələrini göstərərək, Səbail RPİnin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru Vüsal Mehdiyev olduqlarını bildirdilər. Həmin vaxt onun üzərində 1 (bir) büküm psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışlar. Bundan sonra polis əməkdaşları onu 8-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlarla birlikdə 8-ci polis bölməsinə gəlmişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişlər. Bundan sonra o, video çəkiliş aparılmasına etiraz etməmiş, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı X8 tərəfindən hüquq və vəzifələrim izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X7 tərəfindən öz razılığı əsasında hüquqlarının müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra 8-ci Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Ə.Yaqubov 2 ünvanında üzərinə video görüntü ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verilmişdir. Bundan sonra o, üzərində saxlamaqla daşıdığı özünə məxsus, şəffaf rəngli sellofana bükülmüş 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamin əynində olan boz rəngli cins şalvarımın sağ yan cibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, ondan aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 18:00 radələində Bakı şəhəri, Y.Mürsəlov küçəsində yerləşən məcburi köçkünlərin məskünlaşdığı uşaq bağçasının yanında yerləşən məişət tullantıları üçün qoyulan qutuların yanında tapdıqdan sonra üzərində saxlamaqla daşıdığını bildirmişdir. Üzərində başqa heçnə aşkar edilməmişdir. Bundan sonra ondan aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, qablaşdırılmış zərf 52 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Beləliklə də vəkili X4 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdr. Hazırda etdiyi cinayət əməlindən peşman olduğunu, o, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq hərəkətləri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, gənc olmasını, anasının hal-hazırda xəstikdən əziyyət çəkməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsiev 97 ünvanının qarşısında 1 (bir) nəfər şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xahiş etmişlər ki, özünü narkotik vasitələrin istifadəsində şübhəli aparması ilə bağlı onlarla birlikdə Bakı şəhəri, Səbail rayonu 8-ci Polis Bölməsinin ünvan 6 ünvanda yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs isə onlara heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getməsinə razlıq vermişdir. Bundan sonra o, Səbail Rayon polis İdarəsinin 8-ci polis Bölməsinin rəisi Zülfüqar Orucovun adına raport tərtib etmişdir ki, bölməyə narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli şəxs qismində dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs oğlu barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Pərviz Cəfərova həvalə edilmişdir. Beləliklə də, Bakı şəhəri, Səbail rayonu 8-ci Polis Bölməsinin ünvan 6 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında təhqiqatçı Nicat Qasımov tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı Nicat Qasımov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edildi. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X7 tərəfindən müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin. Beləliklə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılarkən, ilk öncə onun əynində olan paltarlarına baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman, Təqsirləndirilən şəxs, xx.xx.2024cü il tarixdə saat 18:00 radələində Bakı şəhəri, Y.Mürsəlov küçəsində yerləşən məcburi köçkünlərin məskünlaşdığı uşaq bağçasının yanında yerləşən məişət tullantıları üçün qoyulan qutuların yanında tapdıqdan sonra üzərində saxlamaqla daşıdığını bildirmişdir. Üzərində başqa heçnə aşkar edilməmişdir. Bundan sonra ondan aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, qablaşdırılmış zərf 52 nömrəli möhür ilə möhürlənərək və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik tərkibli olubolmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçı polis baş leytenantı Nicat Qasımov tərəfindən kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərək rəy alınmışdır. Həqiqətəndə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,381 qram ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması ekspertiza rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanda ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin 8-ci PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1, Şahid2 göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-6/1424 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №52” möhür əksi, “Təqsirləndirilən şəxs üzərində bir büküm...” və s.adlar, soyadlar, imzalar olan zərifdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,381 qram ağ rəngli krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/1424 saylı xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 11 mart 2024-cü il tarixli akta əsasən, qəbul edilmişdir: metamfetaminin təmiz çəkisi: 0,381 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,331 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 10 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,381 qram ağ rəngli krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və “şəxsi axtarış və götürmə” aparılmasını əks etdirən görüntülər yəni, 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında videogörüntüyə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təhqiqatçı tərəfindən təklif edildikdən sonra o, 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,381 qram ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tətqiqatından sonra qalıq qalmış 0,331 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi: 0,381 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,331 qram psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 mart 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: - Səbail rayon məhkəməsinin 25 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay islah işlərinin 20% cəzasına məhkum edilmişdir. - Səbail rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1,180.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə cəzasının 04 il 06 aya kimi endirilmiş və 21 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10- cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasının aağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 Ekspertizasının 25 aprel 2024-cü tarixli 2698 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut ekspertiza tətqiqatında sonra qalıq qalan -0,331 qram ağ rəngli krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 97-də olan yaşayış yerini hər gün saat 23:00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,331 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 498 (dörd yüz soxsan səkkiz) manat pul tutularaq Bakı şəhəri “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-20/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-20/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver